Məhkəmə qərarları › İş №1(001)-129/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-129/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-129/2025 01.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 06 iyul 2024-cü il tarixdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,343 ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarının qabaq sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 23:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “Araz” marketin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və xx.xx.2024cü il tarixdə saat 03:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,343 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Lakin məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Üzərindən aşkar edildiyi qeyd edilən metamfetamini bölmədə onun üzərinə qoyulmuş və video çəkiliş zamanı üzərindən çıxarıb təqdim etməsi ona bildirildiyi zaman etiraz etsə də, panik atak xəstəliyindən əziyyət çəkdiyi üçün daha sonra etiraz etməmiş, polis əməkdaşlarının dediyi kimi etmişdir. Çünki üzərinə 3-4 nəfər təyziq edəndə xəstəliyi ilə bağlı heç bir reaksiya verə bilmir. Onu ittiham aktında göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə saat 23:30-da deyil, xx.xx.2024-cü il tarixdə saat 21:30-22:00 radələrində Binəqədi rayonunda “Araz” marketin yaxınlığında yerləşən bağçanın yanında saxlamışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən isə üzərində heçnə olmamışdır. Onu saxlayan 3-4 nəfər polis əməliyyatçısı olmuş, lakin həmin şəxslərin heç birini əvvəlcədən tanımamışdır. Onu saxlayaraq avtomobilə əyləşdirib polis bölməsinə gətirdikdən sonra ondan narkotik vasitə istifadə edib-etməməsi soruşulmuş, o da əvvəllər istifadə etdiyini bildirmişdir. Lakin saxlanılarkən üzərində heç bir maddə olmamışdır. O bağçanın yaxınlığına gələrkən orda əməliyyat keçirildiyini 2 nəfər də tanımadığı şəxsin oradan tutulub aparıldığını görmüş və burda nə olduğunu soruşmuşdur. Həmin zaman onu da saxlayaraq polis bölməsinə aparmışlar. Saxlanıldığı yerdə ondan təxminən 7-8 metr kənarda saçları seyrək keçəl olan Qərib Qəribov adlı şəxs də olmuş, onu da saxlayaraq onları ayrı-ayrı maşınlarda polis bölməsinə gətirmişlər. Onlar yaxın məsəfədə tutulduğundan bir-birinin tutulmasını da görmüşlər. Qərib Qəribovun da barəsində cinayət işi olmuş, həmin şəxsin üzərində narkotik vasitə olmuş olsa da, onun üzərində heç bir maddə olmamışdır. Onların hər ikisinin də vəkili Radil müəllim olmuşdur. O əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən və analizindən çıxdığından ona heç kimin inanamayacağı üçün bu barədə ibtidai istintaq zamanı heç kimə heçnə bildirməmişdir. Əvvəllər bir neçə dəfə narkotik vasitədən istifadə etmiş, saxlanıldıqdan sona hazırkı tarixədək hər hansı maddədən istifadə etməmiş, saxlanılan zaman üzərində isə həqiqətən heç bir qadağan edilmiş maddə olmamışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, cinayət işinin materiallarında onun saxlanılma yeri ünvan 4 ünvanında yerləşən “Araz” marketin qarşısı olaraq göstərilmişdir. Lakin onun saxlanıldığı yer olan “Araz” market 1-ci Mədən küçəsində deyil, 2-ci Mədən küçəsinin yaxınlığında yerləşir. Onu da 6 iyul 2024-cü il tarixdə, saat 22:00–23:00 radələrində Binəqədi rayonu, 2-ci Mədən küçəsində yerləşən “Araz” marketlə bir mərtəbəli “Yum-Yum” restoranının yaxınlığında – konkret olaraq “Yum-Yum” restoranı ilə üzbəüz yerləşən iki mərtəbəli uşaq bağçasının qurtaracağında, zibil konteynerlərinin yanındakı ərazidə saxlanılmışdır. Həmin an onun yaxınlığında – təxminən 10-15 metr aralıda ondan boyca bir az hündür, seyrək saçlı, təxminən 33-34 yaşlarında olan X18 da saxlanılmışdır. Onların hər ikisi eyni vaxtda saxlanılsa da, müxtəlif polis avtomobillərinə mindirilərək 43-cü Polis Bölməsinə gətirilmişlər. Özünün saxlandığı yer isə məhz bağçanın qurtaracağında yerləşən zibil qutularının qarşısı olmuşdur. Qərib Qəribov isə ondan təxminən 10-15 metr aralıda saxlanılmışdır. Bundan başqa bir daha qeyd edir ki, saxlanılarkən onun üzərinə baxış keçirilmiş, lakin üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Onu saxlayan şəxslər arasında şahid qismində dindirilmiş Şahid1 olsa da, digər Şahid2 onun saxlanılmasında iştirak etməmiş, həmin şəxsi yalnız bölmədə onun üzərində şəxsi axtarış keçirilməsi rəsmiləşdirilərkən görmüşdür. X13 üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini əks etdirən videoyazıya baxılarkən isə təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan şəxsin videodakı şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PBin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan həmin şəxslə bağlı əməliyyat tədbiri keçirərək onu Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən ünvanında yerləşən “Araz” marketin yaxınlığında şübhəli şəxs qismində saxlayaraq yerində üzərinə şəxsi axtarış və baxış keçirilərkən üzərində psixotrop maddə - “patı” çıxmışdır. Daha sonra həmin şəxsi bölməyə dəvət etmişlər, bölmədə sol yan cibindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, 2017-cü ildən polis orqanlarında xidmət edir və bir ilə yaxındır ki, əməliyyatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə təxminən axşam saatlarında digər polis əməkdaşı sahə rəisi Şahid2 ilə birlikdə Binəqədi rayonunda yerləşən “Araz” marketin yaxınlığında özlərini təqdim edərək saxlamışlar. Saxladıqları yerdə onun üzərinə baxış keçirmişlər. Baxış zamanı ondan üzərində qanunsuz nəsə olub-olmamasını soruşarkən o, üzərində narkotik olduğunu bildirərək həmin maddəni çıxarıb onlara təqdim etmişdir. Şəxsin özünün deməsinə görə həmin maddəni şəxsi istifadəsi üçün tanımadığı şəxdən 10 manata almışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni cibinə qoymasını bildirmişlər. O da üzərindən aşkar edilmiş maddəni sol cibinə qoyduqdan sonra onu polis bölməsinə aparmışlar. Saxladıqları yerdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirərkən onun təqdim etdiyi maddəni öz gözləri ilə görmüşdür. Bölmədə isə yenidən onun üzərində videoçəkilişlə baxış keçirilmişdir. Yəni Təqsirləndirilən şəxs üzərinə baxışı birinci saxladıqları yerdə, daha sonra isə bölmədə videoçəkilişlə yenidən həyata keçirmişlər. Şahidə verilmiş “əgər şəxsin tutulduğu yerdə üzərinə baxış keçirilmişdizsə, bölmədə təkrar baxış keçirilməsinə nə ehtiyac var idi?” sulaına cavab olaraq “prosedur bunu tələb edirdi” cavabını vermiş, “istintaqda qeyd edilən iş üzrə şahid qismində dindirərkən hazırda məhkəmə iclasında göstərdiklərinizi niyə bildirməmisiniz?” və ”İstintaq vaxtı ifadənizdə özümüzü təqdim edib şəxsi saxlayaraq bölməyə təmin edərək şəxsi axtarışı da bölmədə həyata keçirdiyinizi bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz?” sualına isə hər hansı əsaslandırıcı cavab verə bilməmişdir. Şahidin ibtidai istintaq zamanı ifadəsində “özlərini təqdim edib şəxsi saxlayaraq bölməyə gətirdiklərini, bölmədə üzərinə baxış keçirilərkən üzərindən metamfetamin aşkar edildiyini” qeyd etməsi, məhkəmə iclasında isə “şəxsi saxladıqları yerdə onun üzərinə baxış keçirdiklərini və onun üzərində olan maddəni çıxararaq onlara təqdim etməsini, saxladıqları yerdə şəxsin üzərində olan maddəni gördüklərini, daha sonra yenidən cibinə qoyduğunu” ona xatırldıldıqdan sonra verilmiş suala cavab olaraq bir daha şəxsi saxlayarkən üzərində olan maddəni onlar gördükdən sonra şəxsin cibinə qoyduğunu və bölməyə cibində gətirdiyini bildirmişdir. Şahid1 ifadə verdikdən sonra Təqsirləndirilən şəxs Şahid1 saxlanılarkən orda olduğunu, onun üzərini isə saxlanıldığı yerdə digər polis əməkdaşı tərəfindən yoxlanıldığını, saxlanılarkən cibində olanların hamısını çıxardıb göstərdiyini, həmin vaxt üzərində 4 manat pulunun, əlillik vəsiqəsinin və hazırda istifadəsində olan telefonun sağ cibində üzərində olduğunu, ilk olaraq telefonunun əlindən alındığını, bölməyə gətirilərkən üzərində heç bir qanunsuz əşya olmadığı halda bölmədə onun qabağına bir büküm qoyularaq ona aid olmasını bildirdiklərini, buna etiraz edərək həmin bükümün ona aid olmadığını bildirərəkən isə orda komputerin arxasında sənədləşməni aparan şəxsin onun üstünə qışqıraraq həmin bükümün onun üstündən çıxmasını bildirdiyini, daha sonra qarşısına sənədlər qoyaraq həmin sənədləri imzalaması tələb edildiyindən oxumadan bütün sənədləri imzaladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının əvvəllərində Nahid Məmmədovun narkotik maddələrin qəbulu və üzərində gəzdirməsi barəsində əməliyyatçı Şahid1 daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və qrup üzvlərindən biri də o olmuşdur. Şəxsi “Araz” marketin yaxınlığında saxlayaraq polis bölməsinə dəvət etmişlər. Bölmədə də təhqiqatçının otağında video çəkiliş ilə şəxsin üzərinə baxış keçirilmişdir. İlk öncə təhqiqatçı şəxsin üzərində hər hansı qanunsuz əşyaların olub-olmamasını soruşmuş, daha sonra şəxs özü əynində olan idman formalı şalvarın sol cibindən bir büküm çıxardıb təqdim edərək həmin bükümdəki maddənin metamfetamin olduğunu və məscidin yaxınlığında tanımadığı şəxsdən aldığını bildirmişdir. Verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, ola bilər şəxsin ad və soyadını səhv xatırlayır, lakin saxladıqları şəxs hazırda məhkəmədə barəsində cinayət işi aparılan şəxsdir. Həmin şəxsi 2024-cü ilin iyul ayının əvvəllərində axşam saatlarında saxlamışlar. Lakin saxladıqları saatı dəqiq xatırlamır. O hadisədən təxminən 2 ay əvvəl 6-cı Polis Bölməsindən 43-cü Polis Bölməsinə gəldiyi üçün küçə adlarını bilmir və şəxsi saxladıqları ərazinidə dəqiq xatırlamır. Sadəcə “Araz” marketin yaxınlığında saxladıqlarını xatırlayır. Şəxsi şübhəli şəxsi saxlayarkən onun tək olduğunu, yanında başqa şəxsin olmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış və baxış isə saxlanıldığı yerdə deyil, bölmədə həyata keçirilmiş, baxış zamanı üzərindən metamfetamin aşkar olunmuş və şəxsi istifadə üçün əldə etdiyini bildirmişdir. Binəqədi rayonunda “Araz” market çox olduğundan şəxsin hansı “Araz” marketin yanında saxlanılması, həmin marketin yanında nə olması və harda yerləşməsi barədə dəqiq heçnə deyə bilmir və hazırda getsələr şəxsi saxladıqları yeri əyani olaraq göstərə bilməz. Həmin vaxtı əməliyyatda iştirak edən digər polis əməkdaşının adı isə Məhəmməd olmalıdır. Adını düzgün deməyə bilər, lakin arıq və keçəl bir şəxsdir, şəkər xəstəliyi var və çox vaxtı da işə gəlməsə də, əməliyyat vaxtı işdə olmuşdur. Şəxsi saxladıqları yerlə polis bölməsi arasında nə qədər məsafə olmasını, həmin məsafəni neçə dəqiqəyə getdiklərini də bilmir. Şəxsi saxladıqdan sonra bölməyə ya əməliyyatçının “Santafe” markalı avtomobili ilə ya da qara rəngli “Xəzər” markalı bölmənin əməliyyat avtomobili ilə aparmışlar. Hazırda hansı maşınla apardıqlarını dəqiq xatırlamır. Baxış zamanı şəxsdən metamfetamin aşkar edildiyini dəqiq xatırlasa da, başqa nəsə aşkar edilməsini xatırlamır, şəxsin üzərində telefon olub-olmadığını isə bilmir. Bundan əlavə onun üzərindən aşkar edilmiş metamfetaminin çəkisinin 0,43 qram olduğunu xatırlayır. Şəxsi bölməyə nə vaxt gətirdiklərini dəqiq xatırlamır, onlar bölmədən çıxanda hava qaralmamasa da şəxsi bölməyə gətirəndə hava artıq qaralmışdı. Şəxsi saxlayandan sonra bir az avtomobil ilə gəzmişlər. Lakin saata baxmamışdır. Şəxsi bölməyə gətirdikdən sonra təqhiqatçı kim olmuşdursa onun otağına apramışlar və şəxsin üzərinə şəxsi axtarış və götürmə təxminən şəxsin gətirildiyi vaxtdan yarım saat sonra saat 21:00-22:00 radələrində aparılmışdır. Şəxsi bölməyə gətirdikdən sonra onun üzərində şəxsi axtarış və görtümənin aparılması 1 saatdan çox çəkməmişdir. Şəxsin üzərində şəxsi axtarış və götürmənin gecə saat 03:00-da aparılması barədə isə heçnə deyə bilmir. X24 gətirdikdən sonra 3 saat müddətində bölmədə olsa da özü fasiləsiz olaraq şəxsin yanında olmamış, şəxsə əməliyyatçı nəzarət etmiş, şəxsi axtarış və götürmədə isə özü yenidən iştirak etmişdir. Həmin vaxtı istifadəsində olan ***-***-**-** saylı nömrə üzərində olmuşdur. Şahid2 ifadə verdikdən sonra Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşları arasında Şahid2 olmadığını, Şahid2 bölmədə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən gördüyünü, onu saxlayan polis əməkdaşının keçən məhkəmə iclasında iştirak edən Şahid1 və digər polis əməkdaşlarının olduğunu, onu polis bölməsinə axşam üstü saat təxminən 21:00-22:00 radələrində ağ rəngli dövlət qeydiyyat nişanını xatırlmadığı sedan avtomobli ilə apardıqlarını, onun saxlanıldığı vaxt yaxınlıqda olan Qərib Qəribov adlı şəxsin də saxlanılaraq polis bölməsinə aparıldığını, saxlanıldığı yerlə polis bölməsi arasında avtomobillə təxminən 3-5 dəqiqəlik məsafə olduğunu, bölməyə gətrilərkən üzərində əlillik vəsiqəsi, 1 ədəd bank kartı, istifadə etdiyi telefonu və 4 manat 30 qəpik pul olduğunu, həmin vaxtı telefonunu ondan götürdüklərini, buraxıldıqdan sonra isə özünə qaytarıldığını, bölməyə gətirildikdən sonra onu bir otağa salaraq çəkiliş edildiyini, otaqda stolun üstündə bir büküm olduğunu, orda olan şəxslərdən biri onun üzərinə qışqıraraq həmin bükümün ona aid olmasını bildirdiyini, ondan sonra sakit durduğununu, çəkiliş zamanı polis əməkdaşlarının ona dediklərini etdiyini, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində isə artıq Binəqədi RPİ-nin MSY-nə gətirildiyini, həmin vaxtı polis əməkdaşları öz aralarında danışanda saatın neçə olmasını bildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 07 iyul 2024-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetamin aşkar edilməsi faktı əsasənda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v. 01); Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini əldə etmə, daşıma və saxlaması barədə Binəqədi rayon Polis İdarəsinin 43cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (cild 1, i.v. 06); xx.xx.2024-cü il tarixli 43-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edərək üzərində daşımasında şübhəli bilindiyi üçün 06 iyul 2024-cü il tarixdə saat 23:30 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən- 1 ünvanında yeləşən “Araz” marketin yaxınlığında hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsiszlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 43 PB-nin inzibati binasına gətirilmişdir. (cild 1, i.v. 12); xx.xx.2024-cü il tarixli 43-cü Polis Bölməsinin təqhiqqatçısı, polis mayoru Aqil Cəfərov tərəfindən tərtib edilmiş “Raport”dan görünür ki, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə saat 23:52 radələrində Bakı şəhəri 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərən və xx.xx.2024-cü il tarixdə növbədə olan Müdafiəçi istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlanıldı və Binəqədi RPİnin 43-cü PB-yə dəvət olundu. Lakin Müdafiəçi oxşar səbəblə əlaqədar hal- hazırda Binəqədi RPİ 43-cü PB-yə getdiyini və işini bitirdikdən sonra Binəqədi RPİ-nin 43-cü PB-də olacağını və digər işləri qurtardıqdan sonra mənə yaxınlaşacağını bildirmişdir. Bu səbəbdən də narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 23:30-da saxlanılmasına baxmayaraq, xx.xx.2024-cü il saat 02:10 radələrində müdafiəçi ilə təmin edilmişdir. (cild 1, i.v. 22) şübhəli şəxsin tutulması haqqında 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 02:30-dan 02:50-dək Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin inzibati binasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı 06 iyul 2024-cü il tarixdən saat 23:00-dan hesablanmışdır. (cild 1, i.v. 24); xx.xx.2024-cü il tarixli bütün mətni komputerdə yazılmış Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, “Müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasına heç bir etirazı yoxdur. Yazdığı ərizənin nəzərə alınmasnı xahiş edir. (cild1,i.v.34) xx.xx.2024-cü il tarixli “Protokol”dan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar istintaq hərəkətinin keçiriləcəyi barədə məlumat verilmiş və Müdafiəçi polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsinə gəlmiş vəkil Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarışın aparılması istintaq hərəkətində iştirak etməyəcəyini, onun iştirakı olmadan şübhəli şəxsin üzərinə baxış keçirilməsini bildirmişdir. Qeyd edilən protokol polis əməkdaşları Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalansa da, keçiriləcək istintaq hərəkətində iştirak etməkdən imtina etdiyi göstərilən vəkil Müdafiəçi adı isə ümumiyyətlə protokolda göstərilməmişdir.(cild 1, i.v 35) şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının qabaq sol cibindən bir ədəd şəffaf rəngli sellofanda olan bükülünü çıxararaq masanın üzərində üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun əynində olan paltarlarında qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin üzərindən aşkar edilmiş bir ədəd bükümdə “patı” olduğunu, həmin “patını” 06 iyul 2024-cü il tarixdə saat 20:00 radələrində Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən Məscidin yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi isifadəsi üçün üçün aldığını bildirmişdir. Həmin bükülü elektron tərəzidə çəkildidkdə çəkisinin çəkisinin 0.43 qram olması müəyyən edilmiş, həmin bükülü açıldıqda işərisində ağ rəngli kütlə aşkar edilmişdir. Bundan sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 243 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə xx.xx.2024-cü il tarixdə saat 03:00-da başlamış, həmin gün saat 04:00-də başa çatmışdır. (cild 1, i.v. 38-40); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3514 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N243” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,343 ram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına daxildir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,343 qram kütlə qəbul edilmiş, 0,05 qram tədqiqat üçün istifadə edilmiş, 0,293 qram maddə geri qaytarılmışdır. (cild 1, i.v. 49-52); Şəhər, rayon, X23 X8ı kitabından çıxarışdan görünür ki, sıra nömrəsi 772 olan qarafada X3 Şahid1 və Şahid2 adlı şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:50-də polis bölməsinə gətirilərək MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saat 05:00-da azad edilmişdir(göndərilmişdir). Kitabdan sürət çıxarılarkən 772-ci qrafadan sonra olan qarafaların üzəri örütülərək surəti çıxarılmış və digər qrafalarda olan məlumatların surətdə əks edilməsinin qarşısı alınmışdır. Eyni zamanda hər iki saata gözlə açıq şəkildə görüləcək dərəcədə qaralama aparılaraq düzəliş edilmişdir (cild 1, i.v. 58-59) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild 1, i.v. 64- 65); xx.xx.2024-cü il tarixli “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. (cild 1, i.v. 76-77); xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. (cild 1, i.v. 78); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” PHŞ-in xx.xx.2024-cü il tarixli 1381 saylı ryindən görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixli məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (cild 1, i.v. 85-86) Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, i.v. 89); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsin xx.xx.2024-cü il tarixli, 4693 nömrəli Ambulator X5 rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasısının təsdiq edilməsi barədə” Qərarı ilə təqsdiq edilmiş məcburi müalicə qaydalarının 10-cu bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs “Xərçəng və digər bədxassəli şişlərin” olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müəlicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (cild 1, i.v. 109-110); xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra qalan 0,293 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmişdir. (cild 1, i.v. 90-91); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(001)-1227/2024 saylı qərarı ilə istintaq orqanı tərəfindən verilmiş vəsatət təmin edilərək 01 iyun 2024-cü il tarixdən 10 iyul 2024-cü il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və xaric olan zənglərin nömrəsi, mesaj mətnləri, anten dairəsi və həmin nömrələrin sahiblərinin adı, soyadı, atasının adı və ünvanı barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild 1, i.v. 100-102) "xxxx" MMC tərəfindən məhkəmə qərarı icra olunaraq ***-***-**-** saylı nömrənin xx.xx.2024-xx.xx.2024-cü il müddətində mövcud olan zənglər və sms siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və nömrələrin adına rəsmilşdirilmiş şəxslərə dair məlumatlar 1 ədəd CD-yə əlavə edilməklə xx.xx.2024-cü il tarixli 18036 saylı məktubla Binəqədi RP-nin İŞ-nin müstəntiqi Seyfəddin Bağırova göndərilmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə 46/1-37389/24 saylı nömrə ilə Binəqədi RPİ tərəfindən qeydiyyata alınmışdır. (cild 1, i.v.106) xx.xx.2024-cü il tarixdə Binəqədi RP-nin İŞ-nin müstəntiqi Seyfəddin Bağırov tərəfindən tərtib edilmiş “Protokolda”dan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMC-dən daxil olmuş məlumatlara baxış keçirilmiş, baxış zamanı həmin nömrəyə müxtəlif vaxtlarda giriş-çıxış zənglərinin olması, həmçinin bir neçə mesajın olması müəyyən edilmiş, iş üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilməmişdir. (cild 1, i.v. 108) xx.xx.2017-ci il tarixdə verilmiş 005865 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlillik verilmişdir. (cild 1, i.v. 113) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən verilmiş arayışdan və digər tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs onkoloji xəstədir. (cild 1, i.v. 114-116) 28 iyul 2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 1 (bir) ədəd CD diskə baxışla bağlı tərtib edilmiş 07 iyul 2024-cü il tarixli "diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskin içərisində 02 ədəd video görüntü faylı mövcuddur. Birinci fayla baxış keçirdikdə video görüntü faylının adının "00516" olması, faylın 18 dəqiqə 10 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, video görüntünün birinci saniyəsindən etibarən Binəqədi RPİ-nin 43-cü Polis bölməsinin təhqiqatçısı, polis mayoru Aqil Cəfərov oğlu özünü, saxlanılaraq polis bölməsinə şübhəli şəxs qismində dəvət edilmiş Təqsirləndirilən şəxs və polis bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, 43-cü Polis bölməsinin sahə inspektoru, polis kapitanı Şahid2, KTQ-nun ekspert-kriminalisti, polis mayoru X11 təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə video çəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirdiyini elan edir. Daha sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütləni çıxardıb təqdim edərək masanın üzərinə qoymaqla təqdim etdi. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilir və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və necə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün içərisində "metamfetamin" adlandırılan psixotrop maddə olduğunu, həmin maddəni tanımadığı şəxsdən xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yanında tanımadığı şəxsdən 10 manata qarşılığında şəxsi istfadəsi məqsədi ilə aldığını bildirir. Bundan sonra təhqiqatçı Aqil Cəfərov şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümün içərisini açaraq isə ağ rəngli psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu müəyyən edir və elektron tǝrǝzi vasitəsi ilə çəkir və çəkisi 0,43 qram olur. Aşkar edilmiş büküm təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırıldı. Ardınca isə zərf “243” nömrəli möhürlə möhürlənir. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra fayl üzrə çəkiliş bitir. İkinci fayla baxış zamanı həmin faylın adının "00517" olduğu, 03 dəqiqə 16 saniyəlik video görüntüdən ibarət olduğu müəyyən edildi. Həmin video görüntüdə isə Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı, polis mayoru Aqil Cəfərov şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video görüntüyə baxıldığını, protokollaşdırıldığını və iştirakçılara tərəfindən hər hansı şikayət daxil olmadığını bildirir. İştirakçıların hər biri tərtib edilmiş protokolu imzaladıqdan sonra çəkiliş yekunlaşır. (cild 1, i.v. 63); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə verilmiş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmış, onun üzərindən aşkar edilib götürülmüş 0,343 qram çəkidə olan və tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,293 qram çəkidə olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması və məhkəmənin yekun hökmünədək saxlanması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə 07 iyul 2024-cü il tarixdə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmış toplanmış ilkin təhqiqat materialları, təqsirləndirilən şəxsin və şahid ifadələri, masddi sübutlar, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, “Diskə baxış keçirilməsi haqqında” protokol, məhkəmə kimyəvi ekspertizasının 07 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3514 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 22 may 2024-cü il tarixli 4693 nömrəli rəyləri sübut növü kimi qiymətləndirilmişdir. (cild 1, i.v. 124- 133); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-129/2025 saylı qərarından görünür ki, müdafiə tərəfinin vəsatəti təmin edilərək şahidlər Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in sahə inspektoru Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı, Bakı şəhəri Binəqədi RPİ-in 43-cü PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrələrinin 06 iyul 2024-ci il tarixdən saat 00:00-dan, 07 iyul 2024-cü il tarixə saat 23:59-dək hansı antenalar dairəsində qeydiyyata alınması barədə məlumatların “Azercell Telekom" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. (cild 2, i.v.70-71) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 2540 saylı məktubu ilə məhkəmə qərarı icra olunaraq ********** və **********3 saylı mobil nömrələrin xx.xx.2024-xx.xx.2024-cü il müddətində olan əhatə dirəsinə dair məlumatlar 1 ədəd CD-də məhkəməyə təqdim edilmişdir. (cild 2, i.v. 84-85) "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli BCL/LGL-629/25 saylı məktubu ilə məhkəmə qərarı icra olunaraq ***-***-**-** saylı nömrəyə aid məlumatlar 1 ədəd CD-də məhkəməyə təqdim edilmişdir. (cild 2, i.v. 86-87) "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli 18036 saylı məktubla istintaq orqanına təqdim edilmiş ***-***-**-** saylı nömrənin xx.xx.2024-xx.xx.2024-cü il müddətində mövcud olan zənglər və sms siyahısına, SMS mətnlərinə, əhatə dairəsinə və nömrələrin adına rəsmilşdirilmiş şəxslərə dair 1 ədəd CD-yə məhkəmədə baxış keçirilərkən həmin CD-də “antena” adlı “excell” faylının mövcud olduğu müəyyən edilmişdir. Həmin “antena” adlı excell fayla baxış keçirlərkən ***-***-**-** saylı mobil telefonun nömrəsi ilə müxtəlif telefon nömrələri arasında çoxsaylı telefon danışıqlarının aparılması, xx.xx.2024-cü il tarixdə sonuncu dəfə saat 20:32-də ********** sayı telefon nömrəsi ilə 64 saniyəlik telefon danışığının aparıldığı, həmin andan sonra isə növbəti telefon danışığının xx.xx.2024cü il tarixdə saat 19:57-də +**********21 saylı telefon nömrəsi ilə olduğu və bundan sonra yenidən çoxsaylı telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. (cild 1, i.v.106- 107) "xxxx" MMC tərəfindən məhkəmənin xx.xx.2025-ci il tarixli 1(001)-129/2025 saylı qərarına əsasən xx.xx.2025-ci il tarixli 2540 saylı məktubla ********** və **********3 saylı mobil nömrələrin xx.xx.2024-xx.xx.2024-cü il müddətində olan əhatə dirəsinə dair təqdim etdiyi 1 ədəd CD-də məhkəmədə baxış keçirilərkən həmin CD-də “antenna.xlsx” adlı excell fayılının olduğu müəyyən edilmişdir. Həmin excel faylına baxış keçirilərkən isə ********** saylı möbil nömrədə xx.xx.2024-cü il tarixdə ümumilikdə 6 dəfə müxtəlif nömrələrlə telefon danışığı aparıldığı, sonuncu dəfə isə saat 20:32-də ********** sayı telefon nömrəsi ilə 64 saniyəlik telefon danışığının aparıldığı müəyyən edilmişdir. (cild 2, i.v. 84-85, 88-90) "xxxx" MMC tərəfindən təqdim edilmiş 1-ədəd CD-yə məhkəmədə baxış keçirilərkən həmin CD-də “mushteri zenglerinin detallashmasi_msisdn_558032776” adlı bir pdf formatlı faylının mövcud olduğu müəyyən edilmişdir. Həmin fayla baxış keçirilərkən ********** saylı nömrənin “Müştəri zənglərinin detallaşması” məlumatlarından daxil olan və çıxan zənglərə əsasən nömrənin anten dairəsi xx.xx.2024-ci il tarixdə saat 21:28-dən başlayaraq saat 22:56-dək “LBBK3395O2/LBBK3395 Binagadi-Zardabi//Binagadi/ (40.475xx/xx.82375)” ünvanında, saat 23:55-də ana daxil olan zəng zamanı isə “LBBK6140O6/LBBK6140 Gulustan donge1//Binagadi/ (40.469xx/xx.82895” ünvanında olmuşdur. Qeyd edilən ünvana www.google.com/maps intenet səhifəsində baxış keçirlərkən ********** saylı nömrənin antren dairəsinin nə Təqsirləndirilən şəxs saxlanıldığı yer kimi göstərilən “Araz” marketin yerləşdiyi ünvanda, nə də 43-cü Polis Bölməsinin yerləşdiryi ünvanda olmadığı müəyyən edilmişdir. (cild 2, i.v.91-97) xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət edilərək xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə X8a alındığı “Şəhər, Rayon, X23 X8 Kitabı”nın 12-ci səhifəsinin (sıra nömrəsi 771-dən 780dək) təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. (cild 2, i.v. 116) Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 46/2-17869/202 saylı məktubu ilə xx.xx.2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmiş Təqsirləndirilən şəxsa məxsus “Şəhər, Rayon, X23 X8 Kitabı”nıdan çıxarılmış məlumatların təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, sıra nömrəsi 772 olan qarafada X3 Şahid1 və Şahid2 adlı şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:50-də polis bölməsinə gətirilərək MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saat 02:50-də azad edilmişdir (göndərilmişdir). 771-ci qrafada isə X17 adlı şəxsin M.Məmmədov, T.Əsgərov, Ə.Əliyev adlı polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 21:30-da polis bölməsinə gətirildiyi müəyyən olunur. Həmin çıxarışın 774-cü qrafasında isə X6 şübhəli şəxs qismində polis əməkdaşları T.Əsgərov, Ə.Əliyev və Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:55-də polis bölməsinə gətirildiyi müəyyən olunur. 772-ci qrafada olan hər iki saata (23:50 və 02:50) gözlə açıq şəkildə görüləcək dərəcədə qaralama aparılaraq düzəlişlər edilmişdir. (cild 2, i.v.122- 124) X18 barəsində Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 1(001)-720/202 saylı cinayət işinin materiallarından aşağıdakı sənədlərin surəti çıxarılaraq hazırkı cinayət işinin materiallarına əlavə edilmişdir: “Şəhər, rayon, X23 X8ı kitabından çıxarışdan görünür ki, sıra nömrəsi 870 olan qarafada X13 T.Əsgərov, Ə.Əliyev və Şahid1 adlı şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə saat 22:45-də polis bölməsinə gətirilərək MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saat 02:00-da azad edilmişdir(göndərilmişdir). Kitabın yalnız 870-ci qrafasını surəti çıxarılmışdır. (cild 2, i.v. 157-158) xx.xx.2024-cü il tarixdə saat 01:10-da tərtib edilmiş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, X18 06 iyul 2024-cü ildə saat 22:30-da Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adlı restoranın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilmişdir. (cild 2, i.v. 159-160) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-720/202 saylı hökmündən görünür ki, X18 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, ona iki epizod üzrə ittiham verilmişdir. İkinci epizod üzrə verilmiş ittihama əsasən, X18 naməlum tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,275 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 06 iyul 2024-cü ildə saat 22:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adlı restoranın yaxınlığında saxlanılaraq ünvan 7 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və 07 iyul 2024cü ildə saat 02:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,275 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (cild 2, i.v.162-170) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının, məhkəmə qərarları əsasında təqsirləndirilən şəxs və şahidlərin istifadəsində olan telefon nömrələrinin "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş anten dairələri barədə məlumatların və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.9-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham şəxsi axtarış və götürmə aparılması haqqında protokola, təqsirləndirilən şəxsin və polis əməkdaşları olan şahidlərin ifadələrinə əsaslandığından və bu protokolun qanuniliyi mötəbər sübutlarla təkzib edildiyindən, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələri arasında ziddiyyətlər olduğundan həmin ittiham əsaslı hesab edilə bilməz. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 06 iyul 2024-cü il tarixdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,343 ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 1 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək əynində olan qara rəngli idman şalvarının qabaq sol yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 23:30-da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “Araz” marketin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və xx.xx.2024-cü il tarixdə saat 03:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,343 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 23:30 radələrində Binəqədi RPİ-nin 43-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən “Araz” marketin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilməsi və bölmədə onun üzərinə baxış keçirilərkən üzərindən xeyli miqdarda, təmiz çəkisi 0,343 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilməsi kimi ittiham verilsə də, məhkəmə iclasında təqsirləndirilən şəxsin, şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1, həmin bölmənin sahə inspektoru Şahid2 ifadələri və məhkəmə qərarları əsasında müvafiq operatorlardan əldə edilmiş anten dairələri barədə məlumatlar ilə şəxsin saxlanılma saatının düzgün göstərilmədiyi və onun üzərində psixotrop maddənin olması xüsusatı öz təsdiqini tapmamışdır. Bununla bağlı məhkəmə təqsirləndirilən şəxsə verilmiş ittihamın əsasını təşkil edən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini və xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin gedişini əks etdirən protokolu ayrı-ayrıldıqda təhlil edilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə baxışı ona qarşı CM-nin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, saxlanılan zaman üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Üzərindən aşkar edildiyi qeyd edilən metamfetamini bölmədə onun üzərinə qoyulmuş və video çəkiliş zamanı üzərindən çıxarıb təqdim etməsi ona bildirildiyi zaman etiraz etsə də, panik atak xəstəliyindən əziyyət çəkdiyi üçün daha sonra etiraz etməmiş polis əməkdaşlarının dediyi kimi etmişdir. Bölməyə gətirilərkən üzərində heç bir qanunsuz əşya olmadığı halda bölmədə onun qabağına bir büküm qoyularaq ona aid olmasını bildirdirmiş, buna etiraz edərək həmin bükümün ona aid olmadığını bildirərəkən isə orda komputerin arxasında sənədləşməni aparan şəxsin onun üstünə qışqıraraq həmin bükümün onun üstündən çıxmasını bildirmiş, daha sonra qarşısına sənədlər qoyaraq həmin sənədləri imzalaması tələb edildiyindən oxumadan bütün sənədləri imzalamışdır. Onu ittiham aktında göstərildiyi kimi 1-ci Mədən küçəsində və xx.xx.2024-cü il tarixdə saat 23:30-da deyil, 6 iyul 2024-cü il tarixdə, saat 22:00–23:00 radələrində Binəqədi rayonu, 2-ci Mədən küçəsində yerləşən “Araz” marketlə bir mərtəbəli “Yum-Yum” restoranının yaxınlığında – konkret olaraq “Yum-Yum” restoranı ilə üzbəüz yerləşən iki mərtəbəli uşaq bağçasının qurtaracağında, zibil konteynerlərinin yanındakı ərazidə saxlamışılar. Həmin an onun yaxınlığında – təxminən 10-15 metr aralıda ondan boyca bir az hündür, seyrək saçllı, təxminən 33-34 yaşlarında olan X18 da saxlanılmışdır. Onların hər ikisi eyni vaxtda saxlanılsa da, müxtəlif polis avtomobillərinə mindirilərək 43-cü Polis Bölməsinə gətirilmişlər. Onun saxlandığı yer məhz bağçanın qurtaracağında yerləşən zibil qutularının qarşısı olmuşdur. Qərib Qəribov isə ondan təxminən 10-15 metr aralıda saxlanılmışdır. Saxlanıldığ yerdə onun üzərinə baxış keçirilsə də üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bölməyə gətrilərkən üzərində əlillik vəsiqəsi, 1 ədəd bank kartı, istifadə etdiyi telefonu və 4 manat 30 qəpik pul olmuş, həmin vaxtı telefonu əlindən alınmış, yalnzı buraxıldıqdan sonra özünə qaytarılmışdır. Onu saxlayan şəxslər arasında Şahid1 olsa da, Şahid2 onun saxlanılmasında iştirak etməmiş, həmin şəxsi yalnız bölmədə onun üzərində şəxsi axtarış keçirilməsi rəsmiləşdirilərkən görmüşdür. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı həm şübhəli şəxs həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində isə xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsində yerləşən məscidin yanında tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün 01 ədəd şəffaf sellofan bükümdə “patı”, yəni metamfetamin aldığını, həmin gün saat təxminən 23:30 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, Mədən-1 küçəsində yerləşən “Araz” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi rayonu polis idarəsinin 43cü polis bölməsinə gətirildiyini, orda üzərinə baxış keşiriləkən qara rəngli idman şalvarının sol yan cibindən həmin 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin həm şübhəli şəxs qismində həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr komputerdə yazılaraq ona imzalatdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər, iş üzrə dindirilmiş şahid ifadələri və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı və istintaq zamanı verdiyi ifadələrin isə formal olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində saxlanılaraq bölməyə gətrilərkən üzərində əlillik vəsiqəsi, 1 ədəd bank kartı, istifadə etdiyi telefonu və 4 manat 30 qəpik pul olduğunu, həmin vaxtı telefonu əlindən alındığını, buraxıldıqdan sonra isə özünə qaytarıldığını bildirmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin aparılmasını əks etdirən videoyazıdan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən onun üzərindən yalnız bir ədəd büküm çıxması müəyyən edilir. Lakin həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair "xxxx" MMCdən götürlümüş məlumatlara məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-xx.xx.2024-cü il müddətində həmin mobil telefonun nömrəsi ilə müxtəlif telefon nömrələri arasında mütəmadi çoxsaylı telefon danışıqların aparılmış, xx.xx.2024-cü il tarixdə sonuncu dəfə saat 20:32-də ********** sayı telefon nömrəsi ilə 64 saniyəlik telefon danışığı aparılmış, həmin andan sonra isə növbəti telefon danışığı xx.xx.2024-cü il tarixdə saat 19:57-də aparılmış və bundan sonra yenidən çoxsaylı telefon danışıqları aparılmışıdr. Təqsirləndirilən şəxs eyni zamanda məhkəmə iclasında onun xx.xx.2024-cü il tarixdə saat 21:00-22:00 radələrində saxlanıldığını bildirmişdir. xx.xx.2025-ci il tarixdə isə onun barəsində “Polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək MSYdən azad edilmişdiir. Şəxsin istifadəsində olmuş telefon nömrəsi ilə mütəmadi telefon danışıqlarının aparılması, sonuncu dəfə isə danışığın şübhəli şəxs qismində saxlanılmasından qısa müddət əvvəl, yəni saat 20:32 radələrində aparılması, bundan sonra onun telefon nömrəsi ilə MSY-dən azad edildikdən sonra yenidən danışıqların aparılması onun saxlanılarkən üzərində həqiqətən də telefon olduğuna, lakin özünün də qeyd etdiyi kimi polis bölməsinə gətirilərkən əlindən alındığına dəlalət edir ki, bu da onun üzərinə şəxsi axtarış və götürmənin qanunvericiliklə müəyyən edilmiş qaydalarına riayət edilməklə aparılmasına əsaslı şübhələr yaradır. Bundan əlavə təqsirləndirilən şəxs saxlanılarkən onun üzərinə baxış keçirildiyini və üzərindən hər hansı qanunsuz əşya aşkar edilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 da şəxsi saxlayarkən yerində onun üzərinə baxış keçirldiyini etiraf etmişdir. Qeyd edilənlər təqsirləndirilən şəxsin məhkəmə iclasında həmin xüsusatlarla bağlı göstərdiklərinin düzgün olmasına dəlalət edir. Bundan başqa təqsirləndirilən şəxs onu ittiham aktında göstərildiyi kimi 1-ci Mədən küçəsində və xx.xx.2024-cü il tarixdə saat 23:30-da deyil, 6 iyul 2024-cü il tarixdə, saat 22:00–23:00 radələrində Binəqədi rayonu, 2-ci Mədən küçəsinin yaxınlığında olan “Araz” marketlə bir mərtəbəli “Yum-Yum” restoranının yaxınlığında – konkret olaraq “Yum-Yum” restoranı ilə üzbəüz yerləşən iki mərtəbəli uşaq bağçasının qurtaracağında, zibil konteynerlərinin yanındakı ərazidə saxladıqlarını, həmin an onun yaxınlığında – təxminən 10-15 metr aralıda ondan boyca bir az hündür, seyrək saçlı, təxminən 33-34 yaşlarında olan X13 da saxlanılaraq onları 43-cü Polis Bölməsinə gətirildiklərini, onun saxlandığı yerin məhz bağçanın qurtaracağında yerləşən zibil qutularının qarşısı olduğunu, Qərib Qəribov isə ondan təxminən 10-15 metr aralıda saxlanıldığını bildirmişdir. Təqsirləndirilən şəxsin həmin hallarla bağlı göstəridkləri məhkəmə baxışında təqdiq edilmiş sübutlarla təsdiqini tapmışdır. Belə ki, www.google.com/maps intenet səhifəsinə baxış keçirilərkən təqsirləndirilən şəxsin qeyd etdiyi Binəqədi rayonu ərazisində yerləşən “Araz” Market və “Yum-Yum” restoranın Binəqədi rayonu, 1-ci Mədən küçəsində deyil, 2-ci Mədən küçəsi ilə Ramin Quliyev küçəsinin kəsişməsindən təxminən 130-150 metr kənarda yerləşdiyi müəyyən edilmişdir. Eyni zamanda həmin əraziyə 3D görüntüsü ilə baxdıqda 6 mərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində “Araz” marketin olduğu, həmin binanın sağında isə bir mərtəbəli “Yum-Yum” restoranının yerləşdiyi, restoranın qarşısında isə iki mərtəbəli binanın olduğu, həmin binanın quratacağında yolun əks istiqamətində (restoranla eyni cərgədə) zibil tullantılarının atılması üçün yer ayrıldığı, həmin yerdə isə 3 ədəd yaşıl rəngli zibil konteynerlərinin olduğu müəyyən edilmişdir (göstərilənlərin videogörüntüsü protokola əlavə edilmişdir, cild 2, i.v 161). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-720/202 saylı hökmündən isə X13 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi, onun təqsirli bilindiyi ikinci epizod üzrə 06 iyul 2024-cü ildə saat 22:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adlı restoranın yaxınlığında saxlanılaraq ünvan 7 ünvanda yerləşən həmin polis bölməsinə gətirildiyi və 07 iyul 2024-cü ildə saat 02:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,275 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü müəyyən edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X13 üzərinə şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən videoyazıya baxış keçirərkən Təqsirləndirilən şəxs onun xarici görkəmi barədə göstərdiyi məlumatlar (boyca ondan bir az hündür, seyrək saçlı, təxminən 33-34 yaşlarında olması) da öz təsdiqini tapmış və Təqsirləndirilən şəxs onunla birlikdə saxlanılan şəxsin videoyazıdakı şəxs olduğunu təsdiq etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən hallar barədə məhkəmə iclasında göstərdikləri xüsusatlar da tədqiq edilmiş subutlarla öz təsdiqini tapmış, təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələrin mötəbərliliyinə isə şübhə yaratmışdır. Bu isə təqsirləndirilən şəxsin məhkəmə iclasında həmin xüsusatlar barədə verdiyi ifadəsinin mötəbər hesab edilməsi üçün əsasdır. Bundan başqa təqsirləndirilən şəxsin saxlanılma saatı barədə ziddiyətli məqamlar mövcuddur. Belə ki, ittiham aktında təqsirləndirilən şəxsin xx.xx.2024-cü il tarixdə saat 23:30-da saxlanıldığı göstərilmişdir. Təqsirləndirilən şəxs isə xx.xx.2024-cü il tarixdə saat 21:00-22:00 radələrində saxlanıldığını bildirmişdir. Cinayət işinə ibtidai istintaq zamanı əlavə edilmiş “Şəhər, rayon, X23 X8ı kitabından” çıxarışdan görünür ki, sıra nömrəsi 772 olan qrafada X7 Şahid1 və Şahid2 adlı şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:50-də polis bölməsinə gətirilərək MSY-nə təhvil verilmiş, xx.xx.2024-cü il tarixdə saat 05:00-da azad edilmişdir (göndərilmişdir). Kitabdan surət çıxarılarkən isə 772-ci qrafadan sonra olan qrafaların üzəri örtülərək surəti çıxarılmış və digər qrafalarda olan məlumatların surətdə əks edilməsinin qarşısı alınmışdır. Hər iki saata gözlə açıq şəkildə görüləcək dərəcədə qaralama aparılaraq düzəliş edilmişdir. (cild 2, i.v. 58-59) Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 46/2-17869/202 saylı məktubu ilə təqdim edilmiş “Şəhər, Rayon, X23 X8 Kitabı”nıdan çıxarışda isə sıra nömrəsi 772 olan qrafada X3 Şahid1 və Şahid2 adlı şəxslər tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:50-də polis bölməsinə gətirilərək MSY-nə təhvil verildiyi, xx.xx.2024-cü il tarixdə saat 02:50-də azad edildiyi qeyd edilmişdir. Hər iki saata gözlə açıq aydın görüləcək dərəcədə qaralama aparılaraq düzəliş edilməsi müəyyən olunur. 771-ci qrafada isə X17 adlı şəxsin M.Məmmədov, T.Əsgərov, Ə.Əliyev adlı polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 21:30-da polis bölməsinə gətirildiyi, 774-cü qrafasında isə X6 şübhəli şəxs qismində polis əməkdaşları T.Əsgərov, Ə.Əliyev və Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:55-də polis bölməsinə gətirildiyi qeyd edilmişdir. Göründüyü kimi müstəntiq tərəfindən cinayət işinin materillarına əlavə edilmiş çıxarışla məhkəmənin sorğusu əsasında əldə edilən və eyni kitabdan edilmiş çıxarışda zidiyyətlər mövcuddur. Belə ki, cinayət işinin materiallarında olan çıxarışda təqsirləndirilən şəxsin azad olunması xx.xx.2024-cü il tarixdə saat 05:00 olaraq göstrilməsinə baxmayaraq, sorğu əsasında alınmış çıxarışda azad olunma tarixi xx.xx.2024-cü il saat 02:50 olaraq göstərilmişdir. Eyni zamanda həm cinayət işinin materiallarında olan çıxarışda həm də sorğu əsasında təqdim edilmiş çıxarışda polis orqanına gətirilmə və azad edilmə saatları gözlə açıq şəkildə görüləcək şəkildə qaralama edilərək düzəldildiyi müəyyən edilir. Eyni çıxarışda düzəlişlər edilərək fərqli saatların göstərilməsi təqsirləndirilən şəxsin bölməyə gətirilmə vaxtı və sənədləşmənin düzgün aparılması barədə əsaslı şübhələr yaradır. Bundan başqa həmin çıxarışın 771-ci qrafasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 23:50-də Şahid1 və Şahid2 adlı polis əməkdaşlarının gətirdiyi göstərilmişdir. Həmin çıxarışın 774-cü qarafsında isə X14 adlı şəxsin şübhəli şəxs qismində polis əməkdaşları T.Əsgərov, Ə.Əliyev və Şahid1 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 23:55-də polis bölməsinə gətirildiyi qeyd edilmişdir. Polis əməkdaşı Şahid1 şübhəli şəxs kimi saxlanılmış Təqsirləndirilən şəxs bölməyə gətirdikdən 5 dəqiqə sonra, digər şübhəli şəxs kimi saxlanılan X9 da bölməyə gətirilməsində iştirak etməsi Təqsirləndirilən şəxs tutulma saatının 23:30 olmasına bir daha əsaslı şübhələr yaradır. Məhkəmədə şahid qisimdə dindirilmiş Şahid2 şəxsi bölməyə təhvil verdikdən sonra onun üzərində şəxsi axtarış və baxış keçirlənədək (baxışın isə xx.xx.2024cü il tarixdə saat 03:00-dan 04:00-dək aparılması sənədləşdirilmişdir) mütəmadi olaraq onun yanında olmadığını, yalnız baxışda iştirak etdiyini, həmin müddətdə Təqsirləndirilən şəxs əməliyyatçı Şahid1 nəzarət etdiyini bildirmişdir. Həm saxlanılma saatı barədə qaralamaların aparılması, həm eyni kitabdan çıxarışda azad edilmə saatlarının fərqli göstərilməsi, həm də M.Məmədzadənin 5 dəqiqə ara ilə iki şübhəli şəxsin saxlanılaraq polis bölməsinə gətirilməsində iştirak etməsi Təqsirləndirilən şəxs saat 23:30-da saxlanılmadığı barədə verdiyi ifadəsinin doğru olmasına, onun saxlanılma saatının isə sənədlərdə düzgün göstərilmədiyinə dəlalət edir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, təqsirləndirilən şəxs ifadəsində onunla bir vaxtda eyni yerdə X13 da saxlanıldığını bildirmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən də X13 06 iyul 2024-cü ildə saat 22:30-da Bakı şəhəri Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Yum-yum” adlı restoranın yaxınlığında saxlanılaraq həmin polis bölməsinə gətirildiyi və 07 iyul 2024-cü ildə saat 02:10-da üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparıldığı göstərilmişdir. Hər polis bölməsində bir kitabın olmasını nəzər alaraq eyni gündə saxlanılmış X1 şəxslərin qeydiyyat kitabında adının (xx.xx.2024-cü il saat 21:30-dan xx.xx.2024-cü il saat 13:25-də bölməyə gətirilmiş şəxslərin adı mövcuddur) qeyd edilməməsi həmin kitabdakı məlumatların mötəbərliliyini bir daha şübhə altına alaraq orda göstərilən saatların həqiqətə uyğun olmaması barədə məhkəmədə firkir formalaşdırmışdır. Bundan başqa təqsirləndirilən şəxs X4 onu saxlayan polis əməkdaşları arasında Şahid2 olmadığnı, həmin şəxsi bölmədə gördüyünü bildirmişdir. Şahid2 məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsindən kəskin fərqlənən ziddiyətli ifadə vermişdir ki, həmin ifadəyə əsasən də onun Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməsi məhkəmədə şübhə doğurmuşdur. Məhkəmə iş üzrə şahidlərin ifadələri ilə bağlı qeyd edir ki, şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai istintaq zamanı hər ikisi eyni məzmunlu ifadələr versələr də məhkəmə iclası zamanı həmin şahidlər bir birinə tamamilə zidd ifadələr vermişdir. Şahidlərin istintaq zamanı verdiyi ifadələrdən görünür ki, həmin ifadələrdə yalnız şahidlərin adları və rekvizitləri dəyişdirilmiş, geri qalan bütün ifadənin mətni, onlara verilmiş suallar və hətta onların cavabları bir-birindən sözbəsöz kopyalanaraq onların ifadələrinə köçürülmüşdür. Qeyd edilənlərə əsasən də məhkəmə şahidlərin həm məhkəmə iclasında həm də ibtidai istintaq zamanı verdikləri ifadələri mötəbər sübut kimi qəbul etmir və həmin ifadələri təqsirləndirilən şəxsə verilmiş ittihamı təsdiq edən sübut hesab etmir. Belə ki, Şahid1 məhkəmə iclasında dindirilərkən isfadəsində digər polis əməkdaşı sahə rəisi Şahid2 ilə birlikdə Binəqədi rayonunda yerləşən “Araz” marketin yaxınlığında X2 özlərini təqdim edərək saxladıqlarını, saxladıqları yerdə onun üzərinə baxış keçirdiklərini və baxış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik olduğunu bildirdiyini və həmin maddəni çıxarıb onlara təqdim etdiyini, onu təqdim etdiyi maddəni öz gözü ilə şəxsən gördüyünü, daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddəni cibinə qoymasını bildirdiyini, o da həmin maddəni sol cibinə qoyduqdan sonra onu polis bölməsinə apardıqlarını, bölmədə yenidən videoçəkilişlə onun üzərinə baxış keçirdiklərini və onun həmin maddəni təqdim etdiyini bildirmişdir. Şahidə verilmiş “əgər şəxsin tutulduğu yerdə üzərinə baxış keçirilmişdizsə, bölmədə təkrar baxış keçirilməsinə nə ehtiyac var idi?” sulaına cavab olaraq “prosedur bunu tələb edirdi” cavabını vermiş, “istintaqda qeyd edilən iş üzrə şahid qismində dindirərkən hazırda məhkəmə iclasında göstərdiklərinizi niyə bildirməmisiniz?” və ”İstintaq vaxtı ifadənizdə özümüzü təqdim edib şəxsi saxlayaraq bölməyə təmin edərək şəxsi axtarışı da bölmədə həyata keçirdiyinizi bildirmisiniz. Bu barədə nə deyə bilərsiniz?” sualına isə hər hansı əsaslandırıcı cavab verə bilməmişdir. Şahidin ibtidai istintaq zamanı ifadəsində “özlərini təqdim edib şəxsi saxlayaraq bölməyə gətirdiklərini, bölmədə üzərinə baxış keçirilərkən üzərindən metamfetamin aşkar edildiyini” qeyd etməsi, məhkəmə iclasında isə “şəxsi saxladıqları yerdə onun üzərinə baxış keçirdiklərini və onun üzərində olan maddəni çıxararaq onlara təqdim etməsini, saxladıqları yerdə şəxsin üzərində olan maddəni gördüklərini, daha sonra yenidən cibinə qoyduğunu” bildirməsi ona xatırladıldıqdan sonra verilmiş suala cavab olaraq bir daha şəxsi saxlayarkən üzərində olan maddəni onlar gördükdən sonra şəxsin cibinə qoyduğunu və bölməyə cibində gətirdiyini bildirmişdir. Şahidin qeyd edilən məzmunda ifadə verməsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsini şübhə altına alaraq həmin ifadənin mötəbərliyinə şübhə yaratmışdır. Belə ki, 7 ildir polis orqanlarında çalışan əməkdaşın məhkəmə iclasında bu məzmunda ifadə verməsi onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin müstəntiq tərəfindən tərtib edilldiyinə və şahidin də həmin ifadəni oxumadan imzaladığına əsaslı şübhələr yaradır. Məhkəmə iclasında verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında kəskin ziddiyətlərin olması onun hər iki ifadəsini şübhə altına aldığından və bu ziddiyətli ifadələr Təqsirləndirilən şəxs verilmiş ittihamı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Şahid2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlili göstərir ki, onun ifadələrində ciddi ziddiyyətlər və qeyri-dəqiqliklər mövcuddur və bu hal Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın sübut yükünü daşıyan əsas sübutların etibarlılığını və sübuta yararlılığını şübhə altına alır. İbtidai istintaq zamanı şahid ifadəsində konkret olaraq 06 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, bu səbəbdən əməliyyat tədbirləri keçirildiyini və nəticədə Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə gətirildiyini, bölmədə onun üzərində şəxsi axtarış aparıldığını və son nəticədə metamfetamini cibindən çıxararaq könüllü şəkildə təqdim edildiyini bildirmişdir. Lakin eyni şahid məhkəmə istintaqında verdiyi ifadəsində, əvvəlki dediklərini inkar və ya təkzib edən, yaxud da qeyri-müəyyən şəkildə izah edən fikirlər bildirmiş, əməliyyat məlumatının əslində başqa şəxs – Nahid Məmmədov barədə daxil olduğunu, saxlama əməliyyatının təfərrüatlarını – o cümlədən dəqiq vaxtını, yerini, şəxsi bölməyə apardıqları nəqliyyat vasitəsini, saxlanılan şəxsin polis bölməsinə nə qədər vaxtda gətirildiyini, həmin şəxsin üzərində hansı əşyaların aşkar edildiyini xatırlamadığını qeyd etmişdir. Şahid həmçinin qeyd etmişdir ki, özü həmin vaxt yalnız saxlanılan şəxsi bölməyə qədər müşayiət etmiş, daha sonra şəxs Şahid1 nəzarətində olmuş və yalnız şəxsin üzərində şəxsi axtarış və götürmədə iştirak etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs ifadəsində ümumiyyətlə onun Şahid2 tərəfindən saxlanılmadığını, saxlanılma zamanı başqa polis əməkdaşlarının – o cümlədən Şahid1 iştirak etdiyini, bölməyə gətirildikdən sonra otaqda əvvəlcədən hazırlanmış şəkildə stolun üzərində bir büküm olduğunu və polis əməkdaşlarının ona qışqıraraq həmin bükümün ona aid olduğunu dediklərini, çəkiliş zamanı psixoloji təzyiqlərə məruz qalaraq onların dediklərini təkrarladığını, bu zaman üzərində olan əlillik vəsiqəsi, bank kartı, mobil telefon və pulun götürüldüyünü və yalnız sonradan telefonunun geri qaytarıldığını bildirmişdir. Şahid ifadəsində, həmin əməliyyatın hansı konkret “Araz” marketin yanında keçirildiyini, həmin ərazinin dəqiq yerini, o ərazidə nə olduğunu və hazırda ora getsə belə həmin yeri tanıya bilməyəcəyini etiraf etmişdir. Həmçinin, şəxsin bölməyə gətirildikdən sonra üzərində baxış və götürmə istintaq hərəkətinin nə qədər vaxt sonra və hansı şəraitdə keçirildiyini, saat neçədə aparıldığını da dəqiq deyə bilməmiş, ifadəsində zaman ardıcıllığını təsvir etməkdə çətinlik çəkmişdir. Habelə metamfetaminin şəxsin öz cibindən könüllü təqdim edilməsi barədə şahid ifadəsi ilə, təqsirləndirilən şəxsin metamfetaminin stolun üzərində əvvəlcədən olduğu və ona aid olduğunun sonradan zorla dedirildiyi barədə ifadəsi bir-birini inkar edir və bu ziddiyyətlər, cinayət işində mövcud olan maddi sübutların etibarlılığına dair obyektiv və əsaslı şübhələr doğurur. Bütün bu hallar birlikdə götürüldükdə, təqsirləndirilən şəxsin üzərində metamfetaminin həqiqətən aşkar edilib-edilməməsi, həmin maddənin məhz onun özünə məxsus olması, yaxud da hansı şəraitdə və kim tərəfindən təqdim olunduğu aydın şəkildə müəyyən edilməmişdir. Belə ziddiyyətli, qeyri-müəyyən, daxili ardıcıllığı və məntiqi əlaqəsi pozulmuş şahid ifadələri əsasında ittihamın sübut edilməsi mümkün deyildir və belə bir şəraitdə təqsirləndirilən şəxsin təqsirli bilinməsi “şübhə təqsirləndirilən şəxsin xeyrinə yozulur” prinsipi ilə ziddiyət təşkil təşkil edir. Nəticə etibarilə, Şahid2 ifadəsinin mövcud vəziyyətdə təqsirləndirilən şəxsin cinayət əməlini törətməsini sübuta yetirəcək qəti və inandırıcı sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi hər bir arqument tədqiq edilmiş sübutlarla təsdiq edilmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdikləri isə tədqiq edilmiş sübutlarla şübhə altına düşmüşdür ki, qeyd edilənlərə əsasən də məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin əvvəlcədən düşünülmüş senariyə əsasən tərtib edilərək ona imzalatdırıldığı qənətinə gəlməyə əsas olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, iş materiallarında dövlət hesabına müdafiəçi təyin edilməsi barədə xx.xx.2024cü il qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında 07 iyul 2024-cü il tarixdə tərtib edilmiş protokolda Müdafiəçi imzası olmuş, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası əks olunmuş, lakin şübhəli şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməkdən imtina etmişdir. Həmin istintaq hərəkətləri aparıldıqdan sonra Təqsirləndirilən şəxs ilkin izahatı alınmış və izahatda vəkil Müdafiəçinın imzası da olmaqla iştirak etdiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli “Protokol”dan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Həsən oğlunun üzərinə şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar istintaq hərəkətinin keçiriləcəyi barədə məlumat verilmiş və Müdafiəçi polis bölməsinə dəvət olunmuşdur. Polis bölməsinə gəlmiş vəkil Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçiriləcək şəxsi axtarışın aparılıması istintaq hərəkətində iştirak etməyəcəyini, onun iştirakı olmadan şübhəli şəxsin üzərinə baxış keçirilməsini bildirmişdir. Qeyd edilən protokol polis əməkdaşları Şahid1, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalansa da, keçiriləcək istintaq hərəkətində iştirak etməkdən imtina etdiyi göstərilən vəkil Müdafiəçi adı isə ümumiyyətlə protokolda göstərilməmişdir Eyni zamanda bütün mətn komputerdə çap edilərək Təqsirləndirilən şəxs imzalıdılmış xx.xx.2024-cü il tarixli ərizədə dövlət hesabına ona təqdim edilmiş müdafiəçinin iştirakı olmadan üzərində keçiriləcək şəxsi axtarış və götürmə aparılmasında etirazının olmadğını bildirilmişdir. Qeyd edilən ərizədən də görünüdüyü kimi, Təqsirləndirilən şəxs ona dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etməmiş, müdafiəçinin iştirakdan imtina etməsi ona bildirilmiş və onun da formal olaraq buna etiraz etməməsi barədə ərizəsi alınmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir, Cinayət-Prosessual Məcəlləsinin 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Təqsirləndirilən şəxsin müdafiçisi Müdafiəçi da məhkəmə çıxışında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməkdən imtina etmədiyini, onun həmin istintaq hərəkətinin aparılmasında iştirak etməkdən müdafiəçi kimi imtina etməyə ümumiyyətlə hüququnun olmadığını, təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində müdafiəçinin iştirak etməsini istəmədiyini və bu barədə ərizə təqdim etdiyini bildirildiyini qeyd etmişdir. Göstərilənlər nəticəsində məhkəmədə formalaşan təəssürat ondan ibarət olmuşdur ki, sanki müdafiəçi 06 iyul 2024-cü il tarixdə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, hətta şəxsi axtarış və götürmə aparılması haqqında qərarla da tanış olmuş, daha sonra video çəkilişlə aparılan istintaq hərəkətlərində iştirak etməkdən imtina etmiş, bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında müdafiəçinin iştirakdan imtina etməsini “ağlabatan” mühakimə əsasında tapmaq mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin “c” bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və şəxsi axtarış və götürmə təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən sübutların, o cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 007 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3514 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X25 Şəxsi ambulator X5nın xx.xx.2024-cü il tarixli, 4693 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olmasına görə deyil, onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. Eyni zamanda həmin rəyə əsasən bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə də təyin edilə bilməz. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30-da Binəqədi RPİ-nin 43-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən “Araz” marketin qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən həmin polis bölməsinə gətirilmiş və xx.xx.2024-cü il tarixdə saat 03:00dan 04:00-dək üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, hətta rəsmi sənədlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il, saat 23:00 radələrində saxlanılmasının doğru məlumat kimi qəbul edildiyi təqdirdə belə (yuxarıdakı sübutlara əsasən şəxsin saxlanılma vaxtı barədə əsaslı şübhələr mövcuddur) şəxsin saxlanılma yeri ilə 43-cü Polis Bölməsi arasında olan məsafənin qısa olması nəzərə alınmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan 3 saat 30 dəqiqə vaxt keçdikdən sonra saat xx.xx.2024-cü il tarixdə saat 03:00-da həyata keçirilməsi özü-özlüyündə psixotrop maddənin onun üzərinə qoyulması ilə bağlı yaranmış şübhələri aradan qaldırmır, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuş, həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Bunun tam əksi məhkəmə iclasında Şahid1 onun üzərində saxladıqları yerdə baxış keçirdiklərini və onun üzərindən qanunsuz maddə aşkar edildiyini, daha sonra həmin maddəni cibinə qoymasını və bölməyə gətirərək yenidən üzərində videoçəkilişlə axtarış aparıldığını bildirmişdir. Həmin şahid tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Raport”da isə Təqsirləndirilən şəxs Həsən oğlunun qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edərək üzərində daşımasında şübhəli bilindiyi üçün 06 iyul 2024-cü il tarixdə saat 23:30 dəqiqədə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən-1 ünvanında yeləşən “Araz” marketin yaxınlığında hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Binəqədi RPİ-nin 43 PB-nin inzibati binasına gətirildiyi göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı yerdə onun üzərinə baxış keçirilsə də, bu qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməmiş, tərtib edilmiş raportda formal olaraq yerində sənədləşdirilməməsini hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsiszlik tədbirləri ilə əsaslandırılmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraq doğuran məqam ondan ibarətdir ki, 07 iyul 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin saat 03:00-dan 04:00-dək, yəni 1 saat ərzində aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdə olan "00516" adlı fayla baxış keçirilərkən şəxsi axtarış və götürmənin cəmi 18 dəqiqə 11 saniyə ərzində həyata keçirilməsi və həmin videoyazının yaranma tarixi xx.xx.2024-cü il saat 01:51 olması müəyyən edilir. Videodiskdə olan "00517" adlı fayla baxış keçirilərkən isə 03 dəqiqə 16 saniyəlik video yazının olması, həmin videoyazının şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video görüntüyə baxış keçirilməsi ilə əlaqədar olduğu və həmin videonun yaranma tarixi xx.xx.2024-cü il saat 02:02 olması müəyyən edilir. Şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını əks etdirən videoyazının diskə xx.xx.2024-cü il tarixdə saat 01:51-də yazılmasına baxmayaraq, həmin istintaq hərəkətinin saat 03:00-dan 04:00-a qədər aparılmasının göstərilməsi sənədləşmənin formal olaraq aparılmasını təsdiq edir ki, bu da xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması barədə protokolun etibarsız olmasına əsasdır. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Azərbaycan Respublikası CPM-nin 153.1-ci maddəsinə əsasən cinayət təqibi orqanı hər hansı şəxsin tutulduğu halda onun hüquqi statusundan asılı olaraq bu Məcəllədə, habelə “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda şübhəli və ya təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 153.2-ci maddəsinin tələblərindən görünür ki, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməli, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulmuş şəxsi təxirə salınmadan polis və ya digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerlərinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı və onu tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerlərində qeydiyyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə bağlı digər vəzifələri yerinə yetirməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən azadlıq hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətləri həyata keçirən polis əməkdaşı tutulmuş və ya həbsə alınmış şəxsi təxirə salınmadan polis orqanına gətirməli, tutulma və ya həbsə alma faktını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada protokollaşdırmalı, tutulmuş və ya həbsə alınmış şəxsi bu protokolla tanış etməli, hər bir tutulma və ya həbsə alma faktını müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir. Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə Layıcov un işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından biri olan “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üzərinə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcov un üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Layıcov un saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcov un üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 32-ci bəndində göstərilir ki, əməliyyat-axtarış tədbirinin gedişində tutulmuş (yaxalanmış) şəxsin üstünün yoxlanılması və ondan bu və ya digər predmetlərin, o cümlədən sübut əhəmiyyəti ola biləcək materialların götürülməsi zamanı əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən bu hərəkətlərin fasiləsiz videoçəkilişi aparılmalı və həmin videoyazı elektron daşıyıcıda əməliyyat-axtarış tədbirinin gedişini və nəticələrini əks etdirən raportun və yaxud protokolun tərkib hissəsi kimi sənədə əlavə edilməlidir. Həmin materiallar (məsələn, raport və yaxud protokol, eləcə də əşyalar) onların əldə edilməsinin qanunauyğunluğu (mənbəyinin mötəbərliyi) yoxlanıldıqdan və CPM-in 125-ci maddəsinin, habelə digər normalarının tələbləri baxımından sübut kimi yolverilən olması müəyyən edildikdən sonra cinayət prosesində istifadə edilə bilən sübut növü kimi ibtidai araşdırma üzrə icraatın materiallarına əlavə edilə bilər. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə saxlanıldığı yerdə və dərhal deyil, uzun müddət sonra polis bölməsində xidməti otaqda rəsmiləşdirilmiş, azadlığı faktiki məhdudlaşdırıldığı andan barəsində tutulma protokolu tərtib edilməmiş, tutulmuş şəxs təxirə salınmadan polis orqanının müvəqqəti saxlama yerində qeydiyyata alınmamış, heç bir əsas olmadan müdafiəçi şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etməmiş və bununla da ittihamın əsası olan şübhəli şəxsin tutulması, şəxsi axtarış və götürmə haqqında protokollar cinayət prosesi prinsiplərinin və şərtlərinin pozulması ilə tərtib edildiklərindən və protokollarda göstərilən hallar yuxarıda qeyd edilən məhkəmə istintaqı zamanı obyektiv sübutlarla inkar edildiklərindən, həmin protokollar əsasında aparılan sonrakı istintaq hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən sübutedici qüvvəsi yoxdur. Məhkəmə əlavə olaraq bir daha qeyd etməyi zəruri hesab edir ki, ittiham aktında təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi qeyd edilsə də, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd etməklə yanaşı, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəni polis bölməsində ona fiziki və psixoloji təzyiqlərə məruz qaldığı üçün verdiyini bildirmişdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit sedilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X21 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə, hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə onun təqsirliliyini təsdiq edən nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamış, əksinə şəxsin təqsirsizliyinə dair işin halları yuxarıdakılardan ibarətdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 7.0.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar — icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələrdir. 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir; 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 128.2-ci maddəsinə əsasən əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərit. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 353.5-ci maddəsinə əsasən bəraət hökmünün nəticəvi hissəsində məhkəmə hökmü çıxarılanadək bəraət almış şəxs barəsində qətimkan tədbirlərinin seçildiyi halda onun dərhal ləğv edilməsi barədə qərar qəbul eilir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Həmçinin "xxxx" MMC və "xxxx" MMC-dən məhkəmə qərarları əsasında əldə edilmiş təqsirləndirilən şəxsin və şahidlərin telefon nömrələrinin anten məlumatlarını özündə əks etdirən ümumilikdə 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs bəraət verildiyindən CPM-nin 353.5-ci maddəsinə əsasən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri ləğv edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs bəraət verildiyindən, cinayət işi üzrə məhkəmə xərci – keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 0,343 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,293 qram hissəsi Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra 0,343 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,293 qram çəkidə psixotrop maddə-metamfetaminin tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, ekpertiza tədqiqatından sonra çəkisi 0,293 qram olan psixotrop maddə metamfetamin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Binəqədi rayon Polis İdarəsində saxlanılmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 100 (yüz) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 100 (yüz) saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək göstərilmiş hüququ yardımın hər iş saatı üçün 6 manat, xx.xx.2025-ci il tarixdən sonra göstərilmiş hüquqi yardımın hər iş saatına görə 11 manat olmaqla, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 750 (yeddi yüz əlli) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 42, 344-358 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Məhkəmə qərarları əsasında "xxxx" MMC və "xxxx" MMC-dən əldə edilmiş anten məlumatlarını özündə əks etdirən ümumilikdə 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut- 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,343 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,293 qram çəkidə psixotrop maddəmetamfetamin həmin psixotrop maddənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma kamerasında saxlanılsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra 0,343 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,293 qram çəkidə psixotrop maddə-metamfetamin kim tərəfindən, haradan, nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə müvafiq materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 750 (yeddi yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binnəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar