Məhkəmə qərarları › İş №1(001)-134/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-134/2022

13.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-134/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Şamaxı Rayonu, Meysəri kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 13 may 2019-cu il tarixdən başlayaraq hər ay, bir uşağa 160,00 manat sabit pul məbləğində alimentin tutularaq övladı 21 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 sentyabr 2019-cu il tarixli, 2(002)-1468/2019 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 3(001)-66/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilməsinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 27 fevral, 09 iyun, 30 sentyabr, 23 noyabr 2020-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla xəbərdarlıqlar təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 20 aprel 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 2980,00 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə evlənmiş, birgə nikahlarından X3 adlı övladları doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da Zərərçəkmiş şəxs övladı ilə birlikdə valideyinlərinin yanına köçərək orada yaşamışdır. Zərərçəkmiş şəxs 2019-cu ildə ona qarşı aliment tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 18 sentyabr 2019-cu il tarixli, 2(002)-1468/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək əvvəli 13 may 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 160,00 manat sabit pul məbləğində aliment tutularaq övladı 21 yanvar 2016-cı il təvəllüdlü H.Təqsirləndirilən şəxs yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmiş, bununla əlaqədar Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmişdirlər. O, isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru aliment borcunun ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 3(001)-66/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilmişdir. Bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona müddət təyin etməklə bildiriş təqdim etmiş, lakin o, maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. O, əvvəllər tikintidə fəhlə işləyərək aylıq gəliri 690,00 manat təşkil edirdi, bu səbəbdən də X2 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialının təklif etdiyi "xxxx" MMC-nin nəqliyyat şöbəsində əmək haqqısı 650,00-750,00 manat olan ekspeditor işini qəbul etməmişdir. O, himayəsində az yaşlı uşağının olmasının, aliment borcunun tam olaraq ödənilməsinin nəzərə alınaraq məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə evlənmiş, birgə nikahlarından X3 adlı övladları doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından nikahlarına xitam verilmiş, həmin vaxtdan da uşağı ilə birlikdə valideynlərinin yanana köçərək orada yaşamış, o, övladının saxlanması ilə əlaqədar ona maddi köməklik göstərmədiyindən aliment tələbinə dair Bakı Şəhəri Qaradağ rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 18 sentyabr 2019-cu il tarixli, 2(002)-1468/2019 saylı qətnaməsinə əsasən iddia təmin edilərək əvvəli 13 may 2019-cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 160,00 manat sabit pul məbləğində aliment H.Adığözəlovdan tutularaq övladı 21 yanvar 2016-cı il təvəllüdlü Hüseyn Adıgözəlovun yetkinlik yaşlarına çatana kimi saxlanması məqsədilə ona ödənilməsi qət edilmişdir. Qətnamənin icrası ilə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, o, isə alimenti ödəməkdən birmənalı şəkildə imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 3(001)-66/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmamasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəli 13 may 2019cu il tarixdən hesablanmaqla, hər ay, bir uşağa 160,00 manat sabit pul məbləğində aliment tutularaq 21 yanvar 2016-cı il təvəllüdlü Təqsirləndirilən şəxs yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 18 sentyabr 2019-cu il tarixli, 2(002)-1468/2019 saylı qətnaməsi icra edilməsi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuşdur. O, icra sənədini icraata qəbul edərək 02 oktyabr 2019-cu il tarixdə icraata başlanma haqqında qərar qəbul etmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar borcluya bildiriş təqdim etmiş, məhkəmə qətnaməsi üzrə aliment borcu ödənilmədiyindən aidiyyəti orqanlara verilmiş sorğulara alınmış cavablardan onun adına Şamaxı Rayonu, Meysəri kəndində ümumi birgə mülkiyyətdə olan 0,1224 ha torpaq sahəsi aşkar olunmuşdur. Tələbin həmin əmlaka yönəldilməsi üçün üzərinə həbs qoyulması məqsədilə 19 avqust 2019-cu il tarixdə Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinə təqdimat verilmiş, məhkəmənin 04 sentyabr 2019-cu il tarixli, 8(001)-987/2019 saylı qərardadı ilə tələbin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2020-ci il tarixli, 89 nömrəli qərarının 1-ci bəndinə əsasən aliment borcunun məlum mülkə yönəldilməsinin yol verilməz olması səbəbindən təmin olunmamış, müxtəlif tarixlərdə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə dəvət olunaraq borcludan izahatlar almış, qanunun tələbləri və məsuliyyəti ona izah edilmişdir. Borclu isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə aktını qərəzli icra etməməklə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 3(001)-66/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (i.v.1 ) Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli təqdimatından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. (i.v.7-9) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(002)-1468/2019 saylı qərardadından görünür ki, 13 may 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü H.Təqsirləndirilən şəxs saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 160,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. (i.v. 23) xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-1468/2019 saylı icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. (i.v. 17,18) Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(002)- 1468/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat şöbəsində bağlanmış və 1619 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2016-ci il təvəllüdlü H.Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs yanında qalması, 13 may 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-ci il təvəllüdlü H.Təqsirləndirilən şəxs yetkinlik yaşına çatana kimi saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 160,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. (i.v. 10-12) xx.xx.2019-cu il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Şəhəri Qaradağ rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(002)-1468/2019 saylı icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. (i.v. 24,25) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(001)-66/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 35-37) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 8(001)-987/2019 saylı qərardadına əsasən əmlak üzərinə həbs qoyulması dair Binəqədi rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimat təmin edilməmişdir. (i. v. 41-42) Binəqədi rayon İcra və Probasiya şöbəsindən müxtəlif banklara verilmiş sorğulara cavabdan görünür ki, Təqsirləndirilən şəxs adına bank hesabı mövcud deyildir. (i.v. 62,63,66,67) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.110) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v.117-118) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulanadək cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. (i.v.121) xx.xx.2021-ci il də tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılmış, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X5 təhvil verilmişdir. (i.v.128) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (i.v.129) xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v. 143-144) xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X4 azad edilmişdir. (i.v. 152, 156) xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-in müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunması barədə izah edilmişdir. (i.v. 73-76) xx.xx.2020-ci il tarixli, **********2 saylı məktubdan da görünür ki, Təqsirləndirilən şəxs X2 4 saylı Ərazi Məşğulluq Mərkəzi filialından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nəqliyyat şöbəsində əmək haqqı 650,00-700,00 manat təşkil edən ekspeditol işi təklif olunaraq ora göndəriş verilmiş, lakin o, fərdi əmək fəaliyyəti ilə məşğul olduğundan, yəni tikintidə aylıq gəliri 690,00 manat təşkil edən fəhlə işində işlədiyi üçün həmin işi qəbul etməkdən imtina etmişdir.(i.v. 90-91) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tətbiq olunmuşdur. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda və yaşadığı ünvanda yaşamadığından olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat, Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 7ci Polis Bölməsindən xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinə daxil olmuş məktubdan və xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saxlanılaraq Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən aliment borcu olan 2980 manat ona ödənilmiş, sonuncu ilə barışmışdır. Ona görə də, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs cəzalandırılmamasını xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan CMin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, CM-in 306-cı maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli, 2(002)- 1468/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi tam şəkildə icra etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunsun və dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar