Məhkəmə qərarları › İş №1(001)-128/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-128/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-128/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işsiz, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 7 ay 28 gün müddətinə azadllıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 1772.5-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırkı ittihamda göstərilən əməlin törədildiyi vaxt üzərində məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 08 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,413 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 11:40-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxasında saxlanılaraq Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 13:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,413 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ittihamda göstərilən hallar əsl həqiqətə uyğun deyildir. O, heç vaxt metamfetamin adlı psixotrop maddəni nə istifadə etmiş, nə də əldə edərək üzərində daşımışdır. Əvvəllər “kakos” adlanan maddəni bir müddət istifadə etsə də, metamfetamin istifadəçisi olmamışdır. Onu 07 may 2024-cü tarixində, təxminən axşam saat 23:00–24:00 radələrində Xocasən qəsəbəsində yerləşən kirayədə qaldığı evin qapısının qabağından postpatrul əməkdaşları saxlayaraq post patrul avtomobilində polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu saxlayarkən üzərinə baxsalar da, üzərindən heç bir maddə aşkar edilməmişdir. Bundan başqa saxlanılan zaman üzərində mobil telefon olmuş və həmin telefonla birlikdə bölməyə gətirilmişdir. Lakin bölməyə daxil olarkən mobil telefonu Rinat adlı polis əməkdaşı tərəfindən əlindən alınmışdır. Həmin mobil telefonda onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Gecəni bölmədə keçirmiş və yalnız ertəsi gün, yəni 08 may 2024-cü il tarixdə vəkili görmüşdür. Polis bölməsində olarkən fiziki və psixoloji təzyiqlərə məruz qalmış, ilk öncə ona Xocəsən qəsəbəsindən başqa yerə köçməsi tələb edilmiş, bölmədən buraxıldıqdan sonra Xocəsəndən Xırdalana köçərək orada yaşamağa başlamışdır. Bölmədə olarkən isə polis əməkdaşları tərəfindən qarşısına iki seçim qoyulmuşdur: ya maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirməyi boyuna götüməlidir, ya da onu qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması ilə rəsmiləşdirəcəklər. Maddənin satış məqsədi ilə üzərində gəzdirməsi daha ağır nəticə verəcəyini bildirən polis əməkdaşları onu şəxsi istifadə versiyasını seçməyə məcbur etmişlər. Ailəsinin vəziyyətini və altı azyaşlı övladının olduğunu nəzərə alaraq, həmin vaxt yüngül varianta razılaşaraq maddəni şəxsi istifadə məqsədilə üzərində daşıdığını qəbul etmək məcburiyyətində qalmışdır. Ona həmçinin vəd edilmişdir ki, bu hal üzrə yalnız CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaq və daha sonra azadlığa buraxılacaq. Daha sonra şəffaf selofana bükülmüş bir maddə masanın üzərinə qoyularaq, həmin maddəni cibinə qoyması, çəkiliş zamanı təqdim etməsi bildirilmişdir. Lakin həmin maddə ona məxsus olmamış və saxlanıldığı zaman onun üzərində heç bir psixotrop vasitə aşkar edilməmişdir. İş üzrə şahidlər dindirildikdən sonra ona verilmiş suallara cavab olaraq isə polis əməkdaşları Şahid1 və Şahid2 yalan danışdığını, onun saxlanılmasında həmin şəxslərin iştirak etmədiklərini, onu tanımadığı post patrul xidmətinin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə axşam saat 23:00-24:00 radələrində yaşadığı evin qarşısından apardıqlarını, hazırkı şahidləri isə aparıldığı günün səhərisi üzərində baxış keçirilən zaman bölmədə gördüyünü, vəkili isə saxlanıldığı günün səhərisi maddəni üzərinə götürdükdən sonra gördüyünü, vəkil gələnə qədər artıq üstündən metamfetamin çıxmasını üzərinə götürdüyünü, 07 may 2024cü il tarixdə saat 23:36 radələrində Lökbatana dostunun yanına gedib qayıtdığını, ordan qayıtdıqdan sonra yaşadığı evin qapısının qarşısında onu tutaraq polis bölməsinə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə özünü ona qarşı verilmiş ittihamda təqsirli bilmədiyini və buna görə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyi bildirərək göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olduğundan sahə inspektoru Şahid2 ilə birlikdə 08 may 2024-cü il tarixdə saat 11:40-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Poçtun” arxasında olan zaman Təqsirləndirilən şəxs görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildrimişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və daşımasında şübhəli olduğunu deyərək onu saxlayıb 40-cı Polis Bölməsinə gətirmişlər. Bölmədə təhqiqatçının otağında videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən o, könüllü olaraq üzərində olan «metamfetamin»i təqdim edərək həmin maddəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 (on) manata öz istifadəsi üçün aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs saxlanılarkən onlara hər hansı müqavimət göstərmədiyini, tərəflərindən isə Sərvər Salmanova qarşı hər hansı fiziki və psixoloji təzyiq və ya təsir göstərilmədiyini, onu 08 may 2024-ci il tarixdə gunorta təxminən saat 11:00-11:30 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Xocəsən Poçtun” yaxınlığında saxlayaraq Şahid2 məxsus, dövlət qeydiyyat nişanının sonu 012 olan qara rəngli “Mercedes” markalı avtomobillə bölməyə gətirdiklərini, şəxsin kimliyini isə əməliyyat məlumatında göstərilən əlamətlərin uyğunluğu və sonradan şəxsiyyətinin yerindəcə dəqiqləşdirilməsi ilə müəyyən etdiklərini, həmin gün üzərində mobil telefon olubolmadığını tam dəqiqliklə xatırlamadığını, əməliyyat məlumatı əsasında təcili hərəkət etdiklərindən telefonun bölmədə, yaxud avtomobildə qalması barədə qəti fikir deyə bilmədiyini, onun istifadəsində olan mobil telefon nömrəsinin isə ***-***-**-** olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyi bildirərək göstərmişdir ki, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində sahə inspektoru vəzifəsində xidmət edir. 08 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələri əldə etmə, daşıma, saxlama və istifadə etməsi barədə etimad doğuran və qərəzsiz mənbədən məlumat daxil olduğundan bölmənin əməliyyatçısı Şahid1la birilikdə 08 may 2024-cü il tarixdə saat təxminən 11 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Poçtun” yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu şübhəli şəxs qismində 40-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında video çəkiliş ilə onun üzərinə baxış keçirilərkən o könüllü şəkildə üzərindəki psixotrop maddə olan metamfetamini təqdim edərək həmin maddəni Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq isə Təqsirləndirilən şəxs arxasınca ona məxsus dövlət qedyiyyat nişanının sonu 012 olan qara rəngli «Mercedes» markalı avtomobil ilə getdiklərini, şəxsi də həmin avtomobillə bölməyə gətirdiklərini, əməliyyata gedərəkən mobil telefonun üzərində olduğunu, həmin mobil telefonda olan nömrələrin isə ***-***-**-** və ***-***-**-** olduğunu, Təqsirləndirilən şəxs Xocasən qəsəbəsində yerləşən “Poçt”dan təxminən 200 metr kənarda kruqun yaxınlığında, məhəllənin içində 9-cu və ya 10-cu dalanın yaxınlığında saxladıqlarını, şəxsin saxlanıldığı yer ilə bölmənin arasındakı məsafənin təxminən 5-6 km olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, həyat yoldaşı Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixindən 08 may 2024-cü il tarixinə keçən gecə saat 00:00 radələrində Xocəsən qəsəbəsində yerləşən yaşadıqları həyət evin qapısının qarşısından post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparılmışdır. Belə ki, həmin gecə evdə olduğu zaman küçədən səslər eşidib çölə çıxmış, həyat yoldaşı Səlvərin həyətdə siqaret çəkdiyi vaxt polis formasında olan 4-5 nəfər polis əməkdaşının xidməti nəqliyyat vasitəsi ilə gəldiklərini, Səlvəri saxlayaraq xidməti avtomobilə mindirib apardıqlarını görmüşdür. Həyat yoldaşını aparan zaman onun arxasınca etiraz etsə də, polis əməkdaşları cavab olaraq həyat yoldaşını şübhəli şəxs qismində polis bölməsinə apardıqlarını bildirmişlər. Həyat yoldaşının bölməyə aparılmasından təxminən 15–20 dəqiqə sonra onun mobil telefonuna zəng gəlmiş və ona Səlvərin Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində saxlanıldığını bildrimişlər. Zəngin hansı nömrədən gəldiyini hazırda dəqiq xatırlamadığını, həmin vaxt istifadə etdiyi mobil telefon nömrəsinin hazırda istifadə olunmadığını və həmin nömrənin hadisədən sonra qırılıb atıldığını, artıq həmin nömrəni işlətmədiyini qeyd etmişdir. Zəngdən dərhal sonra bölməyə getmiş və orada həyat yoldaşı Səlvərin döyülməsi ilə bağlı səsləri eşitmişdir. Polislərə müraciət etsə də, ona Səlvərin şübhəli şəxs kimi saxladıqlarını bildrimişlər. Həyat yoldaşı bölmədə bir gün saxlanılmış, ertəsi gün isə Binəqədi Rayon Polis İdarəsinə göndərilmişdir. Həmin vaxt idarəyə gedərək Səlvərə yemək aparıb və görüşmüşdür. Həyat yoldaşının narkotik və ya psixotrop maddələrdən istifadə etdiyinə dair onun heç bir məlumatı olmamışdır. Verilmiş suallara cavab olaraq Səlvərin döyülməsini gözləri ilə görmədiyini, lakin onun döyülmə səsini eşitdiyini, hətta onu çağıraraq Səlvər üzərinə götürməsə onu külli miqdar ilə göndərəcəklərini bildirdiklərini qeyd etmişdir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-də “Şəbəkə Texnologiyası Departamentinin Radio və X18 Planlama və Optimizasiya Bölümü”nün aparıcı mühəndisi X19 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 08 may 2024-cü il tarixdə saat 11:40 radələrində ***-***-**-** nömrəli mobil telefonun anten dairəsi ünvan 2 ünvanında olmuşdur. Qeyd edilən antena Binəqədi Rayon Məhkəməsinin parkinqinə giriş hissədə sol tərəfdə yeləşən marketin üzərində quraşdırılmışdır və həmin vaxt bu nömrənin sahibi məhz bu ərazidə olmuşdur. Qeyd edilən məlumatlar dəqiq və etibarlıdır. Bu tip antenalar relyefdən asılı olaraq təxminən 200-300 metr radiusdakı ərazini əhatə edə bilər və daha uzaq məsafəyə çatma imkanları yoxdur. Bu səbəbdən də, həmin vaxt ***-***- **-** nömrəsinin anten dairəsi Xocəsən qəsəbəsində yerləşən 144 saylı poçt ərazisində olması mümkün deyil. Belə ki, Binəqədi Rayon Məhkəməsi ilə Xocəsən qəsəbəsində yerləşən 144 saylı poçt arasında yol məsafəsi təqribən 16 kilometr (təxminən 30 dəqiqəlik yol), hava xətti ilə isə 7,7 kilometr təşkil edir. Bundan başqa mobil telefonların yerinin təyin edilməsində internetdən istifadə məlumatları daha dəqiq nəticələr verir. Çünki internet istifadə zamanı hər saniyədə yenilənmə baş verir və bu da cihazın yerləşdiyi ərazini dəqiqliklə müəyyən etməyə imkan verir. Bu baxımdan da, ***-***- **-** nömrəsinin internet istifadəsi datalarına əsasən də, həmin gün saat 11:40 radələrində Binəqədi Rayon Məhkəməsinin qarşısında olduğu müəyyən edilir. 08 may 2024-cü il tarixdə, saat 13:00-dan 13:20-dək isə bu nömrənin anten dairəsi “Sulutəpə qəsəbəsi, Gömrük postu” kimi tanınan ərazini göstərir. Həmin ərazidə yerləşən “Azercell” antenası isə “Baltika” zavodunun üzərində quraşdırılmışdır. Bu yer isə 40cı Polis Bölməsinin qarşısındadır və aralarındakı məsafə təxminən 250 metrdir. Mobil telefonun anten dairəsi saat 08 may 2024-cü il tarixdə saat 12:00-dan 14:55-ə qədər fasiləsiz olaraq həmin antena dairəsində olmuşdur. 08 may 2024-cü il tarixdə, saat 11:36-dan 11:42-dək isə ***-***-**-** nömrəsi Binəqədi Rayon Məhkəməsinin qarşısındakı anten dairəsində qeydə alınmışdır. Bu, həm zəng məlumatlarına, həm də internet istifadə datalarına əsasən müəyyən edilir. Eyni zamanda, ***-***-**-** nömrəsi ilə bağlı verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin gün, saat 11:40 radələrində bu nömrənin də anten dairəsi Binəqədi Rayon Məhkəməsinin qarşısını göstərir. Yəni 08 may 2024-cü il tarixdə, saat 11:36-dan 11:42-dək hər iki nömrənin – həm ***-***-**-**, həm də ***-***-**-** nömrələrinin anten dairəsi eyni ərazi – Binəqədi Rayon Məhkəməsinin qarşısındakı ərazi olmuşdur. Bundan əlavə ***-***-**-** nömrəsinin də saat 12:03 radələrindən 14:55-ə qədər “Sulutəpə qəsəbəsi, Gömrük postu” ərazisindəki antena dairəsində olduğu qeydə alınmışdır. Qeyd edilən hər iki nömrənin 08 may 2024-cü il tarixində, saat 11:40 radələrində Xocəsən qəsəbəsində yerləşən 144 saylı poçtun yaxınlığında olan anten dairəsində olması heç bir halda mümkün deyildir. Məhkəmə iclasına mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, anten dairələri 30 km-dək ərazini əhatə edə bilər və bu arada olan maneələrdən, hava şəraitindən və digər hallardan aslıdır. Buna baxmayaraq cihaz ən yaxın məsafədə yerləşən anten dairəsinə qoşulur. Həmin anten dairəsində sıxlıq olarsa ondan sonrakı ən yaxın anten dairəsinə qoşulur. ***-***-**-** saylı mobil nömrənin anten dairəsi 07 may 2024-cü il tarixdə saat 23:36-da Lökbatan qəsəbəsini göstərir. Bu ünvanın yerləşdiyi 40.321xx/xx.75627 koordinatı ilə Xocasəndə yerləşən 144 saylı poçt arasındakı məsafə 13.9 kmdir və bu avtomobillə 17 dəqiqəlik yoldur. Bundan başqa internetdən istifadə datalarına əsasən ***-***-**-** saylı mobil nömrənin anten dairəsi 08 may 2024-cü il tarixdən saat 00:20-dən etibarən 08 may 2024-cü il tarixə saat 13:52-dək 40-cı Polis Bölməsinə 300 metr məsafədə yerləşən “Firavan” şadlıq sarayının üzərində olan anten dairəsində olmuşdur. Qeyd edilən yer ilə bölmə arasında məsafə təxminən 4 dəqiqəlik yoldur. Telefon zənglərinə əsasən dəqiq demək mümkündür ki, ***-***-**-** saylı mobil telefonun anten dairəsi 08 may 2024-cü il tarixdə saat 11:33-də 40-cı Polis Bölməsinə 300 metrlik məsafədə yerləşən “Firavan” şadlıq sarayının üzərində olan antendə qeydə alınmışdır. 08 may 2024-cü il tarixdə saat 11:33-də Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefonun anten dairəsinin qeydə alındığ yer ilə Xocasəndə yerləşən 144 saylı poçt arasında avtomobil yolu ilə 3 km-lik məsafə olmuşdur. 08 may 2024-cü il tarixdə saat 11:20-də ***-***-**-** nömrəsinin anten dairəsinin qeydə alındığ yer ilə Binəqədi Rayon Məhkəməsi arasında məsafə 13 km təşkil edir və bu da avtomobillə təxminən 20-25 dəqiqəlik yoldur. ***-***-**-** nömrəsinin anten dairəsi 08 may 2024-cü il tarixdə 00:20-dən etibarən nömrənin son istifadə vaxtına kimi, yəni 08 may 2024-cü il tarixdə 13:52-yə kimi həmin “Firavan” şadlıq sarayınında olan (40.431xx/xx.77004 kordinatında yerləşən) anten dairəsində olmuşdur. Həmin koordinat və yer də ***-***-**-** saylı nar nömrəsinin 08 may 2024-cü il tarixdə 01:38-də anten daiərsinin qeydə alındığı yer və koordinatla eynilik təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 01); Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini əldə etmə, daşıma və saxlaması barədə Binəqədi rayon Polis İdarəsinin 40cı Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (cild 1, i.v. 05); xx.xx.2024-cü il tarixli 40-cı Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi “Raport”dan görünür ki, X9 qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edərək üzərində daşımasında şübhəli bilindiyi üçün 08 may 2024-cü il tarixdə saat 11:40 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində yerləşən poçtun arxasında saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsiszlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 40 PB-nin inzibati binasına gətirilmişdir. (cild 1, i.v. 08); şübhəli şəxsin tutulması haqqında 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:45-də Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 08 may 2024-cü il tarixdən saat 11:40-dan hesablanmışdır. (cild 1, i.v. 23); xx.xx.2024-cü il tarixli “Protokol”dan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış aparılmamışdan öncə 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi baxışda iştirak etmək təklif edilmiş, lakin o, iştirak etməkdən imtina etmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat verilmiş və o müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmənin aparılmasına etiraz etməmişdir. Qeyd edilən protokol polis əməkdaşları Şahid1, Şahid2, habelə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalansa da, protokolu tərtib etdiyi göstərilən 40-cı PB-nin təhqiqatçısı polis mayoru Məhərrəm Muxatrov tərəfindən imzalanmamış, iştirak etməkdən imtina etdiyi göstərilən müdafiəçi Elvin Qəhərəmanovun adı isə ümumiyyətlə protokolda göstərilməmişdir. (cild 1, i.v 33) ; xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofona bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, daha sonra onun təqdim etdiyi, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan bükülü elektron tərəzidə çəkilmiş, çəkisinin 0.42 qram olması müəyyən edilmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 234 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab olunan “metamfetamin” 08 may 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə saat 13:00-da başlamış, həmin gün saat 13:20-də başa çatmışdır. (cild1,i.v.35- 36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2578 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N234” dairəvi möhür əksi və “..Təqsirləndirilən şəxs-imza, üç-imza, tərtib etdi: M.Muxtarov-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0.413 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop madə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (cild1,i.v.42-44); “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,413 qram kütlə qəbul edilmiş, 0,05 qram tədqiqat üçün istifadə edilmiş, 0,363 qram maddə geri qaytarılmışdır. (cild1,i.v.41); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild1,i.v. 54- 55); xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətmkan tədbirinin seçilməsi qərara alınmışdır. (cild1,i.v. 71-72); xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, X14 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild1,i.v. 73-74); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X41 Şəxsin xx.xx.2024-cü il tarixli, 3110A nömrəli Ambulator X6 rəyindən görünür ki, X7 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild1,i.v. 80-81); xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 0,413 qram çəkidə olan , ekspert tədqiqatından sonra qalan 0,363 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmış, psixotrop maddə olan 0,363 qram metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. (cild1,i.v. 85); 07 may 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD diskdə 02 ədəd videogörüntü vardır. Videogörüntüyə baxış zamanı şəxsin üzərinə axtarış istintaq hərəkəti başlanılır. Həmin videofaylda olan videogörüntü xx.xx.2024-cü il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Təhqiqatçının iş otağında polis əməkdaşları, təhqiqatçı və Təqsirləndirilən şəxs olduğu əks olunur. Onlar özlərini təqdim etdikdən sonra təhqiqatçı Məhərrəm Muxtarov vətəndaş Təqsirləndirilən şəxs üzərinə axtarış aparılmasında öncə ona üzərində qeyri qanuni və dövriyyəsi qadağan olmuş vasitə olub olmamasını, varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs əynində ki, göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunmuş 01 ədəd büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılan zaman həmin bükümün içərisindən çıxan ağ rəngli mənşəyi bilinməyə spesifik iyə məxsus naməlum maddə aşkar edilmişdir. Aşkar olumuş maddə ilə bağlı Təqsirləndirilən şəxs sual verildikdə o həmin maddənin psixotrop maddə olan “metamfetamin” olduğunu və həmin maddəni “Papanin” adlanan ərazidə dostunun dostu olan tanımadığı şəxsdən şəxsi istifadəsindən ötrü əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Məhərrəm Muxtarov tərəfindən axtarış keçirilir lakin heçnə aşkarlanmır. Daha sonra aşkar edilmiş büküm təhqiqatçı Məhərrəm Muxtarov tərəfindən elektron tərəzidə çəkildikdə 0,42 qram çəkidə olduğu müəyyən edilir. Daha sonra keçirilən şəxsi axtarış zamanı aşkar edilən bükülmüş halda olan ağ rəngli kütlə, yəni psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılaraq zərflərə qoyulur və üzəri möhürlənərək imzalanır. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilir və həmin zərfin içərisinin boş olduğu müəyyən edilir. Bundan sonra içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf selofan bükümü zərfə qoyularaq zərfin ağzı Binəqədi RPl-nin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənir və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanır. Şəxsi axtarış və götürmə xidməti iş otağında aparılır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəyi bildirilir. İkinci videogörüntüdə keçirilən hərəkət protokolaşdırılır və şəxslər tərəfindən imza edilir. Şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti xx.xx.2024-cü il tarixdə yekunlaşır. Protokol iştirakçılara ucadan oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmur, protokolun düzgünlüyü imzalarla təsdiq olunur. (cild1,i.v. 83-84); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(001)-34/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 177.1-ci maddəsi ilə 7 ay müddətinə, CM-nin 326.2-ci maddəsi ilə 5 ay müddətinə azadlqıdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla qəti olaraq 8 ay məddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, tutulduğu iki gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa barəsində Binəqədi Rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə aparılan icraata xx.xx.2023-cü il tarixdə CPM-nin 40.3-cü və Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. (cild1,i.v. 102); Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(074)-17/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə əlavə edilməsi, cəzasının əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişidirlmədən saxlanılmasına hökm edilmişdir. (cild2i.v. 201-211); Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)128/2025 saylı qərarından görünür ki, X23 barəsində Şamaxı Rayon Məhkəməsi tərəfindən ittihamedici höküm çıxarıldığından və o, Pentensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanıldığından hazırkı cinayət işinə baxıldığı müddətdə Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına keçirilməsi qərara alınmışdır. (cild2,i.v. 86); Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İİ setiyalı 018492 saylı “Nigah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X12 arasında xx.xx.2015-ci il tarixdə nigahın bağlanması haqqında akt qeydləri 83 nömrəsi ilə qeydə alınaraq ərə Salmanov, arvada Salamanova soyadı verilmişdir. (cild1,i.v. 100); Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan və AA5860198, AA860199, AA2059487, AA2059488, AA3322663, AA5860197 saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, X8 xx.xx.2020-ci il təvəllüdlü X15, xx.xx.2022-ci il təvəllüdlü X24, xx.xx.2010-cu il təvəllüdlü X20, xx.xx.2013-cü il təvəllüdlü X25, xx.xx.2016-cı il təvəllüdlü X28, xx.xx.2018-ci il təvəllüdlü X13 adlı azyaşlı övladları var. (cild1,i.v. 98-99); xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, X16 barəsində axtarış elan edilmişdir. (cild1,i.v. 115); xx.xx.2024-cü il tarixli “Axtarışda olan şəxsin könüllü polisə gəlməsi haqqında” protokoldan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixdən 43096 nömrəli axtarış işi aşılmış X1 olaraq Binəqədi RPİ-nin 40cı PB-nə gəlmişdir. (cild,i.v. 119); xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi qərara alınmışdır. (cild1,i.v. 120); xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin təsdiq edilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təsdiq edilərək, onun saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (cild1,i.v. 120); xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan olunmuş ittiham əsaslı və qanuni hesab edilərək qüvvədə saxlanılmış, barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri və məhkumluğunun ödənilməsi nəzərə alınmış, onun üzərindən aşkar edilib götürülmüş 0,413 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalan qalığı 0,363 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması nəzərə alınaraq məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə 08 may 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD formatındakı diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış, cinayət iş üzrə şübhəli və təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, 08 may 2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 may 2024-cü il tarixli 3-16-16/2-6/2578 nömrəli məhkəmə-kimyəvi, xx.xx.2024-cü il tarixli 3110A nömrəli ambulator X6nın rəyləri, əhəmiyyət kəsb edən digər sənədlər iş materialları ilə ziddiyyət yaratmadığından sübut növü kimi qəbul edilmişdir. (cild1,i.v. 124- 133); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-645/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı, şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin sahə inspektoru Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı və digər şahid həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinin 07 may 2024-ci il saat 00:00-dan, 08 may 2024-cü il tarixə saat 23:59dək antena dairələri barədə məlumatların “Azercell Telekom" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild2,i.v. 62-64); "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 28125 saylı məktubu ilə məhkəmə qərarı icra olunaraq "xxxx" MMC-yə aid ********** və ********** saylı mobil nömrələrin xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə mövcud isifadələrinin əhatə dairələrinə aid məlumatlar 1 ədəd CD-də məhkəməyə təqdim edilmiş və eyni zamanda ********** mobil telefon nömərsinin xx.xx.2019-cu il tarixdən etibarən nömrə daşınma xidməti vasitəsi ilə "xxxx" MMC-nin abunəçisi olması qeyd edilmişdir. (cild2,i.v.70-71); "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BCL/LGL-18365/24 saylı məktubu ilə məhkəmə qərarı icra olunaraq ********** saylı nömrənin sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmadığı, nömrənin xx.xx.2019-cu il tarixdə saat 03:00-da "xxxx" şəbəkəsindən “Azercell” şəbəkəsinə daşındığı qeyd edilərək məhkəmə qərarında göstərilən əldə olunmuş digər mümkün məlumatların məktuba əlavə edilmiş qoşma şəkilndə təqdim edilməsi qeyd edilmiş və məktuba 1 ədəd CD əlavə edilmişdir.(cild2,i.v.73- 74); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-128/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 07 may 2024-ci il saat 00:00-dan, 08 may 2024-cü il tarixə saat 23:59-dək antena dairələri barədə məlumatların “Azerfon" MMC-dən götürülməsi qərara alınmışdır. (cild2,i.v.96-97); “Azerfon" MMC-nin xx.xx.2025-ci il tarixli AZF/LGL-250/25 saylı məktubu ilə məhkəmənin xx.xx.2025-ci il tarixli 1(001)-128/2025 saylı qərarı icra edilərək məlumatlar 1 ədəd CD şəkilndə məhkəməyə təqdim edilmişdir. (cild2,i.v.106-107); "xxxx" MMC tərəfindən təqdim edilmiş 1-ədəd CD-yə məhkəmədə baxış keçirilərkən həmin CD-də “antena-17275” və “antena-intenet17275” adlı iki excell faylının mövcud olduğu müəyyən edilmişdir. “antena-internet-17275” adlı excell faylına baxış keçirilərkən ***- ***-**-** saylı mobil telefonun xx.xx.2024-cü il tarixdə saat 11:35-dən 11:45-dək, ***-***- **-** saylı mobil telefonun anten dairəsi xx.xx.2024-cü il tarixdə saat 11:36-dan 11:42dək “Baki sheheri, Bineqedi rayonu, 21-ci Dagliq kuc.” ünvanı olaraq qeyd edilmişdir. Eyni zamanda ***-***-**-** saylı mobil telefonun həmin gün saat 12:00-dan 14:51-dək, ***-***-**-** saylı mobil telefonun isə saat 12:03-dən 14:55-dək anten dairələri “Sulutepe qes., "Gomruk postu" ünvanı olaraq qeyd edilmişdir. Bundan başqa “antena-17275” adlı excel fayla baxış keçirilərkən ***-***-**-** saylı mobil telefondan xx.xx.2024-cü il tarixdə müxtəlif nömrələrlə danışıqların aparıldığı, saat 11:39 radələrində qəbul edilmiş zəng zamanı 8 saniyəlik danışığın aparıldığı zamanı nömərnin anten dairəsi “Baki sheheri, Bineqedi rayonu, 21-ci Dagliq kuc.” ünvanı olması, saat 12:09, 12:10, 12:48, 14:18, 13:00, 13:24 və 14:47 radələrində aparılan danışıqlar zamanı isə nömrənin anten dairəsi “Sulutepe qes., "Gomruk postu" ünvanında qeydiyyata alınmışdır. Eyni zamanda həmin məlumnatlardan Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nöməsi arasında xx.xx.2024-cü il tarixdə saat 11:01-də 75 saniyəlik, saat 11:20-də 26 saniyəlik, 12:09-da 2 saniyəlik, 12:10-da 25 saniyəlik və bundan sonrakı müxtəlif saatlarda daha 7 dəfə telefon danışıqlarının aparılması müəyyən edilrir. (cild2,i.v. 70-71,133-149); "xxxx" MMC tərəfindən təqdim edilmiş 1-ədəd CD-yə məhkəmədə baxış keçirilərkən həmin CD-də “Əhatə dairəsi_msisdn_553322032” və “Əhatə dairəsi_msisdn_558404445” adlı iki pdf formatlı faylının mövcud olduğu müəyyən edilmişdir. “Əhatə dairəsi_msisdn_553322032” adlı faylına baxış keçirilərkən ********* saylı nömrənin “Müştəri zənglərinin detallaşması” məlumatlarından intenetdən istifadə datalarına (GPRS) əsasən mobil telefonun anten dairəsinin xx.xx.2024-ci il tarixdə saat 00:20dən başlayaraq son məlumatın qeydə alındığı xx.xx.2024-cü il saat 13:52-dək “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004)” ünvanında qeydiyyata alındığı müəyyən edilmişdir. Qeyd edilən ünvana www.google.com/maps intenet səhifəsində baxış keçirlərkən “Firavan Restoranı”nın Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən 300 metr kənarda Xocalı küçəsində yerləşdiyi müəyyən edilmişdir. (cild2,i.v.197) Həmin CD-də olan digər “Əhatə dairəsi_msisdn_558404445” adlı fayla baxış keçirilərkən ********* saylı nömrənin “Müştəri zənglərinin detallaşması” məlumatlarından görünür ki, həmin nömrədə xx.xx.2024-cü il tarixdə saat 11:20, 11:31 və 11:33-də telefon danışıqaları aparılarkən anten dairəsi “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004)” ünvanı, yəni 40-cı Polis Bölməsinə 300 metrlik məsafədə yerləşən ərazidə olmuşdur. Həmin gün saat 12:09, 12:10-da aparılan danışıqlar zamanı anten dairəsi “UBBK3128B/UBBK3128 Xocahesen dash sexi/Bakı şəhəri, Binəqədi ray., Sulutəpə qəs., Xocasən dairəsi 11/2/Binagadi/ (40.428xx/xx.78433)” ünavanında olmuş, saat 12:35-də aparılan telefon danışığı zamanı isə yenidən “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004)” ünvanında olmuşdur. (cild2,i.v.186-195,) "xxxx" MMC tərəfindən təqdim edilmiş 1-ədəd CD-yə məhkəmədə baxış keçirilərkən həmin CD-də “Mushteri zenglerinin detallashmasi_MSİSDN_709202528” adlı bir pdf formatlı faylının mövcud olduğu müəyyən edilmişdir. Həmin məlumatlara baxış keçirilərkən ********* saylı mobil telefon nömrəsinin anten dairəsinin xx.xx.2024-cü il tarixdə saat 01:38-də “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004) ünvanında yəni Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə 300 metrlik məsafədə yerləşən yerdə olması müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının, məhkəmə qərarları əsasında təqsirləndirilən şəxs və şahidlərin istifadəsində olan telefon nömrələrinin "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş anten dairələri barədə məlumatların və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və polis əməkdaşları olan şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 08 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,413 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf selofan bükümdə əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 11:40da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxasında saxlanılaraq Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 13:00da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,413 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 11:40 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxasında saxlanılaraq Bakı şəhəri, Sulutəpə qəsəbəsində yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilməsi həmin tarixdə saat 13:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,413 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1, həmin bölmənin sahə inspektoru Şahid2 və əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid3 ifadələri və məhkəmə qərarları əsasında müvafiq operatorlardan əldə edilmiş anten dairələri barədə məlumatlar ilə həmin xüsusat öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini və xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin gedişini əks etdirən protokolu ayrı-ayrıldıqda təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, onu 07 may 2024-cü tarixində, təxminən axşam saat 23:00–24:00 radələrində Xocasən qəsəbəsində yerləşən kirayədə qaldığı evin qapısının qabağından post-patrul əməkdaşları saxlayaraq post patrul avtomobilində polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu saxlayarkən üzərinə baxsalar da üzərindən heç bir maddə aşkar edilməmişdir. Bundan başqa saxlanılan zaman üzərində mobil telefon olmuş və həmin telefonla birlikdə bölməyə gətirilmişdir. Lakin bölməyə daxil olarkən mobil telefonu Rinat adlı polis əməkdaşı tərəfindən əlindən alınmışdır. Həmin mobil telefonda onun istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Gecəni bölmədə keçirmiş və yalnız ertəsi gün, yəni 08 may 2024-cü il tarixdə vəkili görümüşdür. Polis bölməsində olarkən fiziki və psixoloji təzyiqlərə məruz qalmış, ilk öncə ona Xocəsən qəsəbəsindən başqa yerə köçməsi tələb edilmiş, bölmədən buraxıldıqdan sonra Xocəsəndən Xırdalana köçərək orada yaşamağa başlamışdır. Bölmədə olarkən isə polis əməkdaşları tərəfindən qarşısına iki seçim qoyulmuşdur: ya maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirməyi boyuna götüməlidir, ya da onu qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması ilə rəsmiləşdirəcəklər. Maddənin satış məqsədi ilə üzərində gəzdirməsi daha ağır nəticə verəcəyini bildirən polis əməkdaşları onu şəxsi istifadə versiyasını seçməyə məcbur etmişlər. Ailəsinin vəziyyətini və altı azyaşlı övladının olduğunu nəzərə alaraq, həmin vaxt yüngül varianta razılaşaraq maddəni şəxsi istifadə məqsədilə üzərində daşıdığını qəbul etmək məcburiyyətində qalmışdır. Ona həmçinin vəd edilmişdir ki, bu hal üzrə yalnız CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaq və daha sonra azadlığa buraxılacaq. Daha sonra şəffaf selofana bükülmüş bir maddə masanın üzərinə qoyularaq, həmin maddəni cibinə qoyması, çəkiliş zamanı təqdim etməsi bildirilmişdir. Lakin həmin maddə ona məxsus olmamış və saxlanıldığı zaman onun üzərində heç bir psixotrop vasitə aşkar edilməmişdir. İş üzrə şahidlər dindirildikdən sonra ona verilmiş suallara cavab olaraq isə polis əməkdaşları Şahid1 və Şahid2 yalan danışdığını, onun saxlanılmasında həmin şəxslərin iştirak etmədiklərini, onu tanımadığı post patrul xidmətinin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə axşam saat 23:00-24:00 radələrində yaşadığı evin qarşısından apardıqlarını, hazırkı şahidləri isə aparıldığı günün səhərisi üzərinə baxış keçirilən zaman bölmədə gördüyünü, vəkili isə saxlanıldığı günün səhərisi maddəni üzərinə götürdükdən sonra gördüyünü, vəkil gələnə qədər artıq üstündən metamfetamin çıxmasını üzərinə götürdüyünü 07 may 2024-cü il tarixdə saat 23:36 radələrində Lökbatana dostunun yanına gedib qayıtdığını, ordan qayıtdıqdan sonra yaşadığı evin qapısının qarşısında onu tutaraq polis bölməsinə apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə müəyyən edilmişdir ki o, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsən 10 manat ödəməklə bir büküm psixotrop maddə metamfetmini şəxsi istifadəsi üçün əldə edib gün ərzində həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində istifadə məqsədi ilə saxlamış, daha sonra Xocasən qəsəbəsi ərazisində insanların az olduğundan əldə etdiyi psixotrop maddə metamfetamini istifadə etmək üçün həmin əraziyə gəlmiş, xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Bakı şəhəri, Xocasən qəsəbəsi, poçtun arxasında piyada keçərkən polis əməkdaşları tərəfindən saxlanılaraq 40 saylı polis bölməsinə gətirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin ifadəsində olan ziddiyyətli məqamların aradan qaldırılmamasını, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər, məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı və istintaq zamanı verdiyi ifadələrin isə formal olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiklərini yoxlamaq üçün müdafiə tərəfinin vəsatəti əsasında onun istifadəsində olduğu qeyd edilən ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinin anten dairələri barədə məlumatlar məhkəmə qərarları əsasında müvafiq operatorlardan əldə edilərək təhlil edilmişdir. Cinayət işinin materiallarında olan təqisrləndirilən şəxs Təqsirləndirilən şəxs dindirmə protokolundan da görünür ki, müstəntiq tərəfindən onun ankent məlumatlarında istifadəsində olan mobil telefon nömrələrinin ***-***-**-** və ***-***-**-** olması müəyyən edilərək həmin protokolda qeyd edilmişdir. (cild 1, i.v 67). Yəni qeyd edilən telefon nömrələrinin təqsirləndirilən şəxsin istifadəsində olması işin mübahisəsiz halıdır. "xxxx" MMC-dən məhkəmə qərarı əsasında alınmış ***-***-**-** saylı mobil nömrənin anten məlumatları məhkəmə baxışı zamanı təhlil edilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin istifadəsində olmuş ***-***-**-** saylı telefon nömrəsinin xx.xx.2024-ci il tarixdə saat 00:20-dən başlayaraq son məlumatın qeydə alındığı xx.xx.2024-cü il saat 13:52-dək fasiləsiz olaraq “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004)” ünvanında olmuşdur. Eyni zamanda "xxxx" MMC-dən alınmış məlumatdan 070- 902528 saylı mobil telefon nömrəsinin anten dairəsinin xx.xx.2024-cü il tarixdə saat 01:38-də “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004) ünvanında olması müəyyən edilmişdir. Qeyd edilən ünvana www.google.com/maps intenet səhifəsində baxış keçirlərkən isə “Firavan Restoranı”nının Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən 300 metr kənarda Xocalı küçəsində yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilənlər məhkəmə baxışı zamanı mütəxəssis qismində dəvət edilmiş "xxxx" MMC-nin nümayəndəsi X11 tərəfindən də təsdiq edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrənin anten məlumatları ilə cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxsi xx.xx.2024-cü il tarixdə saat 11:40-da saxlanılmasında iştirak etdiyi göstərilən Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları Şahid1 istifadəsində olmuş ***-***-**- ** saylı və Şahid2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı anten məlumatları qarşılıqlı təhlil edilərkən həmin nömrələrin həmin vaxt başqa-başqa ərazilərdə olması, şəxsə verilmiş ittihamda göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxasında olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin məhkəmə iclasında onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə yaşadığı ünvanın qarşısından 40-cı Polis Bölməsinə aparılması, bir gün həmin bölmədə saxlanılması və onun üzərində axtarışın səhərisi gün aparılması barədə göstərdiyi xüsusatlar onun istifadəsində olmuş telefon nömrələrinin anten məlumatları ilə üst-üstə düşdüyündən məhkəmə onun məhkəmə iclasında verdiyi ifadəsini mötəbər subut kimi qəbul edir və onun ittihamda göstərilən tarixdə və saatda saxlanılmasına əsaslı şübhələr doğurur. Eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsən 10 manat ödəməklə bir büküm psixotrop maddə metamfetmini şəxsi istifadəsi üçün əldə edib gün ərzində həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibində istifadə məqsədi ilə saxladığını, daha sonra Xocasən qəsəbəsi ərazisində insanların az olduğundan əldə etdiyi psixotrop maddə metamfetamini istifadə etmək üçün həmin əraziyə gəldiyini, xx.xx.2024-cü il tarixdə səhər saat 11 radələrində Bakı şəhəri, Xocasən qəsəbəsi, poçtun arxasında piyada keçərkən polis əməkdaşları tərəfindən saxlanılaraq 40 saylı polis bölməsinə gətirildiyini bildirsə də, onun istifadəsində olan telefon nömrəsinin anten dairəsindən onun ümumiyyətlə xx.xx.2024-cü il tarixdə səhər saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə və həmin gün saat 11 radələrində Bakı şəhəri, Xocasən qəsəbəsi, poçtun arxasında deyil, saxlanılaraq gətirildiyi 40-cı Polis Bölməsində olması müəyyən edilmişdir. (istifadəsində olan ********** saylı nömrənin anten dairəsi xx.xx.2024-ci il saat 00:20-dən başlayaraq son məlumatın qeydə alındığı xx.xx.2024-cü il saat 13:52-dək Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən 300 metr kənarda Xocalı küçəsində yerləşən “Firavan Restoranı”nında olan anten dairəsində qeydiyyata alınmışdır). Eyni zamanda səhər saat 7 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə əldə etdiyi psixotrop maddə metamfetmini istifadə etmək üçün insanların az olduğu Xocəsən qəsəbəsinə gəlməsi barədə verilmiş ifadə də məntiqli deyil. Təqsirləndirlən şəxsin həmin dövrdə yaşadığ ev zatən Xocəsən qəsəbəsində olmuşdur. Bundan başqa şəxsin piyada gəlməsi təsəvvür edilsə belə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazi ilə Xocəsən qəsəbəsində yerləşən poçt arasında olan məsafə də 4 saat 40 dəqiqəlik məsafə deyildir. Göründüyü kimi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən məlumatlar məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib edilmiş, onun həmin ifadəsi ona CM-nin 234.1ci maddəsi ilə ittiham verilməsi üçün uydurulmuş senariyə əsasən yazılaraq ona imzalatdırılmışdır. Hansı ki, təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsini polis bölməsində olarkən fiziki və psixoloji təzyiqlərə məruz qaldığı üçün verdiyini bildirmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsini mötəbər sübut kimi qəbul etmir. Bundan başqa iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrin məzmununa uyğun ifadələr verərək Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Poçtun” arxasında saxlayaraq 40cı Polis Bölməsinə gətirdiklərini, bölmədə onun üzərinə baxış keçirlərkən onun könüllü şəkildə üzərində olan psixotrop maddə metamfetamini təqdim etdiyini bildirmişlər. Lakin müdafiə tərəfinin vəsatəti ilə məhkəmə qərarı əsasında onların da istifadəsində olmuş telefon nömrələrinin anten dairələri müvafiq operatorlardan əldə edilib təhlil edilərkən həmin şahidlərin istifadələrində olan mobil telefon nömrələrinin anten dairələrinin xx.xx.2024-cü il tarixdə saat 11:40-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Poçtun” arxasında olan ərazilərdə deyil, tamailə başqa-başqa xeyli uzaq ərazilərdə olduğu müəyyən edilmişdir. Belə ki, Şahid1 istifadəsində olmuş ********* saylı nömrənin Bakcel MMC-dən əldə edilmiş “Müştəri zənglərinin detallaşması” məlumatlarından görünür ki, həmin nömrədə xx.xx.2024-cü il tarixdə saat 11:20, 11:31 və 11:33-də telefon dandanışıqaları aparılarkən anten dairəsi “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004)” ünvanı, yəni 40-cı Polis Bölməsinə 300 metrlik məsafədə yerləşən ərazidə olmuşdur. Həmin gün saat 12:09, 12:10-da aparılan danışıqlar zamanı anten dairəsi “UBBK3128B/UBBK3128 Xocahesen dash sexi/Bakı şəhəri, Binəqədi ray., Sulutəpə qəs., Xocasən dairəsi 11/2/Binagadi/ (40.428xx/xx.78433)” ünavanında olmuş, saat 12:35-də aparılan telefon danışığı zamanı isə yenidən “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004)” ünvanında olmuşdur. Yəni həmin nömrənin anten məlumatları xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində ittiham aktında və şahidin ifadəsində təqsirləndirilən şəxsin saxlanılma yeri kimi göstərilmiş Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxasında olması müəyyən edilmir. Bundan başqa şahid məhkəmə istintaqı zamanı ifadəsində həmin gün üzərində mobil telefon olub-olmadığını tam dəqiqliklə xatırlamadığını, əməliyyat məlumatı əsasında təcili hərəkət etdiklərindən telefonun bölmədə, yaxud avtomobildə qalması barədə qəti fikir deyə bilmədiyini bildirmişdir. Lakin təhlil edilmiş məlumatlardan müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olmuş ********* saylı mobil nömrəsində təqsirləndirilən şəxsin saxlanıldığı vaxt kimi qeyd edilən xx.xx.2024-cü il saat 11:40-dan əvvəl və sonra çoxsaylı telefon danışıqlarının aparıldığı, o cümlədən həmin tarixdə saat 11:20, 11:31, 11:33, 12:09, 12:10 və 12:35-də telefon danışıqları apardığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə hesab edir ki, ********** saylı mobil nömrə xx.xx.2024-cü il tarixdə Şahid1 üzərində olmuş, onun bu məzmunda ifadə verməsi məhkəmə tərəfindən onun telefon nomrəsinin anten dairələrinin götürüldüyü halda həmin məlumatları şübhə altına qoymaq üçün düşünülmüş addımdır. Bundan başqa Şahid2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin anten dairələri barədə məlumatlar "xxxx" MMC-dən əldə edilmiş və həmin məlumatlar mütəxəssis kimi cəlb edilmiş cəmiyyətin “Şəbəkə Texnologiyası Departamentinin Radio və X18 Planlama və Optimizasiya Bölümünün” aparıcı mühəndisi X10 iştirakı ilə təhlil edilərkən o, 08 may 2024-cü il tarixdə, saat 11:36-dan 11:42-dək Anar İbrahimovun istifadəsində olan hər iki nömrənin – həm ***-***-**-**, həm də ***-***-**-** nömrələrinin anten dairəsinin ünvan 2 ünvanında olduğunu, həmin anten dairəsinin isə Binəqədi Rayon Məhkəməsinin parkinqinə giriş hissədə sol tərəfdə yeləşən marketin üzərində quraşdırılmış anten olduğunu, ***-***-**-** nömrəsinin saat 12:03 radələrindən 14:55-ə qədər “Sulutəpə qəsəbəsi, Gömrük postu” ərazisindəki antena dairəsində qeydə alındığını, həmin ərazidə yerləşən “Azercell” antenasının 40-cı Polis Bölməsinin qarşısında aralarındakı məsafə təxminən 250 metr olan “Baltika” zavodunun üzərində quraşdırıldığını, Binəqədi Rayon Məhkəməsi ilə Xocəsən qəsəbəsində yerləşən 144 saylı poçt arasında yol məsafəsinin təqribən 16 kilometr (təxminən 30 dəqiqəlik yol), hava xətti ilə isə 7,7 kilometr təşkil etdiyini, qeyd edilən hər iki nömrənin 08 may 2024-cü il tarixində, saat 11:40 radələrində Xocəsən qəsəbəsində yerləşən 144 saylı poçtun yaxınlığında olan anten dairəsində olmasının heç bir halda mümkün olmayacağı bildirmişdir. Təhlil edilmiş anten məlumatlarından eyni zamanda müəyyən edilmişdir ki, Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə Şahid2 istifadəsində olan ********** saylı mobil telefon nöməsi arasında xx.xx.2024-cü il tarixdə saat 11:01-də 75 saniyəlik, saat 11:20-də 26 saniyəlik, 12:09-da 2 saniyəlik, 12:10-da 25 saniyəlik və bundan sonrakı müxtəlif saatlarda daha 7 dəfə telefon danışıqları aparılmışdır. Saat 12:09 da həmin nömrələr arasında telefon danışıqları aparılarkən Şahid1 istifadəsində olan ********** saylı mobil nömrənin anten dairəsi “UBBK3128B/UBBK3128 Xocahesen dash sexi/Bakı şəhəri, Binəqədi ray., Sulutəpə qəs., Xocasən dairəsi 11/2/Binagadi/ (40.428xx/xx.78433)” ünvanında, Anar İbrahimovun istifadəsində olan mobil nömrələrin isə “Azercell”ə məxsus 40-cı Polis Bölməsinin qarşısında yerləşən və bölmə ilə aralarındakı məsafə təxminən 250 metr olan “Baltika” zavodunun üzərində quraşdırılmış “Sulutəpə qəsəbəsi, Gömrük postu” kimi tanınan ərazidə olmuşdur. “Şəxsi Axtarış və götürmə haqqında” protokola əsasən isə şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış götürmə istintaq hərəkətinin xx.xx.2024-cü il tarixdə saat 13:00-dan 13:20-dək aparılması göstərilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Şahid1la Anar İbrahimov arasında Təqsirləndirilən şəxs saxlanılmasından əvvəl və onun üzərində baxış keçirilməsindən sonra telefon danışıqlarının aparılması ağlabatan olsa da, şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasınadək onlar arasında telefon danışqılarının aparılması heç bir məntqə sığmır. Belə ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdırsa, onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin rəsmiləşdirildiyi saat 13:00-dək onların nəzarətində olmuşdursa, bir yerdə olan şəxslərin bir-biri ilə mobil telefonla danışması məntiqsizdir. Eyni zamanda məhkəmə baxışında həmin şəxslərə məxsus telefonların anten dairələri qeyd edilən saatda fərqli-fərqli ərazilərdə olmuşdur. Qeyd edilənlər bir daha polis əməkdaşlarının bir yerdə olmasını və şübhəli şəxsin saxlanılmasında iştirak etmələrini şübhə altına alır və buna görə də məhkəmə hesab edir ki, polis əməkdaşları onun saxlanımasında iştirak etməmiş, təqsiləndirilən şəxsin dediyi kimi yalnız onun üzərində formal olaraq keçirilən şəxsi axtarış və baxış zamanı iştirak etmişlər. Bundan əlavə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin həyat yoldaşı Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində həyat yoldaşı Təqsirləndirilən şəxs 07 may 2024-cü il tarixindən 08 may 2024-cü il tarixinə gekən gecə saat 00:00 radlərində Xocəsən qəsəbəsində yerləşən yaşadıqları həyət evin qapısının qarşısından post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq bölməyə aparıldığını bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı şahid qismində dindirmə protokolundan görünür ki, müstəntiq tərəfindən ona “Həyat yoldaşım Təqsirləndirilən şəxs saxlanıldığ yer və tarix barədə başqa nə deyə bilərsiniz?” sualı vermiş, o isə cavabında “onu deyə bilərəm ki, həyat yoldaşım Təqsirləndirilən şəxs dəqiq olaraq yaşadığı ünvanda saxlanılmayıb” dediyi göstərilmişdir. Həmin dindirmə protokolundan müəyyən olunur ki, həmin protokol müstəntiq tərəfindən komputer vasitəsi ilə tərtib edilərək çap edilmiş, dindirmənin aparıldığı tarix və saat əlyazma ilə qeyd edilmiş ( tarix “20.05.202_” olaraq, dindirmənin başlama saatı 12:00 olaraq, bitmə tarixi isə 12:30 olaraq əlyazma ilə yazılmış, hansı il olduğu il isə göstərilməmiş), komputerlə yazılmış “ifadəni verdi: X12” (şahidin şəxsiyyət vəsiqəsində olan soyadı “Salmanova” olmasına baxmayaraq soyadı “Xəlilova” olaraq göstərilmşdir) sözlərinin qarşında imza edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin həyat yoldaşının müstəntiq tərəfindən komputerlə çap edilərək ona imzaldılmış ifadəsində yuxarıdakı məzmunda ifadə verməsi tamamilə absurddur. Belə ki, şahidə həyat yoldaşının yaşadığı evdə saxlanılması ilə bağlı sual verilmədiyi halda onun həyat yoldaşı Təqsirləndirilən şəxs dəqiq olaraq yaşadığı ünvanda saxlanılmamasını bildirməsi məhkəmədə müstəntiqin də təqsirləndirilən şəxsin yaşadığı ünvanda saxlanılaraq PB-nə gətirilməsindən məlumatlı olduğu, onun saxlanılma yerinə “don geyindirildiyi” şübhəsini yaratmışdır. Yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs və Şahid3 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərilən xüsusatların doğruluğunu təsdiq edir. Bundan başqa iş materiallarında olan Binəqədi RPİ-in 40-cı PB-nin təhqiqatçısı, polis mayoru Məhərrəm Muxtarov tərəfindən Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs və eksert-kriminalist X2 iştirakları ilə xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Binəqədi RPİ-in 40-cı PB-nin əməkdaşları tərəfindən 08 may 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı saat “11:40”-da Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxasında saxlanılaraq polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi-axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofona bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuş, verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş kütlənin özünə məxsus olduğunu və həmin psixotrop maddə hesab olunan “metamfetamin”i 08 may 2024cü il tarixdə səhər saatlarında Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə xx.xx.2024cü il tarixdə saat 13:00-dan 13:20-dək keçirilmiş və videoçəkiliş ilə qeydə alınmışdır. Həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videoyazıya məhkəmə iclasında baxış keçirilərkən isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir ədəd büküm çıxardaraq təqdim etdikdən sonra təhqiqatçı tərəfindən ona verilmiş suallara cavab olaraq həmin bükümü “Papanin adlanan ərazidə dostunun dostu götürərək ona verdiyini, buna görə 10 manat ödədiyini bildirir, bundan sonra təhiqatçı ona “aldığınız şəxsi dost kimi üzdən tanıyırsınız, ancaq adını bilmirsiniz da hə?” kimi yönləndirici suallar verərək Təqsirləndirilən şəxs verdiyi sualları təsdiqlədir. Eyni zamanda həm baxış protokolundan həm də istintaq hərəkətinin aparılmasını əks etdirən videoyazıdan X8 hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisi X4 iştirak etmədiyi müəyyən edilir. Məhkəmənin diqqətini çəkən digər bir məqam isə ondan ibarətdir ki, anten məlumatlarına əsasən təqsirləndirilən şəxs bölməyə gətirilərkən üstündə olduğunu qeyd etdiyi ********** saylı mobil nömrənin anten dairəsi həqiqətən də xx.xx.2024-ci il tarixdə saat 00:20-dən başlayaraq son məlumatın qeydə alındığı xx.xx.2024-cü il saat 13:52-dək fasiləsiz olaraq “UBBK0383F/UBBK0383 Firavan sh.s/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, 7-ci döngə 1/Binagadi/ (40.431xx/xx.77004)” ünvanında, yəni 40-cı Polis Bölməsinə 300 metrlik məsafədə yerləşən antena dairəsində olmasına baxmayaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı onun üzərindən mobil telefon aşkar edilməmişdir. Piyada hərəkət edərəkən saxlanılması qeyd edilən Təqsirləndirilən şəxs üzərində mobil telefonun olmaması isə ağlabatan deyildir. Çünki cinayət işinin materiallarına əsasən şəxsin saxlanılma yeri kimi göstərilən Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxası ilə onun istifadəsində olmuş telefon nomrəsinin anten dairəsinin qeydə alındığı 40-cı Polis bölməsinə 300 metrlik məsafədə yerləşən yer arasında kifayət qədər məsafə var və məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs PB-nə gətirilərkən mobil telefon onun üzərində olmuş, lakin şəxsi axtarış zamanı onun üzərində mobil telefonun aşkar edilməməsi qeyd edilən şəxsi axtarış və götürmə istintaq hərəkəti barədə tərtib edilmiş protokolu bir daha şübhə altına almışdır. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə 08 may 2024-cü il qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında 08 may 2024-cü il tarixdə, saat 12:45-də tərtib edilmiş protokolda Müdafiəçi imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin 15 dəqiqə sonra şübhəli şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməkdən imtina etmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçinın imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli “Protokol”-dan müəyyən edilir ki, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi axtarış aparılmamışdan öncə 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi baxışda iştirakı etmək təklif edilmiş, lakin o, iştirak etməkdən imtina etmişdir. Bu barədə Təqsirləndirilən şəxs məlumat verilmiş və o müdafiəçisinin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmənin aparılmasına etiraz etməmişdir. Qeyd edilən protokol polis əməkdaşları Şahid1, Şahid2, habelə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalansa da, protokolu tərtib etdiyi göstərilən 40-cı PB-nin təhqiqatçısı polis mayoru Məhərrəm Muxatrov tərəfindən imzalanmamış, iştirak etməkdən imtina etdiyi göstərilən müdafiəçi Elvin Qəhərəmanovun adı isə ümumiyyətlə protokolda göstərilməmişdir. Eyni zamanda bütün mətni kömpterdə çap edilərək Təqsirləndirilən şəxs imzaladılmış xx.xx.2024-cü il tarixli ərizədə dövlət hesabına ona təqdim edilmiş müdafiəçinin iştirakı olmadan üzərində keçiriləcək şəxsi axtarış və götürmə aparılmasında etirazının olmadığını bildirmişdir. Qeyd edilən ərizədən də görünüdüyü kimi, Təqsirləndirilən şəxs ona dövlət hesabına təyin edilmiş müdafiəçidən özü könüllü olaraq imtina etməmiş, müdafiəçinin iştirakdan imtina etməsi ona bildirilmiş və onun da formal olaraq buna etiraz etməməsi barədə ərizəsi alınmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Təqsiləndirilən şəxsin müdafiçisi Müdafiəçi da məhkəmədə çıxışında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmədiyini, onun həmin istintaq hərəkətinin aparılmasında iştirak etməkdən müdafiəçi kimi imtina etməyə ümumiyyətlə hüququnun olmadığını, təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində müdafiəçinin iştirak etməsini istəmədiyini və bu barədə ərizə təqdim etdiyini bildirdiyini qeyd etmişdir. Göstərilənlər nəticəsində məhkəmədə formalaşan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 08 may 2024-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində iştirak etməkdən imtina etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında müdafiəçinin iştirakdan imtina etməsini “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 may 2024-cü il tarixli 3-16-16/2-6/2578 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X41 Şəxsi ambulator X6nın xx.xx.2024-cü il tarixli, 3110A saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1- ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Eyni zamanda həmin rəyə əsasən bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə də təyin edilə bilməz. Beləliklə məhkəmə baxışı zamanı müəyyən olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə keçən gecə saat 00:00-00:30 aralığında Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi poçtunun arxasında yaşadığı evin qarşısından polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmasına və Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə aparılmasına baxmayaraq, onun üzərində şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkəti dərhal deyil, bölmədə saxlanıldıqdan çox uzun müddət sonra yəni xx.xx.2024-cü il tarixdə saat 13:00-da, yəni şübhəli şəxsin tutulmasından xeyli müddət keçdikdən sonra başlanmışdır. Odur ki, sözügedən faktlarla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında təxminən 13 saata yaxın vaxtın keçməsi və şübhəli şəxs qismində tutulan zaman üzərində dərhal narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşyanın olub-olmaması halının yoxlanılmaması həmin sübutun onun cibinə “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hətta rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs 08 may 2024-cü il, saat 11:40 radələrində saxlanılmasının doğru məlumat kimi qəbul edildiyi təqdirdə belə (yuxarıdakı sübutlara əsasən bu öz təsdiqini tapmamışdır) şəxsin saxlanılma yeri ilə 40-cı Polis Bölməsi arasında olan məsafənin qısa olması nəzərə alınmaqla Səvər Salmanovun üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan 1 saat 20 dəqiqə vaxt keçdikdən sonra saat 13:00-da həyata keçirilməsi özü-özlüyündə psixotrop maddənin onun üzərinə qoyulması ilə bağlı yaranmış şübhələri aradan qaldırmır, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuş, həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Layıcovun işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 saylı qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu məhkəmələrin diqqətinə çatdırmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə, tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə və dərhal deyil, uzun müddət sonra polis bölməsində xidməti otaqda keçirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış, heç bir əsas olmadan müdafiəçi şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməmiş və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə əlavə olaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni polis bölməsində ona fiziki və psixoloji təzyiqlərə məruz qaldığı üçün verdiyini, polis əməkdaşları tərəfindən qarşısına ya maddəni şəxsi istifadə məqsədi ilə üzərində gəzdirməyi boyuna götüməsi, ya da onu qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması ilə rəsmiləşdirəcəyi barədə iki seçim qoyulduğunu, satış məqsədi ilə üzərində gəzdirməsi daha ağır nəticə verəcəyini bildirən polis əməkdaşları onu şəxsi istifadə versiyasını seçməyə məcbur etiklərini, ailəsinin vəziyyətini və altı azyaşlı övladının olduğunu nəzərə alaraq, həmin vaxt yüngül varianta razılaşaraq maddəni şəxsi istifadə məqsədilə üzərində daşıdığını qəbul etmək məcburiyyətində qaldığını bildirmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X36 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərit. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 128.2-ci maddəsinə əsasən əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. 7.0.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. 353.5-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi barədə qərar qəbul eilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Həmçinin "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən məhkəmə qərarları əsasında əldə edilmiş təqsirləndirilən şəxsin və şahidlərin telefon nömrələrinin anten məlumatlarını özündə əks etdirən ümumilikdə 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərarla X21 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixli “Qətimkan tədbirinin təsdiq edilməsi və təqsirləndirilən şəxsin azad edilməsi haqqında” qərarla onun barəsində xx.xx.2024-cü il tarixli qərarla seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri təsdiq edimişdir. Təqsirləndirilən şəxs bəraət verildiyindən CPMnin 353.5-ci maddəsinə əsasən onun barəsində hazırkı cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri ləğv edilməli, Şamaxı Rayon Məhmkəməsinin xx.xx.2025-ci il tarixli 1(074)-17/2025 saylı hökmü ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin hökmə əsasən cəza çəkdiyi nəzərə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 92 (doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 0,413 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,363 qram hissəsi Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra 0,413 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,363 qram çəkidə psixotrop maddə-metamfetaminin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, ekpertiza tədqiqatından sonra çəkisi 0,363 qram olan psixotrop maddə metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 85 (səksən beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 85 (səksən beş) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 635 (altı yüz otuz beş) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin və onun Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(074)-17/2025 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda həmin hökm üzrə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. "xxxx", "xxxx" və "xxxx" MMC-lərdən məhkəmə qərarları əsasında əldə edilmiş telefon nömrələrinin anten məlumatlarını özündə əks etdirən ümumilikdə 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,413 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,363 qram çəkidə psixotrop maddəmetamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc otağında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra 0,413 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,363 qram çəkidə psixotrop maddə-metamfetamin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 635 (altı yüz otuz beş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binnəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar