Məhkəmə qərarları › İş №1(001)-13/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-13/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-13/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs3 müdafiəçisi və hüquqi varisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə,

1. xx.xx.2001-ci il tarixdə Əfqanıstan İslam Respublikası, Kabil şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Əfqanıstan İslam Respublikası, Kabil şəhərində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

2. xx.xx.2005-ci il tarixdə Əfqanıstan İslam Respublikası, Cəlalabad şəhərində anadan olmuş, Əfqanıstan İslam Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Əfqanıstan İslam Respublikası, Cəlalabad şəhərində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilmələrinə dair

3. xx.xx.1983-cü ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Aralıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Qaraçuq kəndində qeydiyyatda olmaqla qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,318.2 və 318-1.1 (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə

MÜƏYYƏN ETDİ:

Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, bundan başqa Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçərkən saxlanıldığına görə təkrarən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Belə ki, o, dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Türkiyə Respublikasına getmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Əfqanıstan İslam Respublikasının digər vətəndaşı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girmiş və 11 may 2023-cü il tarixdə saat 03:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X8 Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikasından qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyindən Türkiyə Respublikasına getmək üçün 12 may 2023-cü il tarixdə saat 04:00 radələrində Əfqanıstan İslam Respublikasının digər vətəndaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X8 Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçərkən saxlanıldığına görə -təkrarən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Həmçinin aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmiş, bundan başqa Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda təkrarən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçərkən saxlanıldığına görə təkrarən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Belə ki, o, dövlət sərhədini qanuni yolla keçmək üçün müəyyən edilmiş sənədlərinin olmaması səbəbindən, həmçinin ölkə ərazisində tətbiq edilən karantin rejimi ilə əlaqədar olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunla müəyyən edilmiş qaydada gələ bilmədiyindən tranzit ölkə kimi Azərbaycan Respublikasından istifadə etməklə Türkiyə Respublikasına getmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Əfqanıstan İslam Respublikasının digər vətəndaşı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girmiş və 11 may 2023-cü il tarixdə saat 03:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X8 Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq İran İslam Respublikasından Azərbaycan Respublikasına keçmişdir. Bundan başqa o, təkrarən Azərbaycan Respublikasından qanunla müəyyən edilmiş qaydada gedə bilmədiyindən Türkiyə Respublikasına getmək üçün 12 may 2023-cü il tarixdə saat 04:00 radələrində Əfqanıstan İslam Respublikasının digər vətəndaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X8 Naxçıvan Muxtar Respublikası Sədərək rayonunda yerləşən 2-ci sərhəd zastavasının xidməti ərazisindən qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Türkiyə Respublikasına keçərkən saxlanıldığına görə təkrarən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməmişdir. Habelə aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşmiş əcnəbilərin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmələrində ifadə olunan cinayətin törədilməsinə digərləri ilə birlikdə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün vasitələr verməklə, onların vaxtında daşınmasını həyəta keçirərək maneələri aradan qaldırmaqla yardım edib köməkçi qismində iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib əcnəbilərin Azərbaycan Respublikasına qanunsuz gəlməsini və Azərbaycan Respublikası ərazisində qanunsuz qalmasını təşkil etməklə qanunsuz miqrasiyanı təşkil etmişdir. Belə ki, o, Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və qeyrilərindən ibarət qabaqcadan əlbir olan bir qrup şəxsin İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikası ərazisinə keçmələrinə köməklik etmək məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs3 Türkiyə Respublikasında yaşayan əmisioğlu X6 və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digərləri ilə qrup halında birləşmiş, bunun üçün Ramiz Haqverdiyevin istifadəsində olan +90***-***-**-** mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan +99***-***-**-** mobil telefon nömrəsinə 08 may 2023-cü il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxlayıb verdiyi tapşırığa uyğun olaraq 11 may 2023-cü il tarixdə idarə etdiyi “VAZ-2101” markalı AZ **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs3 ilə birlikdə saat 03:00 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” X8 Naxçıvan Muxtar Respublikası Babək rayonu Nehrəm qəsəbəsində yerləşən 14-cü sərhəd zastavasının xidməti ərazisi istiqamətində gedərək sərhəd xəttindən 1500 metr kənarda dayanıb İran İslam Respublikasından qanunsuz olaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçən qabaqcadan əlbir olan Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşılamış, bundan sonra əcnəbi olan Əfqanıstan İslam Respublikası vətəndaşlarının Azərbaycan Respublikasına qanunsuz gəlmələrini və Azərbaycan Respublikası ərazisində qanunsuz qalmalarını təşkil etmək məqsədilə Ramiz Haqverdiyev, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib qrup üzvü Ramiz Haqverdiyevin tapşırığı əsasında əcnəbiləri idarə etdiyi avtomobillə oradan daşıyaraq Təqsirləndirilən şəxs3 yaşadığı Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhəri Qaraçuq kəndində yerləşən evə gətirərək qanunsuz miqrasiyanı təşkil etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay əvvəl Əfqanıstan İslam Respublikası Cəlalabad şəhərindən qaçaq yolla İran İslam Respublikasına keçib Tehran şəhərində yaşamağa başlamışdır. Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına keçməkdə ona anasının adını bilmədiyi tanışı kömək etmişdir. Əfqanıstan-İran sərhədində nəzarətdən kənarda qalan çoxlu sayda sahələr olduğu üçün sərhədi keçmək çox rahatdır. O, İran İslam Respublikasının ərazisinə keçdikdən sonra bir müddət həmin ölkədə yaşamış və işləmişdir. Həmin günlərdə qanuni əsas olmadan yaşadığı üçün məsuliyyətə cəlb edilməyəcəyini öyrənsə də, bunun üzə çıxacağı təqdirdə öz ölkəsinə deportasiya olunacağını eşitmişdir. Ölkəsi kasıb və problemlərlə yadda qalan ölkə olduğundan oraya qayıtmaq istəməmişdir. Belə ki, 2021-ci ildə “Taliban” hərəkatı hakimiyyəti ələ keçirdikdən sonra qüvvəyə minən qanunlar ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırmış, insanların problemləri çoxalmış, xüsusən maddi vəziyyət minimum səviyyəyə enmişdir. Bir çox vətəndaşlar kimi maddi və digər çətinliklərlə üzləşdiyi üçün ölkəni tərk etmək və sadaladığı problemlərin daha az olduğu ölkədə yaşamaq istəmişdir. Deportasiya olunacağından qorxduğu üçün məcbur qalıb İran İslam Respublikasını da tərk etmək qərarına gəlmişdir. Bu məqsədlə Əfqanıstan İslam Respublikasında yaşayan atası Nəcibulla ilə əlaqə yaratmış, atası Hacışəfi adlı tanışı ilə onu İran İslam Respublikasından Türkiyə Respublikasının ərazisinə keçirməyə köməklik göstərməklə bağlı sövdələşmiş və həmin şəxsə 1100 ABŞ dolları pul vermişdir. Daha sonra atası ona Hacışəfi adlı şəxsin verdiyi pulu İran İslam Respublikasında yaşayan Əli adlı şəxsə göndərdiyini bildirmişdir. 08 may 2023-cü il tarixdə İran İslam Respublikasının Maku şəhərinə gedərək orada Əli adlı şəxslə görüşmüş, sonuncu qaçaq yolla İran İslam Respublikasından Türkiyə Respublikasının ərazisinə keçməyinə köməklik göstərəcəyini vəd etmişdir. 11 may 2023-cü il tarixdə, gecə saatlarında Əli onu tanımadığı sürücünün idarə etdiyi, markası və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşdirmişdir və İran-Azərbaycan sərhədinə doğru yola düşmüşlər. Həmin vaxt ondan başqa avtomobildə sonradan adının Təqsirləndirilən şəxs1 olmasını öyrəndiyi şəxs, adlarını bilmədiyi qadın və azyaşlı uşaq olmuşdur. Həmin şəxslərin hər üçü Əfqanıstan İslam Respublikası vətəndaşları olmuşdur, onları əvvəllər tanımamış, aralarında heç bir münasibətləri olmamışdır. Həmin şəxslərin onun kimi qaçaq yolla Türkiyə Respublikasına getmələrini əyləşdikləri avtomobilin sürücüsü demişdir. Bir qədər məsafə qət etdikdən sonra qadın və uşaq avtomobildən düşüb getmiş, onların hansı istiqamətdə getmələri, hər hansı ölkənin ərazisinə keçib-keçməmələri barədə məlumatı olmamışdır. Gecə yarısı İran İslam Respublikasının dövlət sərhədinə çatdıqda xarici görünüşlərindən balıqçıya oxşayan tanımadığı şəxslər onları qarşılamış, sürücü onu və Təqsirləndirilən şəxs1 balıqçılara təhvil verib rezin qayıq vasitəsilə çayı keçmələrinə köməklik göstərməklə onları Türkiyə Respublikasının ərazisinə çatdıracaqlarını, bundan sonra başqa şəxslər tərəfindən qarşılanacaqlarını bildirmişdir. Qayığa mindikdən sonra balıqçılar onlara Türkiyə Respublikasının deyil, Azərbaycan Respublikasının ərazisinə keçəcəkləri barədə məlumat vermişlər, həmin vaxtadək onlar bundan məlumatsız olmuşlar. 11 may 2023-cü il tarixdə, saat 03:00 radələrində rezin qayıq vasitəsilə çayı keçdikdən sonra iranlı balıqçıların əvvəlcədən başa saldıqları kimi kolluq ərazi ilə piyada irəliləməyə başlamışlar. İranlı balıqçılar onlara çayı keçib bir qədər irəlilədikdən sonra sərhəd boyunca uzanan dəmir məftillərin altından torpağı qazıb keçməyi, bundan sonra avtomobil işıqlarının yandırılıbsöndürülməklə işarə veriləcəyini dedikləri üçün məftillərin altından keçərək kolluqda gizlənib gözləməyə başlamışlar. Bir qədər sonra qarşı tərəfdən avtomobil işıqlarının yanıbsöndüyünü müşahidə etmiş və sürətlə həmin istiqamətə qaçıb avtomobilə əyləşmişlər. Bu zaman avtomobilin sükanı arxasında təxminən 30-35 yaşlarında olan sürücünün, sağ qabaq oturacaqda isə təxminən 50-60 yaşlarında olan şəxsin əyləşdiyini görmüşlər. Avtomobillə bir qədər yol getdikdən sonra sürücü onları qabaq oturacaqda oturan şəxsin evinin qarşısında düşürərək çıxıb getmişdir. Təxminən 50-60 yaşlarında olan şəxs onları evinə aparıb yemək-içmək vermiş və gecəni həmin evdə keçirəcəklərini başa salmışdır. Həmin şəxs təxminən 160-170 sm boya malik, qarabuğdayı, dolu bədən quruluşlu (qarınlı), ağ saçlı, bığsız və saqqalsız olmuşdur, həmin şəxsdən başqa evdə sadəcə bir nəfər qadın olduğunu bilmişdir, ancaq həmin qadının zahiri əlamətlərini görməmişlər. Həmin şəxsin danışdığı dili bilmədiyi üçün heç bir normal ünsiyyət qurmaq alınmamışdır. 11 may 2023-cü il tarixdə, saat 23:00 radələrində evində qaldıqları şəxs onları başqa sürücünün idarə etdiyi avtomobil vasitəsilə “Tir parkı”-nın yaxınlığına aparmış və Türkiyə Respublikasının ərazisinə necə keçəcəklərini izah etmişdir. Etdiyi köməkliklərin qarşılığında həmin şəxs onlardan hər hansı məbləğdə pul və ya başqa nemət istəməmiş və almamışdır. Həmin şəxs çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs1 ilə birlikdə Türkiyə Respublikasının ərazisinə keçmək üçün bir qədər gözləmiş, həmin müddətdə sərhədi keçmək üçün nə qədər cəhd etsələr də, hər tərəfdə mühafizəçilər olduğundan bütün cəhdləri boşa çıxmışdır. Ancaq əvvəlcədən onlara Azərbaycan-Türkiyə sərhədini rahat şəkildə keçəcəkləri bildirilmişdir. Bu ölkələr qardaş ölkələr olduqlarından sərhədi keçərkən problemlə üzləşməyəcəklərini düşünsələr də, buna nail ola bilməmişlər. 12 may 2023-cü il tarixdə, saat 04:00 radələrində mühafizəçilər onları yanlarına çağırıb həmin ərazidə nə işlə məşğul olduqlarını soruşmuş, mühafizəçiləri başa sala bilmədikləri, həmçinin özlərini şübhəli apardıqları üçün onları aidiyyəti üzrə təhvil vermişlər. Üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığından qaçaq yolla sərhədi keçmək istəmişlər, bu barədə əvvəlcədən yalnız atasının məlumatı olmuşdur. Əli adlı şəxsin və onları İran İslam Respublikasının dövlət sərhədindən keçirən şəxslərin zahiri görkəmlərinə fikir verməmiş, həmin şəxsləri balıqçıya oxşatmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, gəlməyi mərhələli şəkildə olmuşdur, belə ki, onu Əfqanıstandan İrana başqası, İrandan Azərbaycana başqası gətirmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanımamış, onları İrandan Azərbaycana gətirən şəxslə əlaqələrinin olduğunu yəqin etmiş, təxminən 3-4 ay İran İslam Respublikasında qaldıqdan sonra Türkiyə Respublikasına qanunsuz yolla keçmək kimi razılaşmaları olmuş, onları sərhəddən keçirən adamlarla atası danışmış, atası ilə həmin şəxslər arasında olan razılaşmaya əsasən atası pulun yarısını əvvəlcədən verməli, daha sonra onlar Türkiyə Respublikasına çatanda orada işləyib qalan pulu qaytarmalı olmuşlar. İran İslam Respublikasında X19 deyil, başqa əfqan vətəndaşla qalmış, avtomobilin nömrəsi və markası, eləcə də, Təqsirləndirilən şəxs4 avtomobildə olub-olmaması tam olaraq yadında olmamış, avtomobildə sürücü ilə hər hansı söhbətləri olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ay əvvəl Əfqanıstan İslam Respublikasından qaçaq yolla İran İslam Respublikasının ərazisinə keçib Tehran şəhərində yaşamağa, eyni zamanda işləməyə başlamışdır. Həmin günlərdə qanuni əsas olmadan yaşadığı üçün məsuliyyətə cəlb edilməyəcəyini öyrənsə də, bunun üzə çıxacağı təqdirdə öz ölkəsinə deportasiya olunacağını eşitmişdir. Ölkəsi kasıb və problemlərlə yadda qalan ölkə olduğundan oraya qayıtmaq istəməmişdir. Belə ki, 2021-ci ildə “Taliban” hərəkatı hakimiyyəti ələ keçirdikdən sonra qüvvəyə minən qanunlar ölkənin siyasi, sosial və iqtisadi vəziyyətini daha da ağırlaşdırmışdır, insanların problemləri çoxalmış, xüsusən maddi vəziyyət minimum səviyyəyə enmişdir. Bir çox vətəndaşlar kimi maddi və digər çətinliklərlə üzləşdiyi üçün ölkəni tərk etmək və sadaladığı problemlərin daha az olduğu ölkədə yaşamaq istəmişdir. Deportasiya olunacağından qorxduğu üçün məcbur qalıb İran İslam Respublikasını da tərk etmək qərarına gəlmişdir. Əfqanıstan İslam Respublikasında yaşayan qardaşı Zəhidullahla əlaqə yaradaraq vəziyyəti izah etmiş, qardaşı ona qaçaq yolla insanları ölkədən keçirməyə köməklik göstərəcək tanışı olduğunu demişdir. Bir müddət sonra qardaşı ona mobil telefon zəngi edib Tehran şəhərində Bilal adlı şəxslə əlaqə yaratdığını bildirmiş və o həmin şəxslə görüşmüşdür. Görüş zamanı Bilal qaçaq yolla İran İslam Respublikasından Türkiyə Respublikasının ərazisinə keçməyinə köməklik göstərəcəyini vəd etmiş, o isə qardaşının əlaqə yaratdığı şəxsə 2300 ABŞ dolları pul göndərməli olmuşdur. 10 may 2023-cü il tarixdə Bilal onu Tehran şəhərindən Maku şəhərinə aparıb markasını xatırlamadığı avtomobilə əyləşdirmiş və İran-Azərbaycan sərhədinə doğru yola düşmüşdür. Həmin vaxt ondan başqa avtomobildə sonradan adının Təqsirləndirilən şəxs2 olmasını öyrəndiyi şəxs, adlarını bilmədiyi qadın və azyaşlı uşaq olmuşdur. Həmin şəxslərin hər üçü Əfqanıstan İslam Respublikası vətəndaşları olmuşdur, onları əvvəllər tanımamış, aralarında heç bir münasibətləri olmamışdır. Həmin şəxslərin onun kimi qaçaq yolla Türkiyə Respublikasına getmələrini əyləşdikləri avtomobilin sürücüsü demişdir. Bir qədər məsafə qət etdikdən sonra qadın və uşaq avtomobildən düşüb getmiş, onların hansı istiqamətdə getmələri, hər hansı ölkənin ərazisinə keçib-keçməmələri barədə məlumatı olmamışdır. Gecə yarısı İran İslam Respublikasının dövlət sərhədinə çatdıqda xarici görünüşlərindən balıqçıya oxşayan tanımadığı şəxslər onları qarşılamış, sürücü onu və Təqsirləndirilən şəxs2 balıqçılara təhvil verib rezin qayıq vasitəsilə çayı keçmələrinə köməklik göstərməklə onları Türkiyə Respublikasının ərazisinə çatdıracaqlarını, bundan sonra başqa şəxslər tərəfindən qarşılanacaqlarını bildirmişdir. Qayığa mindikdən sonra balıqçılar onlara Türkiyə Respublikasının deyil, Azərbaycan Respublikasının ərazisinə keçəcəkləri barədə məlumat vermişdir, həmin vaxtadək onlar bundan məlumatsız olmuşlar. 11 may 2023-cü il tarixdə, saat 03:00 radələrində rezin qayıq vasitəsilə çayı keçdikdən sonra iranlı balıqçıların əvvəlcədən başa saldıqları kimi kolluq ərazi ilə piyada irəliləməyə başlamışlar. İranlı balıqçılar onlara çayı keçib bir qədər irəlilədikdən sonra sərhəd boyunca uzanan dəmir məftillərin altından torpağı qazıb keçməyi, bundan sonra avtomobil işıqlarının yandırılıbsöndürülməklə işarə veriləcəyini dedikləri üçün məftillərin altından keçərək kolluqda gizlənib gözləməyə başlamışlar. Bir qədər sonra qarşı tərəfdən avtomobil işıqlarının yanıbsöndüyünü müşahidə etmiş və sürətlə həmin istiqamətə qaçıb avtomobilə əyləşmişlər. Bu zaman avtomobilin sükanı arxasında təxminən 30-35 yaşlarında olan sürücünün, sağ qabaq oturacaqda isə təxminən 50-60 yaşlarında olan şəxsin əyləşdiyini görmüşlər. Avtomobillə bir qədər yol getdikdən sonra sürücü onları qabaq oturacaqda oturan şəxsin evinin qarşısında düşürərək çıxıb getmişdir. Təxminən 50-60 yaşlarında olan şəxs onları evinə aparıb yemək-içmək vermiş və gecəni həmin evdə keçirəcəklərini başa salmışdır. Həmin şəxs təxminən 160-170 sm boya malik, qarabuğdayı, dolu bədən quruluşlu (qarınlı), ağ saçlı, bığsız və saqqalsız olmuşdur, həmin şəxsdən başqa evdə sadəcə bir nəfər qadın olduğunu bilmişdir, ancaq həmin qadının zahiri əlamətlərini görməmişlər. Həmin şəxsin danışdığı dili bilmədiyi üçün heç bir normal ünsiyyət qurmaq alınmamışdır. Evdə olarkən mobil telefonuna quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinin proqramı vasitəsilə evin fotoşəklini çəkib dostuna göndərmişdir. 11 may 2023-cü il tarixdə, saat 23:00 radələrində evində qaldıqları şəxs onları başqa sürücünün idarə etdiyi avtomobil vasitəsilə “Tır parkı”-nın yaxınlığına aparmış və Türkiyə Respublikasının ərazisinə necə keçəcəklərini izah etmişdir. Etdiyi köməkliklərin qarşılığında həmin şəxs onlardan hər hansı məbləğdə pul və ya başqa nemət istəməmiş və almamışdır. Həmin şəxs çıxıb getdikdən sonra Təqsirləndirilən şəxs2 ilə birlikdə Türkiyə Respublikasının ərazisinə keçmək üçün bir qədər gözləmiş, həmin müddətdə sərhədi keçmək üçün nə qədər cəhd etsələr də, hər tərəfdə mühafizəçilər olduğundan bütün cəhdləri boşa çıxmışdır. Ancaq əvvəlcədən onlara Azərbaycan-Türkiyə sərhədini rahat şəkildə keçəcəkləri bildirilmişdir. Bu ölkələr qardaş ölkələr olduqlarından sərhədi keçərkən problemlə üzləşməyəcəklərini düşünsələr də, buna nail ola bilməmişlər. 12 may 2023-cü il tarixdə, saat 04:00 radələrində mühafizəçilər onları yanlarına çağırıb həmin ərazidə nə işlə məşğul olduqlarını soruşmuş, mühafizəçiləri başa sala bilmədikləri, həmçinin özlərini şübhəli apardıqları üçün onları aidiyyəti üzrə təhvil vermişlər. Üzərlərində şəxsiyyətlərini təsdiq edən sənəd olmadığından qaçaq yolla sərhədi keçmək istəmişlər, bu barədə əvvəlcədən yalnız qardaşının məlumatı olmuşdur, Təqsirləndirilən şəxs3 ilə aralarında hər hansı danışıq baş tutmamış, sonuncu əli ilə sərhədi göstərərək həmin istiqamətə getməli olduqlarını bildirmişdir, oradan nəqliyyat vasitəsilə keçmələri ilə bağlı hər hansı şəxslə razılaşmamışlar, Türkiyə Respublikası ilə sərhədə doğru irəlilədikdə qarşılarına çıxan çayı üzərək keçməyi fikirləşmiş, suya daş atmaqla dərin olduğunu gördükdə bu fikirdən daşınıb geri qayıtmışlar. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası ərazisindən keçərək Türkiyəyə gedəcəklərini avtomobildə öyrənmişlər, hava qaranlıq olduğundan avtomobil sürücüsünün kim olmasını görməmişdir, Azərbaycan Respublikasına gecə saatlarında çatmış, səhər saatlarında isə sərhədi keçmək qərarına gəlmişlər, Əfqanıstan Respublikasında “Taliban” hakimiyyəti olduğundan və vəziyyət pis olduğundan ölkədən getmək qərarına gəlmişlər, lakin pasportları olmadığından qanuni yolla ölkədən çıxmaq mümkün olmamışdır, avtomobilin nömrəsi və markası, eləcə də, Təqsirləndirilən şəxs4 avtomobildə olub-olmaması tam olaraq yadında olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında ağ rəngli, “VAZ-2101” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə arabir fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs3 onun həmkəndlisi və qonşusudur. Əvvəllər Elşadla aralarında yaxın münasibət olmamışdır, sadəcə “salam-sağ ol” münasibəti saxlamışlar. 11 may 2023-cü il tarixdə, saat 12:00 radələrində yaşadığı evdə yatarkən Elşad evinin qapısını döyməklə onu səsləmişdir. Çölə çıxıb Elşaddan gecə vaxtı nə üçün onu səslədiyini soruşduqda X23 Respublikasından gələcək qonaqlarını qarşılayıb evə gətirmək üçün avtomobillə Babək rayonu, Nehrəm kəndinə getməyi xahiş etmişdir. Taksi sürücüsü kimi qazanc əldə edəcəyini düşünüb gecə saatları olmasına baxmayaraq Elşadın qonaqlarını qarşılamaq üçün Nehrəm kəndinə getməyi qəbul etmişdir. Həmin tarixdə, gecə saatlarında Elşadla birlikdə avtomobillə Nehrəm kəndinə yola düşmüşlər. Nehrəm kəndinə çatdıqda yolun kənarında duran şəxsləri avtomobil yolundan götürmüşdür. Daha sonra həmin şəxsləri Elşadın evinə aparmış və evə qayıtmışdır. Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəlki dövrdə tanımamış, onlarla aralarında heç bir münasibət olmamışdır. Təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs4 özünü CM-nin 32.5, 318.2 və 318-1.1-ci maddələri ilə təqsirli bilməyərək, heç bir şeydən məlumatının olmadığını, Təqsirləndirilən şəxs3 ilə aralarında hər hansı bir razılaşma olmadığını, yalnız ailəsini dolandırmaq məqsədi ilə həmin gecə Elşadın təklifini qəbul etdiyini bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə ona verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs4 bildirmişdir ki, Elşad qonşusu olmuş, aralarında səmimi münasibət olmamış, Elşadla olacaqlar barədə əvvəlcədən danışmamış, həmçinin, ona 20 manat puldan başqa pul verməmiş, bu işlə məşğul olma səbəbi taksi fəaliyyəti ilə məşğul olmaq olmuş, şəxslərin Əfqanıstan vətəndaşı olduqlarından məlumatsız olmuş, avtomobildə heç bir şey danışmadıqları üçün azərbaycan dilli olmadıqlarını müşahidə etməmişdir. Elşadın evinə qonaqların gələcəyi barədə əvvəlcədən məlumatı olmamış, qonaqları avtomobillə apardıqdan sonra da bu barədə soruşmamış, Elşadı evinə apardıqdan sonra ondan məlumatı olmamışdır. Elşadın evi ilə sərhəd arasında təxminən 5-10 kilometr, Əfqan vətəndaşları götürdüyü yer ilə çay arasında isə 100 metrdən artıq məsafə olmuş, Elşadın dediyi qonaqların onları tanımaqları üçün avtomobilin işıqlarını yandırıb söndürmüşdür. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 və Şahid8 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuş və tədqiq edilmiş hesab edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və təqsirli olmaları şahidlərin ifadələri, müvafiq protokollar və onlara əlavə edilmiş disklər, həmçinin işin digər halları ilə tam subuta yetirilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, faktla əlaqədar Əfqanıstan İslam Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 318.2 və 29,318.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli aktdan və “Təhvil-təslim” aktından görünür ki, dan müəyyən edilmişdir ki, 2 nəfər Əfqanıstan vətəndaşları öz dediklərinə görə Təqsirləndirilən şəxs1 Çahzadə v Təqsirləndirilən şəxs2h adlı şəxslər TİR parkı ərazisinə giriş edən zaman “Sədərək” gömrük postunun əməkdaşları tərəfindən tutularaq “Naxçıvan” X9 təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 12 may 2023-cü il tarixdə saat 08:00-da tutulmuşdur. xx.xx.2023-cü il tarixli “İnzibati qaydada tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 12 may 2023-cü il tarixdə saat 08:15-də tutulmuşdur. xx.xx.2023-cü il tarixli “Şəxsi və əşyaların axtarışı, sənədlərin və əşyaların götürülməsi” haqqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd “Readme C3” markalı mobil telefon, 50 (əlli) türk lirəsi, 01 ədəd qara rəngli şalvar, 01 ədəd eynək, 01 ədəd bel kəməri, 04 cüt corab, 02 ədəd yun papaq, 01 cüt ayaqqabı, 01 ədəd tuner və 01 ədəd USB şunuru, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 01 ədəd “Samsung Galaxy A20” markalı mobil telefon aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan və hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki,Dövlət Sərhəd Xidməti Naxçıvan X8 2-ci sərhəd zastavasının xidməti ərazisində yerləşən tır parkına baxış keçirilmiş, əraziyə baxış keçirilən zaman saxlanılan şəxslərin əraziyə Türkiyə Respublikasına keçmək məqsədi ilə gəldikləri məlum olmuşdur. xx.xx.2023-cü il tarixli “Dövlət Sərhədinin pozulması haqqında” aktdan görünür ki, 11 may 202-cü il tarixdə təqribən saat 03:00 radələrində İran İslam Respublikasından Azərbaycan Rerspublikası istiqamətində iki nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulması faktı ilə bağlı, 12.05.202-cü il tarixdə saat 13:00 radələrində 14-cü sərhəd zastavasının xidməti ərazisinə baxış keçirilərkən 16-cı sahəsində nəzarət iz zolağında iki nəfərə məxsus sürünmə izləri aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, anket məlumatlarının dəqiqləşdirilməsi zamanı saxlanılan şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs2 kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti başçısının yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi X2 Ubeydulla Nəcibulla oğlunun qanuni nümayəndəsi qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli “tutulma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 mobil telefonuna baxış keçirilən zaman cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, anket məlumatlarının dəqiqləşdirilməsi zamanı saxlanılan şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş 01 ədəd diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilən zaman Əfqanıstan İslam Respublikasına məxsus mobil operatora aid mobil nömrə ilə sonuncu arasında olan yazışmalar aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 318.2 və 29, 318.2-ci maddələri üzrə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 318.2 və 29, 318.2-ci maddələri üzrə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-327/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu andan, yəni 12 may 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-328/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu andan, yəni 12 may 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli protokollardan və onlara əlavə edilmiş çıxarışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 4 nəfər təqdim edilərək hansını tanıdıqları soruşulduqda 3 nömrəsi ilə qeyd olunan şəxsi tanıdıqlarını və həmin şəxsin onları “Tır” parkına aparan şəxs olduğunu bildirmişlər, sözügedən şəxs xx xxxxx 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs3dur. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat kartotekasında heç bir məlumat aşkar edilməmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat kartotekasında heç bir məlumat aşkar edilməmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Realme” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 318.2 və 29, 318.2-ci maddələri ilə başlanılmış cinayət işi həmin Məcəllənin 318.2, 29,318.2, 32.5,318.2, 32.5,29,318.2 və 318-1.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 32.5,318.2, 32.5,29,318.2 və 318-1-ci maddələri üzrə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokollardan və onlara əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs3 ona təqdim edilmiş şəxslər arasından hansını tanıdığı soruşulduqda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıdığını və onları qarşılayıb evinə, daha sonra Sədərək SNM-ə apardığını bildirmişdir. xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs3 mobil telefonuna baxış keçirilən zaman həmin telefona məxsus ***- ***-**-** saylı mobil nömrə ilə “Whatsapp” mobil tətbiqində “Ramiz” adı ilə qeyd edilmiş Türkiyə Respublikasına məxsus mobil operatora aid “+90 552 474 97 85” saylı mobil nömrə arasında 14-15 may 2023-cü il tarixlərdə, eləcə də, 15 may 2023-cü il tarixdə İran İslam Respublikasına məxsus “+98 935 361 20 14” mobil nömrənin sahibi ilə səsli danışıqlar aparılması aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və qətimkan tədbirinin şərtləri ona izah olunmuşdur. xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “Redmi” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əməliyyat kartotekasında heç bir məlumat aşkar edilməmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefona 24 may 2023cü il Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti İstintaq və təhqiqat idarəsində baxış keçirilməsi zamanı tərtib edilərək cinayət işinin materiallarına əlavə olunmuş, üzərində “ZYKLEN DVD-R 4.7 GB/120 min 16x” yazıları olan 1 (bir) ədəd diskə baxış keçirilərkən diskin içərisində olan “Elşad telefon” adlı qovluqda “PTT-20230514-WA0000”, “PTT- 20230514-WA0003” PTT- 20230514-WA0004”, “PTT-20230514-WA0005”, PTT- 20230514-WA0006”, “PTT-20230514 WA0007”, “PTT-20230515-WA0000”, “PTT- 20230515-WA0002” və “PTT-20230515 WA0003” adlı “MP4” uzantılı 9 (doqquz) ədəd audiofayl olduğu müəyyən edilmişdir. “PTT-20230514-WA0000” adlı audiofayl açılıb dinlənilərkən 33 saniyə müddətində davam edən “Bax Eliş, evləri ilə də danışıram, bax. Yoldaşı da məni tanıyır onun. Bu da qızıdır. Səs atıb ki, babam evdə yoxdur, gələndə deyəcəyəm. Qoy görək də, Eliş, qoy görək. İnşallah, birtəhər indi görək neynirik, nətəhər eləyirik. İş yoxdur e, Eliş, iş yoxdur. İş olsa, yenə bir milyard nə puldur ki? İki gün, üç gün işləsən, bir 100 manat da mən göndərərəm. Özün gəldin, gördün də vəziyyəti. Deyirlər “iş var”, deyirlər “iş var”, çağıran yoxdur” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Baxış keçirilməsində iştirak edən Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin Türkiyə Respublikası İstanbul şəhərində yaşayan əmisioğlu X5 məxsus olduğunu və “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0003” adlı audiofayl açılıb dinlənilərkən 47 saniyə müddətində davam edən “Bilirəm e, səndə də pul yoxdur, işləmirsən. Bəs bu borc yiyələri boğaza yığıb. Sən o şərəfsizlə danış. Deyirdi burda Naxçıvanda 2 adam var. Onları gətirsin, keçirək, 500 manat pul alaq. Ara sakitləşib, heç bir şey yoxdur. Məni heç yana çağırmırlar, eləmirlər. Çox şükür də, min şükür. Denən ordakı adamları göndər bu yana, burda işimizi düzək-qoşaq. Onlardan pul alaq 5 manat, 10 manat. Borcumuzu-xərcimizi verək. Qardaşımsan, bunu bir tezləşdir, denən gör. Bu gün sakitçilikdir, bu gün “vıxodnoydur”. Hamı kefdə, damaqda, toydadılar. Polis-molis hamısı yeyib-içirlər, şənlənirlər hamısı. Sən bu işi düz-qoş. Bu iki adam bu yandan getsin, ya da o yandan iki-üç nəfər gəlsin. Tam sakitçilikdir denən. Nətər deyir, onu da həll eləyək. Sənin səsini gözləyirəm, qardaş. Yaxşı? Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin özünə məxsus olduğunu və Əfqanıstan İslam Respublikası vətəndaşlarının qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən əmisioğlu Ramiz Haqverdiyevə göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0004” adlı audiofayl açılıb dinlənilərkən 22 saniyə müddətində davam edən “Bayaqdan zəng vururam da. Uşaqlar da səs atdı. Deyir, atam evdə yoxdur. İndi bilmirəm, yalan mı deyir, səhv mi deyir əclaf. Cavab versin, deyəcəyəm də. İndi mən də bacardığım qədər deyirəm birtəhər eləyək ki, pulu çıxardaq də. Qoy görüm, bir cavab versin görüm hələ” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin əmisioğlu Ramiz Haqverdiyevə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0005” adlı audiofayl açılıb dinlənilərkən 25 saniyə müddətində davam edən “Ramiz, o puldan vaz keç e. Sən ona denən ki, ara sakitçilikdir. Ya bu yandan, ya o yandan gör imkan var, təzə adam şey eləsin. Pulu onlarla göndərsin də. Başqa yolu yoxdur. Demirəm e, onu çox məcbur elə, sıx. Denən, elə bil sakitçilikdir də, hayandan istəyirsən, o yandan işlə. Yaxşı? Bir danış, mənə bir de. Gözləyirəm səsini, oldu, sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən əmisioğlu Ramiz Haqverdiyevə göndərildiyini bildirmişdir. “PTT-20230514-WA0006” adlı audiofayl açılıb dinlənilərkən 53 saniyə müddətində davam edən “Mən indi onunla danışdım, Eliş, danışdım. Danışdı, dedi, ta mənə zəng vurma. Həə, deyir ki, Elişin də, mənim də səsimi çıxardıblar, deyir. Elişə deyir denən ki, bu gün evdə olmasın. Dedim, əşi sən nə bilirsən bu gün gəlib onu... nəsə olacaq, sən hardan bilirsən? Bəlkə səslərimizi zadımızı çıxardıblar, mənə hələ zəng vurma, filan-beşməkan. Yox, deməyinə dedim. Dedi, hələ nə bilim vəziyyət yaxşı deyil, filan-beşməkan, araşdırma gedir. Ə dedim yaxşı da, nə olur olsun da. Sən mənim adıma bu yana pul vur. (fonoqramın ardı aydın göndərilmədiyindən dinləmək mümkün olmadı.)” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin əmisioğlu Ramiz Haqverdiyevə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərildiyini bildirmişdir. “PTT- 20230514-WA0007” adlı audiofayl açılıb dinlənilərkən 12 saniyə müddətində davam edən “Həə. Ondan sonra yenə telefonu bağladı. İndiyədək yenə zəng vururam, telefonu açmır. Dedi, mənə zəng vurma, hələ gözlə dedi. Nə bilim, bilmirəm ki, ay Eliş” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin əmisioğlu Ramiz Haqverdiyevə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərildiyini bildirmişdir. “PTT- 20230515-WA0000” adlı audiofayl açılıb dinlənilərkən 32 saniyə müddətində davam edən “Salam, qardaş. Necəsən? Dünən mənə 9-da zəng eləmisən. Mən də bilmirəm, yatmışam, ya indi bir az nasaz olmuşam, baxmamışam. Sən kimsən? İrandan zəng eləmisən, Bakıdan zəng eləmisən, Türkiyədən zəng eləmisən? Sən mənə bir səs at görüm. Mən sənə lazımam ki, sən zəng eləmisən də. Bir hansı dildə, nə təhər deyirsən danışaq, söhbət eləyək. Səsini gözləyirəm, qadanalım. Mənə bir ya səs at, ya zəng elə. Oldu, qardaş, gözləyirəm. Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsə göndərildiyini bildirmişdir. “PTT-20230515-WA0002” adlı audiofayl açılıb dinlənilərkən 1 dəqiqə müddətində davam edən “Səccad ağa, necəsən? Mən Elşadam - Ramizin əmioğlusu. Səccad, mən... bax bu şoferlər gəlib durur qapıda, pul istəyirlər. Mən qaçıram, gizlənirəm. Qadanalım, ya Ramizin kartına vur, ya... Düzdür, mən bir-iki gün evə getmədim, sonra getdim. İndi sakitçilikdir, tam sakitçilikdir. Oturub hamısı yenə, bizi də heç yana çağırmırlar, dindirmirlər, dikəltmirlər. Həə, iş zad da ki olsa, mənim gözümüstə, mən hazıram bu gün, səhər, axşam, gecə, gündüz. Saatından asılı olmayaraq. Sənin qadanalım, bir dənə səsyazma at mənə görüm səsli. Mən nə edim, nə iş görüm? Pulu hara göndərirsən, nətəhər göndərirsən, Ramizə göndərirsən, kartına vurursan, bura karta vurursan? Qadanalım, bu şoferlərin əlindən məni qurtar. Nədir o, 200-300 manat, 500 manat puldur. Onu verək, canım qurtarsın. Sağ ol. O biri iş də ki, hansını desən, mən canla-başla hazıram. Hara desən, hardan desən, ordan mən həll eləyərəm. Sağ ol. Zəngini gözləyirəm. Mənə bir səs at. Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən İran İslam Respublikasında yaşayan “Səccad” adlı şəxsə göndərildiyini bildirmişdir. “PTT-20230515-WA0003” adlı audiofayl açılıb dinlənilərkən 24 saniyə müddətində davam edən “Ramiz? Sən bu telefonunu aç, mən sənə bir zəng eləyim. İşim var, vacibdir. Hardasan, gəl evə. İnternetlə şey elə, mənə bir zəng elə. Zəngini gözləyirəm, yaxşı? Vacib işdir. Vacib sözüm var sənə. Tez gəl evə. Sağ ol” məzmununda səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs3 fonoqramdakı səsin özünə məxsus olduğunu və əcnəbilərin qanunsuz olaraq Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilmələrinin planlaşdırılması istiqamətində apardıqları danışıqlar ilə əlaqədar “Whatsapp” sosial şəbəkəsi vasitəsilə özü tərəfindən Ramiz Haverdiyevə göndərildiyini bildirmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ekran görüntüsü çıxarışından görünür ki, “GetContact” mobil tətbiqetməsinin axtarış hissəsində “+**********14” mobil nömrəsinin axtarışı zamanı sözügedən nömrənin “Səccad Şəhrək” adına olması müəyyən edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Realme” mobil telefonuna baxış keçirilən zaman “Whatsapp” sosial şəbəkə proqramında müxtəlif kontaktlarla, eləcə də, “Muslim Noor” adlı kontaktla arasında ünsiyyət olduğu, sonuncunun həmin kontakta səsli mesajlar, fotoşəkillər və “Google Map” proqramı vasitəsilə olduğu yerin məlumatlarını göndərdiyi aşkarlanmışdır. xx.xx.2023-cü il tarixli protokollardan və onlara əlavə edilmiş çıxarışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 4 nəfər təqdim edilərək hansını tanıdıqları soruşulduqda 2 nömrəsi ilə qeyd olunan şəxsi tanıdıqlarını və həmin şəxsin onları qarşılayan avtomobilin sükanı arxasında əyləşdiyini bildirmişlər, sözügedən şəxs xx xxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs4dur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-820/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-821/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs4 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan edilməsi üçün barəsində axtarış elan edilmişdir. xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş diskdən görünür ki, ********** mobil telefon nömrəsinin xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri aralığında mövcud olan zənglər, sms mətnləri və digər məlumatlara baxış keçirilən zaman cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarşda olan təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs4 həmin tarixdə tutularaq istintaqa təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli, 6/1036 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd sensor ekran və “Android 11” əməliyyat sistemi olunmuş “Xiaomi Redmi 9A” markalı, “M2006C3LG” modelli, “**********73156, **********73164” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə və istifadə üçün yararlı olması, rəyin “tədqiq hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 9A” markalı “M2006C3LG” modelli mobil smartfonun yaddaşından hər hansı bir (SMS mesajlar, zəng qeydləri, foto, video fayllar, “Whatsapp” və “İnstagram” sosial şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələrinin və s.) məlumatların pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadığı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli protokol ona və əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş diskdən görünür ki, ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2023 – xx.xx.2023cü il tarixləri aralığında mövcud olan zənglər, sms mətnləri və digər məlumatlara baxış keçirilən zaman cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli protokol, ona əlavə edilmiş çıxarış və "xxxx" MMC tərəfindən təqdim edilmiş diskdən görünür ki, ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri aralığında mövcud olan zənglər, sms mətnləri və digər məlumatlara baxış keçirilən zaman cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı ərazidə baş verən ictimai siyasi tədbirlərdə yaxından iştirak etmiş, kənd sakinləri arasında özünü yaxşı sakin kimi aparmış, vətənini və dövlətini sevən şəxsdir. Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı ərazidə baş verən ictimai siyasi tədbirlərdə yaxından iştirak etmiş, kənd sakinləri arasında özünü yaxşı sakin kimi aparmış, vətənini və dövlətini sevən şəxsdir. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Realme” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 məxsus 01 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, təqsirləndirilən şəxslərin əməlləri CM-nin 318.2, 29,318.2, 32.5,318.2, 32.5,29,318.2, 318- 1.1, 318-1.2.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istintaqı aparılan ********* nömrəli cinayət işindən CM-nin 32.5,318.2, 29,318.2 və 318-1.2.3-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış və ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-nin 32.5,318.2, 32.5, 29,318.2 və 318-1.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 CM-nin 32.5,318.2 və 318-1.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs1 2021-ci ildə X18 Mühasibat uçotu ixtisası üzrə 14-cü sinfi müvəffəqiyyətlə bitirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-593/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarından yayındığından barəsində həbsli axtarış elan edilmiş və cinayət işinin istintaqı təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş 01 may 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, barəsində axtarış verilmiş Təqsirləndirilən şəxs3 25 aprel 2024-cü il tarixdə ürək-çatışmazlığından (ürəkdə tromb) vəfat etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-63/2024 nömrəli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs4 17 avqust 2023-cü il tarixdə ifadəsi alınan zaman Təqsirləndirilən şəxs3 onun qonşusu olmasını, 11 may 2023-cü il tarixdə saat 02:00 radələrində evdə yatan zaman Elşadın qapını döyərək onu səsləməsini, İran İslam Respublikasından gələcək olan qonaqları qarşılayıb evə gətirmək üçün getmələrini xahiş etmişdir. Eyni zamanda müstəntiq tərəfindən ona verilən suallara cavab olaraq 11 may 2023-cü il tarixdə gecə saat 03:00 radələrində Elşadın telefon danışıqlarından qarşılayacaqları qonaqların əfqan olduqlarını bildikdən sonra həmin qonaqları Elşadın evinə aparmaq üçün 50 manat pul istədiyini bildirmişdir. Eyni zamanda ölmüş Təqsirləndirilən şəxs3 cinayət işi üzrə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs4 avtomobilin içərisində baş tutan söhbətlərdən məsələnin nə yerdə olduğunu anladığını, qarşılayacaqları qonaqların qaçaq yolla Azərbaycana keçən əcnəbilər olduğunu anladığını öyrəndiyini, bunu bildikdən sonra Anarın həmin iş üşün 50 manat pul istədiyini,özünün isə Anarla razılaşdığını bildirmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs4 gələn şəxslərin qaçaq yolla Azərbaycan Respublikasına keçdiklərini nəqliyyat vasitəsində Təqsirləndirilən şəxs3 danışıqlarından sonra bilməyinə baxmayaraq, o həmin şəxsləri aparmaqdan imtina etməmiş, əksinə həmin şəxslərin aparılması üçün Təqsirləndirilən şəxs3 50 manat məbləğində pul tələb etmişdir. Eyni zamanda daha sonra Təqsirləndirilən şəxs3 əfqan vətəndaşlarının Azərbaycan Respublikasından Türkiyə Respublikasının ərazisinə keçə bilmədiklərini dedikdən sonra da Təqsirləndirilən şəxs3lə birlikdə onları geri gətirmək üçün “Tır parkı” deyilən yerə getmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs4 özünü ona elan edilmiş ittihamla təqsirli bilməməsinə dair məhkəmə iclasında vermiş olduğu ifadəsinə münasibətdə isə qeyd edir ki, Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatlar cinayət işinin materiallarına əlavıə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs4 özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə toplanmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətmələri onların ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən əməlin tövsif edilməsi, əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı aşağıdakıları nəzərə alır: Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlindən peşman olmasını, özünü təqsirli bilməsini, ilk məhkumluğunu yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 TİR parkı ərazisinə giriş edən zaman “Sədərək” gömrük postunun əməkdaşları tərəfindən tutularaq Sədərək DSX şöbəsinə təhvil verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 52.1-ci maddəsinə əsasən bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Verilmiş sorğular əsasında məlum olmuşdur, Beheşt X7 Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasına əlavə cəza qismində Azərbaycan Respublikası hüdudlarında kənara məcburi çıxarma əlavə cəzası tətbiq edilməli, qərarın icrası əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini zamanı aşağıdakıları nəzərə alır: Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını, 59.2-ci maddəsinə əsasən onun əməlindən peşman olmasını, özünü təqsirli bilməsini, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 TİR parkı ərazisinə giriş edən zaman “Sədərək” gömrük postunun əməkdaşları tərəfindən tutularaq Sədərək DSX şöbəsinə təhvil verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 12 may 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 52.1-ci maddəsinə əsasən bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Verilmiş sorğular əsasında məlum olmuşdur, Şinuvare X3 Respublikasının vətəndaşıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasına əlavə cəza qismində Azərbaycan Respublikası hüdudlarında kənara məcburi çıxarma əlavə cəzası tətbiq edilməli, qərarın icrası əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyini zamanı aşağıdakıları nəzərə alır: Naxçıvan şəhər Qaraçuq kənd İnzibati Ərazi Dairəsi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşadığı ərazidə baş verən ictimai siyasi tədbirlərdə yaxından iştirak etmiş, kənd sakinləri arasında özünü yaxşı sakin kimi aparmış, vətənini və dövlətini sevən şəxsdir. Nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 evlidir və biri yetkinlik yaşına çatmayan olmaqla xx.xx.2006-cı il təvəllüdlü X15, xx.xx.2008-ci il təvəllüdlü X16 onun övladlarıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs4 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-63/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarından yayındığını üçün barəsində həbsli axtarış elan edilmiş və cinayət işinin icraatı təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən daxil olmuş məktuba əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 02 avqust 2024-cü il tarixdə tutulmuş və Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Daha sonra Binəqədi Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri ilə Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalı və ona təyin edilmiş cəza müddətinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs4 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Realme” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 105 (yüz beş) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 105 (yüz beş) saat vaxt sərf etmişdir. Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Təqsirləndirilən şəxs4 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 115 (yüz on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 115 (yüz on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 630 (altı yüz otuz) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 105 (yüz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Tofq qızına Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 630 (altı yüz otuz) manat, Təqsirləndirilən şəxs4 göstərdiyi cəmi 115 (yüz on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 690 (altı yüz doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmaqla 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbacan Respublikası hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası azadlıqdan məhrumetmə növündə cəzanı(əsas cəza növünü) çəkib bitirdikdən sonra icra olunsun. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 105 (yüz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 630 (altı yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2 və 29,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmaqla 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 12 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbacan Respublikası hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası azadlıqdan məhrumetmə növündə cəzanı(əsas cəza növünü) çəkib bitirdikdən sonra icra olunsun. Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 105 (yüz beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 630 (altı yüz otuz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,318.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-1.1-ci maddəsinə əsasən 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 01 (bir) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli 02 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut növü kimi tanınmış 02 (iki) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs4 göstərdiyi cəmi 115 (yüz on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 690 (altı yüz doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan iş üzrə maddi sübut – Təqsirləndirilən şəxs1 məxsus 1 (bir) ədəd “Realme” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 məxsus 1 (bir) ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə geri qaytarılsın. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar