Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-147/2021 19.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, xx xxxx 1984-cü ildə Bərdə şəhərində anadan o1muş, azərbaycan1ı, Azərbaycan Respublikasinin vətəndaşı,subay, orta təhsili, fərdi əməklə məşğul olmuş,Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək CM-nin 181.3.1-ci maddəsi CM-nin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələrinə tövsüf edilərək cəzası 09 il 6 ay müddətinə endirilmiş,Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 01 ay 25 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci ildə cəzasının müddəti başa çatmış, sonradan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 08 gün müddətinə vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, H.Sultanov küçəsi, ev 31 ünvanda yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 180.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs o, özgənin əmlakını açıq talayaraq soygunçuluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını açıq yolla talamaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində taksi fəaliyyəti ilə məşğul olaraq idarə etdiyi “Tofaş” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobilinə sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Göl” adlanan əraziyə apararaq orada sonuncuya məxsus 300 manat dəyərində bir ədəd “Xiomi Redmi” markalı, 5 seriyalı mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, 6 manat dəyərində bir ədəd “Kapital Bank” Bankının adına olan əmək haqqı kartı, 10 manat dəyərində bir ədəd “Sosial Sığorta” kartı, 4 manat nəğd pul olan 10 manat dəyərində pul kisəsini, içərisində 20 manat dəyərində bir ədəd köynək, 30 manat dəyərində bir ədəd şalvar və 30 manat dəyərində bir cüt ayaqqabı olan 20 manat dəyərində çantasını və 5 manat nəğd pulu əlindən alıb açıq yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 435 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, xx xxxxxxx 2020-ci il tarixdə günorta radələrində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,667 qram çəkidə psixotrop maddə hesab olunan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi, 2-ci mədəndə yerləşən X3rşısında o, Binəqədi RPİ-si 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Polis Bölməsinə gətirilərək orada saat 21:10–da üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş təmiz çəkisi 0,667 qram olan kustar üsulla hazırlanmış Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə təcili pul lazım olduğuna görə o, cinayət yolu ilə də olsa pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə də, xx xxxxxxxx 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu “Tofaş” markalı, ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən “Ailəvi” istirahət parkının yanında yerləşən dayanacaqın yaxınlığından keçərkən orada əvvəllər tanımadığı, istintaq zamanı tanıdığı Zərərçəkmiş şəxs görmüşdür.Elşənin əlində çantası da var idi.O, Elşəni qarət etmək qərarına gəlmişdir.Həmin vaxtı idarə etdiyi avtomobilin arxa oturacağında qadın sərnişin də var idi.O, idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs qarşısında saxlayıb hara getməsini soruşmuşdur.Zərərçəkmiş şəxs ona Nərimanov rayonu istiqamətində gedəcəyini bildirmişdir.O, Elşənə həmin istiqamətdə getdiyini və onu da o, dediyi ünvana apara biləcəyini bildirmişdir.Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşaraq avtomobilin qabaq sağ sərnişin oturacağına əyləşmişdir. Avtomobildə olan qadın sərnişin “Xalqlar Dostluğu” metro stansiyasının yanında düşəndən sonra o, Zərərçəkmiş şəxs qarət etmək üçün kənar şəxslərin olmadığı yer olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən “Göl” adlanan yerə aparmaq qərarına gəlmişdir.Lakin həmin vaxt hava hələ ki, qaralmamışdır.Buna görə də, müxtəlif bəhanələrlə iki saata yaxın o, Zərərçəkmiş şəxs şəhərdə gəzdirib, hava qaralandan sonra isə Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Göl” adlanan yerə aparmışdır.Vaxt təxminən saat 21:00 radələri olardı.Həmin ərazidə heç kim olmamışdır.Orada o, avtomobili dayandırıb, avtomobili söndürmədən düşüb avtomobilin Elşən oturduğu tərəfinə keçib avtomobilin qapısını açaraq Elşəndən mobil telefonunu ona verməyi təklif etmişdir.Elşən avtomobilin salonundaki onun mobil telefonunu ona vermək istəyəndə bu səfər o, Elşəndən onun öz mobil telefonunu ona verməyi tələb etmişdir.Zərərçəkmiş şəxs da bir söz demədən əlindəki mobil telefonunu ona vermişdir.Bundan sonra, o, Zərərçəkmiş şəxs gedişhaqqını da verməyi tələb etmişdir.Elşən də, cibindəki qara rəngli pul kisəsini çıxararaq ona 5 manat pul vermişdir.5 manatı aldıqdan sonra o, Elşəndən əlindəki pul kisəsini də verməyi ondan tələb etmişdir.Zərərçəkmiş şəxs etiraz etmədən əlindəki qara rəngli pul kisəsini də ona vermişdir.Bundan sonra, o, Elşəndən avtomobildən düşməyi tələb etmişdir.Elşən avtomobildəki çantasını salondan götürmək istəyəndə, o, Elşənə demişdir ki, çantaya əl vurmasın.Elşən də çantasına əl vurmadan avtomobildən düşəndən sonra o, avtomobilə əyləşərək həmin ərazidən çıxıb getmişdir. Sonradan Zərərçəkmiş şəxs çantasına baxanda orada istifadə edilmiş köynəyin, şalvarın və bir cüt ayaqqabının olmasını görmüşdür.Pul kisəsində isə cəmi 4 manat pul, bir ədəd şəxsiyyət vəsiqəsi və iki ədəd bank kartı olmuşdur.Yolda Elşənin çantasını, içindəki paltarları ilə birlikdə və pul kisəsini içindəki şəxsiyyət vəsiqəsi və bank kartları ilə birlikdə yolun kənarına atmışdır.Səhəri günü o, Zərərçəkmiş şəxs mobil telefonunu 100 manata tanımadığı şəxsə satmış, əldə etdiyi pulu isə öz ehtiyaclarına istifadə etmişdir.Bundan başqa, xx xxxxxxx 2020-ci il tarixdə saat 19:40 radələrində Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində İdman Kompleksinin qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək üzərində psixotrop maddə olmasında şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu öz razılığı ilə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə aparmışlar. Polis Bölməsində video çəkiliş vasitəsilə üzərinə baxış keçirilmişdir.Şəxsi axtarış zamanı o, könüllü olaraq əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində ağ rəngli kristal şəkildə psixotrop maddə metamfetamin olan şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur.O, həmin bir ədəd şəffaf rəngli selofan bükülünü açaraq içərisində olan ağ rəngli kristal şəkilli maddəni göstərərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və psixotrop maddəni həmin gün saat 12:30-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını demişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı ödəməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:15 radələrində o, işdən çıxıb Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsində yerləşən “Ailəvi” istirahət parkının yaxınlığındaki dayanacaqda dayanmışdır.Əlində içərisində iş paltarları, yəni köynəyi, şalvarı və bir cüt ayaqqabısı olan çantası var idi. O, dayanacaqda olan zaman qarşısında gümüşü metalik rəngli “TOFAŞ” markalı, seriyası və sonuncu üç rəqəmi ME-212 dövlət qeydiyyat nişanı olan taksi avtomobili saxlamışdır.Həmin avtomobilin sürücüsü, əvvəllər tanımadığı, adını istintaq zamanı bildiyi Təqsirləndirilən şəxs hansı istiqamətində gedəcəyini ondan soruşmuşdur.O, da Təqsirləndirilən şəxs Nərimanov rayonu istiqamətində gedəcəyini bildirmişdir.Təqsirləndirilən şəxs onu həmin ünvana apara biləcəyini demişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin arxa oturacaqda bir nəfər tanımadığı xanım sərnişinin oturduğunu görüb, o, bu səbəbdən sürücünün yanındakı sərnişin oturacağına əyləşmişdir.Arxada oturmuş qadın sərnişin “Xalqlar Dostluğu” metro stansiyasının yanında düşəndən sonra Təqsirləndirilən şəxs onu müxtəlif yerlərə aparmışdır.O,Nərimanov rayonuna gedəcəyini Təqsirləndirilən şəxs yadına salmışdır. Təqsirləndirilən şəxs yolu səhv saldığını ona bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona idarə etdiyi taksini gündəlik kirayə götürdüyünü, kirayə pulunu ödəmək üçün Binəqədi qəsəbəsinə getmək lazım olduğunu demişdir.O, Təqsirləndirilən şəxsla birlikdə Binəqədi qəsəbəsinə getməyə razılığını bildirmişdir.Taksiyə mindikdən təxminən bir saat yarım şəhərdə hərləndikdən sonra təxminən saat 21:00 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən gölün yaxınlığına sürüb, avtomobili orada dayandırmışdır.Bundan sonra Təqsirləndirilən şəxs avtomobili söndürmədən düşüb avtomobilin onun oturduğu tərəfinə keçib avtomobilin qapısını açaraq ondan mobil telefonunu ona (Təqsirləndirilən şəxs) verməyi tələb etmişdir.O, əvvəlcə, Təqsirləndirilən şəxs özünün avtomobilin salonunda olan mobil telefonunun istəməsini başa düşüb Təqsirləndirilən şəxs mobil telefonunu ona vermək istəmişdir.Lakin Təqsirləndirilən şəxs onun mobil telefonunu istədiyini bildirərək mobil telefonunu verməyi ondan tələb etmişdir.Təqsirləndirilən şəxs bədən quruluşuna görə ondan böyük olduğundan, hava qaranlıq və gölün kənarında onun köməyinə gələ biləcək şəxsin olmadığını başa düşüb o, məcburiyyət qarşısında qalıb onun tələbi ilə özünə məxsus 300 manat dəyərində “Xiaomi Redmi” markalı 5 seriyalı mobil telefonunu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs ondan gediş haqqı kimi 5 manat pul tələb etmişdir. O, da məcburiyyət qarşısında qalıb cibində olan pul kisəsini çıxararaq Təqsirləndirilən şəxs tələb etdiyi 5 manat pulu vermişdir.Pul kisəsini görəndə Təqsirləndirilən şəxs pul kisəsini də ona verməyi tələb etmişdir.O, da qorxudan içərisində 6 manat dəyərində olan bir ədəd “Kapital Bank” Bankının adına olan əməkhaqqı kartı, 10 manat dəyərində Sosial Sığorta kartı və 4 manat nəğd pulu olan 10 manat dəyərində pul kisəsini Təqsirləndirilən şəxs vermişdir.Bundan sonra Təqsirləndirilən şəxs ondan avtomobildən düşməyi tələb etmişdir.O, çantasını da götürüb avtomobildən düşmək istəyəndə Təqsirləndirilən şəxs çantanı götürməməyi və avtomobilin salonunda saxlamağı ondan tələb etmişdir.O, da Təqsirləndirilən şəxs tələbi ilə içərisində 20 manat dəyərində bir ədəd köynəyi, 30 manat dəyərində bir ədəd şalvarı və 30 manat dəyərində bir cüt ayaqqabısı olan 20 manat dəyərində bir ədəd çantasını avtomobilin salonunda qoyub avtomobildən düşmüşdür.O, avtomobildən düşən kimi, Təqsirləndirilən şəxs ondan avtomobilin arxa hissəsinə keçməyi tələb etmişdir. O, Təqsirləndirilən şəxs tələbi ilə avtomobilin arxa hissəsinə keçəndən sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşərək oradan uzaqlaşmışdır.Təqsirləndirilən şəxs ümumilikdə onun 426 manat dəyərində əmlakını və 9 manat nəğd pulunu götürmüşdür.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ona dəymiş ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ondan şikayətçi olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır.Həmin əməliyyat qrupuna Binəqədi RPİ-si 43-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da daxil olmuşdur.Alınmış məlumatın yoxlanılması məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 19.00 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsinə getmişdir.Bir müddətdən sonra, yəni təxminən saat 19:40 radələrində Binəqədi qəsəbəsi 2-ci mədəndə yerləşən X3rşısında onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb hənim şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Bundan sonra, o, həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir.Həmin şəxs özünü Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir.Bundan sonra, o, Təqsirləndirilən şəxs bildirmişdir ki, onun qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o (Təqsirləndirilən şəxs) onlarla Binəqədi RPİ-si 43-cü PB-nə getməlidir.Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 43-cü PB-nə gəlmişdir. Polis Bölməsində təhqiqatçı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, onun hüquqları izah edilmiş və bildirilmişdir ki, video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacaqdır.Təqsirləndirilən şəxs könüllü olaraq vəkilin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına razılığını bildirmişdir. Bundan sonra, bölmədə, təhqiqatçının xidməti otağında onun və əməliyyat qrupunun üzvü olan Şahid2 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı Fuad Alıyev tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddəni, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli “Jinga” markalı və bir ədəd qara rəngli “Samsung” markalı olmaqla iki ədəd mobil telefonu, həmin gödəkçənin sol iç cibindən bir ədəd “Want” markalı siqaret qutusunu, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmişdir və o, üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin və göy rəngli şalvarının ciblərini açması tələb olunmuşdur, onun gödəkçəsinin və şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan qara rəngli idman ayaqqabını çıxararaq içərisini təqdim etməsi təklif olunmuşdur.Onun ayaqqabısının içərisindən heç nə aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması xahiş olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd “Want” markalı siqaret qutusunun içərisini boşatması təklif olunmuşdur. Siqaret qutusunda siqaretdən başqa heçnə aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf rəngli selofan bükülünü açması təklif olunmuşdur.Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli selofan bükülünü açaraq içərisində olan ağ rəngli kristal şəkill maddəni göstərərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir.O, həmin psixotrop maddəni həmin gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 12:30-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra, həmin bir ədəd şəffaf rəngli selofan büküm içərisində olan psixotrop maddəyə bənzər maddənin çəkisini və növünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmişdir və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində psixotrop maddəyə bənzər maddə olan şəffaf rəngli selofan bükümü zərfə qoyularaq qablaşdırılmışdır və zərflərin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsinə əsasən məlum olur ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edərək üzərində gəzdirməsi barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur.Alınmış məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Binəqədi RPİ-si 43-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Alınmış məlumatın yoxlanılması məqsədi ilə xx xxxxxxx 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbəsinə getmişdir.Bir müddətdən sonra, yəni təxminən saat 19:40 radələrində Binəqədi qəsəbəsi 2-ci mədəndə yerləşən X3rşısında onlar alınmış məlumatda göstərilmiş Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsi görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər.Bundan sonra əməliyyat qrupunun rəhbəri Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etdi.Həmin şəxs özünü xx xxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, hazırda Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədəndə yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdr.Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirmişdir ki, onun qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o, Binəqədi RPİ-si 43-cü PB-nə getməlidir.Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 43-cü PB-nə gəlmişdir.Polis Bölməsində təhqiqatçı, polis baş leytenantı Fuad Alıyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, onun hüquqları izah edilmiş və bildirilmuşdir ki, video çəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılacaqdır. Təqsirləndirilən şəxs könüllü olaraq vəkilin iştirakı olmadan video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasına razılığın bildirmişdir.Və bundan sonra, Bölmədə, təhqiqatçının xidməti otağında onun və əməliyyat qrupunun rəhbəri olan Şahid1 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı təhqiqatçı Fuad Alıyev tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddəni, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd qara rəngli “Jinga” markalı və bir ədəd qara rəngli “Samsung” markalı olmaqla iki ədəd mobil telefonu, həmin gödəkçənin sol iç cibindən bir ədəd “Want” markalı siqaret qutusunu, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində ağ rəngli kristal şəkilli maddə olan şəffaf rəngli selofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur.Bundan sonra, Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş və o, üzərində başqa hər hansı bir əşya olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin və göy rəngli şalvarının ciblərini açması tələb olunmuş, onun gödəkçəsinin və şalvarının ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır.Ayağında olan qara rəngli idman ayaqqabını çıxararaq içərisini təqdim etməsi təklif olunmuşdur.Onun ayaqqabısının içərisindən heç nə aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması xahiş olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd “Want” markalı siqaret qutusunun içərisini boşatması təklif olunmuşdur.Siqaret qutusunda siqaretdən başqa heçnə aşkar olunmamışdır.Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd şəffaf rəngli selofan bükülünü açması təklif olunmuşdur.Təqsirləndirilən şəxs həmin bir ədəd şəffaf rəngli selofan bükülünü açaraq içərisində olan ağ rəngli kristal şəkill maddəni göstərərək onun psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir.O, həmin psixotrop maddəni həmin gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə saat 12:30-da Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi 1-ci mədəndə yerləşən Lallar fabrikinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 25 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Bundan sonra, həmin bir ədəd şəffaf rəngli selofan büküm içərisində olan psixotrop maddəyə bənzər maddənin çəkisini və növünü müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir.Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərflərin içərisinin boş olduğu müəyyən edilmişdir.Bundan sonra içərisində psixotrop maddəyə bənzər maddə olan şəffaf rəngli selofan bükümü zərfə qoyularaq qablaşdırıldı və zərflərin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən həmin zərfin üzəri imzalanmışdır.Videoçəkiliş hər bir iştirakçıya nümayiş edildikdən sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokol da hər bir iştirakçı tərəfindən, o, cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/2346 saylı rəyinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizaya təqdim edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 0,667 qram olan ağ rəngli kristallik formada maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir.Metamfetaminin 0,05 qramı tədqiqata sərf edildikdən sonra 0,617 qramı qalıq qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X2 tərəfindən verilmiş məhkəmə-narkolojı ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3388 saylı rəyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır.Məcburi müəlicəyə əks göstəricisi yoxdur.Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 2458 saylı rəyinə görə məlum olur ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır.Təqsirləndirilən şəxs ona ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, kəmağıllılıq, psixi fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmamışdır.O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya öz əməlini idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən alınmış tələbnaməyə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək CM-nin 181.3.1-ci maddəsi CMnin 181.2.1, 181.2.4, 181.2.5-ci maddələrinə tövsüf edilərək cəzası 09 il 6 ay müddətinə endirilmiş,Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 01 ay 25 gün hissəsi vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci ildə cəzasının müddəti başa çatmış, sonradan Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 03 ay 08 gün müddətinə vaxtından əvvəl azad edilmişdir və məhkumluğu ödənilməmişdir.Beləliklə də, məlum olur ki, Təqsirləndirilən şəxs oğu qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə CM-nin 18.2-ci maddəsinə əsasən əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun CM-nin 180.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir.Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxsin əməli CM-nin 180.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir.Odur ki, Təqsirləndirilən şəxs CMnin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun xx xxxxxx 1996-cı il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf etməsini, törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, şəhid ailəsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən,Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 234.1-ci və 180.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Həmçinin, məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmalıdır. Bundan başqa, CM-nin 56.1.3-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivi olduğuna görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmcinin, ekspert rəyinə əsasən təqsirləndirilən şəxs nakomaniya xəstəliyindən əziyyət çəkdiyindən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,617 qram metamfetamin qalığı məhv edilməli və iş üzrə maddi sübut - 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli, tutulduğu tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan 0,617 qram metamfetamin qalığı məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-147/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-147/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver