Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-141/2025 28.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsində kirayədə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunun üzərində yerləşən “MS” Oil yanacaqdoldurma məntəqəsinin qarşısında yolun hərəkət hissəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai Elantra” markalı **-DL-*** dövlət nömrə nişanlı avtomobili ilə onun idarə etdiyi “Toyota” markalı **-KG-*** dövlət nömrə nişanlı avtomobili toqquşduqdan sonra aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli hərəkətlərlə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirib həmin vaxt orada olan şəxslərin önündə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir edib, daha sonra əli ilə Səbuhi Zəbəliyevin sifət nahiyyəsinə bir dəfə yumruq zərbəsi ilə vurmaqla, onun sol yanağının şişkinliyi fonunda qançırı və çənə sümüyünün sol şaxəsinin qapalı sınığı ilə müşayiət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuş və daha sonra heç bir əsaslı səbəb olmadan avtomobildə olan özünə məxsus istintaqla müəyyən olunmayan silah qismində istifadə etdiyi çəkic alətini götürərək avtomobillərin hərəkətinin dayanmasına və insanların toplaşmasına məhəl qoymayaraq başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 və sonuncunun əmisi X1 üzərinə hücum etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə edilməklə Zərərçəkmiş şəxs1 və X2 zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Məhkəmənin gəldiyi qənaətə görə isə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə-CM) 127.2.3-cü maddəsinin deyil, həmin Məcəllənin 128-ci maddəsinin tərkibinin olması, eyni zamanda onun əməlində CM-in 221.3-cü maddəsinin tərkibi olmaması iş materialları və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, iş materiallarında olan sübutlarla Təqsirləndirilən şəxs oğlunun əməlində AR CM-in 127.2.3-cü maddəsinin deyil, həmin Məcəllənin 128-ci maddəsinin tərkibinin olması, CMin 221.3-cü maddəsinin tərkibinin olmaması aşkar müəyyən edildiyi halda ibtidai istintaq orqanı iş materiallarında olan sübutlarla uzlaşmayan, yalnız şəxsi mülahizələrinə və mötəbər olmayan ekspert rəyinə əsaslanmaqla kifayətlənmiş və iş üzrə düzgün nəticəyə gəlinməsi və təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün mühüm əhəmiyyət kəsb edən halları ümumiyyətlə nəzərə almadan Təqsirləndirilən şəxs CM-in 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli olması qənaətinə gəlmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olduğu üçün idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə 16 yanvar 2024-cü il tarixdə Mehiabad qəsəbəsi ərazisindən 2 nəfər qadın müştərini sifarişlərini icra etmək üçün götürmüşdür. “MS Oil” yanacaq doldurma məntəqəsinin yanında dörd yol ayrıcında onun hərəkəti üçün yaşıl işıq yanarkən hərəkətini davam etdirdikdə qarşıdan “Hyundai” markalı avtomobil əks istiqamətdə, həmçinin işıqforun işığına baxmadan, eyni zamanda qarşıdan gələn “Hyundai” markalı avtomobil yalnız düzünə və sağa hərəkət edə bildiyi halda onun yoluna, yəni sol tərəfə dönmüş, bu zaman toqquşma baş vermişdir. Qəza zamanı o öz yolu ilə hərəkət etmiş və zərərçəkmiş şəxs qayda pozaraq onun yoluna çıxmışdır. Baş verən hadisədən çox həyəcan keçirmişdir. Belə ki, sərnişin kimi onun avtomobilinə əyləşmiş xanımlar xəsarət almış, birinin gözü, digərinin ağzı və burnu qanın içində olmuş və özündən getmişdir. Bun görə də dərhal avtomobildən düşərək onun avtomobilində sərnişin qismində əyləşən xanımlara ilkin tibbi yardım göstərmiş, “apteçkadan” onlara “marle” və su vermişdir. Daha sonra isə o yaxınlaşaraq Zərərçəkmiş şəxs1 iradını bildirərkən zərərçəkmiş şəxs günahın onda olmadığını dedikdə aralarında yaranmış mübahisə zamanı əlinin içinin bərk hissəsi ilə Səbuhinin çənəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra onları ayırmışlar. Daha sonra Səbuhi kiməsə zəng etmişdir. Həmin vaxtı Səbuhinin yanında bir xanım olmuşdur. Onlar aralaşdıqdan təxminən 15 dəqiqə sonra onun əmisi Şahmar “Prado” markalı avtomobillə ora gəlib avtomobildən düşdükdən sonra ətrafda insanlar olmasına baxmayaraq onun ünvanına “varyox”, “nəsil” söyüşləri söyərək və ona təhqir edici ifadələr işlədərək ona tərəf gəlmişdir. Şahmar Zərbəliyev ona söyüş söyərək və təhqiredici ifadələr işlədərək ona tərəf gəldiyindən və həmin vaxtı çox həyəcanlı olduğundan özü də bilmədən avtomobilin baqaj hissəsində olan çəkici götürmüş, bu zaman həmin çəkici yol patrul xidmətinin polis əməkdaşı dərhal onun əlindən alaraq öz avtomobilinə qoymuş və onu avtomobilə əyləşdirmişdir. Həmin polis əməkdaşı yol nəqliyyat hadisəsindən təxminən bir dəqiqə sonra gəlmiş, lakin onun ad və soyadını bilmir. Daha sonra özünün qohumu ora gəlmiş ona haqlı olduğu halda haqsız vəziyyətə düşməməyi bildirmişdir. İşin bu yerə gəlməyinin səbəbkarı isə Səbuhinin əmisi Şahmar olmuşdur. Həmin vaxtı onun əmisi gəlməsəydi iş bu yerə gəlməyəcəkdi. Onun avtomobilində olan sərnişinlər xəsarət aldığından və biri isə özündən getdiyindən hirsli və həyəcanlı olduğu üçün aralarında yaranan mübahisə zamanı Səbuhini vurmuşdur. Əmisi gəlməsəydi o Səbuhidən üzür də istiyər, onu bir dəfə vurmuşdusa Səbuhinin də onu iki dəfə vurmasını bildirərdi. Onun iki övladı var, yaxınlarda üçüncü övladı dünyaya gələcək. Şahmar Zərbəliyev ona təhqiredici söyüşlər söyməsəydi o heç vaxt belə hərəkətlərə yol verməzdi. Zərəçəkmiş şəxslər guya onda bıçaq olmasını bildirmişlər. Lakin onda bıçaq olmamış, heç kimə də bıçaqla hücum etməmişdir. Çəkici isə dediyi kimi götürən zaman dərhal polis əməkdaşı onun əlindən almışdır. Daha sonra isə X17a zəng etmiş, təcili yardım gələrək onun avtomobilində olan sərnişinləri xəstəxanaya aparmışlar. Eyni zamanda hadisə yerinə müstəntiq gəlmişdir. Çünki hadisə vaxtı onun avtomobilində olan xanımlar xəsarət almışdır. Onu da ən çox qorxudan və həyəcanlanmasına səbəb olan onun avtomobilində əyləşən xanım sərnişinlərin xəsarət alması və birinin ürəyinin getməsi olmuşdur. Buna görə də çox qorxmuş və həyacanlanmışdır. Ona verilmiş suallara cavab olaraq isə bildirmişdir ki, zərəçəkmiş şəxslərə barışmaq üçün müraciət etsə də, zərərçəkmiş tərəf ondan 10200 manat pul istəmişlər. Kirayədə yaşadığı üçün ondan tələb edilən məbləği ödəməyə imkanı çatmamışdır. Eyni zamanda həmin məbləğdə ziyan vurmamışdır. Hadisənin bu yerə gəlib çıxmasının səbəbkarı isə Səbuhinin əmisi Şahmar olmuşdur. Hadisə nəticəsində çox qorxduğu və həyəcanlı olduğu üçün Səbuhi ilə aralarında yaranmış mübahisə zamanı Səbuhini yumruqla deyil, əlinin içinin sərt hissəsi ilə çənəsinə bir dəfə zərbə vurmuş, daha sonra aralaşmışlar. Səbuhinin əmisi Şahmara isə heç bir xəsarət yetirməmiş, ona qarşı hər hansı hərəkət etməmiş, əksinə Şahmar Zərbəliyev hadisə yerinə gəlib avtomobildən düşdükdən sonra onun ünvanına nalayiq söyüşlərlə onu təhqir edərək onun üzərinə gəldiyindən o, avtomobilin baqajından çəkic götürmüş, bu zaman polis əməkdaşı çəkici dərhal onun əlindən almışdır. Aralarında baş vermiş mübahisə isə cəmi heç 2 dəqiqə davam etməmişdir. Səbuhinin çənəsinə zərbə yetirərkən polis əməkdaşı da orda olmuşdur. Ekspert rəyi ilə də yol nəqliyyat hadisəsində günahın Zərərçəkmiş şəxs1 olması öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs son sözündə hazırki iş üzrə günahsız olmasını, zərərçəkmiş şəxslər tərəfindən şərləndiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək göstərmişdir ki, hadisə 16 yanvar 2024-cü il tarixdə, saat təxminən 16:30-16:45 radələrində baş vermişdir. Belə ki, o, idarə etdiyi «Hyundai Elantra» markalı **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədidən Mehdiabad qəsəbəsi istiqamətində hərəkət edən zaman «4 yol» deyilən ərazidə işıqforun qırmızı işığı yananda gözləyərək yolun sol istiqamətində dayanmış, yolun sağ istiqamətində isə hündür iri yüklü avtomobillər dayanmış, sağa yaşıl işıq yananda həmin nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. O da həmin zaman orada hərəkət edərkən yanından yük maşını keçmiş, həmin avtomobilin ona dəyməməsi üçün bir az irəli getmiş, yaşıl işıq yanan zaman da hərəkət etmiş və həmin zaman toqquşma baş vermişdir. Avtomobili qaçırtmağa cəhd etsə də, qaçırda bilməmişdir. Hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs öz avtomobilindən, o da öz avtomobilindən düşmüş, ilkin olaraq avtomobillərə baxmışlar. Daha sonra təqsirləndirilən şəxsin nalayiq ifadələr işlədərək onun üzərinə tərəf hərəkət etməsini görmüş, o, nalayiq ifadələr işlətmək lazım olmadığını demiş və bildirmişdir ki, qəzadır baş verib, sığorta çağırıb günahın kimdə olmasının aydınlaşdırarlar. Təqsirləndirilən şəxs isə dəfələrlə günahın onda olmasını və onun qırmızı işıqda keçməsini demiş, o da cavab olaraq qırmızı işıqdan keçdiyi halda soldan gələn avtomobillərin onu vurmalı olduğunu, üzbəüz gələn avtomobillə toqquşmağının mümkünsüz olmağını demişdir. Təqsirləndirilən şəxs dayanmadan onu təhqir etməyə başlamış və onla üzbəüz gəlmişlər, bu zaman «nə deyirsən? Niyə məni təhqir edirsən? Mən qırmızıdan keçməmişəm» demiş, həmin an gözləmədiyi halda təqsirləndirilən şəxs yumruqla onun çənəsinə vurmuşdur. Zərbədən sonra özünü itirərək arxa-arxaya avtomobilə tərəf getmiş, çənəsi zərbədən sağ tərəfə əyilmiş, artıq danışığını itirmiş və müəyyən vaxt orada nə baş verdiyini unutmuşdur. Ətrafda olan insanlar onu avtomobilə əyləşdirib əl-üzünü yumuşlar və ətrafdakılar bildirmişlər ki, «çənəyə toxunmayın, X17 gəlsin». Orada PPX əməkdaşları olmuşlar, həmçinin təsadüfən Balaxanıdan Mehdiabad istiqamətinə gedən zaman əmisi onun qəza etməsini görmüş və yaxınlaşmış, ağzının qan içində olduğunu gördükdə nə olduğunu soruşmuşdur. Əmisinin gəldiyindən xəbərsiz olan Təqsirləndirilən şəxs onu və ailə üzvlərini təhqir etməkdə davam etmiş, bu zaman da əmisi Fərhaddan, niyə onu təhqir etməsini soruşmuş, bundan sonra Təqsirləndirilən şəxs onun əmisini də söyməyə başlamış və əmisinin üzərinə bıçaqla hücum etmiş, bundan sonra onlar tərəfə getməyə çalışmış, lakin kimsə Fərhadın əlindən bıçağı alıb almış, bıçağı alanın kim olduğunu bilməmiş, bıçağın ardınca Təqsirləndirilən şəxs çəkici götürmüş və əmisinə doğru atmış, lakin çəkic dəyməmişdir. Təkrar olaraq çəkici yerdən götürməyə gedəndə əmisini və Fərhadı aralamışlar. Sonrasında ora təhqiqatçı, YPX əməkdaşları gəlmiş, onu isə X17 maşını ilə aparmışlar. Aparıldıqdan sonra nə dərman verilib, nə iynə vurulubsa gerisi yadında qalmamışdır. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı onun avtomobilində Şahid3 adlı qrup yoldaşı, digər avtomobildə isə iki xanım olmuşdur. Əmisi Fərhadın təhqiredici ifadələrini dayandırması üçün Fərhadın üzərinə getmiş, həmin zaman da Fərhad bıçağı götürüb onun əmisinin üzərinə doğru gəlmiş, həmin vaxtı o avtomobildə olmuşdur. Çəkici isə əmisinə doğru atan zaman artıq avtomobildən düşüb əmisigilə tərəf getmişdir. Daha sonra Fərhad çəkici təkrar yerdən götürüb əmisinə doğru gəlmişdir. Hadisə yerinə birinci PPX əməkdaşları gəlmiş, xəsarət alan olduğunu gördükdən sonra təhiqatçıya məlumat verildiyini təhqiqatçının gələcəyini bildirmişlər. O, yol hərəkəti qaydalarına əməl etmiş, baş vermiş yol-nəqliyyat hadisəsində özünü təqsirli bilmir, çünki digər yük avtomobili ilə toqquşmaqdan yayına bilmişdir. Hadisədən sonra o Təqsirləndirilən şəxs heç bir irad bildirməmiş, təqsirləndirilən şəxs əksinə təhqiredici ifadələr işlədərək onun üzərinə gəlmiş, o, Təqsirləndirilən şəxsla dava edən zaman avtomobildə olan Şahid3 düşməmiş, avtomobildə olmuş, yalnız Fərhad onu vurduqdan sonra, o avtomobilə tərəf getdiyi zaman Şahid3 onun yanına gəlmişdir. O, ətrafdakı adamların köməyi ilə avtomobilinə əyləşdirildikdən sonra təxminən 10 dəqiqəyə yaxın avtomobildə qalmış, həmin zaman da oradan keçən əmisi hadisəni görmüşdür. Əmisi gələndə artıq özünə gəlmişdi, lakin çənəsində ağrı olduğundan danışa bilmirdi. Əmisi gələnədək Fərhadın ona qarşı hansısa hərəkətə cəhd etməsini xatırlamır. Əmisi gələnədək onun yanında olan Sevinc oradan getmişdir. Əmisi gəldikdə Fərhad onun ünvanına nalayiq ifadə söyərək keçmiş, əmisi bununla bağlı Fərhadın üzərinə getmiş və Fərhad əmisinin ünvanına nalayiq ifadə işlətdiyindən mübahisə olmuşdur. Fərhadın bıçağı hardan götürdüyünü dəqiq görməsə də, çəkici avtomobilin arxa hissəsindən götürdüyünü görmüş, qəhvəyi rəngli bıçaq, göy rəngli çəkic olmuşdur. O, özü əmisinə zəng etməmiş, əmisi oradan təsadüfi keçdiyi zaman yaxınlaşmışdır. Fərhad onu qeyd etdiyi çəkic yaxud bıçaqla yox yumruqla vurmuşdur. O, əvvəlcə bıçaq və çəkici insanlar görünüş dairəsini kəsdiyindən görməmiş, toplaşan insanların hamısı əmisinə və Fərhada doğru gedən zaman ani olaraq təxmin 3-5 metr məsafədən görmüşdür. Əmisinin üzərinə hücum edəndə görməmiş, sadəcə Fərhadın əlində bıçaq görmüşdür. Çəkici isə onlar aralandıqdan sonra görmüşdür ki, Fərhad gedib baqajdan götürüb yenidən hücum etməyə başlamış, çəkici götürəndə isə şəxsin əlində bıçaq yox idi. Onun bıçağı səhv görmək ehtimalı yoxdur. Avtomobildə olan Sevinc onun qrup yoldaşı olmuş, həm də aralarında sevgi münasibətləri olmuşdur. Sevinc onun şəkillərini çəkdikdən sonra qorxduğu üçün əmisi gəlməmişdən öncə hadisə yerindən getmiş, əmisi və Fərhad arasında olan davanı görməmişdir. Hadisə yerindən onu X17 apardıqdan sonra gecə saat 23-24 radələrinə kimi xəstəxana qalmış, rentgen çəkildikdən sonra getməyinə icazə verilmişdir. Toqquşma zamanı onun başı avtomobilin hər hansı hissəsinə dəyməmiş, Sevincin baş hissəsi kəmər taxmadığı üçün avtomobilin ön hissəsinə dəymiş, buna görə də həmin nahiyədə göyərtilər yaranmışdır. Yol patrul xidmətinin əməkdaşları hadisədən 20 və ya 30 dəqiqə sonra gəlmişlər, əmisi isə polisdən əvvəl gəlmişdir. Əvvəlcə YPX əməkdaşları gəlmiş və bildirmişlər ki, həmin ərazi onların səlahiyyətinə aid deyil, digər polis əməkdaşları yaxınlaşacaq, bu zaman Sevinc orada olmuş, PPX avtomobili gələndə isə Sevinc olmamış, lakin əmisi olmuşdur. O, ani reflekslə Fərhadın əlində bıçağı görmüş, daha sonra isə görməmiş, lakin çəkiclə hücum etməyi görmüşdür. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, bıçağı şəxsən görmüşdür. Belə ki, təqsirləndirilən şəxs bıçağı sağ əlində tutmuşdu, tam dəqiq olmasa da, tutacağın qəhvəyi rəngdə olduğunu xatırlayır. Hadisədən sonra təxminən bir həftə, bir ay həmin hadisənin şokunda olmuş, özündə qorxu yaranmış, o zaman ifadə alınanda heç bir şeyi tam xatırlamamış, bildiklərini də əliylə yazmış, çünki, həmin vaxtları danışa bilməmişdir. Hadisədən 3-4 gün sonra onu baş leytenant polis idarəsinə çağırmış, orada yenidən çəkicin rəngini dəqiq gördüyünü demiş, amma bıçağın dəqiq rəngini deməmiş, sadəcə gördüyünü bildirmiş, tibbi cərrahiyədə əməliyyat olunmuş, ümumi olaraq 5000 manat ödəniş də etmişdir. Fərhadın çəkici götürdüyünü və atdığını görmüş, amma ona doğru atdığını dəqiq deyə bilməz, çünki onu vurandan sonra aralarında heç nə baş verməmiş, əmisi gələndən sonra hadisə yenidən başlamışdır. O, Fərhadın avtomobilin arxasından nəsə götürdüyünü görməmiş, lakin qoyduğunu görmüşdür. Fərhad ona doğru deyil, əmisinə doğru nəsə atmışdır. Şahid3 ilə heç bir düşmənçiliyi yoxdur, sadəcə münasibətləri alınmamışdır. Həmin zaman onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuşdur. Polisdə onu Orxan Şirinov və polkovnik-leytenant Şirəliyev dindirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərər çəkmiş şəxs X3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Balaxanıda onun bacısı yaşayır, işdən çıxdıqdan sonra anasını götürüb evlərinə tərəf gedən zaman yolda qəza olmasını görmüşdür. Diqqətlə baxdığı zaman Səbuhini görmüş və sonra avtomobili saxlayıb hadisə yerinə yaxınlaşdığı zaman Fərhadın telefonla danışmasını və nalayiq ifadələr işlətməsini görmüş, Səbuhiyə yaxınlaşıb qəza edənin kim olmasını soruşmuş, Səbuhi də Təqsirləndirilən şəxs göstərmiş, bundan sonra o Təqsirləndirilən şəxs yaxınlaşaraq işlətdiyi nalayiq ifadələri özünə bildirmiş, eyni zamanda ona “sən kimsən Səbuhiyə nalayiq ifadələr işlədirsən, onun nəsli mənim nəslimdir” demişdir. O da Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətmiş, daha sonra demişdir ki, əsas özlərinə heç nə olmayıb. Həmin vaxtı orada xatırladığına görə nömrəsinin sonu 704 olan DYP avtomobili var idi. Təqsirləndirilən şəxs “bu dəqiqə mən sizə göstərəcəm” demiş, bir əlində bıçaq, bir əlində isə çəkiclə onun üzərinə gəlməyə başlamış, həmin vaxtı o da özünü qorumaq üçün yerdə daş və dəmir axtarmış, Fərhadın onun üzərinə gəlməyinə yol polisi əməkdaşı və orada olan adamlar imkan verməmiş, Fərhad əlindəkilərdən istifadə edə bilməmişdir. Özü 5 il müharibədə olmuş, təqsirləndirilən şəxsə də avtomobilində yaşlı anası olmasını, belə hərəkətlər etməməsini, əks halda pis olacağını bildirmişdir. Oraya əvvəlcə Abşeron Rayonun Polis İdarəsinin əməkdaşları gəlmişlər, lakin müdaxilə etməmiş, ərazinin onlara aid olmadığını demişlər. Həmin polislər çıxıb getdikdən sonra Binəqədi rayonundan isə 2 nəfər polis əməkdaşı gəlmiş, təqsirləndirilən şəxs polislərə qarşı da kobudluq etmişdir. O, Təqsirləndirilən şəxs qarşı cavab olaraq nalayiq ifadələr işlətmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə yanvar ayı saat təxminən axşam 16-17 radələrində baş vermiş, onu ora Səbuhi zəng edib çağırmamış, yoldan keçərkən təsadüfən hadisəni görüb yaxınlaşmış, orada çoxlu adamlar olmuşdur. Təxminən 20-30 nəfər adam hadisəyə görə toplaşmışdır. O, Səbuhini gördükdə Səbuhinin ağzı qan idi və danışa bilmirdi. Həmin vaxtı 4 və ya 5 dəfə 102-yə zəng edərək məlumat vermiş, yollar tıxac olduğundan X17 isə bir az gec gəlmişdir. Polis əməkdaşı da tıxaca görə təxminən bir saata gəlmişdir. Təqsirləndirilən şəxs bıçaq və çəkici avtomobilinin arxa hissəsindən götürmüş, daha sonra bıçaq və çəkici Fərhadın əlindən alıb avtomobilə qoymuşlar, ora gələn təhqiqatçı Orxan Şirinov olmuş, o, təhqiqatçıya bıçaq və çəkic barədə məlumat verməsinə baxmayaraq, Orxan Şirinov məsələyə birtərəfli yanaşmışdır. Fərhadla o bir-birini təhqir etdiyindən Fərhad bıçaq və çəkiclə onun üstünə gəlmiş və məqsədi onu vurmaq olmuşdur. Həmin vaxtı Səbuhinin harada dayanması dəqiq yadında qalmamış, ya sağında və ya solunda olmuşdur. Fərhad ona hücum etdiyi zaman o özünü müdafiə məqsədilə yerdən götürmək üçün nəsə axtarmış, lakin polis əməkdaşı Fərhadın əlindəkiləri almışdır. Biraz sonra Binəqədi RPİ-nin YPX əməkdaşları olan 2 nəfər gəlmiş, Fərhad həmin əməkdaşları da təhqir etmiş, yəni nalayiq ifadələr işlətmiş, lakin hər hansı əl-qol hərəkəti etməmişdir. PPX əməkdaşları gələn zaman baş leytenant Orxan Əkbərova hər şeyi göstərmiş, lakin sonuncu heç bir şeyə baxmamışdır. O, hadisə yerinə gələndə Səbuhinin avtomobilində kiminsə olduğunu görməmişdir. Təqsirləndirilən şəxsin gəldiyi yoldan düzünə, sola və sağa hərəkət etmək mümkündür. Səbuhinin gəldiyi yolda isə yalnız düzünə və sağa hərəkət etmək olar, sola dönmək isə qadağandır. Hadisə olandan sonra avtomobilləri görmüş, Səbuhinin avtomobili sol yola tərəf meyillənmiş, qarşıdan gələn avtomobilin yoluna çıxmış və hadisə orada baş vermişdir. Səbuhinin nə qədər sola meyilləndiyini isə dəqiq deyə bilməz. O, hadisə yerinə gəldikdə Səbuhi danışa bilmirdi, X17 avtomobilində ondan nə olmasını soruşmuş, Səbuhi idarə etdikləri avtomobillərin toqquşduğunu, sığorta ilə həll ediləcəyini dediyini, lakin Fərhadın ya kəllə ya da yumruqla onu vurduğunu bildirmişdir. X17 vasitəsi ilə birbaşa xəstəxanaya getmişlər və orada çənə sümüyündə sınıq olması bildirilmişdir. Səbuhinin əməliyyat olunması ilə bağlı məlumatı yoxdur, əməliyyata nə qədər pul verməsi ilə bağlı da istintaqa məlumat verməsini xatırlamır. Onu bir dəfə Orxan Şirinov, bir dəfə isə müstəntiq dindirmişdir. X18 deyil, polkovnik-leytenant Şirəliyev dindirmiş, ifadələri də o almış, həmin vaxtı orada mülki şəxs də olmuş, imza çəkilməli olan yerləri göstərmişdir. O, Səbuhinin harada və neçəyə əməliyyat olunmasını bilmir. Fərhadın əlində bıçaq və çəkic olan zaman polislər onu aparmışlar, onun isə başı özünü müdafiə etməyə-əşya axtarmağa qarışmış, sadəcə Fərhadın çəkici avtomobilin arxasına qoyaraq baqajı bağlamasını görə bilmişdir. O, gəldiyi zaman hansısa mübahisə olmamış, sadəcə Səbuhinin öz avtomobilində ağzı qanlı oturmasını görmüş, Fərhadı isə həmin anda tanımırdı. Fərhadın yanından keçəndə onun nalayiq ifadələr işlətməsini eşitmiş, həmin zaman kimə ünvanlandığını bilməsə də, Səbuhiyə yaxınlaşıb kim tərəfindən vurulmasını soruşduqda Səbuhi ona Təqsirləndirilən şəxs göstərmişdir. O yenidən Fərhada doğru yaxınlaşmış, Fərhad nalayiq ifadələr işlətməyə davam etdiyindən o da Fərhada cavab olaraq nalayiq ifadələr işlətmişdir. Belə ki, Fərhad telefonda danışdığı adama avtomobilin vurulmasını, yolda qaldığını və işlərinin yarımçıq qalmasını demiş və nalayiq ifadələr işlətmiş, o da Fərhada yaxınlaşıb ifadələrinə qarşılıq vermiş, bundan sonra Fərhad telefonu söndürüb onu təhqir etməyə başlamış, o da qarşılıq vermişdir. Onlar aralandıqdan sonra mübahisə davam etməmiş, lakin Təqsirləndirilən şəxs dayanmadan söyüş söyməkdə davam etmişdir. Həmin vaxtı istifadəsində ***-***-**-** və ***-***-**-** saylı nömrələr olmuş, Səbuhi isə ona zəng etməmişdir. O, Fərhadı söyüş söyəndə sakitləşdirə bilərdi, lakin müharibədə olduğu üçün bəzən özünü idarə edə bilmir. Taksidə olan xanımları o Səbuhidən əvvəl birinci gələn X17 maşını ilə yola salmış, Səbuhini isə ikinci gələn maşın aparmış, o özü də Səbuhi ilə getmiş, anasını isə kiçik qardaşı gəlib aparmışdır. O, Səbuhinin yanındakı xanımı görməmişdir. Fərhadın əlində olan bıçağın rəngi ya qara ya boz rəngdə idi, çəkic isə sapı göy rəngli yapışqanla axıra kimi dolanmışdı. Bıçağı yerdə nəsə axtardığı üçün dəqiq görməmiş, Təqsirləndirilən şəxs ona doğru bıçaq yaxud çəkic atmamış, həmin əşyaları avtomobilindən bir dəfəyə götürmüşdür. Səhv etmirsə Səbuhiyə tərəf atmışdır, lakin Səbuhiyə atdığını da dəqiq görməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, o, bacısıyla xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan nənəsigilin evindən şəhərə gəlmək üçün taksi sifariş etmişlər. Mehdiabad qəsəbəsinin çıxışındakı dörd yol kəsişməsində anidən qəza baş vermiş, bundan sonra o özündə olmamış, üzü qan olmuş, ayılanda X17 gəlmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı sürücünün arxa hissəsində oturmuş, telefona baxdığı üçün qəzanın necə baş verdiyini görməmiş, bir də ayılanda üzündən qan axdığını görmüş, sürücü onun əl-üzünü suyla yumuş, həmin vaxtadək də X17 gələrək onu aparmışdır. Başı özünə qarışdığı üçün sürücülərin mübahisəsini görməmiş, hadisə yerinə X17 maşını təxminən yarım saat müddətə gəlmiş, onu və bacısını aparmışdır. Həmin zaman hadisə yerinə polis də gəlmişdir. Çox həyəcanlı olduğundan yalnız sürücünün su gətirib onun əl-üzünü yumasını xatırlayır, çöldə nə baş verməsinin şahidi olmamışdır. Hadisə vaxtı onun sağ qaşı partlamış və qan axmışdır. Sürücülərin mübahisə etdiklərini bilmiş, lakin kimin kimi vurmasını görməmişdir. Digər avtomobilin ön sərnişin oturacağında bir xanım da olmuşdur. Həmin xanım hadisə yerindən tez getmişdir. Onun bacısı digər sürücünün üstünə getmiş, onun pis vəziyyətdə olmasını bildirmiş və X17 çağırılmağını tələb etmişdir. Digər avtomobilin sürücüsü avtomobildən düşərkən burnu qanayırdı və ağzı qan içində idi. Həmin zaman onları aparan taksinin sürücüsü, yəni Təqsirləndirilən şəxs heç digər sürücüyə yaxınlaşmamışdı. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, bacısı Şahid1 ilə nənəsigildə olduqları zaman Mehdiabad qəsəbəsindən taksi sifariş etmişlər və taksi onları ünvanlarından götürüb sifarişlərini icra edən zaman Mehdiabad qəsəbəsində olan dörd yol kəsişməsində digər avtomobilin sürücüsü onların üzərin doğru hərəkət etmişdir. Həmin zaman digər avtomobildə ön sərnişin oturacağında bir nəfər xanım da olmuş və digər avtomobilin sürücüsünün başı həmin xanımla söhbətə qarışmışdır. Toqquşma olduqdan sonra bacısının vəziyyəti çox pis olmuş, Təqsirləndirilən şəxs tez onun bacısına su vermiş və əl-üzünü yumuş, həmin zaman da polis hadisə yerinə yaxınlaşmış və X17 Xidmətinə zəng olunmuşdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı onun üzü göyərmiş və başından da zərbə almış, polis əməkdaşları tərəfindən X17 Xidməti çağırılmış və həmin xidmətin avtomobili hadisə yerinə təxmini yarım saat müddətə gəlmişdir. Başı bacısına qarışdığı üçün, həmçinin həyəcanlı olduğu üçün sürücülər arasında münaqişənin şahidi olmamışdır. O, digər avtomobilin sürücüsünə yaxınlaşaraq bacısının vəziyyətinin yaxşı olmadığını demiş, kömək etməyi tələb etmişdir. Həmin sürücünün yanına daha sonra bir nəfər kişi də gəlmişdir. Digər sürücü avtomobildən düşən zaman ağzı qan idi, həmin zaman Təqsirləndirilən şəxs isə onun bacısına əl-üzünü yumaqda kömək edirdi. O, Zərərçəkmiş şəxs1 yanında olan şəxsin Təqsirləndirilən şəxsla münaqişə yaşamasını görməmişdir. Sözlü mübahisə isə belə olmuşdur ki, Təqsirləndirilən şəxs digər sürücüyə günahkar olmasını demiş və bununla bağlı sözlü mübahisə olmuş, lakin o, Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsini yaxud kiməsə hücum çəkməsini görməmişdir. Digər nəqliyyat vasitəsində olan xanımı isə başqa taksiyə mindirib yola salmışlar. Təqsirləndirilən şəxs bıçaq yaxud çəkic çıxarmasını yaxud həmin alətləri kiməsə atmasını da görməmişdir. Zərərçəkmiş şəxs1 avtomobilində olan xanımı taksiyə mindirib yola saldıqdan sonra telefonla kiminləsə danışmış, bundan təxminən 10 dəqiqə sonra qeyd etdiyi kişi hadisə yerinə yaxınlaşmışdır. Simasını tam xatırlamadığı üçün həmin şəxsin zərərçəkmiş şəxs Şahmar Zərbəliyev olub-olmamasını dəqiq deyə bilməz. O, sadəcə qarşı tərəfin sürücüsünün avtomobildən düşdüyü zaman ağzının qanın içində olmasını görmüş, hadisə yerində hansısa nalayiq ifadə işlədilməsini eşitməmiş yaxud münaqişə olmasını görməmişdir. Qarşı tərəfin avtomobilinin yanında yük maşını olmamış, sadəcə sürücünün başı yanında olan xanımla söhbətə qarışmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, təqsirləndirilən şəxsi isə hadisə olan vaxtı görmüşdür. İstintaq dövründə verdiyi ifadəni özü şəxsən imza edərək təsdiq etmişdir. Belə ki, 16 yanvar 2024-cü il tarixdə Səbuhi ilə birlikdə Novxanıya getmək istəyirdilər və 4 yol ayrıcına çatdıqda Səbuhi sol istiqamətdə dönmüş və həmin vaxtı anidən toqquşma baş vermişdir. Yolda hərəkət etdikləri zaman yanlarında hər hansı bir yük avtomobili olmamış, sola, yəni Novxanı qəsəbəsi istiqamətinə dönən zaman qəza baş vermiş, nəticədə o da zərbə almışdır. Digər avtomobildə iki nəfər xanım sərnişin və sürücü olmüş, qəzadan sonra sürücülər hər ikisi avtomobillərdən düşmüşlər, pəncərə bağlı olduğu üçün nə baş verdiyini və səs-küy olduğundan məlumatsızdır. Qəza zamanı üzündən xəsarət aldığı üçün orada çox qalmamış, təxminən 5-10 dəqiqə sonra ordan getmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı onun sol tərəfdən üzü və dizləri yaralanmış, lakin həkimə müraciət etməmişdir. Toqquşma zamanı Səbuhinin ağzında qan olmamış, daha sonra Səbuhinin ağzına qan olduğunu görmüşdür. Mübahisənin nə üstündə yaranmasını özü avtomobildə qaldığı və pəncərə bağlı olduğu üçün bilməmiş, lakin avtomobildən düşən zaman Səbuhiyə heç bir şey etməməyi demiş, Səbuhinin əmisinə zəng etməsi barədə də məlumatı yoxdur, ola bilər ki əmisi o getdikdən sonra həmin yerə gəlmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs əlində bıçaq, çəkic və ya hər hansı bir soyuq silah görməmiş, lakin digər xanımlardan birinin burnunun qanamasını görmüşdür. O, hadisə yerində olduğu zaman Təqsirləndirilən şəxs Səbuhiyə qarşı nəsə hərəkət etməsinin yaxud söyüş söyməsinin şahidi olmamışdır. Onlar hadisədən sonra danışanda Səbuhi çənəsindən xəsarət almasına görə təqribən 20000 manat pul vəsaiti təqsirləndirilən şəxsdən alacağını bildirmişdir. O, hadisə olan zaman avtomobildən düşməyərək avtomobildə əyləşdirmişdir. Təqsirləndirilən şəxs Səbuhiyə zərbə vurmasını da görməmiş, lakin Səbuhi avtomobilə geri qayıtdıqda ağzının qanadığını görmüşdür. Səbuhi avtomobildən düşəndə dodağının bir hissəsi partlamışdı, bu da toqquşma zamanı olmuşdur. Çox güman toqquşma zamanı Səbuhinin dodağı harasa dəyərək xəsarət almışdır. O, həmin yerdən sola dönməyin qadağan olduğunu bilirdi, çox güman Səbuhi də bu barədə məlumatlı idi. O, hadisə yerində təxmini 5 dəqiqə qaldığı üçün orada kimin kimi vurmasını, hər hansı bıçaq, çəkic və ya başqa soyuq silahın olduğunu görməmişdir. Hadisədən sonra Səbuhi ilə telefonla və canlı olaraq danışmışlar, ilk danışıqları hadisədən 2-3 gün sonra olmuş, hadisənin axşamı günü isə danışmamışlar. Danışıqları zamanı Səbuhi ona qarşı tərəfin yumruqla vurması nəticəsində çənəsindən xəsarət almasını demiş, lakin o, özü Səbuhinin vurulmasını görməmişdir. Dediyi kimi Səbuhi avtomobildən düşməmişdən əvvəl dodağında qan var idi. O, orada olduğu zaman həmin yerə polis əməkdaşı gəlməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra bildirmişdir ki, Səbuhinin Təqsirləndirilən şəxs nalayiq ifadə işlətməsini eşitməmiş, ifadəsində göstərdiyi həmin xüsusat ehtimal olmuş, yəni ehtimal etmişdir ki, hadisə o cür baş verə bilər. Əslində isə pəncərələr bağlı olmuş, Səbuhinin nalayiq ifadəsini eşitməmişdir. Lakin aralarında pul almaq söhbət olmuş, Səbuhi təxminən 20000-30000 manat pul alacağını bildirmişdir. Səbuhi həmin pulu şər-böhtan mənasında deyil, sadəcə ona dəymiş xəsarətlə bağlı və əməliyyatın xərci kimi alacağını nəzərdə tutmuşdur. Çünki ona dediyinə görə çənəsindən əməliyyat olunmuşdur, amma nə qədər xərc çəkdiyini bilmir. Hadisə vaxtı Səbuhi təhlükəsizlik kəmərindən istifadə etsə də o, etməmişdir. Mübahisədən sonra Səbuhinin ürəyi getməsi və ya ona su verilməsi kimi hallar olmamışdır. Həmçinin Səbuhi “orada kamera yoxdur, heç kim sübut edə bilməz” məzmununda ifadə işlətmişdir, lakin nəyə münasibətdə və hansı səbəbə deməsini bilmir. Oradan özü taksi sifariş edərək getmiş, getməyinə səbəb o olmuşdur ki, polislərin gələcəyini ehtimal etmiş və ailə üzvlərinin xəbəri olmasın deyə getmişdir. Hadisə olan günü Səbuhi ilə telefonla danışıqları olmuş, həmin danışıq zamanı Səbuhi ağrıya-ağrıya danışmış, həmçinin əməliyyat olunduqdan sonra imtahan zamanı Səbuhinin ağzının tikiş olmasını da görmüş, həmin tikişi Səbuhi özü ona göstərmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 məhkəmə-tibb eksperti X8 bildirmişdir ki, Zərərçəkmiş şəxs1 canlı olaraq özü şəxsən müayinə etmiş, həmçinin vətəndaşın rentgen şəkilləri tələb edilmiş, nəticədə həmin rentgen sənədlərini əldə etmişlər. İlkin ekspertiza zamanı həmin rentgen şəkilləri alınmamışdır. Tərəfindən ilkin ekspertizanı həyata keçirən ekspertlə əlaqə saxlamışlar və onlarda rentgen şəkillərinin olmadığı müəyyən edilmişdir. Rentgen şəkilləri əldə olunduqdan sonra ekspert radioloqun tədqiqatı zamanı çənə üst skeleti sümüklərində, eləcə də alt çənə sümüyündə rentgenoloji dəyərləndirilən tramvatik dəyişikliklər qeyd olunmamışdır. Rentgen şəkillərini Azərbaycan Tibb Universitetinin X4 həkim-ekspert radioloqu, ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri professor Məlahət Sultanlıya yönləndirmişlər, sonuncunun da tədqiqatı zamanı heç bir tramvatik dəyişikliklər qeyd olunmamışdır. Üz skeletinin 3D KT müayinəsini də sistemdən araşdırmışlar və müəyyən edilmişdir ki, hadisədən təxminən 1 həftə sonra, yəni 23 yanvar 2024-cü il tarixdə vətəndaş Zərərçəkmiş şəxs1 ATU-nun X5 paranazal sinusların və üz skeletinin 3D rekontruksiyalı KT müayinəsi olmuşdur və travmatik dəyişikliklər aşkar olunmamışdır. KT müayinə rentgenə baxanda daha doğru informativ müayinə sayılır. Ona görə də KT müayinədə heç bir sınıq və hər hansı bir travmatik dəyişikliklər aşkar olunmamışdır. Üz skeletinin 3D rekontruksiyalı KT müayinəsi və rentgenə əsaslanaraq rəydə müvafiq nəticəyə gəlmişlər. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, rentgen və KT müayinələrinin zərərçəkmiş şəxsə aid olması müəyyən edildikdən sonra yoxlama aparılmışdır, həmin rentgen və KT müayinələrində şəxsin ad və soyadı, hansı tarixdə müayinədə olduğu göstərilir, odur ki, həmin nəticələrin başqa xəstənin müayinəsi ilə səhv düşmə ehtimalı mümkün deyildir. Rentgen sənədləri 16 yanvar 2024-cü il tarixə aiddir və çəkildiyi Respublika Klinik Xəstəxanasından əldə edilmişdir. Həmçinin həmin tarixdən 1 həftə sonra, yəni 23 yanvar 2024-cü il tarixdə ATU-nun X5 paranazal sinusların və üz skeletinin 3D rekontruksiyalı KT müayinəsi olmuş və müayinə vaxtı zərərçəkmiş şəxs KT müayinəsi olduğu barədə heç nə bildirməmiş, sadəcə o müayinə apardığı zaman sistemdə araşdırıb həmin KT müayinəsini tapıb çıxarmışdır. Zərərçəkmiş şəxsin tibb kartası da götürülmüş, karta da 3 cərrahın müayinəsində olması göstərilmiş və çənə sümüyünün travmatik artriti diaqnozu qoyulması göstərilmişdir. Yəni kartada da sınıq təsdiqlənmir. Çənə sümüyünün travmatik artriti diaqnozu əsasən hansısa bir zədə, travma nəticəsində çənə oynaqlarında iltihablı bir prosesidir. Bu əsasən orada bağların zədələnməsi nəticəsində əzələ gərilməsi, dartılma prosesləri nəticəsində baş verə bilir və ağrı, şişkinlik, çənə oynağının hərəkət məhdudiyyəti kimi simptomlarla nəzərə çarpır. Yəni sınıq olmasa da çənənin hərəkətində məhdudiyyətlər yarada bilir. Əvvəlki arayışda fərqli olaraq çənə sümüyünün sınığı yazılmışdır, buna görə şəxsən əvvəlki ekspertlə əlaqə saxlamışlar və klinikanın arayışına əsasən diaqnoz qoyulduğunu, rentgen şəkilinin ilkin ekspertiza zamanı təqdim olunmamasını müyəyyən etmişlər. Bundan sonra sınığı araşdırmağa başlamışlar, rentgendə əgər sınıq aşakar olunsa idi, o da eyni diaqnozu qoyacaqdı. Şəxsin tibb kartasında rentgendən fərqli diaqnoz yazılmışdır, ilkin ekspertiza zamanı da ekspertiza rentgen görüntülərinə baxılmadan sadəcə məktub əsasında rəy verilmişdir. Həmçinin sistem üzərində əldə edilmiş məlumatlarda zərərçəkmiş şəxsin əməliyyat olması barədə də məlumat müəyyən olunmamış, eyni zamanda bu barədə hansısa sənəd də təqdim edilməmişdir. Xəstənin müraciətinə əsasən onun əməliyyat olunduğu yer epikrizi təqdim etməlidir və bundan imtina edə bilməz. Rentgen müayinə 16 yanvar 2024-cü il tarixdə, KT müayinə isə 23 yanvar 2024-cü il tarixdə olmuş, zərərçəkmiş şəxs özü 29 may 2024-cü il tarixdə ATU-nun Cərrahiyyə Klinikasında üz çənə cərrahın müayinəsində olmuş və çənənin tramvatik artriti diaqnozu qoyulmuşdur. Sınıq aşkar olunmadığına görə xəsarətin dərəcəsi yüngül olaraq müəyyən edilmişdir. Şişkinliyin, hərəkət məhdudluğunun nəyin nəticəsində əmələ gəlməsini müəyyən etmək mümkün deyil, bu bir çox səbəblərdən yarana bilər. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10” X15 məhkəmə-tibb eksperti X11 bildirmişdir ki, 18 yanvar 2024-cü il tarixdə Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis baş leytenantı Orxan Şirinovun təqdim etdiyi 17 yanvar 2024-cü il tarixli 27 saylı qərar əsasında vətəndaş Zərərçəkmiş şəxs1 onun tərəfindən məhkəmə-tibbi müayinədən keçirilmişdir. Müayinə zamanı müəyyən edilmişdir ki, sol yanaq bütünlüklə şişkindir, palpasiya kəskin ağrılıdır, yanaq-burun büküşü düzlənmişdir. Bu fonda yanağın aşağı yarısında, çənə sümüyünün sol şaxəsi proyeksiyasında 2,7X2,0 sm ölçüdə bozumtul-göy rəngdə düzgün olmayan ovalvari formada qançır müəyyən edilmişdir. Ağzın açılmasının mümkün olmadığı, buna cəhdin özünü kəskin ağrılarla büruzə verməsi, solda üst və alt dodağın bir-birindən aralanmaması, sağda ağız bucağının qismən açılması təsdiqini tapmış, digər xəsarət müəyyən edilməmişdir. Müayinə olunan hadisədən sonra hadisə yerinə X17 briqdası gəlməsini və “Respublika Klinik Xəstəxanasına” aparılaraq rentgoloji müayinədən keçdiyini və çənə sümüyündə sınıq müəyyən edilməsini bildirmişdir. Bu barədə 19 yanvar 2024-cü il tarixində ekspertiza şöbəsinə arayış təqdim edilmişdir. Həmin arayışda göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixində “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 Təcili və X9 şöbəsinə müraciət etmiş və müayinələr nəticəsində xəstədə “Alt çənənin sınığı” diaqnozu aşkar edilmiş və ilkin tibbi yardım göstərilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 müayinəyə təqdim olunan zaman artıq rentgendən keçmişdi, lakin o, həmin zaman rentgen görüntüsünə baxmamışdır. Məktuba əsaslanaraq rəy vermiş, sınıq olması qeyd edildiyindən az ağır xəsarət olması qənəatinə gəlmiş, onun verdiyi rəy klinik xəstəxanın verdiyi arayışa əsaslanmışdır. Əgər təkrar ekspertiza keçirilib və həmin arayışın doğruluğu məsələsi araşdırılıbsa, o zaman sonuncu rəy daha dəqiqdir. Xarici müayinə ilə qapalı sınığı müəyyən etmək mümkün deyil, qapalı sınıq ancaq radioloji müayinə nəticəsində bilinir və arayış verilir ki, həqiqətən sınıq var və ya yoxdur. Tərəfindən ekspertiza keçirilən zaman radioloji görüntülər, zərərçəkmiş şəxsin tibbi kartası tələb edilmiş, lakin təhqiqatçı rentgen plyonkalarının olmadığını bildirmiş, o da “Respublika Klinik Xəstəxanası” kimi böyük bir xəstəxananın verdiyi arayışa inanaraq rəy vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraat qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunda yerləşən “MS Oil” yanacaqdoldurma məntəqəsinin qarşısındakı dördyol ayrıcında baş vermişdir. Hadisənin sxemindən və əlavə edilmiş foto-cədvəldən görünür ki, “Hyundai-Elantra” markalı, 77DL405 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Toyota” markalı 77KG534 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Mehdiabad yolunda yerləşən “MS Oil” yanacaqdoldurma məntəqəsinin qarşısındakı dördyol ayrıcında toqquşmuşlar. “Məhkəmə-Tibbi Ekspetiza və X10” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 106 nömrəli rəyində göstərilmişdir ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sol yanağının şişkinliyi fonunda qançırı və çənə sümüyünün sol şaxəsinin qapalı sınığı bərk küt əşyanın (alətin) təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə lokal olaraq yumruqla yetirilmiş zərbə nəticəsində əmələ gələ bilərlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və əlavə edilmiş hadisənin sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 28 may küçəsi ilə Balaxanı-Binəqədi yolunun kəsişməsində baş vermişdir. “Şahidin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq təsdiq edərək göstərmişdir. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və əlavə edilmiş foto-cədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində bildirdiyi xüsusatları əyani olaraq təsdiq edərək göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1934 nömrəli ekspert rəyindən görünür ki, “Hyundai Elantra” markalı, 77DL405 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Toyota Corolla” markalı, 77KG523 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzrədən tədqiq etməyə lüzum olmadığı göstərilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, AR CM-in 127.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif olunmuşdur. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Məhkəmə-Tibbi Ekspetiza və X10” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının Şahid2 adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli 137 saylı rəyə xx.xx.2024-cü il tarixli, 66/137 nömrəli əlavə rəyində göstərilmişdir ki, 1987-cı il təvəllüdlü Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol yanağın aşağı yarısında çənə sümüyü proyeksiyasının və sağ baldırın yuxarı 1/3-nin ön səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və sağlamlığa zərəvurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmur. “Məhkəmə-Tibbi Ekspetiza və X10” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının Şahid1 adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli 136 saylı rəyə xx.xx.2024-cü il tarixli, 66/136 nömrəli əlavə rəyində göstərilmişdir ki, 1986-cı il təvəllüdlü Şahid1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin sağ yarısında qaş qövsünün iç qurtaracağı proyeksiyasının əzilmiş yarası, sağ gözətrafı yumşaq toxumaların hematoması, sağ yanağı şişkinliyi halında əziyi və sağ əl pəncərəsinin arxa səthinin qançırı bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. xx.xx.2024-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-in 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimakan tədbiri nəzərə alınmış, onun əlində bıçaq olmasına dair zərərçəkmiş şəxslərin qeyd etdikləri xüsusat istintaq materialları ilə təsdiqini tapmadığından rədd edilmiş, xx.xx.2024-cü il tarixli, 106 nömrəli ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş və istintaq materiallarına əlavə edilmiş, barəsində CM-in 127.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid3 ifadəsi sübut növü kimi qiymətləndirilməmiş, Zərərçəkmiş şəxs1 AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin Binəqədi RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 127.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-669/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 127.2.3 və 221.3-cü maddələri ilə məhkəməyə verilmiş və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməmişdir. Bakı Şəhəri Binqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(008)-141/2025 nömrəli qərarı ilə müdafiə tərəfinin vəsatəti təmin edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə həvalə edilərək ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Yol-nəqliyyat hadisəsi zamanı, yəni avtomobilin digər avtomobillə toqquşması zamanı sükan arxasında olan sürücünün hansı xarakterik xəsarətləri alması mümkündür? Çənə sümüyünün sınığı xəsarəti də sükan arxasında olan sürücünün toqquşma nəticəsində ala biləcəyi xarakterik xəsarətlərə aiddirmi?
2. Zərərçəkmiş şəxs1 bədəni üzərinə aşkar edilmiş xəsarətlər, yəni sol yanağın şişkinliyi fonunda qançırı və çənə sümüyünün sol şaxəsinin qapalı sınığı xəsarətləri qərarın təsviri hissəsində göstərilən avtomobillərin toqquşması zamanı əmələ gələ bilərdimi?
3. Qeyd olunan xəsarətlərin yumruqla vurulma, yaxud da avtomobillərin toqquşması nəticəsində çənə sümüyünün sükana və yaxud digər bərk küt səthə dəyməsi nəticəsində əmələ gələ bilməsini bir mənalı şəkildə müəyyən etmək mümkündürmü?
4. Qeyd olunan xəsarətlərin yumruqla vurulma, yaxud da avtomobillərin toqquşması nəticəsində əmələ gəlməsi müəyyən edildiyi halda, bu xəsarətlərin göstərilən iki üsuldan digəri ilə yetirilməməsi hansı əlamətlərə əsasən inkar olunur?” “Məhkəmə-Tibbi Ekspetiza və X10” PHŞ-nin məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, T 469/2025 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 tibbi sənədlərinin təhlilinə əsasən o, xx.xx.2024-cü il tarixində “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-in Təcili və X9 şöbəsinə müraciət etmiş, müayinələr nəticəsində xəstəyə “Alt çənənin sınığı” diaqnozu qoyulmuş və ilkin tibbi yardım göstərilmişdir. ATU-nun X5 Zərərçəkmiş şəxs1 adına icra edilmiş xx.xx.2024-cü il tarixli paranazal sinusların və üz skeletinin 3D rekontruksiyalı KT müayinə nəticəsində hər iki maksillar sinusda selikli qişa qalınlaşması, sağ maksillar sinusda 5 mm və 3 mm ölçüdə retenziya kistası, sfenoid sinusun sağ yarısında daxilində hava qabarcıqlarının izlənildiyi maye yığıntısı, burun çəpərində S-vari deviasiya, orta hissəsində sol orta və alt konxaları kompressiya edən sümük çıxıntı (şpor), sol alt konxada paradoksal dönüşün anomaliyası, sağ yuxarı İİ molar diş kökünün sağ maksillar sinus daxilinə protruziyası müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə ATU-nun X6 çənədə olan ağrı, ağızın açılmasının məhdudluğu şikayətləri ilə müraciət etmiş və ona “Çənənin travmatik artriti” diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə zərərçəkmiş ekspert tərəfindən müayinə olunarkən onda sol yanağın şişkinliyi fonunda qançırı və çənə sümüyünün sol şaxəsinin qapalı sınığı müəyyən edilmişdir. Lakin təqdim edilmiş rentgen şəkillərin ekspertradioloqlar tərəfindən tədqiqatı zamanı üz skeleti sümüklərində, eləcə də alt çənə sümüyündə rentgenoloji dəyərləndirilən travmatik dəyişikliklər izlənilməmişdir. Bu səbəbdən də qeyd edilən xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilməli olması göstərilərək rəyin nəticə hissəsində 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1-4. Vətəndaş Zərərçəkmiş şəxs1 ağızın açılmasının məhdudluğu ilə müşayiət edilən son yanağın şişkinliyi fonunda alt çənənin sol şaxəsinin qançırı və travmatik artriti olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. - Yol-nəqliyyat hadisəsi zamanı, yəni avtomobilin digər avtomobillə toqquşması zamanı yaranan xəsarətlər məhkəmə təbabətində xas bu hadisə üçün xarakterik olması məfhumu yoxdur. Bu xəsarətlərin küt yaranma mexanizminə malik olması qeyd edilir və onlar hər iki halda, yəni istər avtoqəza, istərsə də, küt alətlə, o cümlədən yetirilən zərbə nəticəsində yaranması müəyyən edilir. Bu xəsarətlərin birmənalı şəkildə yaranma mexanizminin məhkəmə-tibbi ekspertizası yolu ilə təyin etmək mümkün olmur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-141/2025 saylı qərarına əsasən cinayət işi üzrə əhəmiyyətli halları araşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olmuş ***-***-**-**; ***-***-**-** və ***-***-**-** telefon nömrələri və X1 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** telefon nömrələri üzrə xx.xx.2024-cü il tarixdə saat 15:00-dan 20:00-dək edilən (daxil olan və çıxan zənglərin göstərilməklə) zənglərin siyahısı, SMS mətnlərinin açıqlamaları, həmin nömrədən çıxan və daxil olan zənglərin abunəçilərinin tam anket məlumatları, daxil olan və çıxan zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması (arayan və aranan göstərilmək şərti ilə) barədə məlumatlar “Azercell Telekom" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-141/2025 saylı qərarının icrası ilə əlaqədar "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AZF/LGL- 1690/25 saylı, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 7395 saylı və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli BKC/LGL-4239/25 saylı məktubları ilə qərarda göstərilən məlumatlar CD-lərdə məhkəməyə təqdim edilmişdir. Qeyd edilən CD-lərə məhkəmə baxışı zamanı baxış keçirilərkən iş üçün heç bir əhəmiyyətli hal aşkar edilməmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvvəllüdlü X12 adlı bir azyaşlı övladı var.
Hüquqi məsələlər və sübutların qiymətləndirilməsi:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 221.1-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddəsinə əsasən eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 221.2.2. ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir Həmin qərarda həmçinin göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla yanaşı, əgər silah və ya silah qismində istifadə edilən əşyalar yalnız əmlakın məhv edilməsi və ya zədələnməsi üçün istifadə edilərsə, lakin bunun nəticəsində insanların sağlamlığına zərər vurulmazsa və yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yaranmazsa, əməl CM-in 221.3-cü maddəsi ilə tövsif oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında əsasən məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221- ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.2. əməldə cinayət tərkibi olmadıqda. 42.2-ci maddəsinə əsasən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi tərəflər arasında sonradan yaranan qarşıdurmanın ilkin və əsas səbəbi olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olaraq Mehdiabad qəsəbəsi ərazisindən iki qadın sərnişini təyinat yerinə aparırmış. İş materiallarında mövcud sübutlar və hadisə şahidlərinin ifadələri təsdiq edir ki, qəza nəticəsində sərnişinlərdən birinin üz nahiyəsi qanamış, digəri isə qısa müddətli huşunu itirmişdir. Bu vəziyyət qəzanın ilk anından etibarən təqsirləndirilən şəxsdə dərin psixoloji təzyiq və həyəcan doğurmuş, o, hadisənin doğurduğu şok vəziyyətinə baxmayaraq dərhal avtomobildən düşərək sərnişinlərinə yardım göstərməyə başlamışdır. Təqsirləndirilən şəxs hadisə yerinə yaxınlaşan kütlədən və digər sürücüdən tamamilə kənar şəkildə ilk növbədə zərərçəkmiş sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışmış, onların üz-gözündəki qanı su ilə yumuş, vəziyyətlərinin stabilləşməsi üçün əlindən gələni etmişdir. Təqsirləndirilən şəxsin hadisənin ilk dəqiqələrində məhz bu davranışları onun psixoloji gərginlik altında olsa belə, diqqətini tamamilə sərnişinlərin sağlamlıq durumuna yönəltdiyini göstərir. Qeyd olunmalıdır ki, hadisənin baş verməsindən dərhal sonra təqsirləndirilən şəxsin sərgilədiyi davranışlar onun psixoloji meylinin və daxili niyyətinin mahiyyətini açıq şəkildə göstərir. Belə ki, Təqsirləndirilən şəxs toqquşmanın yaratdığı təhlükə və sərnişinlərində yaranmış ciddi xəsarət riskinə dərhal reaksiya verərək, heç bir tərəddüd etmədən əvvəlcə öz məsuliyyətində olan insanların təhlükəsizliyini təmin etməyə cəhd etmişdir. O, hadisə yerində yaranmış qarışıqlığa, qəzanın yaratdığı ümumi stresə baxmayaraq, avtomobilində qan itirən sərnişinin üzünü və zədələnmiş nahiyələrini su ilə təmizləmiş, digər sərnişinin vəziyyətinə nəzarət etmiş, tibbi yardımın gecikməsinin qarşısını almaq üçün aktiv şəkildə hərəkət etmişdir. Bu davranışlar təsdiq edir ki, təqsirləndirilən şəxs hadisənin ilk anından etibarən özünü cəmiyyətə meydan oxuyan, ictimai qaydanı pozmağa yönəlmiş aqressiv davranış modeli ilə deyil, əksinə, insani və məsuliyyətli mövqedən çıxış edən şəxs kimi aparmışdır. Onun bu humanist yönümlü fəaliyyəti təcili yardım gələnədək zərərçəkənlərin vəziyyətinə şəxsən nəzarət etməsi – xuliqanlıq niyyətinin psixoloji əsasları ilə əsla uzlaşmır və belə bir niyyətin onda formalaşmadığını aydın şəkildə nümayiş etdirir. Məhkəmə, bütün sübutların qarşılıqlı tutarlılığını və hadisənin real başvermə ardıcıllığını hərtərəfli nəzərdən keçirərək belə bir hüquqi qənaət formalaşdırmışdır ki, yolnəqliyyat hadisəsi təqsirləndirilən şəxsin deyil, məhz qarşı tərəfin - Zərərçəkmiş şəxs1 yaratdığı qəza şəraiti nəticəsində meydana çıxmışdır. Belə ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə yolayrıcında hərəkət üçün müəyyən edilmiş işıqforun yaşıl siqnalının tələbinə uyğun olaraq hərəkətini davam etdirdiyi bir vaxtda, qarşı istiqamətdən gələn “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs1 mövcud yol hərəkəti tələblərini pozaraq sola dönmə manevrinə cəhd etmişdir. Qeyd olunan yolayrıcında sola dönmənin qadağan edilməsinə baxmayaraq belə bir hərəkətin edilməsinin özü qəza şəraiti yaradan, təqsirlə dolu manevrdir və hadisənin baş verməsində həlledici amil olmuşdur. Sərnişinlərin ifadələri hadisənin qəfil baş verməsini, toqquşmanın sürətlə və gözlənilmədən yaşanmasını təsdiq edir. Onların bildirdiyinə görə, qəza anı elə qısa zaman kəsiyində baş vermişdir ki, toqquşmanın niyə və necə yarandığını dərk etməyə belə imkan olmamışdır. Bu isə Zərərçəkmiş şəxs1 sola dönmə manevrini qəfil və yol şəraitinə uyğunlaşdırmadan həyata keçirdiyini, nəticədə toqquşmanın qaçılmaz olduğunu bir daha göstərir. Toqquşmadan dərhal sonra hər iki sürücü avtomobildən düşmüş, lakin təqsirləndirilən şəxsin davranışı hadisənin mahiyyətini müəyyən edən əhəmiyyətli dəlildir. Şahid ifadələrindən aydın olur ki, Təqsirləndirilən şəxs toqquşmanın ilk anında qarşı tərəfin üzərinə getməmiş, yalnız öz sərnişinlərinə diqqət yetirmiş, onlara ilkin yardım göstərməyə çalışmışdır. Hadisənin növbəti mərhələsində tərəflər arasında yaranmış mübahisənin mahiyyəti də yalnız yol-nəqliyyat hadisəsinin hansı tərəfin qayda pozuntusu nəticəsində baş verdiyinə dair fikir ayrılığından ibarət olmuşdur. Zərərçəkmiş şəxs1 özünün sola dönmə qaydasını pozduğunu qəbul etmək əvəzinə baş vermiş toqquşmanı təqsirləndirilən şəxsin üzərinə yönəltməyə çalışmışdır. Lakin Zərərçəkmiş şəxs1 avtomobilində sərnişin Şahid3 ifadəsi bu iddiaları tam şəkildə təkzib edir. Belə ki, onun hadisə yerində apardığı müşahidələrə əsasən, sola dönmə manevri zamanı Zərərçəkmiş şəxs1 yolunda manevri məcbur edən, hərəkəti məhdudlaşdıran və ya onu ani dəyişiklik etməyə vadar edən heç bir yük avtomobili və digər maneə olmamışdır. Şahidin ifadəsinə görə, Zərərçəkmiş şəxs1 açıq və məhdudiyyətsiz sahədə sola dönərkən qəza baş vermişdir ki, bu da hadisənin faktiki mexanizmini qəti və birmənalı şəkildə ortaya qoyur. Bundan başqa Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1934 nömrəli ekspert rəyi ilə baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olan şəxsin “Hyundai Elantra” markalı, 77DL405 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 olması öz təsdiqini tapmışdır. Bu faktlar bir daha sübut edir ki, Zərərçəkmiş şəxs1 hadisədən sonrakı mərhələdə öz məsuliyyətini azaltmaq məqsədilə toqquşmanın səbəblərini təhrif etmiş, yol hərəkəti qaydasının pozulması faktını inkar etməklə hadisənin mahiyyətini şüurlu şəkildə dəyişdirməyə cəhd göstərmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən bu cür yanlış təsvirlərin edilməsi bir tərəfdən onun özünümüdafiə instinktinin təzahürü kimi qiymətləndirilə bilsə də, digər tərəfdən yaranmış mübahisənin mahiyyətinin ictimai qaydanın pozulması ilə bağlı olmadığını, əksinə, sırf qəza nəticəsində yaranmış şəxsi münasibətlər zəmnində kəskinləşmiş emosional reaksiya olduğunu açıq şəkildə təsdiq edir. Belə vəziyyətdə tərəflər arasında yaranan söz mübahisəsi qəzanın mahiyyəti və təqsirin kimdə olması kontekstində yaranmış şəxsi xarakterli qarşıdurmadan ibarət olmuşdur. Xüsusilə sərnişinlərin ifadələri göstərir ki, hadisənin bu mərhələsində təqsirləndirilən şəxs tərəfindən heç bir nümayişkaranə davranış, çevrə üçün təhlükəli hərəkət, yaxud ictimai qaydanı pozmağa yönəlmiş hər hansı niyyət müşahidə edilməmişdir. Hadisə tam kənar təsirdən ayrılmış, yalnız tərəflərin fərdi mübahisəsi müstəvisində baş vermişdir. Bu şəraitdə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs1lə qısa müddətli mübahisə zamanı çənə nahiyəsinə bir dəfə zərbə endirməsi hadisənin kulminasiya nöqtəsi olmuşdur. Zərbə birdəfəlik olmuş, tərəflər dərhal aralanmış, mübahisə davam etdirilməmişdir. Bu davranışın xarakteri göstərir ki: hərəkət cəmiyyətə yox, konkret mübahisə tərəfinə yönəlmişdir, zərbə ani emosional gərginliyin nəticəsidir, əvvəlcədən formalaşmış iradənin deyil, davranış ümumdavranış qaydalarını nümayişkaranə şəkildə pozmaq məqsədi daşımamışdır, hərəkət ətraf mühitə deyil, yalnız şəxsi münasibətlər kontekstinə təsir etmişdir. Hadisənin ümumi gedişi – qəzanın yaranma mexanizmi, sərnişinlərdə yaranmış xəsarətlər, təqsirləndirilən şəxsin onlara ilkin yardım göstərməsi, Zərərçəkmiş şəxs1 tərəfindən təqsirin inkar olunaraq qarşı tərəfə yönəldilməsi və mübahisənin şəxsi xarakteri – hamsı birlikdə onu göstərir ki, bu epizod ictimai qaydanı pozmağa yönəlmiş davranış deyil, qəza sonrası yaranmış şəxsi qarşıdurmanın məhdud çərçivəsidir. Bu səbəbdən, Zərərçəkmiş şəxs1 epizodunda baş verən hadisələrdə xuliqanlıq üçün tələb olunan ictimai qaydanı kobud surətdə pozma, cəmiyyətə açıq-aşkar hörmətsizlik, özünü cəmiyyətin fövqündə görmə və ya ətrafa meydan oxuma niyyəti kimi hüquqi əlamətlər müşahidə edilmir. Digər epizod (Təqsirləndirilən şəxs - Zərbəliyev Şahmar arasında mübahisə) üzrə məhkəmə müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs1lə təqsirləndirilən şəxs arasında yaranmış qısamüddətli mübahisə artıq yekunlaşmış, tərəflər bir-birindən aralanmış və hadisə müəyyən mənada sabit fazaya daxil olmuşdur. Bu mərhələdə Zərərçəkmiş şəxs1 avtomobildə oturaraq travmanın təsiri ilə sakitləşməyə çalışdığı, Təqsirləndirilən şəxs isə kənarda telefonla danışdığı üçün onların arasında hər hansı davam edən qarşıdurma mövcud olmamışdır. Məhz bu bitmiş mübahisədən sonra hadisə yerinə üçüncü şəxs kimi Şahmar Zərbəliyevin gəlməsi situasiyanı yenidən gərginləşdirmişdir. İfadələrin müqayisəli təhlili göstərir ki, Şahmar Zərbəliyev hadisə yerinə çatdıqda Səbuhi ilə Fərhad ayrı-ayrı yerlərdə dayanmışdır. Şahmar Zərbəliyev yaxınlaşdığı zaman əvvəlcə qohumu (qardaşı oğlu) Zərərçəkmiş şəxs1 ağzının qan içində olduğunu görmüş, bu mənzərənin yaratdığı emosional təsir altında kimin ona zərbə vurduğunu soruşmuşdur. Sonuncu isə Təqsirləndirilən şəxs işarə etmişdir. Məhkəmənin qiymətləndirdiyi mühüm hallardan biri də Şahmar Zərbəliyevin öz ifadəsində etiraf etdiyi xüsusatlardır. Belə ki, o, hadisə yerinə yaxınlaşdığı zaman Təqsirləndirilən şəxs qarşı tərəfə yönəlmiş hər hansı aqressiv davranış sərgiləmədiyini, əksinə, kənarda dayanaraq telefon danışığı apardığını qeyd etmişdir. O, yalnız ümumi məzmunlu nalayiq ifadələr işlətdiyini eşitdiyini bildirmiş, lakin həmin sözlərin konkret olaraq kimə ünvanlandığını müəyyən etməmişdir. Şahmar Zərbəliyevin ifadəsində institutiv əhəmiyyət daşıyan digər məqam ondan ibarətdir ki, Təqsirləndirilən şəxs onun üzərinə gəlməmiş, əksinə, elə onun özü Təqsirləndirilən şəxs üzərinə gedərək, eşitdiyi nalayiq ifadələrə qarşılıq olaraq onunla kobud və emosional tonda danışmış, özünün də nalayiq ifadələr işlətməsi nəticəsində mübahisənin yenidən alovlanmasına şərait yaratdığını açıq şəkildə etiraf etmişdir. X13 təqsirləndirilən şəxsin üzərinə getməsini Zərərçəkmiş şəxs1 öz izahatında təsdiqləmişdir. Şahmar Zərbəliyev məhkəmə iclasında həmçinin bildirmişdir ki, o, istəsəydi situasiyanı sakitləşdirə bilərdi, lakin müharibə iştirakçısı olduğu üçün bəzən özünü idarə etməkdə çətinlik çəkdiyini, emosional reaksiyalarının nəzarətdən çıxa bildiyini bildirmişdir. Bu etiraflar bir daha göstərir ki, mübahisənin ikinci mərhələsinin təşəbbüskarı təqsirləndirilən şəxs deyil, məhz Şahmar Zərbəliyev olmuş, Təqsirləndirilən şəxs davranışında təşəbbüskar aqressiya, hücuma meyl və ya ictimai qaydanı pozmaq məqsədi əks olunmur. İfadələrdən aydın görünür ki, Təqsirləndirilən şəxs hərəkətsiz vəziyyətdə olmuş, mübahisəni yenidən alovlandırmaq niyyətində olmamış, münaqişə isə onun iradəsindən kənar olaraq üçüncü şəxsin, yəni Şahmar Zərbəliyevin müdaxiləsi ilə bərpa edilmişdir. Daha sonra tərəflər arasında qısa müddətli sözlü mübahisə yaranmışdır. Bu zaman təqsirləndirilən şəxs artıq sərnişinlərinin ağır xəsarət alması, qəza sonrası yaşadığı psixoloji sarsıntı və Zərbəliyev Şahmar gözlənilmədən onun üzərinə gəlməsi səbəbilə özünü müdafiə davranışı sərgiləmişdir. İfadələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs avtomobilin arxa hissəsindən çəkici götürməsi hücum xarakterli deyil, ani qorxu və özünü müdafiə refleksi ilə bağlı olmuşdur. Bu davranışın hücuma yönəlik olmamasının ən güclü sübutu isə budur ki, çəkici götürdüyü andan dərhal sonra polis əməkdaşı onun qarşısını almış, alət ondan alınmış və hər hansı real zərərverici hərəkət baş verməmişdir. Nə Zərərçəkmiş şəxs1, nə də Şahmar Zərbəliyev hadisənin gedişi zamanı çəkicdən real istifadə olunduğunu bildirməmişlər. Onların ifadələri bu hissədə ziddiyyətli, qeyri-müəyyən və subyektiv təsəvvürlərə söykənmişdir. Bunlardan əlavə, zərərçəkmişlərin bıçaq barədə dedikləri isə heç bir digər sübutla – nə maddi sübutla, nə şahid ifadələri ilə təsdiq olunmur. Üstəlik şahidlərin hamısı bıçaq görmədiklərini bildirmişlər, zərərçəkmişlərin özləri bu barədə ziddiyyətli və qeyri-dəqiq ifadələr verirlər, istintaq özü isə bıçaq iddiasını sübut olunmamış hesab edib rədd etmişdir. Həmçinin qeyd edilməli olan mühüm məqamlardan biri də odur ki, iş üzrə ibtidai istintaq aparan orqan hadisə yerinə ilk çatan və baş verən prosesləri bilavasitə müşahidə edən polis əməkdaşlarını müəyyən edib dindirməmişdir. Halbuki, belə şahidlərin ifadələri hadisənin real dinamikasının, tərəflərin davranışının və xüsusilə mübahisə zamanı təşəbbüskarlığın kimdən irəli gəldiyinin obyektiv şəkildə müəyyən olunması baxımından həlledici əhəmiyyət kəsb edirdi. Cinayət işinin 1-ci cildinin 86-cı vərəqəsinə əlavə edilmiş əməliyyat tapşırığının məzmunundan görünsə də ki, guya həmin polis əməkdaşlarının müəyyən olunması barədə tədbir görülüb, lakin həmin sənəd müstəntiq tərəfindən imzalanmamış, sənədin tərtib olunma tarixi, nömrəsi və göndərilməsinə dair heç bir təsdiqedici qeyd aparılmamışdır. Eyni şəkildə, cinayət işinin 1-ci cildinin 92-ci vərəqəsinə əlavə edilmiş əməliyyat tapşırığına cavab məktubu da imzasız olub, üzərində tarix və nömrə göstərilməmişdir. Bu kimi formal sənədləşdirmə tərzi istintaqın bu istiqamətdə real fəaliyyət göstərmədiyini, sadəcə zahiri olaraq kağız üzərində hadisə yerində olmuş və bilavasitə hadisənin şahidi olan polis əməkdaşının guya müəyyən edilməsi üçün əməliyyat tədbiri görüntüsü yaradıldığını göstərir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, ibtidai istintaq orqanı hadisənin bilavasitə şahidləri olan polis əməkdaşlarını müəyyən etmək istiqamətində zəruri prosessual tədbirlər görməmiş, əməliyyat tapşırığı verilməsi və həmin əməliyyat tapşırığına cavab alınması barədə formal sənədlər tərtib etməklə cinayət işinin materiallarına əlavə edərək (bax cild 1, i.v 86, 92), nəticədə ittiham yalnız zərərçəkmiş şəxslərin birtərəfli və ziddiyyətli ifadələri əsasında formalaşdırılmışdır. Bu isə istintaq orqanı tərəfindən Cinayət Prosessual Məcəlləsində təsbit edilmiş prinsiplərə zidd olaraq cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmadığını təsdiq edir. Bundan əlavə, istintaq orqanının Şahmar Zərbəliyevi hadisədən tam səkkiz ay sonra, yalnız onun sonradan təqdim etdiyi ərizə əsasında “zərərçəkmiş şəxs” kimi tanıması da işin obyektiv halları ilə heç bir şəkildə uzlaşmır. Əgər doğrudan da hadisə günü və ya hadisədən dərhal sonra onun sağlamlığına, həyatına və ya psixi vəziyyətinə zərər dəymiş olsaydı, cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq zərərçəkmiş statusu elə həmin vaxt müəyyən edilməli idi. Nə hadisə yerində iştirak edən polis əməkdaşları, nə Zərərçəkmiş şəxs1, nə şahidlər, nə tibbi sənədlər, nə də ilkin izahatlarda Şahmar Zərbəliyevin hər hansı formada xəsarət alması, zor tətbiqinə məruz qalması və yaxud həyat-sağlamlığı üçün real təhlükə yaranması barədə ən kiçik məlumat belə yoxdur. Əksinə, Şahmar hadisə yerinə sonradan gəlmiş, mübahisəyə öz təşəbbüsü ilə daxil olmuş, təqsirləndirilən şəxsin üzərinə emosional şəkildə getmiş, heç bir fiziki xəsarət almamış və hadisə yerindən sərbəst şəkildə uzaqlaşmışdır. Bu səbəbdən, onun 8 ay sonra zərərçəkmiş kimi tanınması faktı təkcə istintaqın obyektiv aparılmadığını deyil, həm də bu statusun sonradan, zərərçəkmiş hesab edilən şəxslərin intensiv şikayətləri, tələbkar davranışları və qarşı tərəfə qarşı açıq-aşkar aqressiv münasibəti fonunda verildiyini göstərir. Çünki, artıq məhkəmə üçün aydın haldır ki, ikinci epizod üzrə təşəbbüskar məhz Şahmar Zərbəliyev olmuş, qarşı tərəf isə özünümüdafiə məqsədilə əlinə çəkic götürmüşdür. Belə şəraitdə həmin şəxsin yalnız sonradan “zərərçəkmiş” kimi tanınması istintaqın faktlara əsaslanmadığını, zərərçəkmiş statusunun isə subyektiv müraciət və şikayətlər əsasında formalaşdırıldığını göstərir. Bu yanaşma CM-in 221.3-cü maddəsinin tərkibinə daxil olan “silah və ya silah qismində əşyadan istifadə etməklə zor tətbiqi və ya zor hədəsi ilə müşayiət olunan xuliqanlıq” anlayışı ilə də tam ziddiyyət təşkil edir. Nəticə etibarilə, Şahmar Zərbəliyevin sentyabr ayında “zərərçəkmiş” kimi tanınması hadisənin real inkişafı, şahid ifadələri, tibbi sənədlər və hüquqi tələblər ilə uzlaşmır və bu statusun verilməsi zəruri hüquqi meyarlardan deyil, onun sonradan formalaşmış qərəzli şikayətlərindən və cəzalandırma yönümlü emosional istəklərindən qaynaqlanmışdır. Beləliklə, bu status hüquqi əhəmiyyətini itirir və CM-in 221.3-cü maddəsinin tərkibi üçün tələb olunan subyektiv elementi sübut etmək gücünə malik deyildir. Məhkəmə qeyd edir ki, istintaq orqanının obyektivlik prinsipinə uyğun olmayan davranışlarından biri də hadisənin yol-nəqliyyat hadisəsi ilə bağlı hüquqi qiymətləndirilməsində özünü göstərmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq orqanı zərərçəkmiş Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı törətdiyi sola dönmə qaydasının pozulması faktına AR İXM-in 327.1-ci maddəsi ilə hüquqi qiymət vermiş və materialları inzibati məsuliyyət tədbiri görülməsi üçün DYPŞ-yə göndərmişdir. Halbuki, yol-nəqliyyat hadisəsi nəticəsində təqsirləndirilən şəxsin sərnişinlərdən birinə yetirilmiş xəsarətlərin dərəcəsi barədə xx.xx.2024-cü il tarixli, 66/136 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X10”nin rəyində Şahid1 aldığı xəsarətin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma olduğu birmənalı şəkildə müəyyən edilmişdir. Bu isə Zərərçəkmiş şəxs1 yol hərəkəti qaydasının pozulması ilə törətdiyi qəza nəticəsində faktiki olaraq zərərçəkmiş şəxsin mövcudluğunu təsdiq edir və hüquqi baxımdan AR İXM-in 327.8-ci maddəsinin (bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə) tətbiq edilməsini zəruri edirdi. Bununla belə, istintaq orqanı sözügedən rəyin nəticələrini tamamilə nəzərə almamış, hadisə nəticəsində real xəsarət almış sərnişinin mövcudluğunu görməzlikdən gələrək Zərərçəkmiş şəxs1 əməlini yalnız “yüngül qayda pozuntusu” kimi AR İXM-in 327.1-ci maddəsi ilə qiymətləndirmişdir. Bu yanaşma faktiki hallarla, ekspert rəylərinin nəticələri ilə və yol hərəkəti təhlükəsizliyi sahəsində tətbiq olunan hüquqi standartlarla açıq ziddiyyət təşkil edir və istintaqın hadisəyə münasibətdə birtərəfli və qeyri-obyektiv mövqe tutduğunu bir daha təsdiqləyir. Beləliklə nəzərə alınsa ki, hər bir cinayət tərkibi dörd zəruri elementdən — obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhətdən ibarətdir və bu elementlərdən hər hansı biri olmadığı halda cinayət tərkibi formalaşmır. Xuliqanlıq cinayəti (CM-in 221-ci maddəsi) isə xüsusilə yalnız birbaşa qəsdlə, yəni ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıq hörmətsizlik etmək niyyəti ilə törədilə bilər. İş materiallarının qiymətləndirilməsi göstərir ki, təqsirləndirilən şəxsin davranışında belə bir məqsəd və niyyət formalaşmamış, yəni subyektiv cəhət mövcud olmamışdır. Subyektiv cəhətin olmaması isə xuliqanlıq tərkibini hüquqi cəhətdən tamamilə istisna edir. Yəni, xuliqanlıq niyyətinin mövcud olmaması, yaranmış emosional vəziyyət, davranışın qısa müddətə baş verməsi, hərəkətin cəmiyyətə yox, konkret şəxsə yönəlməsi və təqsirləndirilən şəxsin hadisədən əvvəl və sonra sərgilədiyi sakit, yardımçı və qeyriaqressiv davranışlar birlikdə təhlil edildikdə, məhkəmə belə nəticəyə gəlir ki, şəxsin psixi münasibəti xuliqanlıq cinayətinin subyektiv tərəfinin tələblərinə uyğun gəlmir. Beləliklə, xuliqanlıq üçün zəruri olan birbaşa qəsd – ictimai qaydanı pozmaq, cəmiyyətə hörmətsizlik nümayiş etdirmək iradəsi təqsirləndirilən şəxsin davranışında mövcud olmadığından, qeyd olunan epizodlar üzrə CM-in 221.3-cü maddəsinin tərkibi yaranmamışdır. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməllərinə CM-in 221.3-cü maddəsi ilə — xuliqanlıq əməli kimi və həm də “davam edən cinayət” konstruksiyası çərçivəsində — hüquqi qiymət verilməsi işin faktiki halları və tətbiq olunan hüquq normaları ilə uzlaşmır. Birincisi, tərəflər arasında baş vermiş mübahisələr ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirmək, yaxud silah qismində əşyadan istifadə etməklə zor tətbiqi niyyəti kimi xuliqanlıq tərkibinin zəruri subyektiv elementlərini əks etdirmir, bu mübahisələr yolnəqliyyat hadisəsindən sonra yaranmış şəxsi xarakterli qarşıdurmanın emosional nəticələri olmaqla, CM-nin 221-ci maddəsinin tələb etdiyi ictimai təhlükəlilik səviyyəsinə çatmır. İkincisi, ittiham aktında göstərildiyi kimi, həmin hərəkətlərin “davam edən cinayət” kimi qiymətləndirilməsi də əsassızdır, çünki Zərərçəkmiş şəxs1 dair mübahisə epizodu tam başa çatmış, tərəflər ayrılmış, hadisə yerinə sonradan gələn Şahmar Zərbəliyev müdaxiləsi isə müstəqil və yeni epizod yaratmışdır, epizodlar arasında fasiləsizliyin, vahid niyyətin və davranış birliyinin olmaması səbəbindən bu iki hadisəni bir-birini davam etdirən cinayət kimi tövsif etmək hüquqi cəhətdən mümkün deyildir. Beləliklə, nə xuliqanlıq tərkibi, nə də onun davam edən cinayət formasına dair istintaqın gəldiyi nəticə sübutlarla təsdiq olunmur və tətbiq olunan maddələr üzrə ittiham hüquqi əsasdan məhrum hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair istintaq orqanının ittihamı ilə razılaşmır və öz qənaətini aşağıdakı kimi əsaslandırır. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, istintaq orqanının Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə yəni xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma ilə təqsirləndirilməsi üçün istinad etdiyi ilkin ekspert rəyində göstərilən “çənə sümüyünün sol şaxəsinin qapalı sınığı” faktı sonradan aparılmış əlavə məhkəmətibbi ekspertizası (xx.xx.2025, T 469/2025) və məhkəmədə dindirilən ekspertlərin ifadələri ilə tam şəkildə təkzib edilmişdir. Belə ki, zərərçəkmişə aid rentgen və 3D KT müayinələri, eləcə də tibbi kartadakı məlumatlar üz skeletində heç bir sınıq aşkar etməmiş, aşkar edilən dəyişikliklərin yalnız yumşaq toxuma zədələnməsi və travmatik artrit xarakteri daşıdığı təsdiq olunmuşdur. İlkin ekspertiza rentgen görüntüləri olmadan, sadəcə klinikanın arayışına əsasən aparıldığından elmi etibarlılığa malik deyil və ittiham üçün hüquqi baza təşkil edə bilməz. Nəticə etibarilə, zərərçəkmişin xəsarəti sağlamlığın qısa müddətə pozulması səviyyəsində qiymətləndirilir və CM-in 127.2.3-cü maddəsi üçün tələb olunan “az ağır zərər” elementi mövcud olmadığından, habelə xuliqanlıq niyyətinin əlamətləri də sübuta yetirilmədiyindən, təqsirləndirilən şəxsin əməli hüquqi cəhətdən yalnız CM-in 128-ci maddəsində nəzərdə tutulan — sağlamlığa yüngül zərər vurma tərkibinə uyğundur. Bu isə 127.2.3-cü maddəsi üzrə ittihamın maddi və subyektiv tərkib elementlərinin tamamilə formalaşmadığını və həmin maddə ilə təqsirləndirmənin əsassız olduğunu qəti şəkildə göstərir. Hadisənin faktiki gedişinin və şahid ifadələrinin təhlili göstərir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 üz nahiyəsindəki ilkin travma məhz yol-nəqliyyat hadisəsi zamanı lokal zərbə nəticəsində yaranmış dodaq boyu qismən qanama ilə məhdudlaşmışdır. Şahid3 ifadəsində yer alan “Səbuhi avtomobildən düşəndə dodağının bir hissəsi partlamışdı, bu da toqquşma zamanı olmuşdur” fikri qəzanın Zərərçəkmiş şəxs1 üçün müəyyən yumşaq toxuma zədəsi yaratdığını, lakin bu zədələrin struktur baxımından ağır travma əlamətləri daşımadığını göstərir. Belə ki, dodaq kənarında cırılma və ya qanama toqquşma anında başın sükan və ya sərt səthə yüngül toxunması hallarında tez-tez rast gəlinən tipik zədələrdəndir və bu, travmanın intensivliyinin məhdud olduğunu göstərir. Bununla yanaşı, qəza sonrası müşahidə edilən yalnız lokal zədə fonunda Zərərçəkmiş şəxs1 daha sonra çənə oynağında yaranmış travmatik artrit və üz nahiyəsində daha geniş yayılmış qançırın formalaşması tibbi baxımdan künc strukturlara sonradan yönəlmiş yumruqvari mexaniki təsir ilə daha uyğun gəlir. Çünki travmatik artrit, xüsusilə də çənə oynağının hərəkət məhdudiyyəti və ağrı ilə müşayiət olunan forması, tibbdə ən çox lokal istiqamətli, güclü bir zərbədən, yəni bərk səthli təsirdən yaranır. Yolnəqliyyat hadisəsi zamanı isə başın avtomatik şəkildə önə-atılma və geriyə qayıtma mexanizmi daha çox diffuz təsir yaradır və çənə oynağında məhz bu qədər selektiv zədələnmə əmələ gətirməsi ehtimal baxımından xeyli aşağıdır. Şahid ifadələri ilə tibbi ekspert rəyi birgə götürüldükdə belə nəticəyə gəlmək olur ki, qəza zamanı əmələ gəlmiş cırılma və qançır zərərçəkmişin avtomobildən düşdüyü an görünən yüngül travmalar olub, sonrakı mərhələdə Təqsirləndirilən şəxsla sözlü mübahisə fonunda baş vermiş yumruq və ya əlin içinin bərk hissəsinin zərbəsi qançırın genişlənməsinə, şişkinliyin artmasına və çənə oynağında sonradan müşahidə edilən travmatik artritin yaranmasına real tibbi zəmin formalaşdırmışdır. Bu, hadisənin həm məntiqi ardıcıllığına, həm şahidlərin müşahidələrinə, həm də ekspertin çənə oynağındakı travmatik prosesin mexanizminə dair verdiyi izahlara tam uyğundur. Eyni zamanda Təqsirləndirilən şəxs da həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 aralarında yaranmış mübahisə zamanı bir dəfə əlinin içinin bərk hissəsi ilə vurduğunu etiraf etmişdir. Məhkəmə həmçinin zərərçəkmiş şəxsin “çənə sümüyünün sınığı” və “bu səbəbdən cərrahi əməliyyat olunduğu” barədə iddialarını real faktiki hallar və obyektiv tibbi göstəricilərlə tutuşdurduqda onun təqdim etdiyi məlumatların hadisənin gedişi ilə uyğun gəlmədiyini müəyyən edir. Belə ki, tibbi praktikaya əsasən alt çənə sümüyünün qapalı sınığı zərərçəkmiş şəxsin ağız açma funksiyasında kəskin məhdudiyyət, çeynəmə aktında ağrı, danışığın çətinləşməsi, mimikanın zəifləməsi kimi simptomlarla müşayiət olunur və belə hallar adətən ən azı bir neçə həftə davam edir. Sınıq hallarında, xüsusilə çənənin sol şaxəsinin zərbə nəticəsində sındığı iddia edilirsə, tibbi protokol üzrə xəstənin çənəsinə immbolizasiya məqsədilə sarğı, elastik bandaj, çənə bağlayıcıları və ya gips funksiyasını daşıyan tibbi fiksator tətbiq edilməli idi ki, bu da gündəlik ünsiyyətə, telefonla danışığa, aktiv mimikaya mühüm məhdudiyyətlər yaradır. Məhkəmə, Şahid3 ifadəsində yer alan “hadisədən sonrakı günlərdə Səbuhi ağrıyaağrıya danışırdı” və “ağzında tikiş olduğunu görmüşəm, Səbuhi özü göstərmişdi” kimi qeyd edilən xüsusatları da faktiki hallar və tibbi məlumatlarla tutuşduraraq qiymətləndirmişdir. Birincisi, şahidin gördüyü tikişin mahiyyəti barədə ifadəsində dəqiqlik yoxdur – o, tikişin ağızın daxili selikli qişasında, dodaq nahiyəsində, yaxud çənə sümüyü ilə bağlı aparılmış hər hansı cərrahi fiksasiya olduğunu konkretləşdirməmişdir. İkincisi, məhkəmə-tibbi ekspertiza müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs1 çənə sümüyünün sınığını göstərən nə rentgen, nə KT, nə də klinik epikriz mövcuddur və zərərçəkmişin tibbi kartasında belə əməliyyata dair heç bir qeyd yoxdur. Bu isə şahidin müşahidə etdiyi tikişin çənə sümüyünə aid əməliyyat tikişi deyil, hadisə zamanı zərbənin təsiri ilə dodaq selikli qişasında yaranmış kəsik yarasının tikilməsi ehtimalının daha real olduğunu göstərir. Çünki qəzada dodağın partlaması və yüngül cərrahi tikiş qoyulması, məhz şahidin dediyi kimi “zərbədən dərhal sonra dodağının bir hissəsinin partlaması” ilə tam uyğundur və bu hal ekspertlərin müəyyən etdiyi yüngül zərərvurma və travmatik artrit diaqnozu ilə tam şəkildə üst-üstə düşür. Həmçinin məhkəmə onu da qeyd edir ki, zərərçəkmiş şəxs hər nə qədər çənə sümüyünün sınığı diaqnozu ilə əməliyyat olunduğunu və bu məqsədlə ümumilikdə 5000 manat məbləğində xərc çəkdiyini iddia etsə də, lakin bu iddiaları heç bir obyektiv sübutla təsdiq edə bilməmişdir. Zərərçəkmiş həmin əməliyyata dair epikriz, ödəniş qəbzləri və ya əməliyyatın aparılmasını təsdiqləyən digər tibbi sənədləri məhkəməyə təqdim etməmişdir. Əksinə, sonradan aparılmış əlavə məhkəmə-tibbi ekspertizasının tədqiqatı zamanı da zərərçəkmişə dair tibbi məlumat sistemlərində və təqdim edilmiş tibbi kartada hər hansı əməliyyatın aparılması barədə məlumat aşkar edilməmişdir. KT və rentgen müayinələri də zərərçəkmişin çənə sümüyünün sınıq əlamətlərini inkar etdiyindən, təqdim olunmayan əməliyyat sənədlərinin mövcud olmaması tibbi faktlarla tam uzlaşır. Bundan əlavə, tibbi praktika üzrə çənə sümüyünün sınığı ilə bağlı cərrahi müdaxilə aparılmış olsaydı, bu barədə mütləq xəstəxana epikrizi tərtib olunmalı, qeydiyyat sisteminə daxil edilməli və xəstənin tibbi kartasında öz əksini tapmalı idi. Lakin bu məlumatların heç biri mövcud deyildir. Beləliklə, zərərçəkmişin “əməliyyat olunma” və “5000 manat xərc çəkmə” barədə subyektiv bəyanatları nə tibbi sənədlərlə, nə ekspertiza materialları ilə, nə də digər sübutlarla dəstəklənmir və bu səbəbdən hüquqi baxımdan etibarlı sübut kimi qəbul edilə bilməz. Bu hal zərərçəkmişin xəsarətinin faktiki xarakteri barədə verdiyi məlumatların qeyri-dəqiqliyini bir daha təsdiqləyir və “az ağır zərər” tərkibinin mövcudluğunu tamamilə istisna edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Bu Məcəllənin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə müvafiq olaraq cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün onlara isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin və zərəçəkmiş şəxslərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü maddəsi ilə verilmiş ittiham həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməli, CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəm təqsirləndirilən şəxsə cəza təyin edərək qanunvericiliyin aşağıdakı müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-ci maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməli, ona Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə verilmiş ittiham üzrə isə onun əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək o, Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 00:00-dan səhər saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-ci maddəsi ilə verilmiş ittiham üzrə onun əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda yaşayış yeri olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən yaşayış yerini saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı şəhər Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Zamiq Bağırov