Məhkəmə qərarları › İş №1(001)-135/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-135/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-135/2025 19.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Zərdəb rayonu, Çallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Zərdab rayonu, Çallı ərazi dairəsi, Çallı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Teymur Quliyev küçəsi, ev 26 yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına etap olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhər, Binəqədi rayonu, Zəngəzur məhəlləsi 8-ci döngə ünvanında açıq torpaq sahəsinə gələrək orada nəzarətsiz vəziyyətdə olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətə məxsus, içərisində dəyəri 50 manat olan 01 ədəd “BK” markalı kondisioner, dəyəri 40 manat olan 01 ədəd masa, 1 ədədinin dəyəri 5 manat olmaqla cəmi 2 ədəd 10 manat dəyərində stul, dəyəri 30 manat olan 01 ədəd böyük dolab, 1 ədədinin dəyəri 10 manat olmaqla cəmi 3 ədəd 30 manat dəyərində stul olan və öz dəyəri 3000 manat olan 01 ədəd otaq tipli dəmir konteyneri gizli olaraq talayıb, zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ümumilikdə 3160 (üç min yüz altmış) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi analoji cinayət hadisələrinə görə məhkum olunmuşdur. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra iş tapa bilmədiyindən və maddi durumu aşağı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, Bakı şəhər, Binəqədi rayonu, Zəngəzur məhəlləsi 8-ci döngə ünvanında fərdi yaşayış evlərinin inşası çox olduğundan həmin ünvanda fəhlə işi axtarmışdır. Həmin zaman açıq boş torpaq sahəsində 01 ədəd daşına bilən konteynerin olduğunu görüb konteynerə yaxınlaşaraq baxdıqda konteynerin normal vəziyyətdə olduğunu müəyyən etmişdir. Həmin konteynerin sahibsiz və nəzarətsiz olması səbəbindən həmin konteyneri oğurlayaraq satmağı düşünmüşdür. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Dərnəgül bazarı kimi tanıdığı ünvana gedərək orada konteyner satmaq istədiyini deyərək müştəri axtarmağa çalışmışdır. Həmin zaman tanımadığı şəxslər X2 bu işlə məşğul olduğunu deyərək sonuncunun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona bildirmişlər. Adil ilə əlaqə saxlayıb konteyner barədə məlumat verdikdə konteynerin özünə məxsus olduğunu, 2000 manata satmaq istədiyini demişdir. Adil konteynerə baxdıqdan sonra ala biləcəyini dediyindən növbəti gün saat 19 radələrində vaxt təyin etmişlər. O, bundan sonra konteyneri həmin yerdən daşımaq üçün evakuator tipli yük avtomobili axtarmağa başlamışdır. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Ziya Bünyadov prospektində yerləşən “Santral” elektrik mağazasının yaxınlığına gedərək orada gördüyü bir ədəd yük avtomobilinin üzərindəki nömrə ilə əlaqə saxlamışdır. Zəngə cavab verən şəxs maşının sürücüsünün Hüseyn adlı şəxs olduğunu deyərək əlaqə nömrəsini ona bildirmişdir. Bundan sonra həmin nömrə ilə əlaqə saxlamış, telefon danışığı zamanı adını sonradan öyrəndiyi Şahid2 bir ədəd özünə məxsus daşına bilən konteynerin olduğunu və həmin konteynerin lazımsız olduğundan metal qəbulu məntəqəsinə satmaq istədiyini demişdir. Bundan sonra Hüseynlə görüşdükdə sonuncu Yasamal rayonu ərazisinə yük aparacağını dedikdə o, birlikdə getmək istədiyini və yükü boşaltdıqdan sonra konteyneri götürməyə gedəcəklərini Hüseynə demişdir. Həmin tarixdə Hüseynlə birlikdə konteynerin olduğu əraziyə getdikdə gec olduğunu düşünüb Hüseynlə növbəti gün əlaqə saxlayıb konteyneri aparmağı xahiş etdikdə Hüseyn ona heç bir etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Hüseynlə əlaqə saxlayıb konteyneri daşımaq üçün onu da “Santral” mağazasının qarşısından götürməyini xahiş etmişdir. Bundan sonra birlikdə Binəqədi rayonu ərazisinə gəlmişlər. Hüseyn konteyneri evakuatora yükləməmişdən öncə sənəd tələb etdikdə sənədlərin olmadığını, lakin konteynerin özünə məxsus olduğunu bildirib ünvana kimi birlikdə gedəcəklərini demişdir. Bundan sonra Hüseyn konteyneri evakuatora yükləmişdir. Bundan sonra birlikdə həmin konteyneri Zia Bünyadov prospektindən “Ulduz” metrosuna dönən yolda olan “Lukoyl” YDM-na aparmaq üçün 200 manat müqabilində razılaşmışlar. Onlar konteyneri aparıb həmin yerə çatdıqda bir nəfər tanımadığı şəxs onlara yaxınlaşmış və həmin konteynerə baxdıqdan sonra bəyənmədiyini bildirib istəyinə uyğun olmadığını demişdir. Bir qədər dayandıqdan sonra tanımadığı başqa bir nəfər şəxs ağ rəngli avtomobillə onlara yaxınlaşıb yükün kimə məxsus olduğunu soruşmuşdur. O, həmin şəxslə söhbət etdikdən sonra həmin şəxs onlara çıxıb getmələrini bildirmişdir. Onlar bundan sonra bir qədər irəli gedib “Şeş-Beş” restoranın yaxınlığına gəlmişlər və Adilin gəlməyini gözləmişlər. Təxminən yarım saat sonra, yəni saat 19 radələrində Adil ora gəlmişdir. Adil də konteyneri bəyənməyərək adını Zaur kimi təqdim etdiyi, lakin əsl adının Şahid3 olduğunu sonradan öyrəndiyi şəxsin əlaqə nömrəsini ona bildirmişdir. Elçinlə əlaqə saxlayıb konteyner barədə məlumat verdikdə Elçin konteyneri Sumqayıt şəhərinə aparmağını bildirmişdir. Onlar Masazır qəsəbəsinə çatdıqda Elçin adlı şəxs onları qarşılayaraq özünə məxsus VAZ 2107 markalı avtomobillə onların qarşısında gedərək Sumqayıt şəhərində “Azpetrol” YDM-nin yaxınlığında Bakı istiqamətində yolun kənarında olan obyektə gətirmişdir. Həmin ünvanda obyektin sahibi, adını sonradan öyrəndiyi Şahid1 ilə konteyneri alqı-satqısma dair ilk öncə razılıq əldə edə bilməsə də sonradan 2500 manata razılıq əldə etmişdir. Konteyneri evakuatordan aşağı endirdikdən sonra Nicat ondan sənəd tələb etdikdə o, konteynerin özünə məxsus olduğunu, sənədlərinin mövcud olmadığını, bunun müqabilində şəxsiyyət vəsiqəsini təqdim edə biləcəyini demişdir. Nicat razılaşaraq alqı-satqını video görüntü ilə qeyd almışdır. Həmin pulun 500 manat hissəsi vasitəçi qismində çıxış edən Elçinə, qalan hissəsi isə ona çatmışdır. Bundan sonra Hüseynə gediş haqqını ödəyib oradan birlikdə Bakı şəhərinə gəlmişdir. Sonradan barəsində şikayət edildiyi ona məlum olmuşdur. O, oğurluq əmlakı satdığı X9, vasitəçi qismində çıxış etmiş Şahid3 və konteyneri ünvana aparmış evakuator sürücüsü Şahid2 aldadaraq konteynerin özünə məxsus olduğunu, sənədlərinin mövcud olmadığını, istifadə etmədiyindən satdığını bildirmişdir. Həmin şəxslərin heç biri konteynerin oğurluq olduğunu bilməmişdir. Həmçinin oğurluq etməyi barədə başqa heç kimə məlumat verməmişdir. Pula ehtiyacı olduğundan həmin konteyneri oğurlayıb borclarını ödəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən onun himayəsində 1 azyaşlı övladının olmasını və maddi sıxıntıları ilə bağlı cinayəti törətdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, bütün bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs Nümayəndə ifadəsində göstərmişdir ki,"xxxx" MMC xx.xx.2019- cu il il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyata alınmaqla ünvan 4 ünvanında fəaliyyət göstərmişdir. xx.xx.2023-cü il tarixdən həmin ,"xxxx" MMC –də icraçı direktor vəzifəsini icra edir. "xxxx" MMC təmir və tikinti sahəsində fəaliyyət göstərir. Belə ki, sifariş əsasında "xxxx" MMC işçiləri ünvanlarda fərdi yaşayış evlərinin inşasını və təmirini həyata keçirir. Bununla bağlı "xxxx" MMC -yə məxsus konteynerlər işçilərin rahatlığının təmin olunması məqsədilə təmir tikinti aparılan sahələrə daşınır. Bakı şəhər, Binəqədi rayonu, Zəngəzur məhəlləsi 8-ci döngə ünvanında boş torpaq sahəsində fərdi yaşayış evinin inşası ilə bağlı "xxxx" MMC-yə sifariş daxil olduğundan onun göstərişi əsasında "xxxx" MMC -yə məxsus daşına bilən 01 ədəd dəmir konteyner tikinti işləri aparılacaq sahəyə aparılmışdır. Lakin həmin torpaq sahəsinin ilkin sənədlərində problem yarandığından tikinti işləri aparmaq mümkün olmamışdır. Bu səbəbdən 7-8 ay müddətində sənədlərdəki nöqsanların aradan qalxması üçün tikinti işləri aparıla bilməmişdir. Həmin müddətdə də konteyner sözü gedən ünvanda qalmışdır. Mütəmadi olaraq özü və "xxxx" MMC -nin işçiləri konteynerə nəzarət etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə "xxxx" MMC -də mühəndis vəzifəsində çalışmış X7 onunla əlaqə saxlayaraq Bakı şəhər, Binəqədi rayonu, Zəngəzur məhəlləsi 8-ci döngə ünvanında boş torpaq sahəsində olan daşına bilən konteynerin yerində olmadığını bildirmişdir. Bu zaman o, konteynerin götürülməsindən məlumatsız olduğunu deyib işçilərlə maraqlandıqda heç bir məlumat əldə edə bilmədiyindən konteynerin oğurlandığını bilmişdir. Bundan sonra Füzuli 102 xidmətinə zəng edərək oğurluq hadisəsi barədə məlumat vermişdir. xx.xx.2023cü il tarixdə saat 18 radələrində Bakı şəhər, Binəqədi rayonu, Zəngəzur məhəlləsi 8-ci döngə ünvanında boş torpaq sahəsindən oğurlanmış daşına bilən konteyner konkret olaraq onun icraçı direktor vəzifəsində çalışdığı "xxxx" MMC- yə məxsudur və hadisə nəticəsində yalnız "xxxx" MMC -yə maddi ziyan dəymişdir. Oğurlanmış konteynerin "xxxx" MMC -yə məxsus olduğunu təstiq edən hər hansı bir rəsmi sənəd mövcud deyil. Belə ki, həmin konteyner sifariş əsasında hazırlanır. O da həmin konteyneri bir müddət öncə tanışından şifahi razılıq əsasında əldə etmişdir. Konteyner oğurlanan zaman konteynerin içərisində 01 ədəd markasını xatırlamadığı dəyəri 100 manat təşkil edən kondisioner, ümumi dəyəri təxminən 100 manat təşkil edən 01 ədəd masa və 02 ədəd stul, dəyəri 150 manat təşkil edən 01 ədəd dolab, hər birinin dəyəri 50 manat təşkil edən 03 ədəd kiçik həcmli dolab olmuşdur. Konteynerin isə özünün ayrılıqda dəyəri 4500 manatdır. Oğurlanmış əmlakın ümumi dəyəri 5000 manat təşkil edir və "xxxx" MMC -yə dəymiş maddi ziyan ümumilikdə 5000 manat təşkil edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 25 iyun 2024-cü il tarixdə 9/3602 nömrəli rəyində göstərilmiş qiymətlə razıdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən oğurlanmış konteynerin geri qaytarıldığını, bu səbəbdən Təqsirləndirilən şəxs şikayətçi olmadığını, ona qarşı heç bir iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atası X10 məxsus “Həkəri” Servis Sumqayıt şəhərində Bakı- Sumqayıt yolunda yerləşir. Həmin servis avtoservis kimi fəaliyyət göstərir. O, asudə vaxtlarında atasına məxsus servisdə olmaqla oraya nəzarət edir. Həmçinin qeyd olunan servisdə işlənmiş vaqon və konteynerlər alaraq təmir bərpa işlərindən sonra yenidən satışa çıxarıb gəlir əldə edir. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində adını əvvəllər Zaur kimi bildiyi, lakin əsl adı Şahid3 olan şəxs ona zəng edib bir nəfər şəxsin 3000 manata konteyner satdığını və həmin konteyneri almağını təklif etmişdir. O, telefonda Elçinə konteyner xoşuna gələcəyi halda alacağını, konteyneri ona məxsus Bakı-Sumqayıt yolunda Bakı istiqamətində yolun sağ tərəfində yerləşən “Həkəri” Servisə gətirməsini bildirmişdir. Daha sonra Elçin öz maşını ilə servisə gəlmişdir. Həmin zaman Hyundai markalı **-LC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili də servisə daxil olmuşdur. Evakuatorun yük hissəsində bir ədəd ağ rəngli konteyner olmuşdur. Bundan sonra Elçin yanında olan bir nəfər tanımadığı şəxslə və adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ilə birlikdə ona yaxınlaşmışdır. Onlar konteynerin ümumi vəziyyəti ilə tanış olduqdan sonra alqı-satqı barədə danışığa başlamışlar. Ruslan konteyner üçün ondan 3000 manat pul tələb etdikdə o, razılaşmayıb maksimum 2500 manat pul ödəyə biləcəyini demişdir. Həmin zaman razılaşma baş tutmadığından Ruslan konteyneri həmin qiymətə sata bilməyəcəyini deyib evakuatorla konteyneri servisdən çıxarıb getmişdir. Həmin zaman Elçin də onların ardınca getmişdir. Təxminən yarım saat sonra Elçin yenidən ona zəng edərək 2500 manata konteyneri satmaq barədə Ruslanın razılığı olduğunu deyib servisə yaxınlaşmaq istədiklərini demişdir. O, servisdə olduğunu bildirdikdən sonra isə həmin şəxslər servisə geri qayıtmışdır. Bundan sonra konteyner evakuatordan yerə endirilmişdir. Bir daha konteynerin ümumi vəıziyyətinə baxıb alqı satqıya razılıq vermişdir. Ruslan evakuatorun sürücüsü Şahid2 konteyneri hardan gətirmələri ilə maraqlandıqda sonuncu, Binəqədi yolunda yerləşən Zəngəzur şadlıq sarayının yaxınlığından konteyneri götürdüklərini demişdir. Həmçinin Ruslan konteynerin özünə məxsus olduğunu, imkanı olmadığından konteyneri satmaq qərarına gəldiyini bildirmişdir. O, Ruslandan sənəd tələb etdikdə sonuncu, özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmiş və öz adından kağızda razılıq sənədini imzalamışdır. Həmin vaxt digərləri, yəni sürücü Hüseyn və Elçin da orada olmuşdur. Sürücü Hüseyn konteyneri servisdə boşaltdıqdan sonra o, alqı-satqını videoçəkilişlə etmişdir. Üzərində nağd pul olmadığından 2500 manat ödənişi Zaurun kartına o isə 2000 manat hissəsini Ruslanın kartına göndərmişdir. Daha sonra sözü gedən şəxslər oradan ayrılmışlar. Belə ki, Ruslan evakuatorun sürücüsü ilə birlikdə getmiş, Elçin isə öz avtomobili ilə servisi tərk etmişlər. xx.xx.2023-cü il tarixdə isə ona zəng olunaraq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gəlməli olduğu bildirildiyi üçün özü könüllü olaraq 4-cü PŞ-nə gəlmişdir. Orada hadisə barəsində məlumat almışdır. Həmin vaxta qədər konteynerin oğurluq olması ona məlum olmamışdır. Şahid3 ilə 5-6 ildir tanışdır. Belə ki, Elçin vasitəçi şəxs qismində müştəriləri onunla əlaqələndirməklə məşğul olmuş və bunun qarşılığında sonuncuya ödənişlər edir. Əvvəllər də Elçinlə bir neçə dəfə alqı- satqı prosesində iştirak etmişdir. Həmin şəxsin adını Zaur kimi bilsə də araşdırma müddətində adının Şahid3 olduğu ona məlum olmuşdur. Lakin Təqsirləndirilən şəxs və Şahid2 əvvəllər tanımamış və yalnız konteynerin alqı- satqısında görmüşdür. Təqsirləndirilən şəxs ona satdığı konteynerin oğurluq olması barədə məlumatı olmamışdır. Belə ki, Ruslandan dəfələrlə maraqlandıqda Ruslan konteynerin özünə aid olduğunu, ehtiyac duymadığı və maddi durumu aşağı olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Həmin konteynerin oğurluq olduğunu güman etməmişdir. Sadəcə olaraq gələcəkdə problemlə üzləşməmək üçün Ruslandan dəfələrlə soruşmuş və Ruslandan bununla bağlı sənədinin surətini tələb etmişdir. Ruslan da onu arxayın edərək şəxsiyyət vəsiqəsinin surətini heç bir etiraz etmədən təqdim etmişdir. Həmçinin kağız parçasında qeydlər edərək konteynerin özünə aid olduğunu təsdiq etmişdir. Həmin kağız parçasını da izahatına əlavə etmişdir. Məhkəmə iclasına çağırılmış şahidlər Şahid2 və Şahid3 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X4 əmlakının oğurlanması ilə əlaqədar toplanmış material üzrə fakta görə CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, konteynerin oğurlanması faktı Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Dəmir yolunun yaxınlığında yerləşən "xxxx" tikinti şirkətinin yerləşdiyi Zəngəzur məhəlləsi, 8-ci döngə ünvanında baş vermişdir. 29 dekabr 2023-cü il tarixli “könüllü təqdim etmə, baxış keçirmə və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur məhəlləsi 8-ci döngə ünvanında açıq torpaq sahəsindən oğurlayaraq Bakı- Sumqayıt magistral yolunun Sumqayıt şəhərindən keçən hissəsində yerləşən “Həkəri” Servisdə Şahid1 satdığı konteyneri və konteynerin içərisində olan 01 ədəd kondisioneri, 01 ədəd masa və 02 ədəd stulu, 01 ədəd dolabı və 03 ədəd kiçik həcmli dolabı Şahid1 təqdim etmiş və bu barədə Binəqədi RPİ-nin 4-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Əzizov tərəfindən protokol tərtib edilərək qeyd edilən predmetlər götürülmüşdür. İş materiallarında olan satıcı Təqsirləndirilən şəxs və alıcı X12 tərəfindən imzalanmış sənəddən görünür ki, Təqsirləndirilən şəxs konteyner xx.xx.2023-cü il tarixdə axşam saat 23:00-da Həkəri servisin müdirinə 2500 manata satılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə oğurluq hadisəsi baş verən zaman "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində çalışmış X13 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nümayəndə təqdim etdiyi xx.xx.2023-cü il tarixli **********233600 saylı çıxarışın surətindən 4 saylı Ərazi Vergi İdarəsində Binəqədi Park MMC xx.xx.2019-cu il tarixdə ********** nömrəli VÖEN ilə qeydiyyata alınmış və MMC-nin hazırki qanuni təmsilçisi Nümayəndə olduğu müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Qaradağ rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əldə olunaraq götürülmüş 01 ədəd daşına bilən konteyner və içərisində olan 01 ədəd kondisioner, 01 ədəd masa və 02 ədəd stul, 01 ədəd dolab, 03 ədəd kiçik həcmli dolab cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və 01 ədəd daşına bilən dəmir konteyner və içərisində olan 01 ədəd “BK” markalı kondisioner, 01 ədəd masa və 02 ədəd stul, 01 ədəd dolab, 03 ədəd kiçik həcmli dolab saxlanması üçün sahibinə qəbzlə geri qaytarılmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, cnayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işinin icratatına xitam verilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 464 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 69.3, 66.5, 68.3.2-ci maddələri ilə 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə 01 il 04 ay 08 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-182/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinəərk, CM-nin 76.6.3, 69.3-cü maddələri tətbiq olunmaqla qəti olaraq 02 il 10 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-29/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin29, 177.1-ci maddələri ilə təqsirli bilinərək, Cm-nin 66.5, 69.3-cü maddələri tətbiq olunmaqla qəti olaraq 03 il 01 ay 12 gün azadlıqdan mıhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3602 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və təqdim edilmiş fotoşəkillərdə göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 3160,00 manat müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “ifadənin yerində yoxlanması barədə” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması zamanı, istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini əyani göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 təqdim etdiyi Təqsirləndirilən şəxs ona satdığı konteynerin alqı-satqısı zamanı tərtib edilmiş kağız sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onlara dəymiş maddi zərər ödənilmişdir, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 Ruslan Cahid oğlunun övladıdır. Məhkəmə, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq hissi keçirməsini və himayəsində 1 azyaşlı uşağının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), zərər çəkmiş şəxsə vurulmuş olan ziyandan ödəniş etməməsini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-29/2025 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 29, 177.1-ci maddələri ilə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli hökmü ilə CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə, hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)- 29/2025 nömrəli hökmündən əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-29/2025 hökmü ilə məhkum olunduğu 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya birləşdirilməklə CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” qərarına görə cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Məhkəmə təcrübəsində oxşar vəziyyətlərdə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsi ilə deyil, 67.1-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə cəza təyin edilməsi onun vəziyyətini əsassız olaraq ağırlaşdırmasına, hüquqların və qanuni mənafelərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmündə nəzərdə tutulmuş həbsdə qaldığı 01 (bir) ay 18 (on səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut növü kimi tanınmış Təqsirləndirilən şəxs ona satdığı konteynerin alqı-satqısı zamanı tərtib edilmiş kağız cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində ibtidai istintaqda və məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli)saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Maddi sübut kimi tanınmış 01 ədəd daşına bilən dəmir konteyner və içərisində olan 01 ədəd “BK” markalı kondisioner, 01 ədəd masa və 02 ədəd stul, 01 ədəd dolab, 03 ədəd kiçik həcmli dolab saxlanması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-29/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(002)-29/2025 nömrəli hökmü ilə həbsdə saxlanıldığı ümumilikdə 01(bir) ay 18(on səkkiz) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 01 ədəd daşına bilən dəmir konteyner və içərisində olan 01 ədəd “BK” markalı kondisioner, 01 ədəd masa və 02 ədəd stul, 01 ədəd dolab, 03 ədəd kiçik həcmli dolabın sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut növü kimi tanınmış Təqsirləndirilən şəxs ona satdığı konteynerin alqı-satqısı zamanı tərtib edilmiş kağız cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi Nümayəndə cinayət hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar