Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-142/2025 17.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, “hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ondan ötrü təqsirləndirilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır. Belə ki, o, 18 aprel 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,467 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, 18 aprel 2024-cü il tarixdə, saat 18:00- da Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 19:45-də üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,467 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, 02 may 2024-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,443 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd şəffaf sellofan bükümdə əldə edərək əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxlamaqla üzərində daşımış, həmin tarixdə, saat 20:00- da Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov 70 ünvanının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən həmin polis bölməsinə gətirilmiş və həmin tarixdə saat 22:00-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı xeyli miqdarda, təmiz çəkisi 0,443 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, ittiham üzrə özünü təqsirli bilmir. Onu ilk dəfə saxlayan şəxslər Elvin və Ruslan adlı şəxslər olmuşdur.18 aprel 2024-cü il tarixdə Bravo marketdən çıxıb, yolun kənarı ilə gedərkən polis əməkdaşları avtomobili saxlayıb, onu çağırmışlar. Özü avtomobilə əyləşib, polislərlə birgə getmişdir. Həmin vaxtı ağrıları olmuş və narkotikin təsiri altında olmuşdur. Ona heç bir güc tətbiq edilməmiş, könüllü şəkildə polislərlə getmişdir. O, həqiqətən də narkotik vasitədən istifadə edir. Polislər onunla heç vaxt pis rəftar etməyiblər. Hər 2 epizodda üzərində heç nə olmamışdır. 2-ci dəfə isə polis bölməsindən Şahin adlı şəxs onu bölməyə çağıraraq, sənədlərində problem olduğunu bildirmişdir. Bu səbəblə bölməyə getmiş, daha sonra Şahin adlı şəxsin göstərişi ilə polis əməkdaşları onu bölmədən çıxarıb, bir az gəzdirdikdən sonra yenidən bölməyə gətirmişlər. Guya onu tutub gətirmişlər, amma bölməyə o özü gəlmişdir. Onun tutulmağı əhəmiyyət kəsb etmir. Amma, bildirir ki onun üzərində heç nə olmamışdır. Onu saxlayan şəxslər arasında Babək adlı şəxs orada olmamışdır, Babəki bölmədə görmüşdür. Telefonunda yazışmalar da var. Lakin, yazışmaların olduğu telefonu təqdim edə bilmir. O, 2-ci dəfə özü öz ayağıyla bölməyə gəlmiş, kimsə onu tutub gətirməmişdir. O, ittihamda tutulduğu qeyd edilən yerdə olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, təxminən 10 ildir fasilələrlə narkotik vasitə olan heroindən istifadə edir. 18 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda Papanin adlanan ərazidə olan zaman bir nəfər tanımadığı şəxslə rastlaşmış, onunla söhbət zamanı həmin şəxsin də narkotik vasitə və psixotrop maddə istifadəçis olduğu məlum olmuş, həmin şəxsdə satmaq üçün narkotik vasitə heroin olduğu və narkotik vasitəni ola 10 manata təklif etmiş, onun təklifi ilə razılaşıb həmin şəxsdən 10 manata şəxsi istifadəsi üçün 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin almış, aldığı narkotik vasitə heroini istifadə etmək üçün üzərində saxlamış, 18 aprel 2024-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində piyada hərəkətdə olan zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Binəqədi RPİ-nin 5-ci polis bölməsinin əməkdaşları olduqlarını üzərində narkotik vasitə gəzdirməyə görə ondan şübhələndikləri üçün onu 5-ci polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 5-ci polis bölməsinə gəlmiş, polis bölməsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin istifadəsində, gəzdirilməsində və saxlanılmasında şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində ola biləcək qanunsuz əşya və ya maddəni könüllü olaraq təqdim etmək təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində öz istifadəsi üçün saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa heç bir şey aşkar olunmamış, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu soruşduqda həmin maddənin narkotik vasitə heroin olduğunu, heroini 18 aprel 2024-cü il tarixdə səhər saatlarında Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroin tərəzidə çəkildikdə 0,59 qram olması müəyyən edilmiş, bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş, tərtib edilmiş protokolun doğruluğunu iştirakçıların imzası ilə təsdiq edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, 02 may 2024-cü il tarixdə səhər saatlarında Nəsimi rayonu Papanin adlanan ərazidə olarkən bir nəfər tanımadığı şəxslə rastlaşmış, həmin şəxslə söhbət zamanı onun narkotik vasitə və psixotrop maddə istifadəçisi olmaqla yanaşı satışı ilə də məşğul olduğu məlum olmuş və həmin şəxs ona narkotik vasitə heroin təklif etmiş, ondan 10 manat müqabilində şəxsi istifadəsi üçün bir ədəd şəffaf sellofan bükümdə içərisində narkotik vasitə heroin alaraq üzərində saxlamış, 02 may 2024-cü il tarixdə saat ll:00-də Bakı şəhəri, A.Kunanbəyov 70 ünvanının yaxınlığında 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Binəqədi RPİnin 5-ci polis bölməsinin əməkdaşları olduqlarını üzərində narkotik vasitə gəzdirməyə görə ondan şübhələndikləri üçün onu 5-ci polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 5-ci polis bölməsinə gəlmiş, polis bölməsində olan zaman dəvət edilmiş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutularaq ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin istifadəsində, gəzdirilməsində və saxlanılmasında şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, öz razılığı ilə müdafiəçinin iştirakı olmadan polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində ola biləcək qanunsuz əşya və ya maddəni könüllü olaraq təqdim etmək təklif olunmuş, o da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində öz istifadəsi üçün saxladığı 1 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa heç bir şey aşkar olunmamış, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu soruşduqda həmin maddənin narkotik vasitə heroin olduğunu, heroini 02 may 2024-cü il tarixdə səhər saatlarında Papanin adlanan ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, üzərindən aşkar edilmiş narkotik vasitə heroin tərəzidə çəkildikdə 0,57 qram olması müəyyən edilmiş, bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş, tərtib edilmiş protokolun doğruluğunu iştirakçıların imzası ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, onu ilk dəfə saxlayan Elvin adlı şəxs deyil, Ruslan adlı şəxs olmuşdur. 18 aprel 2024-cü il tarixdə o, Bravo marketdən çıxıb, yolun kənarı ilə gedərkən avtomobili saxlayıb, onu çağırmışlar. O da avtomobilə əyləşib, onlarla getmişdir. Həmin vaxtı ağrıları olmuş və narkotikin təsiri altında olmuşdur. Ona heç bir güc tətbiq etməyiblər. O, könüllü şəkildə polislərlə birgə getmişdir. Polislər ümumiyyətlə onunla heç vaxt pis rəftar etməyilər. O, narkotik vasitə istifadəçisi olduğunu etiraf edir, lakin saxlanıldığı epizodlar üzrə üzərində heç nə olmamışdır. 2-ci dəfə isə bölmədə işləyən Şahin adlı şəxs onu bölməyə çağırmış, sənədlərində problem olduğunu bildirmişdir. Bu səbəblə o bölməyə getmişdir. Daha sonra Şahin adlı şəxsin göstərişi ilə onu polis əməkdaşları bölmədən çıxarıb, bir az gəzdirdikdən sonra yenidən bölməyə gətirmişdilər. Guya onu tutub gətirmişdilər, amma bölməyə halbuki özü gəlmişdi. Şahid2 onun saxlanılmasında heç bir epizodda olmamışdır. O, Elvini bölmədə görmüşdür. Onu saxlayan şəxslərdən biri Ruslan adlı şəxs olmuş, digər şəxsin adını isə xatırlamır. O, Binəqədi ərazisində yaşamır, həmin əraziyə cəmi 1-2 dəfə gəlmişdir. Arada marketlərə girib, oğurluq etmiş, oğurladığı malları da satıb, narkotik vasitə almışdır. 21 ildir ki, narkotik vasitələrdən istifadə edir, özü Şərq universitetini oxumuş və diplomu da vardır. Hazırda qeyd etdiyi məsələlər barədə ibtidai istintaq dövründə qorxduğu üçün heç nə bildirməmişdir. Məhkəməyədək icraat materiallarındakı bütün sənədlərdə olan imzalar ona məxsusdur. Hamısını özü imzalamışdır. İkinci epizodda bölmədən onu aparıb yenidən qaytaran şəxslərdən biri Şahid3 olmuş, onlar Şahid3 “Hyundai Sonata” markalı avtomobilində getmişlər. Təqsirləndirilən şəxs son sözündə onun iki az yaşlı övladı olduğunu, narkotik vasitədən istifadə etdiyi zaman övladları üçün heç nə etmədiyindən hazırda övladlarının yanında olmaq istədiyini bildirərərk məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 5-ci polis bölməsi tərəfindən 2 dəfə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs iki dəfə müxtəlif vaxtlarda saxlanılmışdır. Təqsirləndirilən şəxs ilk dəfə saxlanılması 18 aprel 2024-cü il tarixdə təxminən 18:00 radələrində ünvan 8 ünvanında olmuşdur. 2-ci dəfə saxlanılması isə 02 may 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov 70 ünvanın yaxınlığında olmuşdur. Təqsirləndirilən şəxs ilk epizod üzrı saxlanılmasında, yəni 18 aprel 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirində onunla birlikdə digər polis əməkdaşı Şahid1 iştirak etmişdir. 02 may 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədibirndə isə o və digər polis əməkdaşı Şahid3 olmuşdur. Hər iki epizod üzrə də Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra polis bölməsinə aparılmış, bölmədə videoçəkiliş aparılmaqla baxış keçirilən zaman Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitə heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı epizodlar zamanı sonuncuya hər hansı bir formada təzyiq yaxud hədə-qorxu olmamışdır. Təqsirləndirilən şəxsin əməliyyat tədbirində onun iştirak etməməsi barədə bildirdikləri həqiqətəuyğun deyildir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Qrupa o, və Şahid2 daxil idilər. Təqsirləndirilən şəxs 02 may 2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbəyov 70 ünvanın yaxınlığında saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə şəxsin üzərinə video çəkiliş ilə baxış keçirilmiş və baxış zamanı şəxs üzərində olan narkotik vasitəni heroini özü təqdim etmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixoloji təzyiq və təsir olmamışdır. Təqsirləndirilən şəxs bildirdikləri yalandır, onun “Hyundai Sonata” markalı avtomobil yoxdur. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş, sonuncunun üzərində narkotik vasitə olan heroin olmuş, Təqsirləndirilən şəxs heroini Nəsimi rayonu, Papanin adlanan ərazidən, tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi RPİ-in 5-ci PB-in cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, 18 aprel 2024-cü il tarixdə əməliyyat məlumatı əsasında digər polis əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ünvan 8 ünvanının yaxınlığında saxlamışlar və daha sonra 5-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı şəxs üzərində olan narkotik vasitə heroini özü təqdim etmişdir. Təqsirləndirilən şəxsin saxlanılmasında o şəxsən iştirak etmişdir, ola bilər ki, sonuncu səhv xatırlayır. Təqsirləndirilən şəxsə hər hansı bir formada təzyiq yaxud təsir olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 18:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlənin çəkisi 0,59 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni “Papanin” adlanan yerdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/2113 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №174” dairəvi möhür əksi, “imza Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,467 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,467 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,417 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Papanin adlanan yerdən öz istifadəsi üçün 10 manata bir büküm götürüb üzərində istifadə etmək üçün saxlanıldığını, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da ünvan 9 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün heroin alıb saxladığını, xx.xx.2024-cü il tarixdə, saat 18:00-da ünvan 9 ünvanında polis əməkdaşları tərəfindən saxlanılaraq 5-ci polis bölməsinə gətirildiyini, bölmədə üzərində olan bükümü çıxarıb təqdim etdiyini bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin dindirmə protokolunu özü və müdafiəçisi imzalamışdır. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 0,467 qram, ekspert tədqiqatından sonra qalan 0,417 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, narkotik vasitə olan 0,417 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancına təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 21:45-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 20:00-dan tutulmuş hesab edilmişdir. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə açıq qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlənin çəkisi 0,57 qram olmuşdur. Təqsirləndirilən şəxs həmin kütləni “Papanin” adlanan yerdən 10 manata alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şəxsi axtarış və götürmə istintaq hərəkətinin qeydə alındığı video-görüntünü əks etdirən diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə olan video-görüntüdə olan xüsusatlar xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda öz əksini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-6-16/2-6/2426 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №174” dairəvi möhür əksi, “...4. “imza” Təqsirləndirilən şəxs...” ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,443 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Ekspertiza xərclərinə dair” bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil etmişdir. Ekspert rəyinə əlavə edilmiş aktdan görünür ki, tədqiqata 0,443 qram kütlə qəbul edilmiş, 0,050 qram tədqiqat üçün istifadə edilmiş, 0,393 qram maddə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Papanin adlanan yerdən öz istifadəsi üçün 10 manata bir büküm götürüb üzərində istifadə etmək üçün saxladığını, xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev 70 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirməklə törətdiyi əməli etiraf etmiş və həmin protokol özü və müdafiəçisi tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* saylı cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Papanin adlanan yerdən öz istifadəsi üçün 10 manata bir büküm götürüb üzərində istifadə etmək üçün saxladığını, xx.xx.2024-cü il tarixdə, saat 20:00-da Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev 70 ünvanında olduğu zaman polis əməkdaşları tərəfindən saxlanıldığını bildirərək həmin protokolu özü və müdafiəçisi imza etmişdir. xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2024-cü il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 1 ədəd kağız zərfdə qablaşdırılmış 1 ədəd bükümdə 0,443 qram, ekspert tədqiqatından sonra qalan 0,393 qram narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prosesini əks etdirən video çəkilişin görüntüləri olan 1 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etmələri nəzərə alınmaqla maddi sübut kimi tanınmış, narkotik vasitə olan 0,393 qram narkotik vasitə heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi rayon polis idarəsinin saxlancma təhvil verilmiş, 1 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 X3 X4 üzrə xx.xx.2024-cü il tarixli, 2536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il, 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-670/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışı elan olunmuşdur. Bakı İstintaq Təcridxanasından daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Suraxanı RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. xx.xx.2025-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində saxlanılmışdır. Elektron məhkəmə informasiya sisteminə baxış keçirilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü Zeynəb Aslanzadə və xx.xx.2013-cü il təvəllüdlü Mətanət Aslanzadə adlı azyaşlı övladları vardır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən də məlum olur ki, təqsirləndirilən şəxs hər iki saxlanıldığı epizod üzrə barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman üzərində olan (içərisində narkotik vasitənin olduğu) bükümləri şəxsən təqdim etmiş, həmin bükümləri kimdən, haradan, nə məqsədlə və hansı qiymətə alması barədə ona verilən suallara cavab vermişdir. Təqsirləndirilən şəxs nə şəxsi axtarış və götürmə aparılan zaman, nə də dindirilmə istintaq hərəkətləri zamanı narkotik vasitəni daşımaması barədə barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolları, həmçinin dindirilmə protokollarını imzaları ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş şahidlər Şahid1 və Şahid2 oxşar məzmunlu ifadələr verərək bildirmişlər ki, 18 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitəni təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətində iştirak etmiş şahidlər Şahid2 və Şahid3 oxşarməzmunlu ifadələr verərək bildirmişlər ki, 02 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və bölmədə Təqsirləndirilən şəxs özü üzərində olan narkotik vasitəni təqdim etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və müdafiəçisi imza etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə,həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin öz etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, ekspert rəyləri, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı siyahıya əsasən narkotik vasitə heroin üçün xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,15 qram olaraq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs iki azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs az ağır cinayət törətməyə görə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından xx.xx.2020ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkum olunduğu az ağır cinayətə görə üzərində olan məhkumluq, onun həmin cəzalardan azad olunduğu vaxtdan iki il keçdiyindən ödənilmişdir, hazırkı cinayət işi üzrə ictimai təhlükəli əməllər isə onun hər iki hökm üzrə məhkumluğu ödənildikdən sonra törədildiyindən onun əməlində cinayətlərin residivi yaranmır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin 16-cı maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs müvafiq olaraq 18 aprel 2024-cü il tarixdə və 02 may 2024-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş və həmin əməllərin heç birinə görə o məhkum olunmamış və cinayət məsuliyyətindən azad edilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri cinayətlərin təkrar törədilməsi hesab edilməlidir. Məhkəmə, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növü və həddi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, o, əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq cəzanın məqsədinə nail olunmamış və o islah olunmayaraq təyin edilmiş cəzaları çəkdikdən və həmin hökümlər üzrə üzərində yaranmış məhkumluqları ödənildikdən sonra yenidən 18 aprel 2024-cü il və 02 may 2024-cü il tarixlərdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal (himayəsində iki azyaşlı övladının olması) və ağırlaşdıran halın (cinayətlərin təkrar törədilməsi) olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayət işi üzrə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 4 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı (69.3), həbsdə saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2025-ci il tarixdən hesablanmalı (CPM-158.2.1), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri ayrı-ayrılıqda 0,393 və 0,417 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 179 (yüz yetmiş doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 40 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində saxlanıldığı ümumilikdə 4 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7 (yeddi) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 25 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkiləri ayrı-ayrılıqda 0,393 və 0,417 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış 2 (iki) ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 179 (yüz yetmiş doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №1(001)-142/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-142/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver