Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-129/2023 07.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim: Qurbanova Aygün Arzu qızı, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi: Hüquq Departamentinin Hüquqi Mübahisələrlə İş üzrə Şöbəsinin rəisi X6, Təqsirləndirilən şəxs (mülki cavabdeh): Təqsirləndirilən şəxs, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1973-cü ildə Qazax rayonunun Qarapapaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü əy y ə n e t d i: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 21 avqust 2022-ci il tarixdə, saat 10 radələrində ünvan 1 ünvanının blokunda olan Zərərçəkmiş şəxs ASC-yə məxsus, vətəndaşlar Şahid4 yaşadığı mənzil 31 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını, Şahid2 Georgiyeviçin yaşadığı mənzil 32 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını və Şahid3 yaşadığı mənzil 33 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 381 (üç yüz səksən bir) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 22 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 62 ünvanının blokunda olan, Zərərçəkmiş şəxs ASC-yə məxsus, vətəndaş Şahid1 yaşadığı mənzil 14 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə 127 (yüz iyirmi yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 23 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 60 ünvanının blokunda olan, Zərərçəkmiş şəxs ASC-yə məxsus, vətəndaş Şahid5 yaşadığı mənzil 58 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə 127 (yüz iyirmi yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 24 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 60 ünvanının blokunda olan, Zərərçəkmiş şəxs ASC-yə məxsus, vətəndaşlar Şahid6 yaşadığı mənzil 33 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını və Şahid7 yaşadığı mənzil 34 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 254 (iki yüz əlli dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 26 avqust 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 60 ünvanının blokunda olan, Zərərçəkmiş şəxs ASC-yə məxsus, vətəndaşlar Şahid9 yaşadığı mənzil 62 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını və Şahid8 yaşadığı mənzil 64 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 254 (iki yüz əlli dörd) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə 28 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 60 ünvanının blokunda olan, Zərərçəkmiş şəxs ASC-yə məxsus, vətəndaş Şahid10 yaşadığı mənzil 61 ünvanına gedən su xəttinə quraşdırılmış bir ədəd 127 (yüz iyirmi yeddi) manat dəyərində «ÇSS-20» markalı mexaniki su sayğacını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-yə 127 (yüz iyirmi yeddi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Ağcabədi rayonunun Hüsülü kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Burada daimi yaşayış yeri yoxdur və gündəlik evlərdə kirayədə qalırdı. Uzun müddət, on iki-on üç il olar ki, narkotik vasitə istifadə edir. Heç yerdə işləmədiyi və narkotik vasitə aludəçisi olduğu üçün Bakı şəhəri, Binəqədi rayonu ərazisinin müxtəlif ünvanlarında binaların blokunda yerləşən su sayğaclarını oğurlayaraq satmaqla gündəlik tələbatını ödəmiş və narkotik vasitə alıb istifadə etmişdir. Narkotik vasitəni Sabunçu rayonu, Dəmiryolu vağzalının yanında tanımadığı şəxsdən alaraq istifadə etmişdir. İlk dəfə 21 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, A.Gəraybəyli küçəsində yerləşən 37A saylı binanın blokuna daxil olaraq orada yerləşən üç ədəd su sayğacını yerləşdikləri göy rəngli plastik qutunu açaraq içərisində olan su sayğaclarını əli ilə açıb oğurlamışdır. Əvvəlcə ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra su gəlməsin deyə sayğaclara gedən su vintilini bağlamış və sonra su sayğaclarını açaraq əvvəlcədən özü ilə götürdüyü rəngli sellofan torbaya qoyub binadan uzaqlaşmışdır. Daha sonra həmin su sayğaclarını götürüb gündəlik kirayədə yaşadığı evə getmiş və həmin mexaniki su sayğaclarının plastik hissəsi ilə göy rəngli dəmir hissəsini birbirindən ayırmışdır ki, onları metal qəbulu yerinə verib pul əldə etsin. Bundan başqa, 22 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 62 saylı binanın blokuna daxil olaraq oradan bir ədəd su sayğacını, 23 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokunda yerləşən bir ədəd su sayğacını, 24 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokuna daxil olaraq oradan iki ədəd su sayğacını, 26 avqust 2022-ci il tarixdə, saat 09 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokundan iki ədəd su sayğacını, 28 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokuna daxil olaraq orada yerləşən bir ədəd su sayğacını əvvəlki eyni qayda və niyyətlə oğurlamışdır. Həmin cinayət əməllərini tək törətmiş, bu işdə ona köməklik edən olmamışdır. Sayğacları oğurlasa da, heç kimə satmamışdır. Binəqədi rayonu, A.Gəraybəyli küçəsi və Atatürk prospektində yerləşən yaşayış binalarının girişindən Zərərçəkmiş şəxs ASC-yə məxsus cəmi on ədəd mexaniki su sayğacı oğurlamışdır. Həmin su sayğaclarının dəmir gövdəsi ilə plastik hissəsini bir birindən ayırdıqdan sonra dəmir gövdədən dörd ədədini, plastmas hissədən isə iki ədədini itirdiyi üçün təhqiqata özündə qalan altı ədəd yarı sökülü vəziyyətdə su sayğacının dəmir gövdəsini və səkkiz ədəd yarı sökülü vəziyyətdə su sayğacının daxili plastmas hissəsini təqdim etmişdir. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin (mülki cavabdehin) etirafedici ifadəsini, zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçının) nümayəndəsinin izahatını, şahidlərin ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi, Hüquq Departamenti Hüquqi Mübahisələrlə İş üzrə Şöbənin rəisi X6 izahatında göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti və A.Gəraybəyli küçəsində yerləşən binalarda yaşayan bəzi sakinlər 2022-ci ilin avqust ayının 21-dən 28-dək olan müddət ərzində Zərərçəkmiş şəxs ASC-yə müraciət edərək onlara məxsus mənzilə gedən su xəttinə qoyulmuş mexaniki sayğacların oğurlandığını bildirmişlər. Daha sonra həmin sakinlər Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişlər. Müəyyən edilmişdir ki, 21 avqust 2022-ci il tarixdə Şahid4 məxsus ünvan 6 ünvanının, Şahid2 Georgiyeviçə məxsus Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 37A, mənzil 32 ünvanının və Şahid3 məxsus Binəqədi rayonu, A.Gəraybəyli küçəsi, ev 37A, mənzil 33 ünvanının, 22 avqust 2022-ci il tarixdə Şahid1 məxsus Binəqədi rayonu, Atatürk prospekti, ev 62, mənzil 14 ünvanının, 23 avqust 2022-ci il tarixdə Şahid5 məxsus Binəqədi rayonu, Atatürk prospekti, ev 60, mənzil 58 ünvanının, 24 avqust 2022-ci il tarixdə Şahid6 məxsus Binəqədi rayonu, Atatürk prospekti, ev 60, mənzil 33 ünvanının və Şahid7 məxsus ünvan 7 ünvanının, 26 avqust 2022-ci il tarixdə Şahid8 məxsus Binəqədi rayonu, Atatürk prospekti, ev 60, mənzil 64 ünvanının və Şahid9 məxsus Binəqədi rayonu, Atatürk prospekti, ev 60, mənzil 62 ünvanının, 28 avqust 2022-ci il tarixdə Şahid10 məxsus Binəqədi rayonu, Atatürk prospekti, ev 60, mənzil 61 ünvanının mexaniki sayğacları oğurlanmışdır. Beləliklə, Zərərçəkmiş şəxs ASC-yə məxsus hər birinin dəyəri 127 (yüz iyirmi yeddi) manat olan on ədəd «ÇSS-20» mexaniki su sayğacları oğurlanmış və nəticədə Zərərçəkmiş şəxs ASC-yə ümumilikdə 1.270 (min iki yüz yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Vətəndaşların müraciəti əsasında onların mənzilinə yeni su sayğaclarının bərpası təmin edilmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən nümayəndəsi olduğu Zərərçəkmiş şəxs ASC-nə dəymiş ziyan ödənilmədiyi üçün onun barəsində şikayətçidir və mülki iddianın təmin edilməsini, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Georgiyeviç ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanda yaşayır. 21 avqust 2022-ci il tarixdə, təxminən saat 18də yaşadığı mənzilə su gəlmədiyini görüb binanın ikinci mərtəbəsində Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, mənzilinə gedən su xəttinə aid su sayğacına baxanda məlum olmuşdur ki, həmin su sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Zərərçəkmiş şəxs ASC tərəfindən mənzilə yeni su sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində qeyd etmişdir ki, ünvan 10 ünvanında yaşayır. 21 avqust 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı mənzilə su gəlmədiyini görüb binanın ikinci mərtəbəsində Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, mənzilinə gedən su xəttinə aid su sayğacına baxan zaman aşkar etmişdir ki, həmin su sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Bununla əlaqədar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirib, protokol tərtib etmişlər. Oğurlanmış su sayğacı Zərərçəkmiş şəxs ASC-yə məxsus olmuşdur. Zərərçəkmiş şəxs ASC tərəfindən mənzilə yeni su sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında yaşayır. 21 avqust 2022-ci il tarixdə, təxminən saat 18-də yaşadığı mənzillə qonşuluqda yaşayan Şahid2 ona zəng edərək sonuncuya və özünə məxsus mənzillərin binanın ikinci mərtəbəsində Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, onların mənzillərinə gedən su xəttinə aid su sayğaclarının oğurlandığını bildirmiş, dərhal yaşadığı mənzilə gəlmiş və həqiqətən də su sayğacının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bu barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC-yə məxsus idi. Zərərçəkmiş şəxs ASC tərəfindən mənzilə yeni su sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid9 ifadəsində qeyd etmişdir ki, ünvan 12 ünvanında qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Binəqədi rayonu, Atatürk prospekti, ev 60, mənzil 62 ünvanında yaşayır. 26 avqust 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı mənzilə su gəlmədiyini görüb mənzilin çöl hissəsində Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, mənzilinə gedən su xəttinə aid su sayğacına baxanda məlum olmuşdur ki, həmin su sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Bununla əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmiş, protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Zərərçəkmiş şəxs ASC tərəfindən mənzilə yeni su sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında Şahid1 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Füzuli rayonunun Dövlətyarlı kəndində qeydiyyatda olsa da, ünvan 13 ünvanında yaşayır. 22 avqust 2022-ci il tarixdə, təxminən saat 18-də yaşadığı mənzilə su gəlmədiyini görüb binanın ikinci mərtəbəsində Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, onun mənzilinə gedən su xəttinə aid su sayğacına baxan zaman aşkar etmişdir ki, həmin su sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış və Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Zərərçəkmiş şəxs ASC tərəfindən mənzilə yeni su sayğacı quraşdırılmışdır. Məhkəmə iclasında Şahid5 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, ailəsi ilə birlikdə ünvan 14 ünvanında yaşadığını, 23 avqust 2022-ci il tarixdə, saat 18 radələrində qardaşı Teymur Abiyevin yaşadıqları mənzilə su gəlmədiyini görüb binanın blokunda Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, onların mənzilinə gedən su xəttinə aid su sayğacına baxan zaman sayğacın naməlum şəxs tərəfindən oğurlandığını görüb, bu barədə ona məlumat verdiyini bildirmişdir. Mənzilə gələrək su sayğacının həqiqətən də oğurlandığını aşkar edib, baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmışdır və Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Məhkəmə iclasında Şahid6 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, ünvan 15 ünvanında yaşayır. 24 avqust 2022-ci il tarixdə təxminən saat 18-də yaşadığı mənzilə su gəlmədiyini görüb Zərərçəkmiş şəxs ASC-yə bu barədə məlumat vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs ASC-nin əməkdaşı gələrək bildirmişdir ki, yaşadıqları binanın blokunda Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, onun yaşadığı mənzilə gedən su xəttinə aid su sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan sonra o, baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış və Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Məhkəmə iclasında Şahid7 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, ünvan 15 ünvanda yaşamasını, 24 avqust 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı mənzilə su gəlmədiyini görüb Zərərçəkmiş şəxs ASC-yə bu barədə məlumat verəndən bir müddət sonra Zərərçəkmiş şəxs ASC-nin əməkdaşının gəlib yaşadıqları binanın blokunda Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, onun yaşadığı mənzilə gedən su xəttinə aid su sayğacının naməlum şəxs tərəfindən oğurlanması barədə deməsini, bundan sonra baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etməsini, polis əməkdaşlarının gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmələrini, həmin su sayğacının Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmasını və Zərərçəkmiş şəxs ASCnə məxsus olmasını göstərmişdir. Məhkəmə iclasında Şahid8 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində qeyd etmişdir ki, ünvan 16 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 17 ünvanı arvadının adına olsa da, ona məxsusdur, lakin onlar həmin ünvanda yaşamırlar. Bu səbəbdən arabir həmin mənzilə nəzarət etmək üçün gəlib-gedir. 25 avqust 2022-ci il tarixdə mənzilə gələn zaman hər şeyin qaydasında olduğunu görüb qapıları bağlayaraq yaşadığı evə getmişdir. 27 avqust 2022-ci il tarixdə, saat 09:30-da yenidən mənzilə nəzarət etmək üçün gəldikdə binanın blokunda Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, ona məxsus mənzilə gedən su xəttinə aid su sayğacının naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış və Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Məhkəmə iclasında Şahid10 ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, qeyd etmişdir ki, Tovuz rayonunun Düz Qırıqlı kəndində qeydiyyatda olsa da, ünvan 18 ünvanda yaşayır. 28 avqust 2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı mənzilə su gəlmədiyini görüb yaşadıqları binanın ikinci mərtəbəsində Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış, onun mənzilinə gedən su xəttinə aid su sayğacına baxan zaman aşkar etmişdir ki, həmin su sayğacı naməlum şəxs tərəfindən oğurlanmışdır. Belə olan halda baş vermiş hadisə ilə əlaqədar ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirməklə protokol tərtib etmişlər. Həmin su sayğacı Zərərçəkmiş şəxs ASC tərəfindən quraşdırılmış və Zərərçəkmiş şəxs ASC-yə məxsusdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 31 avqust 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ********* saylı cinayət işi açılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin 2022-ci il 26, 29 və 31 avqust tarixli raportları, ayrı-ayrı vətəndaşların müxtəlif tarixli ərizələri və izahatlarından görünür ki, cinayət işinin başlanmasına səbəb Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, A.Gəraybəyli küçəsində yerləşən 37A saylı binanın blokundan Zərərçəkmiş şəxs ASC-yə məxsus hər birinin dəyəri 127 (yüz iyirmi yeddi) manat olmaqla ümumi dəyəri 381 (üç yüz səksən bir) manat olan üç ədəd, 22 avqust 2022-ci il tarixdə, saat 17 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 62 saylı binanın blokuna daxil olaraq oradan Zərərçəkmiş şəxs ASC-yə məxsus dəyəri 127 (yüz iyirmi yeddi) manat olan bir ədəd, 23 avqust 2022-ci il tarixdə, saat 18 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokuna daxil olaraq oradan Zərərçəkmiş şəxs ASC-yə məxsus dəyəri 127 (yüz iyirmi yeddi) manat olan bir ədəd, 24 avqust 2022-ci il tarixdə, saat 11 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokuna daxil olaraq oradan Zərərçəkmiş şəxs ASC-yə məxsus hər birinin dəyəri 127 (yüz iyirmi yeddi) manat olmaqla ümumi dəyəri 254 (iyi yüz əlli dörd) manat olan iki ədəd, 26 avqust 2022-ci il tarixdə, saat 09 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokuna daxil olaraq oradan Zərərçəkmiş şəxs ASC-yə məxsus hər birinin dəyəri 127 (yüz iyirmi yeddi) manat olmaqla ümumi dəyəri 254 (iki yüz əlli dörd) manat olan iki ədəd, 28 avqust 2022-ci il tarixdə, saat 10 radələrində Binəqədi rayonu, Atatürk prospektində yerləşən 60 saylı binanın blokuna daxil olaraq oradan Zərərçəkmiş şəxs ASC-yə məxsus dəyəri 127 (yüz iyirmi yeddi) manat olan bir ədəd, ümumilikdə Zərərçəkmiş şəxs ASC-yə məxsus, ümumi dəyəri 1.270 (min iki yüz yetmiş) manat olan on ədəd su sayğacını gizli talayıb oğurlaması faktı, əsas isə həmin faktlarla bağlı toplanmış materiallar olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin 2022-ci il 22, 23, 24, 26, 27, 28 və 29 avqust tarixli protokollarından görünür ki, cinayət işi üzrə hadisə yeri olan müxtəlif ünvanların hər birinə baxış keçirilmişdir; fotocədvəllər müvafiq olaraq protokollara əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin 2022-ci il 26 və 29 avqust tarixli qərarlarından görünür ki, ayrı-ayrı vətəndaşların ərizəsi əsasında toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olduğundan materiallar istintaq aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdi. Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC Binəqədi Rayon Su Kanal İdarəsinin 30 avqust 2022-ci il tarixli, 01-01/1-703 saylı məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Atatürk prospekti və A.Gəraybəyli küçəsində yerləşən binalardakı su sayğacının bir ədədinin dəyəri 127 (yüz iyirmi yeddi) manat olmaqla, ümumilikdə dəymiş maddi ziyan on ədəd su sayğacının dəyəri 1.270 (min iki yüz yetmiş) manatdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin 31 avqust 2022-ci il tarixli protokolundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi və Atatürk prospektində yerləşən yaşayış binalarının girişindən Zərərçəkmiş şəxs ASC-nə məxsus su sayğaclarını oğurlamış vətəndaş Təqsirləndirilən şəxs təhqiqata altı ədəd yarı sökülü vəziyyətdə su sayğacının dəmir gövdəsini və səkkiz ədəd yarı sökülü vəziyyətdə su sayğacının daxili plastmas hissəsini təqdim etmişdir; fotocədvəl protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 31 avqust 2022-ci il tarixli qərarı və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 23:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 01 sentyabr 2022-ci il tarixli protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir; fotocədvəllər protokola əlavə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 02 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan olunmuş, hüquq və vəzifələri (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 5 və 6-cı maddələri) elan edilməklə qərarın surəti təqdim edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-990/2022 saylı, 02 sentyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 31 avqust 2022-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 03 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə hüquqi şəxs Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti zərərçəkmiş qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 noyabr 2022-ci il tarixli tələbnaməsindən və Qazax Rayon Məhkəməsinin 1(023)-24/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3 və 83.3.2-ci maddələrinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 1 (bir) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.3, 18.4.4-cü maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Bu mənada Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6398 saylı 03 oktyabr 2022-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Binəqədi rayon Su Kanalı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 01-01/1-703 saylı arayışdan istifadə edilməklə, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd «ÇSS-20» markalı su sayğacının 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 127,0 (yüz iyirmi yeddi) manatdır; aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi İstintaq Şöbəsinin cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə 19 noyabr 2022-ci il tarixli qərarından görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs ASC-nə dəymiş maddi ziyan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bir ədəd «ÇSS-20» markalı mexaniki su sayğacına görə 127 (yüz iyirmi yeddi) manat olmaqla, ümumilikdə on ədəd «ÇSS-20» markalı mexaniki su sayğacına görə 1.270 (min iki yüz yetmiş) manat məbləğində qəbul edilmiş; Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqdim etdiyi altı ədəd yarı sökülü vəziyyətdə su sayğacının dəmir gövdəsi və səkkiz ədəd yarı sökülü vəziyyətdə su sayğacının daxili plastmas hissəsi maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlancına verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-1346/2022 saylı, 30 noyabr 2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC Binəqədi Rayon Su Kanal İdarəsinin 27 dekabr 2022-ci il tarixli, 01-01/5-1065 saylı məktubu və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlancında saxlanılan yeddi ədəd su sayğacı istismara yararsız vəziyyətdədir. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC məhkəməyə, dəymiş ziyanın ödənilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş dövlət rüsümünün ödənilməsinə dair qəbzi təqdim edərək, iş üzrə Təqsirləndirilən şəxs su sayğaclarının dəyəri olan 1.270 (min iki yüz yetmiş) manat məbləğin və 32 (otuz iki) manat 70 (yetmiş) qəpik dövlət rüsumunun tutularaq onlara ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbayan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 50 iş saatı müddətində müdafiə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) açıq məhkəmə iclaslarında müdafiəçi tərəfindən müdafiə olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına tam şəkildə malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Məhkəmə istintaqında araşdırılmış sübutlarla bağlı təqsirləndirilən şəxs öz etirazını bildirməmiş və ittihamı mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Oğurluq, soygunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci tarixli, 1 saylı Qərarının 1 və 7-ci bəndlərində göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsində göstərilir ki, «... Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir». Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsa cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə ibtidai istintaq və məhkəmə istintaqı zamanı cinayət əməlinin sübut olunmasında çətinliklər yaratmamış, həmçinin məhkəmə iclasında çıxış edərkən törətdiyi əmələ görə təssüf hissi keçirdiyini bir daha qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən eilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2ci maddəsində nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəməyə cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC tərəfindən dəymiş ziyanın ödənilməsinə dair mülki iddia verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı məhkəmə mülki iddiaçının vəsatəti ilə verilmiş mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Məhkəmə bununla əlaqədar olaraq hesab edir ki, zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Zərərçəkmiş şəxs ASC-nin təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxsa qarşı verdiyi, dəymiş ziyana görə 1.270 (min iki yüz yetmiş) manat və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat 70 (yetmiş) qəpik məbləğdə pulun ondan tutularaq hüquqi şəxsə ödənilməsi barədə mülki iddiası təmin olunmalıdır. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsa münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.5 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, dəyəri olmayan digər əşyalar isə məhv edilməlidir. Bu mənada cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlancında saxlanılan yeddi ədəd su sayğacı istismara yararsız olduğundan məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı Qərarına uyğun olaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 (altı) manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 31 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-354, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı 31 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Zərərçəkmiş şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı verilən mülki iddia tam təmin olunsun, dəymiş ziyana görə 1.270 (min iki yüz yetmiş) manat və dövlət rüsumu olaraq ödənilmiş 32 (otuz iki) manat 70 (yetmiş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxsdan tutularaq Zərərçəkmiş şəxs ASC-nə ödənilsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 11 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlancında saxlanılan yeddi ədəd su sayğacı istismara yararsız olduğundan məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm sözügedən müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-129/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-129/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver