Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-134/2023 11.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X17 Xüsusi ittihamçı: X25 və onun müdafiəçisi Müdafiəçi2, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X6 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs: X10 və onun müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə xx.xx.1970-ci il tarixdə Ağdam rayonunun Seyidli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, orta ixtisas təhsilli, X24" ictimai birliyinin qanuni təmsilçisi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1991-ci il tarixdə Gürcüstan, Marneuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, ünvan 2 ünvanda qeydiyyatda olmaqla, ünvan 3 ünvanda yaşayan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Firidun Əfqan oğlu və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsini rəhbər tutmaqla təqsirləndirilən şəxslər X18 və X6 barələrində xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsini rəhbər tutmaqla təqsirləndirilən şəxslər X18 və X2 xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilmələri, təqsirləndirilən şəxslər X18 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cəzaya, yəni 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini xahiş etmişdir. X25 daha sonra vəsatətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsini rəhbər tutmaqla təqsirləndirilən şəxslər X18 və X2 xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilmələri, təqsirləndirilən şəxslər X18 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cəzaya, yəni 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, barəsində şikayət etdiyi X5-X19 “X24" ictimai birliyin idarə heyətinin üzvüdür. Barəsində şikayət etdiyi digər şəxs olan X7 isə həmin ictimai birliyin mətbuat xidmətinin rəhbəridir. "X24" ictimai birliyin idarə heyətinin üzvü olan X1 ilə həmin birliyin mətbuat xidmətinin rəhbəri olan X7 ictimai birliyə məxsus olan "Diqqət News’' YouTube kanalında xx.xx.2022-ci il tarixdə ona qarşı böhtan, yəni yalan olduğunu bilə-bilə, onun şərəf və ləyaqətini ləkələyən yalan məlumatı kütləvi informasiya vasitəsində yaymışdır. Həmin yayımda X18 və X7 onu cinayətdə ittiham etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində qeyd edilmiş cinayət əməlini törətmişdirlər. "Diqqət News" YouTube kanalında xx.xx.2022-ci il tarixdə yayımlanan "Tərtər hadisələrində cavabdemi???" adlı reportajda qeyd edilmişdir ki, o, dələduz və cinayətkar bir qrupun üzvüydür (reportajın 38-ci saniyəsi, AR CM-nin 178.3.1-ci maddəsi, AR CM-nin 218.2-ci maddəsi), Tərtər hadisələrində işgəncələrin şahidi və iştirakçısı, şahid olduğu halda susmaq, Azərbaycan xalqına xəyanət deyilmi, Quliyev? (1dəq. 53-cü saniyəsi, AR CM-nin 113-cü maddəsi, AR CM-nin 274-cü maddəsi, AR CM-nin 307-ci maddəsi) Bundan başqa bildirilmişdir ki, Tərtər hadisələri zamanı Hikmət Həsənovun sağ əli olan və qara işlərini görən bu şəxs bəlkədə Tərtər hadisələrinin kilid açarıdır. (2 deq.10 saniyə) sözlərini ona dair bildirilmişdir. Belə olan halda həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Beləliklə də, o, xüsusi ittiham qaydasıda şikayət üzrə təqsirləndirilən şəxslər tərəfindən AR CM-nin 113, 178.3.1, 218.2, 274, 307-ci maddələri ilə ittiham olunmuşdur. X18 həmin video reportajın yayılmasımda həmin hüquqi şəxsin Azərbaycan Respublikasının rayonlarında olan filialların rəhbərlərinə də vatsap vasitəsi ilə tapşırmışdır. O, Birinci Qarabağ müharibəsinin veteranıdır. İkinci Qarabağ müharibəsində də, yəni Vətən Müharibəsində vətəndaşlıq borcunu yerinə yetirmiş, könüllü iştirakçı olmuşdur. Buna dair General-mayor Hikmət Həsənov tərəfindən Fəxri Fərmanla qiymətləndirilmişdir. Azərbaycan Respublikası Müdafiə naziri olan General-polkovnik Zakir Həsənov tərəfindən də Vətən müharibəsi zamanı vənəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görədə Fəxri Fərmana layiq görülmüşdür. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 44 günlük Vətən müharibəsində arxa cəbhədə göstərdiyi xidmətə görədə Fəxri Fərmanla qiymətləndirilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X25 xüsusi ittiham qaydasında şikayətin məzmununa uyğun çıxış edərək, X10 AR CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında ərizə ilə müraciət edərək, X6 ilə artıq arasında barışıq olduğunu, onun qadın olmasını və himayəsində azyaşlı uşağı olmasını nəzərə alaraq ona qarşı verdiyi xüsusi ittiham qaydasında şikayəti geri götürmüş və iş üzrə icraata həmin hissədə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X18 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, X24" ictimai birliyinin rəhbəridir. Zülfiyyə Abbasova onun rəhbəri olduğu ictimai birliyin mətbuat xidməti üzrə məsul şəxs olmuşdur. Həmin məqaləni Firidun Məmmədovun diktəsi ilə yazmış Zülfiyyə Abbasova həmçinin youtube kanalında səsləndirmişdir. Youtube kanalında paylaşmaqda məqsədi xüsusi ittihamçı Nazim Quliyevə böhtan atmaq olmadığını, sadəcə şübhəli şəxs kimi müvafiq prokurorluq orqanının bu işi araşdırmasını, X31 hadisələrinə hər hansı bir aidiyyətinin olub-olmadığının araşdırılmasını tələb etdiyini qeyd edərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X6 xüsusi ittiham qaydasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X24" ictimai birliyində 2 ilə yaxın mətbuat xidmətində fəaliyyət göstərmişdir. X24" ictimai birliyinin youtube kanalında həmin ictimai birliyin rəhbəri Firidun Məmmədovun diktəsi ilə Nazim Quliyev haqqında yazdığı məlumatı səsləndirmişdir. Hətta gələcəkdə problem yaşamamaq üçün həmin mübahisəli məqaləni gec dərc etmişdir. Məhkəmədən X25 ilə barışdığını, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qeyri-kommersiya qurumlarının Dövlət Reyestrindən Çıxarışdan görünür ki, “X24” ictimai birliyinin qanuni təmsilçisi X14r. xx.xx.2020-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, X25 31 dekabr-Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə rayonun ictimai-siyasi həyatında və 44 günlük Vətən Müharibəsində arxa cəbhədə göstərdiyi xidmətlərə görə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, X9 Müharibəsi dövründə arxa cəbhədə göstərdiyi xidmətlərə görə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, X9 Müharibəsində iştirak edərək, fədakarlıq göstərdiyinə və döyüş əməliyyatlarının gedişi zamanı şəhidlərin təntənəli dəfn olunma tədbirlərini yüksək səviyyədə təşkil etdiyinə görə təltif olunmuşdur. xx.xx.2021-ci il tarixli Fəxri Fərmanın surətindən görünür ki, X9 Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X2 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cüil tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, X18 CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-1091/2023 saylı qərarından görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(107)-480/2022 saylı hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsinə dair həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanmışdır. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin rəis müavini Qasım Məmmədov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Baş prokurorluqda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İ Ordu Birləşməsinin tabeliyində olmuş hərbi qulluqçulara 2017-ci ilin may-iyun ayları ərzində fiziki və psixi zor tətbiq edilməsi faktları ilə bağlı ibtidai istintaq olunan ********* mnömrəli cinayət işi üzrə istintaqın hazırki mərhələsində X25 təqsirləndirilən şəxs qismində cəlb edilməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ qrup əlildir. Məhkəmə istintaqı zamanı işdə olan 1 ədəd CD diskə baxış keçirilən zaman “Diqqət News” youtube kanalında xx.xx.2022-ci il tarixdə yayımlanan “Tərtər hadisələrində cabadehmi,” adlı reportajda aşağıdakılar müəyyən edilmişdir: - X33?....Cinayətkar və dələduz bir qrupun rəhbəridir. - Bəzi mənbələrdən aldığımız məlumata görə Nazim Quliyevin də adı Tərtər hadisələrindn yan keçmir.Tərtər hadisələrində zərərçəkən şəxslərin hansı işgəncələrə məruz qalması hamıya bəllidir.Misilsiz işgəncələrin şahidi olmaq, şahid olduğun halda susmaq Azərbaycan xalqına xəyanət deyilmi, Quliyev? - Hikmət Həsənovun sağ əli olan və onun qara işlərini görən N azim Quliyev bəlkə də Tərtər hadisələrinin kilid açarıdır.Buradan respublika prokurorluğna müraciət edərək Nazim Quliyevlə bağlı ortalıqda dolaşan faktların araşdırılmasını məqsədəmüvafiq hesab edirik. Məhkəmə istintaqı zamanı X1 ilə X6 tərəfindən “Diqqət News” youtube kanalında xx.xx.2022-ci il tarixdə xüsusi ittihamçı X25 barəsində böhtan xarakterli məqalənin yerləşdirildiyi və onun cinayətkar birlik yaratmaq, dələduzluq, işgəncə, dövlətə xəyanət, cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə kimi ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsində ittiham edildiyi müəyyən edilmişdir. CPM-nin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə), həmçinin CPM-nin 39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə, 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, xüsusi ittihamçı şikayətindən X3 aid hissədə imtina etdiyindən, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X6 ilə barışdığından, işin icraatına xitam verilməsini xahiş etdiyindən, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərərçəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan cinayət təqibinə X3 aid hissədə xitam verilməlidir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (De Haes və Gijsels, § 42 və Lingens, § 46). Azərbaycan Respubikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Hər kəsin şərəfi dedikdə, onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə, şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə, isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218.1-ci maddəsinin dispozisiyasına görə ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma cinayət məsuliyyəti yaradır. Həmin maddənin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət məsuliyyəti yaradır. Həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü maddəsinin dispozisiyasına görə Tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə cinayət məsuliyyəti yaradır. Həmin maddənin sanksiyasında yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsinin dispozisiyasına görə Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə cinayət məsuliyyəti yaradır. Həmin maddənin sanksiyasında on iki ildən iyirmi ilədək ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər, həmin Məcəllənin 15.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Göründüyü kimi, yuxarıda qeyd edilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113, 178.3.1, 218.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri cinayətlərin təsnifatı baxımından ağır, Cinbayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatı baxımından xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Məһkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərində təqsirkarın qəsdi zərərçəkmiş şəxsin şərəf və ləyaqətinin alçaldılmasına və nüfuzdan salınmasına yönəldilir. Cinayətin bilavasitə obyekti isə şəxsiyyətin şərəf və ləyaqəti və ya nüfuzudur. Bu maddə üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatların doğru olmaması; belə məlumatların yayılması. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər (5-ci bənd). “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10-cu maddəsinə əsasən vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarına əsasən CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun (5-ci bənd). Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Belə olan halda aydın olur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X18 xüsusi ittihamçı X21 qarşı CM-nin 147.2-ci maddəsində göstərilən cinayət əməli törətdiyindən həmin maddədə təqsirli bilinib cəzalandırılmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər; 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanılmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusudur, şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Bu baxımdan şəxsin şərəfinin alçaldılmış hesab edilməsi üçün yalan məlumatların və ya ittihamedici ifadələrin ən azı bir neçə şəxs arasında yayılmasının tələb edildiyi halda, ləyaqətin alçaldılmış hesab edilməsi üçün belə ifadələrin üçüncü şəxslərin iştirakı olmadan da şəxsə bildirilməsi kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X18 ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, ittiham və müdafiə tərəfinin də təqdim etdiyi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayımlanmış yuxarıda göstərilən məlumatlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 cəzasını yüngülləşdirən hal və ağırlaşdıran hallar müəyyən edilməmişdir. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Sözügedən maddənin tələbinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Xüsusi ittihamçı X20 X3 qarşı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi nəzərə alınmalı və xüsusi ittiham qaydasında şikayət üzrə həmin hissədə icraata xitam verilməlidir. X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinə əsasən ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X12 təyin edilmiş 1000 manat cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları tam toplanılmaqla X10 üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə, X18 yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməli, hökmün icrasına nəzarət X10 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli və cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. X11 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, 1 ədəd CD disk maddi sübut kimi tanınmalı və iş materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. X3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. X12 göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Xüsusi ittihamçı X20 təqsirləndirilən X3 qarşı xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi nəzərə alınsın və xüsusi ittiham qaydasında şikayət üzrə həmin hissədə icraata xitam verilsin. X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hal-hazırki hökmlə təyin olunmuş cəza Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-480/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X12 təyin edilmiş 1000 manat məbləğində cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları tam toplanılmaqla qəti olaraq X10 üzərində 06 (altı) ay azadlığın məhdudlaşdırılması və 1000 (min) manat cərimə cəzası saxlanılsın. X10 üzərinə yaşayış yeri olan ünvan 4 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası X10 yaşayış yeri üzrə icra və probasiya qurumuna həvalə edilsin. X18 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin Cinayət işik üzrə 01 (bir) ədəd CD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə ediləcək əmlak, ekspertiza xərci və mülki iddia yoxdur. X3 göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. X12 göstərdiyi cəmi 45 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 270 (iki yüz yetmiş) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №1(001)-134/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-134/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver