Məhkəmə qərarları › İş №1(001)-138/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-138/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-138/2025 31.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs dayandırılmış xəstəlik ilə bağlı təqaüdünün almasını bərpa etməsinə köməklik göstərilməsi barədə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 25 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında 7.000 manat məbləğində pul vəsaitini sonuncudan alıb ələ keçirərək şəxsi ehtiyaclarına xərcləməklə, etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs 7.000 (yeddi min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsdən xəstəliklə əlaqədar borc pul götürmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşamış, 2-3 ildir ki, tanımışdır. O, Zərərçəkmiş şəxs xəstəliyi ilə əlaqədar 7000 manat borc pul istəmişdir. O, zərərçəkmiş şəxsə pensiyasının bərpa olunacağına köməklik göstərəcəyi ilə bağlı vəd verməsini xatırlamır. O, Zərərçəkmiş şəxs aldığı 7000 manatı qaytarmış, həmçinin dövlət nəfinə vurulmuş zərərin 25 faizini ödəmişdir. O, zərərçəkmiş şəxsə köməklik edəcəyin deməmiş, əvvəl maraqlanacağını demiş, sonra isə adamı olmadığını bildirmişdir. O, təqaüdü düzəltməklə bağlı vəd verməmişdir. O, ibtidai istintaq zamanı da pul təqaüd düzəltmək adı ilə aldığını deməmişdir. İstintaq zamanı verdiyi ifadəsini oxumamış, həmin vaxt yanında vəkili olmuşdur. O, zərərçəkmiş şəxsin təqaüdünü düzəltməkdə kömək edə biləcəyi halda sonuncunun pulundan götürmək fikri olmamışdır. Müstəntiq ona pulun 25 faizinin dövlət nəfinə ödənilməli olduğunu dediyi üçün həmin pulu ödəmişdir. Zərərçəkmiş şəxs aldığı pulla bağlı borcu rəsmişləşdirməmiş, şifahi razılığa gəlmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2 il bundan əvvəl qonşusu Təqsirləndirilən şəxs borc pul vermişdir. Təqsirləndirilən şəxs ilə münasibəti yaxşı olmuş, uşaqları bir yerə oxumuşdur. Biri-birinin evinə gediş-gəlişləri olmuşdur. Təqsirləndirilən şəxs ondan xəstəliyi ilə əlaqədar borc pul istəmişdir. O, da Təqsirləndirilən şəxs 1 aylığına borc vermişdir. 1 aydan sonra zəng edib soruşduqda pulu düzəldə bilmədiyini, verəcəyini bildirmişdir. Lakin bir neçə ay keçmişdir. Həmin ərəfədə onun təqaüdü kəsilmişdir. O, Təqsirləndirilən şəxs bu işdə ona köməklik göstərməsini, həmin puldan hörmət edə biləcəyini demişdir. 2-3 gün sonra Təqsirləndirilən şəxs ona bunun mümkün olmadığını demişdir. O, iki ilə yaxın gözləmiş, lakin Təqsirləndirilən şəxs pul qaytarmamış, əlində pulu olmadığını, olanda qaytaracağını bildirmişdir. O, da bununla bağlı polisə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulunu qaytarmış və onlar barışmışlar. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan özünün müalicəsi üçün 7000 min manat borc pul istəmişdir. Təqsirləndirilən şəxs pulu alarkən bir aydan sonra qaytaracağını demiş, lakin həmin vaxtda qaytarmamışdır. Həmin ərəfədə onun təqaüdü kəsilmiş, Təqsirləndirilən şəxs bununla bağlı köməklik göstərməsini, qarşılığında verdiyi puldan çıxacağını demiş, bir neçə gün sonra sonuncu ona bunun mümkün olmadığını bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Onun təqaüdlə bağlı Təqsirləndirilən şəxs müraciət etməsinin səbəbi yaxşı münasibətinin olması, sonuncunun geniş əhatəsinin olması olmuşdur. Təqsirləndirilən şəxs ondan bu işin müqabilində pul istəməmişdir. O, ibtidai istintaq zamanı hirsləndiyi və pulunu ala bildmədiyi üçün elə ifadə vermişdir. Təqsirləndirilən şəxs təqaüdü düzəltməsini o, xahiş etmişdir. Təqsirləndirilən şəxs ondan aldığı pulu qaytarmışdır. Təqsirləndirilən şəxs ona problemini həll etməyə imkanı olduğunu deməmişdir. O, Təqsirləndirilən şəxs köməklik etməsi üçün tanışının olub-olmadığını soruşmuş, sonuncu maraqlanacağını demişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə onun arasında üzləşdirmə keçirilməmişdir. Lakin ikisi eyni vaxtda müstəntiqin otağında olmuşdur. Zərərçəkmiş şəxs çıxışı zamanı bildirmişdir ki, o, Təqsirləndirilən şəxs 2022-ci ildə təqaüdü düzəltmək məqsədilə 7000 min manat pul vermişdir. Təqsirləndirilən şəxs təqaüdü düzəldə biləcəyini demiş, o, da pulu vermişdir. Təqsirləndirilən şəxs borcu ödədiyi üçün kömək məqsədilə eyni zamanda dövlət büdcəsinə də, pulu ödədiyi üçün , məhkəmə iclasında pulun borc olduğunu və borc kimi qaytarıldığını bildirmişdir. O, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış ilkin yoxlama materialı üzrə xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və fakta görə CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və sonuncular istintaqa verdiyi ifadələrini təsdiq etməklə biri-birlərinin üzünə qarşı demişlər. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncu tərəfindən ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbi olmadığını bildirmişdir. xx.xx.2025-cü il tarixli, 5526 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" ASC vasitəsilə X2 hesabına (Hesabın VÖEN-i: **********, Hesabın adı: SAİR DAXİLOLMA BAKİ S H, Hesabın nömrəsi: AZ66CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Təyinat: Maliyyə Nazirliyinin dövlət büdcəsi) cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul keçirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə Binəqədi RPİ-nin 5-ci polis bölməsinə müraciət edərək 2022-ci ilin may ayında əlillik pensiyasını bərpa etməkdə köməklik göstərməsi üçün qonşuluğunda yaşayan Dilarə adlı şəxsə 7000 manat pul verdiyini, sonuncunun 400 manat pulu qaytardığını 6600 manat pulu qaytarmadığını, ona qarşı dələduzluq etdiyini bildirmiş, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs müraciəti ilə bağlı Binəqədi RPİ-nin 5-ci polis bölməsində eyni məzmunlu izahat verərək bildirmişdir ki, əlillik pensiyasının bərpa edilməsi üçün Dilarə adlı şəxsə 7000 manat pulu yaşadığı evdə qızının iştirakı ilə vermişdir. Zərərçəkmiş şəxs Binəqədi RPİ-inin İstintaq şöbəsində xx.xx.2023-cü il tarixdə izahat verərkən bildirmişdir ki, əlillik pensiyasının bərpa edilməsi üçün Təqsirləndirilən şəxs 7000 manat pulu yaşadığı evdə qonşusu Aybəniz və qızı X4 yanında vermiş, 2023-cü ilin mart ayında Təqsirləndirilən şəxs ona aldığı puldan 300 manat qaytarmışdır. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində zərərçəkmiş şəxs qisminə ifadə verərkən bildirmişdir ki, Təqsirləndirilən şəxs 7000 manat pulu verərkən yanında heç kim olmamış, əvvəl verdiyi izahatlarında pulu verərkən yanında qızı Rəvanənin və qonşusu Aybənizin olmasını səhvən qeyd etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs 2022-ci ildə ondan 7000 manat borc alaraq uzun müddət qaytarmadığını, hal-hazırda ona dəyən ziyanın tam ödənilməsini, şikayətini geri götürmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs 2022-ci ildə ondan 6300 manat borc alaraq uzun müddət qaytarmadığını, hal-hazırda borcun tam ödənilməsini, şikayətçi olmadığını və şikayətini geri götürmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsində ifadə verərkən bildirmişdir ki, onun Azərbaycan Respublikası cinayət qanunvericiliyindən kifayət qədər anlayışı yoxdur, ona görə də dələduzluq cinayət əməli ilə borc münasibəti arasında olan fərqi bilmir, hər iki ərizədə Dilarənin ona məxsus 7000 manat pulu dələduzluq edərək ələ keçirməsini borc kimi yazmış, bundan başqa ikinci ərizədə texniki səhv nəticəsində dəyən maddi ziyanı 6300 manat olaraq qeyd etmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs müraciəti əsasında aparılmış araşdırma və ibtidai istintaq zamanı ərizə, izahat və ifadələrində Təqsirləndirilən şəxs ondan aldığı pulun məbləği, həmçinin pulun verilməsi zamanı şahidlərin olması və pulun hansı məqsədlə alınması ilə bağlı biri-birindən fərqli, ziddiyyətli məlumat vermişdir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-n 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli oluğundan həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli izahat və ifadələri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də zərərçəkmiş şəxsin ifadəsindən başqa Təqsirləndirilən şəxs tərəfindən dəluduzluq əməlinin törədilməsi ilə bağlı hər hansı sübutlarının toplanmadığına görə zərərçəkmiş şəxsin ifadəsi və və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. CPM-in 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 9.2-ci maddəsinə əsasən, CPM ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. CPM-in 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. CPM-in 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, CPM-in 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. CPM-in 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs pulunu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Belə ki, həm zərərçəkmiş şəxsin, həm də təqsirləndirilən şəxsin məhkəmə istintaqı verdiyi ifadələrlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 7000 manat pulu borc məqsədilə almış, Təqsirləndirilən şəxs pulu alarkən Zərərçəkmiş şəxs həmin pulun müqabilində hər hansı işi görəcəyini vəd etməmiş, pulu aldıqdan bir müddət sonra Zərərçəkmiş şəxs əlillik təqaüdünün bərpa edilməsinə köməklik göstərməsi üçün Təqsirləndirilən şəxs müraciət etmiş, lakin sonuncu bir neçə gün sonra hər hansı köməklik edə bilməyəcəyini zərərçəkmiş şəxsə bildirmişdir Göründüyü kimi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 7000 manat pulu verdikdən bir müddət sonra özü şəxsən sonuncuya müraciət edərək onun üçün əlillik təqaüdünün bərpa edilməsinə köməklik göstərməsini xahiş etmiş, Dilarə Əliyeva bu işlə bağlı ondan hər hansı məbləğdə pul tələb etmədən və ya təqaüdü düzəldə biləcəyi halda aldığı pulun bir hissəsini və ya tamamını özünə götürəcəyini bildirməmiş, zərərçəkmiş şəxs Dilarə Əliyevaya işi görəcəyi halda hörmət edəcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 7000 manat pulu aldıqdan sonra vəd etdiyi vaxtda qaytarmadığına görə tərəflər arasında mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisə yaranmışdır. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar da həmin mübahisənin məhz mülki xarakterli mübahisə olmasını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsi aldadaraq və ya etibardan sui-istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən pulu alarkən hər hansı vəd verməməsi onun niyyətinin həmin pulu aldatma, əvəzsiz və qanunsuz yolla mülkiyyətinə keçirməsi olmadığını bir daha təsdiq edir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında araşdırılan sübutlara əsslanır. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs qarşısında üzərinə hər hansı öhdəlik götürməməsi onun zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək niyyətinin olmasını tamamilə istisna edir. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxs qarşısında hər hansı öhdəlik götürmədiyi halda, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq dələduzluq əməli kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 7000 manat pulu borc olaraq almışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən aldığı pulu vəd etdiyi vaxtda qaytarmamsı onun dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlməyə əsas vermir. Bütün qeyd edilənlər məhkəməyə mübahisə tərəfləri arasında mülki hüquq münasibətlərinin mövcud olması, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq və ya etibarından sui-istifadə etmək niyyətinin istisna olunması nəticəsinə gəlməyə əsas verir. CM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; CM-in 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla Zərərçəkmiş şəxs arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. CPM-in 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; CPM-in 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; CPM-in 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; CPM-in 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X5 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-in 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-in 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3-cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, dələduzluq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qismində qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" ASC vasitəsilə X2 hesabına (Hesabın VÖEN-i: **********, Hesabın adı: SAİR DAXİLOLMA BAKİ S H, Hesabın nömrəsi: AZ66CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Təyinat: Maliyyə Nazirliyinin dövlət büdcəsi) köçürülmüş cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti ona qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 (altmış) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 (altmış) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ittiham üzrə Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə "xxxx" ASC vasitəsilə X2 hesabına (Hesabın VÖEN-i: **********, Hesabın adı: SAİR DAXİLOLMA BAKİ S H, Hesabın nömrəsi: AZ66CTRE********************, Büdcə təsnifat kodu: 142330, Büdcə səviyyə kodu: 1, Təyinat: Maliyyə Nazirliyinin dövlət büdcəsi) köçürülmüş cinayət hadisəsi nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi olan 1750 (bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 60 (altmış) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 360 (üç yüz altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar