Məhkəmə qərarları › İş №1(001)-14/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-14/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-14/2023 06.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızı Məhkəmə iclasının katibi: X25 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1970-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 36, 2 saylı yataqxanada qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, Yeni Yaşayış massivində nömrəsiz evdə yaşamış və hazırda barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından suiistifadə edib sonuncunun Yasamal rayonu, 60 nömrəli orta məktəbdə fənn laboratoriyasında işləyən qızı Şahid2 həmin məktəbə informatika müəlliməsi düzəldəcəyini yalandan vəd verib aldadaraq, tanışı Şahid3 vasitəsi ilə Zərərçəkmiş şəxs3 qohumu Şahid1 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 saylı notariat kontorunun qarşısında 3000 manat, xx.xx.2019-cu ildə eyni ünvanda 7000 manat, xx.xx.2019-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat kontorunun qarşısında 2000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 12000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid5 Polis Akademiyasına qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 2020-ci ilin sentyabr ayının birinci ongünlüyündə Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsi, 108 nömrəli evin qarşısında bir-iki gün fərqlə 3000 manat, 2500 manat və 2600 manat olmaqla, üç dəfəyə cəmi 8100 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 8100 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tanışı X31 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə X5 etibarından sui-istifadə edərək sonuncunun barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 1(011)-201/2021 nömrəli cinayət işini onun xeyrinə xitam etdirəcəyinə dair yalandan vəd verib aldadaraq, Həsən Zəkəryəyevdən 2021-ci ilin mart ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində yerləşən “Amay” ticarət mərkəzinin qarşısında Lütvi Əliyevlə birlikdə 600 manat və 2021-ci ilin aprel ayının ortalarında eyni ünvanda özü isə 200 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Həsən Zəkəryəyevə ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncunun Türkiyə Respublikası İzmir şəhərində yerləşən Kütahya Dumlupınar Universitetində təhsil alan oğlu Şahid5 Azərbaycan Respublikasının Aviasiya Akademiyasına köçürülməsini həll edəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 2021-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsi, ev 108-də 5000 manat və həmin ilin iyun ayının ortalarında eyni ünvanda 1000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onu Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təchizat İdarəsinə işə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 2021-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 312 nömrəli hündürmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən keçmiş “Mandarin”, indi isə “X49” adlanan restoranda 10000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini bitirmiş, hərbi xidmətdə olmuşdur. Özü ailəlidir, 2004 və 1999-cu il təvəllüdlü iki övladı var. 2002-ci ilə qədər Müəllimlər İnstitutunun Sumqayıt filialında müəllim işləmiş və həmin vaxtdan işsizdir. Bildirir ki, X19 uzun illərdir ki, tanıyır. 2020-ci ilin təxminən may ayında Lütfi onu Həsən Zəkəryəyev adlı şəxslə tanış etmişdir. Həsən onun Xətai Rayon Məhkəməsində dələduzluq məsələsi ilə bağlı işinin olmasını və ona həmin ziyanı ödəmək üçün məhkəmədən vaxt almaq məsələsində kömək etmək lazım olduğunu bildirmişdir. O, Həsənə işinə köməklik edə biləcəyini, lakin həmin işlə bağlı bəzi yerlərə gedib-gəlmək üçün ona 600 manat hörmət etməli olmasını bildirmişdir. Həsən razılaşmış və ona həmin məbləği «Amay» ticarət mərkəzinin yanında vermişdir. Bundan sonra o, Həsənin dövlət hesabına təyin edilmiş vəkili ilə görüşmüş və ona məhkəmədən vaxt almasını, onların da şikayətçi ilə görüşüb vaxt alacaqlarını demişdir. Sonra o, Həsəndən şikayətçi olan şəxslə də görüşmüş və ondan vaxt almışdır. Lakin sonra Həsən həmin pulu ödəyə bilməmiş və məhkəmə mütləq pulun ödənilməsini şərt qoymuşdur. Ondan sonra da Həsən daha ona lazım olmadığını, ona verdiyi 600 manatı qaytarmasını demişdir. O, da bildirmişdir ki, onun məsələsinin həlli üçün bir çox yerlərə maşın sürmüş və pul xərcləmişdir. Həmin ərəfədə Həsən Lütfi ilə çörək yemələri üçün ona 200 manat da pul vermiş, həmçinin Həsənlə birlikdə onun maşınında gedəndə 20 manat benzin vurmuşdur. Həsənlə bağlı aralarında narazılıq yaranmış və Həsənin ondan şikayət etdiyini bilmişdir. Bildirir ki, o, Ramiz adlı dostu vasitəsilə bu ilin yayında Həsənə 600 manat pul göndərmiş, Həsənə 220 manatı da qaytarmağa söz verir. Bildirir ki, onun Həsəni aldatmaq və pulunu ələ keçirmək fikri olmamış, ona kömək etmək üçün xidmət etmiş, lakin Həsənlə aralarında narazılıq yarandığından o, şikayət etməmişdən əvvəl onun pulunun əksər hissəsini qaytarmışdır. Bundan başqa bildirir ki, Zərərçəkmiş şəxs1 2020-ci ilin yayında özü ona zəng vurmuş, oğlunun təhsil məsələsi ilə bağlı onunla görüşmək istədiyini bildirmiş və onlar görüşmüşlər. Svetlana oğlu Həbibin ali məktəbə imtahan verdiyini və 345 bal topladığını, Polis Akademiyasına qəbul olunmaq istədiyini bildirmişdir. Svetlana onun oğlunun həkim komissiyasından keçməsinə köməklik etməsini ondan xahiş etmişdir. O, maraqlanıb komissiyanın vaxtının artıq keçdiyini bilmişdir. Svetlanaya təklif etmişdir ki, oğlunu Türkiyədə hansısa universitetə qəbul etdirə bilər və bu işin həlli üçün o, Svetlanadan 4800 manat pul almışdır. O, daha sonra Bakıda olan adını xatırlamadığı bir şirkətin vasitəsilə Svetlananın oğlunu Türkiyə Universitetinə qəbul etdirmiş və həmin işin həllinə 5100 manat pul xərcləmişdir. Svetlana onun əlavə xərcini ödəməmiş, sonra ona həmin şirkətdən bildirmişlər ki, Svetlana onları tapıb onunla bağlı narazılıq etmişdir. Daha sonra isə Svetlana ilə ortaq tanışları Valehlə birlikdə üçü görüşmüşlər. Svetlana əsassız olaraq ona 8100 manat verdiyini, 5100 manat onun xərclədiyini nəzərə alaraq və 1000 manat da ona endirim edərək qalan 2000 manatı ödəməyini istəmişdir. O, isə 8100 manatı almadığını demişdir. Bundan bir il sonra Svetlana ona yenə artıq onun oğlunun Azərbaycanda olan Aviasiya Akademiyasına köçürülmə məsələsini həll etməsini demişdir. O, da bununla bağlı onlayn müraciət etməsini və ola bilər ki, köçürülmənin müdaxilə olmadan öz həllini tapacağını fikirləşmişdir. O, həmin işin həlli üçün Svetlanadan bir dəfə 5000 manat və bir dəfə də 1000 manat pul almış, lakin onun müraciətinə baxmayaraq köçürülmə məsələsi həll olunmamışdır. O, həmin 6000 manatı artıq şəxsi ehtiyaclarına xərcləmiş və Svetlanaya onun pulunu 2 aya qaytaracağını demişdir. Hətta bir dəfə onun evinə 4000 manatla getmiş, Svetlana götürməyib aldığı pulu tam həcmdə qaytarmağını istəmişdir. Bundan başqa Daşdəmirov İsamədddini təxminən 20 il olar ki, tanıyır. Təxminən 2019-cu ildə Şahid3 Şahid2 işi ilə bağlı ona müraciət etmiş, həmin qadını laborant işlədiyi 60 nömrəli orta məktəbə informatika müəlliməsi düzəltməyini xahiş etmiş, o, da həmin vaxtı pula ehtiyacı olduğu üçün köməklik edəcəyini yalandan vəd etmiş və bu işə görə İsaməddin vasitəsi ilə bu işin həlli üçün 12000 manat pul istəmişdir. Şahid3 Şahid2 60 nömrəli orta məktəbə informatika müəllimi düzəltmək adı ilə həmin şəxsin qohumundan xx.xx.2019-cu ildə ünvan 2 ünvanında yerləşən 3 saylı notariat ofisinin qarşısında 3000 manat, xx.xx.2019-cu ildə eyni ünvanda 7000 manat, xx.xx.2019-cu ildə isə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisinin qarşısında 2000 manat almış və həmin pulları qeyd edilən ünvanda İsaməddin pulu aldığı gün ikilikdə ona vermişdir. xx.xx.2019-cu ildə Günelin qohumu Ədalətlə onun Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisinin qarşısında İsaməddinin iştirakı ilə görüşləri olmuş, görüş vaxtı Günelin qohumu Ədalətlə İsaməddin vasitəsi ilə tanış olmuş, danışıq zamanı o, Günelin qohumu Ədalətə bir daha Güneli 60 nömrəli məktəbə informatika müəlliməsi kimi işə düzəldəcəyini vəd vermişdir. Görüş vaxtı o, işi olduğu üçün getməli olduğunu, buna görə pulu İsaməddinin almağını söyləmiş və oradan çıxıb getmişdir. İsaməddin hər dəfə pul almaq üçün Ədalət adlı şəxslə görüşə gedən zaman ona yığıb görüşə getməyi təklif etsə də, o, yalandan bəhanələr uydurub görüşə getməkdən yayınmış, lakin sonuncu dəfə həmin görüşə getmişdir. Şahid3 vasitəsi ilə Şahid2 işi ilə bağlı aldığı 12000 manat puldan İsaməddinə hansısa məbləğdə pul verməmişdir. Günel İskəndərovanın işinin həlli ilə bağlı kiməsə müraciət etməmiş, o, həmin pulu özü üçün almış və 12000 manat pulu ələ keçirməsi üçün qeyd edilən vədləri yalandan vermişdir. Bundan başqa bildirir ki, Zərərçəkmiş şəxs4 həmyerli kimi o, çoxdan tanıyır. Yusif yalan göstərir, ondan pul almamış və ona heç bir vəd verməmişdir. Onunla aralarında Səhiyyə Nazirliyinə işə düzəltmək barədə söhbətləri olmamışdır. Həsəndən və Svetlanadan aldığı puldan heç kimə pul verməmiş, özü xərcləmişdir. Svetlananın oğlunu universtetə düzəldən şirkətin adını və yerləşdiyi yeri xatırlamır, ödənişlə bağlı hər hansı qəbzi yoxdur. Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi videogörüntülərdəki şəxs odur və Svetlanadan 5000 manat pulu alarkən çəkilmiş video görüntüdür. Lütfi və Bəhrəm Həsənovun ondan əvvəl Svetlanadan oğlunun təhsil məsələsinin həlli ilə bağlı pul almaları barədə onun bir məlumatı olmamış, amma Svetlananın oğlunun universitet probleminin olmasını hazırda xatırlamadığı bir şəxsdən eşitmiş, hazırda dəqiq xatırlamır ki, Svetlana ona zəng edib oğlunun işini xahiş etmiş, ya o, özü ona zəng vurmuşdur. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslərlə barışdığından və onlara vurulmuş ziyanı ödədiyindən məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, qızı Şahid2 2012-ci ildən Bakı şəhəri, Yasamal rayonu, 60 nömrəli orta məktəbdə informatika laborantı işləyir. Hər dəfəsində qızı həmin məktəbə informatika müəlliməsi vəzifəsinə keçmək istəmiş, buna görə müəllimlərin işə qəbulu imtahanına girsə də imtahandan keçə bilməmişdir. 2019-cu ilin yay aylarında qızı Günel ona zəng vurub bildirmişdir ki, iş yoldaşının tanışı olan İsaməddin adlı şəxsin köməkliyi ilə işlədiyi məktəbə informatika müəlliməsi işinə düzələcəkdir. O, İsaməddinin kim olduğunu soruşan zaman qızı Günel ona narahat olmamağını, özü həmin şəxslə danışdığını, iş yoldaşının tanışı olduğunu söyləmişdir. Qızı danışıq zamanı ona bildirmişdir ki, həmin şəxs bu işi görmək üçün 12000 manat pul istəyir və ondan həmin pulu verməyini xahiş etmişdir. O da razılaşmışdır. Qızının ailəli olmasını, özünün isə Beyləqan şəhərində yaşadığından baldızı oğlu Ədalətə zəng vurub bu barədə məlumat vermiş və xahiş etmişdir ki, ona verəcəyi pulları İsaməddin adlı şəxslə görüşüb versin. Ədalət də onunla razılaşmış, o da buna görə özü Bakı şəhərinə gəlib Ədalətə 3000 manat vermişdir ki, aparıb İsaməddinə versin. Ədalət də həmin pulu aparıb xx.xx.2019-cu ildə İsaməddinə vermişdir. Sonradan xx.xx.2019-cu ildə 7000 manat, xx.xx.2019-cu ildə isə 2000 manat pulu Ədalət ondan alıb İsaməddinə vermişdir. Ədalətdən xahiş etmişdir ki, pulu İsaməddinə verən zaman notarial qaydada versin ki, sabah əllərində İsaməddinə pulu vermələrini təsdiq edən sənəd olsun. Buna görə də Ədalət İsaməddinə xx.xx.2019-cu ildə 3000 manat, xx.xx.2019-cu ildə 7000 manat, xx.xx.2019-cu ildə isə 2000 manat verməyi ilə bağlı notariusda kredit müqaviləsi bağlamış, həmin müqavilədə pulların borc kimi verildiyi göstərilsə də, o, 12000 manat pulu Ədalət vasitəsi ilə İsaməddinə qızı Güneli işlədiyi 60 nömrəli məktəbə informatika müəlliməsi vəzifəsinə keçirməyi adı ilə vermişdir. Hətta Ədalət də İsaməddin adlı şəxslə görüşən zaman işi maraqlanmış, İsaməddin isə ona geniş əlaqələrinin olduğunu, Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə Güneli 60 nömrəli məktəbə 2019-cu ilin sentyabr ayınadək informatika müəlliməsi vəzifəsinə düzəldəcəyini söyləmişdir. Danışıq zamanı İsaməddin pulu kimə verəcəyini bildirməsə də, hər şeyə cavabdeh özü olduğunu və bu işi özü həll edəcəyini söyləmişdir. O, pulların verilməsində və digər danışıqlarda iştirak etməsə də, bu barədə ona Ədalət və qızı Günel məlumat vermişdir. O, İsaməddini görməsə də, baş verən bütün proseslərdən məlumatlı olmuşdur. Ədalət 12000 manat pulu İsaməddinə verdikdən sonra həmin ilin iyulavqust ayında qızı Təhsil Nazirliyinin MİQ imtahanına girmişdir. İmtahana girməmişdən qabaq İsaməddin qızı Günelə narahat olmamağını, heç test suallarına cavab verməməyini, onsuz da qızının imtahan nəticəsini özü həll edib qızını 60 saylı orta məktəbə informatika müəlliməsi işinə qəbul etdirəcəyini söyləmişdir. Buna görə də qızı Günel imtahana girmiş və həmin imtahanın nəticəsində çox az bal yığdığı üçün imtahanı keçə bilməmişdir. Bu barədə qızı Günel İsaməddinə bildirdikdə narahat olmamağını, sentyabr ayının 15-də müəllimə kimi məktəbə gedəcəyini vəd etmişdir. Lakin həmin müddət gəlsə də, qızı Günel müəllimə vəzifəsinə keçə bilməmişdir. Bu barədə qızı və qohumu Ədalət İsaməddinə yığıb işin niyə belə olduğunu soruşan zaman hər dəfəsində onlara narahat olmamalarını, tezliklə işinin alınacağını bildirib vaxtı uzatmışdır. Sonradan İsaməddin vaxtı çox uzatdığından ondan pullarını tələb etmişlər, hər dəfə pulu qaytaracağını bəhanə etdiyi üçün gözləmişlər. Sonradan isə onun xahişilə Ədalət bu barədə polisə şikayət etmişdir. Ədalətin İsaməddinə verdiyi 12000 manat pul ona məxsusdur, həmin pulu zəhmətilə öz əmək haqqından yığmışdır. O, İsaməddini görməmiş və danışmamışdır. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi olmadığını bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Ədliyyə Nazirliyində işləmiş və 2004-cü ildə xəstəliklə bağlı vəfat etmişdir. Həmin vaxtdan da o, atasının Binəqədi rayonu, Xocasən qəsəbəsi yolunda, Motodrom yaşayış sahəsində yerləşən 108 saylı evində valideynləri və övladları ilə birlikdə yaşayır. Onun 2002-ci il təvəllüdlü Həbib adlı oğlu və 2006-cı il təvəllüdlü Aysel adlı qızı var. Özü ixtisasca həkimdir, əvvəllər həkim işləmiş, amma yoldaşı rəhmətə gedəndən sonra bu günə qədər işləmir. Oğlu Şahid5 2020-ci ildə orta məktəbi bitirəndən sonra Polis Akademiyasına qəbul olunmaq üçün sənədlərini vermişdir. Həmin vaxt oğlu test imtahanından 525,6 bal toplamış və idman normativini də vermişdir. Lakin həmin ərəfədə onun atasının səhhətində problemləri olduğundan onu müayinə üçün Türkiyəyə aparmış, sonra atasını Bakıya gətirib onu əməliyyat etdirmişdir. Həmin ərəfədə onun başı qarışıq olduğu üçün Həbib həkim komissiyasından keçmə müddətini ötürmüşdür. O, bundan sonuncu gün xəbər tutmuş və artıq iş vaxtı qurtardığı üçün komissiyaya girə bilməmişlər. Həmin ərəfədə oğlunun ingilis dilindən hazırlıq müəlliməsi Saniyə adlı qadın onlara onun Elmlər Akademiyasında işləyən Lütvi adlı tanışının olmasını, əgər razı olsalar oğlunun həkim komissiyasından keçməsi məsələsini həll etməsi üçün onunla danışa biləcəyini demişdir. O, da Saniyəyə həmin şəxslə özü danışandan sonra əgər razı olarsa nömrəsini verməsini, özünün də danışacağını bildirmişdir. Sonra Saniyə ona Lütvi ilə danışdığını və onun onlara köməklik edə biləcəyini demiş, həmçinin Lütvinin nömrəsini ona vermişdir. O, da özü Lütvi ilə danışmışdır. Lütvi bu məsələ ilə bağlı görüşüb danışmaq lazım olmasını demiş və o, Lütviyə evinin yerini izah etmişdir. 2020-ci ilin avqust ayının ortalarında Lütvi təklikdə onun evinə gəlmiş, o, Lütvini birinci dəfə həmin zaman görmüş, Lütviyə oğlunun imtahandan və idman normativindən keçməsi barədə məlumat vermiş və bildirmişdir ki, həkim komissiyasından keçmə vaxtını ötürmüşlər. Lütvi onun bir nəfər tanışının olmasını, polis orqanlarında işləməsini və mötəbər bir adamın qohumu olmasını, həmin şəxsin onun oğlunun məsələsini həll edə biləcəyini, amma onlar oğlunu Polis Akademiyasına deyil, X6 qəbul etdirə biləcəklərini bildirmişdir. O, naəlac qalıb razılaşmışdır. Lütvi bu işin həlli üçün 5000 manat pul lazım olmasını bildirmiş, o, isə Lütviyə həmin məbləğdə pulunun olmamasını, cəmi 3.000 manat pul verə biləcəyini demişdir. Lütvi onunla razılaşmışdır. Bu söhbətdən təxminən 2 gün sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında Lütvi bir nəfər şəxslə onun evinə gəlmiş, Lütvi yanında gələn şəxsin oğlunun işini həll edəcək şəxs olmasını və adının da Bəhrəm olmasını demişdir. X35 polisində işlədiyini və özünün də Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin qohum olmasını məlumat vermişdir. Bəhrəm də onun heç nədən narahat olmamasını, təxminən bir həftəyə onun oğlunun həkim komissiyasından keçmə məsələsini həll edəcəyini və onların telefona bu barədə mesaj gələcəyini demişdir. O, razılaşaraq onlara ilkin olaraq 1500 manat pul düzəltməsini, iki günə də qalan pulu verəcəyini bildirmişdir. Lütvigil razılaşmış və o, Motodromda yaşadığı evin həyətyanı sahəsinin giriş darvazasının qarşısında 1500 manat pulu Lütviyə vermiş, Lütvi onun yanında pulu sayıb tam şəkildə Bəhrəmə vermişdir. Həmin zaman onun yanında atası, anası, qızı Aysel və qonşu Günay olmuşdur. Bəhrəmgil «Kia» markalı ** VZ *** nömrəli avtomobillə gəlmiş, maşını da Bəhrəm idarə etmişdir. Onlar pulu alıb çıxıb getmiş, iki gün sonra yeni eyni yerdə o, Lütviyə 1500 manat pul vermiş və Lütvi yenə pulu sayıb onun yanında Bəhrəmə vermişdir. Yenə həmin zaman yanında valideynləri, qızı və qonşu Günay olmuşdur. Bildirir ki, o, oğluna aid sənədlərin surətlərini də Lütvigilə vermişmişdir. Lütvi ilə Bəhram isə bir həftə ərzində oğlunun həkim komissiyası işinin həll olunacağını bildirmişlər. Lakin bir həftə sonra heç bir xəbər çıxmamış, o, Lütvigillə əlaqə saxlamış, Bəhrəm telefona cavab verməmiş, Lütvi isə telefona cavab verib guya Bəhrəmin söz verdiyini və işi düzəldəcəklərini demişdir. Lakin iş həll olunmamışdır. O, Lütvidən pulunu geri istəmiş, Lütvi isə ona həmin puldan cəmi 100 manat pul qaldığını demiş və güya Bəhrəmi tapıb onunla əlaqə saxlayacaqlarını söz vermişdir. 2020-ci ilin avqust ayının sonlarında bir nəfər onun 055 313 27 74 saylı nömrəsinə 051 705 44 44 saylı nömrədən zəng vurub adının Ədalət olduğunu və X34 inspektoru olduğunu demişdir. Ədalət bildirmişdir ki, onun oğlu lazımi qədər bal toplamış və idman normativini keçmişdir. Ədalət X34 işçisi kimi onun oğlunun həkim komissiyasından keçmə məsələsini həll edəcəyini demişdir. O, da Ədalətə inanmış, çünki Ədalət oğlunun balı haqqında və digər məlumatları çox dəqiqliklə bildirmişdir. Əslində o, sonralar bilmişdir ki, Ədalət də dələduz imiş və o, Lütvinin onun oğlu haqqında ona verdiyi məlumatlardan istifadə edərək, Lütvinin verdiyi istiqamət üzrə ona zəng edib özünü İmtahan Mərkəzinin işçisi kimi təqdim edib onu aldatmışdır. Ədalət onunla görüşmək istədiyini demiş və o, razılaşıb Ədalətə evinin yerini izah etmişdir. Ədalət təklikdə özünün idarə etdiyi «Mercedes» markalı avtomobillə onun evinin qarşısına gəlmiş və o, birinci dəfə onu həmin zaman görmüşdür. X46 Mərkəzində test sualları ilə bağlı sahədə işlədiyini, onun oğlunun problemi olduğunu görüb pul müqabilində ona kömək etmək istədiyini demişdir. Ədalət çox inandırıcı danışmış və hətta ona bir vəsiqə də göstərmişdir ki, vəsiqədə böyük hərflərlə DİM yazılmışdır. Ədalət guya gizlincə oğlunun sənədlərini içəridə həll edəcəyini demişdir. Həmin vaxtı 2020-ci ilin sentyabr ayının əvvəlləri olmuşdur. Ədalət təxminən 10000 manat pul müqabilində oğlunun həkim komissiyası məsələsini həll edəcəyini və oğlunun bu il təhsilə başlayacağını bildirmişdir. Bildirir ki, sentyabr ayının 14-nə kimi oğlunun topladığı bala görə onun başqa universiteti onlayn yolla seçərək qəbul olunmaq imkanı olmuş, lakin Ədalət ona başqa universitet seçməyə qoymamış və oğlunun Polis Akademiyasına qəbul olunma məsələsini həll edəcəyini bildirmişdir. O, artıq dərslərin başlamasına az qaldığını demiş, Ədalət isə pandemiya ilə bağlı dərslərin onsuz da gec başlayacağını bildirmişdir. Bundan sonra o, 2020-ci ilin sentyabr ayının birinci ongünlüyündə bir-iki gün fərqlə Ədalətə yaşadığı evin qarşısında bir dəfə 3000 manat, sonra 2500 manat və sonra 2600 manat olmaqla cəmi 8100 manat pul vermişdir. Ədalət işi həll edəcəyinə söz versə də iş həll olunmamış, başqa universiteti seçmə ilə bağlı müddətin sonuncu günü, yəni 2020-ci ilin sentyabr ayının 14-də o, Ədalətlə əlaqə saxlayıb əgər işi həll edə bilmirsə oğlunun başqa universiteti seçməsini bildirmiş, lakin Ədalət tam inandırıcı formada başqa universitet seçməməsini, onun işi həll edib oğlunu Polis Akademiyasına qəbul etdirəcəyini demişdir. O, da inanıb gözləmiş, sonra artıq dərslər başlamış, lakin oğlunun qəbul məsələsi həll olunmamışdır. O, Ədalətdən məsələnin nə yerdə olduğunu soruşmuş, Ədalət onlara gəlmiş, işi həll edə bilmədiyini etiraf etmiş və onun pulunu qaytaracağını demişdir. Artıq onun oğlunun 2020-ci ilin dekabr ayında 18 yaşı tamm olacağı üçün onu hərbi xidmətə aparacaqlarından o, oğlu Həbibin ali məktəbə qəbul olunub təhsil almasını istədiyi üçün Ədalətdən bu işi həll etməsini tələb etmişdir. Ədalət sonra ona oğlunu Türkiyədə hansısa universitetə qəbul etdirə biləcəyini demiş, o, da məcbur olub razılaşmışdır. Ədalət sonra gəlib Türkiyənin İzmir şəhərində olan universitetin beynəlxalq əlaqələr fakültəsinə 5100 manat müqabilində qəbul etdirə biləcəyini, lakin universitetin təhsil haqqını onun əlavə özünün ödəməli olmasını demiş, o, məcbur olub razılaşmışdır. Ədalət ona verdiyi 8100 manatın 5100 manatını Türkiyədə universitetə qəbulla bağlı xərc çəkəcəyini, qalan 3000 manatı isə onun özünə qaytaracağını demişdir. Bundan sonra oğlu İzmir şəhərində universitetə qəbul olunmuş, Ədalət artıq dekabr ayında dərslərin başlayacağını və onun buna görə 1800 manat illik təhsil haqqını ödəməli olmasını demişdir. O, razılaşmış və 2020ci ilin noyabr ayının ortalarında Ədalətə öz evində 1800 manat pul vermişdir. Bundan sonra 2020-ci ilin dekabr ayında Həbib onlayn dərslərə başlamışdır. Sonradan Həbib universitet yoldaşlarından həmin universtitetin illik təhsil haqqının birinci semestr üçün 200 manat, ikinci semestr üçün də 200 manatdır olmasını bilmişdir. Həmçinin o, Ədalətin onun oğlunu Türkiyəyə göndərmək üçün sənədlərini hazırlatdığı şirkətin nümayəndəsini tapıb onunla görüşmüş və oğlunun İzmirdə qəbul olunması ilə bağlı Ədalətin cəmi 1200 manat xərc çəkməsi ona məlum olmuşdur. O, Ədalətin hərtərəfli onu aldatmasını başa düşmüdür. Bu barədə Ədalətin özünə deyəndə onlara gəlib hər şeyi etiraf etmiş di və birinci kursdan sonra oğlunu Bakıya Aviasiya X3 fakültəsinə köçürtdürəcəyini söz vermişdir. O, məcbur olub razılaşıb gözləməyə başlamışdır. Həmin ərəfədə o, Lütvigildən pulunu ala bilmədiyi üçün 2021-ci ilin fevral ayında 40-cı Polis Bölməsinə şikayət etmişdir. Lakin şikayətində Ədalətlə bağlı heç nə bildirməmiş, çünki hələ də ona inanıb gözləmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində artıq Həbib birinci kursu bitirdikdən sonra Ədalət əlaqə saxlayıb onlara gəlmiş və X11 köçürülməsi üçün 10000 manat pul lazım olduğunu demişdir. O qədər imkanı olmadığını demişdir. 2021-ci ilin iyun ayının əvvəllərində yaşadığı evdə Ədalətə birinci dəfə 5000 manat pul vermiş və həmin zaman atası yanında olmuşdur. Qızı Aysel telefonu ilə pul verilmə anını videoya çəkmişdir. Bundan sonra o, Ədalətə 2021-ci ilin iyun ayının ortalarında yenə öz evində 1000 manat pul vermişdir. Ədalətə bundan artıq pul düzəldə bilməyəcəyini bildirmişdir. Həmin zaman anası və qızı evdə olmuşdur. Bununla da o, Ədalətə ümumilikdə 8100 manat, 1800 manat və 6000 manat olmaqla 15900 manat pul vermiş olmuşdur. Ədalət 2021-ci ilin sentyabr ayından X7 2-ci kursda oxumağa başlayacağını söz vermişdir. Onlar da gözləməyə başlamışlar. Bildirir ki, ali məktəblərdə tədris Türkiyədə 2021-ci ilin sentyabr ayının 27-də, Azərbaycanda isə sentyabr ayının 29-da başlayacaqmış. Ona görə də o, köçürmə ilə bağlı problem olmaması üçün Həbibi sentyabr ayında Türkiyəyə göndərmişdir ki, 27-də orada dərsə getsin və 29-dan Azərbaycanda dərsə başlayar. Lakin sentyabr ayının 29-da artıq onlara məlum olmuşdur ki, köçürülmə məsələsi alınmamış və Ədalət yenə onu aldatmışdır. Buna görə də Həbib Türkiyədə olan Universitetdən imtina edib Azərbaycana qayıtmış, çünk həmin universitet çox aşağı səviyyəli universitet olmuşdur. Ondan sonrakı müddət ərzində o, dəfələrlə Ədalətlə əlaqəyə çıxıb pulunu qaytarmasını istəmiş, lakin o, müxtəlif bəhanələr gətirib pulunu bu günə kimi qaytarmamışdır. Həmin vaxtı Ədalət ona onun X34 işçisi olmamasını, Elmlər Akademiyasında riyaziyyat üzrə elmi işçi olmasını etiraf etmişdir. O, Ədalətdən soruşmuşdur ki, keçən il o, nə üçün özü onunla əlaqə saxlayıb oğlunun işini həll etmək istədiyini demiş, Ədalət də onun haqqında Lütvidən eşitməsini demişdir. O, Ədalətə demişdir ki, Lütvigil həkim komissiyası məsələsini həll edə bilməyəndə nə üçün o, kömək etməmiş, Ədalət demişdir ki, Lütvigilə verdiyi 3000 manat çox az olmuş, ona həmin puldan cəmi 100 manat verilmişdir. Bildirir ki, o, Ədalətə köçürmə ilə bağlı pul verəndən sonra 2021-ci ilin yay aylarında Lütvi ona zəng vurub demişdir ki, o, nə üçün polisə ondan və Bəhrəmdən şikayət etmiş, lakin Ədalətdən şikayət etməmiş, o, Lütvidən Ədalətlə nə əlaqəsi olduğunu və onu haradan tanıdığını soruşanda Lütvi demişdir ki, Ədaləti o, ona yönləndiribmiş, lakin Ədalət ondan külli miqdarda pul alsa da ona pul verməmişdir. O, artıq onda da başa düşmüşdür ki, Ədalət və Lütvigil əlbir olub onun külli miqdarda pulunu ələ keçirmiş, sentyabr ayında da köçürmə məsələsi alınmayanda bu qənaəti bir daha öz təsdiqini tapmışdır. Bildirir ki, o, ilkin ifadəsində Ədalətə 8100 manatdan sonra verdiyi 7500 manat barədə pulun verilmə tarixi və məbləğini səhv göstərmiş, hazırda dəqiqliklə hər məlumatı bildirmişdir. Qeyd edir ki, o, Ədalətlə bağlı video və yazışmaları istintaqa təqdim edir. Hətta o, telefonunda Ədalətin adını «Ədalət DİM» kimi qeyd etmişdir. Yazışmalarında Ədalətə oğlunun Türkiyəyə qəbul olunması üçün çəkdiyi xərcləri və illik təhsil haqqını çıxmasını, amma qalan 11000 manatdan rtıq pulunu qaytarmasını təklif etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi olmadığını bildirmiş və bunun nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş X12 ifadəsində göstərmişdir ki, 2019-cu il sentyabr ayının 11-dən Müdafiə Sənayesi Nazirliyində işləyir, böyük elmi işçidir, müxtəlif sursatların hazırlanmasında texnoloqdur və həmin sursatlardan hərbiçilər yararlanır. Əvvəllər məhkumluğu olmasa da, Xətai rayonu ərazisində baş vermiş hadisə ilə bağlı onu 2020-ci ilin sentyabr ayında Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər və orada izahat vermişdir. Həmin vaxt Rəmzi adlı tanışı Nigar Əhmədova adlı bir nəfərə pul çatdırmasını ondan xahiş etmişdir. Həmin xanımı Xətai rayonu ərazisində «Həzi Aslanov» parkında görmüş və orada Rəmzinin verdiyi 2000 manat pulu ona vermişdir. Bundan sonra Rəmzi ilə Nigarı əlaqələndirmiş və Rəmzi pulun Nigara çatdırılmasından əmin olmuşdur. Bu hadisə ilə əlaqədar Rəmzi də Xətai RPİ-nin 36-cı PB-nə izahat vermişdir. Bundan sonra 2020-ci il noyabr ayının 7-8-də «Covid- 19» virusuna yoluxduğundan Sabunçu rayonu, Məhəmmədi kəndində olan Modul tipli xəstəxanada müalicə almışdır. Həmin ərəfələrdə onu Xətai rayon prokurorluğundan dəvət etsələr də, o, sağalalıb özünü yaxşı hiss etməyə başlayandan sonra 2021-ci il anvar ayının 7-8-də ora getmiş və həmin hadisə ilə əlaqədar məlumat vermişdir. Bundan sonra bir və iki dəfə Xətai RPİ-nə getmişdir ki, orada üzləşdirmə və bir neçə istintaq hərəkətləri keçirilmiş, ona ittiham verilmişdir. O, bu barədə öz tanışı Məzahirə danışdıqda o, da bir nəfər tanışının vasitəsilə Nəsib adlı şəxsin hüquqi yardım göstərilməsi ilə məşğul olmasını ona bildirmişdir. O, Nəsibin işlədiyi yeri maraqlanmış, Nəsiblə bu məsələni danışmış, Nəsib 1300 manat pul gətirməsini və bu işə Xətai RPİ-də ən uzağı 2 günə xitam verdirəcəklərini demişdir. Beləcə də 2021-ci ilin fevral ayında «Şamaxinka»da çayxanının həyətində o, Nəsiblə görüşmüş və orada ona 300 manat pul vermişdir. Həmin vaxt Nəsibin yanında bir nəfər tanışı olmuş, onun işinin həll olunacağını və pulun qalan hissəsini gətirməsini demişdir. Bundan təxminən 5 gün sonra 500 manat pul düzəltmiş və Nəsiblə danışıb görüş təyin edərək «Şamaxinka»ya getmişdir. Orada çayxanalardan birində Nəsiblə görüşmüşlər ki, Nəsib də gələcək bir nəfərlə onu tanış edəcəyini və onun bu işi həll edəcəyini demişdir. Bir neçə dəqiqə sonra «Kia» markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobil gəlmiş və həmin avtomobildən düşən keçəl, 1.70 sm boylarında şəxs onlara yaxınlaşaraq Nəsiblə görüşmüşdür. Nəsib onun adının Bəhrəm və polis rəisinin qohumu olmasını demişdir. Bundan sonra Bəhrəm telefonunu çıxarıb toy mərasimində çəkilmiş şəkildəki digər şəxsi göstərib qohumu olmasını demişdir. Bəhrəm ona polisdə işlədiyini və hazırda da Bakının 13 rayonunun əlinin altında olmasını demişdir. Beləcə Bəhrəm onun işindən xəbərdan olduğunu və gələn həftənin 5-ci günü işinin xitam qərarının ona veriləcəyini bildirmişdir. O, da inanmış və onlar Bəhrəmin maşınına əyləşmişlər. Bəhrəm sükan arxasında, Nəsib qabaqda sağda, o, isə arxada əyləşmişdir. O, cibindən 500 manat pulu çıxarıb Bəhrəmə vermişdir. Bundan sonra bir həftə keçmiş, lakin nə Bəhrəmlə, nə d əki, Nəsiblə əlaqə saxlayıb görüşə bilməmişdir. Sonradan o, «Şamaxinka» tərəfdə çayxanalardan birində Nəsiblə Bəhrəmi görüb pulu tələb edəndə onlar işinin bu günə-sabaha düzələciyini və səbirli olmasını demişlər. 2021-ci il fevral ayının sonlarında Bəhrəm və Nəsiblə görüşəndə ona yaşadığı yer üzrə Mənzil Kommunal İstismar Sahəsindən arayış götürməsini dediklərindən aldığı arayışları da onlara vermişdir. Bəhram ona 700 manat da gətirəndən sonra işinin yekunlaşıcığını dediyindən bir gün sonra «Şamaxinka»da «Əlibaba» dönər evinin yanındakı ofisə gedərək orada 700 manat pulu əlbəəl Bəhrəmə vermişdir. Belə ki, Bəhrəm pulu gətirməsə işinin xitam olmayacağını ona demişdir. O, 700 manat pulu verəndə Nəsib də orada olmuş və ofisin sahibləri Bəhrəmgilin oradan çıxmasını tələb etmişlər. Bir müddət sonra isə Bəhrəmlə Nəsib telefonlara cavab verməmişlər. 2021-ci il mart ayının əvvəllərində Bəhrəmi «Şamaxinka»da görəndə Bəhrəmin nəvəsinin ad günü olmasını və pulu çatmadığından ona 30 manat verməsini istəmiş və onun işini düzəldə ödəşəcəklərini demişdir. O, Bəhrəmə 30 manat pul vermişdir. Bundan 3-4 gün sonra Bəhrəmlə Nəsib «Xətai» mntrosunun yaxınlığında onunla görüşmüş və onlar Bəhrəmin maşınına oturmuşlar. Onlar hər ikisi Xətai RPİ-nin müstəntiqinin qəbulunda olduqlarını, onun işini düzüb-qoşduqlarını və müstəntiqin işi xitam edəcəyini demişlər. Beləcə də Nəsib maşının qol qoyulan hissəsini açaraq bu güki əziyyətlərinə görə kassaya 100 manat pul qoymasını demişdir. O, cibindən çıxardığı 70 manatı ora ataraq olanının bu olmasını demiş və avtomobildən düşüb evə getmişdir. Bir müddət sonra Bəhrəm və Nəsib telefonlarını söndürmüş, sonra Bəhrəm Tər-Tər rayonuna getdiyini, sonra Goranboy rayonuna gedəcəyini, onu bir saat yarım Babək prospektində gözlədərək gələcəyini demişdir. Zəng edəndə isə Bəhrəm Hacıqabul rayonunda olmasını demişdir. Onda olan Bəhrəmin səs yazılarında Bəhrəm ona vurduğu ziyanı geri qaytaracağını demiş, lakin bu günə kimi Bəhrəm və ya Nəsib ona heç nə ödəməmişlər. Təxminən 2021-ci il aprel ayında «Şamaxinka»da Nəsibə aid ofisə gedərkən Nəsiblə Bəhrəmin orada olduqlarını, yanlarında da adlarını sonradan bildiyi Ədalət və Lütfi Əliyevin olmalarını görmüşdür. Lütfi ilə 1998- 1999-cu illərdə birlikdə işlədiklərindən onu görəndə tanımış, lakin həmin vaxtdan sonra aralarında heç bir əlaqə və münasibətləri olmamışdır. Ədalət onun işinin bundan sonrakı mərhələsini Lütfinin özünün həll edəcəyini bildirmişdir. Bunun üçün ondan 600 manat pul istəmişlər ki, verdiyi pulların batmaması üçün başqa yolu olmadığından dedikləri ilə razılaşmış və Bakı şəhəri, Xətai rayonundakı «Amay» Ticarət Mərkəzinin yanında 600 manat pulu Ədalətə məxsus qara rəngli «Mercedes» markalı, nömrəsinin sonu 879 olan avtomobildə vermişdir. Həmin vaxt Lütfi də Ədalətin yanında əyləşmişdir. Bir neçə gün sonra Ədalətə maşınlarına benzin vurmaları üçün 20 manat pul vermişdir. Bir nçə gün sonra Ədalət guya onun məsələsində ittihamçıların böyüyü ilə görüşməli olduğundan ondan 300 manat pul istəmiş, o, da 200 manat verə biləcəyini deyib razılaşdıqdan sonra 2021-ci il aprel ayında yenə Bakı şəhəri, Xətai rayonundakı «Amay» Ticarət Mərkəzinin yanında Ədalətin idarə etdiyi avtomobildə Lütfinin yanında 200 manat pulu Ədalətə vermişdir. Lakin Bəhrəm, Nəsib və Ədalətin heç bir iş görmədiklərini, məhkəmə tərəfindən də ona cərimə kəsildiyini görüb həmin şəxslərdən verdiyi pullarını tələb etməyə başlamışdır ki, bu zaman Bəhrəm onu hətta hədələməyə başlamışdır. 01 iyun 2021-ci il tarixdə Xətai RPİ-nin 37-ci PŞ-nə ünvanlandığı ərizəsində Bəhrəm Həsənov və Nəsib adlı şəxsə ümumilikdə 1815 manat, Lütfü və Ədalət adlı şəxslərə isə ümumilikdə 820 manat pul verməsi, sonuncuların həmin məbləğləri ələ keçirmələri barədə bildirir ki, o, əvvəlki ifadəsində Bəhrəm və qeyrilərinin həmin pulları ondan nə adla alıb ələ keçirdikləri barədə ətraflı ifadə vermişdir. Hazırda bir daha açıqlama verərək bildirir ki, o, birinci dəfə 2021-ci ilin fevral ayının təxminən əvvəllərində Nəsibin ***-***-**-** nömrəsinə 15 manatlıq pul köçürmüşdür. 3-4 gün sonra «Şamaxinka» adlanan ərazidə yeni inşa edilmiş asma piyada keçidinin yaxınlığında Nəsibə təklikdə 300 manat pul vermişdir. Nəsib sonra onu Bəhrəmlə tanış etmiş və birinci 300 manat pulu verdiyindən təxminən 1 həftə sonra yenə əvvəlki yerdə Bəhrəmin idarə etdiyi «Kia» markalı, ** VZ *** dövlət nömrə nişanlı avtomobilin içərisində Nəsibin yanında Bəhrəmə 500 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin fevral ayının sonlarında «Şamaxinka» adlanan ərazidə «Alibaba» dönər evinin yanındakı Bəhrəmə məxsus ofisdə onun özünə Nəsibin yanında 700 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin mart ayının əvvəllərində yenə «Şamaxinka» adlanan ərazidə asma piyada keçidinin yaxınlığında olan kafedə Bəhrəmə təklikdə 30 manat pul vermişdir. Bundan 3-4 gün sonra Xətai rayon prokurorluğunun yaxınlığında Bəhrəmin avtomobilində onun özünə Nəsibin yanında 70 manat pul vermişdir. Bundan sonra dəqiq yadındadır ki, 2021-ci il 8 Mart bayramından sonrakı çərşənbə günündə, yəni 09 mart 2021-ci il tarixdə Xətai rayon prokurorluğunun yaxınlığında yerləşən «Fresh» marketin qarşısında Bəhrəmə təklikdə 200 manat pul vermişdir. Bununla da o, Bəhrəmlə Nəsibə ümumilikdə 1815 manat pul vermiş olmuşdur. Daha sonra 2021-ci ilin mart ayının sonlarında Xətai rayonu, «Amay» Ticarət Mərkəzinin qarşısında Ədalətin avtomobilində onun özünə Lütfünün yanında 600 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin aprel ayının birinci ongünlüyündə Ədalətlə birlikdə Xətai Rayon Məhkəməsindən prosesdən qayıdarkən Dərnəgül yolunda xatırlamadığı yanacaqdoldurma məntəqəsində avtomobilinə dizel vurması üçün Ədalətə 20 manat pul vermişdir. Bundan sonra 2021-ci ilin aprel ayının ortalarında yenə «Amay» Ticarət Mərkəzinin yanında Ədalətin özünə təklikdə 200 manat pul vermişdir. Verilən suala cavab olaraq bildirmişdir ki, o, bütün ərizə, izahat və ifadələrində Bəhrəm və Nəsibə ümumilikdə 1815 manat pul verdiyini bildirmiş və hazırda göstərdiyi məzmunda da açıqlama vermişdir. Ola bilər ki, izahat və ifadəsini yazan təhqiqatçı və ya müstəntiq onun Ədalətə verdiyi sonuncu 200 manat pulla, Bəhrəmə verdiyi 200 manat pulu qarışdıraraq eyni hal kimi göstərmişlər. O, Bəhrəmə sonuncu məbləği Xətai rayonu ərazisində verdiyi üçün 102 xidmətinə etdiyi müraciət ərazi aidiyyəti üzrə araşdırılması üçün Xətai RPİ-nin 37-ci PŞ-nə yönləndirilmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi olmadığını bildirmiş və bunun və nəzərə alınmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir həmyerli kimi ortaq tanışlar vasitəsilə təxminən 3-4 ildir ki, tanıyır. Ədalət ona demişdir ki, o, Təhsil Nazirliyində şöbə rəisi işləyir. Ədalət bildirmişdir ki, onun təhsil sahəsində yaxşı əlaqələri var və pul müqabilində müəyyən işlər görə bilir. Bir dəfə Ədalətlə söhbət zamanı o, onun təqaüddə olduğunu, işləmədiyini və iş axtardığını bilib ona demişdir ki, onun Səhiyyə Nazirliyinin Təchizat İdarəsində vəzifədə işləyən hansısa tanışı var və həmin şəxsin vasitəsilə onu həmin idarəyə işə düzəldə bilər və onun işi həmin idarəni müəyyən lazım olan mallarla təmin etməkdən ibarət olacaq, yəni o, hansısa lazımi tibbi təchizat mallarını nisbətən ucuz qiymətə alıb həmin idarəyə təhvil verəcək və idarədən ona həmin malın dəyərini baha qiymətə ödəyəcəklər. Ədalətin sözünə görə o, hər ay xeyli pul qazanacaq. Ədalətdən həmin işi hansı qaydada həll edə biləcəyini soruşmuşdur. Ədalət bildirmişdir ki, həmin işi 15000 manat müqabilində həll edə biləcəyini demişdir. O, Ədalətə bildirmişdir ki, o qədər yox, maksimum 10000 manat pul düzəldə bilər. Bundan sonra o, həmin pulu düzəltmək üçün çalışmağa başlamışdır. Bunun üçün o, evinə məxsus bir neçə qızıl əşyasını lombarda girov qoyaraq 3500 manat pul götürmüş və əlavə də özü üstünə pul qoymuş və 10000 manat düzəltmişdir. Bildirmişdir ki, Ədalətlə tanışlığı müddətində və işlə bağlı söhbətləri apararkən bir neçə dəfə 8-ci mikrorayonda Cəfər Xəndan küçəsində əmisi oğlunun icarə əsasında işlətdiyi «Mandarin» restoranında dəfələrlə görüşmüşlər və söhbət etmişlər. 2021-ci ilin avqust ayının ortalarında, təxminən 15-20-i arası həmin «Mandarin» restoranında Ədalətlə görüşmüş və restoranın zalında oturduqları stol arxasında Ədalətə 10000 manat pul vermişdir. Bildirmişdir ki, həmin zaman onu ora maşınla aparmış tanışı Rəşad yanlarında olmuşdur və səhv etmirsə restoranın adını xatırlamadığı bir işçisi də onun Ədalətə pul verməyinin şahidi olmuşdur, həmin şəxsi tapıb istintaqa şahid qismində təqdim edəcək. O, özü yaşlı adam olduğundan tanışı Rəşad əksər hallarda onun xahişi əsasında onu lazımi yerlərə aparıb-gətirir. Ədalət pulu aldıqdan sonra ona söz vermişdir ki, 2021-ci ilin sentyabr ayına kimi onun işi həll olunacaq. O da gözləməyə başlamışdır. Ədalətin dediyi vaxt çatandan sonra onun işi düzəlməmişdir, o, ondan işin taleyi ilə bağlı soruşanda Ədalət hər dəfə müxtəlif bəhanələr gətirib işinin tezliklə həll olunacağını vəd edirmiş. Lakin yenə onun işi həll olunmamış və Ədalət artıq onun telefon zənglərinə cavab vermir və ondan gizlənirmiş. 2021-ci ilin dekabr ayında ona məlum olmuşdur ki, Ədalət Binəqədi polisi tərəfindən tutulub. Buna görə də o, Binəqədi Polis İdarəsinə gəlib şikayət ərizəsi yazmışdır. Ədalət Səhiyyə Nazirliyinin Təchizat idarəsində əlaqələri olduğunu demişdir, lakin onun işini konkret kimin vasitəsilə həll edəcəyini və ondan aldığı pulu konkret kimə verəcəyini deməmişdir. Onun tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası, maddi və mənəvi tələbi olmadığını bildirmiş və bunun və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Şahid2 onun dayısı qızı, anası Zərərçəkmiş şəxs3 isə dayısı yoldaşıdır. 2019-cu ilin iyun ayında Günel ona zəng vurub bildirmişdir ki, iş yoldaşının tanışı olan İsaməddin adlı şəxsin köməkliyi ilə işlədiyi məktəbə informatika müəlliməsi işinə düzələcəkdir. O, İsamədinin kim olduğunu soruşan zaman Günel ona narahat olmamağını, özü həmin şəxslə danışdığını, iş yoldaşının tanışı olduğunu söyləmişdir. Günel danışıq zamanı ona bildirmişdir ki, həmin şəxs bu işi görmək üçün 12000 manat pul istəyir, anası İradənin həmin pulu ona verəcəyini və onun həmin şəxsə pul verib işilə bağlı danışmağını xahiş etmişdir. O da Günelə narahat olmamasını, həmin şəxslə görüşə biləcəyini demişdir. Bundan sonra ona Günelin anası, yəni dayısının yoldaşı İradə xala zəng vurmuş və Günelin dediklərini bildirib həmin şəxslə görüşməyini, ona verəcəyi pulu İsaməddin adlı şəxsə onun verməyini xahiş etmişdir. O da razılaşmışdır. Buna görə İradə xala Bakı şəhərinə gəlib ona 3000 manat vermişdir ki, aparıb İsaməddinə versin. O, İsaməddinin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurub Günelin qohumu olduğunu və Günelin işi ilə bağlı görüşüb pulu vermək istədiyini bildirmişdir. Razılıqları əsasında həmin şəxslə Narimanov metrostansiyasının qarşısında görüşmüşlər. Görüş zamanı özünü ona təqdim edən Şahid3 adlı şəxslə tanış olmuşdur. Danışıq zamanı həmin şəxs bir daha ona Təhsil Nazirliyində işləyən tanışları vasitəsi ilə Güneli lobarant işlədiyi Bakı şəhəri 60 nömrəli məktəbə 2019-cu ilin senytabr ayınadək informatika müəlliməsi vəzifəsinə düzəldəcəyini söyləmişdir. Danışıq zamanı İsaməddin harada işləməsini, pulu kimə verəcəyini bildirməsə də, hər şeyə cavabdeh özü olduğunu və bu işi özü həll edəcəyini, əvvəllərdə belə işlər gördüyünü bildirmişdir. O da İsaməddinə 12000 manatdan 3000 manat gətirdiyini, lakin pulu notarial qaydada verəcəyini söyləmişdir. Buna görə İsaməddinə xx.xx.2019-cu ildə ünvan 2 ünvanında yerləşən 3 saylı notariat ofisində 3000 manat vermiş və bununla bağlı aralarında kredit müqaviləsi bağlanmışdır. Sonradan xx.xx.2019-cu ildə 7000 manatı ünvan 2 ünvanında yerləşən 3 saylı notariat ofisində İsaməddinə vermiş və aralarında kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu ildə isə 2000 manat pulu Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisində İsaməddinə vermiş və bununla bağlı aralarında kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən kredit müqavilərinin surətlərini ifadəsinə əlavə edir. Həmin pulları ona İradə xala vermiş, İsaməddinə verdiyi ümumilikdə 12000 manat pul Zərərçəkmiş şəxs3 məxsus olmuşdur. Pulu ona görə notarial qaydada vermişdir ki, İradə xala ondan xahiş etmişdir ki, pulu rəsmi sənədlə versin ki, sabah əllərində İsaməddinə pulu vermələrini təsdiq edən sənəd olsun. Buna görə də onun İsaməddinə xx.xx.2019-cu ildə 3000 manat, xx.xx.2019-cu ildə 7000 manat, xx.xx.2019-cu ildə isə 2000 manat verməyi ilə bağlı notariusda kredit müqaviləsi bağlamış, həmin müqavilədə pulların onun tərəfindən İsaməddinə borc kimi verildiyi göstərilsə də, o, 12000 manat pulu İradə xaladan alıb İsaməddinə ona görə vermişdir ki, qohumu Güneli işlədiyi 60 nömrəli məkətəbə informatika müəlliməsi vəzifəsinə keçirsin. O, 12000 manat pulu İsaməddinə verdikdən sonra həmin ilin iyul-avqust ayında Günel Təhsil Nazirliyinin MİQ imtahanına girmiş, lakin imtahanı keçə bilməmişdir. Bu barədə o və Günel İsaməddinə bildirdikdə narahat olmamalarını, sentyabr ayının 15-də Günelin müəllimə kimi məktəbə gedəcəyini vəd etmişdir. Lakin həmin müddət gəlsə də, Günel müəllimə vəzifəsinə keçə bilməmişdir. Bu barədə Günel və o, İsaməddinə yığıb işin niyə belə olduğunu soruşan zaman hər dəfəsində onlara narahat olmamalarını, tezliklə işinin alınacağını bildirib vaxtı uzadırmış. Sonradan İsaməddin vaxtı çox uzatdığından ondan pullarını tələb etmmişlər, hər dəfə pulu qaytaracağını bəhanə etdiyi üçün bir müddət gözləmişlər, lakin pulu yenə də verməmişdir. Sonradan isə İradə xalanın xahişi ilə o, bu barədə polisə şikayət etmişdir. 17ci PŞ-də verdiyi izahatda bu işin düzəlməsinə köməklik edən, sonrada Şahid3 qardaşı Ədalət Daşdəmirovun da iştirak etdiyini bildirməsi ilə bağlı bildirmişdir ki, izahatı yazılan zaman fikrini düzgün izah etməmişdir. Belə ki, İsaməddinlə görüşən zaman bir dəfə kiminləsə kənarda söhbət etdiyini görmüş, İsaməddin həmin şəxsdən aralaşıb onun yanına gəlmiş və həmin şəxs də çıxıb getmişdir. İsaməddin ona yaxınlaşan zaman həmin şəxsin adının Ədalət olduğunu, qohumu Günelin işini görən şəxsin o olduğunu bildirmişdir. Lakin, o, həmin şəxslə heç bir danışıq aparmamış, sadəcə kənardan görmüş və adının isə Ədalət olduğunu ona İsaməddin bildirmişdir. O, həmin şəxsin soyadını və ya İsaməddinin qardaşı olmasını PŞ-də izahat verən zaman bildirməmiş, ola bilsin fikri düzgün başa düşülməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2012-ci ildən Yasamal rayonu, 60 nömrəli orta məktəbdə informatika laborantı işləyir. İşlədiyi müddətdə təxminən 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu imtahanında iştirak etsə də müəllimə vəzifəsinə qəbul edilməmişdir. Buna görə də yenə də lobarant kimi iş fəaliyyətini davam etdirmişdir. Sonradan hər il istəmişdir ki, lobarant vəzifəsindən həmin məktəbə informatika müəlliməsi vəzifəsinə keçsin. Ona görə də bu barədə maraqlanmağa başlamış və həmin məktəbdə riyaziyyat müəlliməsi işləyən Sitarə xanımın yanında bu barədə danışdıqda sonuncu ona köməklik edəcəyini, bu işləri görə bilən tanışının olduğunu bildirmişdir. Həmin şəxsin İsaməddin adlı şəxs olduğunu söyləmişdir. Sitarə həmin şəxsin harada nə işlədiyini bildirməsə də, həmin şəxsin belə işlər gördüyünü demişdir. O da Sitarədən həmin adama yığıb onun işində köməklik etməsini xahiş etmişdir. Buna görə Sitarə onun yanında İsaməddin adlı şəxsə yığıb onun işində köməklik etməsini, yəni onu işlədiyi 60 nömrəli məktəbə laborant vəzifəsindən informatika müəlliməsi vəzifəsinə keçirilməyində köməklik etməyini xahiş etmişdir. Sitarə həmin şəxslə danışandan sonra ona narahat olmamağını, həmin adamın onun işinə köməklik edəcəyini bildirmişdir. Sonradan İsaməddin adlı şəxsin ***-***-**-** nömrəsi ilə özü də danışıb Sitarə adlı müəllimənin bildirdiyi şəxs olduğumu söyləmişdir. Həmin şəxs telefonda özünü ona İsaməddin deyə təqdim edərək narahat olmamağını, Təhsil Nazirliyində tanışlarının olduğunu, onu növbəti müəllimlərin işə qəbulu imtahanında qəbul etdirib 60 nömrəli məktəbə informatika müəlliməsi vəzifəsinə düzəldəcəyini vəd etmişdir. İsaməddinlə telefonda danışan zaman harada işləməsini ona bildirməsə də, geniş əlaqələrinin olduğunu, Təhsil Nazirliiyndə işləyən tanışları vasitəsi ilə onu müəllimə vəzifəsinə düzəldəcəyini söyləmişdir. Sonrakı danışıqlarda o və Sitarə xanım İsaməddin ilə bir neçə dəfə danışmışlar. Sonradan Sitarə xanım ona bildirmişdir ki, İsaməddin həmin işi görmək üçün ondan 12000 manat pul istəyir. O, özü də İsaməddinlə bu barədə telefonda danışmış və İsaməddin onu 60 nömrəli məktəbə informatika müəlliməsi kimi işə düzəltmək adı ilə 12000 manat pul istəmiş və bildirmişdir ki, həmin pulu verəcəyi təqdirdə onu 2019-cu ilin senytabr ayının 15-dək 60 nömrəli məktəbə informatika müəliməsi düzəldəcəkdir. Danışıq zamanı İsaməddin pulu kimə verəcəyini bildirməsə də, hər şeyə cavabdeh özü olduğunu və bu işi özü həll edəcəyini söyləmişdir. O da İsaməddinin təklifi ilə razılaşmış və bu barədə anası Zərərçəkmiş şəxs3 bildirmişdir. Anası İradə də həmin pulu 2019-cu ilin iyun-iyul aylarında hissə-hissə bibisi oğlu Təqsirləndirilən şəxs göndərmiş və Ədalət də həmin 12000 manat pulu hissə-hissə notarial qaydada İsaməddinə vermişdir. O və anası İsaməddini görməsələr də, Ədalət İsaməddini görmüş, İsaməddin hər dəfəsində pulu alanda ona zəng vurub narahat olmamağını, onun işini tezliklə həll edəcəyini söyləmişdir. İsaməddin ona verdiyi vədləri eyni ilə Ədalətdən pulu alan zaman Ədalətə də bildirmişdir. Ədalət 12000 manat pulu İsaməddinə verdikdən sonra həmin ilin iyul-avqust ayında o, Təhsil Nazirliyinin MİQ imtahanına girmişdir. İmtahana girməmişdən qabaq İsaməddin ona narahat olmamağını, heç test suallarına cavab verməməyini, onsuzda onun imtahan nəticəsini özü həll edib onu 60 saylı orta məktəbə informatika müəlliməsi işinə qəbul etdirəcəyini söyləmişdir. Buna görə də o, imtahana girmiş və bir neçə sualı cavablandırıb çıxmış, həmin imtahanın nəticəsində o, çox az bal yığdığı üçün imtahanı keçə bilməmişdir. Bu barədə İsaməddinə bildirdikdə narahat olmamağını, sentyabr ayının 15-də müəllimə kimi məktəbə gedəcəyini vəd etmişdir. Lakin həmin müddət gəlsə də, o, müəllimə vəzifəsinə keçə bilməmişdir. Bu barədə o və qohumu Ədalət İsaməddinə yığıb işin niyə belə olduğunu soruşan zaman hər dəfəsində onlara narahat olmamalarını, tezliklə işinin alınacağını bildirib vaxtı uzadırmış. Sonradan İsaməddin vaxtı çox uzatdığından ondan pullarını tələb etmişlər, hər dəfə pulu qaytaracağını bəhanə etdiyi üçün gözləmişlər. Sonradan isə Ədalət bu barədə polisə şikayət etmişdir. Ədalətin İsaməddinə verdiyi 12000 manat pul anası Zərərçəkmiş şəxs3 məxsusdur. 2021-ci ildə o, özü MİQ imtahanı verib həmin məktəbdə informatika müəlliməsi vəzifəsinə təyin edilmiş, əlavə olaraq da lobarant kimi işini davam etdirmişdir. Sitarə müəllimənin telefon nömrəsi 050(055)-338-58-48-dir və hazırda yaşı ilə bağlı təqaüdə çıxmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 əlavə ifadəsində bildirmişdir ki, onun işilə bağlı əvvəllər Şahid3lə danışıqları olsa da, sonrakı danışıqlarda, yəni pul veriləndən sonra İsaməddin ona bildirmişdir ki, onun işini görə adam Təqsirləndirilən şəxsdur. Həmin şəxsin vəzifəsini və necə işi görəcəyini bildirməsə də həmin şəxsin telefon nömrəsini ona vermiş, o da istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə bir neçə dəfə yığıb danışığı olmuş və hər dəfəsində özünü ona X4 təqdim edən şəxs işini həll edəcəyini, onu 60 nömrəli məktəbə informatika müəlliməsi vəzifəsində düzəldəcəyini vəd etmişdir. Danışıqlarda onun işinə görə İsaməddindən pul da aldığını bildirmişdir. Hətta o, 2019, 2020-ci illərdə müəllimlərin qəbul imtahanına girsə də kəsilmiş və hər dəfəsində o, İsamədidinə və ya Təqsirləndirilən şəxs Şirəmməd oğluna yığmış, İsaməddin Ədalətin bu işi həllə edəcəyini, Ədalət isə ona narahat olmamağını, növbəti dəfə onu məktəbə informatika müəlliməsi vəzifəsində düzəldəcəyini vəd etmişdir. Məhkəmə baxışı zamanı vəfatı ilə əlaqədar ibtidai istintaq dövründə dindirilmiş Şahid3 ifadəsi elan edilmişdir. O ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs və onun qohumu Şahid2 2019-cu ilin yay aylarından tanımışdır. Belə ki, onun tanışı Sitarə adlı qadın ona zəng vurub iş yoldaşı, yəni 60 nömrəli orta məktəbdə informatika-lobarant işləyən Güneli həmin işlədiyi orta məktəbə informatika müəlliməsi vəzifəsinə düzəlməsində köməklik etməyimi xahiş etmişdir. O da bu barədə maraqlanıb bir söz deyəcəyini demişdir. Buna görə 20 ildir tanıdığı Təqsirləndirilən şəxs zəng vurub maraqlanmışdır. Belə ki, Ədalət əvvəllər müəllim işlədiyi üçün onun köməklik edəcəyini fikirləşmişdir. Təqsirləndirilən şəxs ilə bu barədə danışmış və sonuncu heç bir problem olmadığını, Təhsil Nazirliyində tanışları olduğunu söyləmişdir. O da tanışı Ədalətin sözünə əsasən yenidən Sitarə vasitəsi ilə Günellə telefonda danışmışdır və ona köməklik edib növbəti müəllimlərin işə qəbulu imtahanında qəbul etdirib 60 nömrəli məktəbə informatika müəlliməsi vəzifəsinə düzəldə biləcəyini söyləmişdir. Bir neçə dəfə Günellə onun telefon danışığı olmuş, tanışı Ədalətin sözünə əsasən Sitarə xanım vasitəsi ilə Günelə xəbər göndərmişdir ki, bu işi həll etmək üçün 12000 manat pul lazımdır. Günel özü də onunla bu barədə telefonda danışmış və danışıq zamanı Güneli 60 nömrəli məktəbə informatika müəlliməsi kimi işə düzəltmək adı ilə 12000 manat pul istəmiş və bildirmişdir ki, həmin pulu verəcəyi təqdirdə onu 2019-cu ilin sentyabr ayının 15-dək 60 nömrəli məktəbə informatika müəlliməsi vəzifəsinə düzələcəkdir. Ona görə Günelə bunu bildirmişdir ki, ona da bu sözləri tanışı Təqsirləndirilən şəxs bildirmişdir. Günel də onunla razılaşmışdır. Buna görə sonradan ona özünü Günelin qohumu kimi təqdim edən Təqsirləndirilən şəxs zəng vurmuş və Günelin işi ilə bağlı onunla görüşmək istədiyini və pul vermək istədiyini bildirmişdir. Razılıqları əsasında həmin şəxslə Narimanov metrostansiyasının qarşısında görüşmüşlər. Görüş zamanı o, Günelin tanışı Abasov Ədalətlə tanış olmuşdur. Görüş zamanı Ədalət Günelin işi ilə bağlı 12000 manatdan 3000 manat gətirdiyini, lakin pulu notarial qaydada verəcəyini söyləmişdir. Buna görə onunla Şahid1 arasında xx.xx.2019-cu ildə ünvan 2 ünvanında yerləşən 3 saylı notariat ofisində kredit müqaviləsi bağlanmış və orada Ədalət ona 3000 manat vermişdir. O da pulu aldıqdan sonra həmin gün tanışı X13 yığıb həmin gün 3 saylı notariusun qarşısında Ədalətə vermişdir. Sonradan Günelin qohumu Ədalət xx.xx.2019-cu ildə 7000 manatı ünvan 2 ünvanında yerləşən 3 saylı notariat ofisində yenidən ona vermiş və aralarında bununla bağlı kredit müqaviləsi bağlanmışdır. O da pulu aldıqdan sonra həmin gün tanışı X13 yığıb həmin gün 3 saylı notariusun qarşısında Ədalətə 7000 manatı vermişdir. xx.xx.2019-cu ildə isə yenidən Günelin qohumu Ədalətlə onun Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisinin qarşısında görüşü olmuş, həmin görüşə o, tanışı Təqsirləndirilən şəxs ilə getmişdir. Görüş vaxtı Günelin qohumu Ədaləti öz tanışı Ədalətlə tanış etmiş və Günelin işinin həmin şəxs gördüyünü bildirmişdir. Hətta danışıq zamanı sonuncu 2000 manat pulu Ədalətin onun tanışı olan Təqsirləndirilən şəxs özü verməyini və öz aralarında müqavilə bağlamalarını söyləmişdir. Danışıq zamanı onun tanışı Ədalət Günelin qohumu Ədalətə bir daha vəd vermişdir ki, Güneli 60 nömrəli məktəbə informatika müəlliməsi kimi işə düzəldəcəkdir. Görüş vaxtı tanışı Ədalət işi olduğu üçün getməli olduğunu və buna görə pulu onun almağını söyləmiş və oradan çıxıb getmişdir. Bu səbəbdən onunla Ədalət arasında xx.xx.2019-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı notariat ofisində kredit müqaviləsi bağlanmış və o, həmin ofisdə Ədalətdən 2000 manat pul almışdır. Görüş vaxtı o, tanışı Ədalətin nömrəsini, yəni ***-***-**-**, ***-***-**-** nömrəsini də Günelin qohumu Ədalətə vermişdir. O da pulu aldıqdan sonra həmin gün tanışı X13 yığıb həmin gün 9 saylı notariusun qarşısında tanışı Ədalətə 2000 manatı vermişdir. Sonradan Günellə danışıq zamanı Günelə bu işi həll edənin tanışı Təqsirləndirilən şəxs olduğunu bildirmiş və Ədalətin nömrəsini də Günelə vermişdir. Günel də o, bildiyi qədəri ilə dəfələrlə onun tanışı Ədalətlə telefon danışığı olmuşdur. Sonradan Günel müəllimlərin qəbul imtahanına girmiş və aşağı bal toplamışdır. Tanışı Ədalət isə ona və Günelə narahat olmamalarını, bal aşağı olsa da Güneli 60 nömrəli məktəbə informatika müəlliməsi kimi işə düzəldəcəyini bildirmişdir. Sonradan Günel imtahana girsə də işə qəbul ola bilməmişdir. Buna görə Günel pulunu tələb edən zaman tanışı Ədalət onun yanında Günelə yığıb İsaməddində, yəni onda pul olmadığını, pulların hamısının özündə olduğunu bildirmişdir. Günel və tanışı Ədalət iş alınmadığı üçün pullarını geri tələb etdiklərindən və tanışı Ədalət də pullarını geri qaytarmadığı üçün Şahid1 bu barədə polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs hazırda Binəqədi RPİ-nin İstintaq Şöbəsində olan cinayət işi üzrə həbs edilmişdir. O, Ədalətin sözünə əsasən Günellə və onun qohumu Ədalətlə görüşüb pul almışdır. Hər dəfə pul alınan zaman tanışı Ədalətə yığıb görüşə getməyi bildirsə də, ona bəhanələr gətirib görüşə gəlməkdən yayınırmış və buna görə pulu onun alıb verməyini söyləmişdir. Təqsirləndirilən şəxs bügünədək kimisə müəllimə vəzifəsinə işə düzəltməsini bilmir, sadəcə Ədalətlə münasibəti yaxın olduğundan Ədalətin dediyi sözlərə şübhə ilə yanaşmamışdır. Ədalət 12000 manat puldan ona heç bir məbləğdə pul verməmiş, verəcəyi ilə bağlı da hansısa razılıqları olmamış, o da istəməmişdir. Sadəcə insan kimi Günelin işində tanışı Ədalət vasitəsi ilə köməklik etmək istəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli izahatdakı imza və yazı ona məxsusdur, xx.xx.2021-ci il tarixli izahatda Şahid1 12000 manat aldığını, Şahid2 işini düzəltmək məqsədi ilə bir neçə tanışlarını desədə onu işə düzəldə bilmədiyini və 2 il ərzində 2 dəfə əməliyyat olunduğu üçün pulu həmin əməliyyatlara xərclədiyini, maddi imkanı aşağı olduğu üçün pulu qaytara bilmədiyini, 2 ay ərzində Təqsirləndirilən şəxs aldığı 12000 manat pulu qaytaracağını göstərməsi ilə bağlı bildirmişdir ki, həmin vaxtı o, tanışı Ədalətə yığıb onu Bakı şəhər BPİ-nə dəvət edildiyini bildirən zaman Ədalət ona söyləmişdir ki, orada izahat verən zaman adına çəkməsin və xahiş etmişdir ki, izahat verən zaman pulu onun almağını və xərclədiyini söyləsin, özü Günelin 12000 manatını bir-iki ay ərzində ona ödəyəcəkdir. Ədalətlə 20 ilə yaxın münasibətləri olduğundan və dəfələrlə çörək kəsdiklərindən sözlərinə inanıb Ədaləti pis vəziyyətdə qoymamaq üçün BPİ-də izahat verən zaman pulu özü aldığını, həmin 12000 manatı xərclədiyini və tezliklə qaytaracağını bildirmişdir. Çünki Ədalət ona bildirimişdir ki, həmin pulu 1-2 ay ərzində tamlıqla ona qaytaracaq və o da aparıb şikayətçiyə verəcəkdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun anasıdır, atası Ədliyyə Nazirliyində işləmiş və 2004-cü ildə xəstəliklə bağlı vəfat etmişdir. Həmin vaxtdan da onlar babasının Binəqədi rayonu, Xocasən qəsəbəsi yolunda, Motodrom yaşayış sahəsində yerləşən 108 saylı evində yaşayırlar. O, 2020-ci ildə orta məktəbi bitirəndən sonra Polis Akademiyasına qəbul olunmaq üçün sənədlərini vermiş, həmin vaxt mən test imtahanından 525,6 bal toplamış və idman normativini də vermişdir. Lakin həmin ərəfədə babasının səhhətində problemləri olduğundan anası onu müayinə üçün Türkiyəyə aparmış, sonra isə Bakıya gətirib onu əməliyyat etdirmişdir. Həmin ərəfədə anasının başı qarışıq olduğu üçün o, həkim komissiyasından keçmə müddətini ötürmüşdür. Onlar bundan sonuncu gün xəbər tutmuş və artıq iş vaxtı qurtardığı üçün komissiyaya girə bilməmişlər. Həmin ərəfədə onun ingilis dilindən hazırlıq müəlliməsi Saniyə xanım onun Elmlər Akademiyasında işləyən Lütvi adlı tanışının olmasını, əgər razı olsalar onun həkim komissiyasından keçmə məsələsini həll etməsi üçün onunla danışa biləcəyini onlara bildirmişdir. Anası da Saniyəyə həmin şəxslə özü danışandan sonra əgər razı olarsa onun da danışması üçün nömrəsini verməsini demişdir. Sonra Saniyə anasına Lütvi ilə danışdığını və onlara köməklik edə biləcəyini demiş, həmçinin Lütvinin nömrəsini anasına vermiş və anası özü Lütvi ilə danışmışdır. Lütvi bu məsələ ilə bağlı görüşüb danışmaq lazım olmasını demişdir. 2020-ci ilin avqust ayının ortalarında Lütvi təklikdə onlara gəlmiş, anası Lütviyə onun imtahandan və idman normativindən keçməyi barədə məlumat vermiş və həkim komissiyasından keçmə vaxtını ötürdüklərini bildirmişdir. Lütvi onun polis orqanlarında işləyən bir nəfər tanışının olmasını və mötəbər bir adamın qohumu olmasını, həmin şəxsin onun məsələsini həll edə biləcəyini, amma onların onu Polis Akademiyasına deyil, X6 qəbul etdirə biləcəklərini bildirmiş və anası naləac qalıb razılaşmışdır. Lütvi bu işin həlli üçün 5000 manat pul lazım olmasını bildirmiş, anası isə Lütviyə həmin məbləğdə pulunun olmamasını, cəmi 3.000 manat pul verə biləcəyini demişdir ki, Lütvi anası ilə razılaşmışdır. Bu söhbətdən təxminən 2 gün sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında Lütvi bir nəfər şəxslə evlərinə gəlmiş, Lütvi yanında gələn şəxsin onun işini həll edəcək şəxs və adının da Bəhrəm olmasını demişdir. X35 polisində işlədiyini və özünün də Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin qohumu olmasını məlumat vermişdir. Bəhrəm də onların heç nədən narahat olmamalarını, təxminən bir həftəyə onun həkim komissiyasından keçmə məsələsini həll edəcəyini və onların telefonuna bu barədə mesaj gələcəyini demiş, onlar razılaşmışlar. Anası ilkin olaraq 1500 manat pul düzəltdiyini və iki günə də qalan pulu verəcəyini bildirmişdir. Lütvigil razılaşmış və anası yaşadıqları evin həyətyanı sahəsinin giriş darvazasının qarşısında 1500 manat pulu Lütviyə vermiş, Lütvi onların yanında pulu sayıb tam şəkildə Bəhrəmə vermişdir. Bəhrəmgil «Kia» markalı ** VZ *** nömrəli avtomobillə gəlmiş, maşını da Bəhrəm idarə etmişdir. Onlar pulu alıb çıxıb getmiş, iki gün sonra yeni eyni yerdə anası Lütviyə 1500 manat pul vermiş və Lütvi yenə pulu sayıb onların yanında Bəhrəmə vermişdir. Bildirir ki, anası mənə ona aid sənədlərin surətlərini də Lütvigilə vermişdir. Lütvi ilə Bəhrəm isə bir həftə ərzində onun həkim komissiyası işinin həll olunacağını bildirmişlər. Lakin bir həftə sonra heç bir xəbər çıxmamış, anası Lütvigillə əlaqə saxlamış, Bəhrəm telefona cavab verməmiş, Lütvi isə telefona cavab verib guya Bəhrəmin işi düzəldəcəyinə söz verdiyini demiş, lakin iş həll olunmamışdır. Anası Lütvidən pulunu geri istəmiş, Lütvi isə ona həmin puldan cəmi 100 manat pul qaldığını demiş və güya Bəhrəmi tapıb onlarla əlaqə saxlayacağını söz vermişdir. 2020-ci ilin avqust ayının sonlarında anasına bir nəfər 051 705 44 44 saylı nömrədən zəng vurub adının Ədalət olduğunu və X34 inspektoru olduğunu demişdir. Ədalət oğlunun lazımi qədər bal topladığını və idman normativini keçdiyini bildirmişdir. Ədalət X34 işçisi kimi onun həkim komissiyasından keçmə məsələsini həll edəcəyini demişdir. Ədalət onun balı haqqında və digər məlumatları çox dəqiqliklə bildirdiyindən anası da Ədalətə inanmışdır. Əslində onlar sonralar bilmişlər ki, Ədalət də dələduz imiş və o, Lütvinin onun haqqında ona verdiyi məlumatlardan istifadə edərək anasına zəng edib özünü İmtahan Mərkəzinin işçisi kimi təqdim edib onları aldatmışdır. Ədalət anası ilə görüşmək istədiyini demiş və anası razılaşıb Ədalətə evlərinin yerini izah etmişdir. Ədalət təklikdə özünün idarə etdiyi «Mercedes» markalı avtomobillə evlərinin qarşısına gəlmişdir. X46 Mərkəzində test sualları ilə bağlı sahədə işlədiyini, onun probleminin olduğunu görüb pul müqabilində onlara kömək etmək istədiyini demişdir. Ədalət çox inandırıcı danışmış və hətta onlara bir vəsiqə də göstərmişdir ki, vəsiqədə böyük hərflərlə DİM yazılmışdır. Ədalət guya gizlincə onun sənədlərini içəridə həll edəcəyini demişdir. Həmin vaxtı 2020-ci ilin sentyabr ayının əvvəlləri olmuşdur. Ədalət təxminən 10000 manat pul müqabilində onun həkim komissiyası məsələsini həll edəcəyini və onun bu il təhsilə başlayacağını demişdir. Bildirir ki, sentyabr ayının 14-nə kimi onun topladığı bala görə başqa universiteti onlayn yolla seçərək qəbul olunmaq imkanı olmuş, lakin Ədalət onlara başqa universitet seçməyə qoymamış və onun Polis Akademiyasına qəbul olunma məsələsini həll edəcəyini bildirmişdir. Ədalət pandemiya ilə bağlı dərslərin onsuz da gec başlayacağını bildirmişdir. Bundan sonra anası 2020-ci ilin sentyabr ayının birinci ongünlüyündə bir-iki gün fərqlə Ədalətə yaşadıqları evin qarşısında bir dəfə 3000 manat, sonra 2500 manat və sonra 2600 manat olmaqla cəmi 8100 manat pul vermişdir. Ədalət işi həll edəcəyinə söz versə də iş həll olunmamış, başqa universiteti seçmə ilə bağlı müddətin sonuncu günü, yəni 2020-ci ilin sentyabr ayının 14-də anası Ədalətlə əlaqə saxlayıb əgər işi həll edə bilmirsə onun başqa universiteti seçməyini bildirmiş, lakin Ədalət tam inandırıcı formada başqa universitet seçməməsini, işi həll edib onu Polis Akademiyasına qəbul etdirəcəyini demiş, onlar da inanıb gözləmişlər. Lakin sonra artıq dərslər başlamış, onun qəbul məsələsi həll olunmamışdır. Anası Ədalətdən məsələnin nə yerdə olduğunu soruşmuş, Ədalət onlara gəlib işi həll edə bilmədiyini etiraf etmiş və onların pulunu qaytaracağını bildirmişdir. Artıq onun 2020-ci ilin dekabr ayında 18 yaşı tamam olacağı üçün onu hərbi xidmətə aparacaqlarından, anası isə onun ali məktəbə qəbul olunub təhsil almasını istədiyi üçün Ədalətdən bu işi həll etməsini tələb etmişdir. Ədalət sonra onu Türkiyədə hansısa universitetə qəbul etdirə biləcəyini demiş, onlar məcbur olub razılaşmışlar. Ədalət sonra gəlib onu Türkiyənin İzmir şəhərində olan universitetin beynəlxalq əlaqələr fakültəsinə 5100 manat müqabilində qəbul etdirə biləcəyini, lakin universitetin təhsil haqqını anasının əlavə özünün ödəməli olmasını demiş, onlar məcbur olub razılaşmışlar. Ədalət ona verilən 8100 manatın 5100 manatını Türkiyədə universitetə qəbulla bağlı xərc çəkəcəyini, qalan 3000 manatı isə anasın özünə qaytaracağını demişdir. Bundan sonra o, İzmir şəhərində universitetə qəbul olunmuş, Ədalət artıq dekabr ayında dərslərin başlayacağını və anasının buna görə 1800 manat illik təhsil haqqını ödəməli olmasını bildirmişdir. Anası razılaşmış və 2020-ci ilin noyabr ayının ortalarında Ədalətə öz evlərində 1800 manat pul vermişlər. Bundan sonra 2020-ci ilin dekabr ayında o, onlayn dərslərə başlamışdır. Sonradan o, universitet yoldaşlarından həmin universtitetin illik təhsil haqqı birinci semestr üçün 200 manat, ikinci semestr üçün də 200 manat olmasını bilmişdir. Həmçinin anası Ədalətin onun Türkiyəyə göndərilməyi üçün sənədlərini hazırlatdığı şirkətin nümayəndəsini tapıb onunla görüşmüş və anasına onun İzmirdə qəbul olunmağı ilə bağlı Ədalətin cəmi 1200 manat xərc çəkməsi məlum olmuşdur. Ədalətin onları hərtərəfli aldatmasını başa düşmüşlər. Bu barədə Ədalətin özünə deyəndə o, gəlib hər şeyi etiraf etmiş və birinci kursdan sonra onu Bakıya Aviasiya X3 fakültəsinə köçürtdürəcəyinə söz vermişdir. Onlar məcbur olub razılaşıb gözləməyə başlamışlar. Həmin ərəfədə anası Lütvigildən pulunu ala bilmədiyi üçün 2021-ci ilin fevral ayında 40-cı Polis Bölməsinə şikayət etmiş, lakin şikayətində Ədalətlə bağlı heç nə bildirməmiş, çünki hələ də ona inanıb gözləmişlər. 2021-ci ilin iyun ayının əvvəllərində artıq o, birinci kursu bitirdikdən sonra Ədalət əlaqə saxlayıb onlara gəlmiş və onun Aviasiya Akademiyasına köçürülməyi üçün 10000 manat pul lazım olduğunu demişdir. Anası o qədər imkanı olmadığını demişdir. 2021ci ilin iyun ayının əvvəllərində yaşadıqları evdə Ədalətə birinci dəfə 5000 manat pul vermiş, həmin zaman babası da orada olmuş, bacısı Aysel telefonu ilə pul verilmə anını videoya çəkmişdir. Bundan sonra anası Ədalətə 2021-ci ilin iyun ayının ortalarında yenə öz evlərində 1000 manat pul vermiş və bundan artıq pul düzəldə bilməyəcəyini Ədalətə bildirmişdir. Ədalət 2021-ci ilin sentyabr ayından onun Aviasiya Akademiyasında 2-ci kursda oxumağa başlayacağına söz vermiş, onlar da gözləməyə başlamışlar. Bildirir ki, ali məktəblərdə tədris Türkiyədə 2021-ci ilin sentyabr ayının 27-də, Azərbaycanda isə sentyabr ayının 29-da başlayacaqmış. Ona görə də köçürmə ilə bağlı problem olmaması üçün o, sentyabr ayında Türkiyəyə getmişdir ki, 27-də orada dərsə getsin və 29-dan Azərbaycanda dərsə başlasın. Lakin sentyabr ayının 29-da artıq onlara məlum olmuşdur ki, köçürülmə məsələsi alınmamış və Ədalət yenə onları aldatmışdır. Buna görə də o, Türkiyədə olan Universitetdən imtina edib Azərbaycana qayıtmış, çünki həmin universitet çox aşağı səviyyəli universitet olmuşdur. Ondan sonrakı müddət ərzində anası dəfələrlə Ədalətlə əlaqəyə çıxıb pullarını qaytarmasını istəmiş, lakin Ədalət müxtəlif bəhanələr gətirib pullarını bu günə kimi qaytarmamışdır. Həmin vaxtı Ədalət onlara X34 işçisi deyil, Elmlər Akademiyasında riyaziyyat üzrə elmi işçi olmasını etiraf etmişdir. Onlar Ədalətdən keçən il nə üçün özünün onlarla əlaqə saxlayıb onun işini həll etmək istədiyini deməsini soruşduqda Ədalət onun haqqında Lütvidən eşitməsini demişdir. Məhkəmə baxışı zamanı səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyən Şahid4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. Svetlananın həyat yoldaşı Ədliyyə Nazirliyində işləmiş və 2004-cü ildə xəstəliklə bağlı vəfat etmişdir. Həmin vaxtdan da Svetlana onun Binəqədi rayonu, Xocasən qəsəbəsi yolunda, Motodrom yaşayış sahəsində yerləşən 108 saylı evində övladları ilə birlikdə onlarla yaşayır. Svetlananın 2002-ci il təvəllüdlü Həbib adlı oğlu və 2006-cı il təvəllüdlü Aysel adlı qızı var. Nəvəsi Şahid5 2020-ci ildə orta məktəbi bitirəndən sonra Polis Akademiyasına qəbul olunmaq üçün sənədlərini vermişdir. Həmin vaxt Həbib test imtahanından 500-dən yuxarı bal toplamış və idman normativini də vermişdir. Lakin həmin ərəfədə onun səhhətində problem yarandığından Svetlana onu müayinə üçün Türkiyəyə aparmış, sonra onlar Bakıya qayıtmış və o, əməliyyat olunmuşdur. Həmin ərəfədə Svetlananın başı qarışıq olduğu üçün Həbib həkim komissiyasından keçmə müddətini ötürmüşdür. Svetlana bundan sonuncu gün xəbər tutmuş və artıq iş vaxtı qurtardığı üçün komissiyaya girə bilməmişlər. Həmin zaman Həbibin müəlliməsi Saniyə adlı qadın onlara Elmlər Akademiyasında işləyən Lütvi adlı tanışının olmasını, əgər razı olsalar Həbibin həkim komissiyasından keçməsi məsələsini həll etməsi üçün onunla danışa biləcəyini bildirmişdir. Svetlana razılıq vermiş, Saniyə sonra onlara Lütvi ilə danışdığını və Lütvinin onlara kömək edə biləcəyini bildirmiş, həmçinin Lütvinin nömrəsini onlara vermişdir. Svetlana da özü Lütvi ilə danışmış və Lütvi bu məsələ ilə bağlı görüşüb danışmaq lazım olmasını demişdir. 2020-ci ilin avqust ayının ortalarında Lütvi təklikdə onların evinə gəlmiş, onlar Lütvini birinci dəfə həmin zaman görmüş, Svetlana Lütviyə oğlunun imtahandan və idman normativindən keçməsi barədə məlumat vermiş və bildirmişdir ki, həkim komissiyasından keçmə vaxtını ötürmüşlər. Lütvi onun polis orqanlarında işləyən bir nəfər tanışı olmasını və mötəbər bir adamın qohumu olmasını, həmin şəxsin Həbibin məsələsini həll edə biləcəyini, amma onların nəvəsini Polis Akademiyasına deyil, X6 qəbul etdirə biləcəklərini bildirmişdir. Svetlana naləac qalıb razılaşmışdır. Lütvi bu işin həlli üçün 5000 manat pul lazım olmasını bildirmiş, Svetlana isə Lütviyə həmin məbləğdə pulunun olmamasını, cəmi 3.000 manat pul verə biləcəyimi demişdir ki, Lütvi razılaşmışdır. Bu söhbətdən təxminən 2 gün sonra, yəni 2020-ci ilin avqust ayının ortalarında Lütvi bir nəfər şəxslə onların evinə gəlmiş, Lütvi yanında gələn şəxsin nəvəsinin işini həll edəcək şəxs və adının da Bəhrəm olmasını demişdir. X35 polisində işlədiyini və özünün də Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin qohumu olmasını məlumat vermişdir. Bəhrəm də onların heç nədən narahat olmamalarını, təxminən bir həftəyə Həbibin həkim komissiyasından keçmə məsələsini həll edəcəyini və onların telefonuna bu barədə mesaj gələcəyini demişdir. Svetlana ilkin olaraq 1500 manat pul düzəltdiyini, iki günə də qalan pulu verəcəyini bildirmişdir. Lütvigil razılaşmış və Svetlana yaşadıqları evin həyətyanı sahəsinin giriş darvazasının qarşısında 1500 manat pulu Lütviyə vermiş, Lütvi yanlarında pulu sayıb tam şəkildə Bəhrəmə vermişdir. Bəhrəmgil «Kia» markalı ** VZ *** nömrəli avtomobillə gəlmiş, maşını da Bəhrəm idarə etmişdir. Onlar pulu alıb çıxıb getmiş, iki gün sonra yeni eyni yerdə Svetlana Lütviyə 1500 manat pul vermiş və Lütvi yenə pulu sayıb onların yanında Bəhrəmə vermişdir. Lütvi ilə Bəhrəm bir həftə ərzində Həbibin həkim komissiyası işinin həll olunacağını bildirmişlər. Lakin bir həftə sonra heç bir xəbər çıxmamış, Svetlana Lütvigillə əlaqə saxlamış, Bəhrəm telefona cavab verməmiş, Lütvi isə telefona cavab verib guya Bəhrəmin işi düzəldəcəyinə söz verdiyini demişdir. Lakin iş həll olunmamış, Svetlana Lütvidən pulunu geri istəmiş, Lütvi isə ona həmin puldan cəmi 100 manat pul qaldığını demiş və güya Bəhrəmi tapıb onlarla əlaqə saxlayacağına söz vermişdir. 2020-ci ilin avqust ayının sonlarında bir nəfər 051 705 44 44 saylı nömrədən Svetlanaya zəng vurub adının Ədalət olduğunu və X34 inspektoru olduğunu demişdir. Ədalət Həbibin lazımi qədər bal topladığını və idman normativini keçdiyini, X34 işçisi kimi Həbibin həkim komissiyasından keçmə məsələsini həll edəcəyini demişdir. Svetlana da Ədalətə inanmış, çünki Ədalət Həbibin balı haqqında və digər məlumatları çox dəqiqliklə bildirmişdir. Əslində onlar sonralar bilmişlər ki, Ədalət də dələduz imiş və o, Lütvinin Həbib haqqında ona verdiyi məlumatlardan istifadə edərək, Lütvinin verdiyi istiqamət üzrə Svetlanaya zəng edib özünü İmtahan Mərkəzinin işçisi kimi təqdim edib onu aldatmışdır. Ədalət Svetlana ilə görüşmək istədiyini demiş və Svetlana razılaşıb Ədalətə evlərinin yerini izah etmişdir. Ədalət təklikdə özünün idarə etdiyi «Mercedes» markalı avtomobillə evinin qarşısına gəlmiş və onlar birinci dəfə onu həmin zaman görmüşlər. X46 Mərkəzində test sualları ilə bağlı sahədə işlədiyini, nəvəsinin problemi olduğunu görüb pul müqabilində ona kömək etmək istədiyini demişdir. Ədalət çox inandırıcı danışmış və hətta onlara bir vəsiqə də göstərmişdir ki, vəsiqədə böyük hərflərlə DİM yazılmışdır. Ədalət guya gizlincə nəvəsi Həbibin sənədlərini içəridə həll edəcəyini demişdir. Həmin vaxtı 2020-ci ilin sentyabr ayının əvvəlləri olmuşdur. Ədalət təxminən 10000 manat pul müqabilində nəvəsinin həkim komissiyası məsələsini həll edəcəyini və Həbibin bu il təhsilə başlayacağını bildirmişdir. Bildirir ki, sentyabr ayının 14-nə kimi Həbibin topladığı bala görə onun başqa universiteti onlayn yolla seçərək qəbul olunmaq imkanı olmuş, lakin Ədalət onlara başqa universitet seçməyə qoymamış və X23 qəbul olunma məsələsini həll edəcəyini bildirmişdir. Onlar artıq dərslərin başlamasına az qaldığını demiş, Ədalət isə pandemiya ilə bağlı dərslərin onsuz da gec başlayacağını bildirmişdir. Bundan sonra Svetlana 2020-ci ilin sentyabr ayının birinci ongünlüyündə bir-iki gün fərqlə Ədalətə yaşadıqları evin qarşısında bir dəfə 3000 manat, sonra 2500 manat və sonra 2600 manat olmaqla cəmi 8100 manat pul vermişdir. Ədalət işi həll edəcəyinə söz versə də iş həll olunmamış, başqa universiteti seçmə ilə bağlı müddətin sonuncu günü, yəni 2020-ci ilin sentyabr ayının 14-də Svetlana Ədalətlə əlaqə saxlayıb əgər işi həll edə bilmirsə nəvəsinin başqa universiteti seçməsini bildirmiş, lakin Ədalət tam inandırıcı formada başqa universitet seçməməsini, onun işi həll edib X29 qəbul etdirəcəyini demiş, onlar da inanıb gözləmişlər. Lakin sonra artıq dərslər başlamış, Həbibin qəbul məsələsi həll olunmamışdır. Svetlana Ədalətdən məsələnin nə yerdə olduğunu soruşmuş, Ədalət onlara gəlmiş və işi həll edə bilmədiyini etiraf edərək onların pulunu qaytaracağını demişdir. Artıq Həbibin 2020-ci ilin dekabr ayında 18 yaşı tamam olacağı üçün onu hərbi xidmətə aparacaqlarından, Svetlana isə Həbibin ali məktəbə qəbul olunub təhsil almasını istədiyi üçün Ədalətdən bu işi həll etməsini tələb etmişdir. Ədalət sonra onlara nəvəsini Türkiyədə hansısa universitetə qəbul etdirə biləcəyini demiş, onlar məcbur olub razılaşmışlar. Ədalət sonra gəlib Türkiyənin İzmir şəhərində olan universitetin beynəlxalq əlaqələr fakültəsinə 5100 manat müqabilində qəbul etdirə biləcəyini, lakin universitetin təhsil haqqını Svetlananın əlavə özünün ödəməli olmasını demiş, onlar məcbur olub razılaşmışlar. Ədalət ona verdiyi 8100 manatın 5100 manatını Türkiyədə universitetə qəbulla bağlı xərc çəkəcəyini, qalan 3000 manatı isə Svetlananın özünə qaytaracağını demişdir. Bundan sonra Həbib İzmir şəhərində universitetə qəbul olunmuş, Ədalət artıq dekabr ayında dərslərin başlayacağını və Svetlananın buna görə 1800 manat illik təhsil haqqını ödəməli olmasını demişdir. Svetlana razılaşmış və 2020ci ilin noyabr ayının ortalarında Ədalətə evlərində 1800 manat pul vermişdir. Bundan sonra 2020-ci ilin dekabr ayında Həbib onlayn dərslərə başlamışdır. Sonradan Həbib universitet yoldaşlarından həmin universtitetin illik təhsil haqqının birinci semestr üçün 200 manat, ikinci semestr üçün də 200 manat olmasını bilmişdir. X30 Həbibi Türkiyəyə göndərmək üçün sənədlərini hazırlatdığı şirkətin nümayəndəsini tapıb onunla görüşmüş və Həbibin İzmirdə qəbul olunması ilə bağlı Ədalətin cəmi 1200 manat xərc çəkdiyi onlara məlum olmuşdur. Ədalətin onları hərtərəfli aldatmasını başa düşmüşlər. Bu barədə Ədalətin özünə deyəndə onlara gəlib hər şeyi etiraf etmiş və birinci kursdan sonra Həbibi Bakıya Aviasiya X3 fakültəsinə köçürtdürəcəyini söz vermişdir. Onlar məcbur olub razılaşıb gözləməyə başlamışlar. Həmin ərəfədə Svetlana Lütvigildən pulunu ala bilmədiyi üçün 2021-ci ilin fevral ayında 40-cı Polis Bölməsinə şikayət etmiş, lakin şikayətində Ədalətlə bağlı heç nə bildirməmiş, çünki hələ də ona inanıb gözləmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində artıq Həbib birinci kursu bitirdikdən sonra Ədalət əlaqə saxlayıb onlara gəlmiş və X11 köçürülməsi üçün 10000 manat pul lazım olduğunu demişdir. Svetlana o qədər imkanı olmadığını demişdir. 2021-ci ilin iyun ayının əvvəllərində yaşadıqları evdə Ədalətə birinci dəfə 5000 manat pul vermiş, həmin zaman o, da orada olmuş, nəvəsi Aysel telefonu ilə pul verilmə anını videoya çəkmişdir. Bundan sonra Svetlana Ədalətə 2021-ci ilin iyun ayının ortalarında yenə evlərində 1000 manat pul vermiş və bundan artıq pul düzəldə bilməyəcəklərini Ədalətə bildirmişlər. Ədalət 2021-ci ilin sentyabr ayından X7 2-ci kursda oxumağa başlayacağını söz vermiş, onlar da gözləməyə başlamışlar. Həmin zaman Həbib Türkiyəyə getmiş, lakin sentyabr ayının 29-da artıq köçürülmə məsələsinin alınmaması və Ədalətin yenə onları aldatması onlara məlum olmuşdur. Buna görə də Həbib Türkiyədə olan Universitetdən imtina edib Azərbaycana qayıtmış, çünki həmin universitet çox aşağı səviyyəli universitet olmuşdur. Ondan sonrakı müddət ərzində onlar dəfələrlə Ədalətlə əlaqəyə çıxıb pullarını qaytarmasını istəmiş, lakin o, müxtəlif bəhanələr gətirib pulu bu günə kimi qaytarmamışdır. Həmin vaxtı Ədalət ona X34 işçisi deyil, Elmlər Akademiyasında riyaziyyat üzrə elmi işçi olmasını etiraf etmişdir. Onlar Ədalətdən keçən il nə üçün özünün onlarla əlaqə saxlayıb nəvəsinin işini həll etmək istədiyini deməsini soruşduqda Ədalət onların haqqında Lütvidən eşitməsini demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında «Şamaxinka» adlanan ərazidə təsadüfən Ədalətlə rastlaşmışdır. Ədalət söhbət zamanı ona Həsən adlı bir nəfərdən iş müqabilində 800 manat pul aldığını, Həsənin isə indi ondan şikayət edib pulunu istədiyini bildirmişdir. Daha sonra Həsən ora gəlmişdir. Ədalət ona 200-300 manat pul vermək istəmiş, Həsən isə pulu götürməyib pulun hamısını tam həcmdə qaytarmasını Ədalətdən tələb etməyə başlamışdır. Ədalət çıxıb gedəndən sonra Həsənlə söhbət edib aralarında ünsiyyət yaranmış və telefon nömrələrini götürmüşlər. Daha sonra Ədalət ona 200 ya 300 manat pul verib imkan tapıb pulu Həsənə verməsini xahiş etmişdir. Bir neçə gün sonra Həsən ona zəng vurmuş və rayona gedəcəyini bildirib ondan borc pul istəmişdir. Ədalətin pulu onda olduğu üçün o, razılaşmış və Həsənlə görüşüb ona 200 ya 300 manat pul vermişdir. Amma o, həmin pulu öz adından vermiş, Həsən pulun Ədalətə məxsus olduğunu bilməmişdir. Ondan sonrakı müddətdə də bir-iki dəfəyə Həsənə əlavə pul da vermiş və ona cəmi 600 manat pul vermiş olmuşdur. Amma o, Həsənə həmin pulu öz adından borc kimi vermiş, Həsən həmin pulu əmək haqqını alıb ona qaytaracağını bildirmişdir. Ədalət həbs olunduqdan sonra Həsən onunla əlaqə saxlayıb 600 manatı ona qaytarmış, o, da 600 manatı Ədalətin başqa borcu olduğu Zakir adlı şəxsə vermişdir. Bildirir ki, Ədalət onun yanında şəxsən Həsənə pul verməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 Misirxan oğlu ifadəsində bildirmişdir ki, 2021-ci ilin yay aylarında 8-ci mikrorayonda yerləşən «Mandarin» kafesində az bir müddət ofisiant işləmiş və həmin zaman restoranı Rahib adlı şəxs işlətmişdir. Rahibin qohumu olan Yusif müəllim tez-tez restorana öz dost-tanışları ilə gəlib-getmişdir. Yadındadır ki, bir dəfə Yusif müəllim restoranda olmuş və bir nəfər işçisi ilə oturmuşlar. O, da onlara qulluq etmişdir. Söhbət zamanı Yusif müəllim bir nəfər Ədalət adlı tanışının onu təzə işə düzəldəcəyini demişdir. Az müddət sonra üzdən tanıdığı Ədalət də ora gəlmiş və Yusif müəllimlə eyni stolda əyləşmişlər. O, da onlara qulluq etməkdə davam etmişdir. Ədalət əvvəllər də bir-iki dəfə Yusif müəllimlə həmin restorana gəlmişdir. Yusif müəllim Ədaləti onlara müəllim kimi təqdim etmişdir. Onlar arasında gedən söhbətdən Ədalətin Yusif müəllimi harasa işə düzəltdiyini və Yusif müəllimin də həmin yeni iş yerini hansısa mal-materialla təmin edəcəyini başa düşmüşdür. Sonra Yusif müəllim cibindən bir bağlama 100-lük əskinaslarda pul çıxardıb Ədalətə vermiş, Ədalət də pulu sayıb götürmüşdür. Ədalət pulu götürəndən sonra bir az oturub çıxıb getmişdir. Amma bir müddətdən sonra Yusif müəllim restorana gələndə demişdir ki, Ədalət söz versə də hələ də onu işə düzəltməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 mebel sexində sürücü kimi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, o, bir nəçə dəfə Yusifin sexinə gələndə görmüşdür. 2021-ci ilin avqust ayının ortalarında Yusiflə birlikdə 8-ci mikrorayonda yerləşən «Mandarin» restoranına getmişlər. Belə ki, həmin restoranı Yusifin qohumu işlətdiyi üçün o, həmin yerə tez-tez gedib-gəlmişdir. Onlar stol arxasında oturub çörək yedikləri zaman Ədalət onlara yaxınlaşmış, o, Yusifin onun gəlməsini gözlədiyini başa düşmüşdür. Ədalətlə Yusif hansısa iş barədə söhbət etmiş, söhbətin məzmunundan Ədalətin Yusif müəllimi Səhiyyə Nazirliyinə hansısa işə düzəldəcəyini başa duşmüşdür. Yusif orada onun yanında Ədalətə 100-lük əskinaslarda xeyli pul vermiş, Ədalət də pulu götürüb bir az oturub getmişdir. Bildirir ki, hətta həmin zaman söhbət vaxtı Ədalət onun tikinti işini bildiyini bilib 6500 manata onu hansısa icra orqanına işə düzəldə biləcəyini bildirmiş, o, fikirləşəcəyini demişdir. Yusif onu işə düzəldəcəyindən Ədalətə 10000 manat pul verdiyini bildirmişdir. Bu məsələnin sonrakı gedişatını bilməmişdir. Amma bir müddətdən sonra Yusiflə birlikdə olanda o, demişdir ki, Ədalət söz versə də hələ də onu işə düzəltməmişdir. Bir müddət sonra isə Yusif Ədalətdən artıq pulunu istəmiş, lakin onu tapa bilməmişdir. Daha sonra isə ona Yusifin deməsindən Ədalətin həbs edilməsi məlum olmuşdur. O, həmin zaman sevinmişdir ki, yaxşı ki, Ədalətə o vaxtı öz işi ilə bağlı pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 210040998 nömrəli cinayət işi 20 dekabr 2021-ci il tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə başlanılmışdır. 20 dekabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. 210040637 nömrəli cinayət işi 03 sentyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsinin sabiq baş müstəntiqi polis mayoru İbrahim Vəliyev tərəfindən X16 tanışı X31 ilə birlikdə Şahid5 X6 qəbul üçün həkim komissiyasından keçirməkdə kömək edəcəyi vədi ilə Şahid5 anası Zərərçəkmiş şəxs1 2020-ci ilin avqust ayında sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsindəki fərdi yaşayış evinin həyətində 3000 manat pul alaraq ələ keçirmələri faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə başlanmışdır. 03 sentyabr 2021-ci il tarixdə baş müstəntiq İbrahim Vəliyev tərəfindən ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. 210010199 saylı cinayət işi xx.xx.2021-ci il tarixdə Xəzər RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərov tərəfindən X16 xx.xx.2020-ci il tarixdə X2 rəfiqəsinin qardaşını Cəzaçəkmə Müəssisəsindən buraxdırmaq vədi ilə 7000 manat pulunu alıb ələ keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanaraq icraatına qəbul olunub istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixdə X17 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2021-ci il tarixdə X21 Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. X8 bankdan pul çıxarılmasında köməklik göstərilməsi adı ilə X26 tərəfindən 5500 manat pulunun ələ keçirilməsi barədə müraciəti əsasında toplanmış material cinayət işinə əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli qərarla ********* saylı cinayət işi ərazi aidiyyəti üzrə istintaqının davam etdirilməsindən ötrü Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. İstintaq zamanı X5 1815 manat məbləğində pulunun X32 və X26 tərəfindən, 820 manat pulunun isə Təqsirləndirilən şəxs və X31 tərəfindən ələ keçirilməsi barədə müraciəti əsasında toplanmış material cinayət işinə əlavə edilmişdir. 28 sentyabr 2021-ci il tarixdə baş müstəntiq İbrahim Vəliyev tərəfindən ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ********* nömrə altında cinayət işinin istintaqı davam etdirilmişdir. 170116142 nömrəli cinayət işi 07 aprel 2017-ci il tarixdə Xətai rayon prokurorluğu tərəfindən X16 məhkəmə baxışında olan mülki işinə köməklik göstərəcəyi və onun xeyrinə qərar qəbul etdirəcəyi adı ilə X22 5000 manat pulunu ələ keçirməsi faktına görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanmış və 11 aprel 2017-ci il tarixdə cinayət işi istintaq olunması üçün Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. X16 X40 və X14 qarşı dələduzluq edərək müxtəlif məbləğlərdə pullarını ələ keçirməsi faktları ilə bağlı toplanmış materiallar ********* nömrəli cinayət işinə əlavə edilmiş və B.Həsənovun sonuncu cinayət əməlini Binəqədi rayon inzibati ərazisində törətdiyini nəzərə alaraq cinayət işi ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 13 oktyabr 2021-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.4-cü maddəsinə əsasən dayandırılmış, 26 noyabr 2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 ifadəsində və ərizəsində 2020-ci ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq oğlu Həbibin ali məktəbə qəbul məsələsini həll edəcəyini vəd verərək bu adla ondan Bakı şəhəri, Binəqədi rayonu, Motodrom yaşayış sahəsi, ev 108-də 2020-ci ilin sentyabr ayının birinci ongünlüyündə üç dəfəyə 8100 manat və 2021-ci ilin iyun ayında iki dəfəyə 6000 manat pul alaraq ələ keçirdiyini bildirib bu barədə tədbir görülməsini xahiş etmişdir. 25 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilərək icra edilməsi üçün aidiyyəti üzrə göndərilmiş və 26 noyabr 2021-ci il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 08 dekabr 2021-ci il tarixdə Abbasov X9 RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub saat 21:30-da Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerinə təqdim edildiyi üçün 09 dekabr 2021-ci il tarixdə cinayət işi icraat təzələnərək istintaqı davam etdirilmişdir. 10 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarı ilə 08 dekabr 2021-ci il tarixdən hesablanmaqla 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay 23 gün olmaqla 20 mart 2022-ci il tarixədək uzadılmışdır. Bundan əlavə Zərərçəkmiş şəxs4 10000 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsi barədə müraciəti cinayət işinə əlavə edilmişdir. 03 fevral 2022-ci il tarixdə tərəfimdən ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə, ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. 210200050 nömrəli cinayət işi 01 noyabr 2021-ci ildə Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin İstintaqı şöbəsinin müstəntiqi X27 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanılmışdır. xx.xx.2021-ci il tarixdə cinayət işi Nərimanov RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru Elşən Zamanov tərəfindən icraatına qəbul edilməklə istintaqı davam etdirilmişdir. 05 yanvar 2022-ci il tarixdə baş müstəntiq Elşən Zamanov tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, 25 yanvar 2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. 27 yanvar 2022-ci ildə baş müstəntiq Elşən Zamanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə də nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. 03 fevral 2022-ci il tarixdə ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 02 mart 2022-ci il tarixdə tərəfimdən X32, X31 və X15 barəsində axtarış elan edilmişdir. 15 mart 2022-ci il tarixdə cinayət işinin istintaq müddəti Bakı şəhər prokurorunun qərarı ilə 2 ay olmaqla, 5 ayadək, yəni 20 may 2022-ci il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 ay 18 gün olmaqla 08 may 2022-ci il tarixədək uzadılmışdır. 06 aprel 2022-ci il tarixdə X1 RPİ-nin 7-ci Polis bölməsinin əməkdaşları tərəfindən tutularaq Binəqədi RPİ-nin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 08 aprel 2022-ci il tarixdə X26 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2022-ci il tarixli qərarı ilə 06 aprel 2022-ci il tarixdən hesablanmaqla 1 ay 14 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 29 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmişdir. 30 aprel 2022-ci il tarixdə ********* nömrəli cinayət işinin materiallarından X32, X31 və X15 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli başqa cinayət işi ayrı icraata ayrılmışdır. İstintaq zamanı «Azercell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 051 705 44 44 saylı mobil nömrəsinə 01 yanvar 2020-ci il tarixdən 10 dekabr 2021-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısına, mesajların məzmununa və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmişdir: Baxış zamanı Təqsirləndirilən şəxs 051 705 44 44 saylı nömrəsi ilə Zərərçəkmiş şəxs1 055 679 05 22 saylı nömrə arasında 12 sentyabr 2021-ci il tarixdən 27 noyabr 2021-ci il tarixə kimi bir-biri ilə çoxsaylı danışıqların olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 051 705 44 44 saylı nömrəsi ilə X5 070 207 78 55 saylı nömrə arasında 22 mart 2021-ci il tarixdən 15 noyabr 2021-ci il tarixə kimi bir-biri ilə çoxsaylı danışıqların olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 051 705 44 44 saylı nömrəsi ilə Zərərçəkmiş şəxs4 050 312 09 34 saylı nömrə arasında 06 avqust 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixə kimi bir-biri ilə çoxsaylı danışıqların olması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs 051 705 44 44 saylı nömrəsi ilə Şahid2 055 496 06 36 saylı nömrə arasında 23 yanvar 2020-ci il tarixdən 02 avqust 2021-ci il tarixə kimi, Şahid1 055 205 46 05 saylı nömrəsi arasında 04 fevral 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixə kimi bir-biri ilə çoxsaylı danışıqların olması müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 051 705 44 44 saylı nömrəsinə daxil olan iş üçün əhəmiyyət kəsb edən aşağıdakı mesajlar müəyyən edilmişdir: xx/xx/2021,16:54:50,**********55,**********44, Tez-tez şəxsiyyətdən dəm vururdun , budur sənin şəxsiyyətin ? xx/xx/2021,18:16:44,**********55,**********44, Bir neçə günə sənə və sənin dostlarına cinayət işi açılacaq .İnanmırsan ? xx/xx/2021,14:45:30,**********55,**********44, Üzüsulu pulu geri qaytar(820AZN).Sonra gec olacaq. xx/xx/2021,19:14:39,**********55,**********44, Ədalət sən mənim ünvanıma söyüş söyürsən ? Söydüyünü 10 qatı ilə yerinə yetirim ? xx/xx/2021,15:47:41,**********55,**********44, Sən bu gün-sabah deyə -deyə vaxt qazanıb hələlik fırladırsan . xx/xx/2021,15:47:42,**********55,**********44,Boynunu bükəcək gününü göz önünə gətir ! Elə bilirsən bəhrəmin kölgəsində gizlənib 820 + dəymiş ziyandan qaça biləcəksən ??? xx/xx/2021,19:55:46,**********55,**********44, Ay dələduz sənin cinayət işin artıq açılıb. xx/xx/2021,20:11:19,**********55,**********44,İndi 178.3.1 səndədir. İstintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş “whatsapp” proqramı vasitəsilə yazılmış 5 vərəq mesaj mətnlərini və içərisində videogörüntülər olan bir ədəd CD diskini götürülmüş və baxış zamanı məlum olmuşdur ki, “Ədalət M Dim” adı ilə qeyd edilmiş 051 705 44 44 nömrəli kontakta Zərərçəkmiş şəxs1 “evdəyəm sizi gözləyirəm, bu günə söz vermişdiniz, məni başqa şeylərə əl atmağa məcbur etməyin, siz gəlməsəniz mən axşam sizdə olacam”, “ Ədalət müəllim siz 2 ildə məni biləbilə, qəsdən aldatmısınız, 8100+6000 pulumu mənimsəmisiniz, oğlumla məni aldadaraq ümid verə-verə bizi məhv etmisən” məzmununda mesajlar yazmışdır. “Ədalət M Dim” adı ilə qeyd edilmiş kontakt isə Zərərçəkmiş şəxs1 “salam, sabah sizə gələrəm” məzmununda mesaj yazmışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 təqdim etdiyi CD diskində 4 ədəd videofayl vardır. Həmin videofayllarda görünür ki, Abbasov X10 Əliyevanın atası və oğlunun yanında Zərərçəkmiş şəxs1 aldığı 5000 manat pulu sayır. Digər videofayllarda isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verdiyi pulları geri qaytarmasını tələb edir. İstintaq zamanı iş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş “whatsapp” proqramı vasitəsilə yazılmış 5 vərəq mesaj mətnləri və içərisində videogörüntülər olan bir ədəd CD diski, “Baksell” və “Azersell” şirkətlərindən daxil olmuş 2 ədəd CD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmələri nəzərə alınmışdır. İstintaq zamanı Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) 14 sentyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2 və 320.1-ci maddələri ilə təqsirli bilinərək 07 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək ona 5 il şərti çınaq müddəti təyin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2012-ci il tarixli qərarı ilə şərti məhkum etmə ləğv edilmiş və məhkumluğu üzərindən götürülmüşdür. Bundan başqa Xəzər RPİ-nin İstintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində 14 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və həmin cinayət işi 30 aprel 2016-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X5 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 İntiZərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş əhatə dairəsinə dair məlumatın əks olunduğu 1 ədəd CD diskə baxış keçirilmiş lakin iş üçün əhəmiyyətli hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən daxil olmuş əhatə dairəsinə dair məlumatın əks olunduğu 1 ədəd CD diskə baxış keçirilmiş lakin iş üçün əhəmiyyətli hər hansı bir hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin iş materiallarında olan və məhkəmə istintaqı zamanı səsləndirdiyi ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, 178.2.2-ci maddəsinə əsasən təkrar və 178.2.4-cü maddəsinə əsasən, xeyli miqdarda törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, onlara vurulmuş ziyanın ödənilməsini və onların təqsirləndirilən şəxsdən heç bir tələb və şikayətlərinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona bu cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, Yeni Yaşayış massivində nömrəsiz ev ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbirinə dəyişdirilmiş və o dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 01 il 03 ay 29 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş “watsapp” proqramı vasitəsilə yazılmış 5 vərəq mesaj mətnləri və 3 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 70 saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə əsasən 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildən hazırkı vaxtadək həbsdə və ev dustaqlığında olduğu, 01 il 03 ay 29 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 04 (dörd) ay 12 (on iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, Yeni Yaşayış massivində nömrəsiz ev ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş “watsapp” proqramı vasitəsilə yazılmış 5 (beş) vərəq mesaj mətnləri və 3 (üç) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş 70 saat hüquqi xidmətə görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 11 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar