Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-133/2024 05.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında yerləşən adsız kafenin icarəçisi olmuş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Atatürk prospekti 37 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, şifahi razılaşma əsasında X1 icarəyə götürdüyü ünvan 4 ünvanında yerləşən adsız kafeyə 10 avqust 2023-cü il tarixdə istintaqla müəyyən edilməyən saatda qumar oyunu oynamaq üçün X2, Şahid1, Şahid3 və Şahid2 dəvət edib qumar oynayan şəxslərə qida və içki məhsulları təqdim edərək həmin kafenin ikinci mərtəbəsindəki kabinetində pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunlarının keçirilməsi üçün tamah məqsədi ilə yer təşkil edib saxlayaraq 11 avqust 2023-cü il tarixdə saat 01 radələrindən etibarən qeyd edilən şəxslərin eyni kafenin ikinci mərtəbəsindəki kabinetində kart vasitəsilə poker növündə qumar oyunu oynamalarına şərait yaratmaqla qumar oyunlarını təşkil edib keçirmiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 11 avqust 2023-cü il tarixdə saat 02:35-də onun razılığı və iştirakı ilə həmin kafenin ikinci mərtəbəsindəki kabinetinə baxış və götürmə aparılan zaman orada Oruc Rzayev, Şahid1, Şahid3 və Şahid2 qumar oyunu oynadığı müəyyən edilmiş və qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1418 manat məbləğində pul vəsaiti, istifadə olunmuş oyun kartları və 01 ədəd istifadə olunmamış oyun kartı dəsti aşkar edilib götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 41 ünvanında yerləşən kafeni icarə əsasında işlətmişdir. Həmin kafeni qısa müddətdir ki, Rahib Əliyev adlı şəxsdən icarə haqqı əsasında icarəyə götürmüşdür. Bir müddətdən sonra kafeyə gələn şəxslərin daha çox domino, nərd, okey, kart oyunlarına həvəsi olduğunu görmüş, icarəyə götürdüyü kafedə belə oyunlar təşkil etmək qərarına gəlmişdir. Məqsədi kafenin müştəri sayını artırıb, çoxlu insan cəlb edərək qazanc əldə etmək olmuşdur. Digər oyunlardan fərqli olaraq onların arasında qumar kart oyunları pulla oynanıldığına görə seçilmişdir. Belə ki, kafedə qumar oyunları təşkil etmək üçün tanıdığı, bu cür oyunları oynamağı sevən şəxsləri qumar oynamağa dəvət etmişdir. Həmin şəxslər həm onun kafesində yeyib-içmiş, həm də qumar oynamışdır. Beləcə o, həm qazanc əldə etmiş, həm də kafenin müştəri sayını artırmış olmuşdur. Kafeyə qumar oynamağa tanıdığı Ruslan, Oruc, Şahin, Qismət adlı şəxsləri dəvət etmişdir. Həmin şəxsər 10 avqust 2023-cü il tarixdə kafeyə gəlib biraz yeyib-içdikdən sonra havanın isti olduğunu bildirərək ikinci mərtəbədə yerləşən kabinetə qalxmışlar. O, həmin şəxslərə ikinci mərtəbədə kondisioner olduğundan oranın sərin olduğunu bildirmişdir. Həmin şəxslər ilk dəfə imiş ki, kafedə qumar oynamışdırlar. Həmin şəxslər qumar oynamağa gecə satlarında başlamışlar. Təxminən bir saat, bir saat yarım qumar oyunu oynamışlar. Kabinetdə həmin şəxslərdən başqa adamlar da oluşdur, lakin onlar qumar oynamamışdırlar. Qumar oyunu zamanı oyun hər dəfə bərabərə qaldıqda qumar oynayan şəxslər qırağa pul ayırıb qoyurmuşlar. Həmin pul vəsaitini o, götürmüş, qumar oynayan şəxslərə su, çay, yemək lazım olanda təşkil etmişdir. Polis əməkdaşları kafeyə baxış keçirmək üçün daxil olduqları zaman onun kafedə qumar oyunları təşkil etdiyini aşkar etmişlər. Qumar oynayan şəxslərdən polis əməkdaşları oyunun kim tərəfindən təşkil edildiyini soruşduqda qumar oynayan şəxslər onun qumar oyunu təşkil etdiyini bildirmişlər. Qumar oynayan şəxslər 10 avqust 2023-cü il tarixdə axşam saatlarında kafeyə gəlsələr də, 11 avqust 2023-cü il tarixdə gecə saat 01 radələrindən etibarən qumar oyunu oynamışlar. Oyun zamanı istifadə olunan kart dəstlərinin biri kafeni icarəyə götürən zaman həmin kafedə olmuşdur. O da həmin kart dəstindən qumar oyunları təşkil edən zaman istifadə etmiş, digər kart dəstini isə qumar oynayan şəxslər kafedə ofisiant işləyən şəxsə aldırmışlar. Rahib Əliyev adlı şəxsin kafedə qumar oyunu keçirilməsindən məlumatı olmamışdır. Bundan əvvəl heç vaxt qumar oyunu təşkil etməmiş, ilk dəfə belə bir qərara gəlmişdir. Törətdiyi əməldən peşman olmasını qeyd edib, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Binəqədi rayonu, Elit Ticarət Mərkəzinin yanında yerləşən adsız kafeyə gündəlik olaraq çay içib yemək yemək üçün gəlmişdir. Həmin kafeni işlədən Vüsal adında qara oğlan olmuşdur. Vüsal həmin kafeni icarə əsasında işlətmiş, yeni icarəyə götürmüşdür. O, 10 avqust 2023-cü il tarixdə həmin kafeyə getmiş, gecə saatlarında hava isti olduğuna görə həmin kafenin ikinci mərtəbəsində yerləşən kabinetə qalxmışdır. Orada kondisioner olduğundan kabinet sərin olmuşdur. İçəridə xeyli sayda şəxslərin olduğunu, onlardan bəzilərinin qumar oynadıqlarını görmüşdür. Həmin qumar oynayan şəxslər tanıdığı Ruslan, Oruc və bir nəfər də tanımadığı biri olmuşdur. Digər masada isə bir neçə nəfər şəxs okey oyunu oynamışlar. Cibində pul vəsaiti olduğundan o, da qumar oyununa qoşulmaq istəmişdir. Qumar oynayan şəxlərə Vüsal qulluq etmiş və oyunu Vüsal təşkil etmişdir, çünki o, həmin kafedə ilk dəfə idi ki, qumar oyunu görmüşdür. Onlar ilk növbədə 5 manat daha sonra isə 10 manatdan qumar oyunu oynamağa başlamışlar. Təxminən o, 250 manata yaxın pul vəsaiti oyun zamanı uduzmuşdur. Onlar oyun hər dəfə bərabərə qaldıqda kənara pul vəsaiti ayırıb qoymuş, həmin pul vəsaitini Vüsal götürmüş və onlara su, çay, yemək və.s lazım olanda təşkil etmişdir. Təxminən bir saat, bir saat yarım qumar oynadıqdan sonra qumar oynadıqları kabinetə polis əməkdaşlarının daxil olduğunu görmüşdür. Polis əməkdaşları onlardan qumar oyununu kimin təşkil etdiyini soruşduqda, onlar kafeni işlədən Vüsal adlı şəxsin olduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən oyun zamanı istifadə olunan kart dəstləri, pul vəsaitləri maddi sübut kimi götürülmüş, Vüsal özü də polis əməkdaşlarına icarəyə götürdüyü kafedə qumar oyununu ilk dəfə olaraq təşkil etdiyini kafenin müştəri sayını artırmaq və qazanc əldə etmək məqsədi ilə belə bir addım atdığını bildirmişdir. Vüsal adlı şəxsin onlarla birlikdə qumar oynadığı olmamışdır. Vüsal qumar oynayanlara kafenin ikinci mərtəbəsində yerləşən kabinetdə qumar oynamağa şərait yaratmışdır. Vüsalın təşkil etdiyi qumar oyunlarında bundan əvvəl iştirak etrməmişdir. 10 avqust 2023cü il tarixdə gecə saatlarında təxminən saat 1 radələrindən etibarən bir saat, bir saat yarım olar ki, qumar oyunu oynamışlar. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Elit Ticarət Mərkəzinin arxa tərəfində yerləşən kafedə kart, okey, nərd və domino oyunları oynamaq üçün şərait olmuşdur. 10 avqust 2023-cü il tarixdə saat 18 radələrində yenə taxtalı deyilən həmin kafeyə getmişdir. Həmin kafeni işlədən Vüsal adında oğlan olmuşdur. Vüsal həmin kafeni icarə əsasında işlətmişdir, lakin kimdən icarəyə götürdüyü barədə məlumatı olmamışdır. Gecə saatlarında hava isti olduğuna görə həmin kafenin ikinci mərtəbəsində yerləşən kabinetə qalxmışdır. Qismət, Şahin, Oruc adlı şəxslərlə birlikdə həmin kafenin ikinci mərtəbəsində yerləşən kabinetinə toplanmışlar. Kafenin birinci mərtəbəsində avtomobil yuma mənətəqəsi yerləşmişdir. Qumar təşkil olunan kafe isə ikinci mərtəbədə olmuşdur. Vüsal adlı şəxs yeni icarəyə götürdüyü kafedə qumar oyunları təşkil edib onları kafeyə qumar oynamağa dəvət etmişdir. Qumar oynayan şəxlərə Vüsal qulluq etmiş və oyunu o təşkil etmişdir, çünki o, həmin kafedə ilk dəfə qumar oyunu görmüşdür. Onlar ilk növbədə 5 manat daha sonra isə 10 manatdan qumar oyunu oynamağa başlamışlar. Oyun hər dəfə bərabərə qaldıqda kənara pul vəsaiti ayırıb qoyurmuşlar, həmin pul vəsaitini Vüsal götürmüş və onlara su, çay, yemək və.s lazım olanda təşkil etmişdir. Təxminən bir saat, bir saat yarım qumar oynadıqdan sonra qumar oynadıqları kabinetə polis əməkdaşlarının daxil olduğunu görmüşdür. Polis əməkdaşları onlardan qumar oyununu kimin təşkil etdiyini soruşduqda, onlar kafeni işlədən Vüsal adlı şəxsin olduğunu bildirmişlər. Polis əməkdaşları tərəfindən oyun zamanı istifadə olunan kart dəstləri, pul vəsaitləri maddi sübut kimi götürülmüşdür. Vüsal özü də polis əməkdaşlarına icarəyə götürdüyü kafedə qumar oyununu ilk dəfə olaraq təşkil etdiyini kafenin müştəri sayını artırmaq və qazanc əldə etmək məqsədi ilə belə bir addım atdığını bildirmişdir. 10 avqust 2023-cü il tarixində həmin kafeyə getmişdir, ancaq gecə saatlarında təxminən saat 1 radələrindən etibarən bir saat, bir saat yarım olar ki qumar oyunu oynamışlar. Məhkəmə iclasında dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 11 avqust 2023-cü il tarixdə gecə saat 23 radələrində yemək üçün həmin kafeyə getmişdir. Kafeyə daxil olub oradakı masalardan birinə əyləşmiş, yemək sifariş vermişdir. Kafenin digər masasında 4 nəfər şəxsin birlikdə qumar oynadığını görmüşdür. Həmin şəxsləri üzdən tanımış, ancaq adları yadında qalmamışdır. Həmin şəxslər kart vasitəsilə qumar oyunu oynamışlar. O isə qumar oynayanlardan kənarda başqa masada əyləşmişdir. Həmin kafeyə yemək üçün gəlmiş, həmin gün, həmçinin bundan əvvəl heç vaxt qumar oynamamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 11 avqust 2023-cü il tarixdə gecə saat 01 radələrində tanışı Şahid4 ilə birlikdə yemək üçün həmin kafeyə getmişdir. Əvvəlcə kafenin qarşısında olan açıq havada əyləşib, yemək sifariş etmişdir. Kafenin işçisi onlara ikinci mərtəbədə yerləşən kabinetdə kondisioner işlədiyinə görə oranın sərin olduğunu bildirmişdir. O da tanışı Şahid4 ilə birlikdə kafenin ikinci mərtəbəsinə qalxmışdır. Kafenin digər masasında 4 nəfər şəxsin birlikdə qumar oynadığını görmüşdür. Həmin şəxsləri üzdən tanımışdır. Yan masadakı əyləşən şəxslər kart vasitəsilə qumar oynamışdırlar. O və tanışı Şahid4 isə qumar oynayanlardan kənarda başqa masada əyləşmişdirlər. Həmin kafeyə tanışı İlqar ilə yemək üçün gəlmiş, həmçinin bundan əvvəl heç vaxt qumar oyunu oynamamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Dərnəgül deyilən ərazidə yerləşən “taxtalı” adı ilə tanınan kafeyə arabir gedib gəlmişdir. 11 avqust 2023-cü il tarixdə gecə saat 12 radələrində yemək üçün həmin kafeyə getmişdir. Kafenin ikinci mərtəbəsinə qalxmış, digər masada 4 nəfər Ruslan, Qismət, Oruc, Şahin adlı şəxslərin birlikdə qumar oynadığını görmüşdür. Həmin masadakı şəxslər kart vasitəsilə qumar oyunu oynamışlar. O isə qumar oynayanlardan kənarda başqa masada əyləşmişdir. Həmin kafeyə yemək üçün gəlmiş həmin gün, həmçinin bundan əvvəl heç vaxt qumar oyunu oynamamışdır. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə qeyd olunan şahidlərin iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə CM-in 244-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ünvan 5 ünvanında yerləşən adsız kafedə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edilib saxlanması barədə daxil olmuş məlumat və həmin məlumatın yoxlanılması məqsədilə Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında qeyd olunan kafedə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edən və qumar oynayan şəxslərin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən adsız kafenin kiçik ölçülü kabinetinə daxil olduqda sol tərəfdə iki masada hər birində 4 nəfər şəxsin, habelə bir nəfər şəxsin isə kənarda stulda əyləşdiyi görünür. Kabinetə daxil olduqda sol tərəfdə birinci masada paylanılmış kartlar, əlavə 1 qutu kart dəsti, hər şəxsin qarşısında milli valyuta ilə pul əskinasları, yəni ümumilikdə 13 ədəd 1 manat, 5 ədəd 5 manat, 12 ədəd 10 manat, 3 ədəd 20 manat, 4 ədəd 50 manat, 10 ədəd 100 manat ümumilikdə 1418 manat məbləğində pul əskinasları olması müəyyən edilir. Həmin şəxslər özlərini təqdim edərək X2, Şahid1 Səhhət oğlu, Şahid3 və Şahid2 olduqlarını qeyd edib, kart dəsti paylayıb pul ilə qumar oynadıqlarını, həmin kafedə qumar oynamalarından kafeni işlədən müdir Vüsal adlı şəxsin məlumatı olduğunu, Vüsalın onlara qumar oynamaq üçün şərait yaratdığını bildirdikləri görünür. Baxış zamanı qumar oynanılan masanın üzərində olan paylanılmış kartlar, əlavə 1 qutu kart, hər şəxsin qarşısında milli valyuta ilə pul əskinasları, yəni ümumilikdə 13 ədəd 1 manat, 5 ədəd 5 manat, 12 ədəd 10 manat, 3 ədəd 20 manat, 4 ədəd 50 manat, 10 ədəd 100 manat pul əskinasları ümumilikdə 1418 manat pul maddi sübut əhəmiyyəti daşıdığı üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əzizov X3 rayonu, Şəhriyar küçəsi, ev 32 ünvanında qeydiyyatdadır və müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda baxılan iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və ya götürülməmiş məhkumluğu olmamışdır. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baxiş keçirilməsi haqqında videoçəkilişin əks olunduğu 1 (bir) ədəd, Təqsirləndirilən şəxs, Şahid3, Şahid1, Oruc Rzayevin videoçəkiliş vasitəsilə verdiyi ifadələrinin əks olunduğu 4 (dörd) ədəd, ümumilikdə 5 (beş) ədəd disk, baxış zamanı aşkar edilmiş qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1418 manat məbləğində pul vəsaiti, istifadə olunmuş oyun kartları və 1 (bir) ədəd istifadə olunmamış oyun kartı dəsti iş üzrə maddi sübut hesab edilmiş, pul vəsaiti və kart dəstləri Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılmış, disklər isə cinayət işi materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-133/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-133/2024 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 26 aprel 2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 244-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 244-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini tamah məqsədi ilə törətməsini CMin 61.1.6-cı maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı törədilmiş cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayət olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əsas cəza olaraq təqsirli bilindiyi CM-in 244-1.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 46.2-ci maddəsinə əsasən əlavə cəza olaraq isə ictimai iaşə obyektləri işlətmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək miş əlavə cəzanın çəkilmə müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan, təyin ediləcək əsas cəzanın çəkilmə müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ictimai iaşə obyektləri işlətmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Atatürk prospekti 37 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-133/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmuş və həmin qərar əsasında sonuncu 26 aprel 2024-cü il tarixdə tutularaq, saxlanılma yerinə təhvil verilmiş və həmin vaxtdan hazırkı vaxtadək, yəni 1 (bir) ay 10 (on) gün müddətə həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə olduğu 1 (bir) ay 10 (on) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq o, dərhal məhkəmə zalından həbsdən azad edilməli və barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1418 (min dörd yüz on səkkiz) manat məbləğində pul, istifadə olunmuş oyun kartları və 1 (bir) ədəd istifadə olunmamış oyun kartı dəsti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı, eləcə də iş üzrə sübut kimi tanınmış 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il müddətə ictimai iaşə obyektləri işlətmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 1 (bir) ay 10 (on) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il müddətə ictimai iaşə obyektləri işlətmək hüququndan məhrum edilməklə, 1 (bir) il 9 (doqquz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın çəkilmə müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın, təyin edilmiş əsas cəzanın çəkilmə müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Nəsimi rayonu, Atatürk prospekti 37 ünvanını axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan qumar oyunlarının keçirilməsi məqsədi ilə istifadə olunan 1418 (min dörd yüz on səkkiz) manat məbləğində pul, istifadə olunmuş oyun kartları və 1 (bir) ədəd istifadə olunmamış oyun kartı dəsti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə sübut kimi tanınmış 5 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-133/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-133/2024
05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver