Məhkəmə qərarları › İş №1(001)-146/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-146/2020

02.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-146/2020 02.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsin müdafiəçisi - Bakı şəhəri “Hümbətov və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində fərdi tikilmiş evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka adlanan yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,635 qram olan kustar üsülla hazırlanmış narkotik vasitə olan heroini və 01 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümdə, təmiz çəkisi 0,207 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Sahil” adlı kafenin qarşısına daşımış, xx xxxxxx 2019-cu il tarixdə saat 19:10-da Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Sahil” adlı kafenin qarşısında «Vaz-21905» minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə keçirilən baxış zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,635 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 01 ədəd siqaretin şəffaf sellofanına bükülmüş, təmiz çəkisi 0,207 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, hazırda heç bir yerdə işləmir. Təxminən 6-7 aydır ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2019-cu il tarixdə təxminən saat 12 radələrində “Şamaxinka” kimi adlanan ərazidə olarkən tanımadığı şəxs ona yaxınlaşaraq söhbət etməyə başlamışdır. Söhbət zamanı həmin tanımadığı şəxs ona narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuşdur. O da həmin şəxsə narkotik vasitədən istifadə etdiyini demişdir. Bundan sonra həmin şəxs üzərində narkotik vasitə olan heroin və marixuana olduğunu və həmin maddələri 30 manata satdığını bildirmişdir. O, narkotik vasitələrdən istifadə etdiyinə görə o, həmin şəxsdə olan narkotik vasitələri almaq qərarına gəlmişdir. Buna görə də o, həmin şəxsə 30 manat pul vermiş və həmin şəxs də ona 01 ədəd siqaretin şəffaf sellofanına bükülmüş bükümü və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü vermişdir. Bundan sonra həmin şəxs çıxıb getmiş və o, bükümləri əynindəki şalvarın cibinə qoyaraq Xocəsən qəsəbəsinə yola düşmüşdür. Sonra o, aldığı narkotik vasitələrin hər birindən müəyyən qədər istifadə etmiş və qalanını isə münasib vaxtda istifadə etmək üçün cibində saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 18:10 radələrində o, Qobu qəsəbəsinə getmək üçün evdən çıxaraq yol kənarına gəlmişdir. O, yol kənarında dayanarkən aralıdan üzərində taksi trafareti olan «Vaz-21905» minik markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobil gəldiyini görüb avtomobilə əl etmiş və həmin avtomobil sürücüsü avtomobilini onun işarəsi ilə saxlamışdır. Həmin avtomobil dayandıqdan sonra o, həmin avtomobildə Sulu-Təpə qəsəbə sakini, əvvəllər tanıdığı Sənan adlı şəxsin sərnişin kimi olduğunu görmüşdür. Sənan ona hara getdiyini soruşarkən o, Sənana Qobu qəsəbəsinə getdiyini bildirmişdir. Sənan isə ona şəhərə getdiyini və onu Qobu qəsəbəsinə apardıqdan sonra şəhərə gedə biləcəyini bildirmiş və ona avtomobilə oturmağı təklif etmişdir. O, həmin avtomobilə oturduqdan sonra onlar onun istəyi ilə Qobu qəsəbəsinə getmişlər. Qobu qəsəbəsində o, işini gördükdən sonra onlar yenidən avtomobillə Xocəsən qəsəbəsi istiqamətində hərəkətə başlamışlar. Saat təxminən 19:10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Sahil” adlı kafenin qarşısından keçərkən o, mağazadan su almaq isdəyi üçün sürücüdən avtomobili saxlamağı xahiş etmişdir. Sürücü də onun xahişi ilə avtomobili “Sahil” adlı kafenin qarşısında saxlamışdır. O, avtomobildən düşmək istəyərkən mülki formada olan 4 nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. O və Sənan özlərini təqdim etdikdən sonra polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz istifadəsində şübhəli olduqlarını bildirib onları üzərlərinə baxış keçirilməsi üçün birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getməyi təklif etmişlər. O və Sənan polis əməkdaşlarının bu təklifi ilə razılaşdıqdan sonra birlikdə Binəqədi RPİ-nin 40-cı PB-nə getmişlər. Polis Bölməsinə gəldikdən sonra o, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının və ona təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində qanunla saxlanması, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və maddə varsa, çıxarıb təqdim etməyini bildirmişlər. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş bükümü və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin vaxt polis əməkdaşları ondan həmin maddələrin içərisində nə olduğunu və haradan aldığını soruşan zaman o, polis əməkdaşlarına siqaretin şəffaf sellofanına bükülmüş bükümün içərisində olan maddənin qurudulmuş marixuana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmçinin o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş heroin və marixuananı özü istifadəsi üçün iki gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə “Şamaxinka” adlanan yerdə tanımadığı şəxsdən 30 manata alıb istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən ƏlŞahid2 xx xxxxxx 2019-cu il tarixdə Zaur və Sənan adlı şəxslərin mütəmadi olaraq narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımaları barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və buna görə də ondan və Binəqədi RPİ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid4, Şahid3, həmin bölmənin sahə inspektoru Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Hacı, Namiq və Anar birlikdə məlumat əsasında xx xxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Sahil” adlı kafenin qarşısına gedərək orada əməliyyat mövqeyi seçmişlər. xx xxxxxx 2019-cu il tarixdən saat 19:10 radələrində onlar “Sahil” kafesinin qarşısında dayanmış “Vaz-21905” markalı, **-MZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zaur və Sənan adlı şəxslərin əlamətləri ilə üst-üstə düşən şəxslərin orada olmasını görüb həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Zaur və Sənana üzərlərində narkotik vasitələr olması barədə məlumat aldıqlarını bildirib baxış keçirilməsi üçün onları Binəqədi rayon polis idarəsinin 40-cı PB-nə dəvət etmişlər. Zaur və Sənan heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə getmişdir. Bölmədə üzərlərinə baxış keçiriləcək şəxslərin şəxsiyyəti müəyyən edildikdə həmin şəxslərin ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində fərdi tikilmiş evdə yaşayan Təqsirləndirilən şəxs və Binəqədi rayonu, Xocəsən qəsəbəsi, F.Ağazadə küçəsi, ev 12 ünvanında qeydiyyatda olan və yaşayan Şahid1 olması müəyyən olunmuşdur. Bundan sonra ilk öncə Zaur bölmədə xidməti iş otaqlarının birinə dəvət edilmişdir. Həmin otaqda onlardan başqa Binəqədi RPİ-nin 40-ci PB-nin təhqiqatçısı, polis kapitanı Murad Mustafayev, Binqəqədi RPİ-nin ekpert-kriminalisti Altay Kərimov və 11 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 da olmuşdur. Murad Musatafayev baxış keçrilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirib xx.xx.2019-cu il tarixdə saat 20:05-dən etibarən şübhəli kimi gətirilən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməyə başlandığını elan etmiş və baxışda iştirak edən hər kəs özü haqqında məlumat verdikdən sonra Murad Mustafayev Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini bildirmişdir. Zaur da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin şəffaf sellofanına bükülmüş bükümü və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Zaurdan həmin bükümlərin içərisində nə olduğunu soruşduqda Zaur siqaretin şəffaf sellofanına bükülmüş bükümün içərisində olan maddənin qurudulmuş marixuana və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində isə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün iki gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə “Şamaxinka” adlanan yerdə tanımadığı şəxsdən 30 manata alıb istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Sonra Zaurun üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra baxış iştirakçılarının iştirakları ilə Zaurun üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və onun tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid5, Şahid4 və Şahid3 Şahniyar oğlunun ifadələrindən məlum olur ki, onlar C.Ələkbərovun göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29099 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ (imza) Abbasov...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 0,635 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli, 29099 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 91 (doxsan bir) manat 76 (yetmiş altı) qəpik təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29101 nömrəli məhkəmə bioliji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş zərfdə bir ədəd sellofan bükülüdə tütün hissəcikləri və təmiz çəkisi 0,207 qram bitki hissəcikləri narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx xxxxxx 2019-cu il tarixli, 29101 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 89,0 (səksən doqquz) manat təşkil etmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddədə nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır. İş materiallarında olan “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X2 vəsatətinin təmin edilməməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi və Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və s. qərara alınmışdır. İş materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,635 qram olmuş narkotik vasitə olan heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,207 qram olan marixuana sübut əhəmiyyəti kəsb etdiyindən, cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 0,585 qram çəkidə narkotik vasitə olan heroinin və qalıq qalmış 0,177 qram çəkidə marixuananın məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli tələbnamədən görünür ki, xx xxxxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx xxxxxx 2019-cu il tarixli, 3000 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs tiryək alokoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki narkotik vasitə olan marixuananın təmiz çəkisi 0,207 qram və 01 ədəd bükümdəki narkotik vasitə olan heroinin təmiz çəkisinin 0,635 qram hesab edilməsi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,635 qram narkotik vasitə olan heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,207 qram olan marixuana sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinə əlavə edilməklə maddi sübut kimi tanınması və qalıq qalmış 0,585 qram çəkidə narkotik vasitə olan heroin və qalıq qalmış 0,177 qram çəkidə olan marixuana məsul saxlanış üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən sübut kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, və s. qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxs və şahid ifadələri ilə, DVD markalı diskə və maddi sübuta keçirilmiş video baxışla və iş üzrə maddi sübutla Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini, marixuananı və çətənə(kannabis) bitkisinin toxumlarını əldə edib saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və onun ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamında qeyd olunmuşdur ki, 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini və eyni zamanda yüngülləşdirici halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Gəncə şəhəri İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 180 (yüz səksən) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,585 qram çəkidə narkotik vasitə olan heroin və 0,177 qram çəkidə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, iş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir və üzərinə həbs qoyulması təklif olunan əmlak yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər həbsdə saxlandığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (ay) 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhəri ərazi hüdudlarını tərk etməmək, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat etməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 180 (yüz səksən) manat 76 (yetmiş altı) qəpik Təqsirləndirilən şəxs tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir–hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi 0,585 qram çəkidə narkotik vasitə olan heroin və 0,177 qram çəkidə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan) 20 gün müddətinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar