Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-127/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, ev 120 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,353 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd ağ rəngli sellofana bükülmüş bükümdə əldə edərək əynində olan göy rəngli şalvarın sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə saat 18:10-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6 mikrorayon, Təqsirləndirilən şəxs küçəsində yerləşən “Rahat” marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, A.Məmmədov 99 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:40-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,353 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək üçün 06 aprel 2024-cü ildə günorta saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 01 ədəd ağ rəngli sellofana bükülmüş vəziyyətdə 10 manata “patı” kimi tanınan psixotrop maddə metamfetamin almışdır. Həmin psixotrop maddəni əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur ki, sonra istifadə etsin. 06 aprel 2024-cü ildə saat 18 radələrində Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən “Rahat” marketin yaxınlığında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib, narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli bilindiyinə görə Binəqədi RPİ-in 7-ci PB-yə dəvət etmişlər. Heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Hüquqları və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış və götürmə aparılan zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi bildirilmişdir. Gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan göy rəngli şalvarın sol yan cibində saxladığı 1 ədəd ağ rəngli bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan əlavə şalvarının sağ yan cibindən 1 manat 30 qəpik pul, “Bakıkart” kartı, "xxxx" ASC-yə aid özünə məxsus olan **********973633 saylı bank kartı, üzərində ***-***-**-** nömrə olan “KGTEL” markalı sadə mobil telefon və bir ədəd alışqanı çıxardıb masanın üzərində qoymuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşanda, həmin maddəni öz istifadəsi üçün 06 aprel 2024-cü ildə günorta saatlarında “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə tərəzidə çəkildikdə çəkisinin 0,46 qram olması müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər iştirakı ilə protokollaşdırılmış, zərfə qoyulub möhürlənmiş və protokolun doğruluğunu təsdiq etmişdir. Qeyd olunan bükümdə psixotrop maddəni şəxsi istifadəsi üçün almış, satmaq fikri olmamışdır. Ələ keçirilmiş telefon məlumatları ilə bağlı bildirir ki, ona sms yazmış şəxsi tanımır, hesab edir ki, bu smslər məqsədli şəkildə, yəni onun narkotik vasitələrin satışı ilə məşğul olduğu görüntüsü yaratmaq niyyətilə edilmişdir. Odur ki, əməlinin cinayət qanununun düzgün maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Binəqədi rayon polis idarəsinin 7-cı polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 7-cı polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü «Əməliyyat-axtarış fəaliyyəti» haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 06 aprel 2024-cü ildə qərar qəbul edilməklə, əməliyyat qrupu yaradılmış, 7-cı PB-in sahə inspektoru, polis baş leytenantı Şahid2 ilə birlikdə həmin qrupa daxil edilmişdir. Sahə inspektoru Şahid2 ilə birlikdə 06 aprel 2024-cü ildə saat 18:10-da Bakı şəhəri, Binəqədi rayonu, 6 mkr., Təqsirləndirilən şəxs küçəsində yerləşən “Rahat” marketin yaxınlığında olan zaman əlverişli şərait yarandığı üçün Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu deyərək onu 7-ci polis bölməsinə gətirmişlər. Təhqiqatçı tərəfindən müdafiəçi və videoçəkilişin aparılması üzrə mütəxəssis dəvət edilərək, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, bundan sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd “KGTEL” markalı mobil telefonu, 1 manat 60 qəpik pulu, 01 ədəd “Bakı Kart”ı, "xxxx"ya aid bank kartını, 01 ədəd alışqanı və sol yan cibindən 01 ədəd ağ rəngli sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək iştirakçılara imzalanması üçün təqdim edilmiş, tərtib olunan protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-cı PB-in sahə inspektoru, polis baş leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 22). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 6 mikrorayon, Təqsirləndirilən şəxs küçəsində yerləşən “Rahat” marketin yaxınlığında saxlanılaraq, Bakı şəhəri, Binəqədi rayonu, 9 mikrorayon, A.Məmmədov 99 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:40-da üzərinə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş ağ rəngli kristallik hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, i.v 34-35). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1902 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs... sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,353 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, i.v 39-42). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə yeni ittiham elan edilmişdir (cild 1, i.v 53-54). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin tarixdə Binəqədi RPİ-in MSY-dən azad edilmişdir (cild 1,i.v 73-74). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 2325 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 1, i.v80-81). Maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,303 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-in saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd dvd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 87). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.115). Məlumatlara baxış haqqında 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə daxil olmuş SMS-lər aşağıdakı kimidir: -xx-xx-2023 17:54:51 1.1.**********51 1.1.**********25 Sebuw gagaw bagiwla gedle bilmedim.gece peredoz olmuwame yetim.olmuwtum biyabr olmuwam evde; -xx-xx-2023 03:42:38 1.1.**********27 1.1.**********25 Salam gagas səhər gələndə mənə bir şey gret eləyə bilərsən vəzzyətim pisdi; -xx-xx-2023 02:10:05 1.1.**********27 1.1.**********25 Elə dedin dedim orda kalan kola var uzagi 20 manatlig kola var idi; -xx-xx-2023 00:13:47 1.1.**********51 1.1.**********25 Gagaw yigiram sene catmir zeng. itler var colde mugeyet ol. serxani gordum salamatciligdi; -xx-xx-2023 18:32:54 1.1.**********51 1.1.**********25 bucur daniwasan. pula goree?? o geder gelmiwem yanva bugeder dvijenya elemiwiy birce defe pulu vere bilmedim. uzurde istedim narkamanciligdida. pull atada bilmedim cunki yox idi 14m varidi duzelde bilmedimki gelmek istedim hem hayhuy elyek hemde derlewek eliye bilmedimde icin bu pulun eliye bilmedim ata; -xx-xx-2023 02:00:16 1.1.**********27 1.1.**********25 Principe mən aparıb onu Elxangilin məhləsində çəkdim yığ elxana soruş inamirsansa 2.7 adam belə hərəkət eləməz - — malında içinə pul; -xx-xx-2024 00:51:30 1.1.**********50 1.1.**********25 Qaqaw şeyden Cekson ptacok saxla mənədə öleme; -xx-xx-2024 05:22:34 1.1.**********82 1.1.**********25 Dunen dediyin daşdan qalib sende?; -xx-xx-2024 05:31:07 1.1.**********87 1.1.**********25 yo gagaw lomkadayam bayağdan; -xx-xx-2023 12:42:25 1.1.**********51 1.1.**********25 Gor brat m40 duzelir deneynen götürərdik neyniyek; -xx-xx-2023 13:58:12 xx-xx-2023 13:58:12 1.1.**********651.1.**********25 Sabuw.sene.qurban.qardawim.anam.cani.cox.pis.axrdyam.tir.tir.esirem.anamin.Cani.Deyr m.mende.2.Baw.ot.var.Hackabuldan.getiribler..men.bu.vezyetde.onu.ceke.bilmerem.Lap.... gu ne.Duwecem.k.varindsa.Deyiwey.2.sinde.verim.sene.menede.k.verde.öz.payinan.nolar.qa rdawim.cox.pisem.hara.desen.gelərəm.Bawva.dönüm.?; -xx-xx-2023 14:04:23 xx-xx-2023 14:04:23 1.1.**********65 1.1.**********25 Mesaji.oxudunsa.mene..he.yox.Deyiwey.sabuw.ölem.üwey; -xx-xx-2023 02:05:12 xx-xx-2023 02:05:12 1.1.**********27 1.1.**********25 Sən özün görmürsən ki mən capaliyiram kola pulu deyirsənsə 10 vermi, -xx-xx-2023 00:41:11 xx-xx-2023 00:41:11 1.1.**********05 1.1.**********25 Saba danisariq daş var o biri yoxdu; -xx-xx-2023 07:50:42 xx-xx-2023 07:50:43 1.1.**********57 1.1.**********25 20m +0,2 daw var.paçan s diabetom; -xx-xx-2023 12:36:06 xx-xx-2023 12:36:06 1.1.**********51 1.1.**********25 Sebuw brat moy bir xeber cixmiyib he.dunennen nece cettinniye duwmuwuy.belke lirika alage Sebuw.agrim vare brat.bir wey eliyekde.adamin ureyi sixlir gagaw can; -xx-xx-2023 02:00:56 xx-xx-2023 02:01:55 1.1.**********27 1.1.**********25 Principe mən aparıb onu Elxangilin məhləsində çəkdim yığ elxana sor; -xx-xx-2023 20:34:58 xx-xx-2023 20:34:58 1.1.**********34 1.1.**********25 Bayırda polis var çıxma ... Çıxsan aparceylər səni. Day bilmirəm no; -xx-xx-2023 18:58:20 xx-xx-2023 18:58:20 1.1.**********51 1.1.**********25 m bu heyatta.sadece yaxwi gardawi itirmek istemirem bu narkamancilign uzu gara olsun..sebuw meni soyme seni cox istiyirem vallah; -xx-xx-2024 04:13:46 xx-xx-2024 04:13:46 1.1.**********82 1.1.**********25 Sabuhi iwe getmezden qabağ nese goture bilsen imkan olsa biraz vere bilersen? Odaki gotursen imkan olsa diyirem. Əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v.148-149). Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə yeni ittiham elan edilmişdir (cild 1, i.v 152-153). Sübutların qiymətləndirilməsi və maddi sübut qismində tanıma haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə daxil olmuş SMS-lərin olduğu bir ədəd sd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 182-183). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, ələ keçirilmiş telefon məlumatları, habelə işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs ələ keçirilmiş telefonla ötürülən məlumatlarının məcmu şəkildə təhlilindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olur. Ayrı-ayrı şəxslər ona məxsus mobil telefon nömrəsinə “sms”-lə müraciət edərək, narkotik vasitə və psixotrop maddə almaq istədiklərini bildirirlər. Təqsirləndirilən şəxs ona sms göndərən şəxsləri tanımadığını, smslərin məqsədli şəkildə, yəni onun narkotik vasitələrin satışı ilə məşğul olduğu görüntüsü yaratmaq niyyətilə göndərildiyi bildirsə də, mesajların məzmunu onun bu barədə bildirdiklərini təkzib edir, əksinə sms göndərən şəxslərlə Təqsirləndirilən şəxs tanış olduğunu, əvvəllər də aralarında narkotik vasitə və psixotrop maddələrin alqı-satqısının həyata keçirildiyini göstərir. Bundan əlavə həmin smslər bir gün ərzində deyil, 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayına qədər olan dövrdə müxtəlif vaxtlarda, xüsusilədə günün gecə saatlarında göndərilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs naməlum tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,353 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edərək saxlamaqla üzərində daşımışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ifadəsində gətirdiyi dəlillər həmin dəlillərin yoxlanılması zamanı öz təsdiqini tapmadığından özünümüdafiə xarakterli qiymətləndirilib rədd edilməlidir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək o, dərhal məhkəmə iclas zalında həbs edilməli, onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli, 2325 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 0,303 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd dvd disk, habelə "xxxx" MMC tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ***-***-**-** nömrəsinə daxil olmuş SMS-lərin olduğu bir ədəd sd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi1 cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci ilədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbs edilsin. Cəzaçəkmə müddətinin əvvəli 28 yanvar 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar - Binəqədi RPİ-də saxlanılan 0,303 qram (qalıq çəkisi) psixotrop maddə metamfetamin məhv edilsin. İki ədəd dvd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №1(001)-127/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-127/2025
28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver