Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-133/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.04 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili (təyinat üzrə) Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, 25 avqust 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-413/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, orta-ixtisas təhsilli, ünvan 1 ünvanda yaşayan, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 4(001)- 590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən həbsdə saxlama müddətinin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmaqla, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 681/2024 saylı, 06 sentyabr 2024-cü il tarixli qərarına əsasən barəsində seçilmiş «həbs» qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə müəllimə vəzifəsi üzrə işə qəbul olunmasına köməklik göstərilməsi barədə tanıdığı cinayətdən xəbərsiz Şahid2 vasitəsi ilə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 02 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 182R ünvanda yerləşən Bakı şəhəri 27 saylı notariat ofisində 7.500 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək cinayətkar niyyətini pərdələmək üçün qeyd olunan tarixdə həmin notariat ofisində həmin məbləğin guya ki borc şəklində qəbul etməsinə dair sonuncu ilə kredit müqaviləsinin bağlanmasına nail olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 7.500 (yeddi min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 5 ünvanında valideynləri ilə bir ünvanda qeydiyyatda olmaqla yaşayır.Tutulmasından əvvəl bir neçə il valideynlərinin evinin yaxınlığında nömrəsiz evə kirayəyə köçmüşdür.Özü diş texniki ixtisası üzrə texnikum təhsili almış, amma ixtisası üzrə işləməmiş, amma bir müddət dərman şirkətində dərman vasitələrinin apteklərə satışı ilə məşğul olmuşdur. 2022-ci ilin yay aylarında tanışı Şahid2 adlı qadın ona zəng vurub demişdir ki, qonşusu Zərərçəkmiş şəxs adlı müəllimə işə girmək üçün imtahan vermişdir, amma nəticəsinin yaxşı olacağına inanmır, ona görə də işə düzəlməsinə köməklik istəyir və maraqlanmışdır ki, Könülün işinə necə kömək edə bilər.Həmin vaxtlar özünün maddi durumu yaxşı olmadığına, borcları olduğuna görə fikirləşmişdir ki, Könülün işi ilə bağlı tanışlıqla kömək edə bilən şəxs tapmaq olar, buna görə Könüldən pul alanda ona da qalacaqdır.Ona görə Firəngizə demişdir ki, Könülün müəllim işinə düzəlməsinə kömək edə bilər.Könül ilə Firəngiz vasitəsi ilə tanış olandan sonra əvvəl demişdir ki, işə düzəlməsi 15.000 manata başa gələ bilər, amma Könül razılaşmamış, əri Amil ilə məsləhətləşəndən sonra ona demişlər ki, o qədər pul verə bilməyəcəklər. O da 7.500 manata razılaşmış və demişdir ki, pulu qabaqcadan versinlər, iki aya işi düzəldəcəkdir.Könül yenə əri ilə məsləhətləşərək 7.500 manat verməyə razılaşmışdır.Onlar pulun ona verilməsinin təsdiqini istədiklərini bildirəndə onları arxayın edərək demişdir ki, pulu notariusda borc kimi sənədləşdirərlər, çünki iş düzəltmək üçün pul almaq barədə notarius müqaviləsi qanunda yoxdur.Razılaşandan sonra 02 avqust 2022-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən 27 saylı notariat ofisində Könül və əri Amil ilə görüşmüş, bir daha onları əmin etmişdir ki, Könülün Bakı şəhərində müəllim kimi işə düzəlməsini həll edəcək, pulu isə notariusda borc müqaviləsi kimi sənədləşdirərlər.Onlar notariusda kredit müqaviləsi bağlamışlar, müqaviləyə görə o, 02 noyabr 2022-ci il tarixədək Könüldən 7.500 manat borc almışdır. Amma faktiki olaraq o, pulu qaytarmaq niyyəti ilə almamış, pulu Zərərçəkmiş şəxs müəllim kimi işə düzəltmək adı ilə sonuncudan almışdır. Pulu nə üçün və hansı şərtlə aldığını özü, Zərərçəkmiş şəxs və əri Amil bilmişlər, notarius isə bunu bilməmişdir. Orada Könüldən 7.500 manat pulu almışdır. Bundan sonra şəxsi ehtiyacları və sıxıntılarına görə pulu öz ehtiyaclarına xərcləmiş, əlində pul qalmadığına görə Könülün işi ilə bağlı heç bir yerdə maraqlanmamışdır.Könül və əri ona zəng vurub verdiyi vədi nə vaxt yerinə yetirəcəyini soruşanda onlara bəhanələr gətirib demişdir ki, gözləsinlər, hər şey yaxşı olacaq, iş də alınacaq. Bunları deməklə vaxtı uzatmış, amma işi düzəltmək və ya pulu qaytarmaq imkanı olmamışdır. Könül və əri Amil ondan Firəngizə və anası Şahid3 şikayət etmişlər, polisə şikayət edəcəklərini demişlər. Təxminən bir il onlarla söhbətini uzadandan sonra ondan şikayət etmişlər.Onu da bildirir ki, Könülü işə düzəltməyə söz verəndə və ona qədər özünün belə bir səlahiyyəti olmamışdır.Cinayət törədib Zərərçəkmiş şəxs ziyan vurduğuna görə peşimandır, vurduğu ziyanı ödəyəcəkdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu,vurulmuş zərəri tam ödədiyini və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır.Şahid1 ilə 2015-ci ildə ailə qurmuş, birgə nikahdan iki övladı vardır.İşin mahiyyəti üzrə bildirir ki, Sumqayıt Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” fakültəsini bitirib ali pedaqoji təhsil almış, müvafiq diplomu vardır. 2022-ci ilin yay aylarında Bakı şəhərində ixtisası üzrə işə düzəlmək üçün müəllimlərin işə qəbul imtahanlarında iştirak etmişdir.Həmin vaxtlar imtahandan sonra qonşusu Şahid2 söhbət edəndə imtahanda iştirak etməyindən danışmış və demişdir ki, keçib-keçməyəcəyini bilmir, amma istərdi ki, işə düzəlib müəllim işləsin.Həmin söhbəti əsnasında Firəngiz tanışı Təqsirləndirilən şəxs bu işdə ona kömək edə biləcəyini bildirmişdir.Bundan sonra Firəngiz onun yanında Soltanla telefon əlaqəsi saxlayaraq onun barəsində məlumat vermiş, imtahan verdiyini, Bakı şəhəri ərazisində müəllim kimi işə düzəlmək istədiyini bildirmiş və ondan xahiş etmişdir ki, imkanı daxilində köməklik etsin.Soltan isə öz növbəsində bu işə kömək edə biləcəyini, əvvəllər məktəbdə müəllimə kimi işə düzəltdiyi şəxslər olduğunu bildirmişdir. Soltanın əminliklə danışması və qonşusunun tanışı olması onda inam yaratmışdır ki, işinə kömək edə biləcək.O, maraqlanmışdır ki, kömək üçün hər hansı bir şərtlər olacaqmı, Soltan bildirmişdir ki, Bakı şəhərində məktəblərin birində müəllim kimi işə düzəlməyi üçün 15.000 (on beş min) manat pul verməli olacaqdır.O, demişdir ki, bu məbləğdə pulu olmaz, hər halda evdə əri ilə məsləhətləşəndən sonra fikir bildirəcəklər.Evdə həyat yoldaşı Amil ilə məsləhətləşəndən sonra Soltanla əlaqə saxlayıb dediyi 15.000 manat pulu işə düzəlmək üçün vermək imkanlarının olmayacagını demişlər.Bundan sonra Soltan demişdir ki, imkanı olmamasını nəzərə alıb təklif edir ki, pulun yarısını, yəni 7.500 (yeddi min beş yüz) manatı versinlər, işi düzəltsin, artıq iş düzələndən sonra, yəni müəllim işləməyə başlayandan sonra yerdə qalan 7.500 manatı da verəcəklər.O, əri Amil ilə məsləhətləşdikdən sonra 7.500 manat qabaqcadan verməyə razılaşmışdır. 02 avqust 2022-ci il tarixdə əri Şahid1la birlikdə 7.500 manat pul götürüb Soltanla görüşməyə getmişlər ki, pulu versinlər.Pulun verilməsinin yazılı formada təsdiqlənməsini istədiklərinə görə, Soltan pulun alınmasının notariusda sənədləşdiriləcəyini bildirmiş və 02 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu Varovski dairəsi adlanan yerdə yerləşən 27 saylı notariat kontorunda görüşmüşlər.Orada Soltan onları inandırmaq üçün notarial qaydada pulu almağa razılaşmış, amma məlum olmuşdur ki, pulu ondan 02 noyabr 2022-ci il tarixədək borc kimi aldığı barədə müqavilə yazılacaq, çünki söz vermişdir ki, onun işini bir-iki aya düzəldəcəkdir.Borc müqaviləsi bağlanmasına görə onların tərəddüd etmələrini görəndə Soltan izah etmişdir ki, işə düzəltmək adı ilə pul almaq barədə müqavilə bağlamaq qanunda yoxdur, ona görə də borc müqaviləsi olacaqdır.Onların razılaşmaqdan başqa yolu qalmamış, çünki pulu sənədsiz vermək istəməmişlər.Beləliklə, Soltan 02 avqust 2022-ci il tarixdə onun müəllim işinə düzəlməsini bir-iki ay ərzində həll edəcəyini vəd edib onlardan 7.500 manat pulu, şəxsiyyət vəsiqəsinin və diplomunun surətlərini alıb getmişdir. Soltanın onunla bağladığı kredit müqaviləsinin şərtləri onların əsil razılaşmalarına uyğun olmamış, bunu özləri bilmişlər, amma notariusa bildirməmişlər.Həmin gündən etibarən Soltan onlara verdiyi vədini yetirmək üçün heç bir hərəkət etməmiş, o, imtahanın nəticəsinə görə Bakı məktəblərində işə qəbul oluna bilməmiş, Soltan da bunun üçün heç bir hərəkət etməmiş, amma pulunu onlara qaytarmamışdır.Onlar Soltandan vədinə əməl etməsini tələb edəndə yenə bəhanə ilə aldadıb vaxtı uzatmışdır.O, narazılığını Firəngizə də bildirmiş, amma görmüşdür ki, Firəngiz Soltana heç bir təsir göstərə bilmir, Firəngizin özünün isə bu işdə heç bir təqsirini görmür, çinki ona yaxşılıq etmək istədiyindən Soltanla tanış etmişdir.Daha sonra isə Soltanın anası Zərəngiz xalanın istifadəsində olan ***-***-**-** nömrəsini öyrənib əlaqə saxlamış, pulu qaytarılmasa polisə şikayət edəcəklərini bildirmişdir.Anası Soltana görə narahat olmuş, oğlundan şikayət etməməyi xahiş edərək pulunu geri qaytaracaqlarını bildirmiş, amma anasının verdiyi vədlər də nəticəsiz qalmışdır.Nəticədə məcbur olub 2023cü ilin iyul ayında, yəni bir il sonra Binəqədi rayon polis idarəsinə şikayət ərizəsi yazıb Təqsirləndirilən şəxs onu aldatması barədə məlumat vermiş, sonuncunun cinayət məsuliyyətinə cəlb olunmasını və ona vurduğu ziyanı ödəməsini tələb etmişdir.Polisdə araşdırma aparılanda Təqsirləndirilən şəxs onunla notariusda bağladığı məzmununa görə həqiqəti göstərməyən 02 avqust 2024-cü il tarixli kredit müqaviləsinin surətini təqdim etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan hər hansı bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından ümumi tanışları vasitəsi ilə tanımış, Soltanın özündən və başqalarından eşitmişdir ki, müxtəlif sahələrə aid işlər görə bilən adamdır, əlaqələrindən istifadə edərək müəyyən ödəniş müqabilində işlər görməyi öhdəsinə götürür.Zərərçəkmiş şəxs isə qonşusudur, aralarında normal münasibət vardır. Zərərçəkmiş şəxs 7.500 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən aldatma yolu ilə ələ keçirilməsi barədə şikayəti ilə bağlı bildirir ki, 2022-ci ilin yay aylarında, dəqiq tarixlər yadında deyil, Könül ilə söhbət zamanı sonuncu orta məktəbdə müəllim işinə düzəlmək üçün imtahan verdiyini və nəticələrini gözlədiyini bildirmişdir. Könülün verdiyi imtahanın hələ məlum olmayan nəticələrinin necə olacağına görə narahatlıq keçirdiyini görəndə Soltan onun yadına düşmüş və demişdir ki, Soltan adlı bir bir tanışı var, bəlkə köməyi keçə bilər.Könül bunu eşidəndə demişdir ki, özü də belə bir adam tapmaq istəyir ki, işinə kömək etsin.Bundan sonra o, Təqsirləndirilən şəxs zəng vurmuş və qonşusu Könül xanımın müəllimlərin imtahanında iştirak etdiyini, amma nəticələrin hələ məlum olmadığını demiş və bu işin müsbət həll olunmasına köməklik edə biləcəyini soruşmuşdur.Soltan dərhal demişdir ki, bu məsələlər onun bacardığı işlərdir, məktəb müəllimliyi işinə əvvəllər çox adam düzəltmişdir.Bundan sonra onun vasitəsilə tanış olmuş Könül və Soltan özləri danışıqlarını aparmışlar.Soltanla danışıb sora əri ilə məsləhətləşmiş və qabaqcadan 7.500 manat pul vermələri barədə razılığa gəlmişlər.Razılığa gələndən sonra Könül əri Amil ilə birlikdə 02 avqust 2022-ci il tarixdə Soltanla Bakı şəhəri, Binəqədi rayonu Varovski dairəsi adlanan yerdə yerləşən 27 saylı notariat kontorunda görüşüb 7.500 manat pulu işə düzəlməkdə köməklik göstərmək barədə vədinə görə vermişdir.Pulun verilməsinin hər-hansı şəkildə rəsmiləşdirilməsi üçün Könül ilə Sotan arasında kredit müqaviləsi bağlanıb notariusda təsdiq edilmişdir.Onların bu hərəkətlərində özü iştirak etməmiş, yalnız özlərindən eşitmişdir.Bundan xeyli sonra Könül ona bildirmişdir ki, Soltan vəd verdiyi kimi onu işə düzəltməmiş, aldığı pulu mənimsəmişdir.İşin bu vəziyyətə çatmasından narahat olmuş, çünki Könül və Soltan onun vasitəsilə tanış olmuşlar. Soltanla danışıb məsələni həll etmək barədə yola gətirmək istəsə də, faydası olmamışdır.Həmin vaxtlar Könül və əri Amil verdikləri pulu Soltandan ala bilmədiklərinə görə sonuncunun anasına da müraciət etmişlər, amma nəticə olmamışdır.Bundan sonra Könül polisə şikayət verməli olmuşdur.O, bir daha bildirir ki, X3 qonşusu Zərərçəkmiş şəxs etibarından istifadə edib onu işə düzəldəcəyini vəd verməklə onun 7.500 manat pul vəsaitini mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2015-ci ildə ailə qurmuş, birgə nikahlarından iki övladı vardır, ailəsi ilə bir ünvanda yaşayır.Arvadı Zərərçəkmiş şəxs şikayəti ilə başlanmış cinayət işinin halları üzrə ona məlum olanlar barədə bildirir ki, 2022-ci ildə Könül Bakı şəhəri ərazisində müəllimlərin işə qəbul imtahanlarında iştirak etmişdir.Həmin vaxt Könül qonşusu Şahid2 ilə söhbət əsnasında bu barədə danışmış, imtahanda iştirakının nəticələrini gözlədiyini demişdir.Firəngiz xanım isə Könülə demişdir ki, işə düzəlməsinə kömək edə biləcək Təqsirləndirilən şəxs adlı tanışı vardır. Könül ilə Firəngizin arasındakı bu söhbət barədə sonradan arvadından eşitmiş, özü onların söhbətində iştirak etməmişdir.Firəngiz elə həmin vaxt Könülün yanında Soltana zəng vurub qonşusu kimi Könülün işi barədə məlumat vermiş və necə kömək edə biləcəyini soruşmuşdur.Soltan isə bu işə kömək edəcəyini öhdəsinə götürmüş, inandırmaq üçün onu da demişdir ki, əvvəllər də müəllimlik işinə düzəltdiyi şəxslər olmuşdur.Soltan bunları deyəndən sonra bildirmişdir ki, Könülün müəllimlik işinə Bakı şəhərində düzəlməsi üçün 15.000 (on beş min) manat pul ödəmək lazımdır.Könül bu vəziyyətlə bağlı onunla məsləhətləşəndə o qədər pullarının olmadığına görə təklif olunan şərtlə razılaşa bilməzdilər.Ona görə də Soltanla əlaqə yaradıb o qədər pullarının olmadığını və həmin məbləği verə bilməyəcəklərini demişlər.Bundan sonra isə Soltan onları nəzərə alması görüntüsü yaradaraq demişdir ki, imkanları olmadığına görə belə bir təklif edə bilər ki, pulun yarısını dərhal versələr işi düzəldəcək, bu şərtlə ki, iş düzələndən sonra yerdə qalan yarısını da ödəyəcəklər. Onlar bu təkliflə razılaşmışlar, yəni 7.500 (yeddi min beş yüz) manatı qabaqcadan verə biləcəklərini demişdir. 02 avqust 2022ci il tarixdə günorta saat 13.00 radələrində arvadı Könül ilə birlikdə 7.500 manat pul götürüb Soltanla Bakı şəhəri, Binəqədi rayonu Varovski dairəsi adlanan ərazidə yerləşən 27 saylı notariat kontorunda görümüşlər ki, pulun verilməsni hər hansı bir notarius sənədi ilə təsdiqlətdirsinlər.7.500 (yeddi min beş yüz) manat pul vəsaitini Təqsirləndirilən şəxs onlardan alıb notariusda onlarla kredit müqaviləsi bağlamışdır ki, guya Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixinədək qaytarmaq şərti ilə 7.500 manat borc alır. Soltan müqavilənin bu qaydada bağlanmasına tərəddüd etdiklərini hiss edib özü demişdir ki, işə düzəltmək adı ilə pulun alınması qanuni olmadığı üçün belə müqavilə bağlamaq olmaz, ona görə borc müqaviləsi bağlamalıdırlar.Həmin müqavilənin surətini Könül izahatına əlavə etmişdir. Onlar məcbur olub bu təklifə də razılaşmışlar və göstərdiyi kimi, 7.500 manat pulu arvadı Könülü işə düzəltmək vədinə görə tələb olunan 15.000 manatın yarısı kimi qabaqcadan Təqsirləndirilən şəxs vermişlər.Bundan əlavə Soltan elə orada Könülün şəxsiyyət vəsiqəsini və diplomunu da işin sənədləşməsində lazım olacaq sənədlər kimi onlardan almışdır. Bundan sonra onlar Soltan tərəfdən arvadı Könülün işə düzəlməsi üçün heç bir hərəkət görməmişlər, dəfələrlə zəng vurub vəd verdiyi işi ilə bağlı nə etdiyini, nə vaxt vədinə əməl edib işi düzəldəcəyini soruşmuşlar, Soltan isə hər dəfə işi gələcəkdə düzəldəcəyini demiş, amma heç bir nəticə olmamışdır.Onlar pulu qaytarmasını tələb etmişlər,pulu da qaytarmamışdır.Qonşusu Firəngizə də vəziyyətlə bağlı narazılıqlarını bildrimişlər, amma Soltana heç bir təsir göstərə bilməmişdir. Könül bu müddətdə Soltanın anası Zərəngiz adlı qadının ***-***-**-** telefon nömrəsini əldə edib onunla danışaraq oğlundan şikayət etmiş, pulun qaytarılmasını istədilərini demiş, əks halda hüquq mühafizə orqanlarına şikayət edəcələrini demişdir. Zərəngiz xanım isə başqa yerə müraciət etməməyi xahiş edərək, oğlunun onları aldadıb aldığı pulu qaytaracaqlarına söz vermişdir. Artıq heç bir şübhə qalmamışdır ki, Soltan vəziyyətdən istifadə edib onları aldadaraq 7.500 manat pulu ələ keçirmiş və özü istədiyi kimi istifadə etmişdir. Ona görə də Könül məcbur olub polisə şikayət ərizəsi verib Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasını və vurduğu ziyanı ödəməsini tələb etmişdir. Şikayətdən sonra, Soltan onlardan aldığı 7 500 manat pulu onlara qaytarmışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, ailəsi ilə birgə yaşayır.O, Təqsirləndirilən şəxs anasıdır. Oğlu Soltan uşaqlıqdan normal şəraitdə ailədə böyümüş, psixi qüsurlari olmamış, yaşıdlarından geri qalmamışdır.Soltan orta-ixtisas təhsillidir, diş texniki ixisasi üzrə texnikum bitirmiş, subaydır.Əvvəllər bir müddət Bakı şəhərində dərman şirkətində işləmiş, dərman vasitələrini müştərilərə çatdırmaqla məşğul olmuşdur.Son 4-5 il ərzində Soltan onlardan ayrı kirayədə qalmış, amma əlaqələri kəsilməmişdir.Oğlu subay olduğuna görə mütəmadi kirayədə qaldiği mənzilə gedib təmizlik işlərini görmüş, yaşadığı ünvanı dəqiq deyə bilmir, amma onların yaşadqları Mədən küçələri ərazisindədir.Təxminən bir il-bir il alti ay əvvəl, dəqiq vaxt yadında deyil, ona Könül adlı qadın zəng vurub oğlu Soltandan narazılıq etmişdir. Könül xanımın deməsinə görə oğlu məktəb müəllimi işinə düzəldəcəyi barədə vəd verib 7.500 manat pulunu almış, sonra işi düzəltməmiş, pulu isə qaytarmır. Həmin vaxtlar Könül xanımın əri Amil ilə də bu barədə danışıqları olmuşdur, onlar oğlu Soltandan şikayət edəcəklərini demişlər.Onlardan xahiş etmişdir ki, Soltandan şikayət etməsinlər, onların pulunu isə qaytarcaqlar. Bu vəziyyətlə bağlı oğlu Soltanla da söbət etmiş, demişdir ki, camaatın pulunu qaytarmaq lazımdır ki, şikayət etməsinlər. Soltanın deməsinə görə müəllimənin işinə kömək etmək istəmiş, amma özündən asılı olmayan və ona bildirmədiyi səbəbdən iş alınmamış, pul isə xərcləmişdir.O, gözləmişdir ki, Soltan pulu qaytarmağa bir hərəkət edəcək, onlar da oğluna dəstək olacaqlar, amma Soltan vaxtında bir hərəkət etmədiyinə görə barəsində şikayət olunmuş, sonra isə həbs olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini və dövlət ittihamçısının mövqeyini dinləyib, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla təsdiq olunaraq sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli yazılı ərizəsinə əsasən məlum olur ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir.Odur ki, zərərçəkmiş şəxsin heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-413/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 21-1/3-144/15 saylı cavb məktubuna əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)- 413/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, lakin məhkum qeydyyata düşməmiş və cəzasının heç bir hissəsini çəkməmişdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi düzgün olaraq tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun 06 avqust 2024-cü il tarixdən – 22 yanvar 2025-ci il tarixədək “həbsdə” və «ev dustaqlığı»nda olduğu müddət, 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək tutulduğu müddət, cəmi 5 (beş) ay 18 (on səkkiz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Hacı Rahimov tərəfindən tərtib edilmiş axtarışda olan şəxsin tutulması barədə 06 avqust 2024-cü il tarixli protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdə tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-590/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, həbs etmənin əvvəli 06 avqust 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir.Daha sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-681/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını - yaşadığı ünvan 1 evində çəkməlidir. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 (qırx) saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASCninBinəqədifilialına(kod200156,VÖEN**********m/hAZ37NABZ********************.S.W.İ.F.T. B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Xətai Rayon Məhkəməsinin 1(011)-413/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 06 avqust 2024-cü il tarixdən 22 yanvar 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət və 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixədək tutulduğu müddət, cəmi 5 (beş) ay 18 (on səkkiz) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə 01 (bir) günə 02 (iki) gün olmaqla təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı ünvan 1 evində çəksin. Təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli oğlu cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat erməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 40 (qırx) saat hüquqi xidmətin dəyəri 240 (iki yüz qırx) manat "xxxx"ASCninBinəqədifilialına(kod200156,VÖEN**********m/hAZ37NABZ********************.S.W.İ.F.T. B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-133/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-133/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver