Məhkəmə qərarları › İş №1(001)-130/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-130/2025

07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-130/2025 07.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Nəsibov Samir Nadir oğlunun sədrliyi Məhkəmə iclas katibi: Bayramov Tural Ural oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslə birləşib özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs2 məxsus "xxxx" ASC-yə aid kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun yenidən kart hesabına bərpa olunmasına və Ali Məhkəmənin İnzibati Kollegiyasında kassasiya şikayəti əsasında aparılan məhkəmə araşdırması zamanı onun xeyrinə qərar qəbul olunmaqla əvvəlki vəzifəsinə təyin olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Alicanov küçəsində yerləşən “Araz” adlı marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsi ilə istifadəsində olmuş "xxxx" ASC-yə aid 4169********4473 nömrəli bank hesab kartına köçürdüyü 200 manat, eyni niyyətlə 26 sentyabr 2023-cü il tarixdə ünvan 3 ünvanda yerləşən Ali Məhkəmənin inzibati binasının arxa hissəsində 5.800 manat və eyni niyyətlə 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən “Abşeron” kafesində 5000 manat, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11.000 manat pulu ələ keçirib vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslə birləşib özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək hərbi biletində olan uyğunsuzluğu həll edəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır dairəsi adlanan ərazidə 4169********8861 nömrəli bank kart hesabından digər şəxsin ona göndərdiyi 4169********0418 saylı bank kart hesabına köçürmüş 1.500 manat, eyni niyyətlə xx.xx.2023-cü il tarixdə eyni ərazidən 416973****8861 nömrəli kart hesabından digər şəxsin ona göndərdiyi 4169********0418 saylı bank kart hesabına köçürmüş 7.000 manat, eyni niyyətlə 2023-cü ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində Atatürk prospektində yerləşən Atatürk parkının qarşısında 3.000 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11.500 manat pulu ələ keçirib vədinə əməl etməyərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında digər şəxslə birləşib özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edib onu həmin Xidmətdə işə düzəldəcəyinə dair yalan vəd verib inandırmış, bu niyyətlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində yerləşən “Aygun Mall” Ticarət Mərkəzinin qarşısında ekvivalentlə 7.990 manat təşkil edən 4.700 ABŞ dollarını, eyni niyyətlə xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında mobil tətbiq vasitəsi ilə "xxxx" ASC-yə aid *****0585 nömrəli kart hesabından digər şəxsin istifadəsində olmuş "xxxx" ASC-yə aid 4169********0418 saylı nömrəli bank kart hesabına köçürülmüş 2.000 manat, eyni niyyətlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən "xxxx" ASC-nin Səbail filialının bankomatının qarşısında 2.000 manat, eyni niyyətlə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, “İstanbul Klinikası”nın yaxınlığında 150 manat və eyni niyyətlə həmin tarixdə eyni ünvanda mobil tətbiq vasitəsi ilə "xxxx" ASC-yə aid ******0585 nömrəli bank kart hesabından istifadəsində olmuş kart hesabına köçürülmüş 50 manat pulu, yəni vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 12.190 manat pulu ələ keçirib vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, elan edilmiş ittihamda qeyd olunan epizodlardan Zərərçəkmiş şəxs2 münasibətdə özünü təqsirli bilir, digər 2 epizod üzrə isə təqsirli bilmir. Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilməsi epizodu ilə bağlı qeyd etdi ki, o, taksi fəaliyyəti ilə məşğul olduğundan tanışı X6 ona zəng edərək Bakıda olmadığıdan Zərərçəkmiş şəxs1la görüşməsini və onda olan pul vəsaitini götürməsini xahiş etmişdir. O, Elçinin xahişi ilə 3-cü mikrorayon dairəsi yaxınlığında Zərərçəkmiş şəxs1la görüşmüş, onda olan 2.200 manatı götürərək, Elçinə çatdırmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 isə ümumiyyətlə tanımır və ondan hər hansı məbləğdə pul almamışdır. Elçinlə Pərviz arasında nə danışıq olması barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edilməsi epizoduna münasibətdə isə qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs2 ittihamda göstərildiyi kimi 11.000 manat deyil, 4.900 manat almışdır. Belə ki, onlar Şahid2 ilə qonşu olduqlarından aralarında dostluq münasibətləri yaranmış və o, mütəmadi olaraq Ələkbərin bərbər kimi fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinə gedib-gəlmişdir. 21 sentyabr 2023-cü il tarixdə Ələkbərin işlədiyi bərbərxanaya getmişdir. Həmin vaxt Ələkbər bərbərxanada olan müştəriyə xidmət göstərməklə məşğul olmuşdur. Bu zaman Ələkbərin mobil telefonuna zəng gəlmiş və onun kiminləsə kart hesabından baş vermiş oğurluq faktı ilə bağlı danışmasını eşitmişdir. O, Ələkbərə həmin şəxslə danışmaq istədiyini demiş, Ələkbər isə telefonu ona vermişdir. O, bərbərxanadan çölə çıxıb, ilk dəfə telefonda tanış olduğu Zərərçəkmiş şəxs2la danışmağa başlamışdır. Telefon danışığı zamanı həmin şəxsin Ələkbərin qonşusu olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs2 bir neçə gün əvvəl özünə aid "xxxx"a məxsus plastik kartından 3.600 manat məbləğində pul oğurlandığını bildirmişdir. O, Zərərçəkmiş şəxs2 oğurlanmış həmin vəsaitin geri qaytarılmasına kömək edə biləcəyini bildirmişdir. İsgəndərə bu işlərdə köməyi dəyəcək Rabitə Nazirliyində işləyən tanışının olmasını, hörmət əlaməti olaraq 400 manat müqabilində bu işin həllini tapacağını bildirmiş və Ələkbərin işlədiyi bərbərxanada və ya yaxınlıqda yerləşən “Yaylaq” kafesində üzbə-üz görüşməyi təklif etmişdir. İsgəndər hər hansı etiraz etmədən təxminən 1 saat sonra “Yaylaq” kafesinə gələcəyini bildirmişdir. İsgəndərlə danışdıqdan sonra bərbərxanaya qayıtmış və Ələkbərdən onun İsgəndərlə görüşündə iştirak etməsini xahiş etmiş, Ələkbər isə buna etiraz etməmişdir. Həmin gün 1 saatdan sonra “Yaylaq” kafesində Ələkbərlə birlikdə İsgəndərlə görüşmüşlər. Kafedə olarkən İsgəndər kart hesabından pulun oğurlanması ilə bağlı başına gələnləri ətraflı şəkildə danışmışdır. İsgəndərin danışdıqlarına qulaq asdıqdan sonra Rabitə Nazirliyində işləyən tanışının olmasını bildirib, tanışının vasitəsilə kart hesabından oğurlanmış 3.600 manat pulun kart hesabına qaytarılmasına köməklik göstərə biləcəyini bildirmişdir. İsgəndər 400 manat məbləğində pulu çıxarıb masanın üzərinə qoymuş və o, həmin pulu götürmüşdür. Götürdüyü 400 manat puldan heç kimə hər hansı məbləğdə pul verməmişdir. 24 sentyabr 2023-cü il tarixdə axşam saatlarında İsgəndərə zəng edərək, kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun kart hesabına bərpa olunması məqsədilə Rabitə Nazirliyində işləyən tanışına əlavə 200 manat hörmət olunmasının lazım olduğunu bildirmiş, İsgəndər isə etiraz etməyərək həmin məbləği onun "xxxx"a aid kart hesabına köçürmüşdür. Daha sonra İsdəndər ona zəng edərək, pulun hesabına oturub-oturmaması ilə maraqlanmış, o, isə cavabında pulun kartına oturduğunu bildirmişdir. Telefon danışığı zamanı İsgəndər başqa bir məsələ ilə bağlı da onunla görüşmək istədiyini bildirmişdir. O, hər hansı etiraz etməyib, səhəri gün Yeni Günəşli qəsəbəsində görüşə biləcəklərini demişdir. Növbəti gün, yəni 25 sentyabr 2023-cü il tarixdə X7 qəsəbəsində ikilikdə görüşmüşlər. Həmin vaxt İsgəndər ona Heydər Əliyev adına Ali Hərbi İnstitutda işlədiyi vəzifəsindən xaric olunmasını, bununla bağlı həm rayon, həm də apellyasiya məhkəməsinə müraciət etməsini, lakin hər dəfəsində onun əleyhinə qərar çıxarılmasını, bir neçə ay əvvəl artıq Ali Məhkəməyə müraciət etməsini və hal-hazırda bununla bağlı işinin Ali Məhkəmədə olmasını bildirib, həmin işin xeyrinə həll edilməsinə köməklik göstərib-göstərə bilməyəcəyini soruşmuşdur. O, İsgəndərə həmin işi də Ali Məhkəmədə işləyən tanışının vasitəsilə xeyrinə həll edə biləcəyini, lakin həmin iş çətin olduğundan bunun üçün 5.000 manat pula ehtiyac olduğunu demişdir. İsgəndər də ailə üzvləri ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Həmin gün İsgəndərin atası Şahid1 onunla telefon əlaqəsi saxlayıb, həmin məbləği bir qədər aşağı endirməyi xahiş etmiş və o, İsgəndərin atasının xahişi ilə həmin məsələni 4.500 manata həll edə biləcəyini demişdir. İsgəndər həmin vəsaiti hissə-hissə ödəyə biləcəyini bildirmiş və o, İsgəndərlə razılaşmışdır. 26 sentyabr 2023-cü il tarixdə İsgəndərlə Xətai rayonu, Babək prospektində yerləşən “Abşeron” kafesində görüşmüş, bu zaman İsgəndər 2.300 manat pul çıxardaraq masanın üzərinə qoymuşdur. O, həmin pulu sayıb götürmüş, İsgəndərə həmin pulu Ali Məhkəmədə işləyən tanışına verəcəyini bildirmişdir. Bir neçə gün sonra İsgəndərlə telefon əlaqəsi saxlayıb sonuncuya yenə də Ali Məhkəmədə olan işi ilə bağlı əlavə 500 manat məbləğində pula ehtiyac olmasını bildirmiş, İsgəndər də işdə olmasını bildirib həmin pulu atası vasitəsilə ona çatdıracağını bildirmişdir. Həmin gün axşam saatlarında Ələkbər onunla telefon əlaqəsi saxlayaraq İsgəndərin atası Rais kişinin ona çatdırılması üçün 500 manat məbləğində pul verməsini demişdir. O, həmin gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Ələkbərlə görüşmüş və Ələkbər 500 manatı ona vermişdir. 01 oktyabr 2023cü il tarixdə İsgəndərlə telefon əlaqəsi saxlayıb Ali Məhkəmədə olan tanışının onunla əlaqə saxladığını və həmin şəxslə Ali Məhkəmədə görüşüb, qalan 1.500 manat məbləğində pulu vermək lazım olması barədə məlumat vermişdir. İsgəndər də 1.500 manat pulu hazır edib, səhəri gün görüşə biləcəklərini demişdir. 02 oktyabr 2023-cü il tarixdə İsgəndər idarə etdiyi avtomobillə onu yaşadığı ünvanın yaxınlığından götürmüşdür. Həmin vaxt avtomobildə İsgəndərin atası Rais kişi və Ələkbər də olmuşdur. İsgəndərin idarə etdiyi avtomobillə Ali Məhkəmənin inzibati binasının qarşısına getmişlər. Avtomobildən düşdükdən sonra birlikdə Ali Məhkəmənin inzibati binasının arxasına tərəf getmiş, İsgəndər də 1.500 manat pulu sayaraq ona vermişdir. Daha sonra isə Ali Məhkəmənin inzibati binasının girişi istiqamətində hərəkət etmiş, İsgəndər, Ələkbər və Raisin onu görməməsi üçün binanın girişi qarşısında dayanmışdır. Təxminən 15-20 dəqiqədən sonra İsgəndərgilin yanına qayıtmışdır. Onlar birlikdə avtomobilə əyləşmiş, avtomobilin içərisində olarkən İsgəndərə işinin həll olunacağını bildirmişdir. Bir neçə gün sonra İsgəndər onunla telefon əlaqəsi saxladıqda, sonuncuya narahat olmamasını, məsələnin danışılıb həll olunduğunu bildirmiş və arxayın olmasını demişdir. Həmin ərəfədə özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədən Orxan adlı şəxsin adından Zərərçəkmiş şəxs2la adını demək istəmədiyi şəxs danışaraq onun Ali Məhkəmədə olan işinin həll edilməsi adı ilə qısa lazımi məlumatlar vermişdir. Əsl həqiqətdə Orxan adlı şəxs mövcud deyil və onun Ali Məhkəmədə işləyən Orxan adlı və ya digər tanışı yoxdur. Orxan adlı şəxsin adından isə Zərərçəkmiş şəxs2la onun Ali Məhkəmədə olan işinin həll edilməsi adı ilə bir nəfər adını qeyd etmək istəmədiyi tanışı vasitəsilə əvvəlcədən lazımi məlumatları verməklə qısa telefon danışıqları aparmışdır. İsgəndərdən "xxxx"a aid kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun kart hesabına bərpa olunması və Ali Məhkəmədə olan məhkəmə işinin onun xeyrinə həll olunmasına köməklik göstərilməsi məqsədilə hissə-hissə almış olduğu 4.900 manat məbləğində pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmə istintaqında verilmiş sullara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs2 "xxxx"a aid kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun kart hesabına bərpa olunması və Ali Məhkəmədə olan məhkəmə işinin onun xeyrinə həll olunmasına köməklik göstərilməsi üçün onun hər hansı imkanı və ya tanışı olmamış, sadəcə olaraq fikirləşmişdir ki, pulu aldıqdan sonra İsgəndərə kömək edə biləcək kimisə tapa bilər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə özünə məxsus bank kartından pul oğurlanmış və bununla bağlı polisə müraciət etmişdir. Lakin, hər hansı nəticə əldə etmək mümkün olmamışdır. Bu hadisəni o, qonşuları olan və bərbər işləyən Şahid2 danışmışdır. Ələkbər ona Dövlət Təhlükəsizliyi Xidmətində işləyən tanışı olduğunu və həmin tanışının pulun bərpa olunmasında ona kömək edə biləcəyini bildirmişdir. Lakin, o, Ələkbərə hər hansı müsbət nəticənin əldə edilə biləcəyinə inanmadığı demişdir. Buna baxmayaraq, Ələkbər ondan əl çəkməyərək, dəfələrlə telefon etmiş və Dövlət Təhlükəsizlik Xidmətində işləyən tanışının ona kömək edə biləcəyinə inandırmışdır. Təqsirləndirilən şəxs onların ilk dəfə Ələkbərin telefonu ilə danışmaqları barədə dedikləri yalandır. Ona Ələkbər zəng vuraraq, “Yaylaq” kafesində “müəllim”lə oturub onu gözlədiklərini bildirmiş və o, həmin kafeyə getmişdir. xx.xx.2023-cü il tarixdə Ələkbər onu Bakı şəhəri, Günəşli qəsəbəsində yerləşən “Yaylaq” kafesində Qoca adlı şəxslə tanış etmişdir. Ələkbər ona Qocanın bank kartından oğurlanan pulu karta bərpa etdirəcəyini və Ali Məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini bildirmişdir. Bunun qarşılığında Qoca adlı şəxs ondan 11.000 manat məbləğində pul istəmişdir. Bundan sonra o, 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Alicanov küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olmuş "xxxx"a aid 4169-7387-0791-4473 nömrəli kart hesabına 200 manat köçürmüş, 26 sentyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasının arxa tərəfində 5.800 manat və 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Abşeron” kafesində 5.000 manat məbləğində pulu əlbəəl olaraq Ələkbərə vermiş, Ələkbər də həmin pulları onun yanında Qocaya vermişdir. Pulları birbaşa Qocaya verməməsinin səbəbi onu tanımamağı olmuşdur. Onu Ələkbər qurbanlıq kimi Qocanın qabağına atmışdır. Qoca özünə inam yaratmaq məqsədilə onu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə aparmış, İdarənin rəisi yerində olmadığından, onu həmin İdarənin müavini ilə görüşdürmüşdür. Bundan sonra onun Qocaya inamı yaranmışdır. O, əvvəllər Qocanı tanımamış, sonradan öyrənmişdir ki, Qoca dələduzluq cinayətinə görə əvvəllər məhkum olunmuşdur. Beləliklə, Qoca və Ələkbər onu aldadaraq, ümumilikdə 11.000 manat pulunu ələ keçirmişlər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, o, uzun müddətdir ki, X4 tanıyır. Elçin özünü ona Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim etmişdir. Onun ixtisası tibb sahəsi üzrədir. 2023-cü ilin oktyabr ayının əvvəllərində X2 Xidmətində onun ixtisası üzrə vakant vəzifə olduğunu və onu həmin Xidmətə işə düzəldə biləcəyini bildirmişdir. Onu Qoca ilə Elçin tanış etmişdir. Ümumilikdə işə düzəlmək üçün 12.200 manat pul vermişdir. Bu pulların 10.000 manatını Elçinə, 2.200 manatını isə Qocaya vermişdir. Elçin olmadıqda onunla Qoca görüşmüş, işin həlli ilə bağlı vəzifəli şəxslərin qəbuluna girəcəyini və sair bu kimi müxtəlif vədlər vermişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X4 tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə tanımışdır. O, əvvəllər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş və həmin Xidmətdən xidməti uyğunsuzluğa görə xaric edilmişdir. 2023-cü ilin oktyabr ayında Əli ona Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəldiyini və bunun üçün Elçin və Qoca adlı şəxslərə pul verdiyini demişdir. O, da əmək kitabçasında olan xidməti uyğunsuzluq bəndinin çıxarılmasının mümkün olub-olmaması barədə Elçin və Qocadan soruşmağı Əlidən xahiş etmişdir. Əli həmin şəxslərdən soruşduqdan sonra, bu işin mümkün olmasını bildirmişdir. O da, bu məqsədlə Elçin və Qoca ilə görüşmüşdür. O, pulları Elçinə vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən ziyan tam olaraq ödənilmişdir, hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun atası Şahid1 onun iştirakı ilə Təqsirləndirilən şəxs 400 manat bir, 500 manat bir və 1.500 manat bir olmaqla ümumilikdə 2.400 manat pul vermişdir. 400 manatı Qocaya İsgəndər özü “Yaylaq” kafesində vermiş, 500 manatı İsgəndərin atası Qocaya çatdırılması üçün işlədiyi bərbərxanada ona vermiş, 1.500 manatı isə Ali Məhkəmənin inzibati binasının qarşısında İsgəndər Qocaya vermişdir. İsgəndərin atasının Qocaya çatdırmaq üçün verdiyi 500 manatı o, Qocayla görüşüb vermişdir. Onun ümumiyyətlə İsgəndərlə Qocanın hər hansı məsələnin həlli ilə bağlı danışıq aparmasından məlumatı olmamış, o, bundan yalnız İsgəndərin atası onun bərbərxanasına gəlib Qocaya çatdırmaq üçün 500 manat pul verdiyi zaman xəbər tutmuşdur. O, yalnız İsgəndərin xahişi ilə onun işlərinin gedişi barədə Qocadan məlumat almış, bu zaman Qoca ona işlərin düzələcəyini bildirmişdir. Sonradan xəbəri olmuşdur ki, İsgəndər onunla danışıqlarını telefonun yaddaşına yazmış və həmin danışıqları təhrif edərək, özünə lazım olan hissələri ayıraraq polisə təqdim etmişdir. Onun bu işlərdə əlaqəsinin olub-olmaması daxili işlər orqanları tərəfindən araşdırılmış və onun əməllərində cinayət tərkibi müəyyən edilməmişdir. Verilmiş sullara cavab olaraq Şahid2 bildirdi ki, Qoca ilə İsgəndər nə Qocanın dediyi kimi o, İsgəndərlə telefonla danışan zaman Qocanın telefonu götürüb danışması yolu ilə, nə də ki, İsgəndərin dediyi kimi onun vasitəsilə “Yaylaq” kafesində tanış olmamışlar. İsgəndər ona bank kartından pul oğurlandığını bildirmiş, o, isə İsgəndərə hüquq mühafizə orqanlarına müraciət etməsini tövsiyə etmişdir. Bir neçə gün sonra o, “Razin”də Qoca ilə çay içərkən İsgəndər yenidən ona zəng vuraraq, kartından oğurlanmış pul barədə danışmışdır. Bu zaman Qoca məsələ ilə maraqlanmış, kömək edə biləcəyini demiş və onun telefonunu götürərək, ondan aralanmış və İsgəndərlə telefonda danışmışdır. Ondan sonra Qoca ilə birlikdə Günəşlidə yerləşən “Yaylaq” kafesinə gəlmişlər, İsgəndər həmin kafedə Qocaya 400 manat pul vermişdir. Pulun nə üçün verilməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Zərərçəkmiş şəxs2 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: • “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və cinayət işiinn istintaq aidəyyəti üzrə göndərilməsi haqqında” 21 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (İ cild, i.v. 1-4); • “Cinayət işnin başlanması və icraata qəbul edilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 müraciətləri əsasında toplanmış material üzrə fakta görə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (İ cild, i.v. 35); • “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona həmin maddlərlə nəzərdə tutulmuş ittiham elan edilmişdir (İ cild, i.v. 57); • “Axtarış elan edilməsi haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur (İ cild, i.v. 64-65); • “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (İİ cild, i.v. 10-11); • Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarından görünür ki, AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmışdır (İİ cild, i.v. 31-35); • “Vəsatətin tam rədd edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan olunarkən sonuncunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 vermiş olduğu vədlərlə əlaqədar cəmi 4.900 manat məbləğində pul almasını qeyd edərək özünü qismən təqsirli bilməsi barədə verdiyi şifahi vəsatət hüquqi və məntiqi əsası olmadığına görə tam rədd edilmişdir (İİ cild, i.v. 36-38); • “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərardan görünür ki, 23016257 nömrəli cinayət işi Abşeron RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan cinayət işinə birləşdirilib ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyatı üzrə Abşron RPİ-nə göndərilmişdir (İİ cild, i.v. 41-42); • “Sübutların qiymətləndirilməsi, cinayət işindən materialların ayrılması və cinayət işinin ərazi üzrə göndərilməsi haqqında” 13 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ərazi aidiyyatı üzrə Bakı şəhəri Binəqədi RPİ-nə göndərilmişdir (İİ cild, i.v. 140-143); • 19 fevral 2024-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (İİ cild, i.v. 1-4); • 23 dekabr 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, üzləşdirmə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərilən xüsusatları təsdiqləyərək, Şahid2 üzünə qarşı bildirmişdir (İ cild, i.v. 199-202); • “Diskə baxış keçirilməsi haqqında” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi, onunla Təqsirləndirilən şəxs və Şahid2 arasında, Şahid1 ilə Şahid2 arasında olan danışmaları əks etdirən 1 ədəd diskə baxış keçirilmiş, səs yazılarında Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında Ali Məhkəmədə şikayəti əsasında aparılan məhkəmə araşdırması zamanı Orxan adlı tanışının vasitəsi ilə onun xeyrinə qərar qəbul ediləcəyi barədə vəd verməsinə dair danışıqlar, Şahid2 ilə Zərərçəkmiş şəxs2 arasında Təqsirləndirilən şəxs qeyd olunan məsələni həll edəcəyi, habelə Qocanın Şahid1 söhbətlərdə iştirakın etməsinə narazı olması, Təqsirləndirilən şəxs onu aldatması barədə danışıqlar, Şahid1la Şahid2 arasında oğlunun şikayəti əsasında Ali Məhkəmədə aparılan məhkəmə araşdırması zamanı oğlunun xeyrinə qərar qəbul edilməsi məsələsini Təqsirləndirilən şəxs həll etməsi barədə danışıqlar olması müəyyən edilmişdir. Belə ki, 01-ci 1 dəqiqə 19 saniyəlik audio yazıda Təqsirləndirilən şəxs Şahid2 müraciət edərək işi həll edəcəyinə dair vədlər verməsi; 02-ci 1 dəqiqə 06 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs danışığı əks olunmuş və həmin danışıq zamanı Zərərçəkmiş şəxs2 pulu Ələkbərə verdiyini bildirmiş və onun da pulu Təqsirləndirilən şəxs verdiyini qeyd etmiş, həmçinin Təqsirləndirilən şəxs pulu verməsinə baxmayaraq işin nə üçün həll olunmadığını bildirmiş; 03-cü 1 dəqiqə 05 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2lə Orxan deyə müraciət etdiyi şəxs arasında danışıqlar əks olunmuş və həmin danışıqlar zamanı Orxan adlı şəxs onu 1-ci gün Ali Məhkəməyə gəlməyə dəvət etmişdir; 04-cü 05 dəqiqə 15 saniyəlik səs yazısında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında danışıq olması müəyyən edilmiş, həmin danışıq zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs Orxan adlı şəxsin onu Ali Məhkəməyə çağırmasını bildirmiş və Təqsirləndirilən şəxs birisi gün onu saat 12 üçün görüşə çağırmış və işi həll edəcəyinə dair vədlər vermişdir; 05-ci 5 dəqiqə 05 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2lə Ələkbər arasında telefon danışığı olması müəyyən edilmiş, həmin danışıq zamanı Ələkbər Zərərçəkmiş şəxs2 atası Raisi sakitləşdirməsini istəmişdir; 06-cı 05 dəqiqə 27 saniyəlik audio faylda X3 Ələkbər arasında danışığın olması müəyyən edilmiş, həmin danışıq zamanı Ələkbərin Təqsirləndirilən şəxs məsələni həll edəcəyinə dair vədlər verməsi öz əksini tapmışdır; 07-ci 14 dəqiqə 49 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında telefon danışığı olması müəyyən edilmiş, həmin danışıq ərzində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işin həlli ilə bağlı vədlər verdiyi öz əksini tapmışdır; 08-ci 03 dəqiqə 57 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2lə Təqsirləndirilən şəxs arasında telefon danışığı olması və həmin danışıq zamanı Təqsirləndirilən şəxs işin həlli ilə məşğul olmasını bildirməsi öz əksini tapmış və yenə də işin həll olunmasına dair vədlər verdiyi məlum edilmişdir; 09-cu 03 dəqiqə 02 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2 Ələkbərlə arasında telefon danışıqları zamanı İsgəndər işin həll edilmədiyini Ələkbərə bildirmiş, Ələkbər isə Təqsirləndirilən şəxs ilə danışıb məsələyə aydınlıq gətirəcəyini bildirmişdir; 10-cu 01 dəqiqə 29 saniyəlik audio faylda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 bir həftə ərzində bank kartından çıxarılan pulu kartına bərpa edəcəyini bildirmişdir; 11-ci 33 saniyəlik audio faylda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 işin həlli ilə bağlı müxtəlif vədlər vermişdir; 12-ci 42 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2lə Ələkbər arasında olan danışıq öz əksini tapmış və Ələkbərin həmin danışıq zamanı Təqsirləndirilən şəxs işi həll edəcəyinə dair Zərərçəkmiş şəxs2 arxayın etməsi əksini tapmışdır; 13-cü 01 dəqiqə 14 saniyəlik audio faylda Zərərçəkmiş şəxs2lə Ələkbər arasında olan danışıq öz əksini tapmış və Ələkbərin həmin danışıq zamanı Təqsirləndirilən şəxs işi həll edəcəyinə dair Zərərçəkmiş şəxs2 arxayın etməsi əksini tapmışdır (İİ cild, i.v. 225-226); • “Sənədlərin götürülməsi haqqında” 06 dekabr 2023-cü il tarixli protokola əlavə edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi “Whatsapp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmaların olduğu 15 vəqərdən ibarət çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs və Hüseynov X1 işinin həll ediləcəyi barədə müxtəlif vədlər verirlər (İ cild, i.v. 139-154); • Məhkəmə istintaqı zamanı Şahid2 təqdim etdiyi 1 ədəd diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, həmin diskdə olan 01-ci 3 dəqiqə 30 saniyəlik audio faylda Təqsirləndirilən şəxs şikayətini geri götürməsi müqabilində Zərərçəkmiş şəxs2 aldığı pulu qaytarmağı təklif edərək, təkidlə həmin məbləğin 4.900 manat olmasını bildirir, İsgəndər isə pulun qalan hissəsinin necə həll olacağını soruşur; 02-ci 03 dəqiqə 17 saniyəlik audio faylda Təqsirləndirilən şəxs ilə Ələbkərin atası Hüseyn arasında olan danışıq öz əksini tapmış və həmin danışıqda Qoca pulu ona Ələkbərin deyil, İsgəndərin şəxsən verdiyini bildirir; 03-cü 17 saniyəlik və 04-cü 32 saniyəlik video faylda Qoca, Ələkbər və İsgəndərin bir ictimai iaşə obyektində masa arxasında oturması, İsgəndərin Qocaya videodan məlum edilməsi mümkün olmayan nəsə verməsi, Qocanın isə onu cibinə qoyması görsənir; • Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 10 dekabr 2024-cü il tarixli qərardan görünür ki, AR CPM-in 39.1.2-ci maddəsinə Şahid2 barəsində AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və o, həbsdən azad olunmuşdur; • Bakı şəhər prokurorunun müavini, baş ədliyyə müşaviri Mobil Şəfiyev tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında” 13 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru İlkin Almazovun 10 dekabr 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı əsassız olduğundan ləğv edilmişdir; • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək, 6 ay şərti sınaq müddəti təyin edilməklə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına; Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 06 ay şərti sınaq müddəti tətbiq edilməklə 02 il 25 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (İİ cild, i.v. 276-278). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs oğunun məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi yüngül cəza almaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs oğunun bu ifadəsi iş materialları, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, 178.2.2-ci maddəsi təkrar törədilməsinə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir (8-ci bənd); dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun (30-cu bənd); CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-nin 178.2.1-ci maddəsi) hesab edilir (34-cü bənd); dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də analoji cinayətə görə məhkum olunmasını onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 01 ədəd “CD” disk, 01 ədəd xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli elektron qəbz, xx.xx.2023-cü il tarixli **********2 nömrəli qəbzlər və Şahid2 məhkəmə istintaqı zamanı təqdim etdiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 50 saat üçün nəzərdə tutulan 300 (üç yüz) manat ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə nəzərə alaraq və və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış Zərərçəkmiş şəxs2 istintaqa təqdim etdiyi 01 ədəd “CD” disk, 01 ədəd xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli ********* saylı, xx.xx.2023-cü il tarixli elektron qəbz, xx.xx.2023-cü il tarixli **********2 nömrəli qəbzlər və Şahid2 məhkəmə istintaqı zamanı təqdim etdiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 300 manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar