Məhkəmə qərarları › İş №1(001)-142/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-142/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-142/2022 11.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Mirzəyev Anar Əkrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlni törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs2, 12 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanda tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə, bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 01 ədəd “Redmi 6” markalı mobil telefon və 01 ədəd kişi qol saatını geri istəməsini bəhanə edib, əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer hesab olunan küçədə Təqsirləndirilən şəxs1 sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirdikdən sonra Fuadla birlikdə oradan uzaqlaşmış, təxminən 15 dəqiqə keçdikdən sonra o, Fuadla birlikdə yenidən həmin ünvana gələrək eyni qaydada Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməklə və üzərində zor tətbiq edib Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsinə yumruq zərbəsi endirməklə sonuncunun sol almacıq nahiyəsinin, çənəaltı nahiyənin sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmayana aid dərəcələri təyin edilməyən bədən xəsarətləri, o isə üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun sol bud nahiyəsinə bıçaqla iki dəfə zərbə endirməklə sol bud nahiyəsinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən sağlamğının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən Təqsirləndirilən şəxs1, 21 aprel 2021-ci il tarixdə saat 16 radələrində ictimai yerdə ünvan 2 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs2 görüb heç bir səbəb olmadan ünvanına təhqiredici sözlər demiş və buna görə sonuncu iradını bildirdikdə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, ictimai yer hesab olunan küçədə ictimai qaydanı kobud surətdə pozaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 zor tətbiq edib üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə sonuncunun sinə nahiyəsinə bıçaqla zərbə endirməklə döş qəfəsinin soldan Vİİ qabırğanın yerdəyişməyən sınığı ilə nəticələnən sağlamğının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən 12 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanda tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ondan bir neçə gün əvvəl müvəqqəti istifadə məqsədilə verdiyi 01 ədəd “Redmi 6” markalı mobil telefon və 01 ədəd kişi qol saatını geri istəməsini bəhanə edib, əsaslı səbəb olmadan ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirərək, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer hesab olunan küçədə Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməklə və üzərində zor tətbiq edib sonuncunun sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi endirərək Təqsirləndirilən şəxs2 ilə birlikdə oradan uzaqlaşmış, təxminən 15 dəqiqə keçdikdən sonra o, Təqsirləndirilən şəxs2la birlikdə yenidən həmin ünvana gələrək eyni qaydada o, Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etməklə və üzərində zor tətbiq edib Zərərçəkmiş şəxs1 baş və sifət nahiyəsinə yumruq zərbəsi endirməklə sonuncunun sol almacıq nahiyəsinin, çənəaltı nahiyənin sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmayana aid dərəcələri təyin edilməyən bədən xəsarətləri, Təqsirləndirilən şəxs2 isə üzərində gəzdirdiyi bıçağı silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 zor tətbiq edib sonuncunun sol bud nahiyəsinə bıçaqla iki dəfə zərbə endirməklə sol bud nahiyəsinin 2 (iki) ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən sağlamğının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törədildiyi yerin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə aid olduğunun, iş üzrə aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edən pozuntulara, o cümlədən həmin Məcəllənin 303-cü maddəsində nəzərdə tutulan kobud pozuntulara yol verilmədiyini, iş üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə və ya ləğv edilməsinə məhkəmənin hazırlıq iclasında əsasların olmadığını qeyd edərək, məhkəmədən həmin qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını, eləcə də təqsirləndirilən şəxslərin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət və tələbinin olmadığını qeyd edərək, cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəməyə yazılı vəsatət təqdim edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Əliyev X1 rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 tərəfindən CM-in 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib məhkəməyə verilmişdir. Cinayət işinin materialları ilə təsdiq edilir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əsassız olaraq CM-in 221.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun hərəkətlərində həmin maddənin tərkibi yoxdur. Cinayət işi CM-in 128-ci maddəsi ilə başlanmışdır. İstintaq orqanı 12.10.2021-ci il tarixdə baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs1 qarşı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə birlikdə xuliqanlıq cinayəti törətməsi ilə bağlı əsassız bir nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxs1 əvvəlcə CM-in 221.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs1 hərəkətləri CM-in 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.3-cü maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs2la yanaşı ona da Zərərçəkmiş şəxs1 qarşı CM-in 221.3-cü maddəsi ilə əsassız yerə ittiham elan edilmişdir. Bu epizod üzrə hadisə baş verən M.Ə.Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsi 1 saylı ünvanda onlar tərəfindən ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə qarşı açıqca hörmətsizlik edilməsi öz təsdiqini istintaq materialları ilə tapmamışdır. Buna baxmayaraq istintaq orqanının təqdimatına əsasən Təqsirləndirilən şəxs1 haqqında 15.10.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa istintaq orqanı tərəfindən 21.04.2021-ci il tarixdə ünvan 3 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs2 ilə dalaşaraq onu bıçaqla vurub sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirmişdir. Bununla əlaqədar Binəqədi Polis İdarəsində araşdırma aparılmış və Təqsirləndirilən şəxs1 hərəkətlərində xuliqanlıq cinayətinin tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. İbtidai istintaqın gedişində prokurorluq tərəfindən həmin qərar ləğv edilmiş və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 qarşı bıçaq işlətməklə qatı xuliqanlıq cinayəti törətməsi barədə ittiham verilmişdir. Maraqlıdır ki, istintaq orqanının sübutları saxtalaşdırmağa sövq edən nə olmuşdur? Əgər Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs2 qarşı 21.04.2021-ci il tarixdə xuliqanlıq cinayəti törədilmişdirsə, nə üçün onun haqqında cinayət işinin başlanması rədd edilmişdir? Belə hesab edir ki, istintaq orqanının sübutları saxtalaşdırmaqda məqsədi ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs1 qatı xuliqanlıq hadisəsi törətməsi faktını hazırkı cinayət işi üzrə sübuta yetirsinlər. İstintaq materialları ilə tam təsdiq edilir ki, Təqsirləndirilən şəxs1 hər iki epizod üzrə hərəkətlərində CM-in 128-ci maddəsindən başqa hər hansı bir başqa maddənin tərkibi yoxdur. Hər iki hadisə zamanı Təqsirləndirilən şəxs1 hərəkətləri nəticəsində ictimai qayda kobud surətdə pozulmamışdır. Onun hərəkətlərində CM-in 128-ci maddəsinin tərkibi mövcuddur. CM-in 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətdir. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli və o, azadlığa buraxılmalıdır. Bununla yanaşı iş üzrə obyektiv əlavə istintaq aparılması zəruridir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs1 haqqında olan cinayət işi prosessual rəhbərliyi həyata keçirən prokurora ittiham aktı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə cavab vermədiyi üçün qaytarılmalıdır. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına və sonuncu barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud şəkildə pozulduğunu, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 əsassız olaraq CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürüldüyünü bildirərək sonuncu barəsində olan cinayət işinin baxılmasına xitam verilərək, cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına və sonuncu barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs1 cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs2 cinayət işinin baxılmasına xitam verilərək, barəsində olan cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına və barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən, eləcə də cinayət işinin materialları məhkəmə hazırlıq iclasının gedişatında tədqiq olunarkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə aparılan istintaq zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) tələbləri pozulmuş və cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 tərəfindən ********* nömrəli cinayət işi üzrə 20.12.2021-ci il tarixdə tərtib edilmiş və prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 25.12.2021-ci il tarixdə təsdiq edilmiş ittiham aktının təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamlar üzrə cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməmişdir. Çünki qeyd edilən ittiham aktının giriş hissəsində CPM-in 289.2-ci maddəsində nəzərdə tutulmuş hallar göstərildikdən sonra təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilmədən təqsirləndirilən şəxslərin ifadələri və daha sonra sonuncuların təqsirliyini təsdiq edən sübutlar sadalanmışdır. CPM-in 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Yuxarıda sadalananlardan müəyyən edilmişdir ki, müstəntiq tərəfindən Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclası məhkəmə baxışının yüksək səviyyədə hazırlanmasında və keçirilməsində əhəmiyyətli rol oynamaqla məhkəmə baxışında aradan qaldırılması mümkün olmayan qüsur və çatışmamazlıqları olan cinayət işlərinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə baxışına keçməsinin qarşısını alır. CPM-in 303.3-cü maddəsində sadalanmış kobud pozuntular mahiyyət etibarilə cinayət mühakimə icraatının, xüsusən də məhkəməyədək icraatın ən mühüm və prinsipial xarakterli tələblərin pozulmasından ibarətdir. Belə ki, CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması zamanı kobud pozuntulara yol verildikdə çıxarılır. Məhkəmə onu da qeyd edir ki, cinayət işi üzrə tərtib edilmiş ittiham aktı cinayət işi üzrə müəyyən edilmiş halları özündə əks etdirən çox mühüm prosessual sənəd olmaqla, qanunverici tərəfindən onun tərtibinin cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olması imperativ norma kimi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı tərəfindən CPM-in 289-cu maddəsinin tələbləri pozulmuş və bu pozuntular məhkəmə tərəfindən CPM-in 303.3.6-cı maddəsinə müvafiq olaraq cinayət işi üzrə ittiham aktının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamasını onun tələblərinin pozulması kimi qiymətləndirilərək, cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin prokurora qaytarılması barədə qərar qəbul edilməsi ilə nəticələnməlidir. Beləliklə, yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, eləcə də qeyd olunan pozuntulara görə işin ibtidai istintaqını aparmış müstəntiq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkəmə, CPM-in 306.1-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə məsələyə də baxmışdır. Belə ki, cinayət işinin materialları təhlil edilən zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 4(001)1093/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 oğlu barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli, 4(001)1239/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə uzadılmışdır. Bundan başqa müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.10.2021-ci il tarixli, 4(001)1094/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, 1(001)142/2022 nömrəli qərarı ilə məhkəmənin hazırlıq iclası keçirilənədək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fazil oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirləri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materialları məhkəmənin hazırlıq iclasında təhlil edilərkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsinə səbəb olan əsasların aradan qalxmadığı müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 (bir) ay, yəni 11 mart 2022-ci il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və CPM-in 8, 10, 289 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların aradan qaldırılması üçün məhkəmənin hazırlıq iclasında cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Binəqədi rayon prokuroruna qaytarılsın.

2. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri 1 (bir) ay, yəni 11 mart 2022-ci il tarixədək uzadılsın.

3. İşin ibtidai istintaqını aparmış Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X2 barəsində xüsusi qərar çıxarılsın.

4. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, zərərçəkmiş şəxslərə, müdafiəçilərə, təqsirləndirilən şəxslərə və həbsdə saxlanma yerinə göndərilsin.

Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar