Məhkəmə qərarları › İş №1(001)-137/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-137/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-137/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Zaqatala rayonu Mamqabinə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Zaqatala rayonu, 3-cü Tala inzibati ərazi dairəsi, Mamqabinə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs övladı Şahid1 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifə üzrə işə qəbul olunmasına köməklik göstərilməsi barədə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 22 dekabr 2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən Bakı şəhəri 11 saylı notariat ofisində 5.000 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs alıb ələ keçirərək cinayətkar niyyətini pərdələmək üçün qeyd olunan tarixdə həmin notariat ofisində həmin məbləğin guya ki, borc şəklində qəbul etməsinə dair sonuncu ilə kredit müqaviləsinin bağlanmasına nail olub, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 5.000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsində özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə “Tik-tok” sosial şəbəkəsində bir səhifə marağını cəlb etdiyi üçün həmin səhifəyə yorum hissəsinə sosial yardımla bağlı köməklik olunması barədə yazmış, bir qədər sonra ona bir nəfər xanım bildirdiyi yorumla bağlı şəxsi səhifəsinə yazmış, ona köməklik edə biləcəyini bildirmişdir. Daha sonra o, həmin xanımla “Vatsap” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlamış, həmin şəxs özünü təqdim edərək X2 olduğunu bildirmişdir. Həmin vaxt Bahar ona Ağdaş rayonunda vəkil köməkçisi işlədiyini bildirmiş, bundan sonra onun Baharla münasibəti yaranmışdır. Bir dəfə Bahar onu evinə dəvət etmiş, Bahar telefon vasitəsilə Könül adlı xanımla danışmış, onu Könül ilə tanış etmişdir. O, Könülü həmin vaxtdan tanısa da, lakin ilk görüşü oğlunun ad günündə olmuşdur. Gülnarə ilə tanışlığı da Baharın vasitəsilə olmuşdur. Gülnarə bir gün telefon vasitəsilə əlaqə saxlayıb, Ramella adlı şəxsin qızı Nigarı işə düzəltmək üçün tanışının olub-olmamasını soruşmuş, həmin vaxt o, bu məsələ ilə bağlı maraqlanacağını demişdir. Həmin vaxtlarda onun azyaşlı uşağının səhhətində problemlər yaranmış, bundan başqa kirayə yaşadığı mənzilin aylıq ödəməsini verə bilməmiş, ən əsası azyaşlı oğlunun müalicəsi üçün ona böyük məbləğdə pul lazım olduğuna görə Gülnarənin Ramella adlı şəxsin qızı Nigarı işə düzəltməklə bağlı maraqlandığı məsələ haqqında düşünmüş, oğlunun müalicəsi üçün lazım olan pulu bu iş vasitəsilə ödəyə biləcəyini dəqiqləşdirmişdir. Həmin vaxt Gülnarə ilə telefon əlaqəsi yaradıb, onu Ramella və qızı Nigarla birlikdə görüşdürməsini Gülnarəyə təklif etmiş, 16 noyabr 2023-cü ildə o, Gülnarə, Ramella və qızı Nigarla Bakı şəhəri Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Daşfırın” adlı restoranda görüşmüşlər. Bu zaman o, Ramellaya sosial müdafiə nazirliyində tanışlarının olmasını və qızı Nigarın işə düzəldilməsində ona köməklik edəcəyini bildirmiş, ilk öncə 25000 manat sonradan 20000 manata razılaşacağını bildirmişdir. Bundan sonra o, Ramelladan bu işə görə pulun yarısını, yəni 10000 manat istəmiş, qalan yarısını isə qızı Nigarın əmri verildiyi gün alacağını bildirmişdir. Lakin Ramella hazırda 10000 manat pulunun olmadığını, yalnız 5000 manat pul verə biləcəyini bildirmiş, həmin vaxt onlar razılığa gələ bilməmişdir. 2023cü ilin dekabr ayının sonlarında o, yenidən Ramella ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayıb qızı Nigara sosial müdafiə nazirliyində iş tapdığını, görüşüb pulu alacağını demiş, həmçinin Ramellanın ona qarşı olan şübhəsini aradan qaldırmaq üçün ondan pulu notarial qaydada götürməyi təklif etmişdir. Ramella onunla razılaşmış, 22 dekabr 2023-cü ildə o, Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən 11 saylı notariat kontorunda Ramella və onun qızı Nigar ilə görüşüb, aralarında kredit müqaviləsi bağlayaraq 5000 manat məbləğində pulu ondan almış və bu işin 4 ay ərzində həll olunacağına dair vəd vermişdir. Lakin həmin pulu şəxsi ehtiyaclarına sərf etmişdir. İşə məhkəmədə baxıldığı dövrdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış, ona vurduğu ziyanı tam ödəmişdir. Qeyd edilənləri nəzərə alıb cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında parkda nəvəsi ilə gəzən zaman bir nəfər tanımadığı xanımla söhbəti baş tutmuş, söhbət zamanı o, qızı Nigarın işsiz olmasını, adını sonradan Könül kimi bildiyi qadının ona qızı Şahid1 iş tapmaqda köməklik edə biləcəyini bildirmişdir. Könül adlı qadın Rahimə adlı tanışının olmasını, Rahimə adlı tanışının müxtəlif nazirliklərdə tanışlarının olduğunu bildirmiş, bu söhbətdən sonra Könül adlı qadının mobil telefon nömrəsini götürmüşdür. 16 noyabr 2023-cü ildə o, Könül ilə teleton vasitəsi ilə əlaqə saxlamış, Könül onu evinə dəvət etmiş, daha sonra Könül ona Gülnarə adlı şəxsin nömrəsini vermiş, həmin işlə bağlı Rahimə adlı şəxslə görüşməyə köməkilik edəcəyini bildirmişdir. 16 noyabr 2023-cü ildə o, qızı Nigar, Gülnarə və Rahimə adlı şəxslərlə Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən restoranda görüşmüş, orada Gülnarə onu Rahimə adlı şəxslə tanış etmiş, Rahimə ona “Socar”da işləməsini, yüksək vəzifəsinin olmasını, həmçinin Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyində yaxınlarının olmasını və bir neçə nəfər şəxsi işlə təmin etdiyini bildirmişdir. Rahimə bu iş müqabilində ilk öncə 25000 manat, sonradan isə 20000 manata razılaşacağını bildirmişdir. Bundan sonra Rahimə bu işə görə ondan həmin pulun yarısını, yəni 10000 manat istəmiş, qalan pulu isə qızı Şahid1nm yeni işinə əmri çıxdıqdan sonra alacağını demişdir. Lakin o, Rahiməyə ilkin olaraq 10000 manat pulunun olmadığını, yalnız 5000 manat verə biləcəyini bildirmiş, həmin vaxt Rahimə onunla razılaşmamış, oradan getmişdir. Bir neçə gündən sonra Rahimə onunla əlaqə saxlamış, qızı Nigarın işinin həll olunmasını, ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iş tapmasını, lakin bu məsələdən heç kimin xəbərinin olmamasını izah etmişdir. İlkin olaraq o, Rahiməyə 5000 manat verəcəkmiş, o, əvvəlcə Rahiməyə etibar etməmiş, lakin həmin vaxt Rahimə ona etibar etmirsə, onda borc müqaviləsi bağlamağı təklif etmişdir. Bu zaman o, Rahimə ilə razılaşmış, o, Rahimə ilə 22 dekabr 2023-cü ildə saat 11 radələrində Bakı şəhəri Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanda yerləşən 11 saylı notariat ofisində görüşmüş, Rahimə ilə kredit müqaviləsi bağlamış, ona 5000 manat məbləğində pul vermişdir. Həmin pulun müqabilində Rahimə qızı Nigara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifəyə işə düzəltmək üçün ona vəd vermişdir. Rahimə pulu aldıqdan sonra işin qısa zamanda həll olacağını bildirməsinə baxmayaraq, iş həllini tapmamışdır. İşə məhkəmədə baxıldığı dövrdə onlar barışmışlar, Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2ə İlham qızı Təqsirləndirilən şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə 02 may 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Azərbaycan Respublikası DİN-dən verilmiş xx.xx.2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v 50). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v 66). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs başqa yerə getməmək haqqında iltizam qətinkan tədbiri seçilmişdir (cild 1, i.v 94-96). Sübutların qiymətləndirilməsi haqqında 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 5000 manat məbləğində pulun təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən 11 saylı notariat ofisində ələ keçirilməsinə dair kredit müqaviləsinin çıxarışı iş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur (cild 1, i.v 111-112). Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi öz ifadəsi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir və düzgün olaraq onun əməli Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Cinayət işinə əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Vurulmuş ziyan tam ödənilmişdir. Onlar barışmışlar. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, barəsində olan cinayət işi üzrə icraata zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı tam ödəməsi əsası ilə xitam verilməsinə etiraz etmir. Məhkəmə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrini dinləyib, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, o cinayət məsuliyyətindən azad edilməli və cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Qeyd edilən Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hallar (cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda) olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinin tələbinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 40.2.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən, qətimkan tədbiri təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildikdən sonra qüvvədən düşmüş sayılır. Buna görə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsinin çıxarışı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 20 (iyirmi) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43.1, 43.3, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıb ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Maddi sübut – kredit müqaviləsinin çıxarışı cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 20 (iyirmi) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 120 (yüz iyirmi) manat ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar