Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-132/2024 06.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Nəzər oğlunun, Təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs (Mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun etibarnamə ilə nümayandə və vəkili “Alyans” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs (Mülki cavabdeh) Təqsirləndirilən şəxs, xx.xx.1996-cı ildə Qəbələ rayonunun Tikanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qəbələ rayonu, Yemişanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Söyüdlülər küçəsində fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 11:34-də sürücülük hüququ olmaqla və etibarnamə əsasında idarə etdiyi “VAZ 21041” markalı, **-RH-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Y.Hüseynov küçəsi ilə “Ekologiya yolu” adlanan ərazi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-cı hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolu sağdan sola keçən piyada X3 avtomobilin ön sağ hissəsi ilə vurması nəticəsində sonuncuya dalağın cərrahi yolla xaric edilməsi ilə nəticələn travmatik zədələnmə, sol qasıq sümüyünün sınığı, sol qalça sümüyünün sınığı, sol oturaq sümüyünün sınığı, sağ qasıq sümüyünün sınığı, oma sümüyünün sınığı, sol təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sol bud-çanaq oynağı nahiyyəsinin dərialtı hematoması, sağ diz oynağı nahiyyəsinin və sağ baldır nahiyyəsinin qançırları kimi həyatı üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid xəsarətlər yetirərək ehtiyatsızliqdan Zərərçəkmiş şəxs sağlamlığına Ağır zərər vurulmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır.O, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən və fəaliyyət göstərən “Gəncə Təndiri” adlanan çörək sexində çörək paylayan sürücü kimi işləmişdir.Həmin çörək zavodunun sahibi X5 xx.xx.2018-ci il tarixdə ona məxsus Vaz 21041 markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün notariusda xx.xx.2023-cü ilədək rəsmi etibarnamə verilmişdir. O, həmin avtomobili idarə etməklə və çörək zavodunda sürücü kimi işləməklə ailəsini dolandırmışdır.xx.xx.2021-ci il tarixdə saat 11:34-də qeyd etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu,Y.Hüseynov küçəsindən “Ekologiya postu” deyilən yol istiqamətdə hərəkət edirmiş.Bir anlıq qarşıda yolun sağ kənarında dayanan avtomobilin qarşısından tanımadığı bir şəxs qəflətən yolu sağdan sola keçirmiş. Xanımin fikri əlində olan telefona bağlı olduğundan o, yola baxmırmış.O, avtomobili 45-50 km/saatda idarə etdiyindən tormoz əyləcinə bassa da nəqliyyat vasitəsi həmin xanıma dəymişdir.Zərbə nəticəsində həmin xanım yolun əks istiqamətindəki yolun üzərinə düşmüşdür.O, idarə etdiyi avtomobili yolun sağ tərəfinə verib saxlamışdır.Sonra avtomobildən çıxaraq dərhal xanıma yaxınlaşmışdır. Həmin xanımın hüssuz vəziyyətdə olmasını görmüşdür.O, təcili tibbi yardıma zəng etmək məqsədilə avtomobilinə qayıtmışdır və şəxsi telefonunu götürmüşdür.Baş vermiş hadisə ilə bağlı zərərçəkmiş şəxsə tibbi yardım göstərmək məqsədilə 103 xidmətinə zəng etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə şahid olmuş və həmçinin həmin yolla hərəkətdə olan avtomobil sürücüləri öz nəqliyyat vasitəslərini saxlamışlar və xanımın yanında toplaşmağa başlamışlar. Hadisə yerinə gələn təcilli yardım və həkimlər xanımı avtomobilə yerləşdirdikdən sonra tibbi yardım göstərmək məqsədi ilə 1 saylı Klinik Xəstəxanaya aparmışlar. Hadisə yerinə gələn polis əməkdaşların tələbi ilə o, nəqliyyat vasitəni Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən avtomobil dayanacağına aparmışdır. Elə həmin gün, o və valideynləri və qohumları yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış, Zərərçəkmiş şəxs yanına getmişlər.O, səhərə kimi Səbinə xanımın müalicə aldığı xəstəxanada olmuşdur.Bundan sonra Səbinə xanımın anası Gülbəs xanım ondan tələb etmişdir ki, o, Səbinə xanımın müalicəsinə xərclənəcək pulları ona versin.Bu şərtlə o, barışıq ərizəsini yazacaqdır. Başqa bir çıxış yolun olmadığı üçün onun ailəsi kənd evini, anasının qızıllarını və həyat yoldaşının toy qızıllarını satmışlar. Səbinənin müalicə dövründə onun aylıq maaşını da qarşılamışdır. Sınmış telefonun əvəzinə yeni telefon almışdır.Ümumilikdə isə, onun ailəsinin Səbinənin sağalmasına xərclədiyi ümumi məbləğ 30.000 (otuz) min manatdan çoxdur.Bunlara baxmayaraq, Səbinənin anası dayanmadan onlardan əlavə pullar tələb edirmiş.Səbinənin yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən əvvəl səhhətində olan çoxsaylı problemləri də onların üstünə atmışdır.Hal-hazırda isə, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan ondan və ailəsindən əlavə 19 min manata yaxın pul verməyini tələb edir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ailəli olmasını, təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, heç bir psixi pozuntusu olmasa da, baş vermiş hadisə ilə əlaqədar səhhətində çoxsaylı problemlər yaranmışdır. 07 dekabr 2021-ci il tarixdə saat 11:25 radələrində işə getmək üçün yaşadığı ünvandan çıxmışdır.İş yeri Bakı şəhəri, Hökməli qəsəbəsində fəaliyyət göstərən “BAZARSTORE” supermarketin daxilində kirayəyə götürülmüş ayrıca sahədə olan ətir dükanında satıcı olmuşdur.Evdən çıxdıqdan sonra adətən 2-3 dəqiqə ərzində evinin yaxınlığında yerləşən avtobus dayanacağına çataraq, 83 saylı marşrut avtobusu vasitəsilə iş yerinə getmişdir.Həmin avtobus dayancağı olan səkiyə keçərkən parklanmış vəziyyətdə dayanmış qara rəngli minik avtomobilin qarşısından keçmişdir.Qara avtomobilin qarşısında olarkən görmüşdür ki, yol hərəkətinin əks istiqamətindən avtomobil gəlir, gələn minik avtomobilinin keçməsini gözlədikdən sonra, yolu qaçaraq keçmək istəmiş, sonra nə olduğunu xatırlamır.Ayılanda isə 1 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsində olduğunu başa düşmüşdür.16 dekabr 2021-ci il tarixinə kimi cərrahiyyə şöbəsində qalmışdır.16 dekabr 2021-ci il tarixdə həkimlər müayinə etdikdən sonra evə buraxmışlar.Hadisə baş verən gün, idarə etdiyi “VAZ” markalı, “2104” modelli **-RH-*** d.q.nömrəli minik avtomobilin sürücüsü – Təqsirləndirilən şəxs yaxın qohumları və yolnəqliyyat hadisəsini araşdıran Binəqədi RPİ-nin TŞ-nin təhqiqatçısı Araz Kazımlı ilə gündəlik olaraq əlaqə saxlamışlar.Teymurun qohumları onun şikayətçi olmaması ilə bağlı xahişlər etdikdə, onlara bildirmişlər ki, Teymurgil onun sağlamlığına vurduğu xəsarətlə bağlı pul ödənişlərini etsin və onu “ayağa qaldırsınlar”. Təhqiqatçının və Teymurun qohumlarının ona köməklik olunacağı ilə bağlı olan sözlərinə inanaraq şikayətin olmaması barədə anası ilə birlikdə ərizə yazmışdır.Bundan təxminən 4 ay sonra səhhətində başqa fəsadlar aşkar edilmişdir. 1 saylı Şəhər Klinik Xəstəxanasında çalışan travmatoloq bildirmişdir ki, sağ dizinin diz bağlarının qopması diaqnozu qoymuşdur.Həkim, dizlərindən əməliyyat olmalı olduğunu demişdir.Həmin məlumatı Teymurgilə bildirəndə, onlar ilkin olaraq maddi vəziyyətlərinin aşağı səviyyədə olmasını səbəb kimi gətirərək, onun müalicəsinə boyun olmamışlar.Lakin, şikayət edəcəklərini dedikdən sonra onun əməliyyat pulunun verilməsinə dair razılaşmışlar.19 aprel 2022-ci il tarixdə “HP GÜVEN KLİNİKASİ”nda diz bağlarının bərpası əməliyyatını keçirmişdir.21 aprel 2022-ci il tarixdə xəstəxanadan evə buraxılmışdır. 1 ay ərzində bədənində olan sarğıları dəyişmək üçün həmin klinikaya getmişdir. Yuxarıda qeyd etdiyi müalicənin xərclərini Teymurun ailəsi qarşılamışdır.Ümumilikdə isə Teymurun ailəsini xərclədiyi ümumi pul məbləği 9 663 manatdır.20 may 2022-ci il tarixdən ayaqlarının fizioterapiyası başlanılmışdır.Həmin fizioterapiya 3 ay müddətinə davam etmişdir. Fizioterapiya qurtardıqdan bir müddət sonra sol ayağı həm şişməyə həm də ağrımağa başlamışdır. Ayağında ağrılar ola-ola əvvəlki iş yerinə qayıtmışdır.Təxminən 3-4 gün sonra ayağı olduqca şişməyə başlamışdır. Həkim bildirmişdir ki, ayağında olan problemdə sümük sınığı məsələsi yoxdur, ola bilsin ki, avtomobil vurduqda və ondan sonra səhhətində olan fəsadların səbəbi damarların əyilməsi və əzilməsi olmuşdur.Həmin problemlə bağlı “Oksigen Klinika”ya muraciət etmişlər. Damar cərrahı müalicəsiylə məşğul olmuşdur. Həmin müalicə kursu 3 ay çəkmiş, müalicə kursu ilə bağlı olan xərcləri Teymurun ailəsindən tələb etdikdə, onlar maddi vəziyyətlərinin yaxşı olmadığını demişlər.Həmin andan başlayaraq müalicə xərclərini anası qarşılamışdır.Bu hadisə təxminən 2022-ci ilin dekabr ayına təsadüf etmişdir.Həkimlərin qəbulu, MRT, doplerlər, rentgenlər ilə bağlı anası tərəfindən ümumilikdə 569 manat pul ödəmişdir.Həmçinin, müalicəsiylə bağlı o və anası işləyə bilmədikləri səbəbindən anasının 9 aylıq maaşı ümumilikdə 4 050 manat, özü işləyə bilməməyi səbəbindən 13 aylıq maaşı ümumilikdə 5200 manat pul əldən çıxmışdır. Bundan əlavə həkim müalinələrindən sonra müəyyən edilmişdir ki, 3 əlavə əməliyyat keçirməlidir: Burnunun sınığı əməliyyatı 2500 manat, sol ayaq diz kista və implant çıxartma 1500 manat, sol ayağın damar əməliyyatı 5000 manatdır.Ümimilikdə isə Təqsirləndirilən şəxs tələb etdiyi pul vəsaiti 18 819 manatdır.Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə etdiyini, dəymiş ziyanın ödənildiyini, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsi, onun müdafiəçinin çıxışını, zərərçəkmiş şəxsi, şahidi və dövlət ittihamçısının çıxışlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, zərərçəkmiş şəxsə vurulmuş ziyan tam ödənilmiş və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” X8 Binəqədi rayon şöbəsinin 27 dekabr 2021-ci il tarixli 2118 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – dalağın cərrahi yolla xaric edilməsi ilə nəticələnən travmatik zədələnməsi, sol qasıq sümüyünün sınığı, sol qalça sümüyünün sınığı, sol oturaq sümüyünün sınığı, sağ qasıq sümüyünün sınığı, oma sümüyünün sınığı, sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol bud-çanaq oynağı nahiyəsinin dərialtı hematomadı, sağ diz oynağı nahiyəsinin və sağ baldır nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X9” X8ə müraciət etdiyi xx.xx.2021-ci il saat 12:44-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 mart 2023cü il tarixli 8/694 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-2104 markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “yol-nəqliyyat yerinə baxış keçirilməsi barədə” protokoldan, sxemdən, fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yol-nəqliyyat hadisəsi Y.Hüseynov küçəsində baş vermişdir. Y.Hüseynov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində VAZ-2104 markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanı vurmuşdur. Hadisənin baş verdiyi yolda hərəkət hissəsində nəqliyyat vasitələrin hərəkəti iki istiqamətlidir. Yolun hərəkət hissəsinin kənarında hər hansı bir yol nişanı yoxdur. Yolun hərəkət hissəsinin ümumi eni 6 metrdir, yolun örtüyü asfaltdan ibarət olmaqla düz, hamar, quru və defektsizdir. Hərəkət hissəsinin örtüyü nişanlanma xətti 1.1-dir. VAZ-2104 markalı **-RH- *** dövlət qeydiyyat nişanlı avtomobil yolu düzünə hərəkət istiqamətinə tərəf sürən zaman həmin yolu sağdan sola keçən piyadanı vurmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs adına olan xx.xx.2014-cü il tarixdə “BC” kateqoriyalı “AE 708650” nömrəli sürücülük vəsiqəsi verilmiş və xx.xx.2024-cü ilədək etibarlıdır, sürücülük hüququ məhdudlaşdırılmamışdır. İş materiallarında olan 254025 saylı etibarnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə X6 məxsus VAZ-2104 markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü ilədək Təqsirləndirilən şəxs idarə etmək üçün verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. Beləliklə, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi məhkəmə iclasında toplanmış, tədqiq edilmiş sübutların məcmusu, təqsirləndirilən şəxsin özünün, məhkəmə iclasında ifadə vermiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, iş üzrə keçirilmiş eskpertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin (yeni redaksiya) qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə cinayət məsuliyyətindən azad edilir.Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, cinayət işinə xitam verildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də ləğv edilməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına - VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, tərəflər barışdığından və zərərçəkmiş şəxs (mülki iddiaçı) mülki iddiasından imtina etdiyindən, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iddiası üzrə icraata xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Həmçinin, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına pul ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən CM-nin 263-cü və CPM-nin 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən (zərərçəkmiş şəxslərlə barışdığına və vurulmuş ziyanı tamamilə ödədiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iddiası üzrə icraata xitam verilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 30 saat hüquqi xidmətin dəyəri 180 (yüz səksən) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156,VÖEN **********,m/hAZ37NABZ********************.S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB**** ****************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-132/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-132/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver