Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-138/2024 09.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Masallı rayonu, Dəlləkli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Masallı rayonu Dəlləkli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu 1-ci Mədən, Korpus 9-da yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edib aldadaraq özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib 22000 manat müqabilində bir ay ərzində Bakı şəhəri ünvan 1 ünvanda üç otaqlı fərdi yaşayış evini tikdirib təhvil verəcəyi barədə yalandan vəd verib buna inandıraraq 2021-ci ilin avqust ayının son ongünlüyündə 19000 (on doqquz min) manat və bundan 3-4 gün sonra 3000 (üç min) manat məbləğdə pulunu həmin ünvanın qarşısında vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirirək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 22000 (iyirmi iki min) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib ünvan 2 ünvanda bir mərtəbəli üç otaqlı təmirsiz fərdi evi 22000 manata satacağını, 13500 manat ödədiyi halda, bir ay müddətinə evi təmir edib təhvil verəcəyini, pulun qalan hisəsini təmir başa çatdıqdan sonra ödəməsinə şərait yaradacağını və evin sənədlərini alacağına dair yalandan vədlər verib aldadaraq 2022-ci ilin mart ayının ortalarında guya satışını təklif etdiyi qeyd edilən fərdi evdə 13500 (on üç min beş yüz) manat və 2022-ci il aprel ayının əvvəllərində müvafiq dövlər qurumlarında həmin evə dair sənədləşməni təşkil edəcəyi adı ilə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, DSK zavodunun yaxınlığında 1080 (bir min səksən) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 14580 (on dörd min beş yiz səksən) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib ona ünvan 3 ünvanda yerləşən iki otaqlı bir mərtəbəli təmirsiz evi 20000 manata satacağını, evin dəyərinin 10000 manatlıq hissəsini ilkin ödəniş kimi, qalan hissəsini isə beş aydan sonra hər ay 500 manat olmaqla ödəməsinə şərait yaradacağını, bir ay ərzində evi təmir edib təhvil verəcəyini, kommunal ödənişləri onun adına rəsmiləşdirəcəyini yalandan vəd verib aldadaraq 2022-ci ilin may ayının əvvəlində guya satışını təklif etdiyi qeyd edilən fərdi evin həyətində Zərərçəkmiş şəxs3 anası Şahid5 vasitəsilə göndərdiyi 10000 (on min) manat məbləğdə, 2022-ci ilin noyabr ayının sonunda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Nizami Ramazanov küçəsində yerləşən nömrəsiz fərdi evdə Şahid5 vasitəsilə göndərdiyi 4000 (dörd min) manat məbləğdə və 2022-ci ilin dekabr ayının əvvəlində evin kommunal xərclərinin ödənilməsi adı ilə Şahid5 vasitəsilə göndərdiyi 250 (iki yüz əlli) manat məbləğdə pulunu sonuncunun yaşadığı qeyd edilən ünvanda vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 14250 (on dörd min iki yüz əlli) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib ünvan 4 ünvanda yerləşən üç otaqlı bir mərtəbəli, təmirsiz evin guya ipoteka şərtləri ilə 35000 manata ona satacağı, evin dəyərinin 10000 manatlıq hissəsini ilkin ödəniş adı ilə alıb qalan hissəsini hər ay 600 manat olmaqla 42 ay müddətində ödəməsinə şərait yaradacağına və 02 ay müddətində həmin evi təmir edib təhvil verəcəyinə dair yalandan vəd verib aldadaraq, 26 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 ilə razılaşdırılmış şərtləri özündə əks etdirən borc müqaviləsi bağlayıb evin sahibi olmasına inandıraraq, ilkin ödəniş adı ilə həmin tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şossesi, 8 C ünvanda yerləşən avtoservisdə 10000 (on min) manat məbləğdə və aylıq ödəniş adı ilə 07 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 600 (altı yüz) manat və 18 noyabr 2022-ci il tarixdə isə eyni ünvanda 400 (dörd yüz) manatı aylıq ödəniş adı ilə, 2022-ci ilin dekabr ayının ilk ongünlüyündə satışını təklif etdiyi evin pəncərələrinə dəmir barmaqlıqlar quraşdıracağı adı ilə Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 9-cu Korpus ünvanda 197 (yüz doxsan yeddi) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 11197 (on bir min bir yiz doxsan yeddi) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib aldadaraq özünü daşınmaz əmlakın alqısatqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib sonuncuya fərdi evin tikintisi üçün Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən ərazisində torpaq sahəsini təşkil edərək orada onun üçün evin inşasına dair müvafiq dövlər orqanlarından icazə alacağını, tikinti materiallarının alınmasını təşkil edəcəyini, kommunal ödənişləri onun adına rəsmiləşdirəcəyini yalandan vəd verib aldadaraq 2022-ci ilin dekabr ayının sonunda, günün birinci yarısında ünvan 7 ünvanda 2300 (iki min üç yüz) manat və eyni tarixdə günün ikinci yarısında həmin ünvanda 4000 (dörd min) manat, bundan təxminən 2- 3 gün sonra, 2022-ci ilin dekabr ayının sonunda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsindəki Məscidin yanında 450 (dörd yüz əlli) manat, daha sonra 2022-ci ilin dekabr ayının sonunda Zərərçəkmiş şəxs5 yaşadığı qeyd edilən ünvanin yaxınlığında 1000 (bir min) manat və 2023-cü ilin yanvar ayının əvvəllərində 620 (altı yüz iyirmi) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs5 ümumilikdə 8370 (səkkiz min üç yüz yetmiş) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib aldadaraq özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi təqdim edib Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən, 9-cu Korpus ünvanda bir mərtəbəli iki otaqlı nömrəsiz fərdi yaşayış evini 14000 manata satacağına dair yalan vəd verib aldadaraq 2022-ci ilin dekab ayında həmin ünvanda beh adı ilə 1000 (bir min) manat və 05 yanvar 2023-cü il tarixdə eyni ünvanda 13.000 (on üç min) manat və rüsumü ödəmək adı ilə 100 (yüz) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 14100 (on dörd min yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 6 zərərçəkmiş şəxsdən ev ilə bağlı pul almışdır. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Baş vermiş cinayət hadisəsi nəticəsində zəzərçəkmiş şəxslərə vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Bununla yanaşı zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın iyirmi beş faizi dövlət nəfinə ödənilmişdir. Hazırda zərərçəkmiş şəxslər ilə barışmış və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd edilən halların nəzərə alınaraq, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Ramalla onu Niyaməddin adlı şəxs tanış etmişdir. Söz vermişdir ki, evin sənədini adına keçirəcəkdir. Torpağa görə 880 manat keçirib bələdiyyədən sənəd almışdır. Evin açarı onda ola-ola gedib açarı dəyişdirmişdir. Sonra həmin evdə başqasının yaşadığını görmüş və o da maklerlə onun evinə getmişdir. Evdəki qadınlar üstlərinə düşməyə başlamışlar. X1 Bölməsində izahat yazmışlar. Ev üçün o, başqasından pul götürmüşdür. Bunun üçün yoldaşının brilliant dəstini lombarda qoymuş, 1600 manatı vermiş, 4000-5000 manat ziyana düşmüşdür. 880 manat da torpağa görə vermişdir. Ona demişdir ki, “200 manat ver, bir nəfərlə borcumu bağlayım, sənə də 3000 manat verəcəm”. Ramil onun əlindən 200 manatı da alıb, yenidən aldatmışdır. Həmçinin ona verilən suallar cavab olaraq bildirmişdir ki, Ramil ondan 10.000 manat pul almış, ardınca 200 manat da almışdır. Verdiyi pullardan sadəcə 4000 manatı qayıtmışdır. Ümümilikdə ona 14.580 manat ziyan dəymişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ona 8370 manat qədər pul vermişdir. Həmin puldan ona avtomobil qaytarılmış, lakin etibarnamə verilməmişdir. Aralarında da 1000 manat borc qalmışdı. Əgər avtomobilin etibarnaməsini versə idi 1000 manat veriləcəkdi. Torpaq götürmüş, lakin neft sahəsi ərazisində olduğuna görə tikintiyə icazə verilməmişdir. O həmin əraziyə daş, qum tökmüş, hasar çəkdirmişdir. Lakin bildimrişlər ki, hasarı söksünlər. 5500 manata avtomobili danışmışdır. Lakin etibarnaməni verməmişdir. Bir dəfə 1000 manat borcunu qaytarmış, hazırda 1000 manat borcu qalmışdır. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, 5500 manata əvəz olaraq ona avtomobil vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ev almaq şərti ilə 11.197 manat pul ödəmişdir. Ramillə danışmışlar ki, qalan pulu ipoteka şəklində versin. 2 ildir səs-səmir yox idi. Yenə də kirayədə qalmaqdadır və maaşının yarısını, yəni ayda 400 manat kirayə ödəməkdədir. Xahişi işə qanunla baxılmasıdır. Övladı əsgərdir və atasız uşaq böyüdür. Pulunun geri qaytarılmasını tələb edir. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, hazırkı vaxtadək ona heç bir məbləğdə pul qaytarılmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Ramalı uzun müddətdir tanıyır. Neçə dəfə onunla al-ver etmiş və Ramal onu aldatmamışdır. Sonuncu dəfə ona 6000 manat pul vermişdir. O pulu ev sahibinə vermişdir. Evi alıb sənədləri öz adına keçirmişdir. Həmin ev sahibi də evi satmışdır. Ramal da ortalıqda qalmışdır. Məsələni hər ikisi bir-birinin boynuna atır. Ramal da onun üçün kirayə ev tutub, kirayə pulunu o ödəmişdir. Onun Ramaldan şikayəti yoxdur. Şikayəti Abbasdandır çünki evi başqasına o satmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, orada Abbasın adı yazılmışdır. Onları Ramal tanış etmişdir. Evin sayğacları olmamışdır. 14.100 manat sayğaclara görə pul ödəmiş, Ramal da bunu öz üzərinə götürmüşdür. Ramal ona heç nə etməmişdir, əksinə onun kirayə pulunu ödəmişdir. Ramal ayda 300 manat olmaqla, bir ildir ki, kirayə pulunu ödəməkdədir. Şikayəti evinin geri qaytarılmasıdır. Ramala qarşı şikayətçi deyildir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, evini satıb pulu Ramala vermişdir ki, ona 3 otaqlı ev tikdirsin. Ramil isə 3 ildir fırladır və o da 3 ildir kirayədə yaşamaqdadır. Polislərə get-gəldə qalmışdır. Ramilin evinə getdikdə o, qaçıb gizlənir, işıqları söndürür, yoldaşı cavab verir və dava düşür. Qardaşları, ailəsi ona deyir ki, şikayəti geri çəksin. Ramilgilin evinə bir həftədən bir gedib-gəlir və hər dəfə aldadılaraq geri qayıdır. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, Ramilin ona 22.000 borcu vardır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qızına ev almaq üçün şəhid övladının pulundan 10.000 manat yollamışdır. 4000 manat da anası bankdan kredit alaraq, Ramala vermişdir. Evə baxmağa getdikdə həmin evin başqasına satıldığını görmüşdür. Artıq 2 ildir ortalıqda qalmışlar. O bir anadır, Ramalın da da övladları vardır və başa düşür, bu səbəbdən istəməz ki, o, tutulsun. Xahişi Ramala 1 ay vaxt verilməsidir. Ona dəymiş ziyanın miqdarı 14.250 manat olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, sadəcə anasının bankına görə 120 manat qaytarmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Ramil onlara ev vermiş və artıq narazılıqları qalmamışdır. Həmçinin ona verilən suala cavab olaraq bildirmişdir ki, o, Vüsalənin anasıdır. Onlar ev almaq üçün qızı Vüsalə pulu Ramilə vermişdir. mən də həmin pulu Ramala vermişdim. Pul Vüsalənin idi. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid1, Şahid2 olu, Şahid3, Şahid4 Rasim qızı və Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə qeyd olunan şahidlərin iştirakı olmadan baxılması mümkün hesab edilməklə onların ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı apoarılması üçün icraata qəbul edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi və törədilmiş cinayət əməllərinin tövsif olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmiş, iş üzrə törədilmiş cinayət əməlləri CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı apoarılması üçün icraata qəbul edilmişdir. Könüllü təqdim edilmiş sənədin qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsini təsdiq edən 1 vərəqədən ibarət borc müqavilənin surətini könüllü olaraq istintaqa təqdim etmiş və müqavilə qəbul edilərək iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli Borc müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs guya təqdim etdiyi evi ipoteka şərtləri ilə Zərərçəkmiş şəxs4 satacağını vəd edərək bu adla sonuncunun pulunu almışdır. Könüllü təqdim edilmiş sənədin qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, iş üzrə Şahid6 7 vərəqədən ibarət sənədlərin surətlərini, yəni yaşadığı evin elektrik energiyə və qiymətləndirilməsinə görə xərclərinin ödənilmə qəbzlərini, evin öz adına olmaqla qiymətləndirmə sənədlərini istintaqa könüllü təqdim etmişdir. Həmin sənədlərə əsasən Təqsirləndirilən şəxs dələduzluq edərək özünə aid olmayan və faktiki Şahid6 yaşadığı evi satacağını zərərçəkmişlərə vəd etmişdir. Şəxsin ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına dəfələrlə gəlmədiyindən ona ittiham elan edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs ittiham elan edilməsi mümkün olmadığından barəsində axtarış elan olnmuş və onun tutularaq Binəqədi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Axtarışda olanın tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü il tarixdə saat 20:00-da saxlanılaraq Binəqədi RPİ-nin MSY-nə təhvil verilmişdir. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs4 könüllü təqdim etdiyi 1 vərəqdən ibarət müqavilə və Şahid6 könüllü təqdim etdiyi 7 vərəqdən ibarət yaşadığı evin elektrik energiyə və qiymətləndirilməsinə görə xərclərinin ödənilməsi qəbzləri, evin öz adına olmaqla qiymətləndirmə sənədlərinin surətləri cinayət işi üzrə xüsusi əhəmiyyət kəsb etdikləri üçün maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və sonuncu saxlanıldığı Binəqədi rayon Polis İdarəsinin MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İfadənin yerində yoxlanılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadələrin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayından 2023-cü ilin yanvar ayına kimi olan müddət ərzində özünü daşınmaz əmlakın alqı-satqısı və inşa edib satılması ilə məşğul olan şəxs kimi Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 təqdim edib onlara Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci Mədən, 9 və 10-cu Korpuslarda yerləşən muxtəlif nömrəsiz fərdi evləri satacağını vəd edərək pullarını alıb ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi faktları təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs yerində sərbəst şəkildə göstərib təsvir etdikləri işin digər hallarına və xüsusatlara uyğun gəldiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-278/2023 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəllərində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 il 8 ay 14 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkum olunaraq məhkumluğu ödənilməmiş, eləcə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 73-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-138/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək sonuncu barəsində axtarış elan edilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tamamilə ödəmiş, ona qarşı şikayəti, tələbi yoxdur və onunla barışmışıdır. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş, eləcə də məhkəməyə təqdim etdiyi əlavə ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 14580 manat pul tam şəkildə ödənilmiş, ona qarşı şikayəti, tələbi yoxdur və onunla barışmışıdır. Zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi və mənəvi ziyanı tam olaraq ödəmiş, ona qarşı şikayəti yoxdur və gələcəkdə də bununla bağlı heç bir iddiası, tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi və mənəvi ziyanı tam olaraq ödəmiş, ona qarşı şikayəti yoxdur və gələcəkdə də bununla bağlı heç bir iddiası, tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi və mənəvi ziyanı tam olaraq ödəmiş, ona qarşı şikayəti yoxdur və gələcəkdə də bununla bağlı heç bir iddiası, tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurulmuş maddi və mənəvi ziyanı tam olaraq ödəmiş, ona qarşı şikayəti yoxdur və gələcəkdə də bununla bağlı heç bir iddiası, tələbi olmayacaqdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 25%-i olaraq ümumilikdə 21125 (iyirmi bir min yüz iyirmi beş) manat məbləğində pul keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxslərə vurulmuş 84497 (səksən dörd min dörd yüz doxsan yeddi) manat məbləğində maddi ziyan tamamilə ödənilərək həmin ziyanın iyirmi beş faizi dövlət nəfinə köçürülmüşdür. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 vurulmuş ümumilikdə 84497 (səksən dörd min dörd yüz doxsan yeddi) manat məbləğində maddi ziyan onlara tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışmışlar. Habelə cinayət işi üzrə vurulmuş 84497 (səksən dörd min dörd yüz doxsan yeddi) manat maddi ziyanın 25%-ni (iyirmi beş faizini), yəni 21125 (iyirmi bir min yüz iyirmi beş) manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 162.1.1-ci maddəsinə əsasən şəxs məhkəmənin qərarına əsasən təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlinə görə ittiham təsdiq edilmədikdə və ya məhkəmədə cinayət işi üzrə icraata xitam verildikdə həbsdən azad edilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 könüllü təqdim etdiyi 1 (bir) vərəqədən ibarət müqavilə və Şahid6 könüllü təqdim etdiyi 7 (yeddi) vərəqədən ibarət yaşadığı evin elektrik energiyə və qiymətləndirilməsinə görə xərclərinin ödənilməsi qəbzləri, evin öz adına olmaqla qiymətləndirmə sənədlərinin surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 132, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs4 könüllü təqdim etdiyi 1 (bir) vərəqədən ibarət müqavilə və Şahid6 könüllü təqdim etdiyi 7 (yeddi) vərəqədən ibarət yaşadığı evin elektrik energiyə və qiymətləndirilməsinə görə xərclərinin ödənilməsi qəbzləri, evin öz adına olmaqla qiymətləndirmə sənədlərinin surətləri cinayət işinin materiallarında saxlanılsın. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-138/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-138/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver