Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-140/2022 18.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Saleh oğlunun, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, faktiki olaraq evli, himayəsində 02 (iki) azyaşlı övladı olan, işləməyən, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21.12.2015-ci il tarixli, 1(001)-379/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 20.06.2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-ci il tarixli amnistiya qərarının 2.5ci bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, halhazırda hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 -ci (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2021-ci ilin avqust ayının sonlarında gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, 3-cü döngədə yerləşən evin həyətinə hasardan aşaraq qanunsuz daxil olduqdan sonra evin birinci mərtəbəsinin dəmir qapısını əyməklə sındırıb evə qanunsuz daxil olaraq orada girişdən sağ tərəfdə yerləşən otaqda olan plastik boruların yapışdırılmasında istifadə olunan elektriklə işləyən bir ədəd 70 manat dəyərində ütü aləti, bir ədəd 60 manat dəyərində kiçik laqonda, bir ədəd 130 manat dəyərində böyük laqonda, bir ədəd 50 manat dəyərində kiçik ölçülü əl dreli, bir ədəd 240 manat dəyərində böyük ölçülü beton deşən preparator, bir ədədinin dəyəri 130 manat və digərinin isə dəyəri 170 manat olmaqla iki ədəd müxtəlif təyinatlı elektrik taxta kəsən mişar və təxminən 100 manat dəyərində qaz peçinin quraşdırılmasında istifadə olunan avadanlıqları, eləcə də evin həyətində hasara içəri tərəfdən çəkilmiş təxminən 30 manat dəyərində 30 metr naqili kəsib gizli talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 980 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə 21 sentyabr 2021-cu il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində yerləşən evinin həyətinə giriş qapısının olmamasından istifadə edib qanunsuz daxil olaraq orada zirzəmidən keçməklə evin içərisinə qanunsuz daxil olub evin mətbəx otağından 1 top işlənməmiş 100 metr uzunluğunda 100 manat dəyərində 4x3 ölçüdə elektrik naqili, 1 top işlənməmiş 100 metr uzunluğunda 80 manat dəyərində 2,5x3 ölçüdə elektrik naqili, bir ədəd 50 manat dəyərində uşm-115/900 markalanma göstəricisi olan laqonda aparatı, eləcə də cəmi 450 manat dəyərində mətbəxdə bir salafan torbada kəsik naqilləri və zirzəmidən divarlarda olan təxminən 100 metr uzunluğunda elektrik naqilini kəsib gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 680 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, son illər avtobus sürücüsü və taksi sürücüsü kimi işləmişdir.Son vaxtlar pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir.Belə ki, təxminən bir ay əvvəl o, yaşadığı evdən təxminən 200 metr aralıda İsfahani küçəsində yerləşən təmir işləri aparılan evdən oğurluq etmişdir.O, həmin evdə daimi yaşayış olmadığını və hələ təmir işləri aparıldığını bilmişdir.Gecə saat 01:00 radələrində həmin evdə işıq yanmadığını görüb heç kimin olmadığına bir daha əmin olmuş və hasardan aşıb həyətə düşmüş, sonra evin açıq pəncərəsindən içəri daxil olmuş və alışqanın işığı ilə evdə hərəkət etməyə başlamışdır.Evin hamam otağında kafel işi görülmüşdür. O, hamam otağından bir ədəd laqonda aparatı, bir qədər naqil, plastik vanna, tarazlıq qurğusu və çəkic oğurlayıb vannaya yığaraq evdən çıxartmışdır.Sonra vannanı içərisindəki əşyalarla birlikdə hasarın yuxarısına qoymuş və özü də divardan tutub hasarı küçəyə tərəf aşanda vannanı da özü ilə düşürtmüşdür.O, laqonda aparatını evində saxlamış, digər əşyaları isə oğurluq etdiyinin səhəri günü Gülüstan küçəsində metal qəbulu məntəqəsinə satıb 40 manat pul almışdır. Laqondanı da sonra satmaq fikri olmuşdur.Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan başqa, o, 21 sentyabr 2021-ci il tarixdə saat təxminən 16:00 radələrində Bakı şəhəri, İsfahani küçəsində olan yaşayış olmayan və təmir işləri aparılan başqa bir evə girib oğurluq etmiş, həmin evin həyət qapısı olmadığı üçün həyətə rahat daxil olmuş və evin zirzəmisinin qapısı olmadığından rahat şəkildə zirzəmiyə girdikdə zirzəmidən evin içərisinə yol olmasını görmüşdür.O, zirzəmidən evə qalxmış, evin yataq otağından bir ədəd laqonda, 4 metrlik alüminium profil oğurlamış, sonra isə zirzəmiyə düşüb oradan divardan naqilləri kəsib ayırmış, təxminən 20 metr uzunluğunda naqil oğurlamış, həmçinin zirzəmidən bir ədəd külüng oğurlamışdır.O, zirzəmidə olanda evə adamların gəldiyini eşitmiş və çox güman ev sahibi gəlmişdir ki, səslərindən bir neçə nəfər olduqlarını başa düşmüşdür. O, zirzəmidə gizlənib səsini çıxarmamış, bir müddət sonra ev sahibinin həyətdə olduğunu və evə girmək fikirlərinin olmadığını görmüşdür. Ona görə də o, gizlincə oğurladığı əşyaları zirzəmidən evin otağına çıxartmış və oradan evin arxa tərəfinə açılan pəncərədən düşüb oğurladığı əşyalarla birlikdə uzaqlaşmış, onu görən olmamışdır.O, naqilləri yenə eyni yerə satmış və 17 manat pul əldə etmiş, laqondanı isə sonra satması üçün evində saxlamışdır. Səhəri günü o, oğurluq etdiyi evin yaxınlığında olarkən həmin evin sahibi onu tutub onun evindən oğurluq etdiyini və kameraya düşdüyünü demişdir.Həmin şəxs kamera görüntüsünü ona göstərmiş və o, həqiqətən də onun evindən oğurluq etməsini etiraf etmişdir.Daha sonra o, evində olan iki ədəd laqondanı polis əməkdaşlarına təqdim etmiş və digər evdən də oğurluq etdiyini etiraf etmişdir.O,həmin oğurluqları təkbaşına törətmişdir, ona kömək edən olmamışdır.21 sentyabr 2021-ci il tarixdə evindən oğurluq etdiyi şəxsin istintaqa təqdim etdiyi videogörüntüləri nəzərdən keçirtmiş və təsdiq edir ki, görüntülərdə olan şəxs o, özüdür.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslərdən biri –Zərərçəkmiş şəxs1la barışıq əldə etməsini və həmin zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq, onun barəsində mümkün qədər yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində təxminən 3 ildir ki, özünə məxsus torpaq sahəsində ev inşa etdirmişdir.Hal-hazırda ev tikilib və orada təmir işləri aparılır, lakin evdə daimi usta işləmir.O, hər gün evə gedib baş çəkir, həmçinin həyətdə göyərçin saxladığı üçün onların yeməyini verir.21 sentyabr 2021-ci il tarixdə, saat təxminən 16:30 radələrində təklikdə o, yenidən həmin evə getmişdir.Belə ki, həmin evin həyətyanı sahəsinin hasarı var, lakin qapı yeri açıqdır.O, həyətə keçib quşlara yemək vermiş, sonra qaynı Ərzulla da ora gəlmişdir.O, evə girəndə evin yaxınlığında sahibsiz araba olduğunu görmüş, lakin əhəmiyyət verməmişdir.O, qaynı ilə həyətdə təxminən bir saata yaxın qalmış və söhbət etmişlər.Evdən çıxanda o, evin birinci mərtəbəsinin zalının pəncərəsinin açıq olduğunu görüb şübhələnmiş və ona görə də yenidən evə qayıtmışdır.O, evin birinci mərtəbəsinin qapısını açıb içəri girəndə evin divarında olan naqillərin kəsildiyini görmüş və artıq oğurluq edildiyini başa düşmüşdür. O, evə nəzər yetirdikdə mətbəxdə qoyduğu 1 top işlənməmiş 100 metr uzunluğunda 4x3 ölçüdə, 1 top işlənməmiş 100 metr uzunluğunda 2,5x3 ölçüdə elektrik naqilin, həmçinin bir salafan torbada kəsik naqillərin, bir ədəd laqondanın oğurlanmasını görmüşdür.O, yataq otağına baxanda döşəmənin dikt vurulmayan hissəsində qan ləkələri görmüş, belə ki, həmin hissədə dikt vurulmadığı üçün zirzəmiyə yol olmuşdur.Buna görə də o, bayıra çıxıb açıq olan qapıdan zirzəmiyə keçmiş və zirzəmidən divarlarda olan təxminən 100 metr uzunluğunda elektrik naqilinin kəsilərək oğurlanmasını görmüşdür.Həmçinin divarda olan digər naqillər kəsilib yararsız vəziyyətə salınsa da aparılmamışdır. Bundan sonra, o, qonşunun kamerasına baxdıqdan sonra polisə məlumat vermək qərarına gəlmişdir.Çünki həmin ərazidə çoxdan yaşadığından hamını tanımışdır. O, həmin günü qonşunun kamera görüntülərinə baxıb bir nəfərin 21 sentyabr 2021-ci il tarixdə saat 16:12-də araba ilə gəlib arabanı evin qarşısında saxlayıb həyətinə daxil olmasını görmüşdür.Bundan sonra isə o, evə gəlmişdir.Artıq o, qaynı ilə həyətdə olanda həmin oğrunun zirzəmidə gizlənməsini başa düşmüşdür. Sona həmin şəxs yəqin ki, evin arxasından çıxıb aşağı tərəfdən gəlib arabasını götürüb getmişdir.O, 22 sentyabr 2021-ci il tarixdə həmin şəxsi, adını sonradan bildiyi Anarı həmin küçənin yuxarı hissəsində tapıb tutmuşdur ki, Anar yenə həmin araba ilə gəzmişdir.O, həmin şəxsə kamera görüntüsünü göstərmiş və o, kamerada olan şəxs olduğunu demişdir.Bundan sonra o, polisə məlumat vermiş və həmin şəxsi polisə təhvil vermişdir.O, məhkəmənin diqqətinə çatdırır ki, oğurlanmış laqondanın dəyəri 70 manat, 1 top işlənməmiş 100 metr uzunluğunda 4x3 ölçüdə elektrik naqilinin dəyəri 100 manat, 1 top işlənməmiş 100 metr uzunluğunda 2,5x3 ölçüdə elektrik naqilinin dəyəri 80 manat, digər zirzəmidə divardan oğurlanmış və mətbəxdə kəsik halda olan naqillərin ümumi dəyəri 450 manatdır.Ümumilikdə ona 700 manat ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxsdən heç bir şikayətinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs2 Saleh oğlu bildirmişdir ki, təxminən 10 ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, 3-cü döngədə ev tikmiş və maddi imkanı olmadığından təmir işlərini hələ də başa çatdıra bilməmişdir.Hal-hazırda evin təmiri demək olar ki, yekunlaşmış, lakin həyət hələ səliqəyə salınmamışdır.Evdə daimi usta işləmədiyi üçün o, təxminən 15-20 gündən bir həmin evə gedib baş çəkmişdir.Sonuncu dəfə 17 sentyabr 2021-ci il tarixdə saat 10:00 radələrində həmin evə getmiş və həyət darvazasını açıb həyətə daxil olmuşdur. O, evə tərəf yaxınlaşanda evin birinci mərtəbəsinin dəmir qapısının kilid hissədən əyilməsini görmüş və evə oğru girməsini başa düşmüşdür.O, birinci mərtəbənin qapısına yaxınlaşıb onun açıq vəziyyətdə olduğunu görmüşdür.Oğru alətlə həmin qapını kilid hissədən əyərək açmışdır.O, birinci mərtəbəyə daxil olanda girişdən sağ tərəfdə olan otaqdan plastik boruların yapışdırılmasında istifadə olunan elektriklə işləyən 70 manat dəyərində ütü alətin, bir ədəd 60 manat dəyərində kiçik laqondanın, bir ədəd 130 manat dəyərində böyük laqondanın, bir ədəd 50 manat dəyərində kiçik ölçülü əl drelinin, bir ədəd 240 manat dəyərində böyük ölçülü beton deşən preparatorun, bir ədədinin dəyəri 130 manat və digərinin isə dəyəri 170 manat olmaqla iki ədəd müxtəlif təyinatlı elektrik taxta kəsən mişarın, təxminən 100 manat dəyərində qaz peçinin quraşdırılmasında istifadə olunan avadanlıqların oğurlanmasını görmüşdür.Həmçinin, həyətdə hasara içəri tərəfdən çəkilmiş təxminən 30 manat dəyərində 30 metr naqil kəsilərək oğurlanmışdır. Həmçinin, oğru evin ikinci mərtəbəsinin küçə tərəfə baxan nəfəsliyindən ikinci mərtəbəyə evə daxil olmuş, lakin ikinci mərtəbədən heç bir əmlak oğurlanmamış, oğru nəfəsliyi itələyib çərçivə qarışıq yerindən çıxardaraq evə salmışdır.İkinci mərtəbənin zalının həyətə baxan pəncərəsi açıq vəziyyətdə olmuş və oğru oradan həyətə daxil olmuşdur.O, evi nəzərdən keçirib belə qərara gəlmişdir ki, oğru ilk əvvəl küçədən hasara çıxıb oradan nəfəsliyi çıxardaraq ikinci mərtəbəyə daxil olmuş, ikinci mərtəbədə oğurlamağa bir əmlak tapa bilməyib zalın açıq pəncərəsindən həyətə çıxmış və həyətdə birinci mərtəbənin qapısını sındıraraq həmin mərtəbədən sadaladığı əmlakları oğurlamışdır.Oğrunun həyətdən necə çıxdığını bilməmiş, yəqin ki, hasardan aşıb çıxmış, çünki həyət darvazasına toxunulmamışdır.Belə ki, evin birinci mərtəbəsinin içərisindən ikinci mərtəbəyə daxili yol yoxdur.Onun oğurlanmış əmlaklarının cəmi dəyəri 980 manatdır.Oğru tərəfindən evinin birinci mərtəbəsinin qapısının əyilib sındırılması nəticəsində ona 360 manat, nəfəsliyin sındırılması nəticəsində ona 50 manat ziyan dəymişdir.O, elə həmin saatda oğurluq barədə 102 xidmətinə zəng vurub məlumat vermiş, daha sonra 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş və o, şikayət ərizəsi yazmışdır.Məhkəmənin nəzərinə çatdırır ki, şikayət ərizəsində oğurlanmış əşyalar düzgün göstərilməmiş, lakin izahatında oğurlanmış əmlakları düzgün göstərmişdir.Bir neçə gün sonra isə 43-cü Polis Bölməsindən ona məlumat verilmişdir ki, evindən oğurluq etmiş şəxs saxlanılmış, həmin şəxs onun evindən təxminən 40 metr aralıda başqa bir evdən də oğurluq etmişdir. O, 17 sentyabrdan əvvəl həmin evdə sonuncu dəfə 2021-ci ilin avqust ayının sonlarında olmuş və dəqiq tarix yadında qalmamışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 Saleh oğlu təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, təxminən 7-8 aydır ki, qardaşı ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 13-cü döngədə metal qəbulu məntəqəsi açaraq işlətmişlər.Məntəqədə əsasən o, olmuş və gətirilən metalları qəbul edib metallom kimi zavodlara təhvil vermişdir.22 sentyabr 2021-ci il tarixdə, dəqiq saat yadında deyil, üzdən tanıdığı Təqsirləndirilən şəxs işlədiyi məntəqəyə gəlib elektrik naqilinin təxminən 1 kiloqram çəkidə əridilmiş formada mis hissəsini gətirib satmaq üçün təqdim etmişdir. O, həmin əridilmiş misi ondan qəbul edib Anara 11 manat ödəniş etmişdir.Həmçinin, Anarın ad, ata adı və familiyasını, yaşadığı ünvanı və telefon nömrəsini qəbul kitabında qeyd etmişdir. Anar bildirmişdir ki, satmağa gətirdiyi naqilləri zibillikdən tapıb yandıraraq misini gətirmişdir.Bundan sonra Anar çıxıb getmişdir.Belə ki, əvvəllər də Anar məntəqəyə metal və plasmas gətirib təhvil vermişdir.Anar həmin ərazidə araba ilə gəzib metal və satılması mümkün olan digər əşyalar yığaraq gətirib təhvil vermişdir. Sonradan Anar polis əməkdaşları ilə məntəqəyə gələndə Anarın ona satdığı 1 kiloqramdan artıq əridilmiş misi naqil formasında hansısa ünvandan oğurlaması və əridib mis halına salması ona məlum olmuşdur.O, Anardan qəbul etdiyi misi başqa metallarla birlikdə məntəqədən gəlib metal yığan zavodun maşınına təhvil vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 istintaq zamanı verdiyi ifadəyə əsasən məlum olur ki, o, Bakı şəhəri, Binəqədi RPİ-nin 43-cü PB-nin sahə inspektoru vəzifəsində işləyir, polis baş leytenantıdır.Belə ki, vətəndaş Zərərçəkmiş şəxs2 20 sentyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə, saat 10:00 radələrində özünə məxsus ünvan 3 ünvanında yaşayış olmayan və təmir işləri gedən həyət evinə baş çəkərkən evin zirzəmisindən məişət əşyalarının oğurlanmasını aşkar etmişdir.Həmçinin, 22 sentyabr 2021-ci il tarixdə, saat 17:53 radələrində DİN-nin 102 xidmətinə məlumat daxil olmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 30-cu Korpus, ev 4-də yaşayan Zərərçəkmiş şəxs1 zəng edərək 21 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsindən yuxarıda yerləşən ona məxsus yarımtikili evinin zirzəmisindən məişət əşyalarının oğurlanmasını aşkar etmiş və bir gün sonra da oğurluq edən həmin şəxsi tutub saxlamasını bildirmişdir.Qeyd olunan məlumat əsasında oğurluqda şübhəli bilinən şəxs tərəflərindən 43-cü PB-nə gətirilmiş və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir.Bundan sonra, Təqsirləndirilən şəxs da iştirakı ilə ünvan 3 ünvanında oğurluq baş verən Zərərçəkmiş şəxs2 məxsus həyət evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, həmin həyət evinə hasardan aşmaqla keçib evin 2-ci mərtəbəsinin nəfəsliyini qoparmaqla evə daxil olmuşdur.Evi axtarandan sonra zirzəmiyə düşmüş və qapısını sındırmaqla içəri daxil olmuşdur.Zirzəmidə olan tikinti alətlərini oğurlayıb çıxıb getmişdir.Oğurladığı həmin alətlərin bir çoxunu Binəqədi qəsəbəsindəki metal qəbulu yerinə verməsini bildirmişdir.Baxışla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir.Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsində oğurluq baş verən Zərərçəkmiş şəxs1 məxsus həyət evinə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq etiraf etmişdir ki, həmin həyət evinə 21 sentyabr 2021-ci il tarixdə qapısı olmadığından daxil olmuş və zirzəminin də qapısı olmadığından içəri daxil olmuşdur.Zirzəmidən elektrik naqillərini və bir neçə tikinti üçün alətləri oğurlamışdır.Oğurladığı həmin elektrik naqillərini yenə də Binəqədi qəsəbəsindəki metal qəbulu yerinə satmışdır.Baxışla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir.Təqsirləndirilən şəxs həmin evlərdən oğurladığı və ünvan 4 ünvanında yaşadığı evdə saxladığı 2 ədəd laqonda aparatını könüllü olaraq təqdim etmişdir.Həmçinin, Təqsirləndirilən şəxs hər iki evdən oğurlayaraq tikinti əlatlərini satdığı Bakı şəhəri, Binəqədi qəsəbəsindəki metal qəbul etmə məntəqəsinin yerləşdiyi yeri göstərmiş və bu barədə protkol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Məhkəmə baxışı zamanı zərər çəkmiş Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş, onun evindən 21 sentyabr 2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsini əks etdirən videogörüntülərin köçürüldüyü USB yaddaş kartına baxış keçirilmiş və müəyyən edilmişdir ki, kartda 4 ədəd videogörüntü və 1 ədəd fotoşəkil vardır. Müddəti 2 dəqiqə 8 saniyə olan “QOWD3673” adlı video fayla baxıldıqda görünür ki, 21 sentyabr 2021-ci il tarixdə, saat 16:13-də Təqsirləndirilən şəxs küçənin yuxarı tərəfindən içrəisində müxtəlif əşyalar lan əl arabası ilə gələrək Zərərçəkmiş şəxs1 evinin qarşısında arabanı saxlayıb aradan ağ salafan böyük torba götürüb Zərərçəkmiş şəxs1 evinin həyətyanı sahəsinə daxil olur. Həmin evin həyət hasarının darvaza yeri boşdur, darvaza yerinə daşlar yığılmışdır. Təqsirləndirilən şəxs həmin yerdə açıq hissədən həyətə daxil olur. Müddəti 2 dəqiqə 50 saniyə olan “AZLS5230” adlı video fayla baxıldıqda görünür ki, 21 sentyabr 2021-ci il tarixdə, saat 16:30-da Təqsirləndirilən şəxs arabası hələ də Zərərçəkmiş şəxs1 evinin qarşısında dayanmış vəziyyətdədir, saat 16:31-də Zərərçəkmiş şəxs1 özü idarə etdiyi ağ rəngli “Niva” markalı avtomobillə gəlib avtomobili küçədə saxlayaraq həyətinə daxil olur. Müddəti 10 saniyə olan “LİXU1695” adlı video fayla baxıldıqda görünür ki, Təqsirləndirilən şəxs küçənin aşağı tərəfindən təklikdə piyada gələrək əl arabasını saxladığı yerə yaxınlaşır. Müddəti 31 saniyə olan “CSAJ8075” adlı video fayla baxıldıqda görünür ki, Təqsirləndirilən şəxs saat 17:01-də əl arabasına yaxınlaşıb arabanı sürərək oradan uzaqlaşır. Bir ədəd fotoşəkil isə Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə, saat 17:01-də əl arabası ilə Zərərçəkmiş şəxs1 evinin qarşısından uzaqlaşmasını əks etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8709 nömrəli, 17 dekabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd üzərində uşm-115/900 markalanma göstəricisi olan laqonda aparatının istifadədə olması nəzərə alınmaqla hazırki vəziyyətdə 2021-ci ilin avqust ayına orta bazar qiyməti təxminən 50 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 21.12.2015-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 20 iyun 2016-cı il tarixdə amnistiya qərarına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu yoxdur. İş materiallarında olan, məhkəmə baxışı zamana təqdim edilən Zərərçəkmiş şəxs1 yazılı ərizəsinə əsəsən məlum olur ki, ona dəymiş ziyan ödənilməmişdir, lakin o, şikayətçi olmadığını və şikayətini geri götürdüyünü bildirmişdir. İş materiallarında olan, məhkəmə baxışı zamana təqdim edilən Zərərçəkmiş şəxs2 Saleh oğlunun yazılı ərizəsinə əsəsən məlum olur ki, ona dəymiş ziyan ödənilməmişdir və zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, məhkəmə baxışı zamanı toplanmış sübutlara, zərərçəkmiş şəxslərin ifadələrinə, eyni zamanda şahid ifadələrinə əsasən məlum olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 27 dekabr 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs1la barışıq əldə etməsini və onun təqsirləndirilən şəxsdən şikayətçi olmamasını və himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən, Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni 25.09.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı Əflatun Səlimov tərəfindən tərtib olunmuş “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdə tutulmuşdur.Həmçinin, Binəqədi rayon Məhkəməsinin 27.09.2021ci il tarixli, 4(001)-1025/2021 saylı qərarına əsasən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs seçilməsi və həbsdə saxlanma müddətinin əvvəli 25 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar – 01 (bir) ədəd üzərində uşm-115/900 markalanma göstəricisi olan laqonda aparatının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 təqdim etdiyi, onun evindən video görüntülərin köçürüldüyü USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan və 01 (bir) ədəd üzərində uşm-115/900 markalanma göstəricisi olan laqonda aparatının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 təqdim etdiyi, onun evindən video görüntülərin köçürüldüyü USB yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X2 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-140/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-140/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver