Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-136/2025 14.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, tanıdığı şəxsiyyəti istintaqla araşdırılan qeyrisi ilə birlikdə bir qrup şəxs halında 13 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs guya bir gün əvvəl aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün onu görüşə dəvət etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, həmin vaxt ətrafda insanların olmasına məhəl qoymayıb ictimai yer hesab olunan yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə başı və yumruğu ilə vuraraq ona üst dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqla araşdırılan qeyrisi isə yumruqla sol qulaq nahiyəsinə vuraraq ona sol qulaq keçəcəyinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edərək bir qrup şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, aralarında olan davanı zərərçəkmiş şəxs başlatmışdır. X2muş, orada yerləşən kafeyə getmişdir. Zərərçəkmiş şəxs dostu və yanında 3 nəfər oğlanla yemək yeməyə kafeyə gəlmiş, ayrı stollarda oturmuşlar. Bir qədər sonra Zərərçəkmiş şəxs stolundan qalxıb, ona tərəf gəlmiş, baxmasının səbəbini soruşmuşdur. O, isə onunla işi olmadığını, yemək yeyib gedəcəyini demişdir. Zərərçəkmiş şəxs onun yaxasından tutmuş, yanındakı oğlanlar da qalxmışlar. Obyektin sahibi polisə şikayət etmiş, polis gəlib ondan şikayətinin olubolmadığını soruşmuş, o, isə şikayətinin olmadığını demişdir. Səhəri gün Zərərçəkmiş şəxslə zəngləşmiş, sonuncu ona Binəqədi rayonuna gəlməsini demiş, gəlməli olduğu məkanı yollamışdır. O, da həmin yerə getmişdir. Orada sözləri düz gəlməmiş, dalaşmışlar. Sonra isə əl sıxıb, sağollaşmışlar və o, yaşadığı evə getmişdir. Evə getdikdə sonra ona zəng gəlmiş, 5-ci polis bölməsinə gəlməli olduğu bildirilmişdir. O, da polis bölməsinə getmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxslə əlbəyaxa dalaşmış, ilk zərbəni o, sonuncunun qulağından vurmuşdur. Zərərçəkmiş şəxs başqa heç kim vurmamışdır. Hadisə axşam saatlarında “Şəbəkə” xidmət mərkəzinin qarşısında baş vermişdir. O, həmin yerə nəfərlə getmiş, Nizami və Pənah adlı dostları onları ayırmışlar. Zərərçəkmiş şəxs həmin yerə tək gəlmişdir. Kafedə olarkən o, Zərərçəkmiş şəxslə übəüz stolda oturmuş, sonuncu səs-küy saldığı üçün obyektin sahibi yaxınlaşıb, müştərinin şikayət etdiyini demişdir. Zərərçəkmiş şəxs də müştərinin gəlib özünə şikayət etməsini demişdir. O, da həmin vaxt baxmışdır. O, Zərərçəkmiş şəxs əvvəl tanımamış, heç bir münasibəti olmamışdır. O, Zərərçəkmiş şəxslə dalaşmaq üçün görüşməmiş, sonuncu söyüş söydüyü üçün bunu aydınlaşdırmaq üçün görüşmüşdür. O, hadisə yerinə 5 nəfərlə getməmişdir. Onun nömrəsini Zərərçəkmiş şəxs ondan istəmişdir. O, Zərərçəkmiş şəxs əli və başı ilə vurmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Həzi Aslanovda dostları ilə restoranda oturmuş, Təqsirləndirilən şəxs qarşı tərəfdə onlarla üzbəüz oturmuşdur. Təqsirləndirilən şəxs ona baxmış, o, da sonuncuya baxmışdır. O, yaxınlaşıb ki, nəyə baxdığını soruşmuş, Təqsirləndirilən şəxs də yaxşı etdiyini demişdir. Həmin vaxt aralarında söz söhbət olmuş, o, gəlib yerində oturmuşdur. Oturandan sonra yenə baxışma olmuş, aralarında mübahisə olmuş, obyektin sahibi gəlmiş, onları aralamış, bu vaxt polislər gəlmişdir. Polislər şikayətin olub-olmadığını soruşmuş, heç bir şikayət olmamışdır. Dağılışdıqda Təqsirləndirilən şəxs ondan nömrəsini istəmiş, o, da vermişdir. Bir gün sonra axşamüstü Cavid ona zəng edib, görüşmək istədiyini demiş, olduğu məkanı yollamasını demişdir. O, Təqsirləndirilən şəxs məkan yollamış, 1 saat sonra sonuncu ona zəng edib, orada olduğunu demişdir. O, düşünmüşdür ki, Təqsirləndirilən şəxs üzrxahlıq edər və söhbət bağlanar. Onun 38 yaşı var, 3 uşaq atasıdır, dava-dalaş edən vaxtı deyil. O, göndərdiyi məkana getmiş, Təqsirləndirilən şəxs orada olmadığını görmüş, zəngləşib “Şəbəkə” xidmət mərkəzinin qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs həmin yerə 5 nəfərlə gəlmişdir. O, isə tək getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan şəxslərdən biri sonuncudan “bu idi səni söyən ?” deyə soruşmuşdur. Söhbət edərkən Təqsirləndirilən şəxs ona kəllə zərbəsi vurmuşdur. Kəllə vurduqdan sonra o, üzünü tutmuş, bu vaxt söz soruşan şəxs onu qulağından vurmuş, digəri onu arxadan tutmuş, vurduqdan sonra buraxmış, “şirin” söhbətə keçmişlər. O, bu söhbəti ona kəllə zərbəsi vurmamışda əvvəl edə biləcəklərini demiş, onlar barışıq üçün danışmağa başlamışdır. Onun üst-başı qanlı evə getmiş, baş vermiş hadisəni danışmışdır. Bundan sonra polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı CM-in 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Naxçıvani küçəsində baş vermişdir. xx.xx.2023-cü il tarixli 1764 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X4 rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol qulaq keçəcəyinin əzilmiş-cırılmış yarası, üst dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası, sol bazu oynağı nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən, müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər. Qeyd olunan xəsarətlərdən sol qulaq keçəcəyinin əzilmiş-cırılmış yarası və üst dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası həm ümumilikdə və həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər, sol bazu oynağı nahiyəsinin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnağı, yumuruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri inandırıcı deyildir. xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin görüntüləri olan 01 ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videogörüntü saat 20:34:12-də başlayır, 01 dəqiqə 51 saniyə davam edir. Həmin vaxt Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və şəxsiyyəti istintaqa məlum olmayan qeyriləri ilə ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzinin qarşısında öz aralarında söhbət etməyə başlayır. Ətrafdan isə kənar vətəndaşların küçə boyunca gediş-gəlişi müşahidə olunur. Belə ki, həmin şəxslərdən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ilə aralarında ilkin olaraq sözlü mübahisə etdikləri, mübahisə zamanı görüntüdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə başı və yumruğu ilə, istintaqla araşdırılan qeyrisi isə yumruqla sol qulaq nahiyəsinə vurması, daha sonra isə Təqsirləndirilən şəxs və onun yanında olan şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərin hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 15:50-də tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi əməl CM-in 128-ci maddəsindən həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-in 221.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və saxlanıldığı Binəqədi RPİ-nin MSYdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən bir ədəd disk sübut kimi qiymətləndirilərək cinayət işinin materiallarında saxlanılmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən xx.xx.2023-cü il tarixdə baş vermiş mübahisədə iştirak etmiş istintaqa məlum olmayan şəxs və ya şəxslərin müəyyən edilməsi üçün CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi barədə ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə öz hərəkətlərinin faktiki xarakterini dərk edərək cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət işinin məhkəmədə baxılması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanıdığı şəxsiyyəti istintaqla araşdırılan qeyrisi ilə birlikdə bir qrup şəxs halında 13 sentyabr 2024-cü il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında yerləşən “Şəbəkə” xidmət mərkəzinin qarşısında Zərərçəkmiş şəxs guya bir gün əvvəl aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün onu görüşə dəvət etməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə, həmin vaxt ətrafda insanların olmasına məhəl qoymayıb ictimai yer hesab olunan yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə başı və yumruğu ilə vuraraq ona üst dodağın sağ yarısının selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, qabaqcadan əlbir olduğu şəxsiyyəti istintaqla araşdırılan qeyrisi isə yumruqla sol qulaq nahiyəsinə vuraraq ona sol qulaq keçəcəyinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə zor tətbiq edərək bir qrup şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş, hadisə yerində olmuş şəxslərə münasibətdə laqeydliyini ifadə etməklə, cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbirinin seçilməsi üçün vəsatət verilmiş, ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilmiş və bundan sonra Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 29 aprel 2024-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-136/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-136/2025
14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver