Məhkəmə qərarları › İş №1(001)-142/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-142/2021

01.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-142/2021 01.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, 17 avqust 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penetensiar Xidmətin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128 və 315-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş, həmçinin qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 03.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad avtomobil yolunda yerləşən “META Oil” yanacaq doldurma məntəqəsinin qarşısında hərbi vəziyyətlə əlaqədar Binəqədi RPİ-nin rəisi, polis polkovniki Musa Musayevin xx.xx.2020-ci il tarixli, Ə346-059- 20 saylı əmri ilə yaradılmış 3 nömrəli stasionar posta, komendant saatının tələblərini pozaraq, orta dərəcəli sərxoş vəziyyətdə yaxınlaşıb, həmin postda xidməti vəzifələrini həyata keçirən Binəqədi RPİ-nin İŞ-in baş müstəntiqi, polis mayoru Şahid1, Binəqədi RPİnin DYPŞ-nin yol patrul xidmətinin inspektoru, polis leytenantı Şahid2, polis serjantı Şahid3, Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 və polis nəfəri, polis serjantı Şahid5, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DQ-nin əsgərləri Əliş Qasımov və Qoçəli Tərlanov tərəfindən bir neçə saat əvvəl saxlanılaraq cərimə meydançasına yerləşdirilmiş “VAZ 2121” markalı, “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomaşının qanunsuz saxlanılmasını iddia edərək avtomaşının cərimə meydançasından buraxılmasını postda xidmət edən DYPŞ-nin əməkdaşlarından və digər polis əməkdaşlarından tələb etməklə onlarla mübahisə etməyə başlamışdır. DYPŞ-nin polis serjantı Şahid3, digər polis əməkdaşlarının, həmçinin Təqsirləndirilən şəxs hərəkətləri ilə əlaqədar köməyə çağırıldığından posta gəlmiş Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs da avtomaşının buraxılması barədə onun tələbinin qanunsuz olmasını, xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində Şahid7 “RZA RENTACAR MMC”-dən müvəqqəti icarəyə götürdüyü “VAZ 2121” markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomaşının müvafiq etibarnaməsi olmadan idarə etməsi və “Portal” sistemində avtomaşının saxlanılaraq duracağa yerləşdirilməsi barədə qeydlərin olmasının postda yoxlama zamanı müəyyən edilməsi ilə əlaqədar Şahid7 barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinin tələblərinə uyğun olaraq «inzibati tənbeh vermə haqqında» DYPŞ-nin polis serjantı Şahid3 tərəfindən tərtib edilmiş TR ******* saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən cərimə meydançasına yerləşdirilməsini Təqsirləndirilən şəxs izah etmələrinə baxmayaraq, sonuncu polis əməkdaşlarının qanuni tələbləri ilə razılaşmayaraq cibindən çıxarıb, iki hissəyə bölüb, bir hissəsini əlində, digər hissəsini isə ağzında tutduğu ülgücləri (lezva) nümayiş etdirərək, avtomobilin buraxılmadığı təqdirdə həmin ülgüclərlə polis əməkdaşlarını xəsarət yetirəcəyi ilə hədələyib qanunsuz tələblərini davam etdirmişdir.Həmçinin, silah qismində istifadə etdiyi, əlində saxladığı ülgücü hakimiyyət nümayəndəsinin - Binəqədi RPİ-nin PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs üzünə atmaq istədikdə sonuncu onu zərərsizləşdirmək məqsədi ilə Təqsirləndirilən şəxs qolundan tutmuş, həmin vaxt Təqsirləndirilən şəxs ülgüclə Zərərçəkmiş şəxs əvvəlcə sağ əlini kəsmiş, ülgüc əlindən düşdükdən sonra isə ağzından çıxardığı ülgüclə Zərərçəkmiş şəxs sol bud nahiyəsini kəsərək, ona sol budun bayır səthinin kəsilmiş yarası və sağ əlin İV-V barmaqlarının arxa səthlərinin səthi kəsilmiş yaraları ilə müşayiət olunan qəsdən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri yetirməklə hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmiş və qəsdən sağlamlığa yüngül zərər vurmuş, bundan sonra Zərərçəkmiş şəxs və postda olan digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs zərərsizləşdirilmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 20.00 radələrində yaşadığı evə getmiş, evdə bir şüşə «Kuller» pivəsi içmiş, saat 21.00 radələrində yatmış, xx.xx.2020-ci il tarixdə saat 03.00 radələrində yaşadığı evdə olan zaman mobil telefonuna «Rent a car» şirkətində işləyən tanışı Azad adlı şəxs zəng etmişdir və «Rent car» şirkətinə məxsus «Vaz 2121» markalı avtomobilin Binəqədi rayonu ərazisində Binəqədi rayon polis idarəsinin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanaraq cərimə meydançasına yerləşdirdiyini bildirməklə avtomobilin çıxarılması üçün Binəqədi DYPŞ-də tanışının olub-olmadığını soruşmuşdur.O, da Azada gedib məsələnin nə yerdə olmasını öyrənib ona bildirəcəyini demişdir.Maşınsız olduğundan Azada onu maşınla təmin etməsini xahiş etmiş, Azad onu Ümid adlı bir nəfərlə əlaqələndirmiş, Ümid «Azsamand» markalı avtomobillə onu yaşadığı evin yaxınlığından götürərək Binəqədi-Mehdiabad avtomobil yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən polis postuna aparmış, orada o, YP 238 nömrə nişanlı DYP avtomobilinə yaxınlaşmış, avtomobildə olan DYPŞ-nin əməkdaşına onlar tərəfindən saxlanılaraq cərimə meydançasına aparılmış «Vaz 2121» markalı avtomobilin cərimə meydançasından çıxarmaq üçün danışıqlar aparmağa çalışaraq, imkan daxilində buraxmalarını xahiş etmişdir.Bu zaman əlində avtomatla xidmət aparan polis əməkdaşı ona «sən başından böyük danışma, kimsən sən, polissən?» deyə soruşmuş, o, polis əməkdaşına onunla deyil, DYPŞ əməkdaşı ilə danışdığını demiş, avtomat silahla xidmət aparan şəxs onu sinəsindən vurmuş, nəticədə arxaya gedərək yerə yıxılmışdır.Daha sonra orada olan 7 nəfər polis əməkdaşı onu döymüşlər, lakin DYPŞ əməkdaşları onu vurmamışlar.Sonra o, huşunu itirmiş, ayılanda PPX avtomobilinin arxa hissəsində olduğunu görmüş, daha sonra onu Binəqədi rayon polis idarəsinin 43-cü polis bölməsinə aparmışlar.Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının sonundan ölkə ərazisində elan olunmuş «Hərbi vəziyyət»lə əlaqədar tətbiq edilmiş «Komendant saatı» ilə bağlı Bakı şəhəri ərazisində saat 20 radələrindən saat 06 radələrinədək hərəkətin məhdudlaşdırıldığını bilməsinə baxmayaraq dostu Azadın xahişinə əsasən polis postuna yaxınlaşıb DYPŞ əməkdaşından cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı avtomobilin buraxılmasını xahiş etmək istəmişdir. O, polis əməkdaşları ilə onun arasında baş verən mübahisənin səbəbini bilmir.Mübahisə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Binəqədi-Mehdiabad avtomobil yolunda «Meta Oil» məntəqəsinin yaxınlığında polis postunda baş vermiş, nə qədər davam etdiyini xatırlamır.Mübahisə zamanı o, heç bir polis əməkdaşına yaxın getməmiş, onları sadəcə özünə xəsarət yetirəcəyi ilə bağlı qorxutmaq istəmiş, ülgüc isə polis onu zərərsizləşdirmək üçün yerə yıxarkən təsadüfən ona dəymişdir.Belə ki, DYPŞ əməkdaşı ilə söhbət edən zaman avtomatla xidmət aparan polis əməkdaşı onu səbəbsiz yerə sinəsindən vurmuşdur. Avtomatla xidmət aparan polis əməkdaşının onu sinəsindən vurduqdan sonra digər əməkdaşlar da ona xəsarət yetirmişlər.Həmin polis əməkdaşları onu ayaqları ilə bədəninin müxtəlif nahiyyələrindən vurmuşlar.Polis əməkdaşlarının ona xəsarət yetirmələrinin səbəbini bilmir.Polis əməkdaşları tərəfindən ona polis bölməsinə getmək, üzərinin yoxlanılması, ərazini tərk etməsi, barəsində protokol tərtib edilməsi və bu kimi digər qanuni və ya başqa xarakterli tələblər irəli sürülməmiş, 43-cü Polis Bölməsində hansısa izahata qol çəkilməsi üçün bir nəfər rütbəsini bilmədiyi polis əməkdaşı onu sillə ilə üzündən vurmuş və nalayiq ifadələrlə onu təhqir etmişdir.Məhkəmə iclasında Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, ilk dəfə cinayət törətməsini, evli olmasını və himayəsində 2 (iki) azyaşlı övladının olmasını nəzərə alaraq CM-nin 128-ci maddəsi ilə cinayət işinə xitam verilməsini və CM-nin 315-ci maddəsi ilə isə ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2016-cı ildən Binəqədi rayon polis idarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir.xx.xx.2020-ci il tarixdə xidməti vəzifələrinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 saylı posta avtopatrulu idarə edən Ruslan Quliyevlə birlikdə xidmət aparmışdır.Onların xidməti vəzifələri «Komendant saatı»nın tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirməkdən, postda baş verə biləcək asayiş pozuntusunun qarşısını almaqdan ibarət olmuşdur.Həmin postda onlardan başqa DYPŞ-nin əməkdaşları Şahid2, Şahid3, PPXB-nin polis nəfərləri Şahid4, Şahid5, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri Əliş Qasımov, Qoçəli Tərlanov və qrup rəhbəri, Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Şahid1 xidmətdə olmuşlar.Həmin gün onun, Məhəmmədin və Nicatın üzərində «Zəfər K» markalı tabel silahı, Qismətin üzərində isə xidməti «AKM» markalı avtomat silah olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə «Hərbi vəziyyət»lə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 nömrəli postda xidmət apararkən saat 21:30 radələrində posta «Vaz 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmış, DYPŞ-nin əməkdaşlarından biri həmin avtomobilə yaxınlaşmış, avtomobili idarə edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 avtomaşına dair sənədlərini yoxladıqda sürücü Şahid7 adına sənədlərin qaydasında olmadığı müəyyən edilmiş və avtomaşın cərimə meydançasına yerləşdirilmişdir.«Komendant saatı»nda hərəkət etməyə icazəsi olduğundan Şahid7 sərbəst buraxılmışdır.Daha sonra o, bir müddət də həmin postda xidmət aparıb sürücü Ruslan Quliyevlə birlikdə xidməti avtomobillə ərazidə yoxlanışa çıxmışlar.xx.xx.2020-ci il tarixdə saat 03.00 radələrində 3 saylı postdan rabitə vasitəsi ilə yaxınlıqda olan PPXB-nın əməkdaşlarının posta yaxınlaşması barədə çağırış daxil olmuşdur. O, avtopatrulu idarə edən Ruslan Quliyevlə birlikdə yaxınlıqda olduqlarından 1-2 dəqiqə ərzində həmin posta yaxınlaşmışlar, xidməti avtomobili tərk etmək səlahiyyəti olmadığından Ruslan Quliyev avtopatrulda qalmış, o isə posta yaxınlaşmışdır. Orada bir nəfər, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin yol-patrul xidmətinin əməkdaşı ilə sözlə mübahisə etdiyini görmüşdür.Polis əməkdaşları ilə söhbət edən zaman ona məlum olmuşdur ki, yol-patrul xidmətinin əməkdaşı ilə sözlə mübahisə edən Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 idarə etdiyi və bir neçə saat əvvəl cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı, “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılmasını tələb edir, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymur, onlarla aqressiv danışır. Polis əməkdaşları Elnura dəfələrlə Azərbaycan Respublikasının ərazisində elan edilmiş «Hərbi vəziyyət»lə əlaqədar olaraq tətbiq edilmiş «Komendant saatı»nın tələblərini pozduğunu izah etmələrinə baxmayaraq, Təqsirləndirilən şəxs israrla Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 idarə etdiyi «Vaz 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobilin buraxılmasını tələb etmişdir.Bu zaman o, Təqsirləndirilən şəxs yaxınlaşmış, özünü təqdim etməklə ona qanunun tələblərini izah edərək «Hərbi vəziyyət»lə əlaqədar tətbiq edilmiş «komendant saatı»nın tələblərini pozduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əsəbi formada ona «sən get işinlə məşğul ol» deyə ona irad bildirmişdir.O, bir daha Elnura özünü təqdim etmiş və əynində olan polis formasını göstərib işinin ictimai asayışı qorunmasından və «Komendant saatı»nın tələblərinin yerinə yetirilməsini təmin etməkdən ibarət olduğunu bildirməklə «Komendant saatı»nda hərəkət etmək üçün icazəsinin olub-olmadığını soruşmuş, Elnur isə heç bir icazəsinin olmadığını bildirmişdir. Bundan sonra Elnur «Siz məni tanımırsınız, məni kənd Binəqədidə «Lezva Elnur» çağırırlar» deyə bildirərək əynində olan şalvarın sağ cibindən ülgüc çıxararaq həmin ülgücü iki hissəyə ayırmış, bir hissəsini sağ əlinə, digər hissəsini isə ağız nahiyəsinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs sağ əlindəki ülgücü onlara nümayiş etdirməklə, avtomobilin dərhal buraxılmasını tələb etmiş, əks təqdirdə, həmin ülgüclə onlara xəsarət yetirəcəyini bildirmişdir. O, həmin vaxt Elnura sakitləşməsini və polis əməkdaşına qarşı qanunsuz hərəkətlərə yol verməməsini təklif etmiş, lakin Elnur yenə də əlindəki ülgücü ona və digər polis əməkdaşlarına nümayiş etdirib onlara xəsarət yetirəcəyini bildirərək onları hədələmişdir. Elnur onun üzərinə gəlib, əlindəki ülgücü onun üzünə tərəf atmaq istəyəndə o, Elnurun sağ əlindən tutmuş, bu zaman Elnurun əlindəki ülgüc onun sağ əlini kəsərək yerə düşmüşdür.Bundan sonra Elnur ağzında olan ülgücü onlara nümayiş etdirən zaman Elnurun ağzından qan gəldiyini görmüşdür.O, 3 nömrəli postda xidmətdə olan polis əməkdaşları Şahid1 və PPXB polis nəfəri Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq, Elnurun özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə üzərinə gedərək zərərsizləşdirmək istəmişdir. Həmin vaxt Elnur sağ əli ilə ağzındakı ülgücü çıxararaq onun sol ayağının bud nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra o, Elnurun sağ qolunu tutaraq arxaya doğru burmuş, Məhəmməd Elnurun sol qolunu arxaya doğru burmuş, Nicat isə onu arxadan tutmuş və onlar Elnuru asfalt təbəqəyə üzü üstə sıxmaqla onu zərərsizləşdirmişlər. O, ülgücü Elnurun əlindən alıb kənara qoymuş, həmin vaxt özünün sağ əlindən və sol bud nahiyəsindən qan axdığını görmüşdür.Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə aparılmışdır.Sonradan öyrənmişdir ki, onlar Təqsirləndirilən şəxs zərərsizləşdirən zaman Şahid7 «Azsamand» markalı “**-KG-***” nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 03.00 radələrində 3 nömrəli polis postunda DYPŞ-nin polis leytenantı Şahid2, polis serjantı Şahid3, PPXB-nin polis nəfərləri Şahid4, Şahid5, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri Əliş Qasımov və Qoçəli Tərlanov xidmət aparmışlar, DQ-nin əsgərləri Əliş Qasımov, Qoçəli Tərlanov, DYPŞ-nin polis nəfərləri Şahid2, Şahid3 mübahisəyə müdaxilə etməmiş, kənarda dayanmışlar.xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 3 saylı posta nə vaxt yaxınlaşması barədə dəqiq məlumatı yoxdur, çünki həmin vaxt postda olmamış, xx.xx.2020-ci il tarixdə saat 03 radələrində 3 saylı postdan rabitə vasitəsi ilə yaxınlıqda olan PPXB-nın əməkdaşlarının posta yaxınlaşması barədə çağırış daxil olduqdan sonra o, avtopatrulu idarə edən Ruslan Quliyevlə birlikdə həmin posta yaxınlaşmışdır. Təqsirləndirilən şəxs tələbi Şahid7 tərəfindən idarə edilmiş və polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı **- OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılması olmuşdur.Elnura tələbinin qanunsuz olmasını bildirmələrinə baxmayaraq Elnur israrla avtomaşının buraxılmasını tələb etmiş, əlində olan və ağzından çıxardığı ülgüclə ona xəsarət yetirəcəyi ilə hədələyib onlara müqavimət göstərmişdir.Onun həmin posta yaxınlaşıb, polis əməkdaşları ilə birgə Təqsirləndirilən şəxs zərərsizləşdirməsi xx.xx.2020ci il tarixdə saat 03.00 radələrində baş vermiş, baş verənlər 15-20 dəqiqə ərzində davam etmişdir. O, Təqsirləndirilən şəxs Binəqədi rayon polis idarəsinin İŞ-nin müstəntiqi Şahid1 və PPXB polis nəfəri Şahid4 ilə birlikdə zərərsizləşdirmişdir.Yol-patrul Xidmətinin əməkdaşları və Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri Əliş Qasımov və Qoçəli Tərlanov mübahisə müdaxilə etməmişlər.Təqsirləndirilən şəxs zərərsizləşdirmək istəyən zaman Elnur ağız nahiyəsindən sağ əli ilə ülgücü çıxarıb, onun sol bud nahiyəsinə xəsarət yetirmiş, bu zaman o, Elnurun sağ qolunu tutaraq arxaya doğru burmuş, Məhəmməd Elnurun sol qolunu arxaya doğru burmuşdur, Nicat isə onu arxadan tutmuş və onlar Elnuru asfalt təbəqəyə üzü üstə sıxmışlar. Həmin vaxt Elnur əsəbi şəkildə dartınmış, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpmış, tabesizliyini davam etdirmişdir.O, digər polis əməkdaşlarının köməyi ilə Elnuru yerdən birtəhər qaldıraraq onu xidməti avtomobilə mindirib Binəqədi rayon polis idarəsinin 43-cü PB-ə aparmışlar.Hadisə baş verən zaman Təqsirləndirilən şəxs tanışı Ümid Hacıyev postun kənarında dayanmış, mübahisəyə müdaxilə etməmiş, polis əməkdaşları Elnuru zərərsizləşdirən zaman isə öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs zərərsizləşdirən zaman nə o, nə də ki, postda olan digər polis əməkdaşları Təqsirləndirilən şəxs xəsarət yetirməmişlər, onu vurmamışlar. Elnurun ağzında və əlində ülgüc olmuş, Elnur əlindəki ülgücü onun üzünə atmaq istəmiş, o, əlini ülgücün qarşısına atmış, nəticədə sağ əllinin üstü kəsilmiş və Elnurun əlindəki ülgüc yerə düşmüşdür.Elnur ağzında olan ülgücü onlara nümayiş etdirən zaman ağzından qan gəldiyini görmüşdür. Bundan sonra o, 3 nömrəli postda xidmətdə olan polis əməkdaşı Şahid1, PPXB polis nəfəri Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq, onun özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə üzərinə gedərək zərərsizləşdirmək istəmişlər.Bu zaman Elnur sağ əli ilə ağzındakı ülgücü çıxararaq onun sol ayağının bud nahiyəsinə xəsarət yetirmişdir.Onlar Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınmış, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpmış, tabesizliyini davam etdirirmişdir.Ola bilsin ki, onlar tərəfindən zərərsizləşdirilən zaman Təqsirləndirilən şəxs xəsarət almışdır. xx.xx.2020-ci il tarixdə onun üzərində və polis əməkdaşları Məhəmmədin, Nicatın üzərində «Zəfər K» markalı tabel silahı, Qismətin üzərində isə xidməti «AKM» markalı avtomat silahı olmuşdur. PPXB-nin polis nəfəri Şahid5 üzərində xidməti avtomat olsa da, sonuncu baş verən mübahisə zamanı kənarda dayanmış, Elnura o, Məhəmməd və Nicat yaxınlaşmışlar və sonuncuya heç bir zor tətbiq etməmişlər. Həmçinin, digər polis əməkdaşları yaxınlıqda olsalar da, onların heç biri Təqsirləndirilən şəxs zor tətbiq etməmişdir. Əksinə Elnur ona ülgüclə müqavimət göstərmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır.Nə o, nə də ki, digər polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamış, döyməmiş, təhqir etməmişdir, lakin Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınmış, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpmış, tabesizliyini davam etdirirmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini və ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, o, 2016-cı ildən Binəqədi rayon polis idarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində tətbiq edilmiş «Komendant saatı» ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Mehdiabad yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 nömrəli postda xidmətdə olmuşdur.Həmin postda ondan başqa DYPŞ-nin polis leytenantı Şahid2, polis serjantı Şahid3, PPXB-nin polis nəfəri Şahid5, qrup rəhbəri Binəqədi rayon polis idarəsinin İŞ-nin baş müstəntiqi Şahid1 və Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri Əliş Qasımov və Qoçəli Tərlanov xidmət etmişlər.Bundan başqa, posta bir post-patrul avtomobili də təhkim edilmişdir. Həmin postpatrul avtomobilində PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs və avtomobili idarə edən Ruslan Quliyev xidmət aparmışlar. Onların xidməti vəzifələri «Komendant saatı»nda ictimai təhlüksəziliyi təmin etməkdən, postdan keçən avtomobillərdə yoxlamalar aparmaqdan, baş verə biləcək asayiş pozuntusunun qarşısını almaqdan ibarət olmuşdur. Yol-patrul xidmətinin əməkdaşları tərəfindən postda yaxınlaşan avtomobillərin sürücülərinin müvafiq icazələrinin olub-olmaması yoxlanılmış, PPXB-nin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində posta «VAZ 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmış, yolpatrul xidmətinin əməkdaşlarından biri həmin avtomobilə yaxınlaşıb özünü təqdim etməklə müvafiq sənədləri yoxlayan zaman avtomobili idarə edən Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən etmiş və Ümüdin barəsində inzibati xəta barədə protokol tərtib olunmuş, avtomobil cərimə meydançasına yerləşdirilmiş, Şahid7 isə Fövqaladə Hallar Nazirliyinin əməkdaşı olması barədə sənəd təqdim etdiyindən sərbəst buraxılmışdır.Həmin vaxt post-patrul xidmətinin avtomobili ilə xidmət aparan PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs postda olmuşdur.Araz bir müddət 3 saylı postda qaldıqdan sonra avtomobillə xidməti ərazidə yoxlanışa getmişdir.xx.xx.2020-ci il tarixdə saat 03 radələrində «Azsamand» markalı “**- KG-***” dövlət qeydiyyat nişanlı avtomobil postun qarşısında dayanmış, avtomobildən sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi şəxs düşərək yol-patrul xidmətinin əməkdaşlarına yaxınlaşmış, «Azsamand» markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs isə bir neçə saat əvvəl postdan keçən Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 olmuşdur. Ümid Hacıyev avtomobili postdan təxminən 50 metr aralıda yolun kənarında saxlamış, lakin posta yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs yol-patrul xidmətinin əməkdaşlarından Şahid7 tərəfindən idarə edilmiş və polis əməkdaşları tərəfindən bir neçə saat əvvəl cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılmasını tələb edərək yol-patrul xidmətinin əməkdaşları ilə sözlə mübahisə etmişdir.Həmin vaxt yol-patrul xidmətinin əməkdaşı Şahid3 ona tələbinin qanunsuz olduğunu, iş vaxtı yaxınlaşıb öz iradını bildirməsini desə də, Elnur avtomobilin dərhal buraxılmasını tələb etmişdir.Qrup rəhbəri Şahid1 Elnura yaxınlaşmış, özünü təqdim etmiş, avtomobilin cərimə meydançasından çıxarılmayacağını, «Komendant saatı»nın tələblərini pozduğu bildirib postdan getməsini istəmişdir. Lakin Elnur postdan getməkdən imtina etmişdir. Elnuru polis bölməsinə aparmaq üçün xidməti avtomobil olmadığından Şahid1 rabitə vasitəsi ilə yaxınlıqda olan PPXB-nın əməkdaşlarının 3 saylı posta yaxınlaşması barədə çağırış etmiş, təxminən 3-4 dəqiqə sonra PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs 3 saylı posta yaxınlaşmışdır.O, Zərərçəkmiş şəxs, Şahid1 və PPXB-nin polis nəfəri Şahid5la birlikdə Təqsirləndirilən şəxs tərəf getmiş, Daxili Qoşunların əsgərləri isə kənarda qalmışlar. Həmin gün Şahid5 üzərində xidməti «AKM» markalı avtomat silah, onun üzərində isə «Zəfər K» markalı tabel silahı olmuşdur. Xidməti avtomat ilə hərəkət etmək çətin olduğundan Qismət bir qədər kənarda dayanmışdır.Zərərçəkmiş şəxs Elnura yaxınlaşıb özünü təqdim etmiş, «Hərbi vəziyyət»lə əlaqədar tətbiq edilmiş «Komendant saatı»nın tələblərini pozduğunu izah etmiş, lakin Elnur avtomobilin buraxılmasını tələb etməyə davam edərək Araza «sən get işinlə məşğul ol» deyə bildirmişdir.Araz Elnura xidməti vəzifəsini icrası ilə bağlı gəldiyini, sakitləşməsini bildirmişdir.Bundan sonra Elnur onlara «Siz məni tanımırsınız, məni kənd Binəqədidə «Lezva Elnur» çağırırlar » deyə bildirərək Araza tərəf çönmüş, bu vaxt o, Elnurun ağzında və əlində ülgüc olduğunu görmüşdür. Təqsirləndirilən şəxs dərhal sağ əlindəki ülgücü onlara nümayiş etdirərək avtomobilin buraxılmasını, əks təqdirdə ülgüclə onlara xəsarət yetirəcəyini bildirməklə onları hədələmişdir. Onlar Elnura sakitləşməsini, polis əməkdaşına qarşı qanunsuz hərəkətlərə yol verməməsini bildirsələr də, Elnur yenə də əlindəki ülgüclə onlara xəsarət yetirəcəyini bildirirmişdir. Elnur Araza tərəf gedib əlindəki ülgücü onun üzünə tərəf atmaq istəyəndə Araz Elnurun sağ əlindən tutmuş, bu zaman ülgüc Arazın sağ əlini kəsərək yerə düşmüşdür.Bundan sonra Elnur ağzında olan ülgücü onlara nümayiş etdirən zaman ağzından qan gəldiyini görmüşdür. Araz və Məhəmməd Elnurun üzərinə gedib həm özünə, həm də ki, polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq üçün onu zərərsizləşdirmək istəmişlər. O, isə Elnura arxadan yaxınlaşmaq istəmişdir. Bu zaman Elnur sağ əli ilə ağzındakı ülgücü çıxarmış və Arazın sol ayağına xəsarət yetirmişdir. Araz Elnurun sağ qolundan, Məhəmməd sol qolundan, o isə kürək nahiyəsindən tutmuş, onu üzü üstə asfalta uzandıraraq zərərsizləşdirmişdər. Araz Elnurun sağ əlindəki ülgücü alıb kənara qoymuşdur. Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi rayon polis idarəsinin 43cü PB-nə aparılmışdır. Təqsirləndirilən şəxs zərərsizləşdirilən zaman postdan kənarda dayan Şahid7 «Azsamand» markalı **-KG-*** nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmış, o, isə postda qalıb xidmətini davam etdirmişdir. Şahid4 əlavə olaraq göstərmişdir ki, postda xidmət edən polis əməkdaşları Təqsirləndirilən şəxs zərərsizləşdirən zaman sonuncuya xəsarət yetirməmişlər, onu vurmamışlar, təhqir etməmişlər. O, Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq, onun özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə üzərinə gedərək zərərsizləşdirmək istəmişlər, bu zaman Elnur sağ əli ilə ağzındakı ülgücü çıxarıb Arazın sol ayağının bud nahiyəsinə xəsarət yetirmiş, Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirmiş, ola bilsin ki, həmin vaxt xəsarətlər almışdır. xx.xx.2020-ci il tarixdə saat təxminən 03 radələrində Təqsirləndirilən şəxs 3 saylı posta yaxınlaşaraq yol patrul-xidmətinin əməkdaşlarından «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dərhal buraxılmasını tələb etmiş, daha sonra postda xidmət aparan Zərərçəkmiş şəxs ülgüclə xəsarət yetirmiş, Elnurun posta gəlib sonra isə zərərsizlədirilərək bölməyə aparılması təxminən 15-20 dəqiqə çəkmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs tanışı X10 postun qarşısında düşürtdükdən sonra, avtomobili postdan təxminən 50 metr aralıda saxlamış, lakin postda yaxınlaşmamış, Elnur zərərsizləşdirilən zaman isə avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində postda avtomat ilə xidmət aparan şəxs Şahid5 olmuş, lakin o, Elnura yaxınlaşmamış, onu vurmamışdır.Elnurun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün o, Şahid1 və Zərərçəkmiş şəxs Elnura yaxınlaşmışlar, nə onlar, nə də ki, postda olan digər polis əməkdaşları Elnura xəsarət yetirməmişlər. Əksinə Elnur əlində olan və ağzından çıxardığı ülgüclə Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Hadisə baş verən gün postda olan polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamışlar, döyməmişlər, təhqir etməmişlər, lakin onu zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirirmiş, ola bilsin ki bədəni üzərində olan xəsartləri həmin vaxt almışdır. Məhkəmə iclsında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, o, 2016-cı ildən X5 xidmət edir, 2014-cü ildən Binəqədi rayon polis idarəsinin İŞ-nin baş müstəntiqi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ölkə ərazisində tətbiq edilmiş «Komendant saatı» ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 nömrəli postda post rəhbəri təyin edilmişdir. Həmin postda ondan başqa DYPŞ-nin polis leytenantı Şahid2, polis serjantı Şahid3, PPXB-nin polis nəfərləri, Şahid4, Şahid5, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri Əliş Qasımov və Qoçəli Tərlanov xidmət aparmışlar. Bundan başqa posta bir post-patrul avtomobili də təhkim edilmişdir. Həmin post-patrul avtomobilində PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs və avtomobili idarə edən Ruslan Quliyev xidmət aparmışlar. PPXB-nin polis nəfəri Şahid4 üzərində tabel silahı, PPXB-nin polis nəfəri Şahid5 üzərinə «AKM» markalı avtomat silahı, onun üzərində isə «Zəfər k» markalı tabel silahı olmuşdur. Onların xidməti vəzifələri «Komendant saatı»nın tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirməkdən, postdan keçən avtomobillərdə yoxlamalar aparmaqdan, postda baş verə biləcək asayiş pozuntusunun qarşısını almaqdan ibarət olmuşdur. Posta yaxınlaşan avtomobillərə ilk öncə xidmətdə olan DYPŞ-nin əməkdaşlarından biri yaxınlaşıb sürücüyə özünü təqdim edərək avtomobilə və sürücüyə dair müvafiq sənədləri yoxlamışdır. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 idarə etdiyi «VAZ 2121» markalı “**-OK- ***” dövlət qeydiyyat nişanlı avtomaşınla posta yaxınlaşmış, xidmətdə olan yol-patrul xidməti əməkdaşları tərəfindən avtomaşına dair sənədlər yoxlanılarkən sürücü Şahid7 avtomaşını idarə etməyə dair sənədlərin qaydasında olmadığı müəyyən edilmiş və «Portal» sistemində avtomaşının saxlanılaraq duracağa yerləşdirilməsi barədə qeydlər olduğundan avtomaşın cərimə meydançasına yerləşdirilmişdir. Ümid Hacıyev Fövqaladə Hallar Nazirliyinin əməkdaşı olmasına dair arayış təqdim etdiyindən sərbəst buraxılmışdır. Bir müddət sonra post-patrul xidmətinin avtomobili ilə xidmət aparan PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs və həmin avtomobili idarə edən Ruslan Quliyev xidməti ərazidə yoxlama aparmağa getmişlər. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində 03 saylı postda xidmətini davam etdirən zaman yol-patrul xidmətinin əməkdaşı Orxan ona yaxınlaşmış, Şahid7 tərəfindən idarə edilmiş və onlar tərəfindən bir neçə saat əvvəl cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılmasını tələb edərək yol-patrul xidmətinin əməkdaşları ilə sözlə mübahisə edən bir şəxsin gəldiyini bildirmişdir. Həmin şəxsin adının Təqsirləndirilən şəxs olması sonradan ona məlum olmuşdur. Qrup rəhbəri kimi o, yol-patrul xidmətinin əməkdaşlarının olduğu yerə yaxınlaşmış, Təqsirləndirilən şəxs yol-patrul xidmətinin əməkdaşları ilə mübahisə etdiyini görmüşdür. Elnura yaxınlaşıb özünü təqdim etmiş, avtomobilin cərimə meydançasından çıxarılmayacağını, «Komendant saatı»nın tələblərini pozduğu bildirib postdan getməsini istəmişdir. Elnur isə ona «səninlə yox, yol-patrul xidmətinin əməkdaşları ilə danışıram» deyə cavab vermişdir. Elnurun hərəkətlərindən içkili olması hiss olunmuşdur. Buna görə də baş verə biləcək mübahisənin qarşısını almaq və Təqsirləndirilən şəxs polis bölməsinə aparmaq məqsədi ilə rabitə vasitəsi ilə yaxınlıqda olan PPXB-nın əməkdaşlarının 3 saylı posta yaxınlaşmaları barədə çağırış etmişdir. Təxminən 1-2 dəqiqədən sonra PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs və həmin avtomobili idarə edən Ruslan Quliyev posta yaxınlaşmış, Zərərçəkmiş şəxs avtomobildən düşüb ona yaxınlaşmış, Ruslan Quliyev isə avtomobildə qalmışdır. Araz ondan nə baş verdiyini soruşanda, o, Şahid7 tərəfindən idarə edilmiş və onlar tərəfindən bir neçə saat əvvəl cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılmasını tələb edən bir şəxsin yol-patrul xidmətinin əməkdaşları ilə sözlə mübahisə etdiyini bildirmişdir. O, Araz, postda xidmət aparan PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 Elnurun olduğu yerə yaxınlaşmışlar. Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunların əsgərləri isə kənarda qalmışlar. Zərərçəkmiş şəxs Elnura yaxınlaşıb özünü təqdim etmiş, «Hərbi vəziyyət»lə əlaqədar olaraq tətbiq edilmiş «Komendant saatı»nın tələblərini pozduğunu izah etmiş, lakin Elnur avtomobilin buraxılmasını tələb etməyə davam edərək Araza «sən get işinlə məşğul ol» deyə bildirmişdir. Araz Elnura işinin ictimai təhlükəsizliyinin təmin edilməsi və «Komendant saatı»nın tələblərinin yerinə yetirilməsini təmin etməkdən ibarət olduğunu bildirmişdir.Bundan sonra isə Elnur «Siz məni tanımırsınız, məni kənd Binəqədidə «Lezva Elnur» çağırırlar» deyə bildirib şalvarının sağ cibindən ülgüc çıxararaq həmin ülgücü iki hissəyə ayırmış, bir hissəsini sağ əlinə, digər hissəsini isə ağız nahiyəsinə qoymuşdur. Təqsirləndirilən şəxs sağ əlindəki ülgücü onlara nümayiş etdirməklə hədə-qorxu gələrək avtomobilin buraxılmasını tələb etmişdir. Elnur ona «Lezva Elnur» deyildiyini bir daha təkrar edərək əlindəki ülgücü onlara nümayiş etdirərək həmin ülgüclə onlara xəsarət yetirəcəyi ilə hədələmişdir. Onlar Elnura sakitləşməsini və polis əməkdaşına qarşı qanunsuz hərəkətlərə yol verməməsini bildirsələr də, Elnur yenə də əlindəki ülgüclə onlara xəsarət yetirəcəyini bildirirmişdir.Elnurun mübahisəsi Arazla olduğundan, Arazın üzərinə gedib əlindəki ülgücü onun üzünə tərəf atmaq istəyəndə Araz Elnurun sağ əlindən tutmuş, ülgüc Arazın sağ əlini kəsərək yerə düşmüşdür. Bundan sonra Elnur ağzında olan ülgücü onlara nümayiş etdirən zaman ağzından qan gəldiyini görmüşdür. 3 nömrəli postda xidmətdə olan polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin, özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə onun üzərinə gedərək zərərsizləşdirmək istəmişlər.Bu zaman Elnur sağ əli ilə ağzındakı ülgücü çıxarmış və Arazın sol ayağına xəsarət yetirmişdir. Araz Elnurun sağ qolundan, o, sol qolundan, Şahid4 isə onu arxadan tutmuş, Elnuru üzü üstə asfalta doğru sıxaraq onu zərərsizləşdirmişlər. Araz ülgücü Elnurun əlindən alıb kənara qoymuşdur. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə aparılmışdır.Təqsirləndirilən şəxs zərərsizləşdirilən zaman postdan kənarda dayanan Şahid7 «Azsamand» markalı “**-KG-***” nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmış, o, isə xidməti yerində qalmışdır.Şahid1 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 03 radələrində 3 saylı posta yaxınlaşmış, tələbi Şahid7 tərəfindən idarə edilmiş və polis əməkdaşları tərəfindən bir neçə saat əvvəl cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılması olmuşdur. Tələbinin qanunsuz olmasını Elnura bildirsələr də, Elnur avtomaşının buraxılmasını tələb edərək, əlində olan və ağzından çıxardığı ülgüclə onları vuracağı ilə hədələyib, polis əməkdaşlarına müqavimət göstərmişdir. Mübahisə xx.xx.2020-ci il tarixdə saat 03 radələrində baş vermiş və 15-20 dəqiqə ərzində davam etmişdir. O, PPXB polis nəfəri Zərərçəkmiş şəxs, Şahid4 ilə birgə Təqsirləndirilən şəxs zərərsizləşdirmişlər, yol-patrul xidmətinin əməkdaşları və Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri Əliş Qasımov və Qoçəli Tərlanov mübahisə müdaxilə etməmişlər. Onlar Təqsirləndirilən şəxs zərəsizləşdirmək istəyən zaman Elnur ağız nahiyyəsindən sağ əli ilə ülgücü çıxarıb, Arazın sol bud nahiyyəsinə xəsarət yetirmişdir. Bu zaman Araz Elnurun sağ qolunu tutaraq arxaya doğru burmuş, o, Elnurun sol qolunu arxaya doğru burmuş, Nicat isə onu baş və bədənindən sıxıb yerə üzü üstə asfalta uzandırmağa kömək etmişdir. Elnur həmin vaxt əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirmişdir. O, digər polis əməkdaşlarının köməkliyi ilə Elnuru birtəhər yerdən qaldıraraq onu xidməti avtomobilə mindirmişlər və Binəqədi rayon polis idarəsinin 43-cü PB-ə aparmışlar. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs tanışı Ümid Hacıyev postun kənarında dayanmış, mübahisəyə müdaxilə etməmiş, Elnuru zərərsizləşdirən zaman isə öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Elnuru zərərsizləşdirən zaman nə o, də ki, postda olan digər polis əməkdaşları Elnura xəsarət yetirməmiş, onu vurmamış, təhqir etməmişlər. Onlar Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirirmişdir. Ola bilsin ki, həmin vaxt xəsarətlər almışdır. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində xidmətdə olan zaman onun və digər polis əməkdaşlarının üzərində xidməti silah olmuş, Şahid5 üzərində isə xidməti avtomat olmuşdur. Lakin polis əməkdaşlarından heç biri Elnuru silahla vurmamış, döyməmişdir. X11 müqavimət göstərərək ülgüclə xəsarət yetirmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ona və digər polis əməkdaşlarına qarşı naliyiq ifadələr işlətməmiş, yalnız avtomobilin buraxılmasını tələb etmiş, sonra isə Zərərçəkmiş şəxs müqavimət göstərərək ülgüclə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid5 bildirmişdir ki, 2016-cı ildən Binəqədi rayon polis idarəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ölkə ərazisində tətbiq edilmiş «Komendant saatı» ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi- Mehdiabad yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 nömrəli postda xidmətdə olmuş, həmin postda ondan başqa DYPŞ-nin polis leytenantı Şahid2, polis serjantı Şahid3, PPXB-nin polis nəfəri Şahid4, qrup rəhbəri Binəqədi rayon polis idarəsinin İŞ-nin baş müstəntiqi Şahid1 və Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunların əsgərləri Əliş Qasımov və Qoçəli Tərlanov xidmət etmişlər. Bundan başqa posta bir post-patrul avtomobili təhkim edilmişdir. Həmin post-patrul avtomobildə PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs və avtomobili idarə edən Ruslan Quliyev xidmət aparmışlar. Onların xidməti vəzifələri «Komendant saatı»nın tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirməkdən, postdan keçən avtomobillərdə yoxlamalar aparmaqdan, postda baş verə biləcək asayiş pozuntusunun qarşısını almaqdan ibarət olmuşdur. Postda yaxınlaşan avtomobillərə ilk öncə xidmətdə olan DYPŞ-nin əməkdaşlarından biri yaxınlaşıb, özünü təqdim etməklə avtomobilə və sürücüyə dair müvafiq sənədləri yoxlamış, daha sonra o və digər PPXB-nin əməkdaşı postdan keçən avtomobillərin yük və salonuna təhlükəsizlik baxımından baxış keçirirmişlər. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində posta «VAZ 2121» markalı “**-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil posta yaxınlaşmış, yol-patrul xidmətinin əməkdaşlarından biri həmin avtomobilə yaxınlaşıb özünü təqdim etmiş, sənədləri yoxlayan zaman avtomobili idarə edən Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 sənədlərinin qaydasında olmadığı müəyyən etmişdir. Həmçinin o və Şahid4 həmin avtomobildə təhlükəsizlik baxımından yoxlama aparmışlar. Ümid Hacıyevin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığından onun barəsində protokol tərtib edilmiş və avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Şahid7 Fövqaladə Hallar Nazirliyinin əməkdaşı olmasına dair arayış təqdim etdiyindən sərbəst buraxılmışdır. Həmin vaxt postpatrul avtomobili ilə xidmət aparan PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs postda olmuş, bir qədər 3 saylı postda qaldıqdan sonra avtomobillə xidməti ərazidə yoxlamaya getmişdir. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində «Azsamand» markalı “**-KG-***” dövlət qeydiyyat nişanlı avtomobil postun qarşında dayanmış, avtomobildən sonradan adının Təqsirləndirilən şəxs olduğu bildiyi bir şəxs düşərək yol-patrul xidmətinin əməkdaşlarına yaxınlaşmışdır. «Azsamand» markalı “**-KG-***” dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs isə bir neçə saat əvvəl postdan keçən Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 olmuşdur. Ümid Hacıyev avtomobili postdan təxminən 50 metr aralıda yolun kənarında saxlamış, lakin posta yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs yol-patrul xidmətinin əməkdaşlarından Şahid7 tərəfindən idarə edilmiş və bir neçə saat əvvəl polis əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı “**-OK- ***” dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılmasını tələb edərək yol-patrul xidmətinin əməkdaşları ilə sözlə mübahisə etmişdir. Yol-patrul xidmətinin əməkdaşı Şahid3 qrup rəhbəri Şahid1 yaxınlaşaraq Təqsirləndirilən şəxs onlarla mübahisə etməsi barədə məlumat vermişdir. Şahid1 Elnura yaxınlaşıb özünü təqdim etmiş, avtomobilin cərimə meydançasından çıxarılmayacağını, «Komendant saatı»nın tələblərini pozduğu bildirib postdan getməsini istəmişdir. O isə Məhəmmədə «səninlə yox, yol-patrul xidmətinin əməkdaşları ilə danışıram» deyə cavab vermişdir. Bundan sonra Məhəmməd kənara çəkilib rabitə vasitəsi ilə yaxınlıqda olan PPXB-nın əməkdaşlarının 3 saylı posta yaxınlaşması barədə çağırış etmişdir. Təxminən 3-4 dəqiqə sonra PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs 3 saylı posta yaxınlaşmışdır. O, Araz, Məhəmməd və PPXB-nin polis nəfəri Şahid4 Təqsirləndirilən şəxs tərəf getmişlər. Daxili Qoşunların əsgərləri isə kənarda qalmışlar. Həmin gün onun üzərində xidməti «AKM» markalı avtomat, Nicatın üzərində isə «Zəfər K» markalı tabel silahı olmuşdur. Zərərçəkmiş şəxs Elnura yaxınlaşıb özünü təqdim etmişdir, «Hərbi vəziyyət»lə əlaqədar tətbiq edilmiş «Komendant saatı»nın tələblərini pozduğunu izah etmiş, Elnur isə avtomobilin buraxılmasını tələb etməyə davam edərək Araza «sən get işinlə məşğul ol» deyə bildirmişdir. Araz Elnura xidməti vəzifəsini icrası ilə bağlı gəldiyini, sakitləşməsini bildirmişdir. Bundan sonra Elnur «Siz məni tanımırsınız, məni kənd Binəqədidə «Lezva Elnur» çağırırlar» deyə bildirib Araza tərəf çönmüş, həmin vaxt Elnurun ağzında və əlində ülgüc olduğunu görmüşdür. Təqsirləndirilən şəxs sağ əlindəki ülgücü onlara nümayiş etdirmiş, avtomobilin buraxılmasını tələb etmiş, əks təqdirdə əlindəki ülgüclə onlara xəsarət yetirəcəyini bildirərək onları hədələmişdir. Onlar Elnura sakitləşməsini və polis əməkdaşına qarşı qanunsuz hərəkətlərə yol verməməsini bildirsələr də, Elnur əlindəki ülgüclə onlara xəsarət yetirəcəyini bildirirmişdir. Elnurun mübahisəsi Arazla olduğundan Arazın üzərinə gedib əlindəki ülgücü üzünə tərəf atmaq istəyəndə Araz Elnurun sağ əlindən tutmuş, həmin vaxt ülgüc Arazın sağ əlini kəsərək yerə düşmüşdür. Bundan sonra Elnur ağzında olan ülgücü onlara nümayiş etdirən zaman Elnurun ağzından qan gəldiyini görmüşdür. Araz və Məhəmməd Elnurun üzərinə gedib həm özünə, həm də ki, polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq üçün zərərsizləşdirmək istəmişlər. Şahid4 isə Elnura arxadan yaxınlaşmaq istəmişdir. Onun üzərində avtomat olması səbəbindən tam sərbəst hərəkət edə bilmədiyindən kənara çəkilmiş, yol-patrul xidmətinin əməkdaşları da mübahisəyə müdaxilə etməmişlər. Bu zaman Elnur sağ əli ilə ağzındakı ülgücü çıxarmış və Arazın sol ayağına xəsarət yetirmişdir. Araz Elnurun sağ qolundan, Məhəmməd sol qolundan, Nicat isə kürək nahiyəsindən tutmuşlar, Elnuru üzü üstə asfalta uzandıraraq zərərsizləşdirmişlər. Araz Elnurun sağ əlindəki ülgücü alıb kənara qoymuşdur. Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə aparılmışdır. Təqsirləndirilən şəxs zərərsizləşdirilən zaman postdan kənarda dayan Şahid7 «Azsamand» markalı “**- KG-***” nömrə nişanlı avtomobilinə əyləşərək hadisə yerindən uzuqlaşmış, o, isə postda qalıb xidmətimi davam etdirmişdir. Şahid5 əlavə olaraq göstərmişdir ki, postda xidmət edən polis əməkdaşları Təqsirləndirilən şəxs zərərsizləşdirən zaman sonuncuya hər hansı xəsarət yetirməmişlər, onu vurmamışlar, təhqir etməmişlər. Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs birlikdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin qarşısını almaq və onun özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə üzərinə gedərək zərərsizləşdirmək istəmişlər. Bu zaman Elnur sağ əli ilə ağzındakı ülgücü çıxarmış və Arazın sol ayağının bud nahiyəsinə xəsarət yetirmişdir. Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirmişdir. Ola bilsin ki, həmin vaxt xəsarət almışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 03 radələrində 3 saylı posta yaxınlaşmış, yol-patrul xidmətinin əməkdaşlarından «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı bir avtomobilin dərhal buraxılmasını tələb etmiş, daha sonra postda xidmət aparan Zərərçəkmiş şəxs ülgüclə xəsarət yetirmişdir. Elnurun posta gəlib sonra isə zərərsizlədirilərək bölməyə aparılması təxminən 15-20 dəqiqə çəkmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs tanışı X10 postun qarşısında düşürtdükdən sonra, avtomobili postdan təxminən 50 metr kənarda saxlamış, lakin postda yaxınlaşmamışdır. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində 3 saylı postda avtomatla xidmət aparan yalnız o, olmuş, Elnurun qanunsuz hərəkətlərinin qarşısını almaq üçün isə Elnura Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs yaxınlaşmışlar. Nə o, nə də ki, postda olan digər polis əməkdaşları Elnura xəsarət yetirməmişlər. Əksinə Elnur əlində olan və ağzından çıxardığı ülgüclə Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. O, isə qeyd etdiyi kimi, əlində avtomat olması səbəbindən sərbəst hərəkət edə bilmədiyindən ümumiyyətlə Elnura yaxınlaşmamışdır. Təqsirləndirilən şəxs nə o, nə də ki, digər polis əməkdaşları vurmamış, döyməmiş, təhqir etməmişdir. Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirirmişdir. Ola bilsin ki, bədəni üzərində olan xəsarətləri həmin vaxt almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 bildirmişdir ki, 2017-ci ildən X5 xidmət edir, 2020 ildən Binəqədi rayon polis idarəsinin Dövlət yol polis şöbəsinin yol-patrul xidmətinin inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ölkə ərazisində tətbiq edilmiş «Komendant saatı» ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 nömrəli postda xidmətdə olmuş, ondan başqa həmin postda DYPŞ-nin polis leytenantı Şahid2, PPXB-nin polis nəfərləri Şahid4, Şahid5, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri və qrup rəhbəri Binəqədi rayon polis idarəsinin İŞ-nin müstəntiqi Şahid1 xidmətdə olmuşlar. Həmin gün onun Məhəmmədin, Nicatın, Şəhriyarın üzərində «Zəfər K» markalı tabel silahı, Qismətin üzərində isə xidməti «AKM» markalı avtomat silahı olmuşdur. Bundan başqa posta bir post-patrul avtomobili də təhkim edilmişdir. Həmin post-patrul avtomobilində PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs və sürücü Ruslan Quliyev xidmət aparırmışlar. Onların xidməti vəzifələri komendant saatında ictimai təhlükəsizliyi təmin etməkdən, postdan keçən avtomobillərdə yoxlamalar aparmaqdan ibarət olmuşdur. Posta yaxınlaşan avtomobillərə ilk öncə xidmətdə olan DYPŞ-nin əməkdaşları, yəni ya o, ya da kı, Şahid2 yaxınlaşır, avtomobilə və avtomobildəki şəxslərə dair sənədləri yoxlayar, digər polis əməkdaşları təhlükəsizlik baxımdan avtomobilin salonun və yük yerinə baxış keçirmişlər. xx.xx.2020-ci il tarixdə saat 21:30-da 3 saylı posta «VAZ 2121» markalı “**- OK-***” dövlət qeydiyyat nişanlı bir avtomobil yaxınlaşmış, DYPŞ-nin polis leytenantı Şahid2 həmin avtomobilə yaxınlaşıb sürücünün sənədlərini yoxlamış və sənədlərin qaydasında olmadığını müəyyən etmişdir. Belə ki, həmin avtomobili idarə edən Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 avtomobili idarə etmək üçün etibarnaməsi olmamış, həmçinin avtomobilin üzərində həbs olmuşdur. Şahid2 protokol tərtib etmək üçün Şahid7 ona yönlənlmişdir. Ümüd ona həmin avtomobili «Rent a car» şirkətindən icarəyə götürdüyünü bildirmiş, lakin avtomobili idarə etmək üçün yol vərəqəsi belə olmamışdır. Onun tərəfindən «Portal» sisteminə «VAZ 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobilə dair məlumatlar daxil edildikdə avtomobilin üzərində cərimə ilə bağlı həbs qoyulduğunu bir daha müəyyən etmişdir. Şahid7 qanuna müvafiq olaraq avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirmişdir. Ümüd də öz növbəsində buna etiraz etməmişdir. O, Şahid7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsilə inzibati protokol tərtib etmiş, «Komendant saatı»nda hərəkət etmək üçün icazəsi olduğundan Şahid7 sərbəst buraxılmış, avtomobil isə cərimə meydançasına yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə o və digər əməkdaşlar 3 saylı postda xidmətlərini davam etdirərkən zaman saat 03 radələrində o, Şahid2 ilə birlikdə yolpatrul avtomobilin yanında olan zaman bir nəfər şəxs onlara yaxınlaşmış, adının Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Elnur Novruzunun hərəkətindən içkili olması hiss olunmuşdur. Elnur onlar tərəfindən bir neçə saat əvvəl cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılmasını tələb etmişdir. O və Şəhriyar Elnura avtomobilin üzərində həbs olduğunu, avtomobili idarə edən Şahid7 sənədlərinin qaydasında olmadığını, «Komendant saatı» olduğunu, iş vaxtı yaxınlaşıb rəsmi olaraq müraciət etməsini bidlirmişlər. Lakin Elnur israrla avtomobilin buraxılmaısını tələb etməyə davam etmişdir. Həmin vaxt Elnur onlara qarşı hər hansı nalayiq ifadə işlətməmiş, sadəcə olaraq avtomobilin buraxılmalısını tələb etmişdir. O, qrup rəhbəri Şahid1 yaxınlaşmış, baş verənləri ona bilirmiş, Məhəmməd də Elnura yaxınlaşıb «Komendant saatı»nın tələblərini pozduğunu, tələbinin qanunsuz olduğunu bildirmiş, lakin Elnur yenə də israrla avtomobilin buraxılmasını tələb etmişdir. Bu vaxt Məhəmməd kənara çəkilərək rabitə vasitəsilə ilə danışmağa başlamışdır. Təxminən 3-4 dəqiqə sonra Məhəmməd və həmin postda postpartul avtomobili ilə xidmət aparan Zərərçəkmiş şəxs onlara yaxınlaşmışlar. PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 onlardan bir qədər aralıda olmuşlar, əsgərlər isə kənarda dayanmışdılar. Zərərçəkmiş şəxs Elnura yaxınlaşıb özünü təqdim etmiş, «Hərbi vəziyyət»lə əlaqədar olaraq tətbiq edilmiş «Komendant saatı»nın tələblərini pozduğunu izah etmiş, Elnur isə avtomobilin buraxılmasını tələb etməyə davam edərək Araza «sən get işinlə məşğul ol» deyə bildirmişdir. Araz Elnura işinin ictimai təhlükəsizliyinin təmin edilməsi və «Komendant saatı»nın tələblərinin yerinə yetirilməsini təmin etməkdən ibarət olduğunu bildirmişdir. Bundan sonra Elnur Araza tərəf çönmüş, «Siz məni tanımırsınız, məni kənd Binəqədidə «Lezva Elnur» çağırırlar» deyə bildirmişdir. Bu vaxt o, Elnurun əlində və ağzında ülgüc olduğunu görmüşdür. Təqsirləndirilən şəxs sağ əlindəki ülgücü onlara nümayiş etdirmiş, avtomobilin buraxılmasını tələb etmiş, əks təqdirdə əlindəki ülgüclə onlara xəsarət yetirəcəyini bildirərək onları hədələmişdir. Araz, Nicat və Məhəmməd Elnura sakitləşməsini və polis əməkdaşına qarşı qanunsuz hərəkətlərə yol verməməsini bildirsələr də, Elnur yenə də əlindəki ülgüclə onlara xəsarət yetirəcəyini bildirməyə davam etmişdir. Elnurun əsas mübahisəsi Arazla olduğundan, Arazın üzərinə gedib əlindəki ülgücü onun üzünə tərəf atmaq istəyəndə Araz Elnurun sağ əlindən tutmuş, ulgüc Arazın sağ əlini kəsərək yerə düşmüşdür. O və Şahid2 yol-patrul xidmətinin əməkdaşları olduqlarından mübahisəyə müdaxilə etməmişlər. Məhəmməd, Araz, Nicat Elnuru zərərsizləşdirməyə çalışmışlar, çünki ağzındakı ülgüc Elnurun dodağını kəsmiş və ağzından qan gəlmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin, özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə üzərinə gedərək zərərsizləşdirmək istəyəndə Elnur sağ əli ilə ağzındakı ülgücü çıxarmış və Arazın sol ayağına xəsarət yetirmişdir. Araz Elnurun sağ qolundan, Məhəmməd sol qolundan, Nicat isə bədənindən tutub onu asfalta doğru üzü üstə sıxaraq onu zərərsizləşdirmişlər. Elnur həmin vaxt əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə aparılmışdır. Təqsirləndirilən şəxs zərərsizləşdirilən zaman postdan kənarda dayanan Şahid7 «Azsamand» markalı “**-KG-***” nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır.Şahid3 əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs zərərsizləşdirən zaman nə o, nə də ki, postda olan digər polis əməkdaşları Elnura xəsarət yetirməmişlər, onu vurmamışlar, təhqir etməmişlər. Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin, onun özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə üzərinə gedərək zərərsizləşdirmək istəmişlər, həmin vaxt Elnur sağ əli ilə ağzındakı ülgücü çıxararaq Arazın sol ayağının bud nahiyəsinə xəsarət yetirmiş, Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirirmişdir, ola bilsin ki, həmin vaxt xəsarətlər almışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs 3 saylı posta saat 03 radələrində yaxınlaşmış, ondan və Şəhriyardan «VAZ 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobilin buraxılmasını tələb etmiş, daha sonra postda xidmət aparan Zərərçəkmiş şəxs ülgüclə xəsarət yetirmişdir. Elnurun posta gəlib sonra isə zərərsizlədirilərək bölməyə aparılması təxminən 15-20 dəqiqə çəkmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs tanışı Ümid Hacıyev postun kənarında dayanmış və mübahisəyə müdaxilə etməmiş, Elnur zərərsizləşdirilən zaman isə avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində xidmətdə olan polis əməkdaşlarından yalnız Qismətdə xidməti avtomat olmuş, lakin Qismət Elnura yaxın getməmiş, onu silahla vurmamışdır. Ümumiyyətlə həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs zor tətbiq etməmişlər, əksinə Təqsirləndirilən şəxs əlindəki ülgüclə Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Nə o, nə də ki, digər polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamış, döyməmiş, təhqir etməmişlər. Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirirmişdir. Ola bilsin ki, bədəni üzərində olan xəsarətləri həmin vaxt almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, o, 2013-cü ildən X5 xidmət edir, 2020-ci ildən Binəqədi rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yolpatrul xidmətinin inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə ölkə ərazisində tətbiq edilmiş «Komendant saatı» ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda «Meta Oil» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 nömrəli postda xidmətdə olmuş, ondan başqa həmin postda DYPŞ-nin əməkdaşı Şahid3, PPXB-nin polis nəfərləri Şahid4, Şahid5, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarının əsgərləri və qrup rəhbəri Binəqədi rayon polis idarəsinin İŞ-nin müstəntiqi Şahid1 xidmətdə olmuşlar. Həmin gün onun, Orxanın, Məhəmmədin və Nicatın üzərində «Zəfər K» markalı tabel silahı, Qismətin üzərində isə xidməti «AKM» markalı avtomat silahı olmuşdur. Bundan başqa posta bir post-patrul avtomobili də təhkim edilmişdir. Həmin post-patrul avtomobilində PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs xidmət aparmışdır ki, onun üzərində «Zəfər K» markalı tabel silahı olmuşdur. Onların xidməti vəzifələri komendant saatında ictimai təhlükəsizliyi təmin etməkdən, postdan keçən avtomobillərdə yoxlamalar aparmaqdan ibarət olmuşdur. Posta yaxınlaşan avtomobillərə ilk öncə xidmətdə olan DYPŞ-nin əməkdaşları, yəni ya o, ya da ki, Orxan yaxınlaşmışlar, avtomobilə və avtomobildəki şəxslərə dair sənədləri yoxlamışlar, digər polis əməkdaşları tərəfindən təhlükəsizlik baxımdan avtomobilin salonun və yük yerinə baxış keçirilmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:30-da 3 saylı posta «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil yaxınlaşmış, o, həmin avtomobilə yaxınlaşmış, özünü təqdim etmiş, avtomobili idarə edən şəxs Fövqaladə Hallar Nazirliyinin əməkdaşı Şahid7 olmuşdur. Bundan sonra o, Ümid Hacıyevdən avtomobilə dair sənədləri tələb etmiş, «Portal» sistemi vasitəsi ilə sənədləri yoxlayanda Şahid7 həmin avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığını, həmçinin avtomobilin üzərinə ödənilməmiş cərimə ilə bağlı həbs qoyulduğunu müəyyən etmişdir. Buna görə də avtomobili cərimə meydançasına yerləşdirləməsi və protokol tərtib edilməsi üçün Şahid7 DYPŞ-nin əməkdaşı Şahid3 yönləntmişdir. Orxan Bədəlbəyli də Şahid7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsilə inzibati protokol tərtib etmişdir. Komendant saatında hərəkət etmək üçün icazəsi olduğundan Şahid7 sərbəst buraxılmış, avtomobil isə cərimə meydançasına yerləşdirilmişdir. xx.xx.2020-ci il tarixdə o və digər əməkdaşlar 3 saylı postda xidmətlərini davam etdirərkən saat 03 radələrində Şahid3 ilə birlikdə yol-patrul avtomobilin yanında olan zaman bir nəfər şəxs onlara yaxınlaşmış, adının Təqsirləndirilən şəxs olduğunu bildirmiş, Elnur Novruzunun hərəkətindən içkili olması hiss olunmuşdur. Elnur polis əməkdaşları tərəfindən bir neçə saat əvvəl cərimə meydançasına yerləşdirilmiş «Vaz 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasından buraxılmasını tələb etmişdir. O və Orxan Elnura avtomobilin üzərində həbs olduğunu, avtomobili idarə edən Şahid7 sənədlərinin qaydasında olmadığını, «Komendant saatı» olduğunu, iş vaxtı yaxınlaşıb rəsmi olaraq müraciət etməsini bildirmişlər. Elnur isə israrla avtomobilin buraxılmaısını tələb etməyə davam etmiş, lakin onlara qarşı hər hansı nalayiq ifadə işlətməmiş, sadəcə avtomobilin buraxılmasını tələb emişdir. Həmin vaxt Orxan qrup rəhbəri Şahid1 yaxınlaşmış, baş verənləri ona bilirmişdir. Məhəmməd də Elnura yaxınlaşıb «Komendant saatı»nın tələblərini pozduğunu, tələbinin qanunsuz olduğunu bildirmiş, lakin Elnur israrla avtomobilin buraxılmasını tələb etmişdir. Həmin vaxt Məhəmməd kənara çəkilmiş, rabitə vasitəsilə ilə danışmağa başlamışdır. Təxminən 3-4 dəqiqə sonra Məhəmməd və həmin postda post-partul avtomobili ilə xidmət aparan Zərərçəkmiş şəxs onlara yaxınlaşmışlar. PPXB-nin polis nəfərləri Şahid4 və Şahid5 onlarlan bir qədər aralıda olmuşlar, əsgərlər isə kənarda dayanmışlar. Zərərçəkmiş şəxs Elnura yaxınlaşıb özünü təqdim etmiş, «Hərbi vəziyyət»lə əlaqədar olaraq tətbiq edilmiş «Komendant saatı»nın tələblərini pozduğunu izah etmişdir, lakin Elnur avtomobilin buraxılmasını tələb etməyə davam edərək Araza «sən get işinlə məşğul ol» deyə bildirmişdir. Araz Elnura işinin ictimai təhlükəsizliyin təmin edilməsi və «Komendant saatı»nın tələblərinin yerinə yetirilməsini təmin etməkdən ibarət olduğunu bildirmişdir. Bundan sonra Elnur Araza tərəf çönərək «Siz məni tanımırsınız, məni kənd Binəqədidə «Lezva Elnur» çağırırlar» deyə bildirmişdir. Həmin vaxt o, Elnurun əlində və ağzında ülgüc olduğunu görmüşdür. Təqsirləndirilən şəxs sağ əlindəki ülgücü onlara nümayiş etdirmiş, avtomobilin buraxılmasını tələb etmiş, əks təqdirdə əlindəki ülgüclə onlara xəsarət yetirəcəyini bildirərək onları hədələmişdir. Araz, Nicat və Məhəmməd Elnura sakitləşməsini və polis əməkdaşına qarşı qanunsuz hərəkətlərə yol verməməsini bildirsələr də, Elnur yənə də əlindəki ülgüclə ilə onlara xəsarət yetirəcəyini bildirmişdir. Elnur Arazın üzərinə gedib əlindəki ülgücü onun üzünə tərəf atmaq istəyəndə Araz Elnurun sağ əlindən tutmuş, ülgüc Arazın sağ əlini kəsərək yerə düşmüşdür. O və Orxan yol-patrul xidmətinin əməkdaşları olduqlarından mübahisəyə müdaxilə etməmişlər. Məhəmməd, Araz, Nicat Elnuru zərərsizləşdirməyə çalışmışlar. Çünki Elnurun ağzındakı lezva onun dodağını kəsmiş və ağzından qan gəlmişdir. Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin, özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə onun üzərinə gedərək zərərsizləşdirmək istəyəndə Elnur sağ əli ilə ağzındakı ülgücü çıxarmış və Arazın sol ayağına xəsarət yetirmişdir. Bundan sonra Araz Elnurun sağ qolundan, Məhəmməd sol qolundan, Nicat isə bədənindən tutub onu asfalta doğru üzü üstə sıxaraq onu zərərsizləşdirmişlər. Elnur həmin vaxt əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs saxlanılaraq Binəqədi rayon polis idarəsinin 43-cü PB-nə aparılmışdır. Təqsirləndirilən şəxs zərərsizləşdirilən zaman postdan kənarda dayan Şahid7 «Azsamand» markalı **-KG-*** nömrə nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşmışdır. Ş.H.Həsənli əlavə olaraq göstərmişdir ki, polis əməkdaşları Elnuru zərərsizləşdirən zaman ona xəsarət yetirməmişlər, onu vurmamışlar, təhqir etməmişlər. Şahid1, Şahid4 və Zərərçəkmiş şəxs birlikdə Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinin, onun özünə və polis əməkdaşlarına xəsarət yetirməsinin qarşısını almaq məqsədilə Elnurun üzərinə gedərək zərərsizləşdirmək istəmişlər, bu zaman Elnur sağ əli ilə ağzındakı ülgücü və Arazın sol ayağının bud nahiyəsinə xəsarət yetirmişdir. Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirirmişdir. Ola bilsin ki, həmin vaxt xəsarətlər almışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs saat 03 radələrində 3 saylı posta yaxınlaşmış, ondan və Orxandan «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin dərhal buraxılmasını tələb etmiş, daha sonra postda xidmət aparan Zərərçəkmiş şəxs ülgüclə xəsarət yetirmişdir. Elnurun posta gəlib sonra isə zərərsizlədirilərək bölməyə aparılması təxminən 15-20 dəqiqə çəkmişdir. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs tanışı Ümid Hacıyev postdan kənarda dayanmış, mübahisəyə müdaxilə etməmiş, Elnuru zərərsizləşdirən zaman isə öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 03 radələrində xidmətdə olan polis əməkdaşlarından yalnız Qismətin üzərində xidməti avtomat olmuş, digər əməkdaşlarda isə xidməti tabel silahı olmuşdur. Qismət Elnura yaxın getməmiş, onu silahla vurmamışdır. Ümumiyyətlə həmin gün polis əməkdaşları Təqsirləndirilən şəxs zor tətbiq etməmişlər, əksinə Təqsirləndirilən şəxs əlindəki ülgüclə Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Nə o, nə də ki, postda xidmət aparan digər polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamış, onu döyməmiş, təhqir etməmişlər. Lakin Elnuru zərərsizləşdirib yerə yıxan zaman Elnur əsəbi şəkildə dartınır, baş və bədəninin müxtəlif nahiyələrini asfalta çırpır, tabesizliyini davam etdirmişdir. Ola bilsin ki, bədəni üzərində olan xəsarətləri həmin vaxt almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid8 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur.Elnur mehriban səmimi, heç kimlə ədavəti və düşmənçiliyi olmayan, lakin bir qədər əsəbi biridir, uzun müddət əsəblərinə görə müalicə qəbul etmiş, səhhəti ilə əlaqədar hətta hərbi xidmətdə olmamışdır.Oğlu həbs olunana qədər fərdi əməklə məşğul olaraq ailəsinin dolanışığı təmin etmişdir. Elnur X2 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki azyaşlı övladı var, xx.xx.2020-ci il təvəllüdlü Ofelya Novruzova və xx.xx.2017c il təvəllüdlü Polad Novruzov. O, Elnurun heç vaxt hər hansı şəxslə mübahisə etməsinin şahidi olmamış, Elnurla polis əməkdaşları arasında baş vermiş mübahisə barədə dəqiq məlumatı yoxdur. Şahid8 əlavə olaraq göstərmişdir ki, o, heç vaxt Elnura «Lezva Elnur» kimi müraciət olunmasını eşitməmiş, bu barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid9 bildirmişdir ki, o, 2016-cı ildə Təqsirləndirilən şəxsla rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki azyaşlı övladı var, xx.xx.2020-ci il təvəllüdlü Ofelya Novruzova və xx.xx.2017-c il təvəllüdlü Polad Novruzov. Əri Elnur mehriban səmimi, heç kimlə ədavəti və düşmənçiliyi olmayan, lakin bir qədər əsəbi biridir, əsəblərinə görə hətta müalicə qəbul etmişdir. Buna baxmayaraq Elnur ailəsinə və ətrafında olan insanlara hörmətlə yanaşmışdır.Elnur həbs olunana qədər fərdi əmək ilə məşğul olmuş, ailənin dolanışığını təmin etmişdir. O, Elnurun nə vaxtsa hər hansı şəxslə mübahisə etməsinin şahidi olmamış, Elnurla polis əməkdaşları arasında baş vermiş mübahisə barədə hər hansı məlumatı yoxdur. Şahid9 əlavə olaraq göstərmişdir ki, o, heç vaxt Elnura «Lezva Elnur» kimi müraciət olunmasını eşitməmiş, bu barədə hər hansı məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid10 bildirmişdir ki, o, «xxxx» MMC-nin direktoru vəzifəsində işləyir, «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında «xxxx» MMC-yə icarəyə verilmişdir. O, həmin avtomobili yol vərəqəsi əsasında xx.xx.2020-ci il tarixdə Şahid7 icarəyə vermişdir. Sonradan öyrənmişdir ki, Ümüd həmin avtomobili idarə edən zaman «Komendant saatı» ilə əlaqədar qurulmuş postda saxlanılmış, yol-patrul xidmətinin əməkdaşları tərəfindən avtomobil cərimə meydançasına yerləşdirilmişdir. Onun rəhbərlik etdiyi «xxxx» MMC-də Azad adlı şəxs işləmir. Həmçinin nə o, nə də ki, MMC-nin digər işçisi Elnur adlı şəxsdən avtomobili cərimə meydançasından çıxarmağı xahiş etməmişlər. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, 2012-ci ildə X7, 2019-cu ildən etibarən isə Binəqədi RPİ-nin, 43-cü Polis Bölməsində təhqiqatçı vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin 43 Polis Bölməsinə bir nəfər şəxsin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad yolunda “Meta Oil” yanacaq doldurma məntəqəsinin qarşısında quraşdırılmış 3 nömrəli postda polis əməkdaşlarına müqavimət göstərməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən hadisə yerinə baxış keçirilmiş və aparılmış araşdırma zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs oğlu 43-cü polis bölməsində olduğu müddətdə heç kim ona zor tətbiq etməmiş, həmçinin Təqsirləndirilən şəxs telefonu istintaq üçün əhəmiyyət kəsb etmədiyindən götürülməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ifadəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs oxuduğu orta məktəbdən tanıyır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «xxxx» adlanan şirkətdən «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüş, xx.xx.2020-ci il tarixdə həmin avtomobil işə düşməmiş, o da həmin şirkətlə əlaqə saxlayıb məlumat vermişdir. Avtomobil Elnurun işlədiyi avtomobil ehtiyat hissələri mağazasının yanındakı yerdə təmir etdirmişlər, ehtiyat hissəsini isə Elnurun işlədiyi mağazadan almışlar.Həmin vaxt Elnur onun avtomobili icarəyə götürdüyünü öyrənmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:20-də həmin avtomobillə Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Mehdiabad avtomobil yolu ilə hərəkətdə olan zaman «Komendant saatı» ilə bağlı «META OİL» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış postda yol-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Yol-patrul xidmətinin əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş, komendant saatı ilə bağlı yoxlama aparıldığını bildirib avtomobilə dair sənədləri istəmiş və komendant saatında küçəyə çıxmaq üçün icazəsinin olub-olmadığını soruşmuşdur. O, xidməti vəsiqəsini təqdim edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində sürücü işlədiyini bildirərək avtomobilə dair sənədləri təqdim etmişdir. Bundan sonra polis əməkdaşı «Portal» vasitəsi ilə sənədləri yoxlamış, idarə etdiyi «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməmiş cəriməsi olduğunu, bununla bağlı avtomobil cərimə meydançasına yerləşdirilməsi ilə bağlı üzərinə həbs qoyulduğunu bildirib avtomobildən düşməsini tələb etmişdir. O, avtomobili polis əməkdaşları ilə birgə avtodayanacağa təhvil verdikdən sonra evinə getmiş, özünə məxsus avtomobili götürüb işə gedəndə Elnurla rastlaşmış, Elnur ondan «xxxx» şirkətindən götürdüyü avtomobilin harada olduğunu soruşanda, avtomobildə cərimə ilə bağlı həbs olduğunu, buna görə də polis əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirdiyini bildimişdir. Daha sonra işinə getmiş, həmçinin «xxxx» şirkətinə zəng edərək «VAZ 2121» markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasına yerləşdirilməsi barədə məlumat vermişdir. xx.xx.2020-ci il tarixdə saat 00 radələrində Elnur onun mobil telefonuna zəng edib avtomobilin kim tərəfindən cərimə meydançasına qoyulduğunu soruşaraq, avtomobilin çıxarılmasında köməklik edəcəyini bildirmişdir. O, Elnura «Komendant saatı» ilə əlaqədar Binəqədi- Mehdiabad avtomobil yolu üzərində «META OİL» yanacaqdoldurma məntəqəsinin qarşısında quraşdırılmış postda xidmət aparan adını bilmədiyi yol-patrul xidmətinin əməkdaşı tərəfindən saxlanıldığını bildirmişdir. Elnur həmin ərazidə işləyən yol-patrul xidmətinin əməkdaşlarının onu tanıdıqlarını, köməklik edə biləcəyini bildirərək onunla birlikdə posta getməsini istəmişdir. O, Elnurla getmək istəməsə də, Elnur təxminən 8 dəfə ona zəng edib köməklik etməkdə israr etmiş, o, da aralarında olan münasibətləri nəzərə alaraq Elnurla getməyə razılaşmışdır. xx.xx.2020-ci il tarixdə Elnurla birlikdə posta getmiş, Elnur avtomobildən düşüb yol-patrul xidmətinin əməkdaşına yaxınlaşıb söhbət etməyə başlamış, o, isə avtomobildə qalmışdır. Bir müddət sonra Elnur onu səsləyəndə avtomobildən düşmüş, Elnur ondan cərimənin ona aid olub-olmadığını soruşanda, o, cərimənin ona aid olmadığını bildirmişdir. Həmin vaxt dövlət qeydiyyat nişanı xatırlamadığı post-patrul avtomobili həmin posta yaxınlaşmış, o, postdan təxminən 50-60 metr kənarda dayanmışdır. Həmin vaxt Elnurla polis əməkdaşları arasında mübahisə baş verdiyini görüb avtomobilini sürüb hadisə yerindən uzaqlaşmış, Elnur isə orada qalmışdır. Səhəri gün Elnurun polis əməkdaşlarına qarşı müqavimət göstərdiyini, ülgüclə polis əməkdaşlarından birinə xəsarət yetirdiyini öyrənmişdir. Həmin gün onunla polis əməkdaşları arasında hər hansı mübahisə baş verməmiş, o, polis əməkdaşlarına yaxınlaşmamış, onlara qarşı nalayiq ifadə işlətməmiş, ictimai qaydanı pozmamışdır. Sadəcə Elnurun xahişini nəzərə alaraq onu həmin posta aparmış, Elnur polis əməkdaşlarına müqavimət göstərəndə isə hadisə yerindən uzaqlaşmış, Elnurun polisə əməkdaşlarına hansı formada müqavimət göstərdiyini dəqiq görməmiş, çünki aralarında məsafə olmuş, həm də post-patrul avtomobili onun görməsinə maneçilik törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1801 saylı rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - alın nahiyəsinin əzilmişcırılmış yarası, sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları, burun ucunun, sağ və sol qulaq seyvanının, sağ gicgah nahiyəsinin, boyun nahiyəsinin, sol bazu oynağı nahiyəsinin, sağ diz oynağı nahiyəsinin qançırları, alının sol yarısının, sol almacıq nahiyəsinin, sol gicgah nahiyəsinin, alt dodağın, sol dirsək oynağı nahiyəsinin, sol əlin İİ barmağının, sağ əlin V barmağının, sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, sol said nahiyəsinin və sağ əlin arxa səthinin səthi kəsilmiş yaraları isə iti kənarlı əşyanın (alətin) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sağ göz qapaqları və gözaltı nahiyənin qançırları, sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan sol göz qapaqları və gözaltı nahiyənin qançırları həm ümumilikdə və həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərdən sol said nahiyəsinin və sağ əlin arxa səthinin səthi kəsilmiş yaraları iti kənarlı əşyanın (ola bilsin ülgücün) təsirindən əmələ gələ bilərdilər, digər xəsarələr isə insan bədəninion hissələri (əl barmaqlarının dırnaqları, yumruq, təpik və s.) ilə yetirilə bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkrar məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 367/2020 saylı rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs alın nahiyəsinin əzilmiş-cırılmış yara, hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan göz qapaqlarının qançırları, burun ucunun, hər iki qulaq seyvanının, sağ gicgahın, boyunun, sol bazu oynağının, sağ diz oynağının qançırları, alının sol yarısının, sol dirsək oynağının, sol almacıq və gicgah nahiyələrinin, alt dodağın, sol əlin İİ barmağının, sağ əlin V barmağının, sağ diz oynağının sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, sol saidin və sağ əlin arxa səthinin səthi kəsilmiş yaraları isə iti uca və kəsici kənara malik alətin (əşyanın) təsirindən müayinədən 1-2 gün əvvəl törənə bilərdilər, qərarda göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gəlmələri inkar olunmur və dərəcəsinə görə alın nahiyəsinin əzilmiş-cırılmış yarası, hər iki gözün ağlı qişasına qansızma ilə müşayiət olunan göz qapaqlarının qançırları istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər, digər xəsarətlər isə hər bir sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan kimi qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 1785 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol budun bayır səthinin kəsilmiş yarası və sağ əlin İV-V barmaqlarının arxa səthlərinin səthi kəsilmiş yaraları kənarlı alətin (əşyanın), ola bilsin ülgücün təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər təsvir olunan şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə ülgüclə yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 999/2020 MTBŞ saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: AB/İV/,Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: A/İİ/-dir. Ekspertizaya təqdim edilən bir ədəd ülgücün yarı hissəsi üzərində insan qanı ləkələri aşkar olundu.Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A və B antigenləri alındı.Beləliklə bu qan ləkələri AB/İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs oğluna məxsus ola bilər. Ləkələrdə A/İİ/ qruplu Təqsirləndirilən şəxs qanının olması, əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, xx.xx.2020 tarixdə hadisə yerinə baxış keçirilərkən 01 ədəd üzərində qan ləkələri olan ülgüc hissəsi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə kriminalistik ekspertizasının xx.xx.2020-ci il tarixli 629/MTKŞ 2020 saylı rəyinə əsasən məlum olur ki, ekspertizaya təqdim olunmuş ülgüc zavod üsulu ilə hazırlanmış məişət təyinatlı ülgücdür, soyuq silah hesab edilmir, üzərində sonradan hər hansı bir dəyişiklik edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2463 saylı rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur.Onun hərəkətləri AR CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs barəsində məcburi tibbi xarakterli tədbirlərin tətbiqinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, kobudluq, konfliktə və emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmadı.Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanından görünür ki, xx.xx.2020-ci il saat 00:00-dan etibarən ölkədə hərbi vəziyyət elan edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi Rayon Polis İdarəsinin Hərbi vəziyyətlə əlaqədar postların yaradılması barədə xx.xx.2020-ci il tarixli Ə346-059-20 saylı əmrdən görünür ki, 3 nömrəli stasionar posta Binəqədi RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Şahid1, Binəqədi RPİ DYPŞ-nin polis leytenantı Şahid2, Binəqədi RPİ DYPŞ-nin polis serjantı Şahid3, Binəqədi RPİ PPXB-nin polis nəfəri, polis serjantı Şahid4, Binəqədi RPİ PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 və DİN DQ-ın müddətdən artıq xidmət edən hərbi qulluqçuları Əliş Qasımov və Qoçəli Tərlanov təhkim edilmişlər. İş materiallarında olan Binəqədi RPİ-dən xx.xx.2020-ci il tarixli, 059-601-1221 saylı məktubla daxil olmuş “Post patrul xidmətinin naryad kitabının” xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan surətininə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il saat 20:00-dan xx.xx.2020-ci il saat 08:00-dək xidmətdə olmuşdur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş xx xxx 2020-ci il tarixli AR-İİ № 056344 saylı etibarnamədən görünür ki, X4 tərəfindən «VAZ 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” MMC-yə xx.xx.2021-ci il tarixədək müvəqqəti istifadə üçün etibar edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş “xxxx» MMC-yə məxsus 78 saylı etibarnamədən görünür ki, VAZ 2121» markalı “**-OK-***” dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxxx 2020-ci il saat 11:52-dən xx xxxxxxx 2020-ci il saat 12:52-yə dək Şahid7 etibar edilmişdir. İş materiallarında olan Binəqədi RPİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli ******* saylı protokoldan görünür ki, Şahid7 barəsində avtomobilin müvafiq etibarnamə olmadan idarə etdiyinə görə xx.xx.2020-ci il saat 21:56-da Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli 2/10576 saylı protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə alkoqol sərxoşluğunun dərəcəsi orta olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 930- 15061-1220 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 03 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Binəqədi-Mehdiabad avtomobil yolunda “META Oil” yanacaq doldurma məntəqəsinin qarşısında hərbi vəziyyətlə əlaqədar Binəqədi RPİ nin rəhbərliyi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Ə346-059-20 saylı əmrlə 3 nömrəli posta orta dərəcəli sərxoş halda yaxınlaşıb həmin postda xx.xx.2020-ci il tarixdə saat 21.30 radələrində etibarnaməsiz idarə edildiyi üçün saxlanılan və cərimə meydançasına yerləşdirilmiş 90- OK-170 nömrə nişanlı Vaz 2121 markalı avtomobilin buraxılmasını uca səslə tələb edərək orada xidməti vəzifələrini yerinə yetirən -Binəqədi RPİ-nin polis əməkdaşlarının xidmət aparmasına mane olaraq postun xidməti işinin təşkilini pozub silah qismində istifadə etdiyi, ağzında və əlində. saxladığı ülgücləri nümayiş etdirib həmin postda xidmət edən Binəqədi RPİ-nin əməkdaşlarının qanuni tələbinə tabe olmadan müqavimət göstərmiş, PPXB-nin polis nəfəri Zərərçəkmiş şəxs üzünə ülgüc atmaq istədikdə Zərərçəkmiş şəxs onu zərərsizləşdirərkən o, həmin ülgücün digər hissəsi ilə Zərərçəkmiş şəxs sağ əlini və sol bud nahiyəsini kəsməklə sol budun bayır səthinin kəsilmiş yarası və sağ əlin İV-V barmaqlarının arxa səthlərinin səthi kəsilmiş yaraları ilə müşayiət olunan yüngül dərəcəli bədən xəsarətləri yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2020-ci il tarixli 059-433818 tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 daxil olmuş xx.xx.2020-ci il tarixli xx/xx-11547 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən mərkəzdə müalicədə olmamışdır və qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” X6 daxil olmuş xx.xx.2020-ci il tarixli 3765 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən mərkəzdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 daxil olmuş xx.xx.2020-ci il tarixli xx/xx-11546 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatlarına görə qeyd edilən mərkəzdə müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş xx.xx.2020-ci il tarixli 8277 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X6 daxil olmuş xx.xx.2020-ci il tarixli 8280 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə qeyd edilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi Qəsəbəsi Üzrə İcra Nümayəndəliyindən daxil olmuş xx.xx.2020-ci il tarixli 80 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli əqli gerilik (debillik dərəcəsinə görə ağıl zəifliyi psixopatabənzər davranış pozuntusu) diaqnozu ilə ikinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəyə əsasən məlum olur ki, o, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Beləliklə, Təqsirləndirilən şəxs oğlunun təqsiri özünün etiraf edici ifadəsi, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, məhkəmə-bioloji və digər ekspertiza rəyləri, habelə istintaq zamanı toplanmış digər mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunmuşdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 128-ci və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 128 və 315-ci maddələri ilə tövsif edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 128 və 315-ci maddələri ilə təqsirli bilinməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, ikinci qrup əlil olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən,Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi və CM-nin 185.1-ci maddəsi ilə isə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar isə cinayət işi üzrə icraata xitam verilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs oğlu həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddə ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək, həbsdə olduğu 04 (dörd) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını yaşadığı– ünvan 1 ünvanda yerləşən mənzildə çəkməlidir. Eyni zamanda, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Bundan başqa, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Həmçinin, iş üzrə maddi sübut – Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan üzərində qan ləkələri olan 01 ədəd ülgüc (bir hissəsi) məhv edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərlə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və Binəqədi rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas Elvin Həsənov tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci tarixli qərarına əsasən məlum olur ki, vətəndaş Təqsirləndirilən şəxs BİT-ə daxil olan zaman bədən səthində xəsarət aşkar olunması əsasında toplanmış material üzrə həmin qərarın təsviri hisəsində göstərilən xüsusatlara görə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə və vurulmuş ziyanı ödədiyinə görə) Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən 01 mart 2021-ci il tarixədək, həbsdə olduğu 04 (dörd) ay 03 (üç) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 24 (iyirmi dörd) gün müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını – ünvan 1 ünvanda yerləşən mənzildə çəksin. Təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 06.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut – Binəqədi rayon prokurorluğunun maddi sübutların saxlanma otağında saxlanılan üzərində qan ləkələri olan 01 ədəd ülgüc (bir hissəsi) məhv edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar