Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-145/2024 15.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ********** saylı şəhadətnamə (VEÖN) ilə 17 iyun 2016-cı il tarixdə ilk dəfə, 13 iyul 2022-ci il tarixdə isə həmin baş idarə tərəfindən təkrarən dövlət qeydiyyatına alınaraq **********728499 saylı çıxarış verilmiş, Oba Market” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən “Oba – 7 MKR 6” mağazasında administrator vəzifəsində 01 oktyabr 2021-ci il tarixdən 09 mart 2022-ci il tarixədək olan dövr ərzində, həmin şirkətlə bağlanılmış xx.xx.2021-ci il tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrin, eləcə də xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavənin və vəzifə təlimatının şərtlərinə əsasən, ona şirkət tərəfindən etibar edilmiş anbarın və satış zalının təmiz, nizamli və əskiksiz olmasına nəzarət etmək, poskassa məlumatlarını proqrama işləmək, kassa əməliyyatlarına nəzarət etmək, kassaların təhvil-təslimində iştirak etmək və əməliyyatların doğru aparılmasına nəzarət etmək, mal qəbulu əməliyyatlarını həyata keçirmək, qəbul edilən malların sayını və satışa yararlılığını yoxlamaq, təhlükəsizliyin təmin edilməsi üçün lazimi tədbirlərin tədbirlərin görülməsini təmin etmək, iş gününün sonunda kassa əməliyyatlarını yekunlaşdıraraq pul vəsaitlərinin təhvil-təslim prosesini aparmaq və digər səlahiyyətlərə malik maddi məsul şəxs olmaqla işləyərkən, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını vahid niyyətlə talama məqsədilə, həmin mağazada xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində öhdəliyində olan şirkətə məxsus 48067,44 manat dəyərində ərzaq və qeyri ərzaq məhsullarının 45377,28 manat dəyərində olan hissəsinin satışından əldə olunmuş pulu şirkətə təhvil vermiş, həmin məhsulların 2690,16 manat dəyərində olan hissəsini isə kassaya mədaxil etmədən özünün şəxsi ehtiyaclarına sərf etməklə israf edərək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində qeyd olunan mağazanın seyfindən şirkətə məxsus məhsulların satışından əldə olunmuş pulun 1807,42 manatını da mənimsəyərək, cəmi 4497,58 manat məbləğində ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə, vahid niyyətlə əhatə olunmuş qəsdlə mənimsəyərək və israf etməklə talayaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 4497,58 manat miqdarında maddi ziyan vurmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yanvar ayında Oba marketdən uzaqlaşdırılmış və 1 ay ərzində marketdə olmamışdır. Bu da öz növbəsində marketdə oğurluq da ola bilməsi ehtimalını göstərir. Onu Lamiyə xanım əvəz edib və onun əvəz edildiyi müddətdə mağazada Əfsanə adlı qadın da işləmişdir. Əfsanə xanım başqa filialdan köməkçi kimi gəlmiş, həmin satıcı ərinə mağazadan qəbzsiz mal verərək yeyintiyə yol verdiyi üçün işdən kənarlaşdırılmışdır. Ola bilsin ki, çatışmazlığın böyük bir hissəsinə həmin qadın səbəb olmuşdur. O, mənimsəmə edərək mağazaya ümumilikdə 2000 manat məbləğində ziyan vurmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2022-ci ilin yanvar və fevral aylarında işdə olmamışdır. Götürdüyü pulu isə atasının müalicəsi ilə bağlı xərcləmişdir. Daha sonra keçirilmiş məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 179.2.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini, trətdiyi cinayət əməlindən peşman olduğunu, "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən “Oba – 7 MKR 6” mağazasında administrator vəzifəsində işlədiyi dövrdə ərzaq və qeyri-ərzaq mallarından 2690,16 manat, kassa kəsiri olan pullardan isə 1807,42 manat mənimsəm edərək ümumilikdə 4497,58 manat mağazaya maddi ziyan vurduğunu, lakin hazırda baş vermiş cinayət hadisəsi nəticəsində vurulmuş ziyanı "xxxx" MMC-nə tamamilə ödədiyini, bununla yanaşı həmin maddi ziyanın iyirmi beş faizini dövlət nəfinə ödədiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını qeyd edib, məhkəmədən cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında yerləşən “Oba – 7 MKR 6” mağazasında 01 fevral 2022-ci il tarixdə aparılmış xidməti yoxlama zamanı mağazanın seyfində pul əksikliyinin olması müəyyən edilmişdir. Yoxlama zamanı məsələ ilə bağlı izahatı alınan Təqsirləndirilən şəxs bildirmişdir ki, o, problemləri olduğu üçün 2022-ci ilin yanvar ayı ərzində mağazanın seyfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 1700 manat pul götürmüşdür. Lakin audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin seyfdən 1807,42 manat pul götürmüşdür. Bundan başqa, 09 mart 2022-ci il tarixdə Cəmiyyət tərəfindən ünvan 2 ünvanında yerləşən “Oba – 7 MKR 6” mağazasında administrator vəzifəsində işləyən Təqsirləndirilən şəxs iştirakı ilə həmin tarixə siyahıya alınmış mal-material qiymətlilərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmışdır. Üzləşdirmə (inventarizasiya) nəticəsində məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə xx.xx.2022-ci il tarixədək qeyd olunan mağazada Təqsirləndirilən şəxs hesabı üzrə 48067,44 manat sistem üzrə qalıq, 45377,28 manat faktiki malların dəyəri və çatışmazlıq 2690,16 manat təşkil edir. Maddi məsul şəxs Təqsirləndirilən şəxs inventarizasiyasının aparılmasında iştirak etmiş, lakin araşdırmanın nəticələri ilə tanış olmamış və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan, eləcə də 2690,16 manat məbləğində əksikgəlmənin yaranma səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Bundan sonra Cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması üçün sərbəst audit təyin olunmuş və audit tərəfindən Təqsirləndirilən şəxs Cəmiyyətin ümumilikdə 4497,58 manat məbləğində əmlakını mənimsəməsi təsdiq olunmuşdur. Həmin mağazada digər işçilər tərəfindən mənimsəmə hallarına yol verilməmişdir. Onun bir ay işləyib-işləməməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tamamilə ödənilmiş, hazırda ona qarşı heç bir şikayət və tələb olmadığından aralarında barışıq olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, mağazada olduğu müddətdə mağaza müdirinin yeyinti etdiyini görməmişdir. Mağazada sadəcə bir yeyinti olmasından məlumatı olmuş, o da işçi tərəfindən baş vermişdir. Başqa oğurluq və yeyinti halı görməmişdir. Sadəcə 1 dəfə Əfsanə xanım tərəfindən olan oğurluq ona məlum olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, mağazad satıcı-kassir işləmişdir. İşlədiyi mağazanın kassasında əksik gələn pul olmamışdır. İşçi olduğu üçün tam məlumatı yoxdur. Cəlalın olduğu müddətdə oğurluq olmuş, lakin onun həmin vaxt işdə olub-olmadığını xatırlamamışdır. Əfsanə xanımın yoldaşı ilə birlikdə qida məhsullarını oğurlamasından məlumatı vardır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, sayım şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Əməkdaşlar tərəfindən təhvil-təslim keçirilmiş və sayımın nəticələrinə dair “sayılan miqdar aktı” və “yekun inventarizasiya aktı” adda iki növ sənəd tərtib olunaraq hər iki sənəd cari ayın bağlanışına qədər tərtib olunur. Sayım zamanı isə dərhal İltizamnamə” adlı sənəd tərtib olunur və orada təhvil alan, təhvil verənin qeydləri öz əksini tapır. Həmin sayımda iştirak edən Cəlal Abbasov sayıma heç bir etirazının olmadığını, fərq verən məhsullarla (əksik və ya artıq) tanış olduğunu, sayımın qaydalara uyğun aparıldığını bildirmişdir. Yuxarıda qeyd edilən “Akt”lar hazır olduqdan sonra isə Təqsirləndirilən şəxs aktını imzalaması üçün çağırış göndərilsə də, Təqsirləndirilən şəxs çağırışa gəlməmişdir. Bundan sonra Cəmiyyət tərəfindən Təqsirləndirilən şəxs fəaliyyətinin yoxlanılması üçün sərbəst audit təyin olunmuş və audit tərəfindən Təqsirləndirilən şəxs Cəmiyyətin ümumilikdə 4497,58 manat məbləğində əmlakını mənimsəməsi təsdiq olunmuşdur. Təhvil alan və təhvil verənin hər ikisinin yanında iltizamda qeydlər aparılır, biri təhvil aldığını, digəri də təhvil verdiyini qeyd edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımamışdır. Mağazanı şöbə əməkdaşlarından biri ziyarət etmiş və bu zaman Təqsirləndirilən şəxsn tərəfindən mənimsəmə faktı aşkar edilmişdir. Bunun üçün Təqsirləndirilən şəxs izahatı alınara sənədləşdirilmiş və rəhbərliyə məruzə edilib. Sırf pul kəsiyi ilə bağlı xidmətləri olmuş, əlavə ticari kəsimlərlə bağlı isə sayım zamanı digər kəsrin olması aşkar edilmişdir. əvvəlcədən onlarda məlumat olmamış, mənimsəmə halı mağaza tərəfindən aşkar edildikdən sonra onlara məlumat verilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, mağazanı onun tərəfindən yoxlanılmış və yoxlama zamanı pulun seyfdən göötürülməsi aşkar edilmişdir. Sistem üzərindən yoxlama aparıb əksiklik olduğunu aşkar etmişlər. Həmin vaxt mağazada administrator olmamış, daha sonra Təqsirləndirilən şəxs gəlib ehtiyacı olduğundan pul götürdüyünü bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid9 Cəbayıl qızı ifadəsində göstərmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən “Oba – 7 MKR 6” mağazasında 2021-ci ilin sonlarından 2022-ci ilin aprel ayına qədər baş satıcı vəzifəsində işləmiş, orada işə başlayanda mağazanın administratoru Təqsirləndirilən şəxs olmuş, 2022-ci ilin fevral ayının əvvəllərində Cəmiyyətdən nümayəndələr mağazaya gəlmiş və həmin gün təftiş aparıldıqdan sonra Təqsirləndirilən şəxs həmin mağazadan uzaqlaşdırılmışdır. Onlara həmin vaxt bildirilmişdir ki, Təqsirləndirilən şəxs mağazada yeyintiyə yol verdiyi üçün işdən uzaqlaşdırılmış, lakin yeyintinin məbləği barədə onlara dəqiq bir söz deyilməmişdir. Həmin gündən mağazanın idarəsi müvəqqəti olaraq qeyri rəsmi olaraq baş satıcı olaraq bölgə müdirinin dəstəyi ilə ona həvalə edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, inventarizasiya nəticəsində sistəmdə olan qalıqları görmüşlər. Qalıqlar inventarizasiya aktına mütəxəsislər tərəfindən əlavə olunur və onlar tərəfdən də imza olunur. İnventarizasiya komissiyası vardır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2022-ci ildə fevral ayında mağazada yoxlama keçirilmiş və seyfdə ilkin 1700 manatın əksik olması aşkar edilmişdir. Məsul şəxslə danışıq zamanı ehtiyacı olduğu üçün götürüldüyünü bildirilmişdir. Daha sonra mağazada inventarizasiya prosesi keçirilmiş və çatışmazlığın 2690,16 manat təşkil etdiyi aşkar edilmişdir. Məsələ ilə bağlı kənar audit rəyi alınmış, ümumilikdə 4497,58 manat məbləğində əmlakın mənimsənməsi təsdiq olunmuşdur. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid5 və Şahid6 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilməklə ibtidai istintaq zamanı verdiyi ifadələr elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işi başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 179.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 257 nömrəli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs 17 may 2021-ci il tarixdə "xxxx" MMC-də satış şöbəsinə satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. Tam maddi məsuliyyət haqqında xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs öz təqsirli hərəkətləri nəticəsində işəgötürənə vurulmuş ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. Satıcı-kassirin vəzifə təlimatından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs administratorun vəzifə məsuliyyəti ilə tanış edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 281 nömrəli çıxarışından, əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və ərizədən, o cümlədən əmək müqaviləsinə əlavə adlı sənəddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli, 281 saylı əmrlə qeyd olunan tarixdən administrator vəzifəsinə keçirilmişdir. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2022-ci il tarixli, 381 nömrəli yekun aktdan görünür ki, "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən “Oba-7 MKR 6” mağazasında administrator Təqsirləndirilən şəxs hesabında 2690,16 manat mal əksikliyi aşkar edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, Təqsirləndirilən şəxs administrator vəzifəsində işlədiyi "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən “Oba- 7 MKR 6” mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş sayımın nəticələrinə dair tərtib olunmuş inventarizasiyanın nəticələrini imzalamaqdan imtina etmişdir. "xxxx" MMC-nin inventarizasiya komissiyasının xx.xx.2022-ci il tarixli İltizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs administrator vəzifəsində işlədiyi "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən “Oba-7 MKR 6” mağazasında xx.xx.2022-ci il tarixdə keçirilmiş sayımda tam iştirak etdiyini, sayımın qaydalara uyğun keçirildiyini, sonda sayılan miqdarların yoxlanıldığını, fərq verən məhsullarla tanış olduğunu və sayıma heç bir etirazının olmadığını bildirmişdir. "xxxx" MMC-nin inventarizasiya komissiyasının xx.xx.2022-ci il tarixli İltizamnaməsindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən “Oba-7 MKR 6” mağazasını təhvil alarkən xx.xx.2021-ci il tarixdə keçirilmiş sayımda tam iştirak etdiyini, sayımda sayılan miqdarların sonda qarşılaşdırma ilə yoxlandığını, artıq olan mallar ilə tanış olduğunu, sayılan miqdarların düzgünlüyünü imzası ilə təsdiq etdiyini bildirmişdir. “Xidməti Məlumat”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən “Oba-7 MKR 6” mağazasında yoxlama aparılan zaman həmin ilin yanvar ayı ərzində mağazanın seyfindən 1700 manat pul götürərək xərclədiyini bildirmişdir. Azərbaycan Respublikasının Auditorlar Palatasının 25 avqust 2022-ci il tarixli, SA 281 saylı icazəsi ilə fəaliyyət göstərən sərbəst auditor X4 tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli audit hesabatından görünür ki, audit yoxlaması nəticəsində "xxxx" MMCnin ünvan 2 ünvanında yerləşən “Oba-7 MKR 6” mağazasında administrator vəzifəsində çalışmış Təqsirləndirilən şəxs öhdəliyində olan ərzaq və qeyri ərzaq mallarından 2690,16 manat və kassa kəsiri olan pul vəsaitindən 1807,42 manat dəyərində ziyan vurmuşdur. Ümumilikdə 4497,58 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4649 nömrəli məhkəmə-mühasibatlıq ekspertizası rəyindən görünür ki, iş materiallarında olan inventarizasiya aktı, “kassa təslim raportları”, kassanın Z hesabatları və pul vəsaitinin inkassasiya barədə aktları tədqiq edərək xx.xx.2021-xx.xx.2022-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs hesabı üzrə qeyd olunan aralıqda sistem üzrə qalıq 48067,44 manat, faktiki malların qalıq dəyəri 45377,28 manat, çatışmazlıq 2690,16 manat təşkil edir. Bundan başqa, xx.xx.2022-ci il tarixlərində kassa əskik gəlmələrinə görə 1807,42 manat məbləğində pul çatışmazlığı müəyyən olunur. Şübhəli şəxin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilərək tutulması qərara alınmışdır. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 noyabr 2023-cü il tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Binəqədi RPİ-nin MSY-dən azad edilmişdir. AZ-İV 773266 nmrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X2 adlı bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin xx.xx.2023-cü il tarixli, 2-2/310/3-011109/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Vahid məlumat axtarış sistemində məhkumluqları barədə ilkin əməliyyat məlumatları müəyyən edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-də satıcı-kassir vəzifəsinə qəbul edilmiş, onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi müddətinin bitməsi əsası ilə xitam verilmiş, onun tərəfindən hər hansı mənimsəmə halına yol verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(001)-145/2024 nömrəli qərarından görünür ki, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC mülki iddiaçı qismində, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs mülki iddaçının nümayəndəsi qismində tanınaraq onlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınaraq ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 93cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyan tamamilə ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslə barışmışlar və ona qarşı heç bir şikayət və tələbləri yoxdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə cinayət hadisəsi nəticəsində vurulmuş maddi ziyanın 25%-i olaraq ümumilikdə 1127 (min yüz iyirmi yeddi) məbləğində pul keçirilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətə vurulmuş maddi ziyan tamamilə ödənldiyindən vermiş olduqları mülki iddiadan imtina edirlər. Ona görə də, məhkəmədən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, "xxxx" MMC-nə vurulmuş maddi ziyan tamamilə ödənilərək həmin ziyanın iyirmi beş faizi dövlət nəfinə köçürülmüşdür. İş üzrə ondan heç bir şikayət və tələb yoxdur, zərərçəkmiş hüquqi şəxslə aralarında barışıq əldə edilmişdir. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 179.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs CM-in 179.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə vurulmuş 4497.58 (dörd min dörd yüz doxsan yeddi manat əlli səkkiz qəpik) manat məbləğində maddi ziyan ona tam şəkildə ödənilmiş və zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Habelə cinayət işi üzrə vurulmuş 4497.58 (dörd min dörd yüz doxsan yeddi manat əlli səkkiz qəpik) manat maddi ziyanın 25%-ni (iyirmi beş faizini), yəni 1127 (min yüz iyirmi yeddi) məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə, hesab edir ki, CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. CPM-in 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Məhkəmə, iş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs mülki iddiadan imtina etməsi barədə müraciətini nəzərə alaraq, tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməsini məqsədə müvafiq hesab edir. CPM-in 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. CPM-in 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə cəmi 40 (qırx) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 197-198, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş ümumilikdə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. İş üzrə mülki iddiaçı qismində tanınmış zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 40 (qırx) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 (iki yüz qırx) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №1(001)-145/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-145/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver