Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-138/2021 14.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 iştirakları ilə,
1. xx.xx.1995-ci il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Biləsuvar rayonu, Əsgərabad kəndində qeydiyyatda olman, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair
2. xx.xx.1986-cı il tarixdə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair
3. xx.xx.1994-cü il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Cəlilabad rayonu, Göytəpə şəhəri, Qurtuluş küçəsi ev 38, mənzil 182-də qeydiyyatında olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,
Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxx 2019-cu il tarixdə 2004-cü il təvəllüdlü, on altı yaşına çatmamış, Zərərçəkmiş şəxs2 evlənmək məqsədi ilə yaşadığı Biləsuvar rayonu, Əsgərabad kəndindəki evinə gətirərək, həmin tarixdən etibarən, yaşadığı evdə mütəmadi olaraq Zərərçəkmiş şəxs2 razılığı ilə cinsi ehtirasını təmin etmək məqsədi ilə təbi yolla cinsi əlaqədə olmuş, habelə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa, o, xx xxxxxxx 2020-ci il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs2 və qaynı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, nasaz vəziyyətdə olduğundan uzun müddət Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “xxxx” MMC-nin qarşısında istifadə edilmədən dayanmış, həmin MMC-də çilingər işləyən Zərərçəkmiş şəxs1 məxsus “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna yığılmış ehtiyat hissələrini gizli yolla ələ keçirmək məqsədi ilə, həmin gün saat 03 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Sunny” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən əraziyə gəldikdən sonra, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ətrafı gözətləmiş, o, isə Təqsirləndirilən şəxs3lə birlikdə “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının kiçik şüşəsini burğacla qırıb, qapısını açaraq, bir ədəd 93,08 manat dəyərində sökülmüş vəziyyətdə tam komplektli radiatoru, bir ədəd 864 manat dəyərində sökülmüş vəziyyətdə sürətlər qutusunu, bir ədəd 233 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik valını, bir ədəd 100 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik karterini, bir ədəd 67 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik üst qapağını, bir ədəd 166 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik yağ nasosunu, 2 ədəd 50 manat dəyərində diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkəri, bir ədəd 252 manat dəyərində tam komplektli çantada açar dəstini, bir ədəd 65 manat dəyərində akkumulyatoru, bir ədəd 1.000 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik blokunu, 160 manat dəyərində 2 ədəd tilovu, 40 manat dəyərində 2 ədəd qəlyanı və 35 manat dəyərində avtomobil üçün video qeydiyyat cihazını Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Sunny” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığaraq, gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3125,08 manat maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxxx 2020-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs1 və sonuncunun qaynı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, nasaz vəziyyətdə olduğundan uzun müddət Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “xxxx” MMC-nin qarşısında istifadə edilmədən dayanmış, həmin MMC-də çilingər işləyən Zərərçəkmiş şəxs1 məxsus “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna yığılmış ehtiyat hissələrini gizli yolla ələ keçirmək məqsədi ilə, həmin gün saat 03 radələrində onun idarə etdiyi “Nissan Sunny” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən əraziyə gəldikdən sonra, aralarında olan razılaşmaya əsasən o, ətrafı gözətləmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının kiçik şüşəsini burğacla qırıb, qapısını açaraq, bir ədəd 93,08 manat dəyərində sökülmüş vəziyyətdə tam komplektli radiatoru, bir ədəd 864 manat dəyərində sökülmüş vəziyyətdə sürətlər qutusunu, bir ədəd 233 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik valını, bir ədəd 100 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik karterini, bir ədəd 67 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik üst qapağını, bir ədəd 166 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik yağ nasosunu, 2 ədəd 50 manat dəyərində diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkəri, bir ədəd 252 manat dəyərində tam komplektli çantada açar dəstini, bir ədəd 65 manat dəyərində akkumulyatoru, bir ədəd 1.000 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik lokunu, 160 manat dəyərində 2 ədəd tilovu, 40 manat dəyərində 2 ədəd qəlyanı və 35 manat dəyərində avtomobil üçün video qeydiyyat cihazını onun idarə etdiyi “Nissan Sunny” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığaraq, gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3125,08 manat maddi ziyan vurub oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx xxxxxxx 2020-ci il tarixdə qaynı Təqsirləndirilən şəxs1 və sonuncunun dayısı oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, nasaz vəziyyətdə olduğundan uzun müddət Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “xxxx” MMC-nin qarşısında istifadə edilmədən dayanmış, həmin MMC-də çilingər işləyən Zərərçəkmiş şəxs1 məxsus “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna yığılmış ehtiyat hissələrini gizli yolla ələ keçirmək məqsədi ilə, həmin gün saat 03 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Nissan Sunny” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd edilən əraziyə gəldikdən sonra, aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ətrafı gözətləmiş, o, isə Təqsirləndirilən şəxs1lə birlikdə “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının kiçik şüşəsini burğacla qırıb, qapısını açaraq, bir ədəd 93,08 manat dəyərində sökülmüş vəziyyətdə tam komplektli radiatoru, bir ədəd 864 manat dəyərində sökülmüş vəziyyətdə sürətlər qutusunu, bir ədəd 233 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik valını, bir ədəd 100 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik karterini, bir ədəd 67 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik üst qapağını, bir ədəd 166 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik yağ nasosunu, 2 ədəd 50 manat dəyərində diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkəri, bir ədəd 252 manat dəyərində tam komplektli çantada açar dəstini, bir ədəd 65 manat dəyərində akkumulyatoru, bir ədəd 1.000 manat dəyərində sökülmüş vəziyyətdə mühərrik blokunu, 160 manat dəyərində 2 ədəd tilovu, 40 manat dəyərində 2 ədəd qəlyanı və 35 manat dəyərində avtomobil üçün video qeydiyyat cihazını onun idarə etdiyi “Nissan Sunny” markalı **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobilə yığaraq, gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 3125,08 manat maddi ziyan vurub oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 152.1 və 177.2.1ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, anasının məsləhəti ilə uzaq qohumu olan 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 ilə dini nikahla ailə həyatı qurmuşdur. Belə ki, 2019-cu ilin yay aylarında anası Nəzakət Qumrugilə elçi getmiş və ailələri arasında razılıq əldə olunmuşdur. O, Qumru ilə məsləhət edib, sonuncunun razılığı ilə evlənmək məqsədi ilə onu qaçırıb, Biləsuvar rayonu, Əsgərabad kəndində yerləşən evlərinə gətirmişdir. Qumru ilə dini kəbin kəsdirdikdən sonra xx xxxx 2019-cu il tarixdə Qumrunun öz razılığı ilə evlərində sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. xx.xx.2019-cu il tarixdə Biləsuvar şəhəri, Təqsirləndirilən şəxs1 prospektində yerləşən «Zirvə» şadlıq sarayında Zərərçəkmiş şəxs2 ilə onun toy məclisi keçirilmişdir. Ailə qurduqları gündən başlayaraq Qumru ilə münasibəti həmişə yaxşı olmuş, o, sonradan ailəsi dolandırmaq üçün Bakı şəhərinə getmiş və orada taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu səbəbdən o, Biləsuvar rayonuna gec-gec getmiş, lakin evə hər ay pul göndərmişdir. O, Biləsuvar rayonunda olan evinə gedən zaman həyat yoldaşı Qumru gec-gec evə gəlməsi səbəbindən dava-dalaş etmişdir. 2020-ci ilin may ayında o, Bakı şəhərinə işləməyə getmiş, 2020-ci ilin avqust ayında həyat yoldaşı Qumrunun acıq edərək ata evinə getmişdir. O, işlərini yekunlaşdırıb rayona gedərək həyat yoldaşı Qumru ilə barışıb evlərinə aparacağını fikirləşmiş, lakin sonradan bilmişdir ki, həyat yoldaşı Qumru onun barəsində polisə ərizə ilə müraciət edərək şikayət etmişdir. O, Zərərçəkmiş şəxs2 ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamış, bu səbəbdən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. Bundan başqa o, Bakıda işlədiyi müddət ərzində X14 ilə ər-arvad münasibətində olmuş və sonuncu ilə xx xxxxxxxx 2020-ci il tarixdə rəsmi nikaha girmişdir. Həmin nikahdan bir övladı dünyaya gəlmişdir. xx xxxxxxx 2020-ci il tarixdə övladının anadan olmasının 4 aylığı münasibəti ilə dayısı oğlu Təqsirləndirilən şəxs2 və qaynı Təqsirləndirilən şəxs3 ilə birlikdə onun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, “Matadrom” yaşayış massivində yerləşən evində yeyib içdikdən sonra Təqsirləndirilən şəxs2 Xocasən qəsəbəsində yolun kənarında zavodun dayanacağında “Lifan” markalı avtomobilin uzun müddət orada sahibsiz qaldığını deyərək, oranın mühafizəçisi ilə danışıb, həmin avtomobili almağı təklif etmişdir. Bundan sonra onlar Anarın idarə etdiyi “Nissan Sunny” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə saat 03 radələrində Xocasən qəsəbəsində yerləşən yolun kənarında olan duracağa getmişlər. Anar avtomobildən düşüb mühafizəçi ilə söhbət etməyə getmiş, ancaq mühafizəçi orada olmadığından geri qayıtmışdır. Bu zaman aralarında söhbət edərək avtomobilin içərisində olan ehtiyat hissələri oğurlamaq qərarına gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin avtomobilə yaxınlaşaraq “Nazlifan” markalı avtomobilin arxa sağ qapının şüşəsini sındırıb qapını açmışdır. Bundan sonra o, Anar və Yusiflə birlikdə “Nazlifan” markalı avtomobilin arxa və ön oturacaqlarına yığılmış ehtiyat hissələri, yəni radiatoru, mühərrikin valını, üst qapağını və karterini, sürətlər qutusunu, akumilyatoru içərisində açarlar olan alətlər çantasını, bir ədəd təkəri və digər əşyaları köməkli şəkildə Anarın “Nissan Sunny” markalı avtomobilinə yığdıqdan sonra maşına əyləşib oradan uzaqlaşaraq, onun yaşadığı evə getmişlər. Ehtiyat hissələrini Yusifin maşını ilə Biləsuvar rayonuna aparmaq məqsədi ilə Anarın maşınından götürüb Yusifin idarə etdiyi “Kia Rio markalı avtomobil yığmışlar, lakin bir neçə ehtiyat hissəsi Anarda qalmışdır. Səhər saatlarında Yusiflə o, Yusifin idarə etdiyi avtomobillə Biləsuvar rayonu, Əsgərabada kəndinə gedib, ehtiyat hissələrini həmin kəndə yaşayan bacısı Ramilənin evinə yığmışlar. O, bacısına həmin ehtiyat hissələrinin onun maşınına məxsus olduğunu, ehtiyac olmadığından ora gətirdiyini bildirmişdir. Yusif həmin gün Bakıya qayıtmış, oğurladığı radiatoruda özü ilə aparmışdır. O, Biləsuvar rayonunda olan işi ilə bağlı rayon polis şöbəsinə getmiş və orada şübhəli şəxs qismində tutularaq X9 yerləşdirilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 ilə ailə həyatı quran zaman onun az yaşlı olmasını bilmiş, Zərərçəkmiş şəxs2 ilə yalınız təbii yola cinsi əlaqədə olmuş, sonuncu ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. O, oğurluq hadisəsini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan planlaşdırmamış, oğurluğun baş verdiyi yerə getdikdən sonra sonuncularla birlikdə qərar verərək oğurluq hadisəsini törətmişdir. Həmin hadisədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da iştirak etmişdir. Çünki oğurlanan əşyalar ağır olduğu üçün o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə həmin əşyaları daşıyaraq sonuncunun idarə etdiyi avtomobilə yığımışlar. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, gündəlik kirayə götürdüyü “Nissan Sunny” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə həm Biləsuvar-Bakı, həmdə şəhər daxili taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 onun bibisi oğlu, Ağayev X6 qaynıdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində Həsənağa ona zəng edib, maşınının xarab olduğunu bildirib onlara gəlməsini istəmiş, o, da “Matadrom” qəsəbəsinə gedərək sonuncu ilə yaşadığı evin yaxınlığında görüşmüşdür. Həmin vaxt Yusifin maşınıda Həsənağanın evnin qarşısında olmuşdur. Həsənağa ona maşının xarab olduğunu, bir qədər gözləməsini, sonra haradansa ehtiyat hissəsi gətirməyə gedəcəklərini bildirmişdir. O, öz maşınında bir neçə saat oturub gözləmiş, saat təxminən 03 radələrində Həsənağa və qaynı Yusif onun maşınına əyləşmişlər. O, idarə etdiyi “Nissan Sunny” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobillə Həsənağanın göstərdiyi istiqamətlə Xocasən qəsəbəsinə getmişlər. Orada Həsənağa yolun kənarında dayanmış “Nazlifan” markalı avtomobili göstərib həmin maşında ehtiyat hissələri olduğunu, sahibi ilə danışıb razılaşdığını, həmin ehtiyat hissələrini oradan götürəcəyini demişdir. O, siqaret yandırmaq üçün avtomobildən düşüb arxanı axtarmış, ancaq arxanı tapa bilməmiş, bu zaman Yusiflə Həsənağa avtomobildən düşmüşdür. O, geri qayıtdıqda Yusiflə Həsənağanın köməkli şəkildə “Nazlifan” markalı avtomobildən ehtiyat hissələrini götürüb onun idarə etdiyi avtomobilinin yük yerinə yığdıqlarını görmüş və o, sonuncuların oğurluq etdiyini başa düşüb ərafa nəzarət etmişdir ki, gələn olanda xəbər etsin. Yusiflə Həsənağa oğurladıqları ehtiyat hissələri avtomobilə yığdıqdan sonra onla oradan uzaqlaşıb Yusifin yaşadığı evə getmişlər. Yusiflə Həsənağa onun avtomobilində olan ehtiyat hissələri götürüb həyətə yığmış, lakin bir neçə ehtiyat hissə onun idarə etdiyi avtomobildə qalmışdır. Həmin əşyalar sürətlər qutusu, radiator, diplomat formalı açar çantası və başqa hissələr olmuşdur. Həsənağa ilə Yusif ehtiyat hissələrini düşürdükdən sonra o, getmiş, 2 gün sonra X1 görmüş, onlar ehtiyat hissələrini satmaq istədiklərini ona demişdir. Bundan sonra Bakı şəhərinə qayıtmış, polislər tərəfindən tutulmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəninin baş verdiyi yerə Anarın təklifi ilə getmiş, hadisə zaman o, hər-hansı bir ehtiyat hissə oğurlamamış, avtomobilin şüşəsi onun tərəfindən sındırlamamış, Yusiflə Anarın avtomobildən ehtiyat hissələrin daşınmasını görüb sonuncuların oğurluq etdiyini başa düşmüş. O, hadisə vaxtı kənar şəxslərin gələcəyi təqdirdə xəbər etmək üçün ətrafa nəzərə etmiş, bundan başqa onun oğurluq hadisəsində heç bir rolu olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, “Kia Rio” markalı, ** SX *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 onun yeznəsi, Cəfərov X3 dayısı oğludur. xx xxxxxxx 2020-ci il tarixdə Həsənağanın övladının anadan olmasının 4 aylığı münasibəti ilə Anar və Həsənağa ilə birlikdə Həsənağanın yaşadığı “Matadrom” qəsəbəsindəki evində yeyib içdikdən sonra xx xxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Anarın idarə etdiyi “Nissan Suny” markalı avtomobillə Xocəsən qəsəbəsinə getmişlər. Həmin yerə nə məqsədlə və kimin təklifi ilə getdiklərindən məlumatı olmamışdır. Xocəsən qəsəbəsində bir şirkətin qarşısında Anar idarə etdiyi avtomobili saxlamış, Həsənağa ilə Anar avtomobildən düşmüş, o, isə arxa oturacaqda uzanaraq yatmışdır. Bundan sonra baş verənlərdən xəbər olmamış, oyananda Həsənağanın evində olduqları görmüş, o, həmin gecə Həsənağagildə qalmışdır. Bundan 2 gün sonra Həsənağa və bacısını öz avtomobili ilə Biləsuvar rayonuna aparmaq üçün onlara getdikdə Həsənağa avtomobilin yük yerinə hansısa avtomobil ehtiyat hissələrini yığmışdır. Biləsuvar rayonunda Həsənağanın bacısıgilin evinə yükləri boşaldanda Həsənağanın yük yerindən 4 ədəd torba və başqa avtomobilə məxsus surət qutusunu düşürdüyünü görmüşdür. O, həmin torbalarda nə olduğunu bilməmiş, bu barədə maraqlanmamışır. Bundan sonra o, Bakıya qayıtmış və onun idarə etdiyi avtomobildə bir ədəd radiator qalmışdır. O, Həsənağa ilə danışmış və sonuncu ona həmin radiatoru aparıb yaşadığı evə qoymasını demişdir. O, Həsənağanın yaşadığı evə gedə bilmədiyi üçün qeyd edilən radiatoru yaşadığı binanın mühafizəçi otağına qoymuşdur. Bundan bir neçə gün sonra polis əməkdaşları onu tutduqdan sonra ona məlum olmuşdur ki, xx xxxxxxx 2021-ci il tarixdə gecə saatlarında Anar və Həsənağa Xocəsən qəsəbəsində, “Nazlifan” markalı avtomobildən oğurluq etmişlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, oğurluq hadisəsində iştirak etməmiş, oğurluğu Anar və Həsənağa törətmiş, o, həmin zaman içkili olduğu üçün avtomobildə yatmışdır. Hadisədən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 elan edilmiş CM-in 152.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulan, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə elan edilmiş CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndində yaşayan Təqsirləndirilən şəxs1 qohumları ailə qurmaq üçün onlara elçi gəlmişlər, lakin ailəsi az yaşlı olması səbəbindən razılıq verməmişdir. xx xxxx 2019-cu il tarixdə o, ailə həyatı qurmaq məqsədi ilə Təqsirləndirilən şəxs1 qoşulub qaçmış, sonuncu onu yaşadıqları Əsgərabad kəndində yerləşən evinə aparmışdır. O, Həsənağa ilə molla kəbini ilə evlənmiş və bundan sonra sonuncu ilə öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Həsənağagilin ailəsi onun anasında razılıq aldıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə onların toy mərasimi olmuş, toy məclisi “Zirvə” şadlıq sarayında keçirilmişdir. Toyları olduqdan sonra Həsənağa ona qeyr-təbii yolla cinsi əlaqədə olmaq istədiyini demiş, o ilkin olaraq razılıq verməmiş, ancaq sonradan Həsənağa ondan küsdüyü üçün razılıq vermişdir. Həmin gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən başlayaraq Həsənağa onun qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Toydan bir neçə gün sonra Həsənağa Bakı şəhərinə getmiş, aradan təxminən 1 ay keçsə də, geri qayıtmamışdır. 2019-cu ilin avqust ayında o, 5 (beş) həftəlik hamilə olduğunu test üsulu ilə müəyyən etmiş, xx xxxxxx 2020-ci il tarixdə uşaq 7 aylıq dünyaya gəlmiş, lakin 9 gün sonra xəstəxanada ölmüşdür. 2020-ci ilin iyul ayında Həsənağa ona həyatında başqa bir qadın olduğunu və Bakı şəhərində həmin qadınla birlikdə yaşadığını, onunla birlikdə yaşamaq istəmədiyini demişdir. O, bir müddət də bu söz-söhbətə dözmüş, sonradan öyrənmişdir ki, Həsənağa həmin qadınla rəsmi nikaha daxil olmuş və nikahlarından uşaqları dünyaya gəlmişdir. Buna görə də o, xx.xx.2020-ci il tarixdə axşam saatlarında yaşadığı Əsgərabad kəndindəki evdən çıxaraq, Xırmandalı kəndindəki ata evinə getmiş, evdə anasına bütün olanları danışmışdır. Bundan sonra o, Həsənağadan polis orqanlarına şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş zərər ödənilmiş və sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “xxxx” MMC-də çilingər işləyir. 2016-cı ildə “Nazlifan” markalı, ** LH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə almış, 2020-ci ilin əvvəllərində avtomobilin mühərriki xarab olduğu üçün avtomobili “xxxx” MMC-nin qarşısındakı küçədə saxlamışdır. O, mühərrikin ehtiyat hissələrini, radiatoru, akkumulyatoru, sürətlər qutusunu və 2 ədəd diski ilə birgə təkəri avtomobilin salonuna yığmışdır. Bundan başqa, avtomobilin arxa oturacağını üzərinə balıq tutmaq üçün 2 ədəd tilov, 2 ədəd qəlyan, video qeydiyyat cihazını yığmışdır. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında iş yoldaşları ona zəng edib avtomobilinın arxa qapısının kiçik şüşəsinin sındırıldığını bildirmişdir. O, avtomobilinin yanına getdikdə avtomobilə baxış keçirmiş və müəyyən etmişdir ki, avtomobildən bir ədəd tam komplektli radiator, bir ədəd sürətlər qutusu, bir ədəd mühərrik valı, bir ədəd mühərrik karteri, bir ədəd mühərrik üst qapağı, bir ədəd mühərrik yağ nasosu, 2 ədəd diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkər, bir ədəd tam komplektli çantada açar dəsti, bir ədəd akkumulyator, bir ədəd mühərrik bloku, iki ədəd tilov, iki ədəd qəlyan və avtomobil üçün video qeydiyyat cihazı oğurlanmışdır. O, dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş və daha sonra Binəqədi RPİ-nin 40-cı PB-nə şikayət ərizəsi yazmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3125,08 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 heç bir şikayəti və tələbi yoxdur, onlarla barışmış və dəymiş zərər sonuncular tərəfindən ona tam şəkildə ödənilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun qardaşıdır. xx xxxxxx 2020-ci il tarixdə xəbər tutmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs3 Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra qardaşı Yusiflə əlaqə saxladıqda sonuncu ona “Nazlifan” markalı avtomobildən oğurluqla bağlı şübhəli kimi saxlanıldığını, həmin avtomobilə məxsus radiatoru yaşadıqları binanın qarşısındakı mühafizəçi otağına qoyduğunu, həmin radiatorun Təqsirləndirilən şəxs1 yadından çıxıb onun maşınında qaldığını bildirərək həmin radiatoru polis bölməsinə getirməsini xahiş etmişdir. Bundan sonra o, qeyd edilən radiatoru götürərək gətirib polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onun uzaq qohumu, Təqsirləndirilən şəxs1 isə onun doğma oğludur. Həsənağanı evləndirmək istədikləri üçün uzaq qohumu İlhamənin qızı Qumrunu məsləhət etmiş, Qumrunu oğlu Həsənağa görəndən sonra onunla evlənməyə razılıq vermiş, daha sonra İlhaməgilə elçiliyə getmişlər. Elçi gedəndən sonra Qumrunun anası İlhamədən razılıq almış, İlhamə ona toy eləməyə imkanı olmadığı bildirmiş, ona görə də xx xxxx 2019-cu il tarixdə Qumrugilə gedərək qızı Xatirə və oğlu Həsənağa ilə birlikdə Qumrunu evlərindən götürüb bazarda qızıl mağazasına aparıb ona bir nişan üzüyü və pal-paltar alaraq, Qumrunu evlərinə gəlin gətirmişlər. Həsənağanın toyu isə 2019-cu ilin avqust ayının 06-da Biləsuvar şəhərində yerləşən “Zirvə” şadlıq sarayında keçirilmişdir. Toydan sonra oğlu Həsənağa ilə gəlini Qumru ər-arvad münasibətində olmuş, həmin gündən də Qumru onunla birlikdə yaşamağa başlamışdır. Həsənağa Bakı şəhərinə gedib orada taksi sürücüsü işlədiyindən rayona gec-gec gəlmiş, hətta bir neçə dəfə oğluna telefonda danışanda bu barədə irad tutmuşdur, Qumru hamilə olduğundan ona müalicə də etdirmiş, lakin Qumrunun bətnində nasazlıq olduğu üçün 7 (yeddi) aylıq körpəsi düşmüşdür. Həmin ərəfədə bilmişdir ki, oğlu Həsənağa Bakı şəhərində Günel adlı bir qadınla yaşayır. Bunu bilən kimi qızı Ramilə ilə birlikdə Bakı şəhərinə getmiş, orada görmüşdür ki, həqiqətən də Günel və oğlu Həsənağa birlikdə yaşayırlar. 2020-ci ilin sentyabr ayının əvvəllərində Qumru acıq edib, evlərinə getmiş sonradan bilmişdir ki, gəlini Qumru oğlu Həsənağanın barəsində polisə şikayət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır. Bacıları və o, evli olduqlarından tez-tez atası evinə gedib, anasına baş çəkə bilmədiklərindən, məsləhətləşib Həsənağanı evləndirməyə qərar vemişlər. Bu minvalla anası Nəzakət Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan uzaq qohumu İlhaməgilə onun qızı Qumrudan sarı elçi getmiş, İlhamə qızı Qumrunun qardaşı Həsənağa ilə evlənməsinə icazə vermiş və bildirmişdir ki, onun toy eləmək üçün maddi imkanı yoxdur. Ona görə də qərara almışlar ki, qızla oğlana bir yerdə toy etsinlər. xx xxxx 2019-cu il tarixdə anası Qumrunu evlərinə gətirmiş, qardaşı Həsənağa ilə gəlinləri Qumrunun toyu 2019-cu ilin avqust ayının 06-da Biləsuvar şəhərində yerləşən “Zirvə” şadlıq sarayında keçirilmişdir. Toydan sonra qardaşı Həsənağa ilə gəlinləri Qumru ər-arvad münasibətində olmuşlar. Həmin gündən də Qumru anası Nəzakətlə birlikdə yaşamağa başlamışdır. Həsənağa Bakı şəhərinə gedib orada taksi sürücüsü işlədiyi üçün rayona gec-gec gəlmiş, buna görə də Qumru ilə onun arasında tez-tez mübahisələri olmuşdur. Qumru hamilə olduğundan anası Nəzakət müalicə etdirmiş, lakin Qumrunun bətnində xəstəlik olduğu üçün 7 (yeddi) aylıq körpəsi düşmüşdür. Həmin ərəfədə bilmişdir ki, qardaşı Həsənağa Bakı şəhərində Günel adlı bir xanımla yaşayır. Bunu bilən kimi anası Nəzakət birlikdə Bakı şəhərinə getmişlər və qardaşı Həsənağanın həqiqətən də Günel adlı qadınla yaşadığını görmüşlər, Günelə bildirmişlər ki, qardaşı Həsənağa evlidir və ondan əl çəksin. 2020-ci ilin sentyabr ayının əvvəllərində Qumru bu məsələni bilən kimi acıq eləyib evlərinə getmiş, sonradan bilmişdir ki, gəlinləri Qumru qardaşı Həsənağanın barəsində polisə şikayət etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4, məhkəmə baxışı zamanı dindirilmiş digər Şahid3 ilə oxşar məzmunda ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qohumları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinin oğurlanması faktına görə CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə olan hadisə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində “xxxx” MMC-nin qarşısındakı küçədə baş vermiş, eləcə də həmin yerdə “xxxx” MMC-nin təhlükəsizlik kameralarının olması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi “Nazlifan” markalı avtomobildən oğurlanmış sürətlər qutusu, mühərrik karteri, mühərrik valı, mütəhərrikin üst qapağı və bir ədəd içərisində açar dəsti olan çamadan götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadələri təsdiq etməklə bir-birinin üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadələri təsdiq etməklə bir-birinin üzünə qarşı demişdir. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Nissan Sunny” markalı avtomobillə baxış keçirilmiş və həmin avtomobildən “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış bir ədəd disklə birgə təkər, mühərrikin yağ nasosu və video qeydiyyat cihazı aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-901/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-902/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-903/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X4 “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış bir ədəd radiator götürülmüşdür. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı “xxxx” MMC-nin təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilmiş və baxış zamanı cəmiyyətin qarşısında qara rəngli “Nissan Sunny” markalı avtomobilin keçib bir qədər irəlilədikdən sonra, geri qayıtması, daha sonra Təqsirləndirilən şəxs2 avtomobildən düşüb “xxxx” MMC-nin qarşısına gedərək ətrafı gözətləyib geri qayıtması, daha sonra isə kameranın görünüş sahəsindən çıxması müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, “xxxx” MMC-nin təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri özündə əks etdirən bir ədəd disk iş üzrə sübut kimi tanınmışdır. xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş radiatoru, sürətlər qutusunu, mühərrik valını, mühərrik karterini, mühərrik üst qapağını, mühərrik yağ nasosunu, diski ilə birgə təkəri, çantada açar dəstini və video qeydiyyat cihazını tanıyaraq, həmin əşyaların xx.xx.2020-ci il tarixdə ona məxsus “Nazlifan” markalı ** LH *** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlandığını bildirmişdir. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Cəfərov X8 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu (əsas cəzanın) ilə azad olunmuşdur. xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 1 il 6 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Biləsuvar RPŞ-nin İB-dən daxil olmuş ********* nömrəli cinayət işi, istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və sonuncunun əməli 152.1 və 177.2.1-ci maddələrinə tövsif olunmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 152.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli, 581 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyi rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin anatomik tamlığı pozulmuşdur, pozulma müddəti 2-3 həftədən artıqdır. Zərərçəkmiş şəxs2 qeyri-təbi yolla- düz bağırsaqdan cinsi əlaqədə olmaya dair əlamətlər – düz bağırsağın selikli qişasının 3-4 sm hissədə görünməsi, düz bağırsaq girəcəyinin büzücü əzələlərinin boşalması, düz bağırsaq girəcəyinin selikli qişasının qalınlaşması və s. vardır. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Biləsuvar RPŞ-nin İB-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə axtarışda olan Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhə şəxs qismində tutulmuşdur. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(022)-67/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, sonuncu məhkəmə iclas zalından azad edilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Biləsuvar RPŞ-nin İB-də istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2020-ci il tarixli 9/5086 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 2010-cu il buraxılış “Nazlifan” markalı avtomobilin ehtiyat hissələrini, 2020-ci ilin oktyabr ayına, hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla respublika daxili orta bazar satış qiymətləri təxminən - bir ədəd sökülmüş vəziyyətdə tam komplektli radiator 93,08 manat, bir ədəd sökülmüş vəziyyətdə sürətlər qutusu 864 manat, bir ədəd sökülmüş vəziyyətdə mühərrik valı 233 manat, bir ədəd sökülmüş vəziyyətdə mühərrik karteri 100 manat, bir ədəd sökülmüş vəziyyətdə mühərrik üst qapağı 67 manat, bir ədəd sökülmüş vəziyyətdə mühərrik yağ nasosu 166 manat, bir ədəd diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkər 25 manat, bir ədəd sökülmüş vəziyyətdə tam komplektli çantada açar dəsti 252 manat olaraq müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, bir ədəd sökülmüş vəziyyətdə tam komplektli radiator, bir ədəd sökülmüş vəziyyətdə sürətlər qutusu, bir ədəd sökülmüş vəziyyətdə mühərrik valı, bir ədəd sökülmüş vəziyyətdə mühərrik karteri, bir ədəd sökülmüş vəziyyətdə mühərrik üst qapağı, bir ədəd sökülmüş vəziyyətdə mühərrik yağ nasosu, bir ədəd diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkər, bir ədəd sökülmüş vəziyyətdə tam komplektli çantada açar dəsti və bir ədəd avtomobil üçün video qeydiyyat cihazı iş üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncu istintaqa verdiyi ifadəni təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı sonuncu istintaqa verdiyi ifadəni təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmişdir. xx.xx.2021-ci il tarixli, 91 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəydən görünür ki, Zərərçəkmiş şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Zərərçəkmiş şəxs2 aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Zərərçəkmiş şəxs2 əqli və pisxi inkişafında gerilik əlamətləri aşkar olunmadığından, həmçinin yaş xüsusiyyətləri nəzərə alınmaqla belə qənaətə gəlinir ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs2 onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs2 qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, habelə baş vermiş hadisə zamanı və hadisədən sonra Zərərçəkmiş şəxs2 davranışına mühüm təsir göstərə biləcək psixi – emosional vəziyyətdə olmamış, emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs2 özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, həmçinin intellektual inkişafı və emosional halından asılı olaraq, baş vermiş hadisələr zamanı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 psixi-emosional vəziyyətində hadisə ilə əlaqədar hər hansı dəyişiklik aşkar olunmur. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri müşahidə edilmir. xx.xx.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 152.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 “Nazlifan” markalı avtomobildən oğurlanmış bir ədəd sürətlər qutusunu, bir ədəd radiatoru, bir ədəd açar dəstini, bir ədəd mühərrik karterini, bir ədəd mühərrik valını, bir ədəd mühərrik yağ nasosunu, bir ədəd mühərrik üst qapağını və bir ədəd diski saxlanması üçün təhvil almışdır. xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Cəfərov X8 şəhər sakinidir və müsbət xarakterizə olunmuşdur. xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. AZE 11432693 və AZE 11432678 nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2012-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X15 adlı iki azyaşlı uşağı vardır. AZ-İİ 413610 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X14 xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. AZ-İV 454339 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 adlı bir azyaşlı uşağı vardır. xx.xx.2021-ci il ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 ilə barışmış və ondan heç bir şikayəti, tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən dəymiş ziyan tam şəkildə ödənilmiş, onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs2 ilə qeyritəbii yolla cinsi əlaqədə olmaması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, zərərçəkmiş şəxsin ifadəsini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs1 tərəfindən elan edilmiş həmin ittiham üzrə cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş həmin ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilərək, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurluq cinayəti törədilən zaman onun sonunculara heç bir kömək göstəməməsi, yəni oğurluqda iştirak etməməsi ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxslərin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs2 tərəfindən elan edilmiş ittiham üzrə cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs3 özünü qismən təqsirli bilməyərək, oğurluq hadisəsində iştirak etməməsi, qeyd edilən cinayətin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi, bu zaman onun avtomobildə yatması ilə bağlı ifadəsinə məhkəmə hüquqi qiymət verilməsini zəruri hesab edib qeyd edir ki, təqsirləndirilən şəxslərin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs3 tərəfindən elan edilmiş ittiham üzrə cinayətlərin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Yəni başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bütün yuxarıda şərh olunaraq məhkəmə tərəfindən hüquqi qiymət verilmiş hallar isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin özünü müdafiə, məsuliyyətini yüngülləşdirməyə və işin faktiki hallarını təhrif etməyə cəhd kimi qiymətləndirilməsinə imkan verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 152.1 və 177.2.1-ci maddələri ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən CMin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 152.1 və 177.2.1-ci maddələri, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi CM-in 177.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 152.1 və 177.2.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cinayətlərin məcmusu üzrə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, təyin olunacaq azadlıqdan məhrumetmə cəzalarını qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(022)-67/2020 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək, sonuncu məhkəmə iclas zalından azad edilmiş və həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-901/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdə saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 2 (iki) gün müddətində tutulmuş və sonuncu xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanma müddətinin əvvəli hazırda baxılan cinayət işi üzrə sonuncunun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, Cəfərov X8 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu (əsas cəzanın) ilə azad olunmasına və ona təyin edilmiş cəzanı çəkib qurtarmamasına baxmayaraq, qeyd edilən cəzalar onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bununla yanaşı məhkəmə hesab edir ki, CM-in 67-ci maddəsinin tələblərinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi hazırkı hökmlə təyin ediləcək cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Belə ki, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Odur ki, məhkəmə cinayət qanunun yuxarıda sadalanan normalarının tələblərinə uyğun olaraq hesab edir ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsi CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-902/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanma müddətinin əvvəli hazırda baxılan cinayət işi üzrə sonuncunun tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə, qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CM-in 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs3 Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 1 il 6 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmasına, lakin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasına baxmayaraq qeyd edilən cəzalar onun islah olunmasına və tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına kömək edə bilməmişdir. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olması ilə yanaşı cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(001)-903/2020 nömrəli qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. CPM 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanma müddətinin əvvəli hazırda baxılan cinayət işi üzrə sonuncunun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı və həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd sökülmüş vəziyyətdə tam komplektli radiator, 1 (bir) ədəd sökülmüş vəziyyətdə sürətlər qutusu, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik valı, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik karteri, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik üst qapağı, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik yağ nasosu, 1 (bir) ədəd diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkər, 1 (bir) ədəd sökülmüş vəziyyətdə tam komplektli çantada açar dəsti və 1 (bir) ədəd avtomobil üçün video qeydiyyat cihazın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, eləcə də iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs3 tutulmalıdır. Müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri təqərəfindən təqdim edilmiş hesabatlara əsasən Müdafiəçi3 Təqsirləndirilən şəxs1 və Müdafiəçi1 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat, Müdafiəçi2 isə digər Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsinə cəmi 46 (qırx altı) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri hər biri ayrı ayrılıqda təqsirləndirilən şəxslərin müdafiəsinə ümumilikdə 40 (qırx) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1 və 177.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 27 (iyirmi yeddi) gün hissəsi hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs2 qəti olaraq 4 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası və 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla, həbsdə saxlanılma müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd sökülmüş vəziyyətdə tam komplektli radiator, 1 (bir) ədəd sökülmüş vəziyyətdə sürətlər qutusu, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik valı, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik karteri, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik üst qapağı, 1 (bir) ədəd sökülmüş vəziyyətdə mühərrik yağ nasosu, 1 (bir) ədəd diski ilə birgə 195/65/14 ölçülü “Sava” markalı təkər, 1 (bir) ədəd sökülmüş vəziyyətdə tam komplektli çantada açar dəsti və 1 (bir) ədəd avtomobil üçün video qeydiyyat cihazın saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut növü kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 75 (yetmiş beş) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs2 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs3 tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ **********0000003944 S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat, Təqsirləndirilən şəxs3 göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Vüsal Tağıyev