Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-13/2024 26.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 Oqtay oğlu, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonu, Kolanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, 20 Yanvar dairəsi, H.B.ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “** RY ***", “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 03 ədəd “Toyota Prius" markalı və Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “** VJ ***” dövlət qeydiyyat nişanlı 1 ədəd “Toyota Prius” markalı avtomobillərin, 2021-ci ilin sentyabr ayında isə Zərərçəkmiş şəxs1 Oqtay oğlunun mülkiyyətində olan “** EG ***” dövlət qeydiyyat nişanlı 1 ədəd “Toyota Prius” markalı avtomobilin qanuni sahibləri ilə Bakı şəhəri 52 saylı Notariat Ofisində icarə müqaviləsi bağlayıb həmin avtomobilləri taksi fəaliyyəti göstərməsi məqsədilə icarəyə götürərək istifadə hüququna dair etibarnamələrlə əldə etmiş, daha sonra ona etibar edilmiş özgə əmlakını tamah niyyəti ilə talamaq qərarına gələrək, 2021-ci ilin oktyabr ayının 25-də “** RY ***", “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 3 ədəd və 2021-ci ilin oktyabr ayının 28-də “** VJ ***” dövlət qeydiyyat nişanlı 1 ədəd ‘Toyota Prius” markalı avtomobillər üzrə işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adına Hacıqabul rayon Notariat Ofisində buna səlahiyyəti olmadığı halda nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr verərək, həmçinin “** EG ***” dövlət qeydiyyat nişanlı 1 ədəd “Toyota Prius" markalı avtomobili xx.xx.2021-ci il tarixdə xüsusi proqram vasitəsilə qanunsuz olaraq hazırladığı mülki etibarnamə ilə adına keçirərək ona Zərərçəkmiş şəxs1 Oqtay oğlu və övladları Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 tərəfindən etibar edilmiş xeyli miqdarda özgə əmlakını, yəni 5 ədəd “Toyota Prius” markalı avtomobilləri talamaqla mənimsəmə cinayət əməlini törətmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə ona Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 tərəfindən 2021-ci ilin iyul ayında Bakı şəhəri 52 saylı Notariat Ofisində istifadə hüququna dair etibarnamələrlə verilmiş “** RY ***”, “** RY ***”, “** RY ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı 4 ədəd “Toyota Prius” markalı avtomobillər üzrə işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adına Hacıqabul rayon Notariat Ofisində xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində buna səlahiyyəti olmadığı halda nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr alaraq, həmin qanunsuz etibarnamələr əsasında Zərərçəkmiş şəxs5 pulunu ələ keçirmək məqsədi ilə aldadaraq xx.xx.2021-ci il tarixdə “** RY ***”, “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobilləri və xx.xx.2021-ci il tarixdə “** VJ ***” dövlət qeydiyyat nişanlı 1 ədəd “Toyota Prius” markalı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adından Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 30000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədilə Zərərçəkmiş şəxs5 qanunsuz olaraq adına keçirdiyi “** RY ***”, “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobillər üzrə xx.xx.2021-ci il tarixdə, “** VJ ***” dövlət qeydiyyat nişanlı 1 ədəd “Toyota Prius" markalı avtomobil üzrə isə xx.xx.2021-ci il tarixdə sonuncunun razılığı ilə taksi fəaliyyəti göstərməsi məqsədilə avtomobilləri Bakı şəhəri 48 saylı Notariat Ofisində istifadə hüququna dair etibarnamələrlə əldə etmiş, daha sonra 4 ədəd “Toyota Prius” markalı həmin avtomobillər üzrə işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adına xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat Ofisində buna səlahiyyəti olmadığı halda nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr alaraq, həmin qanunsuz etibarnamələr əsasında Zərərçəkmiş şəxs6 pulunu ələ keçirmək məqsədilə aldadaraq xx.xx.2021-ci il tarixdə “** RY ***”, “** RY ***”, “** RY ***", “** VJ ***" dövlət qeydiyyat nişanlı 4 ədəd “Toyota Prius" markalı avtomobilləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 idarəsində işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adından Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 26600 (iyirmi altı min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs5 məxsus "** OZ ***” dövlət qeydiyyat nişanlı 'Toyota Prius” markalı avtomobil üzrə sonuncunun ona daşınar əmlakın istifadə edilməsinə dair verdiyi etibarnamə ilə xx.xx.2021 -ci il tarixdə Salyan rayon Notariat Ofisində işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adına buna səlahiyyəti olmadığı halda nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə alaraq, həmin qanunsuz etibarnamə əsasında Zərərçəkmiş şəxs6 pulunu ələ keçirmək məqsədilə aldadaraq xx.xx.2021-ci il tarixdə “** OZ ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adından Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 6650 (altı min altı yüz əlli) manat məbləğində pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs6 adına qanunsuz olaraq keçirdiyi “** RY ***”, “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobilləri Şahid14 pulunu ələ keçirmək məqsədilə sonuncunu aldadaraq, xx.xx.2021 ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində Zərərçəkmiş şəxs6 iştirakı ilə onun adından Şahid14 oğlunun mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 30000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirməklə Şahid14 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs6 adına qanunsuz olaraq keçirdiyi və sonuncunun ona istifadə hüququna dair etibarnamə ilə verdiyi “**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil üzrə xüsusi proqram vasitəsilə xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq hazırladığı mülki etibarnamə əsasında Şahid12 pulunu ələ keçirmək məqsədilə aldadaraq xx.xx.2021-ci il tarixdə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində Şahid12 mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 7000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirməklə Şahid12 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs6 adına qanunsuz olaraq keçirdiyi və sonuncunun ona istifadə hüququna dair etibarnamə ilə verdiyi “** VJ ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil üzrə xüsusi proqram vasitəsilə xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq hazırladığı mülki etibarnamə əsasında Şahid11 pulunu ələ keçirmək məqsədilə aldadaraq xx.xx.2021-ci il tarixdə həmin avtomobili Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş X66 İdarəsində Şahid11 mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 8600 (səkkiz min altı yüz) manat məbləğində pul vəsaitini ələ keçirməklə Şahid11 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə ona 2021 -ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 Oqtay oğlu tərəfindən istifadə hüququna dair etibarnamə ilə verilmiş “50 EG-156” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil üzrə xüsusi proqram vasitəsilə xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq mülki etibarnamə hazırlamaqla, həmin etibarnamə əsasında X6 pulunu ələ keçirmək məqsədilə aldadaraq xx.xx.2021 -ci il tarixdə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində X6 mülkiyyətinə keçirmiş, bununla da sonuncunu aldatmaq yolu ilə onun 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirməklə Rübabə Məmmədovaya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək qərarına gələrək bu məqsədlə Zərərçəkmiş şəxs4 istifadəsində olan “BMW” markalı “** EY ***" dövlət qeydiyyat nişanlı avtomobili ondan 30000 (otuz min) manat pul müqabilində almağa şifahi razılaşmış, Zərərçəkmiş şəxs4 10000 (on min) manat verərək pulun qalan hissəsini daha sonra verəcəyini vəd etməklə onu aldadaraq həmin avtomobili 2021-ci ilin noyabr ayında şifahi razılıqla ələ keçirərək Zərərçəkmiş şəxs4 20000(iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, daha sonra xüsusi proqram vasitəsilə xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq mülki etibarnamə düzəltməklə həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində 29.01 2022-ci il tarixdə Elgiz adlı Sumqayıt şəhər sakinin mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşərək özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2021-ci ilin dekabr ayının son günlərində tanışı Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs2 onun üçün Gürcüstan Respublikasından avtomaşın gətirilməsi xahişi ilə müraciət etdikdə, Təqsirləndirilən şəxs2 bu barədə tanışıavtomaşınların taksi fəaliyyəti ilə məşğul olan şəxslərə istifadəyə verilməsi işlərində köməklik etdiyi Təqsirləndirilən şəxs1 bildirərək və onunla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmə məqsədi ilə qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında birləşərək, aralarında olan cinayətkar razılığa uyğun olaraq Təqsirləndirilən şəxs2 Şahid1 tapşırığına əsasən hərəkət edib, 8500 manat ödədiyi təqdirdə Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobili qısa müddət ərzində, yəni 02.01,2022-ci il tarixinə kimi gətirmək imkanının olmasına Zərərçəkmiş şəxs9 vəd etməklə inandırmaqla aldadaraq və etibarından sui-istifadə edib, Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 sonuncunun Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirilməsi məqsədilə Zərərçəkmiş şəxs9 aldığı 8500 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 Şahid1la öz aralarında bölüşdürərək şəxsi ehtiyaclarına sərf etmiş, Zərərçəkmiş şəxs9 isə avtomaşının gətirilməsinin müxtəlif səbəblərdən yubandığını, əvəzində «Niva» markalı maşını verə biləcəklərini vəd etsələr də, sonra həmin avtomaşında texniki nasazlığın olmasını və təmirə əlavə pul ödənilməsini, daha sonra isə həmin maşının sahibinin başqa şəxsin olmasını bildirərək, «Niva» markalı atomaşın verməkdən imtina etmiş, vəd etdikləri avtomaşını da Gürsüstan Respublikasından gətirməyərək, Zərərçəkmiş şəxs9 aldıqları 8500 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1, 320.2-ci maddələri ilə yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, “Bolt” şirkəti vasitəsilə ona məxsus olan avtomobilləri taksi sürücüsü kimi fəaliyyət göstərən şəxslərə istifadəyə verib, həmin şəxslərə aylıq olaraq 400 manat əmək haqqı və günlük gəlirlərinin 10%-ni verir, həmin taksi sürücüləri isə ona gündəlik gəlirlərini verirdilər. Aylıq olaraq hər maşından təxminən 700-800 manat gəlir qalırdı. Həmin avtomobilləri ayrıayrı şəxslərdən icarəyə götürüb istifadəyə verirmiş. 2021-ci ilin iyul ayında isə daha əvvəldən tanımadığı, sonradan tanış olduğu Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq taksi kimi istifadə edilməsi üçün maşınlarını icarəyə vermək istədiyini bildirmiş, o da Sadiqin övladlarının adına aldığı 6 ədəd “Toyota Prius” markalı avtomobilləri məşğul olduğu fəaliyyət üzrə icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olması üçün sürücülərin istifadəsinə verməyi qərara almışdır. Zərərçəkmiş şəxs1 həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olması üçün şəxslərin istifadəsinə verib aylıq gəlir əldə etmək məqsədilə almışdı. Zərərçəkmiş şəxs1la razılaşmalarına əsasən o hər avtomobilə görə ona aylıq 750 manat icarə haqqı verəcəkdi. Bu məqsədlə o, 2021-ci ilin iyul ayının 6-da Zərərçəkmiş şəxs1 və onun oğlu Zərərçəkmiş şəxs3la birlikdə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən 52 saylı Notariusa getmiş, həmin notariat ofisində Zərərçəkmiş şəxs3 adına qeydiyyatda olan “** RY ***”, “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili və Sadiqin digər oğlu Zərərçəkmiş şəxs2 adına qeydiyyatda olan “** RB ***”, “** OZ ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili icarə müqaviləsi bağlayaraq icarəyə götürmüş, həmin vaxt sənədləşmə zamanı Zərərçəkmiş şəxs2 təmsilçisi kimi etibarnamə əsasında atası Zərərçəkmiş şəxs1 iştirak etmişdir. Bundan başqa, həmin avtomobillər 52 saylı Notariat ofisində 2 ədəd bütün daşınar əmlakın istifadə edilməsi və daşınar əmlakla bağlı digər əməliyyatlar aparılmasının nəzərdə tutulduğu etibarnamələrlə onun istifadəsinə verilmişdir. Həmin müqaviləyə əsasən, o hər bir avtomobilə görə aylıq 750 manat icarə haqqını Zərərçəkmiş şəxs1 bir neçə ay ödəmişdir. 2021-ci ilin sentyabr ayında isə həmin avtomobillərdən “** RB ***” və “** OZ ***” dövlət qeydiyyat nişanlı avtomobillərin mühərrikində problemlər olduğu üçün o, həmin avtomobillərin satılmasını və yenisinin alınmasını Zərərçəkmiş şəxs1 təklif etmiş, sonuncu da bununla razılaşmış və oğlu Zərərçəkmiş şəxs2 adına olan həmin avtomobillərin satılması ilə bağlı ona sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə vermişdir. O, həmin avtomobilləri adını xatırlamadığı şəxslərə satdıqdan sonra sentyabr ayının axırlarında “** EG ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili alaraq onu Zərərçəkmiş şəxs1 mülkiyyətinə keçirmiş, Zərərçəkmiş şəxs1 həmin avtomobilə dair ona sentyabr ayının sonlarında 52 saylı Notariat ofisində aylıq 750 manat ödəmək müqabilində istifadə hüququna dair etibarnamə vermişdir. Bundan sonra atası “xərçəng” xəstəliyindən əziyyət çəkdiyindən, atasının müalicəsi üçün pula ehtiyacı olduğuna görə, həmçinin bəzi borcları olduğundan onları ödəmək üçün Zərərçəkmiş şəxs1 istifadə hüququna dair etibarnamələr ilə ona verdiyi “Toyota Prius” markalı avtomobilləri əvvəldən belə bir niyyəti olmasa da mənimsəyərək onları satmaq və pul əldə etmək qərarına gəlmiş, həmin niyyətlə 2021-ci ilin oktyabr ayının 25-də Zərərçəkmiş şəxs1 istifadə hüququna dair etibarnamələr ilə ona verdiyi “** RY ***”, “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobillər üzrə Salyan rayon Notariat ofisində Şahid9 adına qanunsuz olaraq nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr vermiş, bundan sonra həmin avtomobilləri xx.xx.2021-ci il tarixdə səhər saatlarında Azərbaycan Respublikası DİN-nin BDYPİ-də Şahid9 adından Zərərçəkmiş şəxs5 satmışdır. Bundan sonra yenidən həmin 3 ədəd “Toyota Prius” markalı avtomobillər üzrə xx.xx.2021-ci il tarixdə günorta saatlarında Hacıqabul rayon Notariat ofisində Təqsirləndirilən şəxs2 adına qanunsuz olaraq nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr almış, 28 oktyabr tarixində “** VJ ***” nişanlı 1 ədəd “Toyota Prius” markalı avtomobil üzrə yenidən Salyan rayon Notariat ofisində Təqsirləndirilən şəxs2 adına qanunsuz olaraq nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə alaraq eyni qaydada xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 satmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat Ofisində Təqsirləndirilən şəxs2 adına “** VJ ***” nişanlı 1 ədəd “Toyota Prius” markalı avtomobil üzrə yenidən qanunsuz olaraq nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr almışdır. Anarın adına xx.xx.2021-ci il tarixdə aldığım etibarnamə ilə 3 ədəd avtomobili və xx.xx.2021-ci il tarixdə aldığım etibarnamə ilə isə 1 ədəd avtomobili xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 satdı. Təqsirləndirilən şəxs2 bütün bunlardan xəbəri olmamış, sonuncunun şəxsiyyət vəsiqəsi onda olduğuna görə həmin etibarnamələri ala bilmişdir. Şahid9 isə onun xalası oğludur və 18 yaşı vardır. Əfqan da Təqsirləndirilən şəxs2 kimi onun köməkçisi kimi işləmişdir. Əfqana taksi fəaliyyəti ilə işlətdikləri avtomobillərin yanacaq rejiminə nəzarət etməyi tapşırmışdı. Əfqan hər səhər və hər axşam saat 09-da avtomobillərə yanacaq doldurma məntəqəsində vurulan yanacağın qeydiyatını aparmışdır. Etibarnamələri almazdan əvvəl oktyabr ayının 23-də əvvəllər də maşın alqı-satqısı ilə bağlı işlər gördüyü Zərərçəkmiş şəxs5 ilə əlaqə saxlayaraq kreditə salınmalı maşınlar olduğunu bildirmiş, aralarında olan razılaşmaya əsasən o, avtomobilləri Fərruxun adına keçirəcəkdi, bunun müqabilində Fərrux ona avtomobillərin pulunu verəcəkdi, daha sonra o, həmin avtomobilləri istifadəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edəcəkdi, bunun müqabilində Fərruxa aylıq müəyyən məbləğdə pul ödəyəcəkdi. Zərərçəkmiş şəxs5 həmin avtomobillərin başqasının mülkiyyətində olmasından, onun qanunsuz olaraq sərəncam hüququna dair etibarnamələr almağından məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs5 etibarından istifadə edərək və sonuncunu aldadaraq pulunu ələ keçirmək qərarına gəldiyindən avtomobillər barədə məlumatları Fərruxa bildirməmişdir. Qanunsuz olaraq sərəncam hüququna dair etibarnamələrlə əldə etdiyi “** RY ***”, “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobilləri xx.xx.2021-ci il tarixdə, “** VJ ***” dövlət qeydiyyat nişanlı 1 ədəd “Toyota Prius” markalı avtomobili isə xx.xx.2021-ci il tarixdə Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində işçisi Fizuli adlı şəxsin köməkliyi ilə Təqsirləndirilən şəxs2 iştirakı ilə sonuncunun adından Zərərçəkmiş şəxs5 adına keçirdi. Fərrux özü həmin vaxt orada olmayıb, onun şəxsiyyət vəsiqəsinin şəkli onda olduğundan avtomobili onun adına keçirə bilmişdir. Rəsmiləşdirmə işləri başa çatdıqdan sonra Fərrux Bakı şəhəri 48 saylı Notariat ofisinə gəlmiş və onun iştirakı ilə “** RY ***”, “** RY ***”, “** RY ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı 4 ədəd “Toyota Prius” markalı avtomobilləri xx.xx.2021-ci il tarixdə Fərrux ona bütün daşınar əmlakın idarə edilməsi barədə 4 illik etibarnamə ilə vermiş, həmin vaxt Anar yanlarında olmamışdır. Daha sonra hər avtomobil üçün Fərruxdan 7000 (yeddi min) manat, avtomobillərin Fərruxun adına keçirilməsi ilə bağlı rəsmiləşdirmə işlərin həyata keçirilməsi üçün isə hər avtomobil üçün əlavə olaraq 500 (beş yüz) manat olmaqla, ondan ümumilikdə 30000 (otuz min) manat pul aldı. Razılaşmaya əsasən, Fərrux həmin avtomobilləri noyabr ayından 15 ay müddətinə taksi fəaliyyəti ilə məşğul olmağı üçün onun istifadəsinə verəcək, o da həmin müddətdə hər avtomobil üçün hər ay 750 (yeddi yüz əlli) manat pul ödəyəcək və 15 ayın sonunda isə həmin avtomobillər onun adına keçəcəkdi. Həmin puldan Fərruxa 1500 (min beş yüz) manat ödəmiş, daha sonra yenidən pul əldə etmək məqsədilə həmin avtomobilləri yenidən qanunsuz olaraq satmaq qərarına gələrək bu barədə həmin ərəfədə tanıdığı, maşın alqı-satqısı ilə avtomobilləri icarəyə verməklə məşğul olan Zərərçəkmiş şəxs6 ilə əlaqə saxlayıb razılaşmış, eyni qaydada Zərərçəkmiş şəxs5 ona istifadə hüququna dair verdiyi etibarnamə əsasında yenidən Hacıqabul rayon Notariat Ofisində Təqsirləndirilən şəxs2 adına xx.xx.2021-ci il tarixdə qanunsuz olduğunu bilərək nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr alaraq “** RY ***”, “** RY ***”, “** RY ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı 4 ədəd “Toyota Prius” markalı avtomobilləri sonuncunun sərəncamına keçirmişdir. Elə həmin gün, yəni xx.xx.2021-ci il tarixdə həmin avtomobillərin Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirilməsi üçün etibarnamələri işçisi Anara vermiş və bu barədə ona tapşırmışdır. Zərərçəkmiş şəxs6 şəxsiyyət vəsiqəsinin şəklini də Anara göndərmiş, sonuncu da həmin şəxsiyyət vəsiqəsinin əsasında maşınları Mirsamirin adına keçirmişdir. Zərərçəkmiş şəxs6 həmin avtomobillərin başqasının mülkiyyətində olmasından və onun qanunsuz etibarnamələr almasından məlumatı olmamışdır. O, Zərərçəkmiş şəxs6 etibarından istifadə edərək və aldadaraq pulunu ələ keçirmək qərarına gəldiyindən avtomobillər barədə məlumatları sonuncuya bildirməmişdir. xx.xx.2021-ci il tarixdə həmin avtomobillər onun tapşırığı ilə işçisi Təqsirləndirilən şəxs2 tərəfindən qanunsuz olaraq əldə etdiyi sərəncam hüququna dair etibarnamələr əsasında Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirilmiş, həmin vaxt Mirsamir Mehdiyev özü alqı-satqı prosesində iştirak etməmiş, rəsmiləşdirmə işləri onun göndərdiyi şəxsiyyət vəsiqəsinin şəkli ilə həyata keçirilmişdir. Avtomobillər Mirsamirin adına keçirildikdən sonra o həmin avtomobillərin Mirsamirin mülkiyyətinə keçirilməsi ilə bağlı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinin şəkllərini sonuncuya göndərmişdir. Bundan sonra həmin gün axşam Mirsamirlə görüşərək 4 ədəd “Toyota Prius” markalı avtomobil üçün sonuncudan ümumilikdə 26600 (iyirmi altı min altı yüz) manat pul almış, həmçinin, həmin gün Bakı şəhəri 15 saylı notariat ofisində Mirsamir həmin avtomobilləri özgəninkiləşdirmə hüququ olmadan yalnız istifadə edilməsinə dair etibarnamə ilə onun istifadəsinə vermiş, eləcə də həmin avtomobillərə dair icarə müqavilələri bağlamışlar. Mirsamirlə aralarında olan razılaşmaya əsasən, noyabr ayından etibarən 9 ay müddətində hər avtomobil üçün o Mirsamirə hər ay 1000 (bir min manat) ödəməli idi. 9 ayın sonunda isə həmin avtomobillər onun mülkiyyətinə keçəcəkdi. Daha sonra o yenidən pul əldə etmək üçün Mirsamiri aldadaraq sonuncunun pulunu ələ keçirmək qərarına gəlmiş və Zərərçəkmiş şəxs5 mülkiyyətində olan “**-OZ-***” nişanlı “Toyota Prius” markalı avtomobili də ona verdiyi daşınar əmlakın istifadə edilməsinə dair etibarnamə ilə xx.xx.2021-ci il tarixdə Salyan rayon Notariat Ofisində işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adına buna səlahiyyəti olmadığı halda nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə alaraq ələ keçirmiş, həmin avtomobili də eyni qaydada Təqsirləndirilən şəxs2 verdiyi tapşırıq əsasında sonuncu həmin gün Zərərçəkmiş şəxs6 şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində sonuncunun mülkiyyətinə keçirtmişdir. Həmin gün axşam Mirsamir Mehdiyevdən həmin avtomobilə görə 6650 (altı min altı yüz əlli) manat pul almış, Mirsamir həmin avtomobili də ona istifadə hüququna dair etibarnamə ilə eyni qaydada vermişdir. Bağladıqları icarə müqaviləsinə görə o həmin avtomobilə görə də aylıq 1000 (bir min) manat Mirsamirə icarə haqqı verəcək və 9 ayın sonunda isə həmin avtomobil onun mülkiyyətinə keçəcəkdi. Bundan sonra noyabr ayının təxminən 12-də saat təxminən gecə 12 radələrində Fərrux ona zəng edərək Anar adlı şəxsin adına sərəncam hüququna dair etibarnamələr verdiyini, 4 ədəd avtomobilinin onun, yəni özünün mülkiyyətində olmadığını bildirərək, nəyə görə belə etdiyini ondan soruşmuş və onunla görüşmək istədiyini bildirmişdir. O, Fərruxla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən evinin yaxınlığında görüşmüş, daha sonra Fərruxa Anarın da Şamaxinkaya gələcəyini demiş, üçünün orada görüşməklərini bildirmişdir. Onlar Şamaxinkada təxminən saat 01:00 radələrində görüşmüşlər, həmin vaxt Fərruxun yanında Namiq adlı dostu da olmuşdur. O, Fərruxa pula ehtiyacı olduğu üçün Anarın adına sərəncam hüququna dair etibarnamələr verdiyini bildirmişdir. Anarın da elə həmin vaxt adına qanunsuz olaraq etibarnamələrin almasından xəbəri olmuşdur. Bundan əvvəl Anar etibarnamələr notariat qaydada təsdiqlənmiş etibarnamələr olduğundan həmin etibarnamələri qanunsuz olduğunu bilməmişdir. Anar bu zaman Fərruxa həmin etibarnamələrin qanunsuz olduğunu bilmədiyini, bu barədə məlumatının olmadığını demiş, o isə Fərruxa səbrli olmasını, yaxın zamanda avtomobillər üçün ona ödədiyi 30000 (otuz min) manatı ona qaytaracağını bildirmişdir. Onlar razılaşsalar da daha sonra Fərrux ondan 45000 (qırx beş min manat) istədiyini bildirmişdir. Məbləğ çox olduğundan bu dəfə razılığa gələ bilməmişlər. 7-8 gün sonra Hacıqabul rayonu Notariat Ofisinin xüsusi notariusu Ruslan adlı şəxs ona zəng edərək nə baş verdiyini soruşmuş, onunla görüşmək istədiyini bildirmişdir. Onlar Bakı şəhərində, Milli Elmlər Akademiyasının yaxınlığında yerləşən “Luxor” adlı kafedə görüşmüşlər. Həmin vaxt o Hacıqabul rayonu Notariat Ofisinin xüsusi notariusu Şahid20 ilk dəfə görmüşdür. Görüşərkən Ruslan ona Fərruxun həmin etibarnamələrin təsdiq edilməsi üçün onun guya Ruslana hər etibarnamə üçün 250 (iki yüz əlli) manat pul verməyi barədə dediyini bildirmiş, o isə elə bir şey olmadığını, həmin etibarnamələrin təsdiqi üçün o da daxil olmaqla heç bir şəxsə pul vermədiyini, həmin vaxt pula ehtiyacının olduğunu, ona görə bunu etdiyini bildirmişdir. Ruslan ona bu məsələni tezliklə həll etməyini tapşırmış, daha sonra o yenidən Fərruxla əlaqə saxlamış, sonuncu ondan 35000 manat pul verməyini istəmiş, o da onunla razılaşa bilməmiş, bundan sonra bu barədə Ruslanla danışmış, Fərruxa 20000 manat pul düzəldə bildiyini demiş və ona pul məsələsində yardım etməsini istəmişdir. Ruslan isə ona köməklik edə bilməyəcəyini bildirərək, 20000 (iyirmi min) manatın üzərinə 3000-4000 min manat qoyub Mirsamirə həmin pulları verməklə avtomobilləri Mirsamirin mülkiyyətindən çıxarıb Fərruxun mülkiyyətinə keçirilməsini təklif etmiş, o da bu təkliflə razılaşmış, Fərruxla əlaqə saxlayıb bu təklifi sonuncuya bildirmiş, lakin Fərrux bununla razılaşmamış və 35000 manat pulun verilməsini istəmişdir. Onun həmin pulu verməyə imkanı olmadığından Fərruxla razılığa gələ bilməmişlər. Daha sonra o, Fərruxun Şahid20 barəsində bir sıra qurumlara şikayət ərizəsi ilə müraciət etdiyini öyrənmiş, bundan başqa, Mirsamirə istifadəyə verdiyi avtomobillərə görə icarə haqqını verə bilmədiyinə görə avtomobillərdən üçünü başqa şəxsə satmağı təklif etmiş, Mirsamir də onunla razılaşmış və onlar xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinə getmişlər, orada əvvəlcədən avtomobilləri satmaqla bağlı əlaqə saxladığı Şahid14 onları gözləmişdir. Şahid14 əvvəldən tanımamışdır, maşınları satmaq istədiyindən bu barədə tanıdığı adamlara demiş, həmin adamlar da satışda maşın olduğunu bildirmişlər, Vüsal da maşın almaq istədiyindən onunla əlaqə saxlamışdır. O, avtomobillərin Zərərçəkmiş şəxs1 övladlarının həqiqi mülkiyyətində olduğunu bilə-bilə artıq 3-cü dəfə həmin avtomobilləri aldatma yolu ilə Şahid14 pulunu ələ keçirmək məqsədilə sonuncuya Mirsamirin özünün iştirakı ilə satmışdır. Həmin 3 ədəd avtomobil “** RY ***”, “** RY ***”, “** RY ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillər olmuşdur. Həmin avtomobillər Şahid14 mülkiyyətinə keçirilib rəsmiləşdirmə işləri tamamlandıqdan sonra o, sonuncudan 30000 (otuz min) manat məbləğində pul almış, həmin pulun 27000 (iyirmi yeddi min) manatını Mirsamirə verərək 3 ədəd “Toyota Prius” markalı avtomobilin pulunu sonuncuya ödəmişdir. Bundan başqa, qalan 2 ədəd “**-VJ-***”; “**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərə görə iki ay ərzində Mirsamirə 4000 (dörd min) manat pul vermişdir. Mirsamirlə razılaşmaya əsasən, növbəti 7 ay ərzində də aylıq 2000 (iki min) manat olmaqla sonuncuya 14000 (on dörd min) manat pul ödəməli imiş. Bundan sonra onun Mirsamirə borcu qalmayacaqdı və həmin 2 ədəd avtomobil onun mülkiyyətinə keçəcəkdi. Lakin o, pula ehtiyacı olduğundan yenidən aldatma yolu özgə əmlakını ələ keçirmək qərarına gələrək “**-VJ-***” və “**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərə xx.xx.2021-ci il tarixdə xüsusi proqramla qanunsuz mülki etibarnamələr düzəltmək yolu ilə xx.xx.2021-ci il tarixdə həmin avtomobillərdən “** VJ ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili öz adından hazırladığı qanunsuz mülki etibarnamə ilə Şahid11 mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 8600 (səkkiz min altı yüz) manat məbləğində pul vəsaitini, “** OZ ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili isə öz adından hazırladığı qanunsuz mülki etibarnamə ilə Şahid12 mülkiyyətinə keçirərək, sonuncunu aldatmaq yolu ilə onun 7000 (yeddi min) manat məbləğində pul vəsaitini ələ keçirdi. Şahid11 Anarın vasitəsilə tanımış, əvvəl onunla aralarında maşın alqı-satqısı olmamışdı, Şahid12 isə tanımamış, maşın satdığı Vüsalın tanışı olmuşdur. Bundan sonra o yenidən pul əldə etmək məqsədilə Zərərçəkmiş şəxs1 sonradan mülkiyyətinə keçirdiyi və sonuncunun ona istifadə hüququna dair etibarnamə ilə verdiyi “** EG ***” dövlət qeydiyyat nişanlı 1 ədəd “Toyota Prius” markalı avtomobili qanunsuz olaraq Rübabə Məmmədovanın adına satmaq qərarına gəldi. Bunun üçün o, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən 52 saylı notariat ofisində bütün daşınar əmlakın idarə edilməsinə dair etibarnamə almışdı ki, həmin avtomobili Rübabə Məmmədovanın adına satsın. Lakin, Rübabə Məmmədova özü alqı-satqıda iştirak etmədiyi üçün qohumu iştirak etmiş və sonuncu avtomobilin etibarnamə ilə satılmasına razı olmadığı üçün o saxta müllki etibarnamə hazırlamaqla X7 pulunu ələ keçirmək məqsədilə onu aldadaraq xx.xx.2021-ci il tarixdə həmin avtomobili onun mülkiyyətinə keçirərək, ondan 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Həmin vaxt alqı-satqı zamanı Rübabə özü iştirak etməmiş, sonuncunu etibarnamə ilə təmsil edən bir oğlan olmuşdur. Həmin şəxsi tanımır və adını da xatırlamır. Bundan başqa, Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs4 istifadəsində olan “BMW 528 Xİ” markalı “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobili ondan 30000 (otuz min) manat pul müqabilində almağa şifahi razılaşmış, o, Zərərçəkmiş şəxs4 10000 (on min) manat verərək pulun qalan hissəsini daha sonra verəcəyi ilə bağlı sonuncunu aldadaraq şifahi razılıqla avtomobili 2021-ci ilin noyabr ayında ələ keçirtmiş, həmin avtomobili bir neçə ay yol vərəqəsi alaraq sürmüş, daha sonra yenidən aldatma yolu ilə özgə əmlakını ələ keçirmək qərarına gələrək qanunsuz olaraq xx.xx.2022-ci il tarixdə mülki etibarnamə düzəltməklə həmin avtomobili xx.xx.2022-ci il tarixdə Elgiz adlı Sumqayıt şəhər sakininin mülkiyyətinə keçirərək həmin avtomobilin qanuni sahibi barədə məlumatları gizlətməklə onu aldatmaq yolu ilə 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini ələ keçirtmişdir. Yuxarıda qeyd edilmiş bütün avtomobillərlə bağlı alqı-satqı işlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində həyata keçirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində həmin maşınların başqasının adına keçirməkdə polis əməkdaşı Fizuli adlı şəxs kömək etmişdir. O, uzun müddət idi ki, Fizuli ilə avtomobillərin alqı-satqısı ilə bağlı işlər görmüşdür. Əvvəllər gördüyü bütün işlər qanuni olmuşdur. Həmin avtomobillərdən “**- VJ-***”, “**-OZ-***”, “**-EG-***” dövlət qeydiyyat nişanlı hər avtomobilə görə Fizuliyə 250 manat, “BMW 528 Xİ” markalı avtomobilin qeydiyyata alınmasına görə isə 700 manat Fizuliyə pul vermişdir. Fizuli də bundan sonra özü gedib maşının başqasının adına keçirilməsi ilə bağlı hər bir məsələni həll etmişdir. Təqsirləndirilən şəxs2 bir neçə il öncə tanımışdır, belə ki, o taksi sürücüsü kimi işləmək üçün onun internetdə verdiyi elanları görüb ofisinə gəlmişdir. O, da Anarı taksi sürücüsü kimi qeydiyyata alıb işə götürmüş və sonuncuya aylıq əmək haqqı ödəmişdir. Daha sonra Anarın özünü işçi kimi yaxşı tərəfdən göstərdiyinə və yaxşı çalışdığına görə sonuncuya onun yanında işləməsini və onun işlərində kömək etməsini, maşınlara və taksi sürücülərinə nəzarət etməsini, sürücülərin maaşlarının, hesabatlarının hazırlanması kimi işlərin yerinə yetirilməsini təklif etmiş, Anar da razılaşmış və ona işlərində kömək etməyə başlamışdır. Digər taksi sürücüləri kimi Anarın da şəxsiyyət vəsiqəsi onda olmuşdur. Çünki lazım olanda o, işçilərə maşınlara dair istifadə edilməsi üçün etibarmamələr vermişdir. Anarın da şəxsiyyət vəsiqəsi onda olduğundan o Anarın xəbəri olmadan onun adına qanunsuz sərəncam hüququna dair etibarnamələr almış, etibarnamələri Anara verəndən sonra sonuncu həmin etibarnamələri görmüşdür, lakin həmin vaxt da etibarnamənin qanunsuz olduğunu başa düşə bilməzdi, çünki etibarnamələr notariat qaydasında təsdiqlənmişdi. O, həmçinin maddi vəziyyətində olan çətinliklərlə əlaqədar, atasının “xərçəng” xəstəsi olması ilə əlaqədar müalicə haqlarının ödənilməsi və borclarım ilə əlaqədar olaraq həmin avtomobilləri qanunsuz olaraq ələ keçirmək və əlaqələrindən istifadə edərək satmaq qərarına gəlmişdir. Avtomobil alqı-satqısı, avtomobillərin icarəyə verilməsi işləri ilə uzun müddət məşğul olduğundan bu işləri çox yaxşı bilir, lakin daha əvvəllər heç vaxt qanunsuz olaraq maşın alveri ilə məşğul olmamışdır, bütün işlərini qanuni şəkildə görmüşdür. Hacıqabul rayonu notariat ofisində qanunsuz baş etibarnamələr alarkən xüsusi notarius olan Şahid20 tanımamışdır. O, Hacıqabul rayonunun notariat ofisində 2021-ci ilin oktyabr ayının axırlarında Zərərçəkmiş şəxs1 istifadə hüququna dair etibarnamələr ilə ona verdiyi “** RY ***”, “** RY ***”, “** RY ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı 4 ədəd “Toyota Prius” markalı avtomobilləri işçisi kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 adına bunun qanunsuz olduğunu bildiyi halda sərəncam hüququna dair etibarnamələr almaq üçün və bunun mümkün olubolmayacağını yoxlamaq üçün müraciət etmişdir. Həmin vaxt qanunsuz etibarnamələr ala bildiyinə görə yenidən həmin əməlinə cəhd edib Zərərçəkmiş şəxs5 da ona verdiyi istifadə hüququna dair etibarnamə ilə Hacıqabul rayonun notariat ofisində qanunsuz sərəncam hüququna dair etibarnamələr əldə etmişdir. Notariat ofisində olarkən o notariat ofisinin əməkdaşı olan qadına ona verilən istifadə hüququna dair etibarnaməni verərək Təqsirləndirilən şəxs2 baş etibarnamə vermək istədiyini bildirmişdir. Həmin qadın da elektron sistem vasitəsilə etibarnamələri hazırlayıb təsdiqlənmiş formada ona vermişdir. O, orada Şahid20 görməmişdir. Sadəcə olaraq ümumilikdə 25 manat məbləğində dövlət rüsumu ödəmişdir, bundan başqa həmin etibarnamələr üçün kiməsə pul verməmiş, orada qanunsuz olsa da, bu etibarnamələrin verilməsinin mümkünlüyünü görərək bu hərəkətlərini davam etdirib bir neçə dəfə Hacıqabul notariusundan qanunsuz baş etibarnamələr almışdır. Bununla bağlı Şahid20 və ya notariat ofisinin hər hansı əməkdaşı ilə aralarında razılaşma olmamışdır. O, bu etibarnamələri Şahid20 işinə laqeyd münasibəti nəticəsində, onun verdiyi etibarnaməni oxumadan ona sərəncam hüququna dair etibarnamə verdiyinə görə əldə edə bilmişdir. O, sadəcə olaraq maşınları satmaq üçün qanunsuz etibarnamə almağa cəhd etmiş, notarius da həmin etibarnaməni ona vermişdir. Təqsirləndirilən şəxs2 isə adına qanunsuz nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamələr alınmasından, eləcə də saxta mülki etibarnamələr əsasında maşınların satılmasından məlumatı olmamışdır. Ümumiyyətlə, sürücü kimi onunla işləyən şəxslərə avtomobillərin istifadəsi üzrə istənilən vaxt etibarnamənin verilməsi üçün həmin şəxslərin şəxsiyyət vəsiqələri onda olur. O, Hacıqabul rayonu Notariat ofisində olarkən Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsi onda olduğundan Anarın əvvəlcədən məlumatı olmadan o, Hacıqabul rayonu Notariat ofisində olarkən sonuncunun şəxsiyyət vəsiqəsindən istifadə edərək adına avtomobillərə sərəncam verilməsi səlahiyyətinin nəzərdə tutulduğu etibarnamələr almışdır. Daha sonra artıq bu məsələlər aşkara çıxdığından noyabr ayında Fərrux ona zəng edib görüşmək istəmiş, o bu məsələni danışıb yoluna qoymaq üçün Anarı çağırmış, Anarın da elə həmin vaxt bundan xəbəri olmuşdur. Anar ona avtomobillərin alqı-satqısı ilə bağlı kömək etmiş, sonuncu yalnız onun dediyi işləri yerinə yetirmiş, buna görə də o Anara pul vermişdir. Anar elə bilmişdir ki, həmin etibarnamələr qanunidir, çünki notarius tərəfindən verilmiş və təsdiqlənmişdirr. O da etibarnamələri əldə etdikdən sonra həmin etibarnamələri Anara verərək avtomobilləri dediyi şəxslərə satılması ilə bağlı Anara tapşırıqlar vermiş, Anar da onun verdiyi tapşırıqları icra etmişdir. Avtomobillər satılarkən pullarını da özü almışdır. O, Şahid20 öz işinə məsuliyyətsiz yanaşdığına görə həmin etibarnamələri əldə etmiş, lakin Fərruxa dəymiş ziyanı bilərək vurmuş və sonuncunun pulunu ələ keçirmişdir, buna görə özü məsuliyyət daşıyır, pula ehtiyacı olduğu üçün qanunsuz olduğunu bilə-bilə maşınları satmış, nə Salyan rayon notariat ofisində, nə də Hacıqabul rayon Notariat ofisində qanunsuz olaraq aldığı nəqliyyat vasitələrinə dair etibarnamələr müqabilində hər hansı notariat işçilərinə və ya notariuslara pul və s. maddi nemət verməmiş, ondan pul tələb edilməmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 ona zəng edərək bir nəfər tanışına Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirə bilibbilməyəcəyini soruşdu, o da Anara sifariş olarsa bunun mümkün olduğunu dedi, xx.xx.2021-ci il tarixdə “Toyota Prius” markalı bir neçə avtomobilin şəkillərini, yəni karfaktını “Whatsapp” xidməti vasitəsilə Anara göndərərək həmin avtomobilləri Gürcüstan Respublikasından 2022-ci ilin yanvar ayının 10-dan 15-nə qədər olan müddətdə gətirə biləcəyini dedi, bundan bir qədər sonra Anar onunla əlaqə saxlayaraq ona göndərdiyi “Toyota Prius” markalı avtomobillərdən birini Coşqun adlı tanışının bəyəndiyini bildirdi, o da sözügedən avtomobili 4900 ABŞ dollarına, yəni həminki dövrün məzənnəsi ilə 8330 manat müqabilində Gürcüstan Respublikasından gətirdə biləcəyini dedi, həmçinin Anara bildirdi ki, həmin avtomobil Gürcüstan Respublikasından gəldikdən sonra sənədləşdirilməsi üçün, yəni Gömrük rüsumlarına görə avtomobili alan şəxsin təxminən 4250 manata qədər xərci çıxacaq. Bundan sonra Anar Coşqun adlı tanışı ilə danışdı, Coşğunun bu şərtlərlə razılaşdığını dedi. Ona görə də həmin gün saat 18 radələrində Anarla Bakı şəhəri, Nəsimi rayonunda, Şamaxinka adlanan ərzidə görüşdü, həmin vaxt Anar ona 8300 manat pulu verərək Coşqun üçün sözügedən “Toyota Prius” markalı avtomobili Gürcüstan Respublikasından gətirilməsini təmin etməyini xahiş etdi. O, Anardan aldığı həmin 8300 manat pulun 7300 manatını həmin gün axşam saatlarında avtomobili Gürcüstan Respublikasından gətirən tanışına verdi, qalan 1000 manat pulu da Anarla yarı bölərək, hər birinə 500 manat götürərək zəhmət haqqı etdilər. xx.xx.2022-ci il tarixdə Anar ona zəng edərək Coşqunun sifariş etdiyi həmin avtomobili istəmədiyini, avtomobilin gətirilməsinə görə verdiyi pulu geri qaytarmalarını istədiyini dedi, o da Anara bunun mümkün olmadığını, həmin avtomobilin artıq Gürcüstan Respublikasından alındığını və hazırda yolda olduğunu dedi, bundan sonra Anar Coşqunla telefon əlaqəsi saxlayıb onun Anara dediklərini Coşquna çatdırdı. Bir qədər sonra Anar yenidən ona zəng edərək tanışı Coşqunu birtəhər razı saldığını dedi, buna baxmayaraq bundan bir neçə gün sonra Anar yenidən onunla telefon əlaqəsi saxlayıb Coşqunun yenə də avtomobili almaqdan imtina etdiyini dedi. Bundan sonra o, Anara dedi ki, belə olan halda gətirdikləri həmin avtomobili başqa bir şəxsə satıb pulunu verərlər. Həmçinin, həmin ərəfədə Anarla görüşüb sonuncuya 3400 manat verdi ki, Coşquna versin və qalan pulu da avtomobil gətirildikdən sonra başqa bir şəxsə satıb verərlər. xx.xx.2022-ci ildə sözügedən “Toyota Prius” markalı avtomobil Gürcüstan Respublikasından gətirildi və o, həmin avtomobili başqa bir şəxsə 4100 ABŞ dollarına, yəni həmin dövrün məzənnəsi ilə 6970 manata satdı. Bundan bir neçə gün sonra o Anarla Bakı şəhəri, Şamaxinka adlanan ərazidə görüşüb ona 2000 manat da verib qalan 2900 manatı da 10-15 gün müddətində verəcəyini dedi. Həmin vaxt pula ehtiyacı olduğuna görə həmin 2900 manat pulu öz ehtiyaclarına xərclədi, həmçinin bundan 2 gün sonra da eşitdi ki, Anar Coşquna verdiyi 5400 manat pulu hələ qaytarmayıb. Həmçinin, Coşquna Anara geri qaytarması məqsədilə verdiyi həmin 5400 manat pulun 2000 manatını Anarın onun borclu olduğu başqa bir şəxsə verdiyini eşitdi, bundan sonrakı vaxtlarda da Anarla birlikdə Coşqunun pulunu geri qaytarmaları ilə bağlı bir neçə dəfə danışsalar da maddi vəziyyətləri yaxşı olmadığına görə həmin 8500 manat pulu Coşquna geri qaytara bilmədilər. Belə olan halda da hazırda o, Coşquna 4900 manat, Anar da 3600 manat qaytarmalıdır. Bundan başqa o “Toyoto Prius” markalı, “** RB ***” və “** OZ ***” dövlət qeydiyyat nişanlı avtomobilləri 2021-ci ilin sentyabr ayında sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə ilə qanuni şəkildə Şahid11 satdı. Sonradan eşitmişdi ki, Təbriz həmin avtomobilləri Zərərçəkmiş şəxs5 arendeyaya verib. Bundan başqa xx.xx.2021-ci il tarixdə avtomobil almağa kredit ayrılması üçün ərizə ilə "xxxx" MMC-yə müraciət etdi, ərizəsinə baxıldıqdan sonra ona bildirildi ki, avtomobilin sahibi ilə birlikdə MMC-nin fəaliyyət göstərdiyi ünvan 5 ünvanına gedir, həmin vaxt o, BMW 750 markalı bir avtomobil almaq istəyirdi. Bu zaman orada "xxxx" MMC-nin sədr müavini Zərərçəkmiş şəxs11 avtomobilə görə 23800 manat kredit verilə biləcəyini, lakin ilk öncə avtomobilin sahibinin həmin avtomobili DİN BDYPİ-nin Qeydiyyat və İmtahan İdarəsində onun adına qeydiyyata aldırmalı olduğunu və daha sonra kreditin veriləcəyini bildirdi. O, avtomobilin hazırda adını xatırlamadığı sahibi ilə bu şərtlə razılaşdı, həmin gün, yəni xx.xx.2021-ci il tarixdə həmin avtomobil Zərərçəkmiş şəxs11 adına qeydiyyata alındı və avtomobilə “**- CF-***” dövlət qeydiyyat nişanı verildi, bundan sonra Zərərçəkmiş şəxs11 ona həmin gün Bakı şəhəri 21 saylı notariat ofisində BMW 750 markalı “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobilə görə istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə verdi. Həmin etibarnamə əsasında o, avtomobili girov qoyaraq MMC-dən 23800 manat kredit götürdü və 18 ay müddətinə hər ay 1731 manat ödəniş etməli oldu. Aldığı pulun 20.000 manatını avtomobilin sahibinə ödəyərək borcunu bağladı, 2-3 ay ödəniş etdikdən sonra yenidən pula ehtiyacı yarandığı üçün həmin avtomobili satmaq üçün maşın alqı-satqısında vasitəçilik edən Elçinə zəng edib bu barədə məlumat verdi, sonuncu da ona əvvəllər də aralarında alış-veriş olmuş Elgiz adlı şəxsin tanışlarının avtomobili görmək istədiyini bildirib xx.xx.2022-də həmin avtomobili ondan götürüb Elgizgilə göstərdi, Elgizin tanışları avtomobili almağa razılıq verdiyi üçün Elçin onlardan 5000 manat beh aldı. Elçin həmin pulu ona Binəqədi rayonu, Elit ticarət mərkəzinin yaxınlığında yerləşən “By Fateh” adlı restoranın qarşısında verdi. Elgizin tanışı İlqar avtomobilə görə 12000 ABŞ dolları və 600 manat ödəməli idi. Mən avtomobili Elgizgilə satmaq qərarına gəldim və 31 yanvar 2022-ci il tarixdə isə həmin avtomobili DİN BDYPİ-nin Qaradağ rayonu Xocasən yolunda yerləşən Qeydiyyat və İmtahan idarəsinə getdim və orada Elgizin tanışı İlqarın oğlu Səməndər qarşıladı, mən avtomobili onun adına keçirəcəkdim, həmin an Anar da orada idi. O, Səməndərin şəxsiyyət vəsiqəsini, eləcə də sənədləşdirmə işini başa çatdırmaq üçün ümumi məbləğdən 1500 manat pul aldı. Avtomobili sənədləşdirərkən avtomobillə bağlı cərimənin olduğu bilindi və 750 manat cəriməni cibindən ödədi, lakin həmin vaxt orada olan Füzuli adlı şəxs mənə cərimə ödənildikdən sonra avtomobilin alqı-satqısının baş tutacağını bildirsə də, mən yenə də şübhələndim və oradan uzaqlaşmaq qərarına gəldim. Belə ki, mən həmin avtomobili satmaq hüququna malik olmadığımı bilirdim və bunun üçün əvvəlcədən saxta mülki etibarnamə hazırlamışdım. Bundan sonra mən Elgizə zəng edib, cərimə həbsini deyib alqı-satqının birinci gün həyata keçirilməsini təklif etdim. 31 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8la əlaqə saxlayıb 6000 manat pulun kartına vurulmasını bildirdim, həmin vaxt İlqar iki dəfəyə ümumilikdə 6000 manatı bank hesabıma göndərdi, 01 fevral 2022-ci il tarixdə avtomobil əvvəlcədən Elgizin evinə aparıldığı üçün evakuator xidməti ilə oradan DİN BDYPİ-nin Qaradağ rayonu Xocasən yolunda yerləşən Qeydiyyat və İmtahan idarəsinə gətirildi, lakin o həmin gün orada olmadığı üçün telefon vasitəsilə idarə edirdi. O, həmin vaxt Zərərçəkmiş şəxs8 pulunu ələ keçirmək məqsədilə sonuncuya zəng edib bank hesabına qalan 9000 manat məbləğin köçürülməsini bildirdi. İlqar ona həmin pulun bank hesabına köçürdüyünü dedikdən sonra telefonunu söndürdü, lakin sonra anladı ki, İlqar pulu onun bank hesabına köçürməyib. O bilib ki, saxta etibarnamələri Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mkr, 20 yanvar küçəsində yerləşən ofisində şəxsən özü hazırlamışdır. Sonunucu dəfə isə belə etibarnaməni xx.xx.2022-ci il tarixdə ofisində öz adından düzəltmişdir. “Opel Zafira” markalı, “**-BZ-***” dövlət qeydiyyat nişanlı avtomobili 2021-ci il oktyabr ayının təxminən 22-də Hüseyn adlı şəxsdən etibarnamə ilə istifadəyə götürmüşdür, bundan sonra həmin avtomobili oktyabr ayının 22də Hacıqabul rayon notariat ofisində Təqsirləndirilən şəxs2 adına baş etibarnamə alaraq sonradan yəni, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası DİN X66 İdarəsinin Binəqədi rayonu ərazisində yerləşən Qeydiyyat İmtahan İdarəsində Akif Salamzadənin adına keçirmiş, həmin gün həmin avtomobil 14 saylı notariat ofisində etibarnamə ilə onun istifadəsinə verilmiş və ondan 7000 manat kredit almışdır. Aralarında olan kredit müqaviləsinə əsasən o, Akifə ayda 750 manat pul ödəyəcəkdi və 15 aydan sonra avtomobil onun adına keçəcəkdi, təxminən 2-3 ay ödəniş etdikdən sonra maddi vəziyyəti pisləşdi və avtomobili Hüseynə təhvil verdi, əvvəlcədən Hüseyni aldatmaq niyyəti olmamışdır. Bundan başqa əvvəllər tanımadığı Fuad adlı şəxs 2022-ci ilin yanvar ayının əvvəllərində əlaqə saxlayaraq, 03 ədəd avtomobil almaq və icarəyə vermək istədiyini bildirmiş, o, Fuada sərfəli olduğu üçün Toyota Prius markalı avtomobili almağı təklif etmiş və 3 avtomobilə görə birinin qiyməti 11700 AZN olmaqla ümumilikdə 03 maşının Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmış, avtomobilləri ən uzağı bir aya gətirəcəyinə söz vermişdir. 6 saylı xüsusi notariat ofisində kredit müqaviləsinə görə 22400 manat pulu nağd şəkildə Fuaddan almış, bundan sonra 09 yanvar 2022-ci il tarixdə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində əvvəlcə gömrük müqavilələri üçün 7690 manat, 5 fevral 2022-ci il tarixdə saat 17.00 radələrində isə Binəqədi rayonu, Rəsulzadə Qəsəbəsi, Azaqlıq Prospekti ərazisində yerləşən Heydər Əliyev adına İstirahət parkının içərisində qalan 5022 manat pulu Fuaddan almış, həmin vaxt orada kənar heç kəs olmamışdır. Razılaşmaya əsasən avtomobilləri fevral ayının sonuna kimi gətirəcəkmiş. Həmin avtomobilləri həqiqətən sonradan gətirmiş, onun Fuadı əvvəlcədən aldatmaq niyyəti olmamışdır. Belə ki, o, avtomobilləri gətirdikdən sonra borc sahibləri onu sıxışdırmış və o, həmin avtomobilləri satıb borclarını ödəmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 hazırda törətdiyi cinayət əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, atasının xərçəng xəstəliyindən əziyyət çəkməsini bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 2021-ci ilin dekabr ayının sonlarında tanımışdır. Belə ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Əli” adlı çay evində olarkən Zərərçəkmiş şəxs9la tanışlıqları yaranmış, söhbət əsnasında Coşqun ona əlində 8500 manat pulunun olduğunu, həmin pula da Gürcüstan Respublikasından “Toyota Prius" markalı bir avtomobil gətirtmək istədiyini demiş, o, da həmin vaxt Coşquna Gürcüstan Respublikasından avtomobil gətirilməsinə köməklik göstərə biləcəyini bildirmişdir. Belə ki, həmin vaxt Gürcüstan Respublikasından avtomobil gətirmək işləri ilə məşğul olan tanışı Şahid adlı şəxslə telefon əlaqəsi saxlayıb Gürcüstan Respublikasından "Toyota Prius" markalı avtomobil gətirə bilibbilməyəcəyini soruşmuş, Şahid də ona sifariş olarsa bunun mümkün olduğunu demişdir. xx.xx.2021-ci il tarixdə Şahid “Toyota Prius” markalı bir avtomobilin şəkillərini mobil telefonunun “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərərək həmin avtomobili 8500 manat müqabilində Gürcüstan Respublikasından xx.xx.2022-ci il tarixədək gətirdə biləcəyini demiş, bundan sonra o, Coşqunla telefon əlaqəsi saxlayaraq Şahidin ona göndərdiyi “Toyota Prius” markalı avtomobilin şəkillərini Coşquna göndərərək həmin avtomobilin hazırda Gürcüstan Respublikasında olduğunu, həmin avtomobili də Coşquna həmin dövrün məzənnəsi ilə 4900 ABŞ dollarına, yəni 8500 manata gətirdə biləcəyini demiş, həmçinin Coşquna bildirmişdir ki, həmin avtomobil Gürcüstan Respublikasından gəldikdən sonra sənədləşdirilməsi üçün, yəni Gömrük rüsumlarına görə təxminən 4500 manata qədər xərci çıxacaq. Coşqun da onunla razılaşdığı üçün onlar həmin gün saat 15 radələrində “Əli” adlı çay evində görüşərək bu barədə bir qədər də söhbət etmişlər və söhbət zamanı o, Coşquna şəkillərini göstərdiyi “Toyota Prius” markalı avtomobili 5 gün müddətində, yəni xx.xx.2022-ci il tarixədək Gürcüstan Respublikasından gətirilməsini təmin edə biləcəyini bildirmişdir. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 16 radələrində o, Coşqunla birlikdə sonuncunun Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evə getmiş, Coşqun yaşadığı evdə sözügedən “Toyota Prius” markalı avtomobilin Gürcüstan Respublikasından gətirilməsini təmin etməsi üçün ona 8500 manat vermiş, o, da həmin gün axşam saatlarında sözügedən avtomobilin Gürcüstan Respublikasından gətirilməsini həyata keçirməsi məqsədilə tanışı Şahid adlı şəxslə Bakı şəhəri, Nəsimi rayonunda, Şamaxinka adlanan ərazidə görüşərək Şahidə həmin 8500 manat pulu vermiş, xx.xx.2022-ci il tarixdə tanışı Şahid adlı şəxslə bu barədə telefon əlaqəsi saxladığı zaman sonuncu bayram günləri olduğuna görə avtomobilin sərhəddən keçməsinin bir qədər uzandığını demiş, ona görə də o, həmin vaxt Coşqunla telefon əlaqəsi saxlayıb sonuncuya bu barədə məlumat vermiş, həmçinin bundan sonrakı günlərdə də texniki səbəblərdən avtomobilin sərhəddən keçməsi bir neçə gün uzandığı üçün xx.xx.2022-ci il tarixdə Coşqun ona zəng edərək avtomobilin vaxtında gətirilməməsi səbəbindən həmin avtomobili almaqdan imtina etdiyini, 8500 manat pulunu geri qaytarmağını bildirmişdir. O, həmin vaxt Coşquna etiraz etməmiş və sonuncuya bildirmişdir ki, bir neçə gündən sonra sözügedən avtomobil sərhəddən keçəcək və həmin avtomobili başqa bir şəxsə sataraq 8500 manat pulunu geri qaytaracaq. xx.xx.2022-ci il tarixdə Şahid ona zəng edərək “Toyota Prius” markalı həmin avtomobili Gürcüstan Respublikasından gətirildiyini demiş, o, da həmin vaxt Coşquna zəng edərək bu barədə məlumat verib həmin avtomobilə gəlib baxmasını təklif etsə də sonuncu həmin avtomobili almaq fikrindən daşındığını, 8500 manat pulunun geri qaytarılmasını bildirmişdir. Bundan sonra o, Şahidlə telefon əlaqəsi saxlayıb Coşqunun avtomobili almaq istəmədiyini demiş, sonra isə Şahidlə belə bir razılığa gəlmişlər ki, həmin avtomobili başqa bir şəxsə satıb Coşqunun 8500 manat pulunu qaytaraq. Şahid həmin ərəfədə ona 3500 manat verərək həmin avtomobilin Gürcüstan Respublikasından gətirilməsinin 5000 manata başa gəldiyini bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, ümumilikdə 8500 manat pulu xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 Abşeron rayonu, Masazır qəsəbəsində sonuncunun yaşadığı evdə Coşquna Gürcüstan Respublikasından “Toyota Prius” markalı avtomobil gətirilməsi məqsədilə almışdır. O, 3500 manat pulu öz ehtiyaclarına xərclədiyi üçün Coşquna qaytara bilməmişdir. Təqsirləndirilən şəxs2 əlavə olaraq göstərmişdir ki, 17 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 ilə telefonla əlaqə saxlayarkən sonuncunun sifariş verdiyi həmin avtomobilin Gürcüstan Respublikasından gətirildiyini və gəlib avtomobilə baxmasını Coşquna təklif etmişdir. Belə ki, o, həmin vaxt Gömrük idarəsinin yanında keçirmiş və Şahidin ona əvvəlcədən bildirdiyinə görə avtomobilin Azərbaycana gətirildiyini düşünmüşdür. Bununla belə o, avtomobilin sonradan həqiqətən nə vaxt gətirildiyini və Şahid tərəfindən dəqiq nə vaxt satıldığını bilmir. Zərərçəkmiş şəxs9 avtomobilin yanvar ayının 2-də gətiriləcəyini Şahidin sözlərinə görə demişdir. Belə ki, Şahid ona avtomobilin əvvəlcə yanvar ayının 1-5-i arasında, sonra isə yanvar ayının 10-15-i arasında gətiriləcəyini bildirmişdir. Bundan sonra o, Coşquna bu barədə məlumat verdikdə sonuncu avtomobili istəmədiyini, 8500 manat pulunun geri qaytarılmasını tələb etmişdir. Belə ki, Coşqun ona 8500 manat pul vermiş və o, isə həmin pulun üzərindən 200 manat pul götürüb xərcləmiş, bu səbəbdən Şahidə 8300 manat pul vermiş, Şahid də həmin pulun 7300 manatını götürüb avtomobilin Gürcüstandan gətirilməsinə sərf olunacağını bildirmiş və qalıq 1000 manat pulu da aralarında yarı bölmüşlər. Bundan başqa, Şahidin Coşquna qaytarması üçü ona verdiyi 2000 manat pulu Elgizə Sumqayıtda olarkən vermiş, 3500 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. O, Şahidin əməllərindən xəbər tutsa da Şahid ona bildirmişdir ki, həmin işlərini qanuni yolla həll etmişdir. Bu səbəbdən o, Şahidə inanmış və onun qanunsuz əməllərindən xəbərdar olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, 2021-ci ildə biznes fəaliyyəti ilə məşğul olmaq üçün oğulları Oqtay və Məhəmmədin adına cəmi 06 ədəd “Toyota Prius” markalı avtomobil almış, məqsədi həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verib aylıq gəlir əldə etmək olmuşdur. 2021-ci ilin iyun ayının sonlarında belə bir işlə məşğul ola biləcək adam axtarmış və əvvəllər tanımadığı Təqsirləndirilən şəxs1 onu tapıb icarə müqaviləsi bağlamağa hazır olduğunu, “Bolt” taksi şirkətinin nümayəndəsi olduğunu və bu cür avtomobilləri götürüb taksi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Onlar Şahidlə razılaşmış və o, xx.xx.2021-ci il tarixdə oğlu Məhəmmədlə birlikdə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən notariusa getmişdir. Orada o hərbi xidmətdə olan oğlu Oqtayın təmsilçisi kimi, oğlu Məhəmməd də öz adından Təqsirləndirilən şəxs1la icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən “** RY ***”, “** RY ***”, “** RY ***”, “** RB ***”, “** OZ ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilləri icarəyə vermək haqqında müqavilələrə əsasən onlar həmin avtomobilləri aylıq 750 manat müqabilində taksi xidməti göstərməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 vermişlər. Bundan sonra Şahidin həmin avtomobilləri sürmək üçün kimə verməsindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 həmin avtomobillərə görə icarə haqqını hər ay mütəmadi ödəmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Şahid ona həmin avtomobillərin ikisinin – “**-RB-***”, “**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin mühərrikində problemlər olduğu üçün onları satıb yenilərini almaq istədiyini bildirdi. Buna görə ondan bütün hüquqların etibar edildiyi etibarnamə verməyini istəmiş və o da ona oğlu Oqtayın adına olan iki ədəd həmin avtomobillərlə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamələr vermişdir. Şahid isə həmin avtomobilləri satmış və 1 ay sonra yeni “**-EG-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili onun adına almışdır. O, həmin avtomobili də Şahidə icarəyə vermişdir. Bundan başqa oğlu Fərid təxminən 2021-ci ilin sentyabr ayında 20000 manat borc götürüb üstünü düzəldərək aldığı “BMW F10” markalı avtomobili Şahidlə razılaşıb 30000 manata Şahidə satmışdır. Onun bildiyinə görə Şahid Fəridə 10000 manat pul verərək digər 20000 manatı da hər ay hissə-hissə ödəməsi barədə razılığa gəliblər, amma bu barədə aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır. Şahidə həmin “BMW F10” markalı avtomobil ilə bağlı heç bir etibarnamə verilməmişdir, buna baxmayaraq Şahid həmin maşını sonradan başqa adama satmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Şahidlə görüşmüş və Şahid ona bildirmişdir ki, onun oğullarının adına olan “Toyota Prius” markalı avtomobilləri buna heç bir səlahiyyəti olmadığı halda Hacıqabul rayonunda notariusa gedib öz adına etibarnamə almış və həmin avtomobilləri ayrı-ayrı adamlara sataraq pulunu ələ keçirmişdir. Bundan başqa “BMW F10” markalı göstərdiyi avtomobili də hansısa saxta sənəd düzəldərək dostu Anar adlı şəxsə satmış, sonradan saxta etibarnamə düzəldərək Anarın adından Sumqayıt sakini olan Elgiz adlı şəxsə satmışdır. O daha sonra Şahidin bu qanunsuz əməlləri barəsində Hacıqabul rayon prokurorluğunda araşdırma aparıldığını öyrənmişdir. Şahid ona məxsus “Toyoto Prius” markalı, **-RB-*** və **-OZ-*** dövlət qeydiyyat nişanlı 2 ədəd avtomobili satmış, onların əvəzinə “** EG ***” dövlət qeydiyyat nişanlı avtomobil almış, 6-cı avtomobilin pulunu isə ona nağd şəkildə ödəmişdir. Bununla bağlı şikayəti yoxdur. Əlavə olaraq bildirmək istəyir ki, 2022-ci ilin fevral ayının 2-də telefonda Anarla danışarkən əvvəllər tanımadığı bir şəxs ona özünü Elgiz kimi təqdim etmiş, ona həmin vaxt Təqsirləndirilən şəxs1 oğlu Zərərçəkmiş şəxs4 məxsus olan “BMW F10” markalı avtomobili də onlara qanunsuz olaraq saxta mülki etibarnamə ilə satması məlum olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 çıxış edərək ona məxsus olan “Toyota Prius” markalı, **-RY-***, **-RY-***, **-RY-***, “** VJ ***” dövlət qeydiyyat nişanlı avtomobillərə dair ona dəymiş olan ziyan ödənildiyindən həmin avtomobillərə dair Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, eyni zamanda ona məxsus olan **-EG-*** dövlət qeydiyyat nişanlı “Tayoto Prius” markalı nəqliyyat vasitəsinin və faktiki olaraq oğlu Zərərçəkmiş şəxs4 sahibliyində və istifadəsində olsa da, mülkiyyət hüququ əsasında Roza Bayramovaya məxsus olan “BMW F10” markalı nəqliyyat vasitəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs10 ifadə verərək bildirmişdir ki, 2021-ci ilin iyun ayında şəxsi istifadəsi üçün “Opel Zafira” markalı avotomobil almaq qərarına gəlmiş, avtomobilin alınması üçün gömrük rüsumları ilə birlikdə ümumilikdə 12500 manat pul xərcləmişdir. Bir müddət, yəni 2021-ci ilin oktyabr ayınadək avtomobili idarə etdikdən sonra avtomobili öz adına keçirtmək qərarına gəlmişdir. Belə ki, həmin avtomobil Gürcüstan Respublikasından digər dostu X31 adına gətirilmişdi. Bu məqsədlə 15 oktyabr 2021-ci il tarixdə “Opel Zafira” markalı avtomobili, “**-GH-***” dövlət qeydiyyat nişanından “**-BZ-***” dövlət qeydiyyat nişanına çevirərək öz adına rəsmiləşdirmişdir. Avtomobili öz adına keçirməsinə səbəb həmin gündən 2 gün əvvəl ortaq tanışları vasitəsilə tanıdığı Təqsirləndirilən şəxs1 adlı şəxslə həmin avtomobilə dair ona istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə verəcəyi və Şahidin ona ayda 750 manat ödəniş edəcəyi, 36 aydan sonra avtomobilin Şahidin adına yəni mülkiyyətinə keçəcəyinə dair razılaşma olmuşdur. Elə həmin gün, yəni 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində Təqsirləndirilən şəxs1 istifadə hüqununun nəzərdə tutulduğu etibarnamə vermişdir. Şahid ona 10 gün müddətində günlük 25 manat ödəniş etdikdən sonra növbəti günlərdə ödənişi gecikdirdiyi üçün o avtomobilin geri qaytarmasını istəmişdir. Bu zaman Şahid avtomobili ona satmasını təklif etdiyi üçün o onunla razılaşmışdır. Onlar şifahi olaraq avtomobil üçün 12.000 manat məbləğində pul ödənilməsi barədə razılaşmışlar. Şahid ona hissə-hissə ümumilikdə 3000 manat pulu "xxxx" dakı hesabına köçürsə də, sonra daha ödəniş etməmiş, 9000 (doqquz min) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Şahid həmin pulu aradan xeyli müddət keçdiyinə baxmayaraq ödəmədiyi üçün o ondan avtomobili almış, evə apardıqdan sonra avtomobilin saxlanc yerində tapdığı müqavilədən Şahidin avtomobili başqa bir şəxsə satdığını bilmişdir. Səhəri günü o yaxınlıqda olan notariat ofislərindən birinə daxil olub oradan, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə qanunsuz olaraq onun adından Hacıqabul rayon notariat ofisində sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verdiyini, xx.xx.2021-ci il tarixdə isə Akif Salamzadə adlı şəxsə satdığını öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona vurduğu ziyanı tam ödəyəcəyinə dəfələrlə söz versə də, hər dəfə müxtəlif bəhanələrlə onu yola verərək müddət qazanmağa çalışdı. Hazırda da ona 9000 manat borcu qalıb. Lakin, bu günədək həmin puldan ona heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus olan «Opel Zafira» markalı avtomobilə dair Şahidlə aralarında olan razılaşmaya əsasən Şahid ona 12000 manat məbləğində ödəniş etməli idi. Təqsirləndirilən şəxs1 həmin avtomobilin pulundan ona cəmi 3000 manat pul ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs1 ona 9000 manat borcu var. Onun tərəfindən hazırki vaxta qədər hər hansı bir ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs1 onun mülkiyyətində olan avtomobili başqa şəxsə saxta etibarnamə əsasında satmasından avtomobilin ön hissəsində olan saxlanc yerində tapdığı müqavilədən öyrənmişdir. Uzun müddət məhkəmə iclasslarının keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 tərəfindən hazırki vaxta qədər ona dəymiş olan ziyan ödənilməmişdir. Bu səbəbdən mülkiyyət hüququ əsasında ona məxsus olan və hazırda cərimə meydançasında saxlanılan nəqliyyat vasitəsinin ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadə verərək bildirmişdir ki, o, avtomobillərin alqı-satqısı ilə məşğul olur, eyni zamanda mülkiyyətində olan avtomobilləri taksi kimi sürücülük fəaliyyətlərinin göstərilməsi üçün ayrıayrı şəxslərin istifadəsinə verir. 02 noyabr 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 04 ədəd «Toyota Prius» markalı avtomobillərin onun mülkiyyətinə keçirilməsini təklif etmiş, o, da razılıq vermiş və şəxsiyyət vəsiqəsinin şəkilini Şahidə göndərmişdir. Şahid də onun iştirakı olmadan Xırdalan- Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində **-RY-***; **-RY-***; **-RY-***; **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilləri onun mülkiyyətinə keçirmişdir. Bundan sonra Şahid ona həmin avtomobillərin mülkiyyətinə keçirilməsi ilə bağlı nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrini göndərmişdir. Şahidlə görüşərək avtomobillərə görə 26600 (iyirmi altı min altı yüz) manat pul vermişdir. Şahidlə aralarında olan razılığa əsasən, o, həmin avtomobilləri 9 ay müddətinə Şahidin istifadəsinə verir, o isə hər bir avtomobil üçün hər ay 1000 (bir min) manat pul ödəməli idi. Bu məqsədlə həmin gün Bakı şəhəri 15 saylı notariat ofisində Təqsirləndirilən şəxs1 özgəninkiləşdirmə hüququ olmadan mülkiyyətində olan daşınar əmlakın idarə edilməsi və üçüncü şəxsə yalnız idarə etmək üçün verilməsi haqqında etibarnamə vermişdir. Daha sonra 05 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 aralarında olan razılaşmaya əsasən, «Toyota Prius» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili onun iştirakı olmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində onun mülkiyyətinə keçirmiş, avtomobilin onun mülkiyyətinə keçirilməsi ilə bağlı həmin nəqliyyat vasitəsinə dair qeydiyyat şəhadətnaməsini ona göndərdikdən sonra o, Şahidlə görüşərək həmin avtomobil üçün ona 6650 (altı min altı yüz əlli) manat pul verdi və həmin avtomobili 9 ay müddətinə Şahidin istifadəsinə vermişdir. Şahidlə aralarında olan razılaşmaya əsasən, Şahid həmin avtomobil üçün hər ay ona 1000 (bir min) manat pul ödəməli idi. 03 dekabr 2021-ci il tarixdə Şahid onunla əlaqə saxlayaraq həmin avtomobillər üçün icarə haqqını ödəyə bilmədiyini bildirməklə, «Toyota Prius» markalı **-RY-***; **-RY-***; **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin başqa şəxsə satılmasını təklif etmiş və o da razılıq vermişdir. Buna görə də 07 dekabr 2021-ci il tarixdə o, Şahidlə birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinə getdi, həmin vaxt avtomobillərin satılacağı şəxs də orada olmuş, lakin o, həmin şəxsi əvvəlcədən tanımamışdır. Orada yuxarıda qeyd etdiyi 3 avtomobil Şahidin tanışı olan adını bilmədiyi şəxsə satmışdır. Həmin avtomobillər üçün Şahidin həmin şəxsdən hansı məbləğdə pul aldığını bilmir, lakin Şahid ona həmin 03 ədəd avtomobil üçün 24000 min manat, eyni zamanda mülkiyyətində olan digər 02 ədəd avtomobilin istifadəsi ilə bağlı hər avtomobil üçün 1000 (bir min) manat olmaqla əlavə olaraq ona 2000 (iki min) manat pul vermişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində Şahid onun mülkiyyətində olan 02 ədəd avtomobilin istifadəsi ilə bağlı 2000 (iki min) manat pul vermişdir. 06 fevral 2022-ci il tarixdə Şahid ona 2 avtomobilin istifadəsi ilə bağlı 2000 (iki min) manat pul verməli olduğu halda, ödənişi həyata keçirməmişdir. Şahidin ödəniş etməsi üçün o, 15 fevral tarixinədək gözləmiş, daha sonra həmin avtomobillərin başqa şəxsin mülkiyyətinə keçirilməsindən şübhələnmiş və adını xatırlamadığı proqram vasitəsilə **-VJ-***; **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin mülkiyyətində olmadığını görmüşdür. Bu səbəbdən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən Notariat ofisinə yaxınlaşmış, orada həmin avtomobillərin adına qeydiyyatda olmadığını öyrənmişdir. 16 fevral tarixində isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinə getmiş, orada həmin avtomobillərin mülkiyyətində olmasına baxmayaraq qanunsuz olaraq başqa şəxsə satıldığını öyrəndi. **-VJ-***; **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün Şahid növbəti 7 ay üzrə hər bir avtomobil üçün 1000 (bir min) manat olmaqla, 02 ədəd avtomobilə görə 2000 (iki min) manat ödəməli idi. Hazırda Şahid mənə hər iki avtomobil üçün ümumilikdə 14000 (on dörd min) manat pul ödəməlidir. Aralarında olan razılaşmaya əsasən, Şahid ona 9 ay ərzində yuxarıda qeyd etdiyi 02 ədəd avtomobilə görə ödənişi həyata keçirdikdən sonra, **-VJ-***; **-OZ-*** dövlət qeydiyyat nişanlı 02 ədəd avtomobil Şahidin mülkiyyətinə keçəcəkdi. Hazırda Şahid tərəfindən ona vurulmuş ziyan 14000 (on dörd min) manat təşkil edir. Zərərçəkmiş şəxs6 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri yəni, avtomobillərin istifadəsi ilə bağlı ona verilmiş etibarnamə əsasında qanunsuz olaraq başqa şəxsin adına avtomobillərə dair baş etibarnamə verməsi və baş etibarnamələr əsasında həmin avtomobillərin başqa şəxslərə satmasından əvvəlcədən məlumatı olmamışdır, əgər olsa idi, Şahidlə avtomobillərin mülkiyyətinə keçirilməsi və istifadəsinə verilməsi ilə bağlı hər hansı bir razılığa gəlməzdi. «Toyota Prius» markalı avtomobillərin onun mülkiyyətinə keçirilərkən onların kimin mülkiyyətində olması barədə hər hansı məlumatı olmamışdır. O, avtomobillərin mülkiyyətinə keçirilməsi üçün şəxsiyyət vəsiqəsinin şəkilini Şahidə göndərmiş, Şahid də avtomobilləri onun iştirakı olmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində onun mülkiyyətinə keçirmiş və həmin avtomobillərə dair nəqliyyat vasitələrinin texniki şəhadətnamələrinin şəkillərini ona göndərmişdir. O, 5 ədəd “Tayota Prius” markalı avtomobilin alınması üçün Şahidə ümumilikdə 33.250 manat məbləğində ödəniş etmişdir. Orta hesabla hər maşına görə 6.650 manat məbləğində pul ödəmişdir. İlk əvvəl aralarında olan razılaşmaya əasən Təqsirləndirilən şəxs1 5 avtomobilə görə ona 9 ay müddətinə hər ay 1000 manat məbləğində ödəniş etməli idi, daha sonra həmin avtomobillər Təqsirləndirilən şəxs1 mülkiyyətinə keçəcəkdi. Sonradan Təqsirləndirilən şəxs1 avtomobillərdən **-RY-***, **-RY-***, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri onun iştirakı ilə başqa şəxsə sataraq ona 24000 manat məbləğində pul vermişdir. **-VJ-***, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərə görə ödəmiş olduğu 13300 manat məbləğində pulun əvəzinə Təqsirləndirilən şəxs1 ona 9 ay müddətinə hər ay 2000 manat pul ödəməli olsa da, cəmi 4000 manat pul ödəmişdir, 14000 manat ödənilməyən bocu var. 03 ədəd avtomobillərin onun tərəfindən başqa şəxsə satılmasına görə Şahid ona 24000 (iyirmi dörd min) manat pul vermişdir, lakin bu Şahidin ona olan borcunun məbləğinə təsir etmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 hazırki vaxta qədər təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş olan zərərin ödənilmədiyini, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, məhkəmə tərəfindən qərar qəbul edilən zaman göstərilən halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, mülkiyyətində olan maşınları icarəyə verilməsi üçün mütəmadi olaraq Təqsirləndirilən şəxs1 avtomobillərin istifadəsi ilə bağlı etibarnamə vermişdir. Sonuncu dəfə 23 oktyabr 2021-ci il tarixdə Şahid onunla əlaqə saxlayaraq adını demədiyi tanışının mülkiyyətində olan maşınlarla bağlı ona sərəncam hüququna dair etibarnamələr verdiyini və “Toyota Prius” markalı həmin avtomobilləri onun adına keçirməyini, daha sonra taksi fəaliyyəti göstərməyi üçün ondan aylıq ödənişlə istifadəyə götürmək istədiyini bildirdi. O, mütəmadi olaraq Təqsirləndirilən şəxs1la avtomobillərin taksi fəaliyyəti göstərməsi üçün onun istifadəsinə verilməsi işi ilə məşğul olduğundan onunla razılaşmış, bundan sonra 26 oktyabr 2021-ci il tarixdə maşınların onun mülkiyyətinə keçirilməsi üçün Xırdalan-Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinə getmiş, həmin vaxt maşında qalmış, Şahid isə maşınların onun mülkiyyətinə keçirilməsi üçün şəxsiyyət vəsiqəsini ondan alaraq idarəyə qalxmış, Şahid hər biri üçün 7000 (yeddi min) manat olmaqla “Toyota Prius” markalı 3 avtomobili alqı-satqı müqaviləsi əsasında ona satmış və həmin maşınların onun mülkiyyətinə keçirilməsi ilə bağlı Şahid hər bir maşın üçün ona nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini vermişdir. Orada hər bir avtomobil üçün 7000 (yeddi min) manat pul vəsaitindən başqa, nəqliyyat vasitələrinin onun adına keçirilməsi ilə bağlı rəsmiləşdirmə işlərinin aparılması üçün hər avtomobilə görə 500 (beş yüz) manat əlavə olmaqla, həmin gün ümumilikdə 22500 (iyirmi iki min beş yüz) manat Şahidə pul vermişdir. Daha sonra həmin gün avtomobillərin taksi sürücülərinin istifadəsinə verilməsi üçün Bakı şəhəri 48 saylı notariat ofisində daşınar əmlaklarının üçüncü şəxslərin istifadəsinə verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 etibarnamə vermişdir. 28 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 tanışının guya ona sərəncam hüququna dair etibarnamə ilə verdiyi daha bir “Toyota Prius” markalı avtomobili razılığı əsasında onda olan şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində iştirakı olmadan onun mülkiyyətinə keçirmişdir. Həmin avtomobilin onun adına qeydiyyata alınması ilə bağlı Şahid ona həmin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin şəkilini göndərmişdir. Elə həmin gün o Şahidlə görüşərək həmin avtomobilin müqabilində ona 7000 (yeddi min) manat, avtomobilin adına qeydiyyata alınması ilə bağlı rəsmiləşdirmə işlərinin həyata keçirilməsi üçün isə 500 (beş yüz) manat verməklə, həmin gün ümumilikdə 7500 (yeddi min beş yüz) manat Şahidə pul vermişdir. Şahidlə aralarında olan razılaşmaya əsasən, o həmin 04 ədəd “Toyota Prius” markalı avtomobilləri noyabr ayından etibarən Şahidin istifadəsinə vermiş, o isə taksi fəaliyyəti ilə məşğul olmaq üçün sürücülərinə verəcəyi həmin avtomobillərin hər biri üçün hər ay 750 (yeddi yüz əlli) manat olmaqla ümumilikdə hər ay 3000 (üç min) manat mənə pul ödəməli idi və 15 ayın sonunda isə həmin avtomobillər Şahidin adına keçəcəkdi. Lakin 08 noyabr 2021-ci il tarixdə saat təxminən gecə 12 radələrində başqa şəxsə etibarnamə vermək üçün “Mobil-Notariat” proqramını telefonuma yükləyib proqrama daxil olan zaman Şahidə verdiyi etibarnamə əsasında Şahidin Təqsirləndirilən şəxs2 adlı şəxsə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamələri verdiyini görmüşdür. O həmin an mülkiyyətində olan avtomobillərin başqa şəxslərin adlarına keçirilməsindən şübhələnmiş, buna görə də “SMS RADAR” proqramına avtomobillərin seriya nömrələrini və nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin nömrələrini yazaraq proqrama daxil olmağa çalışmış, lakin bütün cəhdlərimə baxmayaraq daxil ola bilməmiş və nəqliyyat vasitələrinə olan mülkiyyət hüququnun artıq başqa şəxslərə verildiyini başa düşmüşdür. Dərhal Şahidə zəng edərək onunla görüşmək istədiyimi bildirmişdir. Şahidlə danışdıqdan dərhal sonra 09 noyabr 2021-ci il tarixdə saat gecə 1 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində onunla görüşərək hansı səbəbə belə etdiyini soruşmuşdur. Şahid isə cavab olaraq borcları olduğunu və təcili pula ehtiyacı olduğu üçün maşınları onun adımdan çıxarıb başqasına satdığını, yaxın vaxtlarda ona vermiş olduğu 30000 (otuz min) manat pulu geri qaytaracağını bildirmişdir. Şahid hər maşının müqabilində 250 (iki yüz əlli) manat notariusa verərək sərəncam hüququ nəzərdə tutulmuş etibarnamələri təsdiq etdirdiyini bildirmiş və ondan 1000 (bir min) manat verməsini, onun müqabilində başqa “Toyota Prius” markalı 4 avtomobili onun mülkiyyətinə keçirməsini təklif etmişdir. Lakin o Şahidin bu təklifi ilə razılaşmamış, söhbətin sonunda o Şahidlə pulunun qaytarılması müqabilində razılaşmış, Təqsirləndirilən şəxs1 verdiyi etibarnamədə yalnız istifadə ilə bağlı səlahiyyətlərin olmasına baxmayaraq nəqliyyat vasitələrinə sərəncam hüququnu nəzərdə tutan etibarnamənin kim tərəfindən təsdiq edilməsini müəyyən etmək üçün “Mobil-Notariat” proqramına daxil olmuş, orada bu əməliyyatın Hacıqabul rayon Notariat Ofisində notarius Şahid20 tərəfindən həyata keçirildiyini öyrənmiş, daha sonra təxminən 10 noyabr 2021-ci il tarixdə Şahid20 əlaqə nömrəsini taparaq sonuncuya zəng edib görüşmək istədiyini bildirmişdir. Görüş zamanı Şahid20 ona bütün bunlardan sonradan xəbəri tutduğunu, işçisi olan bir xanım tərəfindən etibarnamələrin təsdiq edilməsi üçün elektron sistemlə ona göndərildiyini və işçisinə etibar etdiyi üçün etibarnamələri oxumadan təsdiq etdiyini bildirmişdir. O, Ruslandan bu əməliyyatı həyata keçirmək üçün Şahiddən 250 manat pul alıb-almadığını soruşduqda isə ona işçisinə etibar etdiyi üçün etibarnamələri oxumadan təsdiq etdiyini, etibarnamələri təsdiq etmək üçün hər hansı bir şəxsdən pul almadığını bildirmiş, eyni zamanda ona dəymiş ziyanın Şahid tərəfindən ödənilməsini təmin edəcəyini, bunun üçün ondan 2-3 gün vaxt istədiyini, Şahidin zərəri ödəmədiyi təqdirdə özünün bütün zərəri ödəyəcəyini demiş, bir neçə gün keçdikdən sonra Ruslanla yenidən əlaqə saxladıqda o zərərin ödənilməsini təmin edə bilməyəciyini bildirmişdir. Daha sonra o, Şahidlə bir neçə dəfə əlaqə saxlamış, Şahid hər dəfə dəymiş zərəri ödəyəcəyini bildirsə də, ona vurulmuş ziyanı ödəmədiyindən bu barədə prokurorluğa müraciət etmişdir. Həmçinin, sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs1 ona taksi fəaliyyətində istifadə üçün mülki etibarnamə ilə verdiyi ona məxsus daha bir “Toyota Prius” markalı, “** OZ ***” dövlət qeydiyyat nişanlı avtomobili də Salyan rayonunda yerləşən notariat ofisində qanunsuz sərəncam hüququna dair etibarnamə alaraq xx.xx.2021-ci il tarixdə başqa şəxsə satmışdır. Həmin avtomobilin onun adından çıxarılması nəticəsində də ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq ələ keçirdiyi “** RY ***”, “** RY ***”, “** RY ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı 4 ədəd “Toyota Prius” markalı avtomobilləri xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində ona sataraq dələduzluq yolu ilə onun 30000 (otuz min) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa ona məxsus “** OZ ***” dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili də xx.xx.2021-ci il tarixdə dələduzluq yolu ilə ələ keçirib başqa şəxsə sataraq ona 11500 (on bir min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Şahidin cinayət əməlləri nəticəsində ona ümumilikdə 41500 (qırx bir min beş yüz) manat pul maddi ziyan vurulmuşdur. Onun Şahiddən 45000 (qırx beş min) manat pul istəməyinin səbəbi onun qanunsuz olaraq satdığı 4 ədəd “Toyota Prius” avtomobilindən başqa, ona məxsus daha bir ədəd "**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı maşını da etibarnamə ilə onun adından çıxarıb qanunsuz olaraq başqasına satması olmuşdur. Daha sonra isə o, Şahiddən ona dəymiş ziyana görə ümumilikdə 35000 (otuz beş min) manat pul istəmiş, lakin sonuncu həmin pulu ona ödəməmişdir. O, yalnız avtomobillərin onun mülkiyyətindən çıxarılmasından məlumat olmuşdur, kimin mülkiyyətinə keçməsi barədə isə hər hansı bir məlumatı, eləcə də Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri, yəni avtomobillərin istifadəsi ilə bağlı ona verilmiş mülki etibarnamə əsasında qanunsuz olaraq başqa şəxsin adına avtomobillərə dair sərəncam hüququna dair etibarnamələr verməsi və həmin etibarnamələr əsasında avtomobilləri başqa şəxslərə satmasından məlumatı olmamışdır. Əvvəldən belə bir məlumatı olsaydı, “Toyota Prius” markalı avtomobilləri Təqsirləndirilən şəxs1 alıb ona etibarnamə verməzdi və ziyana da düşməzdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, mütəmadi olaraq maşınlarını taksi fəaliyyətinə buraxmaq üçün Təqsirləndirilən şəxs1 istifadəyə verilməsi işi ilə məşğul olur. Təqsirləndirilən şəxs1 həmin avtomobilləri taksi sürücülərinə istifadəyə verir, aylıq qazanc əldə edirdi və həmin qazancından da ona aylıq pul ödəyirdi. 3 il ərzində də Şahidin avtomobillər barədə hər hansı qanunsuz hərəkətlər etməsinin şahidi olmamış, aylıq pulu da razılaşdıqları tarixdə ona ödəmişdir. Buna görə də onun Şahidə qarşı müəyyən etibarı, inamı yaranmışdır. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq ələ keçirdiyi “** RY ***”, “** RY ***”, “** RY ***”, “** VJ ***” dövlət qeydiyyat nişanlı 4 ədəd “Toyota Prius” markalı avtomobilləri xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində ona sataraq dələduzluq yolu ilə onun 30000 (otuz min) manat məbləğində pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs1 ona məxsus “** OZ ***” dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili Salyan rayonunda yerləşən notariat ofisində qanunsuz sərəncam hüququna dair etibarnamə alaraq xx.xx.2021-ci il tarixdə başqa şəxsə satmışdır. Ona 11500 (on bir min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilə görə dəymiş ziyan ona ödənilmişdir, bu səbəbdən həmin avtomobillə bağlı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslə aralarında notarial qaydada borc müqaviləsi imzalanmış, təqsirləndirilən şəxs aralarında bağlanmış olan həmin borc müqaviləsinə əsasən hər ay 1000 manat məbləğində pul ödəməyii öhdəsinə götürmüş, kakin hazırki vaxtadək ona dəymiş ziyandan hər hansı məbləğdə ödəniş etməmişdir. Bu səbəbdən ondan şikayətçidir, təqsirləndirilən şəxsə cəza təyin edilən zaman göstərilən halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Telman 2A ünvanında ailəsi ilə birlikdə yaşayır. Atası Zərərçəkmiş şəxs1 2021-ci ildə biznes fəaliyyəti ilə məşğul olmaq üçün qardaşları Oqtay və Məhəmmədin adına cəmi 6 ədəd “Toyota Prius” markalı avtomobil aldı ki, həmin avtomobilləri taksi fəaliyyəti ilə məşğul olması üçün icarəyə verib aylıq pul alsın. 2021-ci ilin iyun ayının sonlarında tanımadığı Təqsirləndirilən şəxs1 adlı şəxs atasını tapıb icarə müqaviləsi bağlamağa hazır olduğunu, “Bolt” taksi şirkətinin nümayəndəsi olduğunu deyərək bu cür avtomobilləri götürüb taksi kimi fəaliyyət göstərdiyini bildirmişdir. Atası Təqsirləndirilən şəxs1la razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə atası və qardaşı Məhəmməd ilə birlikdə Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən 52 saylı notariat ofisə gedib, orada Məhəmmədin adına qeydiyyatda olan “**-RY-***”, “**-RY-***”,”**-RY-***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili və digər qardaşı Oqtay Məmmədovun adına qeydiyyatda olan “**-RB-***”,”**-OZ-***”,”**-VJ-***” dövlət qeydiyyat nişanlı 3 ədəd “Toyota Prius” markalı avtomobili icarə müqaviləsi bağlayaraq Təqsirləndirilən şəxs1 vermişlər. Qardaşı Oktay həmin vaxt həqiqi hərbi xidmətdə olduğundan onun adına olan avtomobilləri atası Zərərçəkmiş şəxs1 Oktayın təmsilçisi kimi icarəyə vermişdir. Həmin müqaviləyə əsasən “**-RY-***”,”**-RY-***”,”**-RY-***”,”**-RB- ***”,”**-OZ-***”,”**-VJ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilləri icarəyə vermək haqqında müqavilələrə əsasən onlar həmin avtomobilləri aylıq 750 manat müqabilində taksi xidməti göstərməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 vermişdilər. Bundan sonra Şahidin həmin avtomobilləri kiməsə sürmək üçün verdiyindən məlumatı olmamışdır. Şahid həmin avtomobillərə görə olan icarə haqqını mütəmadi ödəmişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Şahid atasına bildirdi ki, qardaşı Zərərçəkmiş şəxs2 adına qeydiyyatda olan “**-RB-***”,”**-OZ-***” dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillərin mühərrikində problem olduğu üçün onları satıb yenisini almaq istəyirlər. Buna görə də atasından bütün hüquqların etibar edildiyi etibarnamə verilməsini istəmiş və atası da qardaşının adına olan iki ədəd həmin avtomobillərlə bağlı nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamələr vermişdir. Şahid isə həmin avtomobilləri satmış və 1 ay sonra yeni “**-EG-***” dövlət qeydiyyat nişanlı Toyota Prius” markalı avtomobili atasının adına almış və onu da Şahidə icarəyə vermişdir. Bundan başqa o, 2021-ci ilin sentyabr ayında 20000 manat borc götürüb üstünü düzəldərək aldığı “BMW F10” markalı avtomobili Şahidlə razılaşıb 30000 manata Şahidə satmışdır. Həmin avtomobilə görə Şahid 10000 manat pul verərək digər 20000 manatı da sonra verəcəyini bildirmişdir. Aralarında heç bir rəsmi müqavilə bağlanmamışdır və Şahidə avtomobilə görə heç bir etibarnamə verilməmişdir. Şahid də həmin maşını sonradan başqa adama satmışdır. O, sonradan öyrənmişdir ki, Şahid qardaşı ilə onun adına olan “Toyota Prius” markalı avtomobilləri səlahiyyəti olmadığı halda Hacıqabul rayonunda notariat ofisinə gedib öz adına etibarnamə almış və həmin avtomobilləri ayrı-ayrı adamlara sataraq pulunu ələ keçirmişdir. Bundan başqa “BMW F10” markalı avtomobili də hansısa saxta sənəd düzəldərək dostu Anar adlı şəxsə saxta etibarnamə düzəldərək Anarın adından Sumqayıt sakini olan Elgiz adlı şəxsə satmışdır. Bütün olanlarla bağlı atası hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “BMW-528» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X17 mülkiyyətində olsa da, onun sahibliyi və istifadəsində olmuşdurTəqsirləndirilən şəxs1 qabaqcadan 10.000 manat pul ödəyərək qalan 20.000 manat pulu tezliklə ödəmək adı ilə həmin avtomobili ondan satın almışdır. Aralarında heç bir rəsmi müqavilə imzalanmamışdır. Sonradan ona məlum olmuşdur ki, Şhi yrmo sat etibarnamə əsasında avtomobili başqa şəxsin mülkiyyətinə keçirtmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilməmişdir. Bu səbəbdən mülkiyyət hüququ əsasında Roza Bayramovaya məxsus olsa da, faktiki olaraq onun sahibliyi və istifadəsində olmuş avtomobilin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 əvvəldən tanımamışdır, oğlu Şahid2 adına 2022-ci ilin yanvar ayında avtomobil almaq istədiyindən Təqsirləndirilən şəxs1 tanımış, Təqsirləndirilən şəxs1la həmin vaxt maşın alverçiləri vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs1 həmin ərəfədə «BMW 528 Xİ» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəmişdir. Onlar da maşın alverçiləri vasitəsilə Təqsirləndirilən şəxs1 işçisi olan Təqsirləndirilən şəxs2lə əlaqə saxlamışlar. Həmin maşın nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Roza Bayramova adlı qadının adına olmuşdur. Anar onlara həmin maşının Təqsirləndirilən şəxs1 anasının adına olduğunu, anasının vəziyyəti ağır olduğundan satmaq istədiyini demişdir. Həmin avtomobillə bağlı Təqsirləndirilən şəxs1, səhv etmirsə, ya özünün, ya da Təqsirləndirilən şəxs2 adına etibarnamə vermişdir. Lakin sonradan həmin etibarnamənin saxta olduğu məlum olmuşdur. X50 da Şahidin anası olmamış, lakin Şahid həmin avtomobili aldatma yolu ilə pullarını ələ keçirmək məqsədi ilə həmin adla onlara satmağa çalışmışdır. O, həmin avtomobilin alqı-satqı prosesində iştirak etməmiş, alqı-satqını tanışı Elçin etmişdir. Həmin vaxt alqı-satqı prosesində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs1 maşını xx.xx.2022-ci Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində tanışı olan Füzuli adlı şəxsin vasitəsilə hazırladığı saxta etibarnamə ilə oğlu Şahid2 adına keçirmişdir. Həmin maşının Səməndərin adına qeydiyyata salınmasına görə o, Təqsirləndirilən şəxs1 ümumilikdə 22800 manat pul vermişdir. Həmin pulu o, Şahidin işçisi Anara və Elçinə vermişdir, onlar həmin pulu Təqsirləndirilən şəxs1 verməli idilər. Təqsirləndirilən şəxs1 avtomobili satan zaman anasının ağır xəstə olduğunu və müalicəsi üçün pul lazım olduğunu bildirdiyinə görə həmin pulun 5000 manatını avtomobil oğlunun adına qeydiyyata düşməzdən bir gün əvvəl Təqsirləndirilən şəxs1 onun işçisi Anarın vasitəsilə vermişdir. Daha sonra isə həmin avtomobilin təmirə ehtiyacı olduğundan avtomobilin təmiri üçün təxminən 3000 manatdan çox pul xərcləmişdir. Bundan sonra həmin avtomobili Səbinə adlı Sumqayıt şəhər sakininə satmışdır. Cinayət işinin istintaqı aparılan zaman o, həmin avtomobili Təqsirləndirilən şəxs1 tərəfindən saxta mülki etibarnamə ilə satıldığını öyrənmişdir. Şahidin qohumu olan Füzuli adlı şəxs avtomobili Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində saxta etibarnamə ilə onun oğlunun adına qeydiyyata salmışdır. Elgiz adlı şəxs onu Təqsirləndirilən şəxs1 yerinin tapılması məqsədilə Sumqayıtda yerləşən evinə dəvət etmiş, Təqsirləndirilən şəxs1 həmin evdə sorğu-sual etməyi, Təqsirləndirilən şəxs1 saxta sənədlə avtomobil satdığını və sənəddə Anarın da adının olduğunu deməsi, Təqsirləndirilən şəxs1 yerini bilmədiyini və həmin sənəddən məlumatı olmadığını bildirdikdə ona hədə-qorxu gələrək döyməyə başlaması, telefonunu əlindən alaraq gələn zənglərə cavab verməsi, Təqsirləndirilən şəxs1 olmadığına görə saxta sənədlə satılan maşının pulunu ondan alacağını deməsi və ondan 11000 manat pul tələb etməsi barədə Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdikləri yalandır. Təqsirləndirilən şəxs2 həmin gün öz istəyi ilə tanışı Elgizin evinə getmiş, orada Anara qarşı heç bir qanunsuz hərəkətlər olunmamışdır. O, özü də orada olmuşdur, həmçinin Elçin də orada olmuşdur. Lakin, heç kim Anarı döyməmiş, hədə-qorxu gəlməmiş və bu yollarla ondan pul tələb etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs1 tanımamışdır. Oğlu Şahid2 maşın almaq istəyən zaman maşın alverçiləri vasitəsilə Təqsirləndirilən şəxs1la əlaqə yaratmışdır. Ona maşın almaq istəyən zaman tanışı Elgiz və Elçin kömək etmişdir. «BMW 528 Xİ» markalı ** EY *** dövlət qeydiyyat nişanlı avtomobilli Təqsirləndirilən şəxs1 almışdır. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində tanışı olan Fizuli adlı şəxsin vasitəsilə hazırladığı saxta etibarnamə ilə oğlu Şahid2 adına keçirmişdir, buna görə də Təqsirləndirilən şəxs1 22800 manat pul ödəmiş, digər 5000 manat pulu isə maşını oğlunun adına rəsmiləşdirəcəyi vaxtda verəcəyini desə də, sonradan o zəng edərək anasının müalicəsinə təcili pula ehtiyacı olduğu üçün 5000 manat pulu da istəmişdir. O, həmin məbləği də ona vermişdir. O, Şahid Baramova ümumilikdə 27800 manat pul vermişdir. Maşının təmirə ehtiyacı olmuş, maşını aldığı gündən 1 həftə ancaq ustalarda olmuşdur. Maşının təmirinə 3000 manat pul xərcləmişdir. Həm maşını xoşlamadığı üçün, həm də onun sənədlərində problem olmasından şübhələndiyi üçün Elgizə maşını geri qaytarmaq istədiyini bildirmiş və 19500 manat pulunu geri almışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. O, 2011 -ci ildən hal-hazıradək "Kredit Servis BOKT” MMC- nin idarə heyətinin sədr müavini vəzifəsində işləyir. MMC-nin əsas fəaliyyəti kredit vermək olmuşdur. Zərərçəkmiş şəxs11 Təqsirləndirilən şəxs1 da həmin MMC-yə müraciət edən zaman tanımışdır. Şahid xx.xx.2021-ci il tarixdə avtomobil almağa kredit ayrılması üçün ərizə ilə MMC-yə müraciət etmişdir. Ərizəyə baxıldıqdan sonra avtomobilin sahibi ilə birgə MMC-nin fəaliyyət göstərdiyi ünvan 8 ünvanına gəlməsi bildirilmişdir. Şahid "BMW 750” markalı, dövlət qeydiyyat nişanını dəqiq xatırlamadığı bir avtomobili almaq istəmişdir. Avtomobilə görə 23800 manat kredit verilə biləcəyi barədə Şahidə məlumat verilmişdir. Lakin ilk öncə avtomobilin sahibi həmin avtomobili DİN-in BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə Zərərçəkmiş şəxs11 adına qeydiyyata saldırmalı idi, daha sonra isə kredit veriləcəkmiş. Şahid və avtomobilin sahibi MMC-nin şərti ilə razılaşmışlar, həmin gün, yəni xx.xx.2021-ci il tarixdə MMC-nin nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs11 şəxsiyyət vəsiqəsi əsasında qeyd edilən avtomobil qeydiyyata salınmış və avtomobilə “**- CF-***” dövlət qeydiyyat nişanı verilmişdir. Alqı-satqıdan sonra Şahid həmin avtomobillə MMC-nin ofisinə yaxınlaşmışdır. Şahidə “BMW 750” markalı, “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixdə baş etibarnamə verilmişdir, həmin etibarnamə əsasında Şahid avtomobili girov qoyaraq MMC-dən 23800 manata kredit götürmüşdür. Şahid 18 aylıq olmaqla hər ay 1731 manat ödəniş etməli idi. Avtomobili sığorta etdikdən sonra idarə etmək üçün Şahidə etibarnamə və şəhadətnamə verilmişdir. Şahid kredit aldıqdan sonra 2-3 ay ödəniş etsə də sonradan ödəniş etməkdən yayınmağa başlamışdır. Hətta arada ona verilən idarə etməyə görə etibarnaməni ləğv edib ödəniş edilməsi tələb edilmişdir. O da ödəniş etdikdən sonra yenidən Şahidə sürücülük üçün etibarnamə verilmişdir. Şahidə verilmiş etibarnamələrdə Şahidin avtomobili satmaq hüququ olmamışdır. 2022-ci ili yanvar ayında Şahid yenə də ödənişdən yayınmışdır. Zəng edən zaman isə zənglərə cavab verməmişdir. Təxminən 2022-ci ilin fevral ayının əvvəlləri Elgiz adlı şəxs telefonla zəng edərək “BMW 750” markalı, “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobili almaq barədə Şahidlə razılaşdığını, lakin Şahidin telefon zənglərinə cavab vermədiyini, Şahidin harada olmasını soruşmuşdur. Elgizə avtomobilin ona məxsus olduğunu, Şahidlə kredit müqaviləsinin bağlandığını bildirilmişdir. Elgiz isə Şahidin həmin avtomobili onlara satmaq istəməsi barədə məlumat vermişdir. O həmin avtomobilin ona qaytarılmasını Elgizdən xahiş edilmişdir. Təxminən 4-5 fevral 2022-ci il tarixdə Elgiz yaxınlaşmış, avtomobili geri qaytarmışdır. Söhbət vaxtı Elgizin də maşın ticarəti ilə məşğul olduğunu, Şahidin onları aldadıb 11000 manat pullarını ələ keçirildiyi öyrənilmişdir. Şahid öhdəliklərini yetirə yetirmədiyinə görə onunla olan kredit müqaviləsinə xitam verilmişdir. Elgizin xahişi ilə həmin avtomobili tanışları olan Səməndər adlı şəxsin adına qeydiyyata salınmışdır. Hal-hazırda avtomobil Elgiz və tanışlarındadır. Həmin avtomobilə dair Zərərçəkmiş şəxs11 və ’’Kredit Servis BOKT”MMC-yə heç bir maddi ziyan dəyməmişdir. Ona görə də heç bir şikayət və tələbi yoxdur. Avtomobilin kreditini isə Elgiz ödəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs(mülki iddiaçı) Zərərçəkmiş şəxs7 nümayəndəsi çıxış edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Zərərçəkmiş şəxs7 Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “Maup” Universitenin hüquq fakültəsində təhsil alır, işləmir. 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs7 atasının əsgərlik yoldaşı olan Zərərçəkmiş şəxs1 ona Şahid adlı tanışının vasitəsilə icarəyə avtomobillər verib aylıq pul qazandığını və onun da bu yolla pul qazana biləcəyəni bildirmişdir. Həmin günlərdə Zərərçəkmiş şəxs7 pulu olmadığı üçün 2022-ci ilin yanvar ayına kimi gözləməli olmuş, 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 mobil nömrəsini alıb sonuncu ilə əlaqə saxlamış və avtomobil alıb taksi sürücülərinə icayə verməklə pul qazanmaq istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs7 həmin vaxt Şahidə 3 ədəd avtomobil almaq istədiyini desə də, avtomobilin hansı marka olmasını özü üçün dəqiqləşdirməmiş, danışıq zamanı Şahid Zərərçəkmiş şəxs7 “Toyoto Prius” markalı avtomobil almasını məsləhət görmüş, o, da bununla razılaşmış və bundan sonra onlar 06 yanvar 2022-ci il tarixdə Nərimanov parkında görüşmüş, orada Zərərçəkmiş şəxs7 Şahidə əvvəlcə iki avtomobilin pulunu, qalanını isə daha sonra verəcəyini deyib razılaşmış və həmin gün saat 16:50 radələrində Bakı şəhəri Xətai rayonunda yerləşən 6 saylı xüsusi notariusda kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsi bağlamaq Şahidin fikri olmuşdur. Belə ki, Şahid Fuad Səmədoa “əgər etibar etmirsənsə gedək notariusda müqavilə bağlayaq” demişdir. Bu vaxt Zərərçəkmiş şəxs7 da Şahidlə razılaşmış və notariusda Şahidə 22400 manat pulu nəğd şəkildə sayıb vermişdir. Həmin müqaviləyə əsasən Şahid 22400 manat pulu ona 10 gün ərzində ödəməli imiş. Bundan sonra Zərərçəkmiş şəxs7 09 yanvar 2022-ci il tarixdə Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsində əvvəlcə gömrük müqavilələri üçün 7690 manat məbləğində pul, 05 fevral 2022-ci il tarixdə saat 17:00 radələrində isə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ərazisində yerləşən Heydər Əliyev adına istirahət parkının içində qalan 5022 manat pulu avtomobilərin qeydiyyatı üçün nağd şəkildə Təqsirləndirilən şəxs1 görüşüb sonuncuya vermişdir. Razılaşmalarına əsasən Şahid 2022ci ilin fevral ayının sonuna kimi 3 ədəd “Toyoto Prius” markalı avtomobili Gürcüstan Respublikasından gətirməli imiş. Lakin, aradan aylar keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 söz verdiyi kimi avtomobilən gətirməmiş və hər dəfə Zərərçəkmiş şəxs7 ilə əlaqə saxladıqda Şahid problemlərinin yarandığını, qısa müddətdə avtomobilləri gətirəcəyini deyirmiş. Sonradan isə Sadiqdən Şahidin barəsində dələduzluqla bağlı cinayət işi istintaq olunduğunu öyrənmiş və başa düşmüşdür ki, Şahidə onu da aldadıb. Hazırda Şahid Zərərçəkmiş şəxs7 nə avtomobillərini alıb gətirmiş, nə də pulunu qaytarmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 nümayəndəsi Nümayəndə məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, tərəflərindən verilmiş olan mülki iddia ərizəsinin təmin edilməsini, eyni zamanda Təqsirləndirilən şəxs1 tərəfindən onlara hazırki vaxta qədər dəymiş olan ziyanın ödənilməməsinin nəzərə alınaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadə verərək bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs2 Amid oğludur. xx.xx.2021-ci il tarixdə özünə avtomobil almaq istəyirmiş. Həmin vaxt məhəllədə onunla yaşayan Məmmədov Elvin adlı şəxs ona Təqsirləndirilən şəxs2 Amid oğlunun bu işlə məşğul olduğunu və Gürcüstan Respublikasından ucuz qiymətə avtomobil gətirə biləcəyini demişdir. Bundan bir qədər sonra o, çay evində Anar ilə görüşmüş və söhbət əsnasında Anar ona həqiqətən də Gürcüstan Respublikasından avtomobil gətirərək satmaq işləri ilə məşğul olduğunu demişdir. Həmçinin Anar ona mobil telefonu vasitəsilə bir neçə “Toyota Prius" markalı avtomobil şəkillərini də göstərərək həmin avtomobillərin hansını bəyənsə gətirdə biləcəyini demişdir. Bundan 3 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Anarla telefon əlaqəsi saxladığı zaman ona başqa bir Prius markalı avtomobilin şəkillərini mobil telefonunun “Whatsapp” xidməti vasitəsilə ona göndərərək, həmin avtomobilin hazırda Gürcüstan Respublikasında olduğunu, həmin avtomobili də ona həmin dövrün məzənnəsi ilə 4900 ABŞ dollarına, yəni 8500 manata gətirə biləcəyini demişdir. O, Anarın ona şəkillərini göstərdiyi avtomobili bəyəndiyini və almaq istədiyini bildirmişdir. Ona görə də həmin gün saat 15 radələrində Anarla yenidən “Əli” adlı çay evində görüşərək bu barədə bir qədər də söhbət etmiş və Anar şəkillərini ona göstərdiyi “Toyota Prius" markalı avtomobili 5 gün müddətində, yəni xx.xx.2022-ci il tarixədək Gürcüstan Respublikasından gətirilməsini təmin edəcəyini bildirmişdir. Bundan sonra o, Anarla onun Masazır qəsəbəsində yaşadığı evə getmiş, orada saat 16 radələrində “Toyota Prius” markalı avtomobilin Gürcüstan Respublikasından gətirilməsini təmin etməsi üçün Anara 8500 manat vermiş, xx.xx.2022-ci il tarixdə o, Anarla telefonla əlaqə saxlayan zaman bayram günləri olduğuna görə Gömrük idarəsinin işləmədiyi səbəbindən işin uzandığını demişdir. Həmçinin bundan sonrakı vaxtlarda da Anarla dəfələrlə telefon əlaqəsi saxlamağına və sonuncunun yaşadığı evə getməyinə baxmayaraq Anar hər dəfə ona müxtəlif bəhanələr gətirərək verdiyi sözə əməl etməmişdir. Ona görə də o, xx.xx.2022ci il tarixdə Abşeron RPİ-yə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. 17 yanvar 2022-ci il tarixdə həmin gün Anara zəng etmiş, bir neçə gün qabaq Anar ona bankdan pul götürüb pulunu geri qaytaracağını demişdir. Lakin, danışıq zaman Anar ona Gömrükdə olduğunu demiş və avtomobilin Gürcüstan Respublikasından gətirildiyini və oun Dövlət Gömrük Komitəsinin Qaradağ rayonunda yerləşən idarəsində gözlədiyini bildirmişdir. Həmin vaxt Anar ona “Whatsapp” mobil tətbiqində idarənin qarşısında şəkil çəkib atmış, bundan sonra o, Qaradağ rayonunun ərazisində yerləşən Dövlət Gömrük Komitəsinin idarəsinə getmişdir. Çatan kimi Anara zəng etmiş və Anar işinin çıxdığını, şəhərdə işinin olduğunu və 1-2 saata geri qayıdacağını bildirmişdir. 2 saat gözlədikdən sonra Anara yenidən zəng etmiş və sonuncu bu dəfə işinin uzandığını demiş və ona Ayna Sultanova adlanan yerdə görüşməyi təklif etmiş, o, Anarın dediyi yerə getmiş və Anarın “BMW” markalı avtomobilində sonuncu ilə görüşmüşdür. Anar ona bildirmişdir ki, avtomobilin kartı çıxan kimi satıb onun pulunu qaytaracaqdır. Anar ona söz vermişdir ki, sabah səhər günün birinci yarısı onun pulunu qaytaracaq. Səhəri günü, yəni 18 yanvar 2022-ci il tarixdə o, yenidən Anara zəng etmiş və ona Gömrük idarəsində olduğunu və kartı alıb pulunu qaytaracağını bildirmişdir. Bir neçə saat sonra o, Anara “Whatsapp” mobil tətbiqində yazmış və bu dəfə Anar ona bildirmişdir ki, xəcalətindən çıxacaq. Anar ona bildirmişdir ki, iş alınmamış və aldadılmışdır. Ona axşam görüşməyi təklif etmişdir. Həmin axşam “Əli” adlı çay evində görüşmüş, söhbət zamanı Anar ona Niva markalı avtomobili girov kimi təklif etmiş və pulunu bir neçə günə qaytaracağını bildirmişdir. Lakin, o, Nivanın adına keçirilməsini tələb etmiş və bu qaydada da razılaşmışlar. Səhəri günü saat 12 radələrində Anarın evinin qarşısında görüşmüş və Anar burada ona demişdir ki, avtomobil məhəllənin arxasındadır. Bu zaman avtomobilə oturmazdan qabaq Anar ona bildirmişdir ki, rəsmiləşdirmə üçün pulu yoxdur. O, həmin pulu ödəyəcəyini dedikdə avtomobilin peredokunda problem olduğunu bildirmiş və əlavə 300 manat pul lazım olduğunu demişdir. Daha sonra Anar bildirmişdir ki, avtomobil başqa şəxsin adınadır. O, isə həmin şəxsi çağırmasını bildirdikdə Anar həmin şəxslə danışmış, lakin adını bilmədiyi həmin şəxs Anar demişdir ki, rayondadır. Daha sonra o, oradan uzaqlaşmış və axşam Anar ona həmin şəxsin gəlməyəcəyini demişdir. Yanvar ayının 22-si, 24-ü və sonrakı günlərdə də Anar müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 məhkəməyə yazılı ərizə təqdim edərək cinayət işi üzrə Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş zərərin tam olaraq ödənildiyini, bu səbəbdən Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs Şahid25 MMC-nin nümayəndəsi “LEQAL” vəkil Bürosunun vəkili Şahid24 çıxış edərək bildirmişdir ki, təqribən iki il olar ki, "xxxx" Lizinq MMC-nin hüquqlarını müdafiə edir. "BMW 528 Xİ” markalı, **-PL-*** dövlət qeydiyyyat nişanlı avtomobil 07 fevral 2022-ci il tarixdə ML-132 nömrəli alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Binəqədi rayonu ərazisində yerləşən qeydiyyat imtahan idarəsində 23850 manat məbləğində pula X12 "xxxx" lizinq MMC-nin direktoru Şıxı Şıxıyev tərəfindən satın alınıb. Həmin avtomobili satın aldıqdan sonra elə həmin gün 132 nömrəli daxili lizinq müqaviləsi əsasında avtomobil 36 ay müddətinə X32 istifadəsinə verilmişdir. Müqaviləyə əsasən avtomobilin satın alındığı 23850 manatdan başqa əlavə 1216 manat komissiya haqqı Vasif Cəfərov tərəfindən ödənildikdən sonra avtomobil onun mülkiyyətinə keçəcəkdi. Bundan bir neçə ay sonra avtomobil Vasif Cəfərovdan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin əməkdaşları tərrəfindən saxlanılaraq götürülmüşdür. Sonradan məlum olmuşdur ki, həmin avtomobil MMC-yə satılana qədər əvvəllər tanımadıqları Təqsirləndirilən şəxs1 tərəfindən başqa bir şəxsə qanunsuz olaraq satılmışdır. Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs2, Şahid6, Zərərçəkmiş şəxs8 əvvəldən tanımamışlar. "xxxx" Lizinq MMC sözügedən avtomobili Elvin adlı şəxsdən qanuni yolla satın almışdır, lakin avtomobilin qanunsuz olaraq əvvəlcədən başqa şəxslərə satılmasından xəbəri olmayıb. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid13 ifadə verərək bildirmişdir ki, o, ailə üzvlərini maşınla lazım olan yerə apara bilmək üçün maşın almaq və sürücüyə vermək istədiyindən xalası oğlu Vüsal Baxşəliyevlə birlikdə maşın almaq qərarına gəlmişdir. Maşın axtaran zaman tanışları vasitəsilə Təqsirləndirilən şəxs1 tapmış və Şahidin satmaq istədiyi «Toyota Prius» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq üçün onunla ilə əlaqə saxlayıb maşına baxaraq həmin maşını almaq qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə həmin maşını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində Təqsirləndirilən şəxs1 9200 manata rəsmi qaydada, qanuni şəkildə almışdır. O, həmin maşını ucuz qiymətə almışdır ki, daha sonra onu özü təmir etdirsin. Avtomobili aldıqdan sonra həmin maşının təmirinə təxminən 3000 manat da pul xərcləmişdir. Həmin maşını xalası oğlu Vüsal Baxşəliyevlə birlikdə ailə üzvlərini, uşaqları məktəbə və digər lazım olan yerlərə aparmaq üçün almışdır və xalası Rübabə Məmmədovanın mülkiyyətinə keçirmişdir. Daha sonra xx.xx.2022-ci tarixdə xalası oğlu Vüsala polis əməkdaşı zəng edərək həmin maşının saxlanılmalı olduğunu, maşının qanunsuz satıldığını bildirirək, bununla bağlı cinayət işinin istintaqının aparıldığını bildirmişdir. O həmin zəngdən sonra xx.xx.2022-ci il tarixdə həmin maşını aparıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin avtomobil duracağına yerləşdirmişdir. İstifadəsində olan həmin «Toyota Prius» markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ona ümumilikdə 12200 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid13 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 aldığı «Toyota Prius» markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin dələduzluq yolu ilə qanunsuz olaraq ona satılması barədə məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1 əvvəldən tanımamışdır, sadəcə maşını alarkən Polis İdarəsində görmüşdür. «Toyota Prius» markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması və ona çəkdiyi xərclərlə birlikdə ona ümumilikdə 12200 manat məbləğində maddi ziyan dəymişdir. Hazırki vaxta qıdır ona dəymiş olan maddi ziyan ödənilməmişdir. Məhəmə baxışı zamanı dindirilmiş şahid X18 ifadəsində göstərmişdir ki, o, keçmiş əri X40 ilə birlikdə maşınların alqı-satqısı, onların kirayəyə verilməsi işi ilə məşğuldur. Akif Salamzadə ilə boşansa da münasibət saxlayırlar və Akifin hüquq və vəzifələrini onun verdiyi AR-İİ №382888 saylı etibarnamə ilə o həyata keçirir. Akif Salamzadə hazırda insult xəstəsidir və evdə müalicə alır. X40 əvvəlki qeydiyyat nömrəsi **-VJ-*** olan, hazırki qeydiyyat nömrəsi **-CF-*** olan «Toyota Prius» markalı avtomobili xx.xx.2021-ci il tarixdə 11500 manata Şahid11 adlı şəxsdən almışdır. Həmin avtomobilin dələduzluq yolu ilə satılmasından onların əvvəldən məlumatı olmamışdır. O, həmin avtomobillə bağlı rayon prokurorluğunda araşdırma aparıldığını öyrənib müraciət etmək qərarına gəlmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, «Toyota Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin dələduzluq yolu ilə qanunsuz olaraq onlara satılması barədə məlumatı olmamışdır. Həmin avtomobili Şahid11 adlı şəxsdən almışlar. O, Təqsirləndirilən şəxs1 tanıyır və avtomobili ona istifadə etmək üçün vermişdir. «Toyota Prius» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması və ona çəkdiyi xərclər daxil olmaqla ona ümumilikdə 11500 manat maddi ziyan dəymişdir. Bundan başqa,“Opel Zafira” markalı, “**- BZ-***” dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə hazırda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat imtahan idarəsində əri X27 adına qeydiyyata alınmışdır. Həmin vaxt o, orada olmamış, bütün bunları ona əri Akif danışmışdır. Akifin dediyinə görə sonuncu elə həmin gün Bakı şəhər 14 saylı notariat ofisində həmin avtomobilə dair Təqsirləndirilən şəxs1 istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə vermişdir. Razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ərinə 7000 manat məbləğində kredit vermiş və Şahid aylıq olaraq onlara 750 manat ödəniş edəcəkmiş və 15 aydan sonra avtomobili Şahidin adına qeydiyyata keçiriləcəkmiş. Lakin, 2-3 aydan sonra Şahid ödəniş etməyi dayandırmış, telefon zənglərinə cavab verməmiş və bir müddət sonra həmin mobil telefona zəng çatmamişdir. Həmin vaxtdan bugünədək ona nə həmin avtomobil qaytarılmış, nə də dəymiş maddi ziyan ödənilmişdir. Həmin avtomobilə görə onlar alqı-satqı zamanı əlavə xərclər də çəkmişlər və ümumilikdə 10000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid X18 ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Opel Zafira” markalı, “**-BZ-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair onlar arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs1 ona məxsus olan “Opel Zafira” markalı, “**-BZ-***” dövlət qeydiyyat nişanlı avtomobili onun adına keçirir, bunun əvəzində onlar Təqsirləndirilən şəxs1 pul verir, hər ay üçün avtomobildən istifadə edilmə hüququnun nəzərdə tutulduğu etibarnamə verir, o müqavilə üzrə ödənişləri tam həyata keçirdikdən sonra avtomobili yenidən onun mülkiyyətinə keçir. Təqsirləndirilən şəxs1 hazırda bağlanmış müqaviləyə əsasən 9880 manat borcu var. Təqsirləndirilən şəxs1 tərəfindən hazırki vaxta qədər həmin pul məbləği ödənilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid18 ifadəsində bildirmişdir ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyində 30 il xidmət etdikdən sonra 2021-ci ildə təqaüdə çıxmış və bundan sonra avtomobil alaraq Erkin adlı qohumunun istifadəsinə vermək qərarına gəlmişdir. Belə ki, 24 yanvar 2022-ci il tarixdə “Toyoto Prius” markalı, **- OZ-*** markalı avtomobili əvvəllər tanımadığı və adını da xatırlamadığı şəxsdən 13800 manata almışdır. Uzun müddətli hərbi xidmətdən sonra yaddaşında problemlər yarandığından avtomobili aldığı adamın adını xatırlamır. Avtomobili almaq üçün əldə etdiyi pulu isə "xxxx" ASC-dən kredit şəklində götürmüşdür. Həmin avtomobili qohumu Erkin Ağacanova istifadə etmək üçün vermiş, sonuncu bunun qarşılığında aylıq olaraq qazandığı pula uyğun olaraq ödəniş edəcəkdi. Təxminən 2 ay keçdikdən sonra aldığı həmin avtomobilin qanunsuz olaraq ona satıldığını öyrənmişdir. Halbuki, o, həmin avtomobilin qanunsuz olaraq əldə edildiyini bilmirdi. Belə ki, o, həmin avtomobili Xırdalan Binəqədi şossesi 4 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin Qeydiyyat imtahan idarəsində əldə etdiyi üçün onun qanunsuz yolla satıldığı ağlına gəlməzdi. Hazırda da həmin avtomobil onun mülkiyyətindədir. Həmçinin, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 adlı şəxsləri heç vaxt görməmiş, onları tanımır. Bundan başqa həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində əldə etmiş, lakin həmin avtomobilin kimin adına olmasını bilməmiş, bundan başqa avtomobili ona satan şəxsi də xatırlamır. O, həmin avtomobili qanuni yolla əldə etmiş və hazırda da həmin avtomobilin ona qaytarılmasını, ya da dəymiş 13800 manat məbləğində ziyan pulun ödənilməsini xahiş edir. O, Şahid12, Zərərçəkmiş şəxs6, Fizuli adlı şəxsləri, eləcə də alqı-satıqını həyata keçirən polis inspektorunu tanımır. Məhkəmə iclasında Şahid18 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər görməmiş, nə də tanımamışdır. “Toyoto Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dələduzluq yolu ilə qanunsuz olaraq ona satılması barədə məlumatı olmamışdır. Həmin avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində əldə etdiyi üçün onun qanunsuz yolla satıldığı ağlına gəlməzdi. «Toyota Prius» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınmasına görə ona ümumilikdə 13800 manat məbləğində pul ödəmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin Qeydiyyat imtahan idarəsində komendant xidmətində 25 il mühafizəçi kimi işləmiş, hal-hazırda təxminən 1 il 9 aydır ki, pensiyaya çıxmışdır. Təqsirləndirilən şəxs1 təxminən 1 ildir ki, tanıyır və təxminən 1 il öncə Baş X66 İdarəsinin Qeydiyyat imtahan idarəsində qohumunun maşınını qeydiyyata aldıran zaman Təqsirləndirilən şəxs1 ona yaxınlaşmış, onu çoxdan tanıdığını deyib, maşınını necə qeydiyyata aldırmalı olduğunu soruşmuşdur, o da Şahidə istiqamət verərək bu işi necə yerinə yetirmək lazım olduğunu izah etmişdir. Daha sonra bir neçə dəfə avtomobil alqı-satqısı ilə bağlı Şahid ona zəng vurmuşdur, Baş X66 İdarəsinin Qeydiyyat imtahan idarəsinə gələrək orada tanıdığı insanlar vasitəsilə münasibətlərindən istifadə edib Şahidi növbədənkənar maşının başqasının adına qeydiyyata alınmasına dair köməklik etdi. O Təqsirləndirilən şəxs1 avtomobili qeydiyyata aldırmaq üçün lazım olan yerlərə yönləndirmiş, sonuncu özü gedib ərizə yazılan otaqlarda ərizəsini vermiş, bundan sonra o, Şahidə qeydiyyatı hansı rayondursa həmin rayona baxan qeydiyyat otağına yaxınlaşıb maşını başqasının adına keçirmək üçün sənədlərini təqdim etməli olduğunu bildirmişdir. Şahid də qeydiyyatda olduğu rayona baxan şöbəyə yaxınlaşıb sənədlərini təqdim edərək imzalarını atmış, inspektor sonuncunun sənədlərini qəbul etmiş və həmin sənədləri kompüterdə qeydiyyata almağa yönləndirmişdir. Daha sonra Şahidin maşını satmaq istədiyi adamın adına çıxarılan qeydiyyat şəhadətnaməsi ümumi zala verilib, o da zaldan həmin qeydiyyat şəhadətnaməsini götürmüşdür. O, sadəcə Şahidə növbədənkənar ərizə otaqlarına girməsinə və sənədləri hara təqdim etməsinə dair köməklik etmişdir. Bunun üçün növbədə dayanan insanlar, yəni maşın alverçiləri onu tanıdığından onlardan xahiş etmişdir ki, onu irəli buraxsınlar, bundan sonra Şahidi özü ilə aparıb içəri keçirmiş, sonuncuya sənədləri hara təqdim etməli olduğunu göstərmişdir. Sözügedən maşınları başqasının adına rəsmiləşdirmək işini onun etməsini, Şahidlə uzun müddət avtomobillərin alqı-satqısı ilə bağlı işlər görməsi, münasibətləri olduğundan müxtəlif vaxtlarda satdığı maşınlara dair hazırladığı saxta mülki etibarnamənin ona verilərək maşınları şəxsiyyət vəsiqəsini verdiyi şəxslərin adına keçirilməsini onun etdiyini, bunun müqabilində həmin avtomobillərdən “**-VJ-***”, “**-OZ-***”, “**-EG-***” dövlət qeydiyyat nişanlı hər avtomobilə görə 250 manat, “BMW 528 Xİ” markalı avtomobilin qeydiyyata alınmasına görə isə 700 manat pul almağı, bundan sonra gedib həmin maşınların başqasının adına keçirilməsi ilə bağlı hər bir məsələni onun həll etməsi ilə bağlı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 avtomobillərin rəsmiləşdirilməsi işində köməklik etsə də özü gedib sənədlərin hazırlanması ilə məşğul olmamış, kiməsə sənədlərə qol çəkdirməmişdir. Hər hansı şəxs mülki etibarnamə ilə Baş X66 İdarəsinin Qeydiyyat imtahan idarəsində avtomobil satılmasının prosedur qaydası ilə bağlı bildirmək istəyir ki, həmin şəxsin təqdim etdiyi mülki etibarnamə təsdiq olunması üçün Bakı şəhəri 48 saylı Notariat ofisinə göndərilir. Həmin şəxs etibarnaməni notariat ofisində təsdiq etdirdikdən sonra sənədləri ilə birlikdə qeydiyyat işinə baxan inspektora təqdim edir. Bundan sonra inspektor sənədləri hazırlayır və avtomobili sahibinin göstərdiyi şəxsin adına rəsmiləşdirir. Bu zaman avtomobilin mühərrik həcminə görə kassaya dövlət rüsumu da ödənilir. Baş X66 İdarəsinin Qeydiyyat imtahan idarəsində avtomobillərin qeydiyyat işinə baxan inspektor həmin mülki etibarnaməni notarius təsdiq etdiyindən kompüter sistemində həmin etibarnamənin nömrəsini vurub sistemdə olubolmadığını yoxlaya bilər. Sərəncam hüququna dair etibarnamələr sistemdə görünür. Lakin mülki etibarnamənin sistemdə görünüb-görünmədiyini, eləcə də hansı qaydada yoxlanmalı olduğunu da dəqiq bilmir. Məhkəmə iclasında Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən 1 il olar ki, tanıyır. O, sadəcə Şahidə növbədənkənar ərizə otaqlarına girməsinə və sənədləri hara təqdim etməsinə dair köməklik etmişdir. Bunun üçün növbədə dayanan insanlar, yəni maşın alverçiləri onu tanıdığından onlardan xahiş etmişdir ki, onu irəli buraxsınlar, bundan sonra Şahidi özü ilə aparıb içəri keçirmiş, sonuncuya sənədləri hara təqdim etməli olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs1 xüsusi proqram vasitəsilə hazırladığı saxta mülki etibarnamə ilə qanunsuz olaraq avtomobillərin nə vaxt kimin adına keçirilməsindən, saxta mülki etibarnamə hazırlanmasından onun məlumatı olmamışdır. O, Şahiddən bu köməkliyə görə hər avtomobilə görə təxminən 25-30 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs1 avtomobillərin rəsmiləşdirilməsi işində köməklik etsə də özü gedib sənədlərin hazırlanması ilə məşğul olmamış, kiməsə sənədlərə qol çəkdirməmişdir. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun dostudur. Təqsirləndirilən şəxs1 Anarın vasitəsilə tanımış, onunla yaxın münasibəti olmamışdır. «X61» markalı **-DY-*** dövlət qeydiyyat nişanlı boz asfalt rəngli avtomobili xx.xx.2022-ci il tarixdə 11700 manata almış və öz adına qeydiyyatdadır, həmin maşını o, Gürcüstan Respublikasından gətirmişdir və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi onun adına olmuşdur. 02 fevral 2022-ci il tarixdə gecə saatlarında evdə olarkən Anar ona zəng edərək bir qrup şəxslər tərəfindən Sumqayıt şəhərində saxlanıldığını, ondan pul tələb edildiyini bildirdi. Anar evdə pulunun olduğunu və həmin pulu olduğu yerə gətirməyini istədi. O da Anarın yaşadığı evə gedərkən, tanışı Təbriz ona zəng edərək Anarı Sumqayıt şəhərində saxladıqlarını, sonuncunun evdə saxladığı 1850 manat pulunun götürüb saxlanıldığı yerə getməli olduqlarını və onu saxlayan adamlara verməli olduqlarını bildirdi. O, Təbrizlə birlikdə Anarın yaşadığı ünvana getmişdir. Təbriz Anargildən sonuncunun saxladığı 1850 manat pulunu götürmüş və onlar Sumqayıt şəhərinə yola düşmüşlər. Anarın onlara göndərdiyi naviqasiya ilə saxlanıldığı Sumqayıt şəhərinin Corat qəsəbəsində yerləşən ünvana çatmışlar. Onları həmin ünvanda həyətə buraxmamışlar. Təbrizdən pulu aldıqdan sonra Təbrizi içəri salıb onunla söhbət etdilər. Təbriz onlara 1850 manat pulu verdikdən sonra o, Təbrizlə birlikdə evə qayıtmışdır. Bundan sonra Anar yenidən ona zəng edərək həmin şəxslərin onu buraxmadıqlarını, bunun üçün nə isə verməli olduğunu deyib, ondan maşını onlara girov kimi verməyinin mümkün olub-olmadığını soruşmuşdur. Anar həmçinin ona bildirmişdi ki, Şahid tapılandan sonra maşını ona qaytaracaqlar. O da Anara görə məcbur olub razılaşmış və gecə saat 03:00 radələrində «X61» markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilini gətirib Sumqayıt şəhərində yerləşən həmin evin həyətinə qoymuşdur. Daha sonra onu həmin evə dəvət etmişlər, həmin ev 3 mərtəbəli villa olmuş və o evin 2-ci mərtəbəsinə çıxmışdır. Orada Anardan başqa Anarın atası, əmisi, qardaşı və təxminən 10 nəfər tanımadığı adamlar olmuşdur. O, Anarla danışarkən Şahidin Anarın adından saxta etibarnamə hazırlayaraq «BMW» markalı avtomobili həmin şəxslərə satdığını, bu səbəbdən həmin şəxslər maşına görə Şahidə verdikləri 11000 manat pulu tələb etdiklərini öyrənmişdir. Onlardan özünü Elgiz kimi təqdim edən şəxs başda oturmuş və həmin şəxslərin rəhbəri kimi danışmışdır. Elgiz ona gətirdiyi özünə məxsus maşını yanında olan İlqar adlı şəxsin adına keçirməli olduğunu demiş və onlar onun telefonuna «mobil notariat» tətbiqini yükləmişlər. Həmin mobil tətbiqlə o, avtomobilini İlqarın adına keçirməli idi, lakin proqramda qeydiyyat zamanı problem yarandığından həmin vaxt bunu etmək mümkün olmamışdır. Daha sonra Elgiz ona avtomobili səhərisi gün İlqarın adına keçirməyini bildirmişdir. O, həmin avtomobili Elgizgilin həyətində qoymalı olmuş, səhərisi gün saat 06:00 radələrində Anar, onun qardaşı, atası, əmisi ilə birlikdə Elgizgilin evindən çıxmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə səhər saat 09:00 radələrində o, Anar və Elgizin tanışı olan Elçin adlı şəxslə birlikdə Bakı şəhəri 19 saylı notariat ofisinə getmişlər, orada o, «X61» markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini və həmin avtomobilə sərəncam hüququna dair etibarnaməni Anara vermişdir. Bundan sonra o, işə getmişdir, Anar isə onun avtomobilini Elçinin iştirakı ilə Sumqayıtda yerləşən X66 İdarəsində İlqar adlı şəxsin adına keçirmişdir. Bu məsələlərdən sonra Şahid tapılsa da və onlarla söhbət etsələr də, o, özü də Elgizlə zəng edib danışsa da, onun maşınını geri qaytarmamışlar. Məhkəmə iclasında Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun dostudur. Təqsirləndirilən şəxs1 Anarın vasitəsilə tanımış, onunla yaxın münasibəti olmamışdır. «X61» markalı **-DY-*** dövlət qeydiyyat nişanlı boz asfalt rəngli avtomobil ona məxsus olmuşdur. 02 fevral 2022-ci il tarixdə gecə saatlarında Anar ona zəng edərək bir qrup şəxslər tərəfindən Sumqayıt şəhərində saxlanıldığını, ondan maşınını onlara girov kimi verməyinin mümkün olub-olmadığını soruşdu, o da Anara görə məcbur olub razılaşmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 09:00 radələrində o, Anar və Elgizin tanışı olan Elçin adlı şəxslə birlikdə Bakı şəhəri 19 saylı notariat ofisinə getmişlər. Orada o, «X61» markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili sərəncam hüququna dair etibarnamə ilə Anara vermişdir. Anar isə onun avtomobilini Elçinin iştirakı ilə Sumqayıtda yerləşən X66 İdarəsində İlqar adlı şəxsin adına keçirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadə verərək bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs1 tanımamış, tanışı Zərərçəkmiş şəxs8 oğlu Şahid2 adına maşın almaq istədiyindən Təqsirləndirilən şəxs1 tanımışdır. Təqsirləndirilən şəxs1 həmin vaxt «BMW 528 Xİ» markalı **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəmişdir. Onlar da maşın alverçiləri vasitəsilə Təqsirləndirilən şəxs1 işçisi olan Təqsirləndirilən şəxs2lə əlaqə saxlamışlar. Həmin maşın nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Roza Bayramova adlı qadının adına olmuşdur. Anar onlara həmin maşının Təqsirləndirilən şəxs1 anasının adına olduğunu və anasının vəziyyətinin ağır olduğuna görə maşını satmaq istədiyini demişdir. Həmin avtomobillə bağlı Təqsirləndirilən şəxs1 ya özünün, ya da ki, Təqsirləndirilən şəxs2 adına etibarnamə vermişdir, lakin sonradan həmin etibarnamənin saxta olduğu məlum olmuşdur. X50 da Şahidin anası olmamış, Şahid həmin avtomobili onları aldaraq pullarını ələ keçirmək məqsədi ilə həmin adla onlara satmağa çalışmışdır. O, həmin avtomobilin alqı-satqı prosesində iştirak etməmiş, alqısatqını Elçin adlı tanışı etmişdir. Həmin vaxt alqı-satqı prosesində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2lə birlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs1 maşını Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsində tanışı olan Fizuli adlı şəxsin vasitəsilə düzəltdiyi saxta etibarnamə ilə Zərərçəkmiş şəxs8 oğlu Şahid2 adına keçirmişdir. Həmin maşının adına qeydiyyata salınmasına görə Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs1 ümumilikdə 22800 manat pul vermişdir. Daha sonra onlar həmin avtomobilin qanunsuz olaraq satıldığını öyrənmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 onlara da «BMW 750» markalı **-CF-*** dövlət qeydiyyat nişanlı bir maşın satmışdır. Həmin avtomobil Zərərçəkmiş şəxs11 adlı şəxsin adına olmuşdur. Təqsirləndirilən şəxs1 həmin avtomobili də düzəltdiyi saxta etibarnamə ilə onlara satmışdır. O da Şahidə avtomobilə görə 11000 manat pul vermişdir. Zərərçəkmiş şəxs8 onun yaxın ailəvi dostudur və birbirlərinə etibarları vardır. Avtomobil alqı-satqısı ilə məşğul olur və Elçin Xəlilzadəni də bu fəaliyyəti dövründə avtomobil alverçisi kimi tanımışdır. Yəni bir-birlərini avtomobillərin satışında köməklik etmiş və heç vaxt da Elçin və ya digər bir maşın satışı ilə məşğul olan şəxslə problemi olmamışdır. 2022-ci ilin yanvar ayının sonlarında İlqar ona oğlu Səməndərə “BMW 528” markalı avtomobil almaq istədiyini, tanışlarından həmin markalı avtomobillərinin olub-olmaması barədə maraqlanmasını xahiş etmişdir. O da avtomobil alqı-satqısı ilə məşğul olan tanışlarına saz vəziyyətdə olan “BMW 528” markalı bir avtomobil almaq istəməyi barədə məlumat vermişdir. Yanvar ayının 25-26-da Elçin ona tanışlarında münasib qiymətə həmin markalı avtomobildən olmasını demişdir. Elçinlə aralarında yaranan razılığa əsasən ilk öncə avtomobilin vəziyyətinə baxıb sazlığını yoxlayacaqdılar. 28 yanvar 2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində tikilməkdə olan evinin yaxınlığında Elçinlə görüşmüş, Elçin ora “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobil ilə gəldi, həmin vaxt sonuncunun yanında adlarını bilmədiyi maşın alveri ilə məşğul olan şəxslər olmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olduğu üçün dostu Zərərçəkmiş şəxs8 da zəng edərək gəlib avtomobilə baxmasını təklif etmiş, İlqarla birlikdə avtomobilə baxdıqdan sonra o İlqara həmin avtomobili almasını məsləhət görmüş, Elçin və yanında olan bir şəxs həmin avtomobilin Şahid adlı şəxsə məxsus olduğunu demişdir. Həmin avtomobili Şahidin satmaq məqsədi guya anası Roza Bayramovanın xəstə olması, müalicəsi üçün pul lazım olması olmuşdur. Avtomobili Elçin tapsa da orada Şahidin nümayəndəsi də olmuş, son qərarı Şahidin adından həmin şəxs verəcəkmiş, çünki həmin şəxs orada bir neçə dəfə Şahidlə telefona əlaqə saxlamışdır. Şahidin nümayəndəsinin adı dəqiq yadında qalmamışdır. O, Şahidin nümayəndəsinə avtomobilin alqı-satıqısı üçün Zərərçəkmiş şəxs8 adına baş etibarnamə verilməsini təklif etsə də, həmin şəxs Şahidin anası Rozanın ağır xəstə olduğunu və sonuncunun öləcəyi təqdirdə etibarnamənin öz hüquqi qüvvəsini itirəcəyini, buna görə də avtomobilin onların vasitəsi ilə alqı-satqı etməsini israrla təklif edirdi. O və İlqar avtomobilin öz adlarına keçiriləcəyi üçün həmin nümayəndənin təklifi ilə razılaşmışlar. Yekunda Şahidin nümayəndəsi avtomobili son qiymət olaraq 22000 manata təklif etmiş, ilkin olaraq Elçinə 5000 manat pul beh vermişlər, qalıq 17000 manat pulun isə alqı-satqı zamanı verilməsi barədə razılaşmışdılar. Elçinə ümumi məbləğdən əlavə 800 manat da avtomobilə tapmağa görə komissiya haqqı olaraq ödəniş etmişlər. Elçinlə aralarındakı razılaşmaya əsasən alqı-satqı 29 yanvar 2022-ci il tarixdə keçiriləcəkmiş. Buna görə də əvvəlcədən Zərərçəkmiş şəxs8 oğlu Şahid2 şəxsiyyət vəsiqəsinin əslini də Elçinə vermişdilər. Alqı-satqıdan sonra isə onlar birlikdə gedib avtomobilin sazlığını servisdə yoxlatdıracaq və nasazlığa görə Şahid cavabdeh olacaqdı. Bundan sonra Elçin və tanışları çıxıb getmişlər. Avtomobil isə onun evinin həyətində qalmışdır. Səhəri günü, yəni 29 yanvar 2022-ci il tarixdə səhər saat 11 radələrində Elçin ona zəng edərək avtomobillə birgə Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə gəlməsini istəmiş, lakin onun avtomobili idarə etməyə dair etibarnaməsi olmadığı üçün razılaşmamış, həmin avtomobilin evakuator xidməti ilə qeyd edilən idarəyə çatdırılması qərarına gəlmişlər. O, adını dəqiq bilmədiyi bir evakuator xidməti ilə “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə göndərmiş, o və Zərərçəkmiş şəxs8 tərəfdən heç kim alqı-satqıda iştirak etməmişdir. Elçinin deməsinə görə alqı-satqını Şahid özü həll edəcəkdi. Həmin gün saat 15-16 radələrində Elçin və yanındakı şəxslər yenidən onun yaşadığı evə gəlmişlər, “BMW 528 Xİ” markalı avtomobili yeni dövlət qeydiyyat nişanı “**-NH-***” ilə onun həyətinə gətirmişlər. Avtomobilə dair qeydiyyat şahadətnaməsini, Səməndərə məxsus şəxsiyyət vəsiqəsinin əslini onlara geri qaytarmışlar. Razılaşmaya əsasən o, yerdə qalan 17000 manat pulu İlqardan alaraq Elçinə vermiş, həmçinin Elçinin alqı-satqıda 685 manat xərclərinin çıxdığını dedikdə sonuncuya ümumilikdə 700 manat da pul vermişlər. Alqı-satqı prosesində nə o, nə Zərərçəkmiş şəxs8, nə də ki Səməndər iştirak etməmişdir. Bundan sonra İlqar avtomobili götürərək servisdə yoxlatdırmağa aparmış, bir-iki gün sonra Zərərçəkmiş şəxs8 ona zəng edərək həmin avtomobilin xərcinin çox olduğunu, təmir üçün həddən çox pul lazım olduğunu, buna görə həmin avtomobilin ya satılmalı olduğunu, ya da Elçingil tərəfindən xərcinin qarşılanmalı olduğunu bildirmişdir. O, Elçinlə əlaqə saxlayan zaman İlqarın sözlərini ona bildirmiş, razılaşmaya əsasən avtomobilə çəkilən xərclərin qarşılamasını ondan istəmişlər. Elçin isə ona Şahidin əlində başqa avtomobillər olduğunu, həmin avtomobilləri təqdim edərək istədiyini seçə biləcəyini, həmin avtomobili isə satmağı təklif etmişdir. 30 yanvar 2022-ci il tarixdə Elçin onunla əlaqə saxlayaraq Şahidə məxsus “BMW 750” markalı “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobilin olduğunu, həmin avtomobili də satmaq istədiyini, maraqlanıb-maraqlanmadığını soruşmuşdur. İlqar həmin ərəfədə yeni avtomobil almaq istədiyi üçün sonuncu ilə əlaqə saxlayıb həmin avtomobilə baxmağı təklif etmiş, İlqar da razılıq verdiyi üçün Elçini yenə də Sumqayıtda tikilməkdə olan yuxarıda qeyd etdiyi evinə dəvət etmişdir. 30 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Elçin bu dəfə tək gəlmiş və yanında heç kəs olmamışdır. Elçin Şahidin nümayəndəsinin avtomobili 13000 ABŞ dollarına satdığını demiş, lakin, o Elçinə avtomobilə ən çox 12000 dollar pul ödəyə biləcəyini bildirmişdir. Bundan sonra Elçin Şahidin nümayəndəsinə zəng etmiş, onların danışıqları zamanı Elçinin həmin şəxsə Anar deyə müraciət etdiyini eşitmişdir. Şahidin nümayəndəsinin adının Anar olduğunu həmin vaxt öyrənmişdir. Qiymətdə razılaşmaq üçün hətta o da Anarla telefonda danışıb ona həmin avtomobilə görə 12000 dollar pul verə biləcəyini demişdir. Anar isə əlavə 600 manat pul verəcəyi təqdirdə avtomobili birbaşa İlqarın oğlu Şahid2 adına mülkiyyətinə keçirəcəyini bildirmişdir. Əvvəllər də aralarında Elçin vasitəsi ilə alver olduğu üçün o və İlqar Anarın təklifi ilə razılaşmışlar və İlqar beh olaraq Elçinə 5000 manat pul vermişdir. Əlavə 1000 manat pul da Elçinə zəhmət haqqı kimi ödəmişlər. 31 yanvar 2022-ci il tarixdə Elçinlə razılaşmaya əsasən evakuator xidməti vasitəsilə “BMW 750” markalı “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə göndərmişdir. Həmçinin, İlqarın tapşırığına əsasən oğlu Səməndər də alqı-satqıda iştirak etmək üçün qeyd olunan idarəyə getmişdir. Orada Səməndəri Şahid və nümayəndəsi Anar qarşılayıb, Səməndərdən şəxsiyyət vəsiqəsini alıb rəsmiləşdirmə işlərini başa çatdırmaq üçün isə ümumi məbləğdən 1500 manat pul almışdır. Səməndər də həm şəxsiyyət vəsiqəsini, həm də 1500 manat pulu Şahidə vermişdir. Həmin gün İlqarla əlaqə saxlayan zaman avtomobilin üzərində cərimə həbsi olduğuna görə alqı-satqının həyata keçirilmədiyini, Şahidin İlqarla əlaqə saxladığını, ümumi məbləğin bir hissəsini onun, yəni Şahidin bank hesabına atmasını istədiyini bildirdiyini, İlqar da 2 dəfəyə ümumilikdə 6000 manat pulu Şahidin ona göndərdiyi bank hesabına göndərdiyini öyrənmişdir. İlqarın deməsinə görə Şahid onun əlaqə nömrəsini oğlu Səməndərdən almış və onunla əlaqə saxlayaraq avtomobilin pulunun bir hissəsini bank kartına göndərməyi təklif etmişdir. Lakin, Şahidin deməsinə görə maşın üzərində cərimə olduğu üçün alqı-satıqının 01 fevral 2022-ci il tarixdə həyata keçirilməsinə dair razılaşmışlar. 01 fevral 2022-ci il tarixdə Səməndər Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə getmiş, lakin Şahid onu orada qarşılamamış, sadəcə telefonla danışaraq sənədlərin hazırlanmasını demişdir. Həmin gün o, İlqarla birlikdə Sumqayıt Dövlət Universitetinin yaxınlığındakı “Bazar Store” adlı marketdə olmuşlar. Saat 13 radələrində orada Şahidlə razılaşmaya əsasən yerdə qalan 8500 manat pulu İlqar Şahidin hesabına ödəmək istəyirdi. Şahidin çoxsaylı zənglərlə İlqar müəllimə zəng etməsi İlqarda Şahidə qarşı şübhə yaratmış və İlqar müəllim Şahidə yalandan pulu sonuncunun kartına köçürdüyünü bildirdikdən sonra Şahid telefonu söndürmüşdür. Bundan sonra Şahidin mobil telefonuna zəng çatmamış və onlar belə düşünmüşlər ki, ya Şahidin başına bir iş gəlib, ya da telefonun batareyası bitmişdir. Odur ki, Səməndər həmin gün saat 16 radələrinədək qeydiyyat-imtahan idarəsində gözləmiş, bu müddət ərzində o bir neçə dəfə Elçinə zəng etmiş, o isə Şahidin ora getdiyini deyərək gözləməyimizi xahiş etmişdir. Onun Elçinlə danışığından sonra Anar da Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə getmişdir. Lakin Şahidlə əlaqə saxlaya bilmədikləri üçün İlqar Səməndərə avtomobili evakuatorla götürüb Sumqayıta, onun evinə gətirməsini bildirmişdir. Həmin gün onlar Şahidlə heç cür əlaqə saxlaya bilməmişlər və bundan sonra o Elçinə zəng edərək alqı-satqının niyə yekunlaşmaması barədə sonuncunu sorğu sual etməyə başlamışlar. 02 fevral 2022-ci il tarixdə onun təkidi ilə Elçin qeyd edilən idarəyə gedib avtomobilə məxsus sənədləri götürüb onların yanına gəlmiş, həmin sənədlərdə avtomobilin mülkiyyətçisinin Teymur (***-***-**-**) adlı şəxs olmasını müəyyən etmişlər, ortaq dostları vasitəsilə Teymrun nömrəsini əldə edib sonuncu ilə əlaqə saxlamışlar, o, Teymura zəng edərək “BMW 750” markalı “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobili almaq barədə Şahidlə razılaşdığını, lakin Şahidin 2 gündür telefon zənglərinə cavab vermədiyini deyib sonunucunun harada olmasını soruşmuşdur. Teymur Şahidin təklifi ilə adını hazırda dəqiq xatırlamadığı şəxsdən 25000 manata “BMW 750” markalı “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobili aldığını, həmin pulun 5000 manatını Şahidin, 20000 manatını isə özünün ödədiyini, həmin avtomobilin kredit müqaviləsi üzə Şahidin istifadəsinə verdiyini, aylıq 1730 manat olmaqla 18 aylıq kreditə verəcəkləri barədə razılaşdıqlarını, lakin Şahidin ona heç bir ödəniş etmədiyini, hətta avtomobillə qəza törətdiyini, buna görə avtomobilin cərimə meydançasında yerləşdirildiyini, Şahidin çox saylı xahişlərindən sonra həmin avtomobili yenidən cərimə meydançasından çıxarıb Şahidin istifadəsinə verdiyini bildirmişdir. Yəni, həmin vaxt ona məlum olmuşdur ki, Şahidin həmin avtomobili satmaq hüququ olmamış və onları aldatmışdır. Həmin avtomobili onlara Elçin satdığı üçün İlqarla Elçinə ödədikləri 11000 manat pulun Elçindən geri qaytarılmasını istəmişlər. Çünki, İlqar həmin pulu ona etibar edərək Elçin və Şahidə vermişdir. Elçin isə bütün bunlardan məlumatının olmadığını, avtomobili Anarın vasitəsi ilə tapdığını, Anarı dəvət edib bu məsələni danışmağı təklif etmişdir. O isə yenidən pulu Elçinə verdiyini dedikdə Elçin heç bir günahının olmadığını, Anarla danışacağını demişdir. 02 fevral 2022-ci il tarixdə Anar və Elçin ikisi birlikdə Anarın “Kia Ceed” markalı avtomobili ilə onun Sumqayıt şəhərində yerləşən yuxarıda qeyd etdiyi evinə gəlmişlər, o, küçədə darvazanın ağzında Elçin və Anarla görüşmüşlər, Elçin Anarı göstərərək bütün pulları Anara verdiyini, Şahidin harda olmasından məlumatlı olmadığını və bu işi yoluna qoyacağını dedi, o isə pulu Elçinə verdiyini qeyd edib Anarı tanımadığını bir daha bildirmişdir. Həmin vaxt fevral ayı olduğu üçün hava soyuq olduğundan onlara evinin həyətində darvazanın yanında yerləşən mühafizəçi üçün nəzərdə tutulmuş iki mərtəbəli mühafizə otağına keçməyi təklif etmiş, əsas evdə təmir işləri getdiyi üçün Elçin və Anarı mühafizə otağına dəvət etmişdir. Həmçinin İlqar müəllimin yanında yalançı olmamaq üçün zəng edib sonuncunun da gəlib söhbətdə iştirak etməsini xahiş etmişdir. Təxminən 15-20 dəqiqə sonra İlqar da onun evinə gəlmiş, o, İlqar, Elçin və Anar birgə söhbət edib məsələni aydınlaşdırmağa çalışmışlar. Bu müddət ərzində Anarın telefonuna dayanmadan zənglər gəlir və Anar çox zənglərə cavab vermirdi, bəzi zənglərə isə “mən sizə zəng edərəm” deyib zəngləri sonlandırdı. Həmin vaxt evdə yalnız onun Rövşən adlı mühafizəçisi olmuş, lakin Rövşən Elçingillə aparılan söhbətlərdə iştirak etməmiş, onlara çay verdikdən sonra çıxıb getmişdir. Anar ona Elçinin və özünün bu işdə heç bir günahının olmadığını deyərək özünü təmizə çıxarmağa çalışmış, lakin o isə Anara onu tanımadığını, pulu Elçinə verdiyini və Elçindən də istədiyini izah etmişdir. Bütün söhbət ərzində Anara dayanmadan zənglər gəlirdi. Anar zənglərin birinə cavab verən zaman təsadüfən telefonun səsucaldanı aktivləşmiş və telefonda bir nəfər şəxsin Anarın və Şahidin ünvanına “Mənim maşınlarımın pulunu niyə ödəmirsiniz? “BMW”-ni başa düşdüm, özünüz istifadə edirsiniz, bəs o biri maşınların pulunu niyə ödəmirsiniz, bəsdir məni doladınız” deyə gileyləndiyini eşitmişdir. Artıq onda Anara qarşı şübhələr yaranmış və həmin şəxsin barəsində danışdığı “BMW” markalı avtomobilin onlara satılan avtomobil ilə əlaqəsi olduğunu düşünüb Anardan mobil telefonu ona verməsini tələb etmiş, telefonda danışan şəxsin adı Sadiq olmuş və Anar həmin şəxsə “Sadiq dayı”, “Komandir” deyə müraciət etmişdir. Sadiq adlı şəxsə özünü təqdim edərək ona məxsus “BMW” markalı avtomobilin dövlət qeydiyyat nişanını soruşduqda Sadiq onu tanımadığını və onu da Anarın tanışı olduğunu düşündüyü üçün onunla əvvəlcə acı dillə danışsa da, o, baş verənləri danışıb məsələni izah etdikdən sonra onu anlamış və məsələ barədə danışmışdır. Bundan sonra Sadiq “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu və həmin avtomobili Şahidin istifadəsi üçün sonuncuya icarəyə verdiyini bildirmişdir. O, isə Sadiqə “Həmin avtomobil həyat yoldaşınız Rozanın Şahidə verdiyi etibarnamə əsasında tanışlarıma satılmışdır“ dedikdə, Sadiq Rozanın arvadı deyil, tanışı olduğunu, Rozanın Şahidə heç bir etibarnamə vermədiyini bildirmişdir. Daha sonra o, mobil telefonu Anara qaytarmış, Sadiq isə Şahid və Anarın ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Anar da bütün bunlardan məlumatının olmadığını, Şahid tərəfindən aldadıldığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs8 Anara dələduz olduqlarını və bu səbəbdən onlardan hüquq mühafizə orqanlarına şikayət edəcəyini demişdir. Həmin müddətdə Anarın mobil telefonuna zənglər gəlməyə davam etmiş, ona zəng edən ailə üzvləri olmuş və Anar onlara başqa yerdə olduğunu, danışa bilmədiyini demişdir. Anar atası ilə danışan zaman atasına harada olmasını, hansı işlər görməsi barədə məlumat verməsini tələb etdiyindən Anar da bundan sonra ailə üzvlərini bir-bir onun evinə dəvət etməyə başlamış, bir müddət sonra Anarın atası Amil, qardaşı Aydın, əmisi Aqil və adını bilmədiyi digər iki dostu onun yaşadığı evə gəlmişlər. Onların hansı ardıcıllıqla onun evinə gəlmələri yadında qalmamışdır. Bütün bu baş verənlər barədə Anarın ailə üzvlərinə məlumat verdikdə onlar bu məsələni qaydasına qoyacaqlarını bildirmişlər. Lakin, o və İlqar pulu Elçinə verdiklərini və ondan tələb edəcəklərini bildirib Anarla bir işlərinin olmayacağını demişlər. O, pulu Elçindən tələb etdiyi üçün Elçin də həmin pulu Anar və sonuncunun yaxın qohumlarından tələb etmişdir. Həmin vaxt Anarın atasıgil Anarın istəyi üzrə 1850 manat pul gətirdilər, onlar isə Anargildən pul istəmədiklərini, pullarını Elçindən istədiklərini bildirmişlər. Elçinin çoxsaylı təkidi ilə onlar 1850 manat pulu götürmüşlər. Elçinin Anardan onlara məxsus olan 11000 manat pulu geri istədiyi üçün Anar Nicat adlı dostunu onun evinə dəvət etmişdir. Bir müddət sonra Nicat da özünə məxsus “** DY ***” dövlət qeydiyyat nişanlı “X61” markalı avtomobillə onun evinə gəlmişdir. Anar Nicatı dilə tutmuşdur ki, həmin avtomobili onlara etibarnamə ilə versin və bir müddət sonra Şahidin ondan aldığı 11000 manat pulu geri qaytarıb avtomobili yenidən təhvil alsınlar. Lakin, o, Nicata avtomobili Anarın sözünə görə verməməsini, qoyulan müddət ərzində pulu qaytarmasalar, onlara dəyən ziyanı qarşılamaq üçün avtomobili satacaqlarını, heç bir səbəb olmadan Nicata də ziyan dəyəcəyini bildirmişlər. X65 dostu olduğunu, əvvəllər də Anara iki dəfə avtomobil verdiyini, buna görə avtomobili könüllü surətdə borc qarşılığında verəcəyini demişdir. Anar hətta təklif etmişdir ki, elektron notariat proqramı vasitəsi ilə Nicat onlara etibarnamə versin, ola bilsin ki, Nicatın sonradan fikri dəyişsin. Həmin vaxt Nicat həyətdə siqaret çəkirmiş, lakin o və İlqar elektron etibarnamə ilə razılaşmayacaqlarını, hətta birbaşa olaraq Nicatdan etibarnamə götürməyəcəyini Nicatın sərbəst şəkildə notariusun iştirakı ilə Anara etibarnamə verməsini, Anarın da alqısatqı yolu ilə avtomobili Zərərçəkmiş şəxs8 adına keçirilməsini istəmişlər. Anargil onların təklifi ilə razılaşmış və həmin vaxt onlar Nicata “** DY ***” dövlət qeydiyyat nişanlı “X61” markalı avtomobilli özü ilə aparmasını bildirsələr də, Nicat buna ehtiyacı olmadığını deyərək avtomobili yolda küçədə saxlamış və avtomobilin açarını da özləri ilə aparmışlar. 03 fevral 2022-ci il tarixdə Anar Nicatdan etibarnamə aldıqdan sonra onun yaşadığı evə gələrək İlqarla birgə alqı-satqı üçün Sumqayıta gedib orada alqı-satqı prosesini icra etmişlər. Alqı-satqıdan sonra o, “BMW 750” markalı “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobili Anara həmin maşının əsl sahibi Teymurun iştirakı ilə verməyi təklif etsə də Amil Təqsirləndirilən şəxs2 başından şillə ilə vurub “sənin nə günüvə yaraşır BMW sürmək” deyib avtomobilin əsl sahibinə verilməsini bildirmişdir. Bundan bir gün sonra Teymurla görüşmüş və avtomobil sonuncuya təhvil vermişdir. Teymur isə həmin maşını satmağı ona təklif etmiş və o avtomobili kreditə götürəcəyini bildirmişdir. Teymur da onunla razılaşmışdır və hal-hazırda həmin avtomobil Teymurun mülkiyyətində olsa da, avtomobil kredit müqaviləsi əsasında onun istifadəsindədir. Nicat avtomobili İlqarın adına keçirdikdən 10 gün sonra o Nicatla əlaqə saxladıqda Anarın 11000 manat pulu ödəmədiyini və maşını satmaq istədiyini bildirmişdir. Nicat ondan daha 3-4 gün istədi və bundan 2-3 gün sonra o avtomobili başqa bir şəxsə satdı. Bundan başqa Nicatla sonradan dəfələrlə mobil telefonla əlaqə saxlayıb Anarın pulu qaytarmayacağını və durduq yerdə ziyana düşəcəyini bildirib Anar və Şahiddən pulunu tələb etməsini məsləhət etmişdir. Bununla bağlı materialları istintaqa könüllü olaraq təqdim etmək istədiyini bildirən Şahid6 həmin səs yazılarını qeydə almaqda məqsədi gələcəkdə Anar və tanışlarının onlara qarşı edə biləcəkləri böhtanların qarşısını almaq olduğunu bildirmişdir. Səs yazısından da məlum olur ki, Nicat avtomobili özü könüllü olaraq İlqarın adına keçirmiş, Nicata və digər şəxslərə heç bir hədə qorxu gəlinməmişdir. Bundan başqa 02 fevral 2022-ci il tarixdə Sadiqlə danışıq zamanı təsadüfən Şahidin onlara ilkin olaraq satdıqları “BMW 528 Xİ” markalı, “**-NH-***” (“** EY ***”) dövlət qeydiyyat nişanlı avtomobilə qanunsuz olaraq Səməndərin adına keçirildiyini öyrədikdən sonra o Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə müraciət etmiş, orada tanımadığı bir əməkdaşdan “BMW 528 Xİ” markalı, “**-NH-***” (“** EY ***”) dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün hər hansı bir məhdudiyyət olubolmadığını maraqlanmış, lakin avtomobilin satışı ilə bağlı heç bir qadağa olmadığını öyrənmişdir. Sadiqin dedikləri rəsmi dövlət orqanların qeydiyyatında təsdiq olunmadığından İlqara həmin avtomobili satmağə təklif etmişdir. Həmin avtomobili 03 fevral 2022-ci il tarixdə Sumqayıt şəhər sakini Şahid3 adlı tanışına 19500 manata Sumqayıtda DİN X25 satmış və avtomobili “**-EB-***” saylı dövlət qeydiyyat nişanı alınmışdır. Amma Səbinəyə də avtomobilin onlara hansı qaydada satılması barədə məlumat vermişlər. xx.xx.2022-ci il tarixdə Səbinənin razılığı ilə həmin avtomobili sənədlərində problem olduğunu bildirərək Seyid adlı dostuna satılmışdır. Lakin Seyidin xahişi ilə etibarnamə birbaşa olaraq Səbinənin adından baş etibarnamə əsasında Elvinə verilmişdir. Sonradan isə həmin avtomobil “Muğan Lizinqə” satılmışdır. Həmin alqı-satqı da isə o iştirak etməmişdir. O, həmçinin bildirmişdir ki, 29 yanvar 2022-ci il tarixdə Elçin onun yanına gələn zaman saat 23 radələri olardı hava da qaranlıq olduğu üçün Şahidin adından danışan şəxsin kim olması dəqiq yadında qalmamış, həmin şəxsin Anar olub-olmamasını bilməmiş və daha çox Elçin ilə söhbət etmişdir. Anar və bütün tanışlarının həmin gün sərbəst hərəkət etmək imkanları olmuşdur, Elçin özü təkidlə Anarı onun evinə gətirmiş, Nicatla olan səs yazıları da Nicatın avtomobili könüllü olaraq verməsini sübut edir. Həmçinin, o və İlqar Sadiq adlı şəxsin Şahidin dələduzluğu barədə məlumatlandırıb sonuncunun pozulmuş hüquqlarını müdafiə etməsinə köməklik etmişlər. Sadiq özü ona Nərimanov Polis İdarəsinə şikayət etməsi barədə məlumat vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid6 oğlu onun tanışıdır. O, avtomobilə ehtiyacı olduğunu əvvəlcədən Elgizə bildirmişdir ki, münasib bir avtomobil olduqda ona xəbər versin. Belə ki, 2022-ci ilin fevral ayının əvvəllərində Elgiz ona əlində “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması barədə məlumat vermiş və münasib qiymətə ona sata biləcəyini demişdir. Həmin vaxt Elgiz ona həmçinin bildirdi ki, avtomobilin sənədlərində problem olsa da, rəsmi dövlət orqanlarında alqı-satqı ilə bağlı hər hansı qadağa yoxdur. Elgiz ona həmin avtomobil dostu Zərərçəkmiş şəxs8 Şahid adlı şəxs tərəfindən qanunsuz olaraq satıldığını izah etmişdir. O da həmin vaxt avtomobilə ciddi ehtiyacı olduğundan və işə gəlib-getməyə avtomobili olmadığından həmin avtomobili sənədlərində problem olmasına baxmayaraq, almaq qərarına gəlmişdir. Odur ki, 2022-ci ilin fevral ayının 03–də Zərərçəkmiş şəxs8 oğlu Səməndərlə birlikdə Sumqayıt RPİ və TBŞ-da avtomobili mülkiyyətinə keçirib 19500 manata satın almışdır. Lakin, daha sonra Elgiz ona avtomobili satmaq üçün etibarnamə vermək lazım olduğunu demiş, o da xx.xx.2022-ci il tarixdə Elgizin iştirakı ilə sonuncunun tanışlarından birinə etibarnamə vermiş, həmin şəxsin kim olması, eləcə də avtomobilin sonradan hansı qaydada alqı-satqı edilməsi barədə məlumatı yoxdur. Həmin gün Elgiz ona 19500 manat pulunu tam şəkildə vermiş və avtomobildən bir daha xəbəri olmamışdır. Buna görə də o, rayon prokurorluğunda aparılan araşdırma üzrə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 tanımır, onlarla heç bir əlaqəsi olmamışdır. Şahid6 onun tanışıdır. “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobili Elgizin vasitəsilə almışdır. Elgiz əvvəlcədən ona həmin avtomobilin sənədlərində problem olduğunu, lakin alqı-satqı zamanı hər hansı qadağa olmadığını bildirmişdir. 2022-ci ilin fevral ayının 03–də Zərərçəkmiş şəxs8 oğlu Səməndərlə birlikdə Sumqayıt RPİ və TBŞ-da avtomobili mülkiyyətinə keçirib 19500 manata satın almışdır. Avtomobilin benzin sərfiyyatı çox olduğuna görə satmaq qərarına gəlmişdir. Elgizin vasitəsilə həmin avtomobili satmaq üçün Elgizin tanışlarından birinə etibarnamə vermişdir. Elgiz ona 19500 manat pulunu tam şəkildə vermişdir. Hazırki cinayət işi üzrə ona heç bir ziyan dəyməmişdir, ona görə də şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, lakin adını eşitmişdir. Belə ki, oğlu Anar Şahidin yanında işləyir və Şahidin taksi fəaliyyəti ilə məşğul olması üçün istifadəyə verdiyi maşınlara nəzarət edərək ona kömək etmişdir. Anar ilk əvvəl Şahidin yanında işə düzələn zaman özü də taksi sürmüş, daha sonra isə Şahid onu köməkçi kimi ofisində işə götürmüşdür. Təqsirləndirilən şəxs1 əyani olaraq təxminən 5 ay öncə tanımış, 2021-ci ilin fevral ayının əvvəllərində o, evdə ailə üzvləri ilə birlikdə olarkən saat təxminən gecə 23:00 radələrində Anar ona zəng edərək Corat qəsəbəsində olduğunu və bir probleminin olduğunu deyərək onu yanına çağırmışdır. O, Anardan nə baş verdiyini soruşanda Anar maşın məsələsi olduğunu bildirərək dərhal onun olduğu yerə getməyini istəmişdir. O da böyük oğlu Aydınla birlikdə evdən çıxmış, daha sonra yaşadığı ünvandan bir qədər aralıda yaşayan qardaşı Aqili də götürmüşdür. Anar həmin vaxt əmisi Aqilə də zəng edərək vəziyyəti barədə bildirmiş, onu Şahidin maşınına görə saxladıqlarını, ondan pul istədiklərini demişdir. Onlar maşınla Corat qəsəbəsi istiqamətində gedəndə qardaşı Aqil bu barədə maşında onlara bildirmişdir. Gecə saat 01:00 radələrində onlar Anarın dediyi ünvana çatmışlar. O, 3 mərtəbəli villanın yerləşdiyi həyətə daxil olanda orada təxminən 6-7 nəfər cavan uşaqlar görmüş, daha sonra həmin adamlar onlara hara qalxmalı olduqlarını demişlər. O, oğlu Aydın və qardaşı Aqillə birlikdə evin 2-ci mərtəbəsinə qalxmış, orada onları bir otağa salmışlar. Anar da həmin otaqda olmuşlar, həmin vaxt orada Anarın əliniqolunu bağlamasalar da ona nəzarət edimişlər. Onlar həmin otağa daxil olandan sonra həyətdə dayanmış uşaqlar da yuxarı çıxmışlar. Onlardan başqa otaqda təxminən 10 nəfər adam olmuşdur. O, həmin şəxslərin hamısı ilə əl verib görüşmüş, həmin şəxslər də bir-bir adlarını onlara demişlər. Həmin şəxslərdən heç birini tanımamışdır. Masanın başında oturan kök bir adam özünü Elgiz kimi təqdim etmiş, onlarla danışmağa başlamış, o, Elgizdən Anarın orada saxlanılmasının səbəbini soruşmuşdur. Elgiz ona Anarın saxta sənədlə maşın satdığını bildirmişdir. O, həmin şəxslərə «maşını Anar sata bilməz, çünki onun maşını yoxdur» deyə bildirməklə, həmin maşını Şahidin onlara satdığını bildirmişdir. Elgiz isə maşını Anarın gətirdiyini bildirmişdir. O, Anarın Şahidin işçisi olduğunu, Şahid hara deyərsə Anar maşını ora sürüb apardığını bildirmiş, Elgiz isə Anara maşına görə 5000 manat pul verdiklərini bildirmişdir. O, Elgizə Anarın, Şahidin işçisi olduğuna görə, pulu aparıb Şahidə verdiyini, Anarın bu məsələlərdən xəbərinin olmadığını bildirmişdir. Həmin şəxslər ona Şahidi tapa bilmədiklərini, buna görə də Anarı orada saxlayacaqlarını, maşına görə Şahidə verdikləri 11000 manat pulun həmin gün onlara çatmalı olduğunu, əks təqdirdə Anarı heç yerə buraxmayacaqlarını bildirmişlər. O, Elgizə Anarı buraxmasını, Şahidi tapıb gətirəcəklərini, məsələni onunla həll etmələrini bildirsə də, Elgiz və digərləri buna razı olmamışlar. Onlar bir qədər də söhbət etmişlər və həmin şəxslərə pul çatmasa Anarı buraxmayacaqlarını qəti şəkildə bildirdiklərinə görə Anar məcbur olub dostu Nicata zəng edərək maşınla bağlı probleminin olmasını deməklə, maşınını onların olduqları ünvana gətirməsini istəmişdir. Bundan əvvəl Anar digər dostu Təbrizə zəng etmiş və Təbriz Anarın evdə olan 1850 manat pulunu götürüb həmin ünvana gəlmişdir. Təbriz gələn vaxt artıq onlar orada olmuşlar və o, Təbrizin 1850 manat pulu Elgizə verməsinin şahidi olmuşdur. Lakin Elgiz bundan sonra da pulun az olduğunu, onlara 11000 manat çatmalı olduğunu bildirmişdir. O isə həmin pulu düzəltməyə imkanının olmadığını bildirmişdir. Anarın zəng etdiyi dostu Nicat özünə məxsus «Toyota Prius» markalı maşını saat təxminən 04:00 radələrində həmin ünvana gətirmişdir. Daha sonra onlar Anarla birlikdə evdən çıxaraq həyətə düşmüşlər, bu zaman Elgizə maşını gətirib qoyduqlarına görə Anarın verdiyi 1850 manat pulu qaytarmaqlarını bildirmiş, Elgiz isə ona həmin pulun saxta sənədin pulu olduğunu bildirməklə pulu qaytarmayacaqlarını qeyd etdi. Daha sonra o, yenidən onlara 11000 manat pul istədiklərinə görə «Toyota Prius» maşını girov qoyduqlarını, buna görə həmin saxta sənədlə satılan Şahidin maşınını onlara qaytarmasını bildirmişdir. Həmin şəxslər isə maşını da onlara verməmiş və avtobili qaytarmağın yalnız Şahidin özü gəldikdən sonra mümkün olduğunu bildirmişdir. Həmçinin, həmin vaxt mobil telefonla Nicatın gətirdiyi maşına etibarnamə ala bilmədiklərinə görə, Anara səhərisi gün gəlib maşını onların adına qeydiyyata keçirməyi tapşırmışlar. Onlar təxminən səhər saat 06:00 radələrində oradan çıxmışlar, saat 09:00 radələrində isə Anar Nicatla notariusa gedərək sonuncunun girov qoyduğu maşını həmin şəxslərdən İlqar adlı şəxsin adına keçirmişdir. Bundan başqa onun Təqsirləndirilən şəxs1 qanunsuz olaraq özgə əmlakını mənimsəməsindən və ayrı-ayrı şəxslərə qarşı etdiyi dələduzluq əməllərindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 elə də yaxşı tanımır, Şahidin saxta etibarnamə ilə maşın satmasından oğlu Anarın Elgiz və digər şəxslər tərəfindən saxlanıldıqdan sonra xəbər tutmuşdur. Təqsirləndirilən şəxs1 tərəfindən oğlu Təqsirləndirilən şəxs2 adına Hacıqabul rayon Notariat Ofisində qanunsuz olaraq nəqliyyat vasitələrinə sərəncam verilməsi barədə etibarnamələr almasından məlumatı olmamışdır. Bu barədə cinayət işi başlanıldıqdan sonra istintaq zamanı öyrənmişdir. Ondan əvvəl isə Anarın adına qanunsuz etibarnamə alınmasından xəbəri olmamışdır. Oğlu Təqsirləndirilən şəxs2 Corat adlanan ərazidə bir qrup şəxs tərəfindən saxlanılması və ondan pul tələb edilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməmişdir. Həmin hadisə zamanı Anarı evdə saxlayan şəxslərin onu döymələrindən onun bir neçə gün sonra məlumatı olmuşdur. Bu barədə Anar ona əvvəllər bir söz deməmişdir. Əgər oğlu Anarın onu saxladığı şəxslər tərəfindən döyüldüyünü bilsə idi, bu barədə şikayət edərdi. O, Anarı Corat adlanan ərazidə saxlayan və ondan pul tələb edən şəxslərdən heç birini tanımır, ora gedən zaman onlarla tanış olmuş, həmin şəxslərdən onunla ən çox söhbət edən Elgiz və İlqar adında şəxslər olmuşdur. Elgiz kök, orta yaşlı biri, İlqar isə uzun ağbəniz biri olmuşdur. Məhkəmə iclasında Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun oğludur. O, Təqsirləndirilən şəxs1 şəxsən tanımır, oğlu Təqsirləndirilən şəxs2 onun yanında taksi şirkətində köməkçi kimi işləyirdi. 2021-ci ilin fevral ayının əvvəllərində gecə saat 23 radələrində Anar ona zəng edərək probleminin olduğunu və Corat qəsəbəsinə gəlməyini deyərək yanına çağırmışdır. Orda olduğu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq başqa-başqa şəxslərin əmlaklarını və pullarını mənimsəyərək dələduzluq etmişdir. Şahidi tapa bilmədiklərinə görə də oğlu Anarı saxlamışlar. Orada Anar ona onu saxladıqlarını, buraxmadıqlarını bildirmişdir. O, digər oğlu Aydın və qardaşı Aqillə birlikdə Corat qəsəbəsində yerləşən bağ evinə getmişlər. Ordakı şəxslər adları sonradan ona məlum olan Elgiz və İlqar adlı şəxs pul çatmasa Anarı buraxmayacaqlarını bildirmişlər. Anar da məcbur olub dostu Nicata zəng edərək maşınla bağlı probleminin olmasını deməklə, maşınını onların olduqları ünvana gətirməsini istəmişdir. Nicat özünə məxsus «Toyota Prius» markalı maşını saat təxminən 04:00 radələrində həmin ünvana gətirmişdir. Daha sonra Anar digər dostu Təbrizə zəng etmiş və Təbriz Anarın evdə olan 1850 manat pulunu götürüb həmin ünvana gəlmişdir. Təbriz gələn vaxt artıq onlar orada olmuşlar və o, Təbrizin 1850 manat pulu Elgizə verməsinin şahidi olmuşdur. Oğlu Təqsirləndirilən şəxs2 Corat adlanan ərazidə bağ evində bir qrup şəxs tərəfindən saxlanılması və ondan pul tələb edilməsi barədə hüquqmühafizə orqanlarına məlumat verməmişlər. Anarı gecə saat 06 radələrində oradan götürüb evə gətirmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid14 ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanımır, dostu Anar Seyfullayev maşın alıb taksi fəaliyyəti ilə məşğul olmaq istədiyindən, həmçinin maşınları təmir etdirib satmaq istədiyindən almağa maşın axtarırmış. O, şəhər qeydiyyatında olduğundan Anar həmin maşınları onun adına keçirmək istəmiş, o da razılıq vermişdir. Anar maşın alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs1la tanışları vasitəsilə əlaqə saxlamış, çünki Şahid həmin ərəfədə 3 ədəd «Toyota Prius» markalı maşını satmaq istəmişdir. Bunun üçün dostu Anar Seyfullayev bir gün əvvəl Təqsirləndirilən şəxs1la əlaqə saxlayaraq onun satmaq istədiyi maşınlara baxmışlar. Daha sonra onlar maşının alqı-satqısı üçün razılaşmışlar. Təqsirləndirilən şəxs1 borcları olduğundan Mirsamir Mehdiyev adlı şəxsdən istifadəyə götürdüyü həmin maşınların aylıq icarə pulunu ödəyə bilmədiyini, buna görə də maşınları satmaq istədiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə o, dostu Anarla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinə gedərək «Toyota Prius» markalı **-RY-***, **-RY-***, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri Şahidlə birlikdə gəlmiş Mirsamir Mehdiyev adlı şəxsin mülkiyyətindən onun adına keçirilmişdir. Həmin maşınlar Mirsamirin qanuni mülkiyyətində olan maşınlar olmuş və sənədləri qaydasında olmuşdur. Onlar həmin maşınları tam qanuni şəkildə almışlar. Maşınlar onun mülkiyyətinə keçəndən sonra həmin maşınların hər birinə görə Təqsirləndirilən şəxs1 9800 manat olmaqla ümumilikdə 29400 manat pul vermişlər. Daha sonra onun mülkiyyətində olan həmin maşınların təmir edilməsi üçün və sair xərcləri daxil ümumilikdə 6000 manat xərci çıxmışdır. O, həmin avtomobilləri təmir etdirdikdən sonra onlardan ikisini satmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin maşınlardan «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhər sakini X54 adlı şəxsə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat ofisində sonuncunun adına sərəncam verilməsi haqqında etibarnamə ilə keçirərək, ondan həmin avtomobilə görə 11400 manat alaraq avtomobili satmışdır.1 Daha sonra həmin avtomobillərdən «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində Şahid15 adına sərəncam verilməsi barədə etibarnamə ilə keçirərək, ondan həmin avtomobilə görə 11700 manat alaraq həmin maşını ona satmışdır. «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil isə öz istifadəsində və mülkiyyətində qalmışdır. Həmin maşını istifadə hüququna dair etibarnamə ilə Rüstəm Məmmədzadəyə sürmək üçün vemişdir. Mülkiyyətində olan «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili o, Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə Mirsamir adlı şəxsdən 9800 manata almışdır, daha sonra isə maşının üzərinə təmir edilməsi üçün 2000 manat xərc qoymuşdu. Daha sonra maşını satdığı Şahid15 ona zəng edərək satdığı «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlandığını, həmin maşının qanunsuz olaraq satıldığını, bununla bağlı cinayət işinin araşdırıldığını bildirmişdir. Bundan sonra o, maşınların onlara Təqsirləndirilən şəxs1 tərəfindən qanunsuz olaraq satıldığını anlamışdır. Buna görə də mülkiyyətində olan «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili də xx.xx.2021-ci il tarixdə özü aparıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinin avtomobil duracağına gətirərək təhvil vermişdir. Mülkiyyətində yalnız «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuş və ona həmin maşına görə dəymiş zərər 11800 manat təşkil edir. Bundan başqa, Mirsamir Mehdiyevdən aldığı «Toyota Prius» markalı **-RY-***, **-RY-***, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dələduzluq yolu ilə qanunsuz olaraq satılması barədə məlumatı olmamışdır. Həmin avtomobilləri o Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə Mirsamir Mehdiyevdən qanuni olaraq alaraq öz mülkiyyətinə keçirmişdir. Həmin maşınların qanunsuz olaraq bir neçə şəxsə satılmasından onun əvvəldən məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1 tanımamış, sadəcə maşını alarkən Polis İdarəsində görmüşdür. Qeyd etdiyi kimi, Şahidi dostu Anar tanışları vasitəsilə maşın almaq istədiyi üçün tapmışdır, Anarın da Şahidin qanunsuz olaraq maşınları satmasından məlumatı olmamışdır. «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması və ona çəkdiyi xərclərlə birlikdə ona ümumilikdə 11800 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Şahid14 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər nə Təqsirləndirilən şəxs1, nə də Təqsirləndirilən şəxs2 tanımamışdır. Maşın alqısatqısı zamanı dostu Anar Seyfullayev vasitəsilə Təqsirləndirilən şəxs1la tanış olmuşdur. Təqsirləndirilən şəxs1 borcları olduğundan Mirsamir Mehdiyev adlı şəxsdən istifadəyə götürdüyü 3 ədəd «Toyota Prius» markalı maşınların aylıq icarə pulunu ödəyə bilmədiyini, buna görə də maşınları satmaq istədiyini bildirmişdi. xx.xx.2021-ci il tarixdə o dostu Anarla birlikdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinə gedərək orada «Toyota Prius» markalı **-RY-***, **-RY-*** və **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilləri Şahidlə birlikdə gəlmiş Mirsamir Mehdiyev adlı şəxsin mülkiyyətindən onun adına keçirtmişlər. Maşınların hər birinə görə Təqsirləndirilən şəxs1 9800 manat olmaqla ümumilikdə 29400 manat pul vermişdir. Daha sonra onun mülkiyyətində olan həmin maşınların təmir edilməsi üçün və sair xərcləri daxil ümumilikdə 6000 manat xərci çıxmışdır. O, həmin avtomobilləri təmir etdirdikdən sonra «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhər sakini X54 adlı şəxsə, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat ofisində sonuncunun adına sərəncam verilməsi haqqında etibarnamə ilə keçirərək, ondan həmin avtomobilə görə 11400 manat pul alaraq avtomobili ona satmışdır. Digər «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində Şahid15 adına sərəncam verilməsi barədə etibarnamə ilə keçirərək, ondan həmin avtomobilə görə 11700 manat alaraq həmin maşını ona satmışdır. «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil isə öz istifadəsində və mülkiyyətində qalmışdır. Həmin maşını o, Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə Mirsamir adlı şəxsdən 9800 manata almışdır, daha sonra isə maşının üzərinə təmir edilməsi üçün 2000 manat xərc qoymuşdur. Təqsirləndirilən şəxs1 vasitəçiliyi ilə Mirsamir Mehdiyevdən aldığı «Toyota Prius» markalı **-RY-***, **-RY-***, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dələduzluq yolu ilə qanunsuz olaraq satılması barədə əvvəlcədən məlumatı olmamışdır. «Toyota Prius» markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması və ona çəkdiyi xərclərlə birlikdə ona ümumilikdə 11800 manat maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid23 ifadəsində göstərmişdir ki, o, 04 dekabr 1998-ci ildən etibarən Salyan rayonu Dövlət notariat kontorunun notariusu kimi fəaliyyət göstərmiş, 2014-cü ildən etibarən isə Salyan rayonu 2 saylı Notariat ofisinin xüsusi notariusu kimi fəaliyyət göstərir. 25 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin (etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə) rəsmiləşdirilməsi ilə əlaqədar notariusu olduğu Salyan rayon notariat ofisinə müraciət etmişdir. Notariat ofislərinə elektron notariat informasiya sistemi vasitəsilə göndərilən daşınar əmlaka sərəncam verilməsinə dair etibarnamə nümunəsinin şablon forması “Bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydiyyata alınmış bütün daşınar” cümləsi ilə başlayır. Həmin vaxt Təqsirləndirilən şəxs1 təqdim etdiyi istifadə hüququna dair mülki etibarnamə də həmin cümlə ilə başladığına görə notariat ofisinin işçilərində həmin etibarnamənin daşınar əmlaka sərəncam verilməsi ilə əlaqədar olduğu təəsüratı yaratmış, bunun nəticəsində də Şahid tərəfindən Şahid9 veriləcək etibarnamələrin layihələri hazırlanmışdır. Etibarnamənin layihəsini notariat ofisində çalışan işçilərdən biri hazırlamışdır. Həmin işçinin kim olduğunu xatırlamır. Ümumilikdə notariat ofisində rəsmi olaraq İradə Hüseynova, Xalidə Həsənova, Şahid19 adlı işçilər çalışır. Həmin vaxt müraciətlərin çox olması, vətəndaşların müraciətləri ilə əlaqədar çox gəlməsi, hazır sənədlərin qəbulu və təsdiqi işlərinin çox olması səbəbindən o, səhlənkarlıq edərək, etibarnaməni oxumalı olduğu halda Təqsirləndirilən şəxs1 sərəncam hüququna dair etibarnamə almaq üçün təqdim etdiyi daşınar əmlakın istifadəsinə dair mülki etibarnamənin tam mətnini oxumadı və həmin etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə 3 ədəd “Toyota Prius” markalı avtomobilə dair Şahid9 sərəncam verilməsinə dair etibarnamələrin verilməsini təsdiqləmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə də eyni qaydada 1 ədəd “Toyota Prius” markalı avtomobilə dair Təqsirləndirilən şəxs2 sərəncam verilməsinə dair etibarnamənin verilməsini təsdiqləmiş, iş çox olduğundan həmin vaxt etibarnaməni sistemdə yoxlasa da mətnini tam oxumamışdır. Həmin vaxt artıq o, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqdim etdiyi daşınar əmlakın istifadəsinə dair etibarnamə ilə sərəncam hüququnun verildiyi etibarnamələr verdiyi üçün xx.xx.2021-ci il tarixdə də həmin etibarnaməni oxumadan Təqsirləndirilən şəxs2 inanıb və yenidən 01 ədəd avtomobilə dair sərəncam verilməsinə dair etibarnaməni təsdiq etmişdir. Eləcə də, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 01 ədəd “Toyota Prius” markalı avtomobilə dair Təqsirləndirilən şəxs2 qanunsuz olaraq sərəncam verilməsinə dair etibarnaməni Salyan rayon Notariat ofisindən almışdır. Lakin, o, həmin etibarnamələrin təsdiq olunması üçün Şahid də daxil olmaqla, heç bir şəxsdən pul almamışdır. O, təxminən noyabr ayının axırlarında Təqsirləndirilən şəxs1 aldığı bu etibarnamələrin qanunsuz olduğunu bilmişdir. Bunu ona Hacıqabul rayonunda fəaliyyət göstərən xüsusi notarius Şahid20 demişdir, həmin vaxta qədər etibarnamələrin qanunsuz olduğunu bilməmişdir. Daha sonra bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs5 adlı şəxsin şikayət etdiyini və Hacıqabul rayon prokurorluğunda araşdırma aparıldığını öyrənmişdir. O, həmin etibarnamələri qanunsuz olaraq versə də, bunu işlərin çoxluğundan və mülki etibarnamənin mətnini tam oxumadığı üçün vermişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi mülki etibarnamədə “Bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydiyyata alınmış bütün daşınar əmlak” sözləri ilə başladığına görə onda həmin etibarnamənin sərəncam hüququna dair etibarnamə olması təəssüratı yaratmış, bu səbəbdən yanılmış və həmin avtomobillərə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamənləri təsdiqləmişdir. O, həmçinin Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 17-ci hissəsinə əsasən, notariat hərəkətləri apararkən hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edirlər. Etibar edilmiş etibar etmə Təlimatın 41-ci hissəsinə əsasən, əqd nümayəndə tərəfindən bağlandıqda notariuslar onların səlahiyyətlərini yoxlayırlar. Nümayəndənin səlahiyyəti onların adına verilmiş etibarnamə ilə təsdiq edilir. Nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə barədə məlumat “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə edildiyi halda (etibarnamə üzrə səlahiyyətlər bütünlüklə digər şəxslərə ötürüldüyü hal istisna olmaqla) həmin etibarnamənin nümayəndə tərəfindən təqdim edilməsi tələb olunmur. Nümayəndənin səlahiyyəti “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılır. Eyni zamanda Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 etibarnamə verilərkən Zərərçəkmiş şəxs5 Notariat Ofisinə gəlməsinə ehtiyac olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 25 oktyabr 2021-ci il tarixdə müraciət etmiş və o, Şahidin etibarnaməsini təsdiq edib verdiyindən, 28 oktyabr 2021-ci il tarixdə və 05 noyabr 2021-ci il tarixdə müraciət edərkən də sonuncunun etibarnaməsinin eyni məzmunlu olduğunu düşünüb həmin etibarnaməni oxumadan təsdiq etmişdir. Həmin etibarnamələrin verilməsi qanunsuz olmuş, onun səhlənkarlığından baş vermiş, məsuliyyəti də onun üzərinə düşür. Bundan başqa, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə Salyan rayon 2 saylı notariat ofisində olmuş, həmin dövrdə istifadəsində ***-***- **-** saylı sim kart olub və Təqsirləndirilən şəxs1 qanunsuz etibarnamələr müqabilində maddi və sair nemət tələb etməmişdir. Məhkəmə iclasında Şahid23 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin rəsmiləşdirilməsi ilə əlaqədar notariusu olduğu Salyan rayon notariat ofisinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqdim etdiyi daşınar əmlakın istifadəsinə dair etibarnamə ilə 3 ədəd “Toyota Prius” markalı avtomobilə dair Şahid9 sərəncam verilməsinə dair etibarnamələrin verilməsini o təsdiqləmişdir. xx.xx.2021-ci il tarixdə də Təqsirləndirilən şəxs1 təqdim etdiyi daşınar əmlakın istifadəsinə dair etibarnamə ilə 1 ədəd “Toyota Prius” markalı avtomobilə dair Təqsirləndirilən şəxs2 sərəncam verilməsinə dair etibarnamənin verilməsini də o təsdiqləmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqdim etdiyi daşınar əmlakın istifadəsinə dair etibarnamə ilə sərəncam hüququnun verildiyi etibarnamələr verdiyi üçün xx.xx.2021-ci il tarixdə də həmin etibarnaməni oxumadan Təqsirləndirilən şəxs2 inanıb və yenidən 01 ədəd avtomobilə dair sərəncam verilməsinə dair etibarnaməni təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 01 ədəd “Toyota Prius” markalı avtomobilə dair Təqsirləndirilən şəxs2 qanunsuz olaraq sərəncam verilməsinə dair etibarnaməni Salyan rayon Notariat ofisindən almışdır. Notariat ofisində rəsmi olaraq İradə Hüseynova, Xalidə Həsənova, Şahid19 adlı işçilər çalışır. Etibarnamələrin tərtib edilməsi İradə Hüseynova, Xalidə Həsənova, Şahid19 adlı işçilərin vasitəsilə həyata keçirilir. Onların bu məsələ ilə bağlı hər hansı məsuliyyəti yoxdur. Çünki etibarnamənin məzmunun tərtib edilməsi kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq o, özü etibarnaməyə baxaraq onun əsasında sərəncam verilməsinə dair etibarnamənin hazırlanıb-hazırlana bilməyəcəyini bildirir. Təqsirləndirilən şəxs1 etibarnamələr verilərkən işlərinin çoxluğundan o səhlənkarlıq edərək, Şahidin təqdim etdiyi mülki etibarnaməni sona kimi oxumamış, başlıq hissəsinə baxaraq həmin etibarnamə ilə daşınar əmlaka dair bütün hüquqların ötürüldüyünü zənn etmiş, buna görə də həmin etibarnaməni tez bir şəkildə təsdiqləyib vermişdir. Təqsirləndirilən şəxs1 25 oktyabr 2021-ci il tarixdə müraciət etmiş və o, Şahidin etibarnaməsini təsdiq edib verdiyindən, 28 oktyabr 2021-ci il tarixdə və 05 noyabr 2021-ci il tarixdə müraciət edərkən də sonuncunun etibarnaməsinin eyni məzmunlu olduğunu düşünüb həmin etibarnaməni oxumadan təsdiq etmişdir. Həmin etibarnamələrin verilməsi qanunsuz olmuş, onun səhlənkarlığından baş vermiş, məsuliyyəti də onun üzərinə düşür. Təqsirləndirilən şəxs1 qanunsuz etibarnamələr müqabilində maddi və sair nemət tələb etməmişdir. Xalidə Həsənova adlı işçimiz də bu hadislərdən 2 ay əvvəl işə götürülmüşdür. Təqsirləndirilən şəxs1 onun təcrübəsizliyindən istifadə edib etibarnamə üçün ona müraciət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid20 ifadə verərək bildirmişdir ki, o, 17 aprel 2017-ci ildən etibarən Hacıqabul rayonunda xüsusi qaydada notariat fəaliyyətini həyata keçirir. 26 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin (etibar edilmişi başqasına etibar etmə qaydasında verilən etibarnamə) rəsmiləşdirilməsi ilə əlaqədar notariusu olduğu Hacıqabul rayon notariat ofisinə müraciət etmişdir. Notariat ofislərinə elektron notariat informasiya sistemi vasitəsilə göndərilən daşınar əmlaka sərəncam verilməsinə dair etibarnamə nümunəsinin şablon forması “Bu etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus rəsmi reyestrlərdə qeydiyyata alınmış bütün daşınar” cümləsi ilə başlayır. Həmin vaxt Təqsirləndirilən şəxs1 təqdim etdiyi istifadə hüququna dair mülki etibarnamə də həmin cümlə ilə başladığına görə notariat ofisinin işçilərində həmin etibarnamənin daşınar əmlaka sərəncam verilməsi ilə əlaqədar olduğu təəssüratı yaratmış, bunun nəticəsində də Şahid tərəfindən Təqsirləndirilən şəxs2 veriləcək etibarnamələrin layihələri hazırlanmışdır. Etibarnamənin layihəsini deyəsən notariat ofisində müqavilə üzrə könüllü olaraq haqqı ödənilmədən çalışan Şahid21 hazırlamışdır. Bundan başqa notariat ofisində rəsmi olaraq Firəngiz və Qızyetər adlı işçilər də çalışır. Həmin vaxt müraciətlərin çox olması, hazır sənədlərin qəbulu və təsdiqi, o cümlədən vərəsəlik işi ilə bağlı vətəndaşların çox olması səbəbindən o səhlənkarlıq edərək, etibarnaməni oxumalı olduğu halda Təqsirləndirilən şəxs1 sərəncam hüququna dair etibarnamə almaq üçün təqdim etdiyi daşınar əmlakın istifadəsinə dair mülki etibarnamənin tam mətnini oxumamış və həmin etibarnamə əsasında xx.xx.2021-ci il tarixdə 3 ədəd “Toyota Prius” markalı avtomobilə dair sərəncam verilməsinə dair etibarnamələrin verilməsini təsdiqləmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə də eyni qaydada 1 ədəd “Toyota Prius” markalı avtomobilə dair sərəncam verilməsinə dair etibarnamənin verilməsini təsdiqləmişdir. İş çox olduğundan o, həmin vaxt etibarnaməni sistemdə yoxlasa da mətnini tam oxumamışdır. Həmin vaxt artıq o xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 təqdim etdiyi daşınar əmlakın istifadəsinə dair etibarnamə ilə sərəncam hüququnun verildiyi etibarnamələr verdiyi üçün xx.xx.2021-ci il tarixdə də həmin etibarnaməni oxumadan yenidən 01 ədəd avtomobilə dair sərəncam verilməsinə dair etibarnaməni təsdiq etmişdir. Lakin o, həmin etibarnamələrin təsdiq olunması üçün Şahid də daxil olmaqla, heç bir şəxsdən pul almamışdır. Təxminən 10-15 gün sonra Zərərçəkmiş şəxs5 adlı şəxs onun istifadəsində olan mobil nömrəmə zəng edərək baş vermiş hadisə barədə məlumat verib ondan hər bir etibarnaməni təsdiq etmək üçün Şahid və Anardan 250 (iki yüz əlli) manat pul alıb-almadığını soruşmuş, o da ona etibarnaməni verdiyi şəxsi- Şahidi tanımadığını və Şahidi çağırıb onun iştirakı ilə görüşüb bu məsələyə birlikdə aydınlıq gətirməyi təklif etmişdir. Fərrux isə Şahid olmadan görüşmək istədiyini bildirmiş, o da onunla razılaşmışdır. Fərruxla danışdıqdan sonra o “Elektron Notariat” İnformasiya sistemindən Şahidin nömrəsini taparaq ona zəng etmişdir. Şahidlə əlaqə saxlayaraq əvvəl Şahidlə Bakı şəhərində “Luxor” adlı bir restoranda görüşmüşdür. Onlar görüşərkən nə üçün belə iş gördüyünü soruşmuş,Şahid ona pula ehtiyacı olduğu üçün belə bir əməl etdiyini, bunun üçün hər hansı bir şəxsə pul vermədiyini, 4 ədəd avtomobil üçün 28000 (iyirmi səkkiz min) manat Fərruxdan pul aldığını, avtomobillərin Fərruxun mülkiyyətinə keçirilməsi ilə bağlı sənədləşmə işlərinin həyata keçirilməsi üçün isə əlavə olaraq Fərruxdan 2000 (iki min) manat aldığını, Fərruxla aralarında olan razılaşmaya əsasən, oktyabr ayından etibarən 15 ay hər avtomobil üçün 750 manat verməyi və 15 ayın sonunda avtomobillərin onun mülkiyyətinə keçəcəyi ilə bağlı Fərruxla razılığa gəldiklərini bildirmişdir. Şahidlə görüşdükdən sonra Fərruxla görüşmüş, Fərrux ona “Mobil Notariat” proqramı vasitəsilə yoxladıqda həmin avtomobillərin mülkiyyətində olmadığını, Şahid tərəfindən avtomobillərinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamənin Anar adlı şəxsə verildiyini öyrəndiyini, daha sonra Anarın həmin avtomobilləri Mirsamir adlı şəxsə satdığını, həmin etibarnamələri onun təsdiq etdiyini, bununla da ona maddi ziyan dəydiyini, maddi ziyanın Şahid tərəfindən ödənilmədiyini, buna görə onun tərəfindən ödənilməsini istədiyini bildirmişdir. O da Fərruxun onun zəngindən sonra bu barədə məlumatımın olduğunu, onun səhlənkarlığı nəticəsində bu halın baş vermiş olduğunu, bunun üçün hər hansı bir şəxsdən pul almadığını bildirərək həmin avtomobilləri yenidən onun mülkiyyətinə keçirməyi təklif etmiş, lakin Fərrux ona avtomobilləri istəmədiyini, onun pulunu istədiyini bildirmişdir. İlk olaraq Fərrux ondan ümumilikdə 53000 (əlli üç min) manat pul istəmişdir, onunla razılaşmadığını gördükdə məbləği azaldaraq ondan 35000 (otuz beş min) manat pul verməyini istəmişdir. Onunla görüşdükdən sonra Şahidə zəng edərək bunu Şahidə bildirmişdir. Səhəri gün Şahid ona zəng edib 20000 manat düzəldə bildiyini, 15000 (on beş min) manatı isə onun qoymağını istəmişdir. O da Şahidə həmin pulun üzərinə 3000-4000 manat qoyduğunu, həmin pulu Anarın avtomobilləri satdığı şəxsə - Mirsamirə verməklə avtomobilləri onun adından çıxarıb Fərruxun adına keçirilməsini təklif etmişdir. Şahid onunla razılaşmışdır. Daha sonra Fərruxla əlaqə saxlayıb bunu Fərruxa bildirsə də onunla razılaşmamış və ona 35000 manat pulun verilməsini təkidlə istəməyə davam etmişdir. Bundan sonra Fərrux sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamələri təsdiq etdiyinə görə ondan aidiyyatı qurumlara şikayət edəcəyi ilə bağlı onu hədələməyə başlamışdır. O, Fərruxa bunu bilərəkdən etmədiyini, etibarnamələrin mətnini tam oxumadan onları təsdiq etdiyini, səhlənkarlığı nəticəsində belə bir halın yarandığını, bunun üçün Şahiddən və ya başqa hər hansı bir şəxsdən pul almadığını bildirərək avtomobillərin onun adına keçirilməsini yenidən təklif etmişdir. Lakin bütün bunlara baxmayaraq Fərrux onunla razılaşmayaraq ondan bir sıra qurumlara şikayət etmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 etibarnamə verilərkən Zərərçəkmiş şəxs5 Notariat Ofisinə gəlməsinə ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs1 adından Təqsirləndirilən şəxs2 etibarnamə verilərkən Notariat ofisində etibarnamələrin hazırlanması işi ilə aparıcı mütəxəssis işləyən Şahid22 və könüllü şəkildə köməkçi olaraq işləyən Şahid21 məşğul olmuşdur. Etibarnamənin məzmunun tərtib edilməsi kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq o etibarnaməyə baxaraq onun əsasında sərəncam verilməsinə dair etibarnamənin hazırlanıb-hazırlana bilməyəcəyini bildirir. Təqsirləndirilən şəxs1 həmin etibarnamələr verilərkən işlərinin çoxluğundan o səhlənkarlıq edərək, Şahidin təqdim etdiyi mülki etibarnaməni sona kimi oxumamış, başlıq hissəsinə baxaraq həmin etibarnamə ilə daşınar əmlaka dair bütün hüquqların ötürüldüyünü zənn etmiş, buna görə də həmin etibarnaməni tez bir şəkildə təsdiqləyib vermişdir. Həmçinin Təqsirləndirilən şəxs1 26 oktyabr 2021-ci il tarixdə müraciət etdiyi və o etibarnaməni təsdiq edib verdiyindən, 29 oktyabr 2021-ci il tarixdə müraciət edərkən də onun etibarnaməsinin eyni məzmunlu olduğunu düşünüb həmin etibarnaməni oxumadan təsdiq etmişdir. Həm 26 oktyabr, həm 29 oktyabr 2021-ci il tarixlərdə etibarnamələri təsdiq edərkən Fərrux tərəfindən Şahidə verilmiş etibarnamənin ümumi etibarnamə olduğunu zənn etmişdir. Həmin etibarnamələrin verilməsi qanunsuz idi və onun səhlənkarlığından olmuşdur, məsuliyyəti onun üzərinə düşür. Həmçinin qeyd etmək istəyir ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 verdiyi etibarnamənin başlığı daşınar əmlaka sərəncam verilməsinə dair etibarnamələrin başlığı kimi olduğundan həmin etibarnamədə sərəncam hüququnun olduğunu zənn edib etibarnaməni sona qədər oxumamışdır. Ona görə də Şahid tərəfindən Təqsirləndirilən şəxs2 həmin avtomobillərə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamələrin verilməsi üçün onları təsdiq etmiş, həmin etibarnamələri təsdiq etmək üçün Təqsirləndirilən şəxs1 və ya başqa hər hansı bir şəxsdən pul almamışdır. Fərrux ondan etibarnamələri təsdiq etmək üçün Anar və Şahiddən pul alıb-almadığını soruşmuş, o da həmin etibarnamələri onların mətni ilə tanış olmadan təsdiq etdiyini, bunun müqabilində pul almadığını ona bildirdi, etibarnamələri Hacıqabul rayonu Notariat Ofisində olarkən təsdiq etmişdir. O, Fərruxla danışarkən bildirmişdir ki, Şahidə verilmiş etibarnamənin başlığının daşınar əmlaka sərəncam verilməsinə dair etibarnamə nümunəsinin şablon formasının başlığı kimi olduğundan onun ümumi etibarnamə olduğunu zənn etmiş və sona kimi oxumamıdır. Eyni zamanda o, zərərin Şahid tərəfindən ödənilməsini təmin edəcəyini bildirmişdir. Lakin Şahid Fərruxa vurmuş olduğu ziyanı tam qarşılamadığı üçün o Şahidlə razılığa gəlib avtomobillərin yenidən Fərruxun adına keçirilməsini təklif etmiş, lakin Fərrux bu təklifilə razılaşmayaraq ondan bir sıra orqanlara şikayət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, hazırda Dövlət Neft və Sənayə Universitetinin Kimya texnologiyaları fakültəsində təhsil alır. 2022-ci ilin yanvar ayının sonlarında avtomobil almaq istədiyini atasına bildirmişdir. Atası da ona avtomobil alqı-satqısı ilə məşğul olan dostu Elgizə bu barədə deyib münasib qiymətə qeyd etdiyi avtomobildən olduğu təqdirdə məlumat verməsini istəmişdir. Bir neçə gün sonra Elgiz atasına zəng edib Elçin adlı avtomobil alverçisi olan tanışında münasib bir avtomobil olduğunu bildirmişdir. 28 yanvar 2022-ci il tarixdə atası Elgizi yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, Səttar Əliyev küçəsində tikilməkdə olan evin yaxınlığında tanışı Elçinin ora gətirdiyi “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış etdikdən sonra avtomobili almaq qərarına gəlmişlər. Həmin vaxt atasından eşitmişdir ki, avtomobil guya Şahidin anası olan Roza Bayramovaya məxsusdur və o, ağır xəstə olduğundan avtomobili təcili satmaq istəyirlər. Həmin avtomobili onlara Şahidin nümayəndəsi satmışdır. Atası ilə Elgiz həmin avtomobilə görə Şahidin nümayəndəsi ilə 22000 manata razılaşmışlar. Səhəri günü, 29 yanvar 2022-ci il tarixdə atası onun şəxsiyyət vəsiqəsini əslini Elçinə vermiş, Elçin də Elgizə zəng edərək avtomobillə birgə Bakı şəhəri, Qaradağ rayonu Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə gəlməsini istəmişdir. Lakin, Elgizin avtomobili idarə etmək hüququna dair etibarnaməsi olmadığı üçün həmin avtomobilin evakuator xidməti ilə idarəyə çatdırılmasına qərar vermişlər. Bundan sonra saat 15-16 radələrində Elçin və yanındakı şəxslər yenidən Elgizin evinə getmiş və avtomobili, onun qeydiyyat şəhadətnaməsini, onun şəxsiyyət vəsiqəsinin əslini geri qaytarmışlar. Həmin vaxt Elgiz yerdə qalan 17000 manat pulu atasından alaraq Elçinə vermişdir. Alqı-satqı prosesində nə o, nə Elgiz, nə də ki atası iştirak etməmişdir. Bundan sonra atası avtomobili servisdə yoxlatdırdıqdan sonra avtomobilin təmiri üçün xeyli pul lazım olduğunu anlamış, bir-iki gün sonra atası Elgizə zəng edərək həmin avtomobilin xərcinin çox olduğunu, təmir üçün həddən çox pul lazım olduğunu, buna görə həmin avtomobilin ya satılmalı olduğunu, ya da Elçingil tərəfindən xərcinin qarşılanmalı olduğunu bildirmişdir. 31 yanvar 2022-ci il tarixdə Elçinin Elgizə satılması üçün “BMW 750” markalı “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPl-nin Qeydiyyat imtahan idarəsinə alqı-satqısını həyata keçirmək üçün o da həmin idarədə olmuşdur. Orada onu Şahidin nümayəndəsi, yəni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşılayıb onun şəxsiyyət vəsiqəsini alıb rəsmiləşdirmə işlərini başa çatdırmaq üçün isə ondan ümumi məbləğdən əlavə 1500 manat pul almışlar. O da həm şəxsiyyət vəsiqəsini, həm də pulu Şahidə vermişdir. Lakin, həmin gün avtomobilin üzərində cərimə həbsi olduğuna görə alqı-satqının həyata keçirilə bilinməyəcəyini öyrənmişdir. Sonradan öyrənmişdir ki, Şahid həmin gün atasına zəng edərək ümumi məbləğin bir hissəsini onun bank hesabına atmasını istəyir. Atası 2 dəfəyə 6000 manat pulu Şahidin ona göndərdiyi bank kartına göndərmiş və alqı-satqının 01 fevral 2022-ci il tarixdə həyata keçirilməsinə dair razılaşmışlar. 01 fevral 2022-ci tarixdə yenidən Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolunda yerləşən Azərbaycan Respublikası DİNnin BDYPİ-nin Qeydiyyat imtahan idarəsinə getmişdir. O, həmin gün saat 16 radələrinədək qeydiyyat-imtahan idarəsində gözləməli olmuşdur. Lakin həmin gün Şahid onunla bir neçə dəfə əlaqə saxlasa da müxtəlif bəhanələr gətirərək görüşməkdən imtina etmişdir. Atasının sözlərinə görə saat 16 radələrinədək həmin idarədə qalıb alqı-satqı olacağını gözləmişdir. Təxminən saat 17 radələrində atası ona zəng edərək avtomobili evakuatorla Elgizin evinə göndərməyini bildirmişdir. O da həmin avtomobili ora göndərmiş və oradan evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Şahidgil hər iki avtomobilə görə onlara qarşı dələduzluq ediblər. Lakin onların hansı yolla dələduzluq etdiklərindən məlumatlı deyil. Bu söhbətlərdə atası ilə Elgiz iştirak etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid11 ifadə verərək bildirmişdir ki, o, daha çox taksi sürücüsü kimi fəaliyyət göstərsə də, elektrik kimi, obyektlərə kameraların quraşdırılması kimi işlərlə də məşğul olur. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 vasitəsilə tanıyır. Təqsirləndirilən şəxs1 “Bolt” şirkəti ilə əməkdaşlıq edərək, avtomobillər icarəyə götürür və sürücülərinə taksi fəaliyyəti ilə məşğul olması üçün istifadəyə verirdi. O da taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil axtarmışdır. Həmin ərəfədə, yəni 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs1 ofisində olarkən Anarla söhbət zamanı avtomobil axtardığını demiş, Təqsirləndirilən şəxs1 da ona “Prius” markalı avtomobil satdığını bildirmişdir. Şahidlə söhbət etdikdən sonra maşına baxmağa getmiş və ona göstərdiyi "** VJ ***” dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili almaq qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə Şahidlə görüşmüş, Binəqədi rayonunda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X66 İdarəsinə getmişlər, orada Şahidə avtomobilin adına keçirilməsi üçün 8600 (səkkiz min altı yüz) manat pul vermiş, Şahid də ** VJ ***” dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilin onun adına qeydiyyata alınması ilə bağlı şəhadətnaməni gətirib ona vermişdir. O, həmin vaxt heç idarəyə girməmiş, çöldə maşında gözləmiş, Şahid özü nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini hazırlayaraq gətirmişdir. Avtomobilin adına qeydiyyata alınmasına görə o, heç bir yerə qol çəkməmiş, bundan sonra avtomobili idarə etməyə başlamışdır. Təxminən 2 gün sonra ona pul lazım olduğundan həmin avtomobili kreditə salmaq qərarına gəlmiş, arendator dedikləri Akif Salamzadə adlı şəxslə əlaqə saxlayaraq avtomobili kreditə salmaq istədiyini bildirmişdir, Akif Salamzadədən 6000 manat alaraq avtomobili onun adına keçirməklə kreditə salmışdır. Həmin müqavilənin şərtlərinə ggörə həmin avtomobilə görə 700 manat olmaqla 15 ay ona kredit haqqı ödəməli , 15 ayın sonunda isə həmin avtomobil yenidən onun adına keçəcəkdi. Lakin o, cəmi 2 ayın ödənişini edə bilmiş, daha sonra isə Təqsirləndirilən şəxs1 satdığı maşınlarla bağlı cinayət işinin istintaqı aparıldığı üçün həmin maşın ondan götürülmüşdür. Təqsirləndirilən şəxs1 aldığı **-VJ-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilin qanunsuz olaraq satıldığı barədə məlumatı olmamış, həmin avtomobili Təqsirləndirilən şəxs1 qanuni şəkildə almış və xx.xx.2021-ci il tarixdə Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin Baş X66 idarəsində adına qeydiyyata saldırmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 **-VJ- *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili ona saxta mülki etibarnamə ilə satmasından məlumatı olmamışdır. Həmin avtomobili alan zaman heç bir sənədə qol çəkməmiş, Təqsirləndirilən şəxs1 özü bütün işləri həll edib nəqliyyat vasitəsinin adına qeydiyyata alınması ilə bağlı şəhadətnaməni gətirib ona vermişdir. Bunu necə etdiyini bilmir, həmin idarədə işləyən tanışının köməkliyi ilə etmiş ola biləcəyini düşünürmüş və həmin vaxt Fizuli adında keçmiş polis işçisi də orada olmuşdur. Sonradan öyrəndi ki, Şahid işlərini Fizuli ilə həll edirmiş. Məhkəmə iclasına çağırılmış zərərçəkmiş şəxslər X41, Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. Məhkəmə iclasına çağırılmış Şahid1, Şahid7, Şahid9, Şahid10, Şahid12, X33, Şahid15 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, fakta görə CM-in 179.1-ci maddəsi ilə Hacıqabul Rayon Prokurorluğunda ********* nömrəli cinayət işi başlanılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında 18 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-in 178.2.2, 178.2.4 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixli qəraradan görünür ki, ********* nömrəli cinayət işi Abşeron RPl-nin İŞ-nin müstəntiqi polis mayoru X8 28 mart 2022-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs2 ona qarşı dələduzluq etməsinə dair şikayət ərizəsinə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış və icraatına qəbul edilərək istintaq aparılmışdır. xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X19 tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə həmin gün şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-262/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmədiyindən Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X19 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. xx.xx.2022-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X19 tərəfindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmuşdur. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X19 tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X19 tərəfindən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X19 tərəfindən ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 178.2.2 178.2.4 və 179.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilməsi üçün Abşeron rayon prokurorluğu vasitəsilə Bakı şəhəri, Binəqədi rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş cinayət əməllərinin predmeti qismində 5 ədəd Tayota Prius markalı nəqliyyat vasitələri və 1 ədəd “BMW 528 İ” markalı nəqliyyat vasitəsi təşkil etdiyidən məhkəmə hər bir nəqliyyat vasitəsinə aid olan sənədləri ayrı-ayrılıqda qeyd etməyi zəruri hesab edir. “Toyota Prius” **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: AE 155120 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, Toyoto Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “Toyota Prius” minik markalı, **-RY-*** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7061 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi barəsində olsa da, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs3 tərəfindən Şahid9 nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA130478 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 7E-7061 nömrəli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-4735 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da, həmin etibarnamə əsasında Hacıqabul rayon notariat ofisində Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA132281 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli 7E-31510 reyestr nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Şahid14 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli, 725151 saylı etibarnaməyə əsasən Şahid14 tərəfindən Bakı şəhəri 4 saylı notariat kontorunda X20 xx.xx.2022-ci il tarixədək **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli, 7253 saylı etibarnaməyə əsasən X33 tərəfindən Bakı şəhəri 3 saylı notariat kontorunda X21 xx.xx.2022-ci il tarixədək **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. “Toyota Prius” **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: AE 155119 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, Toyoto Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-6181 nömrəli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən Təqsirləndirilən şəxs1 olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobilə dair nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7060 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi barəsində olsa da, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs3 Sadq oğlu tərəfindən Şahid9 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA130475 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 7E-7060 nömrəli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli, 7E-4742 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da, həmin etibarnamə əsasında Hacıqabul rayon notariat ofisində Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA132282 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli 7E-31510 reyestr nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Şahid14 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli, 725151 saylı etibarnaməyə əsasən Şahid14 tərəfindən Bakı şəhəri 48 saylı notariat kontorunda X9 xx.xx.2023-cü il tarixədək **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. “Toyota Prius” **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: AE 155574 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, Toyoto Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs3 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7052 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs3 Sadq oğlu tərəfindən Şahid9 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA130474 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 7E-7052 nömrəli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli, 7E-4741 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** RY *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da, həmin etibarnamə əsasında Hacıqabul rayon notariat ofisində Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA132284 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli 7E-31510 reyestr nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- RY-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Şahid14 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli, 725151 saylı etibarnaməyə əsasən Şahid14 tərəfindən Bakı şəhəri 32 saylı notariat kontorunda Məmmədağa İmaməddin oğluna xx.xx.2022-ci il tarixədək **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. “Toyota Prius” **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: AE 130879 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, Toyoto Prius markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs1 Oqtay oğlu ilə (Zərərçəkmiş şəxs2 əvəzinə) Təqsirləndirilən şəxs1 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7127 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs3 Sadq oğlu tərəfindən Şahid9 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA131097 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VJ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli 7E-7127 nömrəli müqaviləyə əsasən Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli, 7E-4994 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da, həmin etibarnamə əsasında Hacıqabul rayon notariat ofisində Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA132298 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-VJ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli 7E-31510 reyestr nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat ofisində Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs1 sərəncam hüququnun nəzərdə tutulduğu reyestrdə 7E- 42122 nömrəsi ilə qeydə alınmış saxta etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin nömrəsi dəyişdirilərək (**-CF-***) xx.xx.2021-ci il tarixdə Şahid11 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- CF-*** (əvvəlki nömrəsi **-VJ-*** )dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2021-ci il tarixdə X27 mülkiyyətinə keçmişdir. “Toyota Prius” **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: xx.xx.2021-ci il tarixli BB001060 tarixli qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, Toyoto Prius markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs1 Oqtay oğlu ilə (Zərərçəkmiş şəxs2 əvəzinə) Təqsirləndirilən şəxs1 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** OZ *** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli BA120252 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs5 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7285 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, **-OZ-*** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2022-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli BA133253 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-OZ-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli 7E-31510 reyestr nömrəli etibarnamədən görünür ki, Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. Cinayət işinin materialında olan sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat ofisində Zərərçəkmiş şəxs6 tərəfindən Şahid11 sərəncam hüququnun nəzərdə tutulduğu reyestrdə 7E-42122 nömrəsi ilə qeydə alınmış etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Şahid12 mülkiyyətinə keçmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **- OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdə X14 mülkiyyətinə keçmişdir. “Opel Zafira” **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: xx.xx.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Zafira” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil X31 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli X48 tərəfindən X4 verilmiş etibarnamənin surətindən görünür ki, “Opel Zafira” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ötürülmüşdür. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Opel Zafira” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X48 tərəfindən Zərərçəkmiş şəxs10 satılmışdır. BB151165 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Opel Zafira markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs10 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs10 tərəfindən Təqsirləndirilən şəxs1 harada yerləşməsindən aslı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış daşınar əmlakıla əlaqədar AR DİN BDYPİ Qİİ-də, sığorta şirkətlərində imza etmək hüququ ilə təmsil etməyi, adından ərizə ilə müraciət etməyi, əldə edəcəyi nəqliyyat vasitəsini səndləşdirməyi, texniki pasport, dövlət nişanı almağı, nəqliyyat vasitəsini müayinədən keçirməyi, sığorta pulunu almağı, müvəqqəti istifadə və idarə etməklə bağlı digər şəxslərə etibar etməyi etibar etmişdir. xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Opel Zafira” minik markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, həmin etibarnamə əsasında Hacıqabul rayonunda yerləşən notariusda Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. BA129839 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şahadətnaməsinin surətindən görünür ki, Opel Zafira markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən X27 mülkiyyətinə keçmişdir. xx.xx.2021-ci il tarixli X40 tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş etibarnamənin surətindən görünür ki, bu etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. “Toyota Prius” **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: xx.xx.2021-ci il tarixli, BA122749 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Prius markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Zərərçəkmiş şəxs1 mülkiyyətində olmuşdur. Cinayət işinin materialında olan sənəddən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 48 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 Oqtay oğlu tərəfindən X5 hüququnun nəzərdə tutulduğu reyestrdə 7E-42122 nömrəsi ilə qeydə alınmış saxta etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixli 7E-4767 reyestr nömrəli etibarnamədən görünür ki, X22 tərəfindən Şahid13 Bakı şəhəri 18 saylı notariat ofisində sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X7 mülkiyyətinə verilmişdir. “Toyota Prius” **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, BMW 528 Xl markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X15 X1. xx.xx.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW 528 Xl markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil X17 adına qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair verilmiş saxta etibarnamədən görünür ki, X34 ona məxsus olan BMW 528i 99NH649 nəqliyyat vasitəsnə dair sərəncam verilməsinə dair hüquqları Təqsirləndirilən şəxs1 etibar etmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, X17 mülkiyyətində olan BMW 528 Xl markalı, ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən Təqsirləndirilən şəxs1 tərəfindən buna səlahiyyəti olmadığı halda mülkiyyətçisinin iradəsinə zidd olaraq Şahid2 mülkiyyətinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, BMW 528 Xl markalı, ** NH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid2 tərəfindən Şahid3 satılmışdır. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, BMW 528 Xl markalı, ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3 adına dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, BMW 528 Xl markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Şahid3 tərəfindən X23 nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. xx.xx.2022-ci il tarixli, ML-132 nömrəli Lizinq obyektinin alğı-satqı müqaviləsinin surətindən görünür ki, BMW 528 Xl markalı avtomobil Şahid3 vermiş olduğu etibarnamə əsasında X35 tərəfindən Şahid25 MMC-nin mülkiyyətinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, BMW 528 Xl markalı avtomobil Şahid25 MMC tərəfindən X37 lizinqə verilmişdir. “BMW 750” minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair: xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, “BMW 750” minik markalı, ** EY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X29 tərəfindən Zərərçəkmiş şəxs11 satılmışdır. xx.xx.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW 750” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs11 adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli B/2122 nömrəli girov müqaviləsindən görünür ki, “Kredit Servis” Bank olmayan Kredit Təşkilatı ilə Təqsirləndirilən şəxs1 arasında “BMW 750” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilə dair girov müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə “Kredit Servis” Bank olmayan Kredit Təşkilatı arasında B\2122 nömrəli kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1 hər ay 1730 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs11 tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs11 tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Zərərçəkmiş şəxs11 tərəfindən ünvan 10 ünvanlanmış ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs11 25 yanvar 2022-ci il tarixdə müraciət edərək Təqsirləndirilən şəxs1 verdiyi 17 yanvar 2022-ci il tarixli etibarnamənin, 01 fevral 2022-ci il tarixdə isə müraciət edərək 31 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 verilmiş etibarnamənin ləğv edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli sərəncamdan görünür ki, avtomobilə dair girov müqaviləsi xitam edilmiş və avtomobil satışa çıxarılmışdır. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, “BMW 750” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Şahid2 ilə “Kredit Servis” Bank olmayan Kredit Təşkilatı arasında zaminlik müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1013 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 fevral 2022-ci il tarixli, 9/1013 saylı rəyindən görünür ki, “Toyoto Prius” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 14000, “Toyoto Prius” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 12500, "Toyoto Prius" markalı, 10- RY-288 dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 14000, “Toyoto Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 12500 manat olmaqla, ümumilikdə avtomobillərin 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 53000.0 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 9/2510 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Toyoto Prius" markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 12500, “Toyoto Prius” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 11500, “Toyoto Prius” markalı, 10- RY-288 dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 12500, ‘Toyoto Prius” markalı, **- VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 11500 manat olmaqla, 'Toyoto Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 11500 manat olmaqla, “Toyoto Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bir ədədinin və ümumi qiyməti 12500 manat olmaqla, “BMW” markalı 528Xİ minik modelli, **-EY-*** dövlət qeydiyyat nişanlı(Hazırki qeydiyyat nişanı **-PL-***) avtomobilin bir ədədinin və ümumi qiyməti 32500 manat olmaqla, ümumilikdə avtomobillərin 2021-ci ilin oktyabr fevral ayına olan orta bazar qiyməti təxminən 104500,00 manat təşkil edir. Sənədlərin texniki ekspertizasının 23 avqust 2022-ci il tarixli, 5/970 saylı rəyindən görünür ki, təqdim olunmuş AR-İİ № 508864 nömrəli 29 yanvar 2022-ci il tarixli etibarnamənin reproqrafik surətində olan “b)SƏLAHİYYƏTLƏRİ ÖTÜRÜLMÜŞ(lər) /(cəmi 1 nəfər)” bəndində olan hal-hazırki mətnlər və “Etibarnamə üzrə X58 QİZİ” mətndə olan “X58 QİZİ” sözləri ilə montaj edilmişdir. AR-İİ № 544564 nömrəli 06 dekabr 2021-ci il tarixli (2 ədəd) etibarnamələrin reproqrafik surətində olan "Etibarnamə üzrə MEHDİYEV MİRSAMİR RƏFAİL OĞLU tərəfindən verilən səlahiyyətlər” bəndində olan hal-hazırki mətnlər montaj edilmişdir. AR-İİ № 533731 nömrəli 22 dekabr 2021-ci il tarixli etibarnamənin reproqrafik surətində olan “a) ETİBAR EDƏN (lər)/TƏMSİL EDİLƏN (lər) (cəmi nəfər)”, “b)SƏLAHİYYƏTLƏRİ ÖTÜRÜLMÜŞ(lər)/(cəmi 1 nəfər)” bəndində olan hal-hazırki mətnlər və “Etibarnamə üzrə Zərərçəkmiş şəxs1 OQTAY” mətndə olan “Zərərçəkmiş şəxs1 OQTAY" sözləri montaj edilmişdir. AR-İİ № 508864 nömrəli 29 yanvar 2022-ci il tarixli, AR-İİ № 544564 nömrəli 06 dekabr 2021 -ci il tarixli və AR-İİ № 533731 nömrəli 22 dekabr 2021-ci il tarixli etibarnamələrin orijinal nüsxəsi rəqəmsal qurğu (skaner, fotoaparat) vasitəsilə kompüterə köçürülərək qrafik redaktor (məsələn, Adobe Photoshop və sair) proqram təminatından istifadə etməklə “Tədqiqatın nəticəsi”nin 1-3 bəndlərində göstərilən hissələrdə düzəliş edilərək hal-hazırki mətnlər montaj vasitəsilə əlavə olunmaqla sonradan kağız nüsxəsi printerdə çap olunub. Təqdim edilmiş etibarnamələrin surətlərində montajlardan əvvəlki mətn və ya onu təşkil edən hərf və rəqəmlərin cizgiləri müəyyən olunmadığı üçün ekspert qarşısında qoyulmuş birinci sualın sonuncu hissəsi üzrə tədqiqat aparılmamışdır. xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, cinayət işi üzrə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs7 tərəfindən könüllü olaraq təqdim edilmiş iki ədəd xəzinə mədaxil orderi, bir ədəd kredit müqaviləsi və bir ədəd CD disk götürülmüşdür. 22 yanvar 2022-ci il tarixdə kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs7 kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1 16 yanvar 2022-ci il tarixədək 22400 manat məbləğində pulu ödəməsini öhdəsinə götürmüşdür xx.xx.2022-ci il tarixli sənədlərin könüllü təqdim edilməsi əsasında götürülməsi haqqında protokoldan görünür ki, Salyan rayonunda xüsusi qaydada notariat fəaliyyətini həyata keçirən Şahid23 ********* nömrəli cinayət işi üzrə rayon prokurorluğuna təqdim etdiyi sənədlər götürülmüşdür. 01 mart 2022-ci il tarixli qərardan görünür ki, 6 ədəd “Toyota Prius” markalı və 1 ədəd “BMW” maraklı avtomobillər 22024001 nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid13 istifadəsində olan xalası Rübabə Məmmədovanın adına aldığı ** EG *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil götürülərək Hacıqabul RPŞ-nin avtomobil duracağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, X10 etibarnamə ilə hüquqlarını həyata keçirdiyi Akif Salamzadəyə məxsus ** CF *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobil ondan götürülərək Hacıqabul RPŞ-nin avtomobil duracağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, BMW 528 Xl markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi götürülmüş və saxlanılması üçün Hacıqabul RPŞ-nin avtomobil duracağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Şahid18 qanunsuz olaraq mülkiyyətinə keçmiş ** OZ *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” minik markalı nəqliyyat vasitəsi götürülmüş və saxlanılması üçün Hacıqabul RPŞ-nin avtomobil duracağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 qanunsuz olaraq mülkiyyətindən çıxarılmış ** BZ *** dövlət qeydiyyat nişanlı “Opel Zafira” minik markalı avtomobil ondan götürülmüş və saxlanılması üçün Binəqədi RPİ-nin avtomobil duracağına təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli, 1410 nömrəli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “Toyota Prius” minik markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil “Siqnal” İLİİ-nin 7 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, 1410 nömrəli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “Toyota Prius” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobil “Siqnal” İLİİ-nin 7 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, 1410 nömrəli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı avtomobil “Siqnal” İLİİ-nin 7 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli, 1410 nömrəli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, “Toyota Prius” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobil “Siqnal” İLİİ-nin 7 saylı mühafizə olunan duracağına yerləşdirilmişdir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, ** BZ *** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” minik markalı avtomobil “Siqnal” İLİİ-nin 7 saylı mühafizə olunan duracağına yerləşdiirlmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Toyoto Prius” markalı, **-OZ-***, **-EG-***, **-VJ-***, “**-RY-***”, “** RY ***”, “10-RY- /lət qeydiyyat nişanlı, “BMW 528 Xİ” markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” **-BZ-*** dövlət qeydiyyat nişanlı, “BMW 750” markalı, “**-CF-***” dövlət qeydiyyat nişanlı avtomobillər iş üzrə maddi sübut qismində tanınmış, “Toyoto Prius” markalı, **-OZ-***, **-EG-***, **-VJ-*** dövlət qeydiyyat nişanlı, “BMW 528 Xİ” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, “Opel Zafira” **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində “SİQNAL” İLLİ-nin 7 saylı duracağında saxlanılması, “Toyoto Prius” markalı, “**-RY-***” dövlət qeydiyyat nişanlı avtomobilin “Şahid14 müvəqqəti istifadəsinə verilməsi, “Toyota Prius” markalı, “** RY ***” dövlət qeydiyyat nişanlı avtomobilin Şahid15 müvəqqəti istifadəsinə verilməsi, “Toyota Prius” markalı, “**-RY-***” dövlət qeydiyyat nişanlı avtomobilin Şahid16 müvəqqəti istifadəsinə verilməsi, “BMW 750” markalı, “**-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs11 mülkiyyətində olmaqla Eldarlı Eİgiz Eldar oğlunun istifadəsində olması nəzərə alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə CM-in 178.2.2, 178.2.4, 179.2.4-cü və xx.xx.2022-ci il tarixdə CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olmuş itthamlara dəyişiklik və əlavələr edilməklə o, CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan cinayətləri törətməsinə görə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə elan olmuş itthamlara dəyişiklik və əlavələr edilmədən o, CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan cinayətləri törətməsinə görə yenidən ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslər, şahid ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddələrində düzgün tövsif edilmişdir, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə Zərərçəkmiş şəxs7 qarşı dələduzluq cinayətinin törədilməsi epizoduna münasibətdə təqsirli bilməyərək, Zərərçəkmiş şəxs7la aralarında notarial qaydada bağlanmış borc müqaviləsinin mövcud olması, bu səbəbdən həmin epizod üzrə özünü təqsirli bilməməsi hissəsinə münasibətdə aşağədakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs7 arasında 22 yanvar 2022-ci il tarixdə kredit müqaviləsi imzalanmış, həmin kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1 16 yanvar 2022-ci il tarixədək 22400 manat məbləğində pulu ödəməsini öhdəsinə götürmüşdür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenum qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə edilmiş sübutların qarşılıqlı şəkildə tədqiq edilərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 ilə kredit müqaviləsi imzalamazdan əvvəl onun əmlakını əvəzsiz olaraq ələ keçirtmək niyyətində olması təsdiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 inandırmaq məqsədi ilə notariusda aralarında kredit müqaviləsinin imzalanmasına təkid etmişdir. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş videogörüntüdən görünür ki, “Whatsapp" mobil tətbiqində mobil tətbiq istifadəçisinin ***-***-**-** mobil nömrəsi ilə yazışması görünür. ***-***-**-** mobil nömrəsindən göndərilmiş videogörüntüdə kişi cinsli bir nəfər şəxs “ Uje bunlar gömrüyün həyətindədi, bax eləbilki, bax bugün iki dənə düşəndi, biri budu göy rəngdə, hamısı göydü, biridə bax bayaq düşürtdüyümdü, qəşəy hamısı qapılar probkaynan zadnan, ideal vəziyyətdə, bununda çıxsın kartı inşallah nömrələr bağlanacaq” deyərək avtoduracağa bənzər alfalt örtüklü yaş yer səthi olan bir ərazidə çoxsaylı avtomobilər arasında “Toyoto Prius” markalı avtomobilləri videogörüntüyə alır. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş audioyazı dinlənilən zaman “Hə bunu at dayıya, inşallah baxsın, bayaq demişdim, 3-ü də bizimkidi qaqa, 3-cü də göy bizimkidi qaqa, bəs bunun hamısın bir yerdə saxlamışamda ona görə atdım videonu, istəyirsən bir-bir şəkillərin atım saa, bunların inşallah nömrələrində eyni alacam, başa düşdün nətər” məzmunu müəyyən edilmişdir. Beləliklə, cinayət işinin materiallarına əlavə edilmiş sübutlar qarşılıqlı şəkildə tədqiq edilərək Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs7 ilə kredit müqaviləsi imzalamazdan əvvəl onun əmlakını əvəzsiz olaraq ələ keçirtmək niyyətində olması təsdiq edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri cinayətlərin təsnifatına görə az ağır və böyük ictimai təhlükə törətməyən, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.4-cü maddələri isə az ağır cinayətlər hesab olunur. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bakı şəhəri X52 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********119900 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci il tarixdən vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda qeydiyyatdadır. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 45-ci bəndinə əsasən AR CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə CM-nin 58.3-cü maddəsinin tələblərini, eyni zamanda Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 45-ci bəndinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin ictimai təhlükəliliyini, təqsirləndirilən şəxs tərəfindən həmin cinayətlərin aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilməsini, rəsmi sənədlərin saxtalaşdırılmasını, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları (Təqsirləndirilən şəxs1 tərəfindən həmin cinayətlərin ardıcıl olaraq bir nəçə şəxsə qarşı törədilməsi, cinayət işinin məhkəmə istintaqının getdiyi dövrdə məhkəmə tərəfindən zərərçəkmiş şəxslərə dəymiş olan ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs1 kifayət qədər vaxt verilməsinə baxmayaraq zərərçəkmiş şəxslərə dəymiş olan ziyandan ödəniş etməməsini, təqsirsizlik prezumpsiyasına toxunmadan təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin analoji maddələri ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında cinayət işinin olduğunu, bundan əlavə barəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsində analoji maddələr ilə cinayət işinin istintaqının davam etməsini, həmin cinayət işi üzrə barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(001)-786/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsini, məhkəmənin icraatında olan cinayət işi üzrə məhkəmə iclaslarında iştirak etməkdən qəsdən boyun qaçırması səbəbi ilə barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və barəsində axtarış elan edilməsini, törətmiş olduğu cinayət əməllərini etiraf etsə də, həmin cinayət əməllərinə biganə yanaşmasını, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü hökmü ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə qərarı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının cərimə cəzası ilə əvəz edilməsinə baxmayaraq təyin edilmiş həmin cərimə cəzasından hazırki vaxta qədər heç bir ödəniş etməməsini, cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə cinayət işi üzrə Zərərçəkmiş şəxs7 ilə aralarında borc müqaviləsinin olmasını əsas gətirməsini cəza təyini zamanı mütləq nəzərə alınmalı olan hallar hesab edir. “Azemis” X16 vasitəsilə gönərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2016-cı il təvəllüdlü Bayramova Nilay Şahid qızı, xx.xx.2019-cu il təvəllüdlü Bayramova Miray Şahid qızı və xx.xx.2021-ci il təvəllüdlü Şahid1 Şahid oğlu adlı azyaşlı uşaqları var. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə məhkəmə baxışı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 onlara dəymiş olan ziyanın qismən ödənilməsini göstərsələr də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 məhkəmə tərəfindən onlara verilmiş olan suallara cavabda onlara dəymiş olan maddi ziyanın bir qisminin notariuslar tərəfindən ödənildiyini bildirmişlər. Bu səbəbdən məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 dəymiş ziyanın bir qisminin ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə almağı məqsədəmüvafiq hesab etmir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 vurmuş olduğu ziyanı tamamilə ödəməsi, bu halın onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs5 arasında borc müqaviləsi imzalanmış, həmin borc müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1 15000 manat məbləğində pulu Zərərçəkmiş şəxs5 1 il müddətində geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin borc müqaviləsinin məhkəməyədək icraat zamanı imzalanmasına baxmayaraq, Təqsirləndirilən şəxs1 tərəfindən hazırki vaxta qədər Zərərçəkmiş şəxs5 ödəniş edilməmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs5 məhkəmə tərəfindən ona verilmiş suala cavab olaraq, hazırki vaxta qədər ona hər hansı məbləğdə ödəniş edilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1la zəreərçəkmiş şəxs Fərrix Rəcəbov arasında notarial qaydada borc müqaviəsinin olmasına və Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı notarial qaydada ərizə verərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasına dair ərizə verməsinə baxmayaraq, hazırki vaxta qədər Zərərçəkmiş şəxs5 ödəniş edilmədiyindən və Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsə şikayətçi olduğundan həmin ərizəni sübut kimi qəbul etməyərək təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirici hal qismində nəzərə almır. Eyni zamanda məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını AR CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri üzrə əsas cəza ilə yanaşı, CM-in 46.2-ci maddəsi tətbiq edilməklə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Başqa sözlə, ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə cəzası da təyin etməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən isə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü Təqsirləndirilən şəxs1 CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib cəza təyin edilməsi hissəsində dəyişdirilmişdir. Təqsirləndirilən şəxs1 CM-in 308.1-ci maddəsi ilə 3000 manat cərimə cəzası, CM-nin 313-cü maddəsi ilə 2000 manat cərimə cəzası təyin edilmişdir. CM-in 66.2ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 4000 manat cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-132/2023 saylı, xx.xx.2023-ü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilməklə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlini Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarından əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Məhkəmədə iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 16 fevral 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 18 fevral 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-46/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(001)- 786/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(001)-786/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmalı və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 16 fevral 2022-ci il tarixdən 18 fevral 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Bununla yanaşı, iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş mülki iddiaya dair qeyd edilməlidir ki, məhkəmə baş vermiş cinayət nəticəsində dəymiş maddi ziyanın mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan başqa - CPM) 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər; CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizəsini və ona əlavə edilmiş materialı nəzərdən keçirərək zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 mülki iddiasının təmin edilməsi qənaətinə gəlir. CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 mülki iddiası təmin edilməli, ona dəymiş maddi zərərə görə 35000 manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs7 xeyrinə tutulmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cəza təyin edərkən CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğlu yaşayış yeri üzə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 24 iyul 2022-ci il tarixli, 6887 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 3262 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 mərkəzdə qeydiyyatda yoxdur. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini, CM-nin 59.1.13-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs9 dəymiş olan ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 11 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı, Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2022-ci il tarixdə məhdudlaşdırılaraq şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-262/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmədiyindən Abşeron rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi polis mayoru X19 tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək istintaq davam etdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 1(001)-589/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbs edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 1(001)-46/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(001)-589/2022 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal həbsdən azad edilmişir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-311/2023 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 22 aprel 2022-ci il taixdən 23 aprel 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanılmış, 13 dekabr 2022-ci il tarixdən 25 aprel 2023-cü il tarixədək həbsdə saxlanılmış, 25 aprel 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında olmuşdur. Beləliklə, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-311/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçildiyindən, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablandığından onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin son müddəti həmin tarixə qədər hesablanmalı və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 22 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixə kimi şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı, 13 dekabr 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 280 (iki yüz səksən) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə “Opel Zafira” minik markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı ** OZ *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı, ** CF *** dövlət qeydiyyat nişanlı, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” minik markalı, ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulduğundan və həmin nəqliyyat vasitələri saxlanılması üçün müvəqqəti mühafizə duracağına yerləşdirildiyindən məhkəmə həmin nəqliyyat vasitələrinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edildi ki, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X17 adına qeydiyyata alınmışdır. Həmin nəqliyyat vasitəsi X17 mülkiyyətində olsa da, faktiki olaraq Zərərçəkmiş şəxs4 istifadəsində və sahibliyində olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs4la Təqsirləndirilən şəxs1 arasında həmin avtomobilin Təqsirləndirilən şəxs1 satılması barədə şifahi qaydada razılıq əldə edilmiş, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 10000 manat pul verərək, qalan 20000 manat məbləği hissə-hissə verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə X17 ona məxsus olan BMW 528i ** NH *** nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqlarını Təqsirləndirilən şəxs1 etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında X17 mülkiyyətində olan nəqliyyat vasitəsi onun xəbəri olmadan Təqsirləndirilən şəxs1 tərəfindən Şahid2 adına keçirilmişdir. Həmin avtomobili Zərərçəkmiş şəxs8 dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Şahid2 idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs8 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Şahid6 köməyi ilə sonuncunun tanışı Şahid3 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Şahid3 mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə BMW 528 Xl markalı, ** EB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Şahid3 tərəfindən X23 nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. X23 Şahid3 tərəfindən etibarnamə verilən zaman Elvin Əmirov həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında Şahid3 mülkiyyətində olan avtomobil X35 tərəfindən Şahid25 MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil Şahid25 MMC tərəfindən X37 lizinqə verilmişdir. Göründüyü kimi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X17 mülkiyyətindən iradəsinə zidd olaraq Şahid2, daha sonra isə Şahid3 mülkiyyətinə keçirilmişdir. Şahid2, Şahid3 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında Şahid25 MMC-nin mülkiyyətinə keçirən X35 da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Göründüyü kimi, həmin avtomobil etibarnamə əsasında Şahid25 MMC-nin mülkiyyətinə keçdikdən sonra lizinq müqaviləsinə əsasən X37 lizinqə verilmişdir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı X49 ifadə verərək həmin nəqliyyat vasitəsinə görə heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş olan ziyanın Şahid25 MMC tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin qanuni mülkiyyətçisinin mülkiyyətindən qanunsuz olaraq onun iradəsinə zidd olaraq çıxarılmasını, daha sonra saxta etibarnamə əsasında Şahid2, daha sonra isə Şahid3 mülkiyyətinə keçirilməsini, həmin alıcıların avtomobili alarkən həmin avtomobilin X17 iradəsinə zidd olaraq onun mülkiyyətindən çıxarılmasından məlumatlı olduqlarından AR Mülki Məcəllənin 182-ci maddəsinin təlblərinə görə vicdanlı alıcı hesab edilmədiklərini, daha sonra X35 tərəfindən ona verilmiş etibarnamə əsasında Şahid25 MMC-nin mülkiyyətinə keçirilməsini, Şahid25 MMC tərəfindən avtomobilin lizinqə verildiyi X32 hazırda heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın Şahid25 MMC tərəfindən ödənildiyini nəzərə alaraq hesab edir ki, həmin avtomobilin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil ilkin qanuni mülkiyyətçisi X28 qaytarılmalıdır. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edildi ki, “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixli, BA122749 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs1 mülkiyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə Zərərçəkmiş şəxs1 ona məxsus olan “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sərəncam verilməsi barədə hüquqlarını Təqsirləndirilən şəxs2 etibar etməsi göstərilmişdir. 23 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 mülkiyətində olan nəqliyyat vasitəsi onun iradəsinə zidd olaraq, buna səlahiyyəti olmadan Təqsirləndirilən şəxs2 tərəfindən X7 mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi, “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs1 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, saxta etibarnamə əsasında X7 mülkiyyətinə keçirilmişdir. “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçinin qanuni sahibliyindən onun iradəsinə zidd olaraq çıxarıldığından məhkəmə bu nəticəyə gəlir ki, həmin nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil ilkin qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edildi ki, “Opel Zafira” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil BB151165 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs10 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs10 tərəfindən Təqsirləndirilən şəxs1 harada yerləşməsindən aslı olmayaraq rəsmi reyestrlərdə qeydə alınmış daşınar əmlakıla əlaqədar AR DİN BDYPİ Qİİ-də, sığorta şirkətlərində imza etmək hüququ ilə təmsil etməyi, adından ərizə ilə müraciət etməyi, əldə edəcəyi nəqliyyat vasitəsini səndləşdirməyi, texniki pasport, dövlət nişanı almağı, nəqliyyat vasitəsini müayinədən keçirməyi, sığorta pulunu almağı, müvəqqəti istifadə və idarə etməklə bağlı digər şəxslərə etibar etmək səlahiyyətləri verilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, xx.xx.2021-ci il tarixdə “Opel Zafira” minik markalı, **-BZ-*** dövlət nömrə nişanlı avtomobilə dair Hacıqabul rayonunda yerləşən notariusda Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında avtomobil buna səlahiyyəti olmadığı halda Təqsirləndirilən şəxs2 tərəfindən X27 mülkiyyətinə keçirilmişdir. Bununla bağlı avtomobilə dair BA129839 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şahadətnaməsi verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixli X40 tərəfindən Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə verilmişdir. Göründüyü kimi, “Opel Zafira” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs1 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun Təqsirləndirilən şəxs1 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, Təqsirləndirilən şəxs2 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini X27 mülkiyyətinə keçirtmişdir. “Opel Zafira” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətçinin qanuni sahibliyindən onun iradəsinə zidd olaraq çıxarıldığından məhkəmə bu nəticəyə gəlir ki, həmin nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil ilkin qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs10 qaytarılmalıdır. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edildi ki, “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi AE 130879 nömrəli, xx.xx.2021-ci il tarixli qeydiyyat şahadətnaməsinə əsasən Zərərçəkmiş şəxs2 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs1 Oqtay oğlu ilə (Zərərçəkmiş şəxs2 əvəzinə) Təqsirləndirilən şəxs1 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobil taksi xidməti göstərilməsi məqsədilə icarəçi Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixli 7E-7127 nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, olan “Toyota Prius” minik markalı, ** VJ *** dövlət nömrə nişanlı avtomobilə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs3 tərəfindən Şahid9 nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında Şahid9 buna səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs2 mülkiyyətində olan avtomobilə dair sərəncam vermiş və həmin avtomobil xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçirilmiş və bununla bağlı sonuncuya nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da “Toyota Prius” minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı avtomobilə dair Hacıqabul rayon notariat ofisində Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında Təqsirləndirilən şəxs2 buna səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs5 mülkiyyətində olan avtomobilə dair sərəncam vermiş və həmin avtomobil xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirilmiş və bununla bağlı sonuncuya BA132298 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Zərərçəkmiş şəxs6 xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə vermişdir. Daha sonra Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair saxta etibarnamə hazırlamış və həmin etibarnamədə Zərərçəkmiş şəxs6 ona məxsus olan “Toyota Prius” minik markalı, **-VJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam verilməsinə dair hüquqlarını Təqsirləndirilən şəxs1 etibar etməsi göstərilmişdir. Həmin etibarnamə əsasında nəqliyyat vasitəsi Təqsirləndirilən şəxs1 tərəfindən buna səlahiyyəti olmadığı halda Şahid11 mülkiyyətinə keçirilmişdir. Daha sonra həmin avtoobilə dair Şahid11 tərəfindən 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, həmin etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə Şahid11 mülkiyyətində olan həmin avtomobil Salamzadə Akifin mülkiyyətinə keçirilmişdir. Göründüyü kimi “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni mülkiyyətçisi X30 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun Təqsirləndirilən şəxs1 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid9 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, Şahid9 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçirmişdir. Daha sonra həmin avtomobil Zərərçəkmiş şəxs5 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun Təqsirləndirilən şəxs1 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, Təqsirləndirilən şəxs2 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirtmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 hazırladığı saxta etibarnamə əsasında, həmin avtomobil Şahid11 mülkiyyətinə keçirilmişdir. Şahid11 tərəfindən 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 verilmiş olan sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında avtomobil X27 mülkiyyətinə keçirilmişdir. Məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxs həmin nəqliyyat vasitəsinin ilkin qanuni mülkiyyətçisi **-VJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair ona dəymiş olan ziyanın tam ödənilməsini, bu səbəbdən həmin avtomobilə dair Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə həmin avtomobilə dair ilkin qanuni mülkiyyətçinin heç bir şikayət və tələbinin olmadığını, eyni zamanda avtomobilin X27 mülkiyyətinə Təqsirləndirilən şəxs2 verilmiş olan sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında keçirilməsini nəzərə alaraq hesab edir ki, həmin nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil Zərərçəkmiş şəxs5 qaytarılmalıdır. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edildi ki, “Toyoto Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli BB001060 tarixli qeydiyyat şahadətnaməsinə əsasən Zərərçəkmiş şəxs2 mülkiyyətində olmuşdur. Həmin avtomobilə dair X41 tərəfindən Təqsirləndirilən şəxs1 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Göstərilən etibarnamə qanuni şəkildə verdilmiş, Təqsirləndirilən şəxs1 həmin avtomobili qanuni şəkildə satmışdır. Qanuni şəkildə verilmiş sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli BA120252 saylı qeydiyyat şəhadətnaməsinə əsasən Zərərçəkmiş şəxs5 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 tərəfindən ona verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti etibar edilsə də “Toyota Prius” minik markalı, **-OZ-*** dövlət nömrə nişanlı avtomobilə dair həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında Təqsirləndirilən şəxs2 buna səlahiyyəti olmadığı halda **-OZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirtmişdir. Həmin avtomobilə dair Zərərçəkmiş şəxs6 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 saxta yolla öz adına avtomobilə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnaməni hazırlamaqla həmin avtomobili Şahid12 mülkiyyətinə keçirtmişdir. Şahid12 isə mülkiyyətində olan həmin avtomobili xx.xx.2022-ci il tarixdə X2. Göründüyü kimi “Toyota Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs5 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun Təqsirləndirilən şəxs1 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, Təqsirləndirilən şəxs2 buna səlahiyyəti olmadığı halda həmin nəqliyyat vasitəsini Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçirtmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 hazırladığı saxta etibarnamə əsasında buna səlahiyyəti olmadığı halda avtomobili Şahid12 mülkiyyətinə keçirtmişdir. Daha sonra Şahid12 nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan nəqliyyat vasitəsini Şahid18 satmışdır və avtomobilin X14 mülkiyyətində olması ilə bağlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Cinayət işi üzrə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs5 onun mülkiyyətində olan “Toyota Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı heç bir şikayət və tələbinin olmadığını, həmin nəqliyyat vasitəsinə görə ona vurulmuş ziyanın notarius tərəfindən ödənildiyini bildirmişdir. Bundan əlavə cinayət işnin materiallarında olan sənədlər tədqiq edilərək müəyyən edildi ki, “Toyota Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin nəqliyyat vasitəsi Şahid12 mülkiyyətində olmuş, o mülkiyyətində olan nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında X2. Hazırki halda avtomobilin ilkin qanuni mülkiyyətçisinin həmin nəqliyyat vasitəsinə dair heç bir şikayət və tələbi olmadığından, avtomobilin dəyəri ona ödənildiyindən, eyni zamanda X36 mülki qanunverciliyin normalarına əsasən vicdanlı alıcı olduğundan “Toyota prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməli və avtomobil alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı X24 qaytarılmalıdır. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edildi ki, “Toyota Prius” markalı, ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Zərərçəkmiş şəxs3 mülkiyyətində olmuşdur. xx.xx.2021-ci il tarixli Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, icarəyə verən Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “Toyota Prius” minik markalı, ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri taksi xidməti göstərilməsi məqsədilə icarəçi Təqsirləndirilən şəxs1 icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixdə “Toyota Prius” minik markalı, ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi səlahiyyəti nəzərdə tutulsa da, həmin etibarnamə əsasında Salyan rayon 2 saylı xüsusi notariusu tərəfindən Zərərçəkmiş şəxs3 tərəfindən Şahid9 nəqliyyat vasitəsinə sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında Şahid9 buna səlahiyyəti olmadığı halda ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçirtmiş və bununla bağlı Zərərçəkmiş şəxs5 Zam oğluna nəqliyat vaitələrinə qeydiyyat şəadətnamələri verilmişdir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci ilədək qüvvədə olan bütün daşınar əmlakların idarə edilməsinə dair etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixdə ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dair xx.xx.2021-ci il tarixli etibarnamədə nəqliyyat vasitəsinin istifadə edilməsi hüququ nəzərdə tutulsa da, həmin etibarnamə əsasında Hacıqabul rayon notariat ofisində Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsinə sərəncam vermək hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında “Toyota Prius” markalı, ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçmiş və ona müvafiq olaraq nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri verilmişdir. Daha sonra Zərərçəkmiş şəxs6 mülkiyyətində olan “Toyota Prius” markalı ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrini Şahid14 satmışdır, onların arasında alı-satqı müqaviləi imzlanmışdır. “Toyota Prius” markalı ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə dair Şahid14 mülkiyyətində olmasını təsdiq edən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələri verilmişdir. xx.xx.2021-ci il tarixli, 725151 saylı etibarnaməyə əsasən Şahid14 tərəfindən Bakı şəhəri 4 saylı notariat kontorunda X20 xx.xx.2022-ci il tarixədək **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli, 7253 saylı etibarnaməyə əsasən X33 tərəfindən Bakı şəhəri 3 saylı notariat kontorunda X21 xx.xx.2022-ci il tarixədək **-RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. xx.xx.2021-ci il tarixli, 725151 saylı etibarnaməyə əsasən Şahid14 tərəfindən Bakı şəhəri 48 saylı notariat kontorunda X9 xx.xx.2023-cü il tarixədək **- RY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmişdir. Göründüyü kimi “Toyota Prius” markalı ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs3 mülkiyyətindən onun iradəsinə zidd olaraq çıxarılmışdır, belə ki, onun Təqsirləndirilən şəxs1 həmin nəqliyyat vasitəsinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, Təqsirləndirilən şəxs1 tərəfindən Şahid9 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, həmin etibarnamə əsasında nəqliyyat vasitələri Zərərçəkmiş şəxs5 mülkiyyətinə keçmişdir. Daha sonra Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 həmin nəqliyyat vasitələrinə dair istifadə hüququnun nəzərdə tutulduğu etibarnamə əsasında, Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 sərəncam hüququnun nəzərdə tutulduğu etibarnamə verilmiş, həmin etibarnamə əsasında nəqliyyat vasitələri Zərərçəkmiş şəxs6 mülkiyyətinə keçmişdir. Daha sonra Zərərçəkmiş şəxs6 nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus olan nəqliyyat vasitələrini Şahid14 satmışdır və avtomobilin Şahid14 mülkiyyətində olması ilə bağlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Cinayət işi üzrə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 oğlu Zərərçəkmiş şəxs3 mülkiyyətində olmuş və onun iradəsinə zidd olaraq mülkiyyətindən çıxarılmış “Toyota Prius” markalı ** RY ***, 10- RY-688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə bağlı ona dəymiş olan ziyanın notariuslar tərəfindən ödənildiyini, bu səbəbdən həmin avtomobillərlə bağlı Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı vurulmuş olan ziyandan 15000 manat notarius tərəfindən ödnilmişdir,bu səbəbdən həmin avtomobillərlə bağlı şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, “Toyota Prius” markalı ** RY ***, 10- RY- 688, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri Zərərçəkmiş şəxs6 mülkiyyətində olmuş, o mülkiyyətində olan nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında Şahid14 satmışdır. Hazırki halda avtomobilin ilkin qanuni sahibinin həmin nəqliyyat vasitəsinə dair heç bir şikayət və tələbi olmadığından, eyni zamanda Şahid14 mülki qanunverciliyin normalarına əsasən vicdanlı alıcı olduğundan “Toyota prius” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qeydiyyatla bağlı qoyulmuş məhdudiyyət ləğv edilməli və avtomobil alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcının mülkiyətində olması nəzərə alınmlıdır. Eyni zamanda “Toyota prius” markalı, **-RY-*** və **-RY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qeydiyyatla bağlı qoyulmuş məhdudiyyət ləğv edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən onlar, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə hər biri 82 (səksən iki) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 82 (səksən iki) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi 82 (səksən iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 482 (dörd yüz səksən iki) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 82 (səksən iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 482 (dörd yüz səksən iki) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinsin. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 29, 179.2.2, 29, 179.2.3, 29, 179.2.4-cü maddələri ilə 1 il 6 ay müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 320.2-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 2 (iki) il müddətə sahibkarlıq fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-753/2023 saylı qərarı ilə məhkum olunduğu 4000 manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4000 (dörd min) manat cərimə cəzası və 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti oaraq 05 (beş) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası və 4000 (dörd min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınsın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 26 yanvar 2024-cü il tarixdən hesablansın. Mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki cavabdeh Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası təmin edilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs7 dəymiş maddi zərərə görə 35000 manat pul vəsaiti iş üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs7 xeyrinə ödənilsin. İş üzrə ekspertiza xərcinin 200 (iki yüz) manatı Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X11, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş həbs götürülsün və avtomobil ilkin qanuni mülkiyyətçisi X28 qaytarılsın. “Toyota Prius” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil ilkin qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs1 qaytarılsın. “Opel Zafira” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil ilkin qanuni mülkiyyətçisi Zərərçəkmiş şəxs10 qaytarılsın. “Toyota Prius” markalı, **-VJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil ilkin qanuni mülkiyyətçisinə Zərərçəkmiş şəxs5 qaytarılsın. “Toyoto Prius” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün və avtomobil alqı-satqı müqaviləsi üzrə vicdanlı alıcı X24 qaytarılsın. “Toyota Prius” markalı, ** RY ***, ** RY ***, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri üzərinə qeydiyyatla bağlı qoyulmuş məhdudiyyət ləğv edilsin və avtomobillərin alqısatqı müqaviləsi üzrə vicdanlı alıcıların mülkiyətində olması nəzərə alınsın Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 1 gün, həbsdə və ev dustaqlığında olduğu 6 ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 11 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcinin 80 (səksən) manatı Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X11, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə zərərçəkmiş şəxslərə cinayət hadisəsi nəticəsində dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 82 (səksən iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 492 (dörd yüz doxsan iki) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 82 (səksən iki) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 492 (dörd yüz doxsan iki) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-13/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-13/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver