Məhkəmə qərarları › İş №1(001)-143/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-143/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-143/2025 16.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs – X9 iştirakı ilə, xx.xx.1994-cü ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş X9 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə X5 Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Xüsusi Riskli Xilasetmə Xidmətində işə qəbul olunmasına köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün xx.xx.2023-cü ildə ünvan 2 ünvanda yerləşən Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yaxınlığından Rüfət Ağamallının istifadəsində olan 5209***7596 nömrəli bank hesab kartından özünün təqdim etdiyi 5261***2152 nömrəli bank hesab kartına 1000 manat, xx.xx.2023-cü ildə Bakı şəhəri, Səbail rayonu ərazisindən Rüfət Ağamallının istifadəsində olan 5209***7596 nömrəli bank hesabından özünün təqdim etdiyi ***64743366 olan bank hesabına 1000 manat, xx.xx.2023-cü ildə naməlum ərazidən Rüfət Ağamallının istifadəsində olan 5209***7596 nömrəli bank hesabından 200 manat, xx.xx.2023-cü ildə naməlum ərazidən Rüfət Ağamallının istifadəsində olan 5209***7596 nömrəli bank hesabından özünün təqdim etdiyi 4169***0739 nömrəli bank hesabına 800 manat, xx.xx.2023-cü ildə Bakı şəhəri, Səbail rayonu ərazisindən Rüfət Ağamallının istifadəsində olan 5209***7596 nömrəli bank hesabından özünün təqdim etdiyi naməlum bank hesabına 300 manat, xx.xx.2023-cü ildə Bakı şəhəri, Səbail rayonu ərazisindən Rüfət Ağamallının istifadəsində olan 5209***7596 nömrəli bank hesabından özünün təqdim etdiyi naməlum bank hesabına 1000 manat, xx.xx.2023-cü ildə Bakı şəhəri, Səbail rayonu ərazisindən özünün təqdim etdiyi 5261***2152 nömrəli bank hesabına 500 manat və xx.xx.2023-cü ildə Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsində yerləşən “Bizim marked’də olan ödəmə terminalı vasitəsi ilə özünün təqdim etdiyi naməlum bank hesabına 3000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 7800 manat məbləğində pul vəsaitini Rüfət Ağamallıdan alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş X6 7.800 (yeddi min səkkiz yüz) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X14 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 Coşqun Abdullazadənin vasitəsi ilə tanımışdır. Belə ki, Coşqun taksi fəaliyyəti ilə məşğul olarkən o, onun avtomaşınına müştəri qismində əyləşən zaman onunla tanış olmuşdur. Söhbət əsnasında o, Coşquna dövlət işinə kimsə olsa işə düzəldə biləcəyini demişdir. 2023-cü ilin aprel ayının 27-də saat 23 radələrində o, Coşqun və tanışı X16 işlədiyi “Bürc Qala” restoranına gəlmişlər. Həmin vaxt Coşqun onu Rüfətlə tanış etmiş, o isə Rüfət Rəhimbəylini onlarla tanış etmişdir. Söhbət əsnasında o, Rüfətə FHN-də xüsusi riskli xilas etmə bölməsinə işə düzəldə biləcəyini, bunun qarşılığında 10000 manat pul verməyini bildirmişdir. Həmin vaxt Coşqun Rüfətin işi alınarsa ona da pul verməyini bildirdikdə onunla razılaşmışdır. Təklifdən sonra Rüfət Ağamallı razılaşmış və hissə-hissə olmaqla pul göndərməyə başlamışdır. Rüfət ilk olaraq 2023-cü ilin may ayının 02-də 526163***2152 kartına 1000 manat, növbəti dəfə xx.xx.2023-cü ildə sonu 64743366 olan karta 1000 manat, 2023-cü ilin may ayının 09-da karta 200 manat, xx.xx.2023-cü ildə 416973***0739 nömrəli kartına 800 manat, xx.xx.2023-cü il tarixdə kartına 300 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə isə 526163**152 nömrəli karta 500 manat pul göndərmişdir. Sonuncu dəfə isə o, Rüfətlə telefonla danışanda ona 3000 manat pul Rüfət Rəhimbəyliyə göndərməyini bildirmişdir. Rüfət pulu necə verməyini soruşduqda o, özünün Lənkəran rayonunda olduğunu pulu Coşquna verməyini və Coşqunun aparıb Rüfətə verəcəyini demişdir. 25 iyun 2023-cü ildə Coşqun zəng edərək Rüfətin onun kartına 3000 manat pul göndərdiyini Rüfət Rəhimbəyli ilə harada görüşüb pulu verməyini soruşduqda yalandan Rüfətin saat 18:00-a qədər işdə olduğunu deyib pulu kartına göndərməyini bildirmişdir. Həmin vaxt o, Coşquna həmin puldan ona çatacaq 500 manatını götürməsini yerdə qalan 2500 manat pulu ona göndərməyini bildirmişdir. Bundan sonra Coşqun 2500 manatı pulu ona göndərmişdir. Lakin sonradan Rüfət pulunu istədikdə o, onun pulunu qaytara bilmədiyi üçün şikayət etmişdir. İbtidai istintaq dövründə zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödəmişdir. Əməlindən peşmandır. Zərəri ödədiyini nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, X11 tanışı Coşqun Abdullazadənin vasitəsi ilə tanımışdır. Görüşlərin birində o, Coşquna işə düzəldə biləcək adam axtardığını bildirmiş, sonuncu hansı iş istədiyini bildirdikdə o, polisdə və ya FHN-də işləmək istədiyini bildirmişdir. Bundan sonra Coşqun bir müştərisi olduğunu və onun işə adam düzəltdiyini bildirmişdir. Coşqunun sözündən sonra 2023-cü ilin aprel ayının 27-də saat 23 radələrində Coşqun, sonradan adlarını bildiyi Tural Əliyev və Rüfət Rəhimbəyli işlədiyi “Bürc Qala” restoranına gəlmişlər. Həmin vaxt Coşqun onu Turalla tanış etmiş, Rüfət isə onu Turalla tanış etmişdir. Söhbət əsnasında Tural FHN-də xüsusi riskli xilas etmə bölməsinə işə düzəldə biləcəyini, bunun qarşılığında 10000 manat pul verməyini bildirmişdir. O, Turalın dediyi məbləğlə razılaşmış, lakin pulu hissə-hissə verəcəyini demişdir. Tural deyilən sözlə razılaşmış və ilk olaraq 2023-cü ilin may ayının 02-də o, FHN-nin yaxınlığında özünə məxsus Bank of Bakuya aid **********507596 nömrəli kartdan Turalın verdiyi 526163***2152 karta 1000 manat, növbəti dəfə xx.xx.2023-cü ildə yenə Səbail rayonu ərazisində Bank of Bakuya aid **********507596 nömrəli kartdan sonu 64743366 olan Turalın verdiyi karta 1000 manat, 2023-cü ilin may ayının 09-da yenə Bank of Bakuya aid **********507596 nömrəli kartdan Turalın verdiyi xatırlamadığı karta 200 manat, xx.xx.2023-cü ildə Bank of Bakuya aid **********507596 nömrəli kartdan Turalın verdiyi 416973***0739 nömrəli karta Səbail rayonu ərazisində 800 manat, xx.xx.2023-cü ildə yenə kartından Turalın verdiyi xatırlamadığı karta Səbail rayonu ərazisində 300 manat, xx.xx.2023-cü ildə Turalın verdiyi nömrəsini xatırlamadığı karta Səbail rayonu ərazisində 1000 manat, xx.xx.2023-cü ildə isə 526163***2152 nömrəli karta Səbail rayonu ərazisində 500 manat pul göndərmişdir. Sonuncu dəfə isə o, Turalla telefonla danışanda 3000 manatı Rüfət Rəhimbəyliyə göndərməyini bildirmişdir. O, pulu Rüfətə necə verməyini soruşduqda Tural özünün Lənkəran rayonunda olduğunu pulu Coşquna verməyini və sonuncunun aparıb Rüfətə verəcəyini demişdir. Bundan sonra o, elə həmin günü 3000 manat pulu İmişli rayonundan Bank of Bakuya aid **********507596 nömrəli kartdan Coşquna məxsus **********571673 nömrəli Kapital banka aid kartına göndərmiş və Coşquna pulu aparıb Rüfət Rəhimbəyliyə verməsini bildirmişdir. Sonradan o, bilmişdir ki, Tural Coşqunuda aldatmışdır. Belə ki, Tural Coşquna zəng edərək pulu Rüfətə yox onun kartına göndərməyini bildirmişdir. Həmin vaxtda Coşqun Turaldan 500 manat borca pul istədikdə həmin puldan 500 manatını Tural Coşquna vermiş, yerdə qalan 2500 manat pulu Coşqun Bakı şəhəri Binəqədi rayonu İ.P.Dadaşov küçəsində “Bizim marketdə” ödəmə terminalından Turala göndərmişdir. Sonradan o, Turalın onu aldatdığını bildikdə ondan pulunu istəməyə başlamışdır. O, pulunu istədikdə Tural müxtəlif bəhanələr gətirib pulu qaytarmaqdan yayındığı üçün o, onun barəsində şikayət etmişdir. İbtidai istintaq dövründə Tural Əliyev ona vurduğu ziyanı tam olaraq ödəmişdir. Tural Əliyevə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 və X15 zərərçəkmiş şəxs R.M.Ağamallının ifadəsinə oxşar məzmunda ifadə vermişlər. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir (cild 1, i.v 1). Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X14 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, i.v.100-101). Zərərçəkmiş şəxs X4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş 7800 manat zərər tam olaraq ödənilmişdir. Tural Əliyevə qarşı heç bir şikayəti və tələbi yoxdur (cild 1, i.v.136). Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən istintaq zamanı həbsdə və ev dustaqlığında saxlandığı 5 ay 1 gün cəza müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq üzərinə qəti olaraq 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (cild 1, i.v.138-158). Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X14 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, i.v 165-166). Bakı Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X12 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü əsasında təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası icra olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxs X12 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi öz ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Ona düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Onun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar və əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsaslanmaqla cinayət nəticəsində dəymiş ziyanın tam olaraq ödənilməsini X9 cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə X9 cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə təqsirləndirilən şəxs X9 cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini nəzərə alaraq hesab edir ki, X12 təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X12 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə edilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda qeyd edilənlərlə yanaşı hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən X9 Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə minənədək həbsdə və ev dustaqlığında saxlandığı 5 ay 1 gün cəza müddətinə hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur, mülki iddia verilməmişdir. Həmçinin qeyd edilməlidir ki, müdafiəçi X13 cinayət işi üzrə təqsirləndirilən şəxs X12 cəmi 30 (otuz) saat müddətində hüquqi yardım göstərmiş, o cümlədən məhkəmədə iclaslarda iştirak etmiş, cinayət işinin materialları ilə tanış olmuş və digər hərəkətlərdə onun hüquqlarını müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 192.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X12 təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etməklə T.Ə.Əliyevə qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X9 Lənkəran Rayon Məhkəməsində baxılmış 1(049)-149/2024 nömrəli cinayət işi üzrə həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay 1 (bir) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 10 (on) ay 2 (iki) gün müddət ona təyin edilmiş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası X9 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. X9 azadlığın məhdudlaşdırılması cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icra olunduğu müddət ərzində X9 üzərinə elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində X9 üzərinə yaşayış yerini gecə saat 2200dan səhər saat 0700-dək tərk etməmək vəzifəsi qoyulsun. Cəzanın icra olunduğu müddət ərzində X9 üzərinə yaşadığı Bakı şəhərinin hüdudlarını tərk etməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs X12 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili X8 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı – 180 (yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar