Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-134/2021 02.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonu, Çərəkə kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, Göyçay rayonu, Çərəkə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını talamaq məqsədilə xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, “Azadlıq” metro stansiyası yaxınlığında Zərərçəkmiş şəxs Maxsud oğlunun idarə etdiyi “VAZ-21011” markalı, lO-CH-819 dövlət qeydiyyat nişanlı avtomobilinin dirsəkaltılığı hissəsində içərisində 1000 manat pul olan 5 manat dəyərində 01 ədəd pul qabını gizli talayıb avtomobildən enib uzaqlaşmaq istəyərkən əmlakın sahibi- Zərərçəkmiş şəxs Maxsud oğlunun avtomobilin dirsəkaltı hissəsində də olan pul qabın yerində olmadığın görüb onun oğurluq etməsindən şübhələnərək arxasınca qaçaraq dayanmasını tələb etməsinə baxmayaraq Təqsirləndirilən şəxs cinayət əməlini davam etdirib pul qabını özündə saxlayıb açıq yolla talayaraq Zərərçəkmiş şəxs Maxsud oğluna ümumilikdə 1005 (bir min beş) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev prospektində əvvəllər tanımadığı bir “VAZ 21011” markalı avtomobilə yaxınlaşmışdır. Sürücüdən xahiş etmişdir ki, onu Azadlıq metro stansiyası yaxınlığına aparmasını, buna görə 10 manat gediş haqqına danışmışlar. O, avtomobilin sağ qabaq oturacağına əyləşmişdir. Bundan sonra yolda hərəkətdə olan zaman sürücü orta sürətlər qutusunun keçiricisinin arxa hissəsində qara rəngli dirsəkatlığının qapağını düzəltmək istədiyini demişdir. Həmin vaxt o, sürücünün yol sürdüyünə görə qutunun ağzını açanda qutunun içərisində olan pul qabına gözü sataşmışdır. Sürücü avtomobili idarə edən zaman başının yola qarışıq olmasından istifadə edərək o, sol əli ilə dirsəkatlığının ağzını az açıb qaldırıb sağ əli ilə qutunun içərisindən pul qabını götürmüşdür. Pul qabını götürən zaman pul qabı sol baldır hissəsinin qutu ilə olan tərəfə düşmüşdür. Əli ilə sol cibində olan siqaret qutusunu çıxarmış, qutunu pul qabının üstünə qoyaraq pul qabını sol cibinə qoymuşdur. Dərhal düşmək üçün yer axtarmışdır. Nəsimi rayonu Həsən Əliyev prospektində Dental Klinikanın qarşısında saxlamasını istəmişdir. Yalandan klinikanın atasına məxsus olduğunu, içəri girib pul kartı götürüb gediş haqqını ödəniş edəcəyini demişdir. İçəri klinikaya girmək istəmiş və qapıya yaxınlaşdır. Lakin, klinikanın qapısı bağlı olduğuna görə girə bilməmişdir. O, sürücünün avtomobili qapıya yaxın saxladığını və qaça bilməyəcəyini görüb qayıdıb avtomobilə əyləşib sürücüyə onu “Azadlıq” metro stansiyasının çıxışına aparmasını demişdir. “Azadlıq” metrosunun yanına getmişlər. Orada bankomat olmuşdur. O, sürücüyə bankomatdan pul çıxardıb gələcəyini demişdir. Sürücünün avtomobili saxladığı səki hissəsindən bankomat arasında 15-20 metr məsafə olmuşdur. O, sakitcə düşüb bankomat tərəfə yaxınlaşaraq bankomatın yanında binaların həyətinə girib aşağı tərəfdən binanın qarşısı ilə yola çıxıb digər taksiyə minib «Nərimanov Heykəli» deyilən yerə getmişdir. İkinci taksidə olan zaman pul qabını çıxarıb baxan zaman içərisində 440 manat pul olduğunu görmüşdür. Pulları cibinə qoyub Nərimanov heykəlinin yanına çatanda pul qabını zibil yeşiyinə atmışdır. Onu heç kim arxadan çağırmamışdır. O, oradan qaçıb getməmişdir. Onu sürücü səsləməmişdir. Zərərçəkmiş şəxs məxsus pul qabında 440 manat pul olmuşdur. Həmin pulun 300 manatını xərcləmiş və 140 manat pul qalmışdır. Həmin pulu da saxlanılan zaman polis əməkdaşlarına təqdim etmişdir. O, göstərdiklərindən başqa heç bir cinayət etməmiş, törətdiyi əmələ görədə səmimi peşmandır. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev prospektində avtoservisin içərisində olan zaman ona adını Ramiz kimi deyən şəxs yaxınlaşdır. Avtomobilini satıb-satmadığımı soruşdur. O, Ceyhuna (Ramizə) avtomobilini satmadığını demişdir. Həmin vaxt Ceyhun ona evakuatorla maşın gətirməli olduğunu, evakuatorun oranı tapa bilmədiyini, onu Həsən Əliyev prospekti ilə Azadlıq prospektinin kəsişməsinə apara biləcəyini soruşduqda o, Ceyhunla 10 manat pula razılaşmışdır. Razılaşdıqdan sonra Ceyhun avtomobilin sağ qabaq oturacağına oturmuşdur. O, maşını bir qədər idarə etdikdən sonra Ceyhun ona “sağda saxla, atamın tibbi klinikasıdır” sözlərini demişdir. O, avtomobili saxladıqdan sonra Ceyhun düşərək klinikanın qapısını açmaq istəsə də, aça bilməmişdir. Bundan sonra Ceyhun yan tərəfə keçmiş və o da Ceyhunun arxasınca baxmışdır. Ceyhun onun baxdığını görüb geri qayıdıb avtomobilə əyləşib irəli sürməsini demişdir. O da avtomobili irəli sürəndə Ceyhun ona oranın atasının evi olduğunu, atasının maşını olmadığını demişdir. Həmçinin Ceyhun ona avtomobili “Azadlıq” metrosunun yanına sürməsini, harada «Kapital bank»ın bankomatını görsə saxlamasını demişdir. O, Azadlıq metrosu tərəf gedəndə Ceyhun “Muğan Bank”ın bankomatmı görmüşdür. Ceyhun dərhal saxla sözünü demişdir. O, saxlamış və Ceyhun avtomobildən düşüb ona bankomata dəyirəm, dükandan nə isə lazımdı? Sözünü demişdir. O da heç nə lazım deyil demişdir. Ceyhun bankomata tərəf getmişdir. Lakin, Ceyhun bankomatın yanından pilləkənə düşəndə o, dərhal maşında qoltuqaltına qoyduğu pul qabının oradan olmamasını görmüşdür. Dərhal anlamışdır ki, Ceyhun pul qabını götürüb. O, dərhal avtomobildən düşüb Ceyhunun arxasınca qaçıb səslənmişdir. Ceyhun onun səsini eşidən kimi qaçmağa başlamışdır. O, Ceyhuna dayan, qaçma deyə arxası ilə qışqırıb qaçsa da çata bilməmişdir. Ona məxsus pul qabında 1000 manat pul olmuşdur. Ona hadisə nəticəsində 5 manata pul qabını hesablamaqla 1005 manat maddi ziyan dəymişdir. O, dayan sözünü deyən kimi Ceyhun qaçmağa başlamışdır. O, səsləməsə Ceyhun sakitcə çıxıb gedəcəkmiş. Onun səsini eşidən kimi, qaçıb getmişdir. Təqsirləndirilən şəxs ilə barışdığını, onun tərəfindən vurulmuş ziyanın qaytarıldığını bildirərək ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli könüllü təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus VAZ 21011 markalı avtomobildən oğurladığı 1 ədəd 100 (C10901312) seriya nömrəli əskinaz 2 ədəd 20 manatlıq (B11194298) (A92574255) seriyalı pulun qalan hissəsini 140 manatı könüllü olaraq təqdim etdi. İş materiallarında olan “əməlin tövsif edilməsi barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 180.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və həbsetmənin əvvəlinin xx.xx.2020-ci il tarixindən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 3287 nömrəli, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması qərara alınmışdır. İş üzrə Zərərçəkmiş şəxs Maxsud oğluna məxsus 140 manat pul sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq sahibinə geri qaytarılmışdır. Zərərçəkmiş şəxs Maxsud oğluna dəymiş maddi ziyan 1005 manat hesab edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsə yenidən ittihamı elan edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizəsindən məlum olur ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur, barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və cinayət işinin bütün materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun hesab edərək hazırki iş üzrə cəza təyin edilməsinin məqsədini təmin etmiş hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmasını müəyyən etməmişdir. İş üzrə maddi sübut kimi tanınmış 140 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış 140 manat pulun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-134/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-134/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver