Məhkəmə qərarları › İş №1(001)-135/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-135/2022

01.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-135/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs3 nümayəndəsi X3, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-ci il tarixdə Cəbrayıl rayonunun Şıxalıağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, Cəbrayıl rayonunun Şıxalıağalı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Gənclər şəhərciyi, ev 9, mənzil 63-də yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25 avqust 2021-ci ildə saat 07:40 radələrində Bakı-Xocasən yolunun Binəqədi rayonu ərazisindən keçən 8-ci kilometrində Zərərçəkmiş şəxs5 məxsus, idarə etdiyi MERCEDES BENZ ATEGO 1224L yük markalı 990N517 dövlət qeydiyyat nişanlı avtomobillə 2 zolaqlı yolun sağ zolağı Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olub yerdəyişərkən, dönərkən təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1 -ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda dayanmış avtomobili ötmək üçün sola manevr edərkən idarəetməni itirib yolayrıcı beton piltələrin üstündən keçərək, Xocasən qəsəbəsi istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs4 idarə etdiyi DAEWOO MATİZ minik markalı 10NB122 dövlət qeydiyyat nişanlı avtomobillə aralarında təxminən 20 metr məsafə olarkən MERCEDES BENZ ATEGO 1224L yük markalı avtomobil əks hərəkət yoluna daxil olub qabaq sağ təkəri DAEWOO MATİZ minik markalı 10NB122 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan DAEWOO MATİZ minik markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 dərəcəsi təyin olunmayan sağlamlığa zərər vurmayan sağ baldır nahiyəsinin sıyrığı və sağ bud nahiyəsinin qançırı xəsarətlərini yetirməsinə, Zərərçəkmiş şəxs2 qızma sol əlin İV daraq sümüyünün sınığı ilə müşaiyət olunan həmin əlin yumşaq toxumaların əziyi, hər iki baldır nahiyəsinin qançırları xəsarətlərini yetirərək sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına, Zərərçəkmiş şəxs3 qızma sağ bazu sümüyünün açıq qəlpəli və sağ bud sümüyünün qapalı qəlpəli sınıqları xəsarətlərini yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına, sürücü Zərərçəkmiş şəxs4 sağ bazu sümüyünün və sol diz qapağının yerdəyişmiş qapalı sınıqları, sağdan V- Vİ-Vİİ-Vİİİ-İX qabırğaların travmatik pnevmonit və hemotoraksla müşayiət olunan yerdəyişməyən sınıqları xəsarətlərini yetirərək həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmasına, MERCEDES BENZ ATEGO 1224L yük markalı 990N517 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək sahibi Zərərçəkmiş şəxs5 2020 manat maddi ziyan vurmasına və DAEWOO MATİZ minik markalı 10NB122 dövlət qeydiyyat nişanlı avtomobili əzilərək sahibi Zərərçəkmiş şəxs4 8326 manat maddi ziyan vurmasına səbəb olmuşdur. İş materiallarında olan 27 yanvar 2022-ci il tarixli Müdafiəçi tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün olması ilə əlaqədar onun barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə ərizə yazaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan AA seriyalı 240968 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Qurbanov X5 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 1.6-cı bəndinə görə 1988–1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər barəsində icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə məhkəmələr cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məcburi köçkün olduğundan müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ ATEGO 1224 L” yük markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs4 idarə etdiyi “DAEWOO MATİZ” minik markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Mülki iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən verilmiş mülki iddiadan görünür ki, mülki iddia məhkəməyə verilərkən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə görə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə göstərilənlərə əsəsən X2 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən verilmiş mülki iddia geri qaytarılmalı və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. X2 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən verilmiş mülki iddia geri qaytarılsın və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunsun. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs idarə etdiyi “MERCEDES BENZ ATEGO 1224 L” yük markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs4 idarə etdiyi “DAEWOO MATİZ” minik markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar