Məhkəmə qərarları › İş №1(001)-144/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-144/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-144/2023 22.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.50 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1980-ci il tarixdə Ucar şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, rəsmi olaraq işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 oktyabr 2013-cü il tarixli, 1(011)-272/2013 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum ettmə cəzasına məhkum edilmiş, 22 aprel 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvan 3 il tarixli qərarına əsasən barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13 noyabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-ci və 221.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vuraraq xuliqanlıq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə səhər saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerələn «Qala» kafesində Zərərçəkmiş şəxs aralarında olan münasibətlərdən irəli gələrək özünə pul verməsini istəyən zaman sonuncunun ona pul verməsindən imtina etməsini cüzi səbəb kimi bəhanə edib əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə içtimai-iaşə obyekti hesab edilən “Qala” kafesinin həyətində orda olan işçi və müştərilərin narahatlıq hissi keçirmələrinə səbəb olmuş hərəkətlər edib mübahisə salmaqla Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb insanlar arasında davranış qaydalarını, bununla ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bununla cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib əlində olan insan həyatı və sağlamlığı üçün real təhlükə yaradan silah qismində istifadə etdiyi əşya ilə vurub zor tətbiq edilməsi ilə müşayiət edilən “sağ gözaltı və almacıq nahiyəsinin yanağın yuxarı yarısını əhatə edən hematoması, sağ göz almasının bayır yarısına total qansızma, sağ almacıq və əng sümükləri kompleksinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ alın-almacıq tikişinin aralanması, sağ maksilyar sinusda hemorragik (qan) yığıntısı, sağ yanağın selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, sol diz sınığı (sol qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişməyən qapalı sınığı) ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3. və 221.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, rəsmi nikahdan 2 övladı var, rəsmi olaraq işləmir, lakin bir müddət olar ki, BDYPİ-də qeyri-rəsmi olaraq sənədləşmə işlərində vətəndaşlara köməklik göstərir.Zərərçəkmiş şəxs X3 təxminən 4 ilə yaxın müddət olar ki, BDYPİ-də onun kimi qeyri-rəsmi olaraq sənədləşmə işlərinə kömək edən şəxs kimi tanımışdır, belə ki, S.Əsgərov əvvəllər həmin baş idarədə qeyri-rəsmi olaraq işləmişdir.Bundan başqa, onlar bir-birinin xeyir və yas mərasimlərində iştirak etmişdirlər.O, hər gün səhər saat 08.00 radələrində işdə olur, həftə üçün saat 16.00 radələrindən sonra evə gəlir və həftə sonu isə saat 13.00 radələrindən sonra işdən çıxır.21 may 2022-ci il tarixdə 12.00 radələrində ona Süleyman Əsəgərovla birlikdə BDYPİ-də işdə olmuş və bundan başqa Süleyman həftə sonlarında Sumqayıt avtomobil satış bazarında olan kredit məntəqlərinin kreditlərin ayrılmasında vasitəçilik etmişdir.Yəni hər hansı müştəri bazardan avtomobil alan zaman yerdə qalan pulu Süleyman həmin kredit ofisləri ilə tanış etməklə özü vasitəçilik edib avtomobilin alınmasını təmin edir və daha sonra həmin avtomobil kredit verən yerin adında qalır və həmin pul aylıq ödənişlər üzrə cədvələ bölünür və həmin gün avtomobilin BDYPİ-də sənədləşmə və.sair digər xərcələri çıxılmışdır.Belə ki, o, bazar günləri Süleyman Əsgərovun yanında olur və ona köməklik edir və hər bazar onu yanında olduğuna görə o ona 100 manat pul əmək haqqı olaraq verilir.Belə ki, Süleymanın ona 50 və ya 60 manat borcu qalmışdır və 21 may 2022-ci il tarixdə saat 12.00 radələrində o, Süleyman ilə işdə olan zaman BDYPİ ilə üzbəüz olan «Qala» kafesinə tərəf getmiş, elə həmin kafenin yanında almaq üçün avtomobillər gətirmişlər ki, kredit ayrılmasına köməklik olunsun.Onlar yol boyunca kafeyə getmiş və kafenin həyətində olan zaman onlar arasında onun ona vermiş olduğu 60 manata görə mübahisə yaranmışdır.Belə ki, onun bazar günü ona verməli olduğu 100 manatın 40 manatını vermişdir və 60 manat qalmışdır və o ondan həmin pulu verməsini tələb etmişdir.Belə ki, o onun bütün xərclərinə köməklik etmiş və hər avtomobil sənədləşməsinə görə ona 20 manat pul vermişdir.Bundan başqa avtomobil olmayan zamanlarda belə o ona 20 manat günlük pul vermiş və ondan başqa daha bir neçə şəxsdə eyni ilə onun kimi BDYPİ-də baxmış və onu onlara vermiş olduğu işlərin sənədləşməsinə köməklik etmişdir.Həmin gün o onun pulunu verməmiş və həmin vaxtı o, Zərərçəkmiş şəxs bir dəfə yumruq ilə sifətinə vurmuş və həmin zərbədən o yerə yıxılmış və yerindən durub birdə yerə yıxılmış, o isə taksi avtomobili ilə həmin ünvandan uzaqlaşmışdır.Həmin vaxtı Süleymana yaxın olan Eldarın orda olub-olmasma diqqət etməmişdir.Həmin vaxtı bundan başqa kafenin arxa tərəfində başqa şəxslər də olmuşdur.Hadisə təxminən təxminən 10 dəqiqə müddətində baş vermişdir.Süleyman Əsgərov hər dəfə ona diqqətli olmuş, onun bütün xərclərini qarşılamış və ona demək olar ki, ona çörək pulu vermişdir.Hətta bazar günləri belə, o, onunla olduğuna görə o ona hər həftə 100 manat pul vermişdir.Onlar arasında hər hansı düşmənçilik və ədavət olmamışdır. Hadisədən hazırkı günə kimi o işə getməmiş və bilmişdir ki, Süleyman onun barəsində 102 xidmətinə şikayət etmiş və onu sonra polis bölməsinə dəvət etmişlər və onun guya onu 5 barmaqla vurmasını bildirmişlər. Hadisədən sonra ona Süleyman təxminən 5 dəfə zəng edərək bildirmişdir ki, bəs onu niyə vurmuşdur və ayağına nə ilə vurmuşdur. O isə cavabında ona bildirmişdir ki, həmin zərbədən yıxılmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, ailəli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və bu yaxınlarda yol qəzasına düşdüyünü və həmin qəza nəticəsində ayağından xəsarət aldığını, hələ də xəsarətlərinin tam sağalmadığını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, o, faktiki olaraq avtomobil alqı-satqısı ilə məşğul olur.Avtomobil alqı-satqısı ilə məşğul olduğuna görə gününün əksər saatlarını BDYPİ-ində sənədləşə işlərində keçirir və sənədləşmə prosedurunda iştirak edir və avtomobillərin texniki şəhadətnamə üzrə satışını təşkil olunmasına köməklik edir.Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, BDYPİ-də tanımışdır.Belə ki, Samir hərdən onun yanına gəlir və hətta Sumqayıt bazarında olan avtomobil bazarında müəyyən işlərin arxasınca onu göndərir və həmin görmüş olduğu işlərin qarşılığında o, Samirə 100 manat pul vermişdir.Onlar arasında hər hansı ədavət və düşmənçilik olmamışdır.21 may 2022-ci il tarixdə 12.00 radələrində o, Təqsirləndirilən şəxslə birlikdə BDYPİ-də işdə olmuş və bundan sonra onlar BDYPİ ilə üzbəüz olan «Qala» kafesinə tərəf getmiş və elə həmin kafenin arxa tərəfində Samirin dayanmasını görmüşdür.Təqsirləndirilən şəxs onu görən kimi ona yaxınlaşıb o hər hansı söz demədən səbəbsiz ünvanına nalayiq söyüşlər söymüş və ona ayıb olmasını və nə səbəbə söyüş etməsini soruşmuşdur.O, isə yenə onun ünvanına söyüşlər etmiş və o ona əhəmiyyət vermədən «Qala» kafesinin arxasında boşluq olan keçid tipli yerlə hərəkət etmişdir ki, bu zaman o telefonu qulağında danışaraq hərəkətdə olmuşdur ki, arxadan nəsə sifətinə dəymiş və o geri dönən zaman Samirin əlində olan təsvir edə bilməyəcəyi dəmir parçası ilə onun sifətindən vurmasını görmüş və o bir qədər huşunu itirib yerə yıxılan zaman o yenə əlində olan dəmir parçası ilə onun ayağına zərbə endirmiş və o yerə yıxılmışdır.Bu zaman o yerdə olan zaman o təkrar olaraq əlində olan dəmir parçası ilə onun ayağının arxasından vurmuşdur.Həmin hadisənin onun əmisi oğlu Eldar gözləri ilə görmüşdür.Artıq o yerdə uzanıqlı vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs həmin ünvanı tərk etmiş və Eldar ona yaxınlaşıb kömək etmiş və onu idarə etdiyi «Tofoto Priyus» markalı avtomobillə «MedEra» Hospitala aparmış və 2 saat xəstəxanda qalmış və onun ayağını gipsə qoymuşlar.Bundan sonra, o bir neçə xəstəxanaya müraciət etmişdir.Hadisə 10-15 dəqiqə müddətində baş vermişdir və o hər kəsin gözü qarşısında onun ünvanına nalayiq söyüşlər söymüşdür. Kafedən isə kimin hadisəni kimin görməsini o bilməmişdir.Hadisə saat 12-də günorta radələrində kafenin arxasında baş vermişdir.Hadisədən sonra Təqsirləndirilən şəxs yaxınları onların evinə gəlmiş və üzürxahlıq etmişdir.Onların ortaq tanışlar olmaqla onlar ondan xahiş etmişlər ki, onun barəsində şikayətçi olmasın və əlində olan dəmir parçası ilə ona xəsarət yetirməsini deməsin, sadəcə onun ona xəsarət yetirməsini desin. Onun ayağının sınığı yıxılmaqla olmaz, Samir ona dəmirlə xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, o, da faktiki olaraq Sumqayıt avtomobil bazarında avtomobil alqı-satqısı işləri ilə məşğul olur.O, avtomobil alqı-satqı işləri ilə məşğul olduğuna görə günün əksər saatlarını BDYPİ-də sənədləşmə işlərində keçirir və sənədləşmə prosedurunda iştirak edir və avtomobillərin texniki şəhadətnamə üzrə satışını təşkil olunmasına köməklik edir. Təqsirləndirilən şəxs təxminən 3 il olar ki, BDYPİ-də tanımışdır, belə ki, Samir hərdən Süleymanın yanına gəlmiş və hətta Sumqayıt bazarında olan avtomobil bazarında müəyyən işlərin arxasınca Süleyman onu göndərmiş və həmin görmüş olduğu işlərin qarşılığında ona pul vermişdir.Onlar arasında hər hansı ədavət və düşməçilik olmamışdır.21 may 2022-ci il tarixdə 12.00 radələrində o Sülemayan ilə BDYPİ-də olmuş və Təqsirləndirilən şəxs də həmçinin BDYPİ-də olmuşdur.Bundan sonra onlar BDYPİ ilə üzbəüz olan «Qala» kefesinə tərəf getmiş və elə həmin kafenin arxa tərəfində Samirin dayanmasını görmüşdür.Bu zaman Samir Süleymana paltarından çıxarmış oduğu dəmir parçası ilə hər hansı söz demədən səbəbsiz olaraq Süleymanın ünvanına nalayiq söyüşlər söyməklə ona ayıb olmasını və nə səbəbə söyüş etməsini xəbər almışdır.Süleyman ona əhəmiyyət verməyən zaman «Qala» kafesinin arxasında boşluq olan keçid tipli yerlə hərəkət etmişdir ki, bu zaman Samir arxadan telefon qulağında danışaraq hərəkət edən Süleymana yaxınlaşıb üzərində olan dəmir parçası ilə onun sifətinə vurmuş və həmin zərbədən Süleyman bir qədər halsız olub yerə yıxılan zaman Samir yenə əlində olan dəmir parçası ilə onun ayağına zərbə ilə vurmuş və həmin zərbənin təsirindən Süleyman yerə yıxılmışdır.Süleyman yerdə olan zaman Samir təkrar olaraq əlində olan dəmir parçası ilə Süleymanın ayağına arxadan vurmuşdur.Həmin hadisə onun gözləri önündə olmuşdur.Artıq Süleyman yerdə uzanıqlı vəziyyətdə olan zaman Təqsirləndirilən şəxs həmin ünvanı tərk etmiş və o Süleymana yaxınlaşıb ona kömək etmişdir.Süleymanın ağız burunu qan içində olmuş və Süleymanın bu vəziyyətini yəqin ki, kafedə olan şəxslər görmüş və hər kəs ətrafa toplaşmış və o tez onun idarə etdiyi «Toyoto Priyus» markalı avtomobillə əyləşdirib «MedEra» Hospitala aparmış və 2 saat xəstəxanda qalmış və Süleymanın ayağı gipsə qoyulmuş və bundan sonra o bir neçə xəstəxanaya müraciət etmişdir.Hadisə 10-15 dəqiqə müddətində baş vermişdir və Samir hər kəsin gözü qarşısında Süleymanm ünvanına nalayiq söyüşlər söymüşdür.Kafedən isə kimin hadisəni dəqiq görməsini o bilməmişdir.Yalnız onu görmüşdür ki, ətrafa çoxlu sadə insanlar toplaşmışdır.Hadisə saat 12-də günorta radələrində kafenin arxa və yan tərəfində baş vermişdir.Hadisədən sonra Təqsirləndirilən şəxs yaxınları Süleymanının evinə gəlmiş, üzürxahlıq etmişdir.Onların ortaq tanışları olmaqla ondan xahiş etmişlər ki, o onun barəsində şikayətçi olmasın və əlində olan dəmir parçası ilə ona xəsarət yetirməsini deməsin, sadəcə ona xəsarət yetirməsini desin.Yıxılma ilə Süleymanın ayağından həmin xəsarəti alması mümkünsüzdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnaməyə və hökmün sürətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2007ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- 221.2.1, 322.2, 221.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 05 mart 2011-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. xx.xx.2013-cii il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə-tibbi ekspetizasının 21 may 2022-ci il tarixli, 1007 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər “sağ gözaltı və almacıq nahiyəsinin yanağın yuxarı yarısını əhatə edən hematoması, sağ göz almasının bayır yarısına total qansızma, sağ almacıq və əng sümükləri kompleksinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ alın-almacıq tikişinin aralanması, sağ maksilyar sinusda hemorragik (qan) yığımtısı, sağ yanağın selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, sol diz sınığı (sol qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişməyən qapalı sınığı) bərk küt əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir.Qərarın təsviri hissəsində göstərilən müddətdə müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə (alətlə) vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əlavə məhkəmə-tibb ekspetizasının 21 may 2022-ci il tarixli, 1007 saylı rəyində 18 noyabr 2022-ci il tarixli, 51/1007 saylı rəyinə əsasən məlum olur ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər “sağ gözaltı və almacıq nahiyəsinin yanağın yuxarı yarısını əhatə edən hematoması, sağ göz almasının bayır yarısına total qansızma, sağ almacıq və əng sümükləri kompleksinin qapalı, qəlpəli yerdəyişmiş sınığı, sağ alın-almacıq tikişinin aralanması, sağ maksilyar sinusda hemorragik (qan) yığmtısı, sağ yanağın selikli qişasının qansızma ilə əhatə olunmuş əzilmiş yarası, sol diz sınığı (sol qamış sümüyünün yuxarı 1/3-nin oynaqdaxili yerdəyişməyən qapalı sınığı) bər küt əşyanın təsirindən törənmişdir qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bərk küt əşya ilə (alətlə) vurma nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərin xarakteri və xüsusiyyətlərinə, lokalizasiyasma, eləcədə müayinə olunanın verdiyi anamnestik məlumatlara əsaslanıb xəsarətlərin yıxılma nəticəsində deyil, kənar şəxs tərəfindən yetirilmiş lokal zərbələr təsirindən törənə bilinmələri barədə fikir söyləmək mümkündür. Həmçinin, iş materiallarında olan qərar və protokola əsasən məlum olur ki, ünvan 3 il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 13 noyabr 2023-cü il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, saxlanılması üçün Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli zərərçəkmiş şəxs X2 ərizəsinə əsasən məlum olur ki, o, Təqsirləndirilən şəxs şikayətçi deyildir, onunla barışmışdır.Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəməyə təqdim edilmiş bütün sənədlərə, ekspert rəylərinə, zərərçəkmiş şəxsin və şahidlərin elan olunmuş ifadələrinə əsasən aydın olur ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin və şahid ifadəsini, dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını və ekspertiza rəylərini nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi onu gözləyən cəzadan yayınmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir.Belə ki, təqsirləndirilən şəxsin CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid ifadəsi, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-nin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu, yəni təqsirini qismən etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, ailəli olmasını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və ağırlaşdıran halların isə olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini, xidməti və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarında göstərilmişdir ki, cinayət qanunun sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsasları göstərilməlidir. Eyni mövqe, Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında da təsbit olunmuşdur.Belə ki, həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır.Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır.Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərək, CM-nin 127.2.3-cü və 221.3-cü maddələrinin sanksiyasına uyğun olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, o cümlədən təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkün sayılmasını əsas götürərək, təqsirləndirilən şəxsin məhz azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsini məqsədə uyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalı, həmçinin törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən halların məcmusu və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınaraq, o cümlədən təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasının mümkün sayılmasını əsas götürərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti təyin edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv edilməlidir. İş üzrə müki iddia, məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq olunsun və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilsin, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti Bakı şəhər Probasiya İdarəsi həyata keçirsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar