Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-139/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraxanbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 17 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində “A BE CE DE” kateqoriyalı, AC seriyalı 629801 nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi X5 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, ağ rəngli “Mercedes Benz” markalı, “Beton Nasos” tipli **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçədə yerləşən “Qız qalası” marketin qarşısından “Mərkəz” adlanan istiqamətdə saatda təxminən 2-5 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, qanunun bu tələbinə əməl etməyərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək yolu sağdan sola doğru keçmək istəyən piyada 07.06.1967-ci il təvəllüdlü X7 avtomobilin ön qabaq sol hissəsi ilə vuraraq idarə etdiyi yük avtomobilinin sol qabaq təkəri ilə Zeynəb Bayramovanın üstünə çıxması nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan sağ və sol qalça, qasıq sümüklərinin sınıqları, sol bazu sümüyünün qapalı sınıqları, sağ və sol bud sümüklərinin açıq qəlpəli sınıqları, qarın nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ və sol baldır nahiyələrinin, aralıq nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol əlin İV barmağın dırnaq sədəfinin tamlığının pozulması ilə müşayiət olunan sol əlin İV barmağının əzilmiş yarası, qarın nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İV, V barmaqlarının sıyrıqları kimi insan həyətı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, CM-in 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən yük avtomobili pompa sürücüsü işləmişdir. Həmkəndlisi Qəhrəman adlı şəxsin “Mersedes Axor” markalı **-CE-*** nömrə nişanlı yük avtomobili vardır və sonuncu onu avtomobilində sürücü kimi işləməyə dəvət etmişdir. O, 17.09.2021-ci il tarixdə işə başlamış və həmin tarixdə saat 15 radələrində Mehdiabad tərəfdən həmin yük avtomobili ilə Binəqədi Mərkəzi küçə ilə keçib Respublika Dövlət Yol Polis İdarəsi istiqamətində hərəkət etməli olmuşdur. Beləcə həmin gün saat 16 radələrində Daş Bazarı tərəfdən “Mərkəz” deyilən yerə Ramazanov küçəsi ilə hərəkətdə olan zaman “Qız Qalası” marketi keçdikdə tıxac olduğundan avtomobilin əyləcini sıxıb gözləmişdir ki, yol açılsın hərəkətə başlasın. Təxminən 5 metr irəliləyib avtomobili yenə saxlamışdır. Təxminən 2-5 km/saat sürətlə hərəkət etməyə başlayan zaman hiss etmişdir ki, avtomobil nəyəsə dəymişdir. Dərhal əl əyləcini çəkib avtomobili saxlamış və həmin vaxt yük avtomobilinin yük yerində olan yükün ağırlığı avtomobilin ön hissəsinə gəldiyindən avtomobilin qabaq hissəsi amortizasiya edərək bir qədər önə doğru əyilmişdir. Həmin vaxt o, dərhal avtomobildən düşmüş və bir nəfər qadının ayağının avtomobilin qabaq sol təkərinin altında qalmasını görüb özünü itirmişdir. Həmin zaman ətrafda olan şəxslər köməyə gəlmiş və o sükan arxasında əyləşərək avtomobili arxaya vermişdir. Bir müddət sonra hadisə yerinə təcilli tibbi yardım avtomobili və polis əməkdaşları gəlmişdir. Həkimlər tərəfindən həmin qadın TTY avtomobili ilə xəstəxanaya aparılmışdır. Bundan sonra o, polis əməkdaşlarına özünü təqdim etmiş və polis idarəsinə aparılmışdır. O, piyada qadının avtomobilin qarşısından keçməsini önündə tıxac olduğu üçün görməmişdir. Hadisədən sonra mərhum X6 hüquqi varisi X2 maddi yardım göstərərək barışıq əldə etmiş, mərhum zərərçəkmiş şəxsin ailəsinin ondan heç bir şikayət, tələbi yoxdur. Himayəsində iki azyaşlı uşağının olmasını və ailəsində yeganə qazanc gətirən şəxs olmasını, eləcə də səmimi peşmançılığını qeyd edib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, X10 ilə 1986-cı il tarixdə ailə həyatı qurmuşdur. Həmin nikahdan 3 övladı dünyaya gəlmişdir. X16 2021-ci ilin sentyabr ayının 30-da İİ Qarabağ-Vətən müharibəsində iştirak etməklə şəhid olmuşdur. 17.09.2021-ci il tarixdə saat 15 radələrində yoldaşı Zeynəb Bayramova emusiya almaq məqsədilə evdən çıxmış, o isə evdə təmir işi görürmüşdür. Həmin gün yoldaşı Zeynəb Bayramova emusiya alıb evə qayıtsa da, boya almağı unutmuş və boya almaq məqsədilə yenidən evdən çıxıb getmişdir. X8 yaşadığı evə gəlməməsindən narahat olmuş və bu barədə polisə zəng vurmağa qərar versə də, ilk öncə yaşadığı evin yaxınlığında yerləşən 35 saylı TTYS-nə müraciət etmiş və yoldaşı Zeynəb Bayramovanı qeyd olunan yardım stansiyasından maraqlandıqda ona bildirilmişdir ki, bir nəfər qadının “Mərkəz” deyilən küçədə yük avtomobili tərəfindən vurularaq təcili yardım stansiyasına aparılsa da, həyatını xilas etmək mümkün olmamışdır. Bundan sonra o, Ə.Məlikov adına 6 nömrəli xəstəxananın morquna yollanmış və orada X8 cəsədini görən zaman sonuncunu tanımışdır. Orada ona məlum olmuşdur ki, yoldaşı Zeynəb Bayramova yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən maddi yardım göstərilərək dəymiş zərər ödənilmiş və hazırda sonuncu ilə barışmış, ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 17.09.2021-ci il tarixdə iş olduğu üçün tanışı Toğrul onu Keşlə qəsəbəsindən götürməyə gəlmişdir. Həmin zaman Toğrulun idarə etdiyi yük avtomobilini DSK yolunda yerləşən avtotəmir məntəqəsinə aparmışdır. Həmin gün saat 15 radələrində Mehdiabad tərəfdən həmin yük avtomobili ilə Binəqədi mərkəzi küçə ilə keçib Respublika Dövlət Yol Polis İdarəsi istiqamətində hərəkət etməli olmuşlar. Həmin gün saat 16 radələrində Daş Bazarı tərəfdən Mərkəz deyilən yerə Ramazanov küçəsi ilə hərəkətdə olan zaman “Qız Qalası” marketi keçdikdə yük avtomobili ilə tıxacda dayanmışlar. Yol bir qədər açıldıqdan sonra təxminən 5 metr irəliləyib yenidən dayanmışlar. Həmin vaxtı boyu balaca olan bir qadın yolu keçməyə çalışmışdır. Amma nə Toğrul, nə də ki, o, həmin qadını görməmişdir. Qarşılarında dayanan avtomobil hərəkət etdikdən sonra onlar da hərəkət etməyə başlamışlar. Avtomobil təxminən 2-5 km/saat sürətlə hərəkət etməyə başlayan zaman yolun kənarında olan insanlar qışqırmağa başlamışlar. Toğrul dərhal əl əyləcini çəkərək yük avtomobilini saxlamışdır. Çöldə olan insanlar onlardan avtomobili arxaya verməklərini tələb etmişlər. Avtomobildən endikdən sonra bir qadının yerdə uzanmış vəziyyətdə olduğunu görmüşlər. Avtomobilin qabaq sol təkəri qadının ayağının üstündən keçmişdir. Bundan sonra Toğrul avtomobili arxaya vermişdir. Bundan sonra o, dərhal 103 xidmətinə zəng vuraraq təcili tibbi yardım çağırmışdır. Bir qədər sonra təcili tibbi yardım avtomobili gəlmiş və qadını avtomobilə qoyaraq xəstəxanaya aparmışlar. Həmin vaxtı polis əməkdaşları hadisə yerinə gəlmiş və avtomobili cərimə meydançasına aparmışlar. Təqsirləndirilən şəxs isə polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17.09.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə CM-in 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 17.09.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotoşəkillərdən görünür ki, baxış zamanı yol nəqliyyat hadisəsi yerinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəzi küçəsində baş verməsi müəyyən edilmişdir. 17.09.2021-ci il tarixli, 2/26535 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı, yəni 17 sentyabr 2021-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. 17.09.2021-ci il tarixli, 174 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 rəyindən görünür ki, mərhum Z.Q.Bayramovanın meyitində kiçik çanaq boşluğuna qanaxma ilə müşayiət olunan sidik kisəsinin və uşaqlığın zədələnmələri, sağ və sol qalça, qasıq sümüklərinin sınıqları, sol bazu sümüyünün qapalı sınıqları, sağ və sol bud sümüklərinin açıq qəlpəli sınıqları, qarın nahiyəsinin, sağ və sol bud nahiyələrinin, sağ və sol baldır nahiyələrinin, aralıq nahiyəsinin əzilmiş-cırılmış yaraları, sol əlin İV barmağın dırnaq sədəfinin tamlığının pozulması ilə müşayiət olunan sol əlin İV barmağının əzilmiş yarası, qarın nahiyəsinin qançırı, sağ diz oynağı nahiyəsinin, sağ mil-bilək oynağı nahiyəsinin, sağ əlin arxa səthinin, sağ əlin İV, V barmaqlarının sıyrıqları xəsarətlər aşkar edilmişdir. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Z.Q.Bayramovanın meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 17.09.2021-ci il tarixdə avtomaşının Z.Q.Bayramovanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Z.Q.Bayramovanın ölümünə səbəb çanaq sümüklərinin, sol bazu sümüyünün, sağ və sol bud sümüklərinin sınıqları, sidik kisəsinin və uşaqlığın zədələnməsi nəticəsində baş verən hemotravmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, onun ölümü meyitin meyitxanada müayinəsi başlanandan (17.09.2021-ci il tarixdə, saat 20:00-da meyitin müayinəsinə başlanmışdır) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Z.Q.Bayramovanın meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar olunmamışdır. 22.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 16.10.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 19.10.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25.01.2017-ci il tarixdə (25.01.2027-ci il tarixədək etibarlı olan) AC 629801 nömrəli “A BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. 19.10.2021-ci il tarixli, 8/2592 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes-Benz” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 23.11.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, “Təhlükəsiz şəhər” sisteminin ərazidə quraşdırılmış TŞ8-105 nömrəli Təhlükəsiz Şəhər görüntü kamerası vasitəsi ilə 17.09.2021-ci il tarixdə saat 16:03:00-dan saat 16:20:00-dək olan müddətdə qeydə alınan diskə baxış keçirilmiş, baxış zamanı 17.09.2021-ci il tarixdə saat 16:03:52-də «Mercedes-Benz » markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkətdə olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəzi küçədə yerləşən “Qız qalası” marketin qarşısında yolun sağ kənarında dayanması, həmin vaxt bir nəfər qadının avtomobilin qarşı hissəsi ilə yolu keçmək istəyən zaman «Mercedes- Benz» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət edərək piyada qadını avtomobilin sağ qabaq hissəsi ilə vuraraq yerə yıxaraq avtomobilin sol qabaq təkəri ilə qadının üzərinə çıxıb avtomobili saxlaması, bu zaman həmin yük avtomobilində olan sərnişin və sürücünün avtomobildən yerə düşməsi, avtomobilin qabaq sol tərəfində asfaltın üzərində hərəkətsiz vəziyyətdə bir nəfər qadının olması, hadisə yerinə polis əməkdaşlarının və çoxlu sayda şəxslərin toplaşması, saat 16:20:36-da hadisəsi yerinə Təcili Tibbi yardım avtomobilin gələrək piyada qadını avtomobilə qoyaraq aparması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 17.09.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mərkəzi küçədən “Qız qalası” marketin qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi törətmiş «Mercedes-Benz» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edən şəxsin özü olmasını bildirmişdir. 23.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 23.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 13.12.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə «Mercedes-Benz» markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi X5 təhvil verilmiş və 1 (bir) ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. AA ******* və AA ******* nömrəli şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25.08.2012-ci il təvəllüdlü X13 və 03.06.2019-cu il təvəllüdlü X12 adlı iki azyaşlı uşağı vardır. Naxçıvan şəhər İHB-nin Qaraxanbəyli İƏDÜ nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 19.01.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X4 ilə Təqsirləndirilən şəxs barışmış, sonuncu tərəfindən cinayət hadisəsi nəticəsində vurulmuş ziyan ödənilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin iş materiallarında olan və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə CM-in 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir. CM-in 60.1-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası həmin maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsində cəzanı yüngülləşdirən hallar olduqda qanunverici tərəfindən cəzanın təyin edilməsi qaydasının müəyyənləşdirilməsi cinayət qanununun əsas başlanğıclarından olan humanizm prinsipindən irəli gəlir. Buna dair cinayət qanunvericiliyinin tələbi ondan ibarətdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Cinayət törədən şəxs barəsində humanizm prinsipi təqsirkara nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmanı nəzərdə tutur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza həddini müəyyən edərkən yuxarıda göstərilənlərdən başqa, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, CM-in 60cı maddəsinin tələblərinə əsasən ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan az ağır cinayət törətməyə görə təqsirli bilinib, CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, CM-in 45.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və hökmlə həmin cəza növü üçün müəyyən ediləcək müddətə şamil olunmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «Mercedes-Benz» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X5 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilmə müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və həmin cəza növü üzrə müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Mercedes-Benz» markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi X5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №1(001)-139/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-139/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver