Məhkəmə qərarları › İş №1(001)-138/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-138/2023

23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-138/2023 23.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, “Vorovski” adlanan qəsəbədə yerləşən “İron” otelin yanında naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,996 qram çəkidə narkotik vasitə olan heroini və 1,797 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq evində saxlamış, 07 sentyabr 2022-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 41 saylı binanın qarşısında saxlanılaraq Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 15:00-da yaşadığı ünvan 3 ünvanda axtarış və götürmə keçirilərkən yataq otağında olan paltar çantasının içindəki kağız qutunun içərisindəki dəmir siqaret qabından iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,778 qram, 1,218 qram, ümumi təmiz çəkisi 1,996 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,797 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində internet vasitəsilə tanış olduğu adını bilmədiyi özünü İranlı kimi təqdim etmiş şəxslə tanış olaraq, sonuncunun əlaqə nömrəsini götürüb əlaqə saxlayaraq, narkotik vasitə əldə etmək istədiyini bildirmiş və İranlı ona bank kartı nömrəsini göndərdikdən sonra, 90 manat pulu bankomat vasitəsi ilə həmin hesaba köçürmüşdür. Bundan sonra həmin şəxs onu «Vorovski» qəsəbəsindəki «İron» otelin yanına yönəltmiş və o, küçədə olan iki büküm heroini və bir büküm metafetamini götürüb özü ilə yaşadığı ünvana gətirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12:00-da yaşadığı ünvan 4 ünvanda binanın qarşısında olan zaman, polis əməkdaşları ona yaxınlaşaraq, polis bölməsinə dəvət etmişlər. Polis bölməsində ona müdafiəçi təqdim edilmiş və videoçəkilişlə öz razılığı əsasında üzərinə şəxsi axtarış keçirilmiş, lakin həmin zaman üzərindən dövriyyəsi qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Ona qanunla dövriyyəsi qadağan edilmiş maddə və ya vasitələrin harada saxlayıb-saxlamadığı barədə sual edildikdə o, könüllü olaraq yaşadığı Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsi ev 41, mənzil 13 ünvanda özünə məxsus narkotik vasitələrin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən özünün iştirakı ilə, yaşadığı mənzilə baxış keçirilərkən o, könüllü olaraq, yataq otağında olan paltar çantasından kağız qutunun içərisindəki dəmir siqaret qabından iki ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə psixotrop maddə metamfetamin, bir ədəd özünə məxsus «Samsung» markalı mobil telefon aparatını və bir ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Qeyd olunan bükümlərdə narkotik vasitəni və psixotrop maddəni şəxsi istifadəsi üçün almış, satmaq fikri olmamışdır. Narkotik vasitənin və psixotrop maddənin çəkisini müəyyən etmək istifadədən öncə elektron tərəzidən istifadə edir. Həmin tərəzinin üzərində heroin izi olması bununla əlaqədardır. Odur ki, əməlinin cinayət qanununun yüngül maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in sahə inspektoru, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə polis bölməsinə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə bölmənin rəhbərliyinə qərarla müraciət edilmişdir. Daxil olmuş mötəbər məlumat əsasında Binəqədi RPİ-in 7-ci PB-in əməliyyat müvəkkili Şahid1 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə saat 12:00-da Təqsirləndirilən şəxs olduğu ehtimal olunan ünvana - ünvan 5tmişlər. Orada qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduqları Təqsirləndirilən şəxs yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra, sonuncuya narkotik vasitələrin qanunsuz əldə etmə, saxlama və gəzdirməsində şübhəli olduğunu bildirib, birlikdə xidmət göstərdikləri Binəqədi RPİ-in 7-ci PB-yə getməsini təklif etmişlər. Həmin şəxs təklifdən imtina etməsə də, narahatçılıq hissi keçirdib onlarla birlikdə Binəqədi RPİ-in 7-ci PB-yə getmişdir. Yol boyu həmin şəxsin üzərində olduğu ehtimal olunan narkotik vasitəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxlamışlar. Polis bölməsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra, faktın araşdırılması təhqiqatçıya həvalə olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun üzərində dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi olduğunu, üzərində yox yaşadığı ünvan 6 ünvanda narkotik vasitə və psixotrop maddələrin olmasını bildirmişdir. Həmçinin bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə müdafiəçinin iştirakı olmadan, sonuncunun yaşadığı ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs evində qeyri-qanuni əşya və maddələri olduğu halda təqdim etməsi təklif olunmuş, təklifdən sonra, sonuncu yataq otağında paltar çantasının içərisindən dəmir siqaret qabını, bir ədəd elektron tərəzini, bir ədəd qayçını və bir ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Dəmir siqaret qabının içərisində 03 ədəd bükümlər aşkar olunmuş, Təqsirləndirilən şəxs 02 ədəd bükümlərdə narkotik vasitə heroin, 01 ədəd bükümdə isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Aşkar olunmuş əşyalara baxış keçirilmiş, müvafiq ekspertiza keçirilməsi üçün həmin əşyalar götürülmüş, bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayının əvvəllərində internet vasitəsi ilə tanış olduğu adını bilmədiyi özünü İranlı kimi təqdim etmiş şəxslə əlaqə saxlayıb sonuncunun bank kart hesabına 90 manat vəsait göndərdikdən sonra İranlı onu Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən «Vorovski» adlanan yerdə olan «İron» otelin yanma yönəltmiş və həmin yerdən qeyd olunan narkotik vasitə və psixotrop maddəni götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-in 7-ci PB-in CA üzrə ə/m, polis leytenantı Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (cild 1, i.v 1). Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v 18). Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə saat 12:00-da Binəqədi RPİ-in 7-ci PB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 41 saylı binanın qarşısında saxlanılaraq Binəqədi RPİ-in 7-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 15:00-da yaşadığı ünvan 3 ünvanda axtarış və götürmə keçirilərkən yataq otağında olan paltar çantasının içindəki kağız qutunun içərisindəki dəmir siqaret qabından iki ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər və bir ədəd bükümdə ağ rəngli psixotrop maddə metamfetaminə bənzət kütlələr, habelə üzərində heroin izi olan bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür (cild 1, i.v 36- 39). Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/48706 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 176» dairəvi möhür əksi «Fəhratov» sözü, soyad və imzalar qeyd edilmiş üç ədəd zərfdə: -1 №-li zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,778 qram, 1,218 qram, ümumi təmiz çəkisi 1,996 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -2 №-li zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,797 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 3 №-li zərfdə bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün onun çəkisini müəyyən etmək və müqayiləsi tədqiqat aparılması mümkün deyildir (cild 1, i.v 43- 47). Əməlin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i.v 61-62). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə yeni ittiham elan edilmişdir (cild 1, i.v 65-66). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 1,i.v 88-92). Maddi sübut kimi tanıma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,896 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1,747 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-in saxlanc anbarına təhvil verilmişdir (cild 1, i.v 95). Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, i.v.96). Məhkəmə-narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 6658 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi dispanserində qeydiyyatda alınması məsləhət görülür (cild 1, i.v.120-121). Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş üzərində heroin izi olan bir ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd SD disk maddi sübut kimi tanınmış, bir ədəd elektron tərəzi saxlanılması üçün Binəqədi RPİ-in saxlanc anbarına təhvil verilmiş, bir ədəd SD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, i.v 132). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-in 234.2ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi qismən öz ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı Qərarının 9cu bəndində verilmiş izaha əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar edilmiş, üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzidən istifadə etdiyi narkotik vasitənin çəkisini müəyyən etmək məqsədilə istifadə etməsinə dair bildirdiklərini özünü müdafiə etməsi kimi qiymətləndirib rədd edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, təyin ediləcək cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün müəyyən edilmiş ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, məhkəmə narkoloji ekspertizanın xx.xx.2022-ci il tarixli, 6658 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1-ci maddəsinə görə məhkəmə məsrəfləri aşağıdakılardan ibarətdir:..197.1.4. mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ... Həmin Məcəllənin 198.1-ci maddəsinə görə Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir:.. 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qanunun təsvir edilmiş tələblərinə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-də maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,896 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1,747 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir, maddi ziyan yoxdur. Həmçinin qeyd edilməlidir ki, Müdafiəçi cinayət işi üzrə təqsirləndirilən şəxsə cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmə iclaslarında iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356- 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübutlar – Binəqədi RPİ-də saxlanılan Təqsirləndirilən şəxs götürülmüş qalıq çəkisi 1,896 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1,747 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, bir ədəd elektron tərəzi dövlət nəfinə müsadirə edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü bir ədəd SD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X3, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar