Məhkəmə qərarları › İş №1(001)-131/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-131/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-131/2023 16.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Mirzəyeva (Səfərova) İranə Vahid qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 12 iyul 2018-ci ildən başlayaraq xx.xx.2011ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat alimentin tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-3970/2018 saylı, 30 aprel 2018-ci il tarixli, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat miqdarında alimentin tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair həmin rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-1913/2020 saylı, xx.xx.2020-ci il tarixli və qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla həmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat miqdarında aliment tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(001)-2664/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4295/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 25.04.22-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 7808,18 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Mirzəyeva (Səfərova) İranə Vahid qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməklə, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3970/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsi əsasında həmin rayon Məhkəmənin 2(001)-7806/2017 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək ondan 12 iyul 2018-ci ildən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat aliment pulu tutularaq X4 ödənilməsi qət edilmişdir. Daha sonra Zərərçəkmiş şəxs (Səfərova) aliment miqdarının artırılması üçün yenidən məhkəməyə müraciət etmiş, həmin məhkəmənin 2(001)-1913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ondan yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat miqdarında alimentin, həmin məhkəmənin 2(001)-2664/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla isə həmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat miqdarında aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra ayrı-ayrılıqda üzrə Binəqədi Rayon İcra şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maliyyə cətinlikləri olduğu üçün təqdimat verilənədək alimenti ödəyə bilməmiş və təqdimat verilən xx.xx.2022-ci il tarixinədək 7808,18 manat alimet borcu yaranmışdır. Qətnamələrdə qeyd edilən aliment məbləği çox olduğundan həmin qətnamələr ilə razı olmasa da alimentin azaldılması və ya borc məbləğinin silinməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir.Hazırda sürüçülük etməklə fərdi əmək fealiyyətilə məşğuldur və İİ-ci qrupp əlil olmasına görə ona dövlət tərəfindən hər ay 180,00 manat ödənilir. Lakin aldığı 180,00 manatın demək olar ki, hamısı daha əvvəllər olan borcuna görə tutulur. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, uşaqlıqda yəni 7 yaşında aldığı xəsarət nəticəsində əlinin sağ bilək nahiyyəsini itirmiş, lakin buna baxmayaraq əmək qabiliyyətlidir və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Məhkəmə istintaqı zamanı aliment borcundan 4874 manat ödəniş etdiyini, alimentin qalan məbləğini də ödəyəcəyini nəzərə alaraq barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Mirzəyeva (Səfərova) İranə Vahid qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə ailə qurduqdan sonra birgə nikahdan övladı xx.xx.2011-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ayrıldıqdan sonra övladı onun himayəsində qalmış, aliment tələbi ilə məhkəməyə iddia qaldırmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3970/2018 saylı, 30 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən 12 iyul 2018-ci ildən başlayaraq yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat alimentin, həmin məhkəmənin 2(001)-1913/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat miqdarında alimentin və həmin rayon məhkəməsinin 2(001)-2664/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla həmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində vəsaitin ona verilməsi qət edilmişdir. Qətnamələrin icrası ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, Təqsirləndirilən şəxs isə alimenti tam olaraq ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4295/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Bundan sonra da icra məmuru alimentin ödənilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim etməsinə baxmayaraq o, məhkəmə aktını qərəzli şəkildə icra etməmişdir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxsin ümumi borc məbləğindən 4000 manat icra şöbəsinin depozit hesabına qoymuş, daha sonra 874 manat ödəməklə, ümumilikdə 4874 manat ödəniş həyata keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 12 iyul 2018-ci ildən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat alimentin tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-3970/2018 saylı, 30 aprel 2018-ci il tarixli, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170,00 manat miqdarında alimentin tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair həmin rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 1913/2020 saylı, xx.xx.2020-ci il tarixli və qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla həmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat miqdarında aliment tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş 2(001)-2664/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4295/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmasına baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, icra məmuru tərəfindən icra sənədlərindəki tələblər üzrə yığılmış borcları icra etməsi üçün ona məsuliyyəti elan olunmaqla xəbərdarlıq olunsa da, şəxsi maraq niyyətilə təqdimat verilən 30 may 2022-ci il tarixədək məhkəmə aktı üzrə cəmi 7808,18 manat aliment borcunu zərərçəkmiş şəxs X4 ödəməyərək məhkəmənin qanuni quvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə aliment borcunu ödəməkdən yayınmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və qətnamədə göstərilən tələbi yerinə yetirmədiyi üçün sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyən ibtidai istintaq dövründə şahid qismində dindirilmiş borclunun iş yoldaşı Şahid3 ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol küçəsi, Banu Çiçək şadlıq sarayının qarşısında özünə məxsus **-FV-*** dövlət nömrə nişanlı «Renault Tondor» markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. X6 ilə eyni ərazidə taxsi fəaliyyəti ilə məşğul olur. Yəni Nizami icarəyə götürdüyü dövlət qeydiyyat nişanlarını və markalarını xatırlamadığı avtomobillərlə, o, isə özünə məxsus yuxarıda qeyd etdiyi avtomobillə taxsi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs ikinci qrup əlil olduğunu, alilliyə görə ödəniş aldığını bilir. Təqsirləndirilən şəxs özündən eşitdiyinə görə uşaq vaxtı tok vurub və nəticədə sağ əlinin aşağı hissəsi amputasiya edilmişdir. Buna baxmayaraq sürücülük fəaliyyətilə məşğul olur və vaxtılə DİN-dən sürücülük vəsigəni almışdır. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs özündən eşitdiyinə görə əvəllər İnarə adlı xanımla ailəli olub, hazırda boşanıb. Ayxan adlı övladı var. Həmin uşağın saxlanılması üçün məhkəmə tərəfindən aliment kəsilib. Lakin alimentin məbləğini bilmir. Məhkəmə istintaqı zamanı üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyən ibtidai istintaq dövründə şahid qismində dindirilmiş iş yoldaşı Şahid4 da Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 222950204 cinayət işi 25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə başlanmış və 12 avqust 2022-ci il tarixdə həmin cinayət işinin istintaqı davam etdirilməsi üçün Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi Elşən Tağıyevə həvalə edilmişdir. 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 12 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPMnin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış və 22 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. 23 sentyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikasının CPMnin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış 21 noyabr 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. "xxxx" MMC-dən müxtəlif tarixlərdə verilmiş etibarnamələrdən görünür ki, Təqsirləndirilən şəxs «Taksi» fəaliyyəti ilə müəyyən şərtlərlə məşğul ola bilər və ona mütamadi olaraq **-PS-*** nömrəli minik avtomaşına istifadə hüququ verilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3970/2018 saylı, 30 Aprel 2018-ci il tarixli, həmin məhkəmənin 2(001)-1913/2020 saylı, xx.xx.2020-ci il tarixli və 2(001)-2664/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnamələrinin qərəzli olaraq icra etməməsi iş üzrə toplanmış digər sübutlarda öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 xx.xx.2022-ci il tarixi məktuba əsasən Təqsirləndirilən şəxs 03 aprel 2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji anatomiya birliyi ekspertizasının 27 oktyabr 2022-ci il tarixli 4149 nömrəli rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs hal hazırdakı sağlamlıq durumu nəzərə alınmaqla məhdud əmək qabliyyətli hesab edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 4 saylı Bakı Dost Mərkəzindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən ikinci dərəcə əlilliyə görə 220 manat məbləğində aylıq sosial müavinət alır. İstintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməni nəzərdə tutulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, «CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, gənc olmasını, ilk dəfə cinayət törətməsini təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-nin 59.2-ci maddəsinə əsasən onun ilk dəfə cinayət törətməsini, gənc olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması növündə sanksiya həddində cəza təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 maddəsilə təqsirli bilinsin və ona 01 (bir) 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Bakı şəhəri İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 35 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 210 (iki yüz on) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə maddi sübut , mülki iddia, ekspertiza xərci yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar