Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-13/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxx 1982-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Binəqədi Rayon Məhkəməsinin 22.11.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 79-cu maddəsinə əsasən hökmün icrası azyaşlı uşağı yetkinlik yaşına çatanadək təxirə salınmış, Ağdam şəhəri, H.Hüseynov küçəsi, ev 33-də qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 33-də yerləşən Politexnik Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-145/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, 12 yanvar 2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 100 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(013)-684/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 3(001)-1724/2020 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 14 iyul 2020-ci il və 11 sentyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs 2016-ci il tarixdən etibarən tanıyır.Həmin ərəfələrdə yaşadığı Bakı şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq üçün Zərərçəkmiş şəxs 800 manat məbləğində pulu borca almış və aralarında olan razılaşmaya əsasən həmin məbləğin faizi olaraq əlavə 200 manat, ümumilikdə 1 000 manat Zərərçəkmiş şəxs qaytarmağı öz öhdəsinə götürmüşdür.Həmin vaxtdan bir həftə sonra borca aldığı 800 manat məbləğində pulu və həmin məbləğin faizi olaraq əlavə 200 manat, ümumilikdə 1000 manat pulu Zərərçəkmiş şəxs qaytarmışdır.Belə ki, gördüyü xırda biznes fəaliyyətini genişləndirmək məqsədilə çox məbləğdə pul lazım olduğuna görə Zərərçəkmiş şəxs müraciət etmiş və 2017-ci il tarixdə 5 600 manat məbləğində pulu faizlə sonuncudan borca almışdır. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxs faizlə borca aldığı 5600 manat pulu və həmin məbləğin faizi olaraq 400 manat məbləğində pulu sonuncuya vermişdir.Sonradan yenidən ona 8 000 manat məbləğində pul lazım olduğu üçün Zərərçəkmiş şəxs müraciət etmiş və sonuncu həmin məbləği ona üç ay müddətinə verə biləcəyini və verdiyi məbləğin faizi isə 4 000 manat edəcəyini bildirmişdir.Ona təcili pul lazım olduğuna görə məcburiyyət qarşısında qalaraq Zərərçəkmiş şəxsla razılaşaraq qeyd olunan məbləği Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən notariat kontorlarının birində aralarında borc müqaviləsi bağlayaraq ondan borca almışdır.Həmin vaxtdan bir il müddət keçəndən sonra Zərərçəkmiş şəxs notarial qaydasında borca aldığı 8 000 manat məbləğində pulu və həmin məbləğin faizi olaraq 4 000 manatdan 2 000 manatını Zərərçəkmiş şəxs qaytarmışdır. Faizə görə Zərərçəkmiş şəxs borclu qaldığı 2000 manat məbləğində pulu isə yaxın müddət ərzində qaytaracına sonuncuya söz vermişdir.Həmin vaxtlar ona əlavə olaraq pul lazım olduğu üçün yenidən Zərərçəkmiş şəxs müraciət etmiş və sonuncu 2 500 manat məbləğində pul verə biləcəyini bildirərək onunla əlavə olaraq notariat qaydasında faizə borclu qaldığı məbləğlə birlikdə 4 500 manat məbləğində pulu almağı barədə müqavilə bağlamağı təklif etmişdir.Ona həmin vaxtlar təcili pul lazım olduğu üçün məcburiyyət qarşısında qalaraq Zərərçəkmiş şəxsla razılaşaraq sonuncu ilə birlikdə yenidən notariat kontoruna gedərək 4500 manat məbləğində pulu borca almağına dair aralarında müqavilə bağlamışlar.Bundan sonra o, Zərərçəkmiş şəxs borclu olduğu məbləği qaytara bilmədiyi üçün o, sonuncu onun barəsində Agdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin rayon məhkəməsi tərəfindən ondan 18 100 manat məbləğində pulun alnaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 25 aprel 2019-cu il tarixli, 2(013)- 684/2019 saylı qətnamə çıxarılmışdır.O, həmin rayon məhkəməsinin qətnaməsindən narazı qaldığına görə apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman Ağdam Rayon Məhkəməsinin qeyd olunan qətnaməsi qüvvəsində saxlanılmışdır.O, məhkəmə qətnaməsində qeyd edilən məbləğdən heç bir ödəniş etmədiyini və Dövlət adından çıxarılmış məhkəmə qərarına hörmətlə yanaşdığını bildirərək yaxın müddət ərzində Zərərçəkmiş şəxs borcu olduğu məbləği tam olaraq ödəniş edəcəyinə söz vermişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını və qadın olmasını nəzərə alaraq məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2016-cı ilin əvvəllərində tanıyır.Həmin ərəfələrdə Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğundan maddi cəhətdən köməklik etməyi ondan xahiş edərək gördüyü xırda biznes fəaliyyətində şərikinə pul qazanacaqlarını ona bildirmişdir.Bundan əlavə, Təqsirləndirilən şəxs bir neçə nəfərlə lotereya oynadığını, 2017-ci ilin avqust ayında müəyyən məbləğdə pul alacağını və rəsmi olaraq mağazasının olduğunu ona bildirmişdir. O, Təqsirləndirilən şəxs 2016-cı ilin dekabr ayının 14-də Bakı şəhəri Nərimanov rayonunun ərazisində yerləşən 38 saylı notariat kontorunda notarial qaydada 5 600 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. 2016-cı ilin dekabr ayının axırlarında Təqsirləndirilən şəxs ondan yenidən 900 manat məbləğində borca pul istəmiş və ona inandığı üçün qeyri rəsmi olaraq həmin məbləği sonuncuya vermişdir. 05 yanvar 2017-ci il tarixdə Təqsirləndirilən şəxs yenidən ondan borca 8 000 manat məbləğində pul istəmiş və o, notarial qaydada həmin məbləği ona vermişdir. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, söz verdiyi qızıl-zinət mağazası hazırdır və bu yaxınlarda fəaliyyətə başlayacaqlar.Axırıncı dəfə Təqsirləndirilən şəxs ondan 4500 manat məbləğində borca pul istəmiş və 09 mart 2017-ci il tarixdə notarial qaydada qeyd olunan məbləği ona vermişdir.Aralarında notarial qaydada bağlanmış müqaviləyə əsasən Təqsirləndirilən şəxs borca aldığı məbləği 09 iyun 2017-ci il tarixdə tam olaraq ona qaytarmasını öz öhdəsinə götürmüşdür.Qeyd olunan müddət başa çatandan sonra Təqsirləndirilən şəxs borca verdiyi məbləğləri tələb etmiş və sonuncu müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləğləri ödəməkdən yayınmışdır. 2019-cu ilin aprel ayında məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs barəsində aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd edilən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs 18 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pulun alınaraq ona ödənilməsinə dair 25 aprel 2019-cu il tarixli, 2(013)-684/2019 saylı qətnamə çıxarılmışdır.Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman Ağdam Rayon Məkəməsinin qeyd edilən qətnaməsi qüvvəsində saxlanılmışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, ona vurulmuş ziyanın ödənilmədiyini nəzərə alaraq onunla barışmadığını bildirmiş və məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı Şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 bildirmişdir ki, Ağdam Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(013)-684/2019 saylı qətnaməsi üzrə verilmiş 27 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 18 100 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir.Göstərilən icra vərəqəsi 07 iyun 2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Borcun məcburi icrası üçün görülən tədbirlər nəticə vermədiyi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 8(001)-969/2019 saylı qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.İcra vərəqəsi üzrə tələbin icrasını qısa müddət ərzində borclu tərəfindən yerinə yetirilməsi barədə 10 sentyabr 2019-cu il tarixdə və 24 oktyabr 2019-cu il tarixdə borclunun ünvanına rəsmi xəbərdarlıq göndərilmişdir.Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli, 3(001)-1724/2020 saylı qərarı ilə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etmədiyi üçün Azəbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir.İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmişdir.Bundan başqa, tələbkar Zərərçəkmiş şəxs 27 avqust 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona heç bir ödəniş edilmədiyini və cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir.Həmin vaxtı Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam olaraq icra etməyəcəyi halda Azərbaycan Respublikasının CMnin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib olunaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İstintaq İdarəsinə göndəriləcəyi barədə məlumat verilmişdir.Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir.Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsindən 17 noyabr 2020-ci il tarixli, 012-23565-1120 saylı tələbnaməyə əsasən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 noyabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası CM-nin 79-cu maddəsinə əsasən hökmün icrası uşağının 8 yaşına çatanadək təxirə salınmışdır.Hökmün icrasının nəticəsi barədə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Bakı şəhər Probasiya İdarəsinə sorğu verilmiş və alınmış cavaba əsasən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs barəsində icra edilməsi üçün hərhansı bir hökm icraata daxil olmamışdır.Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış 22 noyabr 2003-cü il tarixli hökmün nəticəsi barədə aidiyyəti üzrə sorğu verilmiş və alınmış cavaba əsasən müəyyən olunmuşdur ki, məhkəmənin 2003-cü ilə dair cinayət işlərinin əlifba göstəricisində Təqsirləndirilən şəxs adının keçməsinə baxmayaraq arxivdən hökm aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 80.1.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən - az ağır cinayət törətməyə görə məhkum edilərkən yeddi il keçdikdə icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Beləliklə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış 22 noyabr 2003-cü il tarixli hökmün yeddi ildən artıq müddətdə icra edilmədiyi nəzərə alınmalıdır. İş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 25 aprel 2019-cu il tarixli, 2(013)- 684/2019 saylı qətnaməsi üzrə verilmiş 27 may 2019-cu il tarixli icra vərəqəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 18 100 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar əsasında təqsirləndirilən şəxsin CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmişdir.Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər.Həmçinin, həmin qərarda göstərilmişdir ki, qanunun mənasına ittihamın sübut olunması barədə aradan qaldırılması mümkün olmayan bütün şübhələr müttəhimin xeyrinə həll olunur. Həmçinin, həmin qərara görə məhkəmədə ittihamın hər hansı şəkildə dəyişdirilməsi hökmün təsviri hissəsində əsaslandırılmalıdır.Məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır.Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsüf olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əmamətləri olmasın və faktitiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Bundan başqa, Azərbaycan Respublikası Konsitusiysının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir. Həmçinin, «Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» X1 19 yanvar 2006-cı il tarixli fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir.Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 6 və 7-ci maddəsinin tələbinə görə hər kəsin ədalətli məhkəmə araşdırılması tələb etmək və qanunsuz olaraq cəzalandırılmamaq hüquqları vardır. Həmçinin, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, qadın olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda təqsirləndirilən şəxsin üzun müddət keçməsinə baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borcunun ödənilməsi üçün heç bir tədbir görmədiyini və məhkəmə iclaslarından yayındığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-145/2021 saylı, 14.12.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunaraq onun barəsində axtarış elan edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 17.01.2022-ci il tarixli, 17/38-274 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12.01.2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir.Buna görə də, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 12.01.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyini nəzərə alaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iş üzrə mülki iddia yoxdur və iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 12.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-13/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-13/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver