Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-129/2021 10.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs3 Yunis oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Ermənistanın, Qafan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, himayəsində bir azyaşlı uşağı olan, Abşeron rayonu, Masazır kəndində qeydiyyatda olmaqla, ünvan 1 mənzil 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2, 178.2.4 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə X2 etibarından sui-istifadə edərək Abşeron rayonu Mehdiabad qəsəbəsi yeni yaşayış massivində özünə aid olmayan kənd təsərrüfat təyinatlı 2 sot boş torpaq sahəsini özünə məxsus torpaq sahəsi kimi göstərib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2014-cü ilin aprel ayının ortalarında günorta saatlarında sonuncudan beh adı ilə 300 manat, bundan iki gün sonra fərqli torpaq sahəsinə dair mülkiyyət sənədini təqdim edib xx xxxxx 2014-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 1 saylı notariat kontorunda 3000 manat, təxminən 10 gün sonra günorta saatlarında Abşeron rayonu Mehdiabad qəsəbəsindəki "Araz" marketin qarşısında 500 (beş yüz) manat, bundan bir ay sonra günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində 500 manat, daha sonra həmin ərazidə günorta saatlarında hissə-hissə 1100 (bir min yüz) manat, 2014-cü ilin sentyabr ayında günorta saatlarında həmin ünvanda 600 (altı yüz) manat pulunu alıb ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 6000 manat, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakın ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək Abşeron rayonu Mehdiabad qəsəbəsi «Küllü bulaq» adlanan ərazidə əkinçilik təyinatlı 0,04 hektar torpağa aid hüquqların qeydiyyatı haqqında RX seriyalı ******* nömrəli çıxarışı təqdim edib bu çıxarışla Abşeron rayonu Mehdiabad qəsəbəsinin mərkəzində yerləşən 0,038 hektar torpağın ona məxsus olduğunu bildirərək inandırıb aldatmış və vahid niyyətlə əhatə olunan qəsdlə həmin torpağı xx xxxx 2014-cü il tarixdə günorta saatlarında Abşeron rayon 1-saylı notariat kontorunda Zərərçəkmiş şəxs1 satıb 12.000 manat alıb ələ keçirərək zərərçəkmiş şəxsə 12.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, X3 cavabdeh kimi ondan 12.000 (on iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq X11 xeyrinə ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-4540/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(012)-331 /2019 saylı qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, qeyri-rəsmi olaraq torpaq alğı-satqısı ilə məşğul olmuşdur. O, maddi imkanı pis olduğu üçün bir neçə şəxsə özünə aid torpağa məxsus sənədi göstərib, sənəddə göstərilən torpaq sahəsini deyil, başqa yerdə yerləşən torpaq sahəsi göstərərək pullarını ələ keçirmişdir. Belə ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi «Küllü bulaq» adlanan ərazidə əkinçilik təyinatlı 0,04 hektar torpağa çıxarışı xx xxxx 2014-cü il tarixdə Zərərçəkmiş şəxs1 təqdim edib bu çıxarışla Abşeron rayonu Mehdiabad qəsəbəsinin mərkəzində yerləşən 0,038 hektar torpağın özünə məxsus olduğunu bildirərək inandırıb aldatmaqla, həmin torpağı alğı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs1 12.000 manata satmışdır. Bundan başqa, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi yeni yaşayış massivində özünə aid olmayan kənd təsərrüfat təyinatlı 2 sot boş torpaq sahəsini 2014-cü ilin aprel ayında X4 özünə məxsus torpaq sahəsi kimi təqdim edib göstərərək 6000 manata satacağını vəd edib sonuncudan beh qismində 300 manat almışdır. Bundan iki gün sonra göstərdiyi deyil, tamamilə fərqli torpaq sahəsinə dair mülkiyyət sənədini təqdim edib xx xxxxx 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlayaraq X1 3000 manat almışdır. Bundan təxminən 10 gün sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki "Araz" marketin qarşısında X1 500 manat, bir ay sonra Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində 500 manat, daha sonra həmin yerdə bir neçə dəfəyə 1100 manat, 2014-cü ilin sentyabr ayında həmin ünvanda 600 manat, cəmi 6000 manat pul almışdır. Bundan əlavə, X13 uzun müddətdir tanımış və sonuncu ilə aralarında borc münasibətləri olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən, ondan 12.000 (on iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq X11 xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icra işi başlanaraq ona tələbin könüllü icra olunması üçün 10 günlük müddət verilmiş, lakin həmin məbləğdə pulun qaytarılmasına imkanı olmadığından irəli sürülən tələbi icra etməmişdir. Bu səbəbdən Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmişdir. Məhkəmə qətnaməsini icra etməməyinə görə cinayət məsuliyyətinə cəlb olunacağı barədə dəfələrlə icra məmuru tərəfindən xəbərdar olunmuş, lakin icra zamanı həmin borcu qaytarmağa imkanı olmamışdır. Məhkəmə qətnaməsinə hörmətlə yanaşmış və icrasından yayınmamış, sadəcə maddi vəziyyəti pis olduğundan qətnaməni icra etməyə imkanı olmamışdır. Hazırda qətnamə üzrə tam ödəniş etməyə imkanı yoxdur, lakin hissə-hissə ödəməyə söz verir. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs3 Yunis oğluna 3800 manat pul ödəmiş, qalan məbləği də imkanı olduqca ödəyəcəkdir. Hazırda törətdiyi cinayət əməllərindən peşman olmasını, X8 və Zərərçəkmiş şəxs1 dəymiş zərər tam şəkildə ödədiyi üçün sonuncuların ondan şikayət və tələbinin olmamasını, eləcə də, himayəsində bir azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, özünə ev tikmək məqsədi ilə 2014-cü ilin əvvəllərindən başlayaraq Bakı şəhəri və Abşeron rayonu ərazisində torpaq sahəsi axtarmağa başlamışdır. Həmin ilin aprel ayında arvadı Jalənin dayısı Silahdar onlara, özünün yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni yaşayış massivində yerləşən evinin yaxınlığında Rəşadət adlı şəxsin 0,40 ha torpaq sahəsi satdığını demişdir. O, arvadı ilə birlikdə bir neçə gün sonra Silahdarın evinə getmiş və sonuncu Rəşadəti ora çağırmış və birlikdə təklif olunan torpaq sahəsinə baxmışlar. Həmin zaman Rəşadət onlara, baxdıqları torpaq sahəsinin özünə məxsus olmasını deyərək, torpaq sahəsinə dair çıxarışının olduğunu bildirmişdir. Torpaq sahəsi xoşlarına gəldiyinə görə almaq qərarına gəlmiş və Rəşadətlə 12.000 manata razılaşmışlar. O, xx xxxx 2014-cü il tarixdə Mehdiabad qəsəbəsində Rəşadətlə görüşmüş, Silahdarın yanında Rəşadətə 12.000 manat pul verdikdən sonra, ikisi birlikdə Xırdalan şəhərində yerləşən notariat ofisinə gedib orada torpağın alğı-satqı müqaviləsi bağlamışlar. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinə getmiş və həmin torpaq sahəsinə dair öz adına çıxarış almışdır. O, qeyd edilən torpaq sahəsini alan zaman Rəşad ona bildirmişdir ki, ona satdığı və çıxarış aldığı torpaq sahəsi məhz onlara göstərdiyi torpaq sahəsinə aiddir. Bundan bir müddət sonra o, aldığı torpaq sahəsinə iki daş hündürlüyündə hasar çəkdirmiş və həmin hasarın çəkilməsinə 2000 manat xərcləri çıxmışdır. xx xxx 2015-ci il tarixdə o, qeyd edilən torpaq sahəsini arvadı Jaləyə bağışlamış və sonuncunun adına çıxarış almışdır. O, reyestri xidmətində olarkən torpaq sahəsinin harada yerləşdiyini yoxladan zaman məlum olmuşdur ki, çıxarışda göstərilən torpaq sahəsi Rəşadin onlara göstərdiyi torpaq sahəsinə aid deyil, həmin çıxarış Rəşadətin onlara göstərdiyi ərazidən xeyli aralıda, bataqlıq olan ərazidəki torpaq sahəsinə aiddir. Bundan sonra Rəşadətlə əlaqə saxlamış və sonuncu onu aldatdığını demişdir. O, Rəşadətdən pulu tələb etmiş və sonuncu ona başqa torpaq sahəsi verəcəyini vəd etmişdir. Bundan sonra Rəşadət ona dörd dəfə ayrı-ayrı ərazilərdə torpaq sahələri göstərmişdir. O, Rəşadətin göstərdiyi torpaq sahələrinin mülkiyyət hüququnun kimə məxsus olduğunu yoxladarkən məlum olmuşdur ki, ona göstərilən həmin torpaq sahələrinin heç biri Rəşadətə məxsus deyildir. Hazırda təqsilrəndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Rəşadətlə barışmış və sonuncudan heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-cü ilin aprel ayında ev tikmək üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan, torpaq alğı-satqısı ilə məşğul olan Rəşadət adlı şəxslə tanış olmuşdur. Rəşadət Mehdiabad qəsəbəsi ərazisindəki yeni məhəllədən ona bir neçə torpaq sahəsini göstərib özünə məxsus olduğunu bildirmişdir. Lakin həmin torpaq sahələri xoşuna gəlmədiyi üçün Rəşadətlə razılaşmamışdır. Bundan bir neçə gün sonra Rəşadət ona Mehdiabad qəsəbəsi ərazisindən 06 sot torpaq sahəsini göstərib həmin torpaq sahəsinin özünə məxsus olduğunu və hər sotunu 3 min manata satdığını demişdir. O, pulunun az olduğunu bildirib həmin torpaq sahəsindən 02 sotunu ala biləcəyini Rəşadətə deyib onunla razılaşmışdır. O, Rəşadətə 300 manat beh vermiş və sonuncu ilə qalan 6 min manatdan 3 min manatını alğı-satqı günü, qalanını isə 6 ay ərzində hissə-hissə ödəyəci barədə razılığa gəlmişdir. Bundan bir neçə gün sonra o, anası Məxmər və Rəşadətlə birlikdə Xırdalan şəhərində yerləşən notariat ofisinə getmiş və orada Rəşadətə 3 min manat pul və şəxsiyyət vəsiqəsini vermişdir. Rəşadət vəsiqəni və pulu ondan alıb natariat ofisə daxil olmuş ona satdığı torpaq sahəsinə aid sənədləri hazırlatdırdıqdan sonra onu həmin sənədləri imzalamağa çağırmışdır. O da həmin sənədləri imzalayıb özünə götürmüş və torpaqda evinin tikintisinə başlamaq istədiyini bildirmişdir. Rəşadət tikəcəyi evin eskiz layihəsini hazırlamaq üçün ondan 100 manat pul alıb təxmnən 10 gün sonra ona həmin layihəni hazırlayıb vermişdir. O da bir neçə bankdan cəmi 25 min manat kredit pul alıb evinin tikintisinə başlamış və həmin ərəfədə tarixini dəqiq xatırlamadığı gündə ustalara baş çəkməyə getdiyi vaxt, Mehdiabad qəsəbəsində, “Araz” marketin qarşısında Rəşadətlə görüşüb torpağa görə borclu qaldığı 2700 manat pulun 500 manatını Rəşadətə vermişdir. Bundan təxminən 1 ay sonra o, Rəşadətə zəng edib borclu qaldığı puldan 500 manatını vermək istədiyini bildirmişdir. Bundan sonra o, Rəşadətlə Bakı şəhəri, Binəqədı rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində görüşüb sonuncuya pulu vermişdir. Bu münvalla o, Rəşadətə aldığı torpaq sahəsinə görə borclu olduğu pulu bir neçə dəfəyə vermişdir. Sonuncu dəfə 2014- cü ilin sentyabr ayının sonlarında Rəşadətə zəng edib torpağa görə borclu qaldığı axırıncı 600 manat pulu verib aralarında olan pul məsələsini bağlamaq istədiyini bildirmişdir. Rəşadət də az sonra metal rəngli, “Mercedes” markalı avtomobil ilə onun iş yerinə, yəni Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən qadın salonun qarşısına gəlib ondan 600 manat pulu alıb getmişdir. O, Rəşadətin pulunu verib qurtarana kimi aldığı torpaq sahəsində evin tikintisini başa çatmışdır. Bundan təxminən 1 ay sonra o, evinə baş çəkməyə getdiyi vaxt tanımadığı bir kişi ilə qadın ona yaxınlaşıb həmin torpaq sahəsinin onlara məxsus olduğunu bildirmişlər. Bundan sonra o, Rəşadətin ona verdiyi torpaq sənədlərini götürüb Daşınmaz Əmlakın Reyester xidmətinin Abşeron rayon şöbəsinə gedib həmin sənədləri yoxlatdırmışdır. Həmin vaxt ona məlum olmuşdur ki, Rəşadətin ona satdığı 02 sot torpaq sahəsi həmin sənəddə göstərilən torpaq sahəsindən təxminən 4 kilometr aralıda yerləşir. Bunu bildikdən sonra o, Rəşadəti tapıb həmin torpaq sahəsinə görə verdiyi pulu və torpaq sahəsində tikdirdiyi evə xərclədiyi 25 min manatı qaytarmasını tələb etmişdir. Rəşadət də ona 10-15 günə pulları qataracağına söz vermiş, lakin verdiyi vədə əməl etməmişdir. Hazırda təqsilrəndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Rəşadətlə barışmış və sonuncudan heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışı Əliağa vasitəsi ilə tanımışdır. O, Rəşadətə borc pul vermiş, lakin sonuncu onun pulunu qaytarmadığı üçün məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 12.000 (on iki min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra sənədinin icra olunması üçün könüllü müdət verilmiş, lakin Təqsirləndirilən şəxs tərəfindən öhdəliyini yerinə yetirməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmişdir. Qətnamə üzrə qət edilmiş pulunun borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 (gün) müddətinə inzibati qaydada həbs olunmuş, lakin daha sonra icra məmuru tərəfindən sonuncuya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq bir daha imkansızlığını əsas gətirib qətnamə üzrə pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən 3800 manat borc ödənilmiş, qalan borc isə ödənilməmişdir. Ona görə də, o, Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əri Zərərçəkmiş şəxs1 2014-cü ilin aprel ayında Bakı şəhəri və Abşeron rayonu ərazisində torpaq sahəsi alıb özlərinə ev tikdirmək qərarına gəlmişdir. Həmin ilin aprel ayında dayısı Silahdar onlara, özünün yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yeni yaşayış massivində yerləşən evinin yaxınlığında Rəşadət adlı şəxsin 0,40 ha torpaq sahəsi satdığını demişdir. O, Alqayıt ilə birlikdə bir neçə gün sonra Silahdarın evinə getmiş və sonuncu Rəşadəti ora çağırmış və birlikdə təklif olunan torpaq sahəsinə baxmışlar. Həmin zaman Rəşadət onlara, baxdıqları torpaq sahəsinin özünə məxsus olmasını deyərək, torpaq sahəsinə dair çıxarışının olduğunu bildirmişdir. Torpaq sahəsi xoşlarına gəldiyinə görə almaq qərarına gəlmişlər və Rəşadətlə 12.000 manata razılaşmışlar. Alqayıt xx xxxx 2014-cü il tarixdə Mehdiabad qəsəbəsində Rəşadətlə görüşmüş, Silahdarın yanında Rəşadətə 12.000 manat pul verdikdən sonra, Xırdalan şəhərində yerləşən notariat ofisinə getmişlər. Orada torpağın alğı-satqı müqaviləsi bağlamış və bundan sonra Alqayıt Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinə gedərək çıxarış almışdır. Bundan bir müddət sonra aldıqları torpaq sahəsinə iki daş hündürlüyündə hasar çəkdirmişlər və həmin hasarın çəkilməsinə 2000 manat xərcləri çıxmışdır. xx xxx 2015-ci il tarixdə Alqayıt qeyd edilən torpaq sahəsini ona bağışlamışdır. Alqayıt bununla bağlı reyestri xidmətində olarkən torpaq sahəsinin harada yerləşdiyini yoxlatmış və həmin zaman onlara məlum olmuşdur ki, çıxarışda göstərilən torpaq sahəsi Rəşadin onlara göstərdiyi torpaq sahəsinə aid deyil, həmin çıxarış Rəşadətin onlara göstərdiyi ərazidən xeyli aralıda, bataqlıq olan ərazidəki torpaq sahəsinə aiddir. Bundan sonra Rəşadətlə əlaqə saxlamışlar və sonuncu onları aldatdığını etiraf etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon məhkəməsinin 2(012)4540/2018 saylı xx.xx.2018-cı il tarixli qərarına əsasən cavabdeh Təqsirləndirilən şəxs 12.000 (on iki min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X14 geri qaytarılmalı, iş üzrə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət hesabına ödənilməsi qət olunmuşdur. İcra vərəqəsi üzrə Abşeron rayon icra və probasiya şöbəsində xx.xx.2018- cı il tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Məhkəmə qərarı borclu tərəfindən könüllü icra müddəti ərzində təmin edilmədiyindən tələbin ona məxsus əmlak və gəlirləri hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs adına tələbin yönəldib biləcəyi əmlak və gəlirləri aşkar edilməmişdir. Bundan sonra iş üzrə borclu Təqsirləndirilən şəxs icra məmurunun çağırışlarına məhəl qoymadığı üçün xx.xx.2019-ci il tarixli axtarış qərarı qəbul olunaraq aidiyyəti üzrə Abşeron rayon Polis İdarəsinə göndərilmişdir. Axtarışda olan iş üzrə borclu Təqsirləndirilən şəxs Abşeron rayon polis əməkdaşlarının vasitəsi ilə xx.xx.2019-ci il tarixdə Abşeron rayon İcra Şöbəsinə gətirilmiş və o, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron rayon məhkəməsinin 3(012)331/20İ9 saylı xx.xx.2019-cı il tarixli qərardadı ilə 10 (on) gün inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə qərarının icrasının təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ Abşeron rayon məhkəməsinin 8(012)406/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs işlə təmin olunmaq məqsədilə Dövlət Məşğulluq Xidmətinə müraciət olunması təklif olunsa da, mərkəzdən əldə olunmuş məlumata əsasən Abşeron rayon Məşğulluq Mərkəzinə müraciət etməmiş və iş axtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində CM-in 306.1cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün tərəfindən Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X16, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid2 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pulunun ələ keçirilməsi barədə ərizəsi əsasında toplanmış material üzrə CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2017-ci il protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 4(012)-325/2017 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 1 ay 27 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmışdır. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair olan ********** nömrəli cinayət işi sonuncunun həmin Məcəllənin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaqı ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş 14000 manat məbləğində maddi ziyan təqsirləndirilən şəxsin həyat yoldaşı tərəfindən tam şəkildə ödənilmiş, artıq onun Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi RPİ-nin İŞ-nə göndərilmişdir. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən, eləcə də müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 il müddətə sınaq müddəti müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, fakta görə CM-in 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli təqdimatdan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-4540/2018 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 12000 manat məbləğində pul vəsaitinin alınaraq, iddiaçı X14 qaytarılması və iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq, dövlət hesabına ödənilməsi qət edilmişdir. xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(012)-4540/2018 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(012)-331/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətə inzibati qaydada həbs edilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona xx.xx.2019-cu il tarixdə CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və iş üzrə əməl CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinə tövsif olunaraq, cinayət işinin istintaqı ********* nömrəsi altında davam etdirilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən azad edilərək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-129/2021 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. xx.xx.2021-ci il tarixli zərərçəkmiş şəxs X2 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Şəxsi məlumatlara dair portal çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59-cu maddəsinin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X6 ilə barışıq əldə etməsini, onlara dəymiş ziyanın tamamilə ödənilməsini, eləcə də iş üzrə digər Zərərçəkmiş şəxs3 Yunis oğluna dəymiş ziyanın qismən ödənilməsini, himayəsində bir azyaşlı uşağının olmasını, habelə törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2, 178.2.4 və 306.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-in 178.3.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 il müddətə sınaq müddəti müəyyən edilməsinə baxmayaraq, yenidən eyni xarakterli cinayət əməllərinin törətməsində ittiham olunması qeyd edilən cəzanın onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə xx xxxxxx 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 4(012)- 325/2017 nömrəli qərarı barəsində 1 ay 27 gün müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə sonuncu barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2017-ci il tarixdə isə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq, xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi RPİ-nin MSYdən azad edilmiş və barəsində ********* nömrəli cinayət işi üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət işi üzrə ümumilikdə 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddətində həbsdə və ev dustaqlığında olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı həbsdə və ev dustaqlığında olduğu 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-129/2021 qərarı ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli hazırda baxılan cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edildiyi vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində cinayət işinin materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 306.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ümumilikdə həbsdə və ev dustaqlığında olduğu 1 (bir) ay 29 (iyirmi doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-129/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-129/2021
10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver