Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-140/2023 17.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxx 2000-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-182/2021 saylı, 22 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasının müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 02.00 radələrində, Bakı şəhəri, Binəqədi rayonu, 8 mart küçəsinə gələrək orada yaşayış binalarından bir qədər kənarda ağacların arasında dayanmış vətəndaş Zərərçəkmiş şəxs1 məxsus **-PY-*** dövlət qeydiyyat nişanlı «Hyundai Accent» markalı avtombilin qabaq sol qapısının şüşəsini yerdən tapdığı daş parçası ilə sındıraraq həmin avtomobilin salonunda sürətlər qutusunun ötürücüsünün yanında olan 01 ədəd 25 manat dəyərində Glo markalı elektron siqaret aparatını, 02 ədəd hər biri 4 manat dəyərində neo markalı siqaretləri və sürücü qapısının cib hissəsində olan pul kisəsinin içərisindəki 920 manat milli pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 953 manat məbləğdə maddi ziyan vurmaqla oğruluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanının giriş qapısının qarşısında dəhlizdəki vətəndaş Zərərçəkmiş şəxs2 məxsus dolabın kilidini zor tətbiq etməklə sındıraraq qanunsuz daxil olub, dolabın içərisindən 03 ədəd hər biri 250 manat dəyərində olmaqla 750 manat dəyərində çemodanları, 01 ədəd 300 manat dəyərində əl direlini, 01 ədəd 200 manat dəyərində üzərində markalanma göstəricisi olmayan böyük ölçüdə perforator adlanan təmir alətini, 01 ədəd 50 manat dəyərində üzərində UŞM-90180 yazısı olan orta ölçülü laqondanı, 02 ədəd ikisi birlikdə 300 manat dəyərində olan masaj aparatını və ümumilikdə 300 manat dəyərində müxtəlif növ geyim və bəzək əşylarını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1900 manat məbləğdə maddi ziyan vurmaqla təkrarən oğruluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, ittiham aktında göstərilən oğurluq epizodlarının heç biri onun tərəfindən törədilməmişdir.İstintaq zamanı ona təzyiqlər göstərildiyindən o, həmin epizodlar üzrə olan oğurluq hadisələrini özü tərəfindən törədilməsi ilə bağlı ifadə vermişdir.Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, onun əməlində cinayət tərkibi olmadığından iş üzrə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, yaşadığı mənzilin qarşısında ona məxsus saxlanc dolabı vardır. Belə ki, xx.xx.2022-ci il tarixdə dolabda olan çamadanları götürmək üçün dolaba yaxınlaşmış, qapısını açanda kilidinin sınmış vəziyyətdə olduğunu aşkar etmişdir. Dolabın qapısını açıb içərisinə baxdıqda dolaba qoyduğu biri 250 manat olmaqla 03 ədəd çamadan, 300 manat dəyərində 01 ədəd direlin, 200 manat dəyərində 01 ədəd laqondanın, 400 manat dəyərində olan 01 ədəd pereforatorun, biri 150 manat dəyərində olan 02 ədəd philips markalı masaj aparatının, ümumilikdə 300 manat dəyərində olan müxtəlif cür geyim və bəzək əşyalarının yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Bu barədə 102 xixmətinə zəng edib məlumat vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və təqsirləndirilən şəxsin qanuna uyğun şəkildə cəzalanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 00:45 radələrində xalasının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 8-mart küçəsi Zeytunluq deyilən ərazidə fərdi yaşayış evinin qarşısında saxladığı **-PY-*** dövlət qeydiyyat nişanlı Hyundai Accent markalı avtomobilinin həmin tarixdə saat 03:00 radələrində naməlum şəxs tərəfindən sol ön şüşəsinin sındırıldığını aşkar etmişdir. Salona baxan zaman sürücü qapısının cib hissəsində olan 01 ədəd qara rəngli pul kisəsinin içindən 920 manat pulun, avtomobilin sürətlər qutusu ötürücüsünün yanında olan bir ədəd 25 manat dəyərində GLO siqaret aparatının və 2 ədəd hər biri 4 manat olmaqla 8 manat dəyərində NEO markalı tütünün oğurlandığını müəyyən etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 953 manat dəyərində maddi ziyan dəymişdir. Şübhələndiyi şəxs olmamışdır.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Şahid bildirmişdir ki, uzun müddətdir ki, Baksol yolunda yerləşən metalı qəbulu məntəqəsini işlədir. Metal qəbulu məntəqəsinə metal və yaxud müxtəlif təmir aləti satmaq istəyən şəxlərdən satmaq istədiyi əşyanı müvafiq qeydiyyat aparmaqla həmçinin şəxsiyyətini təsdiq edən sənədə dair məlumatların yazılması yolu ilə razılaşma yolu ilə alınmasını həyata keçirir. xx.xx.2022-ci il tarixdə işlədiyi metal qəbulu məntəqəsində olan zaman bir nəfər arıq bədən quruluşu olan, sonradan adının Tamerlan olduğunu bildiyi şəxs məntəqəyə yaxınlaşmışdır.Onun əlində böyük torba olmuşdur.Həmin şəxs ona yaxınlaşıb əlindəki torbada özünə məxsus istifadə etmədiyi, deməsinə görə yararsız vəziyyətdə olan perforator və laqonda olduğunu maddi ehtiyacı olduğundan satmaq istədiyini və razılaşa biləcəyini demişdir.O, həmin laqonda və perforatoru torbadan çıxarmış və yararsızdırsa ikisinə birlikdə metal kimi 50 manat verəcəyini bildirmişdir. Həmin şəxs onunla razılaşmış və o 50 manat ödəməklə müvafiq qeydiyyatını aparmaqla həmin təmir alətlərini ondan almışdır. Alqı satqıya dair müvafiq kağızda yazılı qeydiyyat aparmış həmin şəxsin şəxsiyyət vəsiqəsinin fin nönmrəsini qeyd etmiş və aşağısından imzalatmışdır.Vərəqədən ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur.Daha sonra polis əməkdaşları məntəqəyə gəlib həmin preforatoru və laqondanı maddi sübut olmasını bildirməklə ondan müvafiq protokolla təhvil almışlar. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/7337 saylı məhkəmə - əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən əşyaların 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə dəyərləri -01 ədəd üzərində UŞM-90180 yazısı olan orta ölçülü laqonda – 50,0 manat; 01 ədəd üzərində markalanma göstəricisi olmayan böyük ölçüdə perforator-200,00 manat müəyyən edilir. İş materiallarında olan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş məlumatlardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-182/2021 saylı, 22 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasının müddəti xx.xx.2022-ci il tarixdə başa çatmış, məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, müdafiəçinin çıxışını, zərərçəkmiş şəxslərin və şahidin ifadəsini və dövlət ittihamçısının çıxışını dinləyib, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir.Odur ki, təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, “Məhkəmə hökmü” haqqında Azərbaycan Respublikası Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir. Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində bir zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini və onun şikayətçi olmadığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə özünü təqsirli bilməməsi təqsirləndirilən şəxsin onu gözləyən cinayət məsuliyyətindən yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli olması zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, ekspetrizanın rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir.Belə ki, Şahid ifadəsinə əsasən məlum olur ki, xx.xx.2022-ci il tarixdə işlədiyi metal qəbulu məntəqəsində olan zaman bir nəfər arıq bədən quruluşu olan, sonradan adının Tamerlan olduğunu bildiyi şəxs məntəqəyə yaxınlaşmışdır.Onun əlində böyük torba olmuşdur.Həmin şəxs ona yaxınlaşıb əlindəki torbada özünə məxsus istifadə etmədiyi, deməsinə görə yararsız vəziyyətdə olan perforator və laqonda olduğunu maddi ehtiyacı olduğundan satmaq istədiyini və razılaşa biləcəyini demişdir.O, həmin laqonda və perforatoru torbadan çıxarmış və yararsızdırsa ikisinə birlikdə metal kimi 50 manat verəcəyini bildirmişdir.Həmin şəxs onunla razılaşmış və o, 50 manat ödəməklə müvafiq qeydiyyatını aparmaqla həmin təmir alətlərini ondan almışdır.Alqı-satqıya dair müvafiq kağızda yazılı qeydiyyat aparmış həmin şəxsin şəxsiyyət vəsiqəsinin fin nönmrəsini qeyd etmiş və aşağısından imzalatmışdır.Vərəqədən ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir.Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tam təsdiqini tapır, buna görə də, təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə tam təqsirli bilinməlidir. Qeyd olunanlara əsasən, cinayətin xarakterini və ağırlıq dərəcəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı Nicat İbrahimov tərəfindən qəbul olunmuş 16 sentyabr 2022-ci il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 16 sentyabr 2022-ci il tarixdə tutulmuşdur. Həmçinin, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut – 1 ədəd vərəqə cinayət işinin materiallarında saxlanılmalı və Binəqədi RPİ-nin NH-nə təhvil verilmiş 01 ədəd UŞM-90180 yazısı olan orta ölçülü laqonda və 01 ədəd üzərində markalanma göstəricisi olmayan böyük ölçüdə perforator sahibi - Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 1 ədəd vərəqə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan - Binəqədi RPİ-nin NH-nə təhvil verilmiş 01 ədəd UŞM-90180 yazısı olan orta ölçülü laqonda və 01 ədəd üzərində markalanma göstəricisi olmayan böyük ölçüdə perforator sahibi - Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-140/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-140/2023
17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver