Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-139/2021 12.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, işsiz, orta təhsilli, Qubadlı rayonu, Yuxarı Cibikli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən nömrəsiz bağ evinin darvazasının açıq olmasından istifadə edib Təqsirləndirilən şəxs1la birlikdə evin həyətinə qanunsuz daxil olub orada 500 manat dəyərində “Pejo” markalı avtomobilin istifadəyə yararlı olan mühərrik dəstini, 90 manat dəyərində “Pejo” markalı avtomobilin istifadəyə yararlı olan starterini və 300 manat dəyərində “Pejo” markalı avtomobilin istifadəyə yararlı olan sürətlər qutusunu özləri ilə gətirdikləri arabaya yığıb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 890 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 ondan ötrü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, o, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, xx xxxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən nömrəsiz bağ evinin darvazasının açıq olmasından istifadə edib Təqsirləndirilən şəxs1la birlikdə evin həyətinə qanunsuz daxil olub orada 500 manat dəyərində “Pejo” markalı avtomobilin istifadəyə yararlı olan mühərrik dəstini, 90 manat dəyərində “Pejo” markalı avtomobilin istifadəyə yararlı olan starterini və 300 manat dəyərində Pejo” markalı avtomobilin istifadəyə yararlı olan sürətlər qutusunu özləri ilə gətirdikləri arabaya yığıb gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 890 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, metal əşyalar alıb metal-qəbuletmə məntəqəsinə münasib qiymətə satır. xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 18 radələrində yaşadığı ünvandan çıxıb metal alıb satmaq məqsədilə Binəqədi rayonu, Novxanı bağlar massivi istiqamətində hərəkət edirmiş. Təxminən bir saat keçdikdən sonra qeyd olunan ünvanda və tarixdə o, tanışı Təqsirləndirilən şəxs1la Binəqədi rayonu, Novxanı bağlar massivində rastlaşmış və tanışı Rəşadla söhbət etməyə başlamışdır. Söhbət zamanı o, Rəşada dəmir əşya almaq istədiyini, lakin üzərində yetərincə pulunun olmadığını və Rəşaddan əlavə olaraq ona pul verməsini xahiş etmişdir. Rəşad da onun xahişini qəbul edib ona 10 manat pul verdikdən sonra Rəşadla birlikdə yaxınlıqda yerləşən metal-qəbuletmə məntəqəsinə yollanıb oradan dəmir metalları rahat şəkildə daşımaq üçün bir ədəd araba götürüb yollarına davam etməyə başlamışlar. Bir qədər piyada şəkildə hərəkət etdikdən sonra o, Rəşada arabaya yüklənəcək əşyaları satıb olan borcunu verəcəyini bildirmişdir. Rəşad da onun bu təklifi ilə razılaşmışdır. Daha sonra o, tanışı Rəşadla Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evlərinin birinin qarşısında dayanmışlar. Həmin vaxtı bir nəfər tanımadığı şəxs qapını açmış, o, həmin tanımadığı şəxsə 28 manat məbləğində pul verdikdən sonra avtomobil ehtiyat hissələrindən ibarət olan metal əşyaları özləri ilə birlikdə gətirdikləri arabaya yükləyib oradan uzaqlaşmışlar. Onlar birlikdə arabaya yükləmiş olduqları avtomobil ehtiyat hissələrini yaxınlıqda yerləşən metal-qəbuletmə məntəqəsinə doğru aparmışlar, orada satmaq istədiklərini bildirib qeyd olunan əşyaları boşaldıb onların çəkilərini və miqdarını müəyyənləşdirən zaman polis əməkdaşları məntəqəyə daxil olmuşlar və onları Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Qeyd olunanlar polis bölməsində olan zaman baş vermiş hadisə barədə izahat vermişlər. Bundan başqa o, heç bir oğurluq hadisəsi törətmədiyini, mühərrikin hissələrini oğurlamadıqlarını, həmin hissələri 28 manata aldıqlarını, metal qəbulu məntəqəsində həmin metalların özlərinə məxsus olduğunu bildirmişdir. Məhkəmə prosesində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxxx 2020-ci il tarixdə axşam saat 18 radələrində yaşadığı ünvandan çıxıb taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə icarəyə avtomobil axtarırmış. Həmin vaxtı o, tanışı Təqsirləndirilən şəxs2la Binəqədi rayonu, Novxanı bağlar massivində rastlaşmış və tanışı Elmarla söhbət etməyə başlamışdır. Söhbət zamanı Elmar ona dəmir əşya almaq istədiyini, lakin üzərində yetərincə pulu olmadığını və ondan əlavə pul verməyini xahiş etmişdi. O, Elmara 10 manat pul verdikdən sonra Elmarla birlikdə yaxınlıqda yerləşən metal- qəbuletmə məntəqəsinə yollanıb oradan dəmir metalları rahat şəkildə daşımaq üçün bir ədəd araba götürüb yolla davam etməyə başlamışdır. Bir qədər piyada şəkildə hərəkət etdikdən sonra tanışı Elmar ona arabaya yüklənəcək əşyaları satıb ona olan borcunu da verəcəyini bildirmişdir. O, da Elmarın bu təklifi ilə razılaşmışdır. Daha sonra o, tanışı Elmarla Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağ evlərinin birinin qarşısında dayanmışdır. Həmin vaxtı bir nəfər tanımadığı şəxs qapını açmış, tanışı Elmar həmin tanımadığı şəxsə 28 manat məbləğində pul verdikdən sonra avtomobil ehtiyat hissələrindən ibarət olan metal əşyaları özləri ilə birlikdə gətirdiyi arabaya yükləyib oradan uzaqlaşmışlar. Onlar birlikdə arabaya yükləmiş olduqları avtomobil ehtiyat hissələrini yaxınlıqda yerləşən metal-qəbuletmə məntəqəsinə doğru aparan zaman özləri ilə birlikdə gətirmiş olduqları avtomobil ehtiyat hissələrini orada satmaq istədiklərini deyib qeyd olunan əşyaları boşaldıb onların çəkilərini və miqdarını müəyyənləşdirən zaman polis əməkdaşları məntəqəyə daxil olmuşlar və onları Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Qeyd olunan polis bölməsində olan zaman baş vermiş hadisə barədə izahat vermişlər. Bundan başqa o, heç bir oğurluq hadisəsi törətmədiyini, mühərrikin hissələrini oğurlamadıqlarını, həmin hissələri 28 manata aldıqlarını, metal qəbulu məntəqəsində həmin metalların özlərinə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən iki gün əvvəl ona Novxanı bağlar massivində yerləşən bağ evinin darvazasının açıq olduğunu demişlər, o, ertəsi günü gedib bağa baxmış və heç bir oğurluq hadisəsi baş vermədiyini görmüşdür. Həmin günü bağın yanında müvafiq yer tapıb təxminən 1 saat evin giriş hissəsini nəzarətdə saxlamış və heç nə baş vermədiyindən çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə, təxminən saat 18 radələrində yenidən bağ evinin yanında özünə müvafiq yer tapıb bağın giriş hissəsini güdməyə başlamışdır. Təxminən 1 saatdan sonra bağ evinin içərisindən darvazanın açıldığını və iki nəfərin əllərində araba ilə darvazadan çıxdıqlarını görmüş və dərhal polisə zəng edərək bu barədə məlumat vermişdir. Həmin şəxslər darvazanı örtüb, qarşısına daş parçası qoyub yola tərəf getmişlər. O, dərhal olduğu yerdən bağa getmiş, həyətdə kiminsə olub-olmadığına baxmış, elektrik qutusunun kabellərinin kəsildiyini və həyətdə heç kəsin olmadığını görmüşdür. O, tez bağdan çıxmış və həmin 2 nəfər şəxsin arxasınca getməyə başlamışdır. Adları sonradan ona məlum olan Rəşad və Elmar ona məxsus həyətdən oğurladıqları avtomobilin mühərrik hissələrini yaxınlıqda olan metal qəbulu məntəqəsinə aparıb orada dayanmışlar, o, yenidən polisə zəng edərək oğurluğu törətmiş şəxslərin yerini polislərə demişdir. Bundan sonra o, polisə gedərək ərizə ilə müraciət etmiş və oğurluq nəticəsində ona 3000 manat maddi ziyan dəydiyini bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, ona məxsus olan bağ evinin qapısının bağlamadığını, yəni kilidləmədiyini, qapının arxa tərəfinə daş parçası qoyduğunu xatırlamış, həmçinin də “Pejo” markalı avtomobilin ehtiyat hissələrini oğurlamış şəxslərin bağ evinin qapısından həyətə daxil olduğunu, həmin vaxtı bağ evində kiminsə olmadığını və qeyd olunan avtomobilin oğurlanmış ehtiyat hissələrinin isə bağ evinin həyətindəki saxlanc otağında saxladığını bildirmişdir. Ona məxsus əşyaları güya kimdənsə pulla almalarına dair təqsirləndirilən şəxslərin ifadələri həqiqətə uyğun deyil və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Ona dəymiş ziyanın ödənildiyini, oğurlanmış əşyaların geri qaytarıldığını və təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən metal qəbuletmə məntəqəsində müxtəlif növ metal və plasmas əşyaların alışı və satışı ilə məşğul olur. xx xxxxxxx 2020-ci il tarixdə adını sonradan bildiyi Elmar adlı şəxs məntəqəyə daxil olaraq ondan müvəqqəti olaraq metal əşyaları gətirmək məqsədilə araba verməyi xahiş etmiş və o, da Elmara məntəqədə olan arabanı vermişdir. Həmin gün saat 20 radələrində metal qəbuletmə məntəqəsində olan zaman Elmar və yanında olan adını sonradan bildiyi Rəşad adlı şəxslə birlikdə Elmara vermiş olduğu içərisində avtomobil ehtiyat hissələri olan arabanı məntəqəyə gətirmişlər. Həmin şəxslərdən biri özləri ilə gətirmiş olduğu avtomobil ehtiyat hissələrinin özünə məxsus olduğunu və pula ehtiyac duyduğundan satmaq niyyətində olduqlarını bildirmişdir. O, həmin şəxslərin araba ilə özləri ilə gətirmiş olduğu avtomobil ehtiyat hissələrinin çəkisi və miqdarını müəyyən edən zaman Elmar adlı şəxs ona tərəzidə həmin metal hissələrin çəkisini ölçən zaman ümumi çəkinin 65 kiloqram olduğunu bildirmiş və o, da həmin vaxtı tərəziyə yenidən baxan zaman həmin metal hissələrin avtomobil ehtiyat hissələrin olduğunu görmüşdür. Bu zaman məntəqəyə polis əməkdaşları daxil olmuşlar və məntəqədə olan Elmar və Rəşad adlı şəxsləri özləri ilə birlikdə polis bölməsinə aparmışlar. O, sonradan Binəqədi RPİ-nin 43-cü PB-də olan zaman Elmar və Rəşad adlı şəxslərin özləri ilə arabada gətirmiş olduqları avtomobil ehtiyat hissələrinin oğurluq olduğunu öyrənmişdir. Bundan başqa o, Elmarın bir iki dəfə metal satmaq üçün məntəqəyə gəldiyini, Rəşadı əvvəllər tanımadığını bildirmişdir. İş materiallarında olan “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb olunması barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb olunması barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 4(001)-862/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 4(001)-863/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin əvvəli tutulduğu xx.xx.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs2 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan yaşayış yerindən verilmiş xəsiyyətnamədən məlum olur ki, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş hal-hazırda X2 ev 13 mənzil 25 ünvanında məskunlaşmış Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə özünü nümunəvi sakin kimi aparmış, nümayəndəliyin keçirdiyi müxtəlif tədbirlərdə nümayəndəliyin ən fəal üzvü kimi özünü göstərmişdir. Nümayəndəlik tərəfindən verilmiş bütün tapşırıqları layiqincə yerinə yetirir və xüsusi məsuliyyət hiss edir. Eləcə də yaşadığı ərazidə qonşularla mehriban münasibətdə olub və qonşuların xüsusi hörmətini qazanmışdır. Hazırkı dövrə qədər barəsində cinayət məsuliyyəti qeydə alınmamışdır. İş materiallarında olan arayışdan məlum olur ki, Qubadlı rayon A.Cibikli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Y.Cibikli kənd sakini Təqsirləndirilən şəxs1 1993-cü ildən köçkündür. Hal-hazırda X3 ev 13 mənzil 25 ünvanında məskunlaşmışdır. İş materiallarında olan AA seriyalı 053701 saylı orta ixtisas təhsili diplomuna əlavədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu il tarixində Azərbaycan Dəniz Balıq Sənayesi Kollecinə daxil olmuş, xx.xx.2014-cü il tarixində həmin kolleci bitirmişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 4(001)-967/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Bakı şəhər Binəqədi rayon Məhkəməsinin 4(001)-966/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 8 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 8-ci mkr, ev 22/3, mənzil 13 ünvanında qeydiyyatdadır. İş materiallarında olan yaşayış yerindən verilmiş xəsiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 orta təhsillidir, hərbi xidmətdə olub, subaydır. Hal-hazırda heç bir yerdə işləmir. Ailəsi və onun barəsində MKS-ə heç bir halda şikayət daxil olmayıb. Qonşular arasında xüsusi hörmətə malikdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məhkəmə əmtəəşünastlıq ekspertizasının 670 saylı ekspert rəyindən məlum olur ki, nəzəri hesablama yolu ilə, 1998ci il buraxılışlı “PEJO” markalı avtomobilin 3 adda işlənmiş, lakin təyinatı üzrə istifadəyə yayarlı olan avto hissələrinin orta bazar qiymətilə ümumi dəyəri təxminən 890,00 (səkkiz yüz doxsan) manat müəyyən edilir. O cümlədən: “PEJO” markalı avtomobil üçün nəzərdə tutulmuş, istifadədə olmuş, lakin təyinatı üzrə istifadəyə yararlı olan avtomobil mühərrik dəsti - 500,00 manat; PEJO” markalı avtomobil üçün nəzərdə tutulmuş, istifadədə olmuş, lakin təyinatı üzrə istifadəyə yararlı olan starter - 90,00 manat; ‘PEJO” markalı avtomobil üçün nəzərdə tutulmuş, istifadədə olmuş, lakin təyinatı üzrə istifadəyə yararlı olan sürətlər qutusu - 300,00 manat qiymətləndirilmişdir. Ekspertiza təhqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 670 nümrəli rəyi iş üzrə sübut əhəmiyyət kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Zərərçəkmiş şəxs məxsus “Pejo” markalı avtomobilin mühərrik dəsti, starter və sürətlər qutusu barədə qiymətləndirmə aparılması məhkəmə-əmtəəşünaslıq eskpertizasının rəyinə əsasən götürülməsi, Zərərçəkmiş şəxs məxsus “Pejo” markalı avtomobilin mühərrik dəsti, starter və sürətlər qutusu öz xüsusiyyətlərinə və əlamətlərinə görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşyalar olaraq maddi sübut kimi tanınmasının və sahibinə qaytarılmasının nəzərə alınması, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün dəlil gətirərək, Zərərçəkmiş şəxs bağ evindən oğurluq etmədiyini və əşyaları 28 manata aldıqlarını bildirsə də, həmin dəlillər yoxlanılarkən özünü müdafiə xarakteri olduğundan rədd edilmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri cinayət işi üzrə toplanmış zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, üzləşdirmə və ifadənin yerində yoxlanması protokolları, təqdim etmə və götürmə protokolu, şəxsi və əşyanı tanınmaya təqdim etmə protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə təkzib olunaraq vəsatət kimi qəbul edilərək rədd edilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması barədə” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona cinayət nəticəsində dəymiş ziyan ödənilmiş, təqsirləndirlən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərini qismən təqsirli bilmələrinə tənqidi yanaşır və bunu məsuliyyətdən yayınmaq üçün seçdikləri üsul kimi qiymətləndirir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə təsdiq olunur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Ədalətli məhkəmə araşdırması hüquqi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamaqlarını, törətdikləri cinayət əməllərini qismən etiraf etmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını, yaşayış yerləri üzrə müsbət xarakterizə olmalarını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-in 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırki, iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt və Bakı şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22.00-dan 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun üzərinə Sumqayıt və Bakı şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22.00-dan 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ**********0000003944, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Pejo” markalı avtomobilin 01 ədəd mühərrik dəsti, 01 ədəd starter və 01 ədəd sürətlər qutusu Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 381-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlandığı 03 (üç) ay 25 (iyirmi beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 (yeddi) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt və Bakı şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22.00-dan 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər həbsdə saxlandığı 03 (üç) ay 25 (iyirmi beş) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 07 (yeddi) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt və Bakı şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 22.00-dan 07.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Kapital Bank ASC Gənclik Mall filialı, KOD 201025, VÖEN **********, müxbir hesab AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, “xxxx” MMC: VÖEN **********, Hesab AZ53AİİB******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Pejo” markalı avtomobilin 01 ədəd mühərrik dəsti, 01 ədəd starter və 01 ədəd sürətlər qutusu Zərərçəkmiş şəxs geri qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №1(001)-139/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-139/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver