Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-146/2024 12.06.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 13:10 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin(mülki iddiaçı) nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü il tarixdə İmişli rayonu, Məmmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış,İmişli rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla Goranboy rayonu, Qara Süleymanlı kəndində yaşamış, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmiş,xx.xx.2024-cü il tarixdə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasında saxlanılması üçün təhvil verilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmə məqsədi ilə 11 may 2023-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən avtomobil təmir sexinin qarşısında dayanmış Şahid1 idarə etdiyi 20 dekabr 2022-ci il tarixli, 1032 N-li daxili lizinq müqaviləsi əsasında «X9» MMC-dən götürülmüş, lizinq obyekti olan «Chevrolet Cruze» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını təmir sexinin yanındakı marketdən götürüb, avtomobilin mühərrikini işə salıb həmin avtomobili talama məqsədi olmadan ələ keçirib həmin yerdən uzaqlaşmaqla Bakı şəhəri, Binəqədi-Xırdalan yolunun Binəqədi rayonu ərazisində avtomobili idarə edərkən həmin tarixdə, saat 01:30 radələrində yol kənarındakı səkiyə vurub yol nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərçəkmiş hüquqi şəxs «X9>> MMCyə 6 495 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla avtomobili qaçırmışdır. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən avtoyumada işləyirmiş.Həmin vaxtlarda Şahid1 «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini hərdən bir işlədiyi avtoyumaya gətirib ona yuduzdururmuş.Şahid1 avtomobilini onun yumaları nəticəsində aralarında tanışlıq münasibətləri yaranmışdır. 10 may 2023-cü il tarixdə, gecə saatlarında spirtli içki olan pivə içərək sərxoş olmuşdur. Sonra 11 may 2023cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Elektrik-Kantakt-Dəmirçi” adlı təmir sexinin qabağına gəlmişdir.Şahid1 avtomobilini həmin təmir sexinin qabağında dayandırılmış vəziyyətdə görüb sexə bitişik olan “Market 059” adlı marketin içərisinə girmişdir.Şahid1 gördükdə, həmin şəxsdən “X7» markalı,**-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakıxanov qəsəbəsinə sürmək üçün istədikdə, Şahid1 ona avtomobilini Bakıxanov qəsəbəsinə sürmək üçün verə bilməyəcəyini bildirmişdir.Həmin vaxt israr etdikdə, Şahid1 yol polisinin avtomobilini idarə edərkən onu saxlaya biləcəyini bildirmişdir.Ancaq yenə də israr edərək DTX-də xalasının ərinin işlədiyini, avtomobilini idarə edərkən polisin onu saxlaması halında xalasının ərinə zəng edəcəyini bildirdikdə, Şahid1 yenə də avtomobilini ona idarə etməyi üçün verə bilməyəcəyini bildirmişdir.Həmin Şahid2 Şahid1 həmin marketin içərisindəki lambirinlə əvvəllər ayrılmış digər kiçik qapısız otağa keçməyini bildirmişdir.Şahid1 də əlində olan «Chevro!et Cruze Minik» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını vitrin şəkilli olan soyuducunun üstünə qoyub həmin kiçik otağa keçmişdir.Şahid1 kiçik otağa keçərkən vitrin şəkilli olan soyuducunun yanındakı sular üçün nəzərdə tutulmuş soyuducudan slavyanka suyu götürmüşdür.Ödənişini Şahid2 ödədikdən sonra o, da makretin içində olan kiçik otağa keçərkən vitrin şəkilli olan soyuducunun üzərindəki «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını gizli şəkildə götürüb avtomobili sürmək qərarına gəlmişdir.Şahid1 ilə Şahid2 onu görmədiklərinə əmin olduqdan sonra vitrin şəkilli olan soyuducunun üzərindəki açarı götürüb marketdən bayıra çıxaraq “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır.Açarla qapısını açıb içərisinə əyləşdikdən sonra avtomobili işə salıb sexin qabağından Binəqədi şosesi ilə hərəkət etməyə başlamışdır.Həmin yerdən idarə edərək avtomobili sürüb Bakı şəhər Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mərkəz adlanan yerə gətirmişdir.Həmin yerdə avtomobili dayandırdıqdan sonra içərisindən çıxıb orada olan kafedə yenə də pivə içmişdir.Sonra Şahid1 avtomobilini axtaracağını düşünüb yiyəsinə qaytarmaq məqsədi ilə kafedən çıxaraq yenidən “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir.Avtomobili idarə edərək Bakı şəhəri, Binəqədi-Xırdalan yolunun Binəqədi rayonu ərazisini keçən hissəsi ilə hərəkət edərkən saat 01.40 radələrində birdən yolun ortasında mişar daşının olduğunu görmüşdür.Dərhal avtomobilin əyləcini sıxsa da, yolun hərəkət hissəsində olan mişar daşı ilə ara məsafəsi yaxın olduğundan mişar daşının üzərindən keçdikdə, “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etməni itirərək “SOCAR” şirkətinə məxsus olduğu ərazinin daş hasarına çırpılmışdır. Çırpılma nəticəsində avtomobil maneəyə dəyib dayandığı üçün içərisindən bayıra çıxdıqda, “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin “SOCAR” şirkətinə məxsus olduğu ərazinin daş hasarına çırpılmaqla gəldiyi istiqamətin əksinə dayandığını, avtomobilin qabaq, sağ ön yanının yararsız hala düşdüyünü görmüşdür.Həmin hadisə zamanı xəsarət almasa da, Şahid1 avtomobili ilə qəza törətməyi ilə bağlı məlumat vermək qərarına gəlmişdir. (070) ***-**-** nömrəli mobil telefonu ilə Şahid1 zəng edərək onun avtomobili ilə qəza törətdiyini bildirmişdir.Şahid1 onun onunla zarafat etdiyini desə də, zarafat etmədiyini bildirmişdir. Həmin vaxt Şahid1 ondan harada olduğunu soruşduqda, Şahid1 olduğu yeri bildirmişdir.Şahid1 onunla telefon əlaqəsini kəsdikdən bir qədər sonra hadisə yerinə gəlmişdir.Hadisə yerinə, avtomobilinə baxış keçirdikdən sonra Şahid1 avtomobilini necə daş hasara çırpdığını ondan soruşduqda, avtomobilini qaçırdıqdan sonra qəzanın baş verdiyi yolda sürətlə hərəkət etdiyini, yolda olan mişar daşını görmədiyi üçün avtomobili mişar daşına vurub idarə etməni itirməklə “SOCAR” şirkətinə məxsus olduğu ərazidəki daş hasara çırpdığını bildirmişdir.Bundan sonra Şahid1 Azərbaycan Respublikasının DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir.Bir qədər keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişdirlər.Polis əməkdaşları müvafiq sənədləşmə apararkən Şahid1 sığorta ala bilməsi üçün qaranlı hava şəraitində hadisə yerindən qaçaraq “SOCAR” şirkətinə məxsus olduğu ərazinə daxil olmaqla hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini və mülki iddianın isə qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin (mülki iddiaçı) nümayəndəsi Nümayəndə bildirmişdir ki, hal-hazırda “X9” MMC-yə vəkalətli nümayəndəsidir.2022-ci ilin dekabr ayında vətəndaş Şahid1 özünə avtomobil almaq üçün “X9” MMC-yə müraciət edərək müvafiq müqavilələr bağlamışdır.Belə ki, həmin vaxt internetdə “turbo.az” saytında 14 500 manata satılan «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili sahibi Əlövsət İmanovdan almaq qərarına gəlmişdir. Əlövsət İmanova 6 200 manat məbləğində pul ödədikdən sonra qalıq məbləğ kimi 8300 manat məbləğində pulun həmin şəxsə “X9” MMC tərəfindən ödəniləcəyinə razılaşmışlar.Beləliklə 20 dekabr 2022-ci il tarixdə “X9” MMC Əlövsət İmanovdan 14 500 manata alıb Şahid1 ilə daxili lizinq müqaviləsi imzalamışdır. Həmin müqavilənin şərtlərinə görə “X9” MMC-nin Şahid1 lizinqə vermiş olduğu «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin aylıq ödənişlərini tam ödəyib qurtardıqdan sonra həmin avtomobil Şahid1 mülkiyyətinə keçir. Həmin vaxtdan «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid1 istifadəsində olmuşdur. Lakin sonradan Şahid1 məlum olmuş ki, onun idarə etdiyi «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında qaçırmış və avtomobili qaçırdıqdan sonra yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onun cəzalanmasını və məhkəməyə təqdim etdiyi mülki iddianın isə tam təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 2022-ci ilin dekabr ayında taksi fəaliyyəti ilə məşğul olmaq üçün özünə avtomobil almaq qərarına gəlmişdir.Həmin vaxt internetdə “turbo.az” saytında 14 500 manata satılan “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyəndikdən sonra almaq qərarına gəldiyi üçün sahibi Əlövsət İmanovla əlaqə saxlayıb görüşmüşdür.Əlövsət İmanova onda 6 200 manat məbləğində pul olduğu üçün 8 300 manat məbləğində pulun həmin şəxsə “X9” MMC tərəfindən ödəniləcəyini bildirmişdir.Beləliklə, 20 dekabr 2022-ci il tarixdə “X9” MMC Əlövsət İmanovdan 14 500 manata alıb onunla daxili lizinq müqaviləsi imzalamışdır.Həmin müqavilənin şərtlərinə görə “X9” MMC-nin ona lizinqə vermiş olduğu «X7» markalı, 77-AJ- 826 dövlət qeydiyyat nişanlı avtomobilin aylıq ödənişlərini tam ödəyib qurtardıqdan sonra həmin avtomobil onun mülkiyyətinə keçir.20 dekabr 2022- ci il tarixdən taksi fəaliyyəti ilə məşğul olmaq üçün lizinqə götürdüyü «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə başlamışdır. Həmin vaxtlardan avtomobilini hərdən bir Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən Təqsirləndirilən şəxs işlədiyi avtoyumaya gətirib yuduzdururmuş. Avtomobilini Təqsirləndirilən şəxs yumaları nəticəsində aralarında tanışlıq münasibətləri yaranmışdır.Buna baxmayaraq heç vaxt Təqsirləndirilən şəxs avtomobilini hətta istədiyi vaxtlarda belə idarə etməyi üçün icazə verməmiş, Təqsirləndirilən şəxs onun avtomobilini idarə etməmişdir.11 may 2023-cü il tarixdə, saat 00.30 radələrində əynində idman geyimi olmaqla idarə etdiyi “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə əvvəllər yaşamış olduğu məhəlləyə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Elektrik- Kantakt-Dəmirçi" adlı təmir sexinin qabağına gəlmişdir.Avtomobilini həmin təmir sexinin qabağında dayandırdıqdan sonra içərisində çıxıb qapılarını kilidləmişdir. Sexə bitişik oian “Market 059” adlı marketin içərisinə girib orada dostu Şahid2 ilə görüşməklə söhbət etməyə başlamışdır.Həmin vaxtdan 5-10 dəqiqə sonra marketə sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs girmişdir.Təqsirləndirilən şəxs onu gördükdə, ondan “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakıxanov qəsəbəsinə sürmək üçün istədikdə, sərxoş olduğu hiss edib Təqsirləndirilən şəxs avtomobilini həmin şəxsə Bakıxanov qəsəbəsinə sürmək üçün verə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs israr etdikdə, yol polisinin avtomobilini idarə edərkən həmin şəxsi saxlaya biləcəyini bildirmişdir. Ancaq Təqsirləndirilən şəxs yenə də israr edərək DTX-də xalasının ərinin işlədiyini, avtomobilini idarə edərkən polisin həmin şəxsi saxlaması halında xalasının ərinə zəng edəcəyini bildirdikdə, yenə də Təqsirləndirilən şəxs avtomobilini idarə etməyi üçün verə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs sərxoş olduğunu, eləcə də Təqsirləndirilən şəxslə aralarında olan bu söhbəti görən dostu Şahid2 ona həmin marketin içərisindəki lambirinlə əvvəllər ayrılmış digər kiçik qapısız, içərisində idman etmək üçün bir neçə alət olan otağa keçməyini bildirmişdir. O, da əlində olan “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını vitrin şəkilli olan soyuducunun üstünə qoyub həmin kiçik otağa keçmişdir.Kiçik otağa keçərkən isə Təqsirləndirilən şəxs vitrin şəkilli olan soyuducunun yanındakı sular üçün nəzərdə tutulmuş soyuducudan slavyanka suyu götürdüyünü görmüşdür.Buna baxmayaraq həmin otağa keçərək turnikdə bir neçə dəfə dartınmışdır.İçəri keçdikdən sonra avtomobilinin açarını qoyduğu vitrin şəkilli olan soyuducunu görə bilməmişdir. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs marketdən çıxaraq getdikdən sonra dostu Ramil də marketdən olduğu otağa keçmişdir. Həmin vaxtdan 30-35 dəqiqə ərzində dostu Ramillə birliklə həmin otaqda idman etmişdirlər. Sonra həmin otaqdan çıxıb marketin içərisində bir müddət olarkən saat 01.40 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək avtomobili ilə qəza törətdiyini bildirmişdir.Təqsirləndirilən şəxs onunla zarafat etdiyini düşünsə də, həmin şəxslə telefon danışığını kəsmədən marketdən bayıra çıxdıqda, “Elektrik-Kantakt-Dəmirçi” adlı təmir sexinin qabağında dayandırdığı “Chevrolet Cruze” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yerində olmadığını, Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığını aşkar etmişdir.Həmin vaxt Təqsirləndirilən şəxs harada olduğunu soruşduqda, Təqsirləndirilən şəxs ona olduğu yeri bildirmişdir. Təqsirləndirilən şəxslə telefon əlaqəsini kəsdikdən sonra yolu keçib yaxınlıqdakı avtomobilinin içərisində olan tanımadığı taksi sürücüsünə yaxınlaşmışdır.Avtomobilə əyləşib baş vermiş hadisə ilə bağlı tanımadığı sürücünü məlumatlandırıb hadisə yerinə getməklərini xahiş etmişdir. Sürücü ilə birlikdə Bakı şəhəri, Binəqədi-Xırdalan yolunun Binəqədi rayonu ərazisini keçən hissəsinə, yolun hər iki tərəfinin “SOCAR” şirkətinə məxsus olduğu əraziyə getmişdir.Hadisə yerinə çatıb avtomobildən çıxdıqdan sonra «Chevrolet Cruze” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin “SOCAR” şirkətinə məxsus olduğu ərazinin daş hasarına çırpılmaqla gəldiyi istiqamətin əksinə dayandığını, avtomobilinin qabaq, sağ ön yanının yararsız hala düşdüyünü, Təqsirləndirilən şəxs avtomobilin yaxınlığında əyildiyini, ancaq xəsarət almadığını görmüşdür. Avtomobilinə baxış keçirdikdən sonra avtomobilini necə daş hasara çırpdığını Təqsirləndirilən şəxs soruşduqda, Təqsirləndirilən şəxs avtomobilini qaçırdıqdan sonra qəzanın baş verdiyi yolda sürətlə hərəkət etdiyini, yolda olan mişar daşını görmədiyi üçün avtomobili mişar daşına vurub idarə etməni itirməklə “SOCAR” şirkətinə məxsus olduğu ərazidəki daş hasara çırpdığını bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir.Həmin vaxt hadisənin şokunda olduğu üçün Təqsirləndirilən şəxs avtomobilini qaçırdığını Azərbaycan Respublikasının DİNin “102” xidmətinin operatoruna bildirməmişdir.Bir qədər keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişdirlər.Polis əməkdaşları müvafiq sənədləşmə apararkən Təqsirləndirilən şəxs qaranlıq hava şəraitində gözlənilmədən hadisə yerindən qaçaraq “SOCAR” şirkətinə məxsus olduğu ərazinə daxil olmaqla gözdən itmişdir.Sonra polis əməkdaşları onun avtomobilini hadisə yerindən götürüb duracağa yerləşdirmişdirlər.11 may 2023-cü il tarixdə, günorta saatlarında yenidən Azərbaycan Respublikasının DİN-in “102” xidmətinə zəng edərək Təqsirləndirilən şəxs avtomobilini qaçırdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki, Şahid1 “Chevrolet Cruze” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.Şahid1 həmin avtomobilini avtoyumada işləyən Təqsirləndirilən şəxs hərdən bir yumuşdur.11 may 2023cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Elektrik-Kantakt- Dəmirçi” adlı təmir sexinin yanındakı “Market 059” adlı marketdə satıcı kimi işləyirmiş.Həmin gün saat 00.30 radələrində Şahid1 əynində idman geyimi olmaqla idarə etdiyi «X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobiliylə məhləyə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesində yerləşən “Elektrik-Kantakt-Dəmirçi” adlı təmir sexinin qabağına gəlmişdir. Avtomobilini həmin təmir sexinin qabağında dayandırdıqdan sonra içərisində çıxıb qapılarını kilidləmişdir. Sexə bitişik olan “Market 059” adlı marketinin içərisinə girib orada onun ilə görüşməklə söhbət etməyə başlamışdırlar. Həmin vaxtdan 5- 10 dəqiqə sonra marketə Təqsirləndirilən şəxs girmişdir. Təqsirləndirilən şəxs Şahid1 gördükdə, Şahid1 “Chevrolet Cruze” minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürmək üçün istədikdə, Şahid1 Təqsirləndirilən şəxs avtomobilini ona sürmək üçün verə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs israr etdikdə, Şahid1 yenə də Təqsirləndirilən şəxs avtomobilini idarə etməyi üçün verə bilməyəcəyini bildirmişdir.Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında olan bu söhbəti görərək Şahid1 həmin marketin içərisindəki lambirinlə əvvəllər ayrılmış digər kiçik qapısız, içərisində idman etmək üçün bir neçə alət olan, içərisində olduğu otağa keçməyini bildirmişdir. Şahid1 də əlində olan «Chevrolet Cruze» minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarını vitrin şəkilli olan soyuducunun üstünə qoyub həmin kiçik otağa keçmişdir. Şahid1 həmin otağa keçərək turnikdə bir neçə dəfə dartınmışdır. Şahid1 içəri keçdikdən sonra avtomobilinin açarını qoyduğu vitrin şəkilli olan soyuducunu görə bilməmişdirlər. Həmin vaxt Təqsirləndirilən şəxs marketdən çıxaraq getdikdən sonra 3035 dəqiqə ərzində Şahid1 ilə birliklə həmin otaqda idman etmişdirlər. Sonra Şahid1 həmin otaqdan çıxıb marketin içərisində bir müddət olarkən saat 0140 radələrində Şahid1 marketdən bayıra çıxıb yenidən marketə qayıtmışdır. Ona Təqsirləndirilən şəxs onun avtomobilini qaçırdığını, “Elektrik-Kantakt-Dəmirçi” adlı təmir sexinin qabağında dayandırdığı “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yerində olmadığını, hadisə yerinə gedəcəyini bildirmişdir. Sonra Şahid1 marketdən çıxıb getdikdən 10 dəqiqə sonra o, da marketin qapısını kilidləyib hadisə yerinə getmişdir. Hadisə yerinə, Bakı şəhəri, Binəqədi-Xırdalan yolunun Binəqədi rayonu ərazisini keçən hissəsinə, yolun hər iki tərəfinin “SOCAR” şirkətinə məxsus olduğu əraziyə gedib, yerinə çatıb avtomobildən çıxdıqdan sonra “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin “SOCAR” şirkətinə məxsus otduğu ərazinin daş hasarına çırpılmaqla gəldiyi istiqamətin əksinə dayandığını, avtomobilinin qabaq, sağ ön yanının yararsız hala düşdüyünü, Təqsirləndirilən şəxs avtomobilin yaxınlığında əyildiyini, ancaq xəsarət almadığını görmüşdür. O, da avtomobilinə baxış keçirdikdən sonra avtomobilini necə daş hasara çırpdığını Təqsirləndirilən şəxs soruşduqda, Təqsirləndirilən şəxs avtomobilini qaçırdıqdan sonra qəzanın baş verdiyi yolda sürətlə hərəkət etdiyini, yolda olan mişar daşını görmədiyi üçün avtomobili mişar daşına vurub idarə etməni itirməklə “SOCAR” şirkətinə məxsus olduğu ərazidəki daş hasara çırpdığını bildirmişdir. Bundan sonra Şahid1 Azərbaycan Respublikasının DİN-nin “102” xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişdirlər. Polis əməkdaşları müvafiq sənədləşmə apararkən Təqsirləndirilən şəxs qaranlıq hava şəraitində gözlənilmədən hadisə yerindən qaçaraq “SOCAR” şirkətinə məxsus olduğu ərazinə daxil olmaqla gözdən itmişdir. Sonra polis əməkdaşları Şahid1 avtomobilini hadisə yerindən götürüb dayanacağa yerləşdirmişdirlər. İş materialları ilə müəyyən edilmişdir ki, istintaq zamanı Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələri yerində yoxlanılmış və o, ifadələrində göstərdiklərini hadisə yerində bir daha əyani şəkildə göstərmişdir.İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilmiş və tərtib edilmiş protokola əlavə edilmişdir. Həmçinin, Şahid1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan 08 iyul 2023-cü il tarixli, 638 saylı arayışda avto yol-nəqliyyat qəzasına uğramış “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına usta xərcləri ilə birlikdə ümumulikdə 6 495 manat məbləğində vəsaitin tələb olunduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməəmtəəşünaslıq ekspertizasının 25 iyul 2023-cü il tarixli, 9/5486 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə “Müstəqil ekspert X4” tərəfindən tərtib edilmiş 08 iyul 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin may ayına olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizləri tətbiq edilməklə təxminən 4 995 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3-cü maddəsinin tələblərinə əsasən cinayət hadisəsinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olması, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyatının sübuta yetirilməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilməsi, təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğun olması, əməlin cinayət olmasını aradan qaldıran halların olmadığı hallar təsdiq edildikdə məhkəmə məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq təqsirləndirilən şəxsin təqsirini sübuta yetirilmiş hesab edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 23-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsi ilə cinayət əməlini törətməsi özünü etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, şahidlərin ifadələri, ekspert rəyi və iş üzrə digər sübutlarla tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 185.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü 1 (bir) azyaşlı övladı vardır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah edilməsinaə və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 185.2.4-cü maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma)— zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 45-ci bəndində qeyd edilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, habelə cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki,Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 20.10 tarixindən, xx.xx.2023-cü il tarixədək tutulduğu 01 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona yekun olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:10-da tutulmuş, daha sonra 01 oktyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həmin tarixdə saat 11.25-də azad edilmişdir. Həmçinin, iş materiallarında olan sənədlərə əsasən məlum olur ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-146/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, iş materialarında olan “axarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə Binəqədi RPİ-nin CAŞ-nın əməkdaşları tərəfindən saxlanılmışdır. Buna görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli yenidən tutulduğu tarixdən, yəni 14 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, müdafiçəsi məhkəmə prosesində təyinatla iştirak etdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli Qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə, hər iş saatı üçün 6 manat miqdarında Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Müəyyən edilir ki, Müdafiəçi hazırki iş üzrə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı 45 saat vaxt sərf etmişdir. Bundan başqa, məhkəmə “X9” MMC tərəfindən verilmiş mülki iddiaya hüquqi qiymət verərək qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 67-ci bəndinə əsasən Məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Həmin qərarın 68-ci bəndində göstərilmişdir ki, Cinayət-prosessual qanuna əsasən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində mülki iddianın tam və ya qismən təmin edilməsi və yaxud rədd edilməsi üzrə motivlərini, müvafiq maddi və prosessual hüquqi normaları və zəruri hallarda təmin edilmiş tələblərə aid olan hesablamaları göstərməklə gəldiyi nəticəni əsaslandırır. Həmin qərarın 72-ci bəndində qeyd edilmişdir ki, Məhkəmələr verilmiş mülki iddiaların cinayət prosesi çərçivəsində mahiyyəti üzrə həll edilməsinə səy göstərməli, əsassız olaraq mülki iddiaların baxılmamış saxlanılmasına yol verməməlidir. Əgər verilmiş mülki iddia üzrə tələb olunan məbləğ irəli sürülmüş ittihamda göstərilən cinayət nəticəsində vurulmuş ziyanın miqdarına bağlıdırsa, ziyanın miqdarının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaların aparılmasına zərurətin olması, onun ittihamda göstəriləndən daha az miqdarda müəyyən edilməsi mülki iddianın baxılmamış saxlanılması üçün əsas verən hal kimi qiymətləndirlməməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxs “X9” MMC-nin (mülki iddiaçı) təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı “vurulmuş ziyanın ödənilməsinə dair” mülki iddiası mütəxəssis rəyi nəzərə alınmaqla təmin edilməli, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 6 495 (altı min dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “X9” MMC-yə ödənilməlidir.Belə ki, iş materiallarında olan 08 iyul 2023-cü il tarixli, 638 saylı arayışda avto yol-nəqliyyat qəzasına uğramış “X7» markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə əlaqədar zədələnmiş hissələrin yenisi ilə əvəz edilib təmir olunmasına usta xərcləri ilə birlikdə ümumulikdə 6 495 manat məbləğində vəsaitin tələb olunduğu göstərilmişdir. Həmçinin, iş üzrə maddi sübut Chevrolet Cruze» minik markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “X9” MMC-nin nümayəndəsi Şahid1 qaytarılması nəzərə alınmalıdır. Xüsusi müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə edilən alət və vasitələr yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni 14 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X3 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 45 (qırx beş) saat hüquqi xidmətin dəyəri 270 (iki yüz yetmiş) manat "xxxx" ASCninBinəqədifilialına(kod200156,VÖEN**********,m/hAZ37NABZ********************.S.W.İ.F.T. B.İ.K:AİİBAZ2X, hesab №AZ48AİİB********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “X9” MMC tərəfindən verilmiş mülki iddia ərizəsi təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs 6 495 (altı min dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu tutularaq zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) “X9” MMC-yə ödənilsin. İş üzrə maddi sübut “Chevrolet Cruze” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “X9” MMC-nin nümayəndəsi Şahid1 qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-146/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-146/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver