Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-127/2023 27.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 22 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1957-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 1(001)-10/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsinə əsasən 04 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş,ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 91 000,00 manat pul borcunu və 26,00 manat ödənilmiş dövlət rüsumunun əvəzini, cəmi 91 026,00 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 oktyabr 2017-ci il tarixli, 2(001)-6626/2017 saylı qətnaməsinin icrasının təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli, 3(001)- 3424/2018 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat və 15 iyul 2021-ci il tarixli, 3(001)-2633/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM- nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati cərimə edilməsinə, məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin olunmaqla məsuliyyəti barədə 28 iyul 2021-ci il, 15 mart 2022ci il, 01 aprel 2022-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar verilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 24 avqust 2022-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışır, aylıq gəliri 2 000,00 manat təşkil edir.Bundan başqa, o, 2015-ci ildə rəhbərlik etdiyi "xxxx" MMC Lənkəran rayonunda yol tikintisi həyata keçirən vaxtlar Zərərçəkmiş şəxs ilə tanış olmuş, sonradan onun Gərmətük qəsəbəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün yanacaqdoldurma məntəqəsinə sahib olduğunu bilmiş, həmin vaxtlar sonuncudan tikintində istifadə etdiyi texnikalara nisyə yanacaq verməsini və dəyərini isə bir neçə gündən sonra ödəməyi xahiş etmişdir.Zərərçəkmiş şəxs təklifi qəbul edərək yol tikintisində istifadə olunan texnikalara müxtəlif tarixlərdə nisiyə yanacaq vermiş, bir müddətdən sonra Təqsirləndirilən şəxs yanacağın dəyərini ödəmədiyi üçün ona qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 23 oktyabr 2017-ci il tarixli, 2(001)-6626/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 91 000,00 manat pul borcu və 26,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 91026,00 manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra edə bilməmiş, icra məmuru dəfələrlə ondan izahatlar almış, hətta həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli, 3(001)-3424/2018 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat və 15 iyul 2021-ci il tarixli, 3(001 )-2633/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati cərimə edildikdən sonra icra məmuru qətnamənin icrasını təmin etməsi ilə əlaqədar ona rəsmi xəbərdarlıq vermişdir.O, isə hərəkətlərini davam etdirməklə qanuni qüvvədə olan məhkəmə aktını icra etməmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs artıq ittiham aktı üzrə borclarını ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını bildirmiş və borcunu ödəməsi ilə əlaqədar bəraətverici əsaslar olmadan onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən X4 bildirmişdir ki, o, uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olur, yəni «Gərmətük» firmasının direktoru vəzifəsində çalışır.Bundan başqa, o, 2015-ci ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxtlar sonuncu özünü ona iş adamı kimi təqdim edərək rəhbərlik etdiyi MMC-nin Lənkəran-Astara ipək yolunun tikintisini həyata keçirdiyini bildirmiş, tanışlıqlarından bir müddət sonra Təqsirləndirilən şəxs ondan firmanın hesabındakı yanacaqdoldurma məntəqəsindən tikintidə istifadə olunan texnikalara nisyə yanacaq verməsini və dəyərini isə qısa müddət ərzində ödəyəcəyini öhdəsinə götürmüş, o, isə inanaraq müxtəlif tarixlərdə ona nisyə yanacaq vermişdir.Təqsirləndirilən şəxs nisyə aldığı yanacağın dəyərini sonradan ödəməkdən boyun qaçırmış, belə olan halda ona qarşı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldıraraq pulunu tələb etmiş, məhkəmənin 23 oktyabr 2017-ci il tarixli, 2(001 )-6626/2017 saylı qətnaməsi ilə iddia təmin edilərək ondan 91 000,00 manat pul borcu və 26,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 91 026,00 manat məbləğində pul vəsaiti tutularaq onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin icra məmurları məşğul olmuş, bununla bağlı borcluya bildiriş təqdim edilməsinə baxmayaraq sonuncu məhkəmə aktının icrasını təmin etməkdən imtina etdiyi üçün həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli, 3(001)-3424/2018 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat və 15 iyul 2021-ci il tarixli, 3(001 )-2633/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati cərimə edilmiş, bundan sonra icra məmuru qətnamənin icrası ilə əlaqədar ona rəsmi xəbərdarlıq təqdim etsə də o, məhkəmə aktını icra etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olduğu üçün xeyli miqdarda pul qazanmasına baxmayaraq borcunu ödəməyəcəyini bildirmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X4 borcun təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs 91 000,00 manat pul borcu və 26,00 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 91 026,00 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 23 oktyabr 2017-ci il tarixli, 2(001)- 6626/2017 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə daxil olduqdan sonra icraata başlanmış, tələbin könüllü təmin edilməsi üçün Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, müxtəlif tarixlərdə o, Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə dəvət olunaraq ondan izahatlar alınmış, qanunun tələbləri və məsuliyyəti ona izah edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzürsüz səbəbdən yayınması ilə əlaqədar həmin məhkəmənin 18 oktyabr 2018-ci il tarixli, 3(001)-3424/2018 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500,00 manat və 15 iyul 2021-ci il tarixli, 3(001)- 2633/2021 saylı qərarı əsasında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 700,00 manat məbləğində inzibati cərimə edilmiş və məhkəmə aktının icrasının təmin edilməsi üçün ona yeni müddət təyin edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə qətnamənin icrasından qərəzli yayınmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X3 məhkəməyə təqdim etdiyi ərizəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, onunla barışmış, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 30 avqust 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 yanvar 2004-cü il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 213.4, 313, 320.1, 66.3 və 70-ci maddələri ilə iki il müddətində azadlıqdan məhrum etmə cəzasına bir il şərti sınaq müddəti ilə məhkum edildiyi və üç il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edildiyi, həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli hökmündən onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə bir il altı ay müddətində azadlıqdan məhrum etmə cəzasına altı ay şərti sınaq müddəti ilə məhkum edildiyi, bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli hökmündən Azərbaycan Respublikası CM-nin 306.2-ci maddəsi ilə dörd il altı ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildiyi, üç il müddətində dövlət və qeyri dövlət təşkilat, idarə və müəssisə, yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edildiyi və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldıldığı müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(001)-333/2022 saylı qərarına əsasən məlum olur ki, 16 fevral 2021-ci il tarixli hökmü ilə üç il müddətində dövlət və qeyri dövlət təşkilat, idarə və müəssisə, yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində “8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası 01 il müddətinə azaldılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxs, şahidlərin ifadələri, iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, məhkəmə baxışı gedişatında təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 oktyabr 2017-ci il tarixli, 2(001 )-6626/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, CM-nin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən məlum olur ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verildiyinə göərə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən CM-nin 306-cı və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən (məhkəmə qətnaməsi tam icra edildiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-127/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-127/2023
27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver