Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-147/2022 24.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə,
1. xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair,
2. xx.xx.1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 inzibati binada qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Arablinka yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,
Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə
müəyyən etdi:
1. Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etdiyi tanışı Zərərçəkmiş şəxs1 guya xidməti vəzifəsi ilə əlaqədar Baş X12i İdarəsində geniş əlaqələrə malik olduğunu bildirərək etibarını qazanmaqla həmin əlaqələri vasitəsi ilə sonuncu üçün asanlıqla sürücülük vəsiqəsi düzəldəcəyini yalandan vəd verib ilk 700 (yeddi yüz) manat məbləğində olan hissəsini 2017-ci ilin mart ayının əvvəllərində ünvan 2 ünvanınında yerləşən rayon icra hakimiyyətinin inzibati binasının qarşısında, qalan 100 (bir yüz) manat məbləğində hissəsini isə 2017-ci ilin mart ayının ortalarında ünvan 3 ünvanının qarşısında almaqla sonradan verdiyi vədə əməl etməyib aldadaraq ümumilikdə Zərərçəkmiş şəxs1 800 (səkkiz yüz) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədilə, qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, «Tap.az» internet saytında «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi haqqında elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 müştəri qismində zəng vuraraq onunla 20.02.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyasının çıxışının yaxınlığında görüşüb sonuncunun bir müddət əvvəl 7800 (yeddi min səkkiz yüz) manata aldığı həmin avtomobilin ilkin təmirinə tələb olunan 1000 (bir min) manat məbləğində pulu özləri avtoservisə ödəyəcəklərini və növbəti iki ay müddətindən sonra aylıq 510 (beş yüz on) manat məbləğində icarə haqqını 24 (iyirmi dörd) ay ərzində ödəməklə yekunda 12240 (on iki min iki yüz qırx) manata almaqlarına dair yalan vəd verib aldatmaqla avtomobili Zərərçəkmiş şəxs2 etibarnamə əsasında icarəyə götürmək adı ilə təhvil alıb ələ keçirməklə və sonradan 08.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 adlı müştəriyə özlərininki kimi təqdim etməklə sataraq əmlak sahibi Zərərçəkmiş şəxs2 7800 (yeddi min səkkiz yüz) manat məbləğində xeyli miqdarda zərər vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədilə, qeyri-rəsmi ərarvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadaq əlbir olaraq bir qrup şəxs halında birləşib, icarəyə götürmək adı ilə aldatmaqla 20.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ələ keçirdikləri «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə «Tap.az» internet saytında elan yerləşdirmişlər, verdikləri həmin elan əsasında onlarla müştəri qismində telefon əlaqəsi yaratmış Zərərçəkmiş şəxs3 08.03.2021-ci il tarixdə gecə saatlarında ünvan 4 ünvanının qarşısında avtomobili göstərməklə özlərininki, guya Aygün Abışovaya dayısı tərəfindən ona edilmiş hədiyyə kimi təqdim edərək, qardaşının polis tərəfindən saxlanılması ilə bağlı gecə vaxtı təcili pula ehtiyacları olduğu üçün dəyərindən xeyli aşağı, 4500 (dörd min beş yüz) manata satdıqlarını yalandan Zərərçəkmiş şəxs3 bildirib avtomobili, açarlarını və AE №024873 seriyalı qeydiyyat şəhadətnaməsini sonuncuya təhvil verərək özlərinə inandırmaqla Zərərçəkmiş şəxs3 3100 (üç min bir yüz) manat məbləğində pul alaraq guya problemlərini həll etdikdən sonra sabahısı gün avtomobilin mülkiyyətçisi olan, Aygünün dayısı ilə birlikdə gəlib notarial qaydada alqı-satqı edəcəklərinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 3100 (üç min bir yüz) manat məbləğində pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədilə kuryer kimi işə düzəldiyi “Kuryer.net” şirkətinin sahibi Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə sonuncuya məxsus «Narva» markalı 1200(bir min iki yüz) manat dəyərində mopedi satıb daha yaxşısı ilə əvəz edəcəyinə dair yalan vəd verib sahibindən ünvan 5 ünvanında yerləşən ofisində təhvil alaraq həmin mopedin satılması barədə «Tap.az» internet saytında elan yerləşdirmiş və verdiyi elan əsasında tapdığı, şəxsiyyəti istintaqa məlum olmayan müştəriyə özününki kimi təqdim edib 24.06.2021-ci il tarixdə günorta saatlarında ünvan 6 ünvanında yerləşən Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxananın qarşısındakı parkda sataraq əldə etdiyi pulu sahibinə vermək əvəzinə öz əlinə keçirib Zərərçəkmiş şəxs4 1200 (bir min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir.
2. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə, qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, «Tap.az» internet saytında «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi haqqında elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 müştəri qismində zəng vuraraq onunla 20.02.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyasının çıxışının yaxınlığında görüşüb sonuncunun bir müddət əvvəl 7800 (yeddi min səkkiz yüz) manata aldığı həmin avtomobilin ilkin təmirinə tələb olunan 1000 (bir min) manat məbləğində pulu özləri avtoservisə ödəyəcəklərini və növbəti iki ay müddətindən sonra aylıq 510 (beş yüz on) manat məbləğində icarə haqqını 24 (iyirmi dörd) ay ərzində ödəməklə yekunda 12240 (on iki min iki yüz qırx) manata almaqlarına dair yalan vəd verib aldatmaqla avtomobili Zərərçəkmiş şəxs2 etibarnamə əsasında icarəyə götürmək adı ilə təhvil alıb ələ keçirməklə və sonradan 08.03.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 adlı müştəriyə özlərininki kimi təqdim etməklə sataraq əmlak sahibi Zərərçəkmiş şəxs2 7800 (yeddi min səkkiz yüz) manat məbləğində xeyli miqdarda zərər vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq təkrarən ələ keçirmək məqsədilə, qeyri-rəsmi ərarvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadaq əlbir olaraq bir qrup şəxs halında birləşib, icarəyə götürmək adı ilə aldatmaqla 20.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ələ keçirdikləri «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin satılması barədə «Tap.az» internet saytında elan yerləşdirmişlər, verdikləri həmin elan əsasında onlarla müştəri qismində telefon əlaqəsi yaratmış Zərərçəkmiş şəxs3 08.03.2021-ci il tarixdə gecə saatlarında ünvan 4 ünvanının qarşısında avtomobili göstərməklə özlərininki, dayısı tərəfindən ona edilmiş hədiyyə kimi təqdim edərək, guya əri Səbuhinin qardaşının polis tərəfindən saxlanılması ilə bağlı gecə vaxtı təcili pula ehtiyacları olduğu üçün dəyərindən xeyli aşağı, 4500 (dörd min beş yüz) manata satdıqlarını yalandan Zərərçəkmiş şəxs3 bildirib avtomobili, açarlarını və AE №024873 seriyalı qeydiyyat şəhadətnaməsini sonuncuya təhvil verərək özlərinə inandırmaqla Zərərçəkmiş şəxs3 3100 (üç min bir yüz) manat məbləğində pul alaraq guya problemlərini həll etdikdən sonra sabahısı gün avtomobilin mülkiyyətçisi olan dayısı ilə birlikdə gəlib notarial qaydada alqı-satqı edəcəklərinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 3100 (üç min bir yüz) manat məbləğində pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həqiqətən də tanışı Zərərçəkmiş şəxs1 ona öz tanışları vasitəsi ilə sürücülük vəsiqəsi düzəltmək adı ilə aldadaraq 2017-ci ilin mart ayının əvvəllərində onun pulunu ələ keçirmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 Bakı şəhəri Sabunçu rayonu icra hakimiyyətinin inzibati binasının qarşısında ilk olaraq 700 (yeddi yüz) manat, bir neçə gün sonra isə ünvan 3 ünvanının qarşısında əlavə 100 (bir yüz) manat məbləğində pul alaraq ümumilikdə Zərərçəkmiş şəxs1 800 (səkkiz yüz) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, 20.02.2021-ci il tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs2 ilə birlikdə, «Tap.az» internet saytında «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi haqqında elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 müştəri qismində zəng vuraraq onunla Bakı şəhəri Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyasının çıxışının yaxınlığında görüşmüşlər. Zərərçəkmiş şəxs2 bir müddət əvvəl 7800 (yeddi min səkkiz yüz) manata aldığı həmin avtomobilin ilkin təmirinə tələb olunan 1000 (bir min) manat məbləğində pulu özləri avtoservisə ödəyəcəklərini və növbəti iki ay müddətindən sonra aylıq 510 (beş yüz on) manat məbləğində icarə haqqını 24 (iyirmi dörd) ay ərzində ödəməklə öz arvadı kimi təqdim etdiyi tanışı Təqsirləndirilən şəxs2 üçün yekunda 12240 (on iki min iki yüz qırx) manata alacağına dair yalan vəd vermişdir. 08.03.2021-ci il tarixdə avtomobili Zərərçəkmiş şəxs2 etibarnamə əsasında icarəyə götürmək adı ilə təhvil alıb ələ keçirməklə və sonradan Zərərçəkmiş şəxs3 adlı müştəriyə özlərininki kimi təqdim etməklə sataraq əmlak sahibi Zərərçəkmiş şəxs2 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirmişlər. Bundan sonra isə avtomobili etibarnamə əsasında təhvil alaraq bir müddət istifadə etdikdən sonra «Tap.az» internet saytında verdiyi elan əsasında 08.03.2021-ci il tarixdə gecə saatlarında ünvan 4 ünvanında avtomobili öz avtomobili kimi təqdim edərək yalandan Zərərçəkmiş şəxs3 guya qardaşının həbs olunması ilə bağlı gecə vaxtı təcili pula ehtiyacı olduğu üçün dəyərindən xeyli aşağı, 4500 (dörd min beş yüz) manata satdığını bildirmişdir. Avtomobilin özünü, açarlarını və qeydiyyat şəhadətnaməsini sonuncuya təhvil verərək özünə inandırmaqla ondan 3100 (üç min bir yüz) manat məbləğində pul almış və guya qardaşının problemlərini həll etdikdən sonra sabahı gün gəlib notarial qaydada alğısatqı edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmişlər. Əldə etdiyi pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə xərcləmişlər. Bundan başqa, kuryer kimi işə düzəldiyi “Kuryer.net” şirkətinin sahibi Zərərçəkmiş şəxs4 məxsus «Narva» markalı mopedi kuryer xidməti göstərmək adı ilə şirkətin ünvan 5 ünvanında yerləşən ofisindən təhvil alaraq həmin mopedin satılması barədə «Tap.az» internet saytında elan yerləşdirmişdir. Verdiyi elan əsasında tapdığı, adı və telefonu yadında qalmayan müştəriyə özünün avtomobili kimi təqdim edərək 24.06.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən Məlikov adına xəstəxananın qarşısındakı parkda 700 (yeddi yüz) manata sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərəçəkmiş şəxlərlə barışıq əldə olunmasını və törətdiyi əməllərdən peşman olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin oktyabr ayının sonlarından tanıyır, təsadüfən tanış olmuşlar, tanışlıqdan bir neçə ay sonra aralarında münasibət yaranmış, qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başlamışlar. 20.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 «Tap.az» internet saytında «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəyə verilməsi haqqında elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 müştəri qismində zəng vuraraq onunla Bakı şəhəri Nizami rayonu ərazisində «Neftçilər» metrostansiyasının çıxışının yaxınlığında görüşmüşlər. Zərərçəkmiş şəxs2 bir müddət əvvəl 7800 (yeddi min səkkiz yüz) manata aldığı həmin avtomobilin ilkin təmirinə tələb olunan 1000 (bir min) manat məbləğində pulu özləri avtoservisə ödəyəcəklərini və növbəti iki ay müddətindən sonra aylıq 510 (beş yüz on) manat məbləğində icarə haqqını 24 (iyirmi dörd) ay ərzində ödəməklə onu öz arvadı kimi təqdim edib yekunda 12240 (on iki min iki yüz qırx) manata alacağına dair yalan vəd vermişdir. 08.03.2021-ci il tarixdə avtomobili Zərərçəkmiş şəxs2 etibarnamə əsasında icarəyə götürmək adı ilə təhvil alıb ələ keçirmiş və Zərərçəkmiş şəxs3 adlı müştəriyə öz vtomobili kimi sataraq Zərərçəkmiş şəxs2 7800 (yeddi min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirmişlər. Bundan sonra isə avtomobili etibarnamə əsasında təhvil alaraq bir müddət istifadə etdikdən sonra «Tap.az» internet saytında verdiyi elan əsasında 08.03.2021-ci il tarixdə gecə saatlarında ünvan 4 ünvanında avtomobili öz avtomobili kimi təqdim edərək yalandan Zərərçəkmiş şəxs3 guya qardaşının həbs olunması ilə bağlı gecə vaxtı təcili pula ehtiyacı olduğu üçün dəyərindən xeyli aşağı, 4500 (dörd min beş yüz) manata satdığını bildirmişdir. Avtomobilin özünü, açarlarını və qeydiyyat şəhadətnaməsini sonuncuya təhvil verərək özünə inandırmaqla ondan 3100 (üç min bir yüz) manat məbləğində pul almış və guya qardaşının problemlərini həll etdikdən sonra sabahı gün gəlib notarial qaydada alğısatqı edəcəyinə dair yalan vəd verib aldatmaqla Zərərçəkmiş şəxs3 pulunu ələ keçirmişlər. Əldə etdiyi pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə xərcləmişlər. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərəçəkmiş şəxlərlə barışıq əldə olunmasını və törətdiyi əməllərdən peşman olmasını qeyd edib məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 2017-ci ilin mart ayının əvvəllərində tanıyır, onları atası Şahid1 tanış etmişdir. Belə ki, atası Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsində avtomobil təmiri sexində işləyən zaman yanına müştəri qismində gəlmiş Səbuhi adlı şəxslə tanış olmuşdur. Səbuhi özünü atasına Bakı şəhəri Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim etmişdir. 2016-cı ilin sentyabr ayında atası ilə birlikdə işləmək məqsədi ilə Rusya Federasiyasının Moskva şəhərinə getmişlər, bir müddət orda qaldıqdan sonra Moskva şəhərində iş olmadığı üçün o, Bakı şəhərinə qayıtmışdır ki, özünə sürücülük vəsiqəsi alaraq Bakı şəhərində işləsin. Bakı şəhərinə qayıtmazdan əvvəl atası Səbuhi adlı şəxsə mobil telefon vasitəsi ilə zəng vuraraq Səbuhidən onun üçün Bakı şəhərində sürücülük vəsiqəsi almağa köməklik etməsini istəmişdir. Səbuhi atası ilə danışdıqdan sonra ona sürücülük vəsiqəsi alınmasında köməklik edəcəyinə söz vermiş və 700 manat müqabilində sürücülük vəsiqəsi alacağına dair vəd vermişdir. Atası Səbuhi ilə razılaşdıqdan sonra o, Bakı şəhərinə qayıtmış, Təqsirləndirilən şəxs1la 2017-ci ilin mart ayının əvvəllərində zəngləşərək Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində, Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında görüşmüş və Səbuhiyə 700 manat məbləğində pul vermişdir. Həmin vaxt Səbuhi ona bildirmişdir ki, onun işi Novruz bayramı ərəfəsində olan istirahət günlərinə təsadüf etməsin deyə Səbuhi ondan əlavə olaraq 100 manat məbləğində də pul istəmişdir ki, sürücülük vəsiqəsini tez verdirsin. 2017-ci ilin mart ayın ortalarında günorta satlarında Təqsirləndirilən şəxs1la ünvan 7 ünvanının qarşısında görüşərək ona 100 manat məbləğində pul vermiş və Səbuhi ondan şəxsiyyət vəsiqəsini alaraq bildirmişdir ki, guya sabahısı gün artıq sürücülük vəsiqəsini alacaq. Təxminən iki gün sonra o, Səbuhi və yaşadığı ünvanının yaxınlığında taksi fəaliyyəti ilə məşqul olan Nizami adlı şəxslə birlikdə Badamdar qəsəbəsində yerləşən Bakı şəhər X12 İdərəsinə getmişlər. Orada onlar otaqların birinə daxil olmuşlar, Təqsirləndirilən şəxs1 orada olan zabitlə onun sürücülük vəsiqəsi barədə danışmış, həmin zabit Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həftənin birinci günü gəlib sürücülük vəsiqəsini götürsün. Həftənin birinci günü o, Bakı şəhəri X12 İdarəsinə getdikdə orada ona bildirmişdirlər ki, bayram günləri ilə əlaqədar olaraq işdə növbətçilərdən başqa heç kim yoxdur. Bundan sonra o, Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrəyə zəng vuraraq əlaqə saxlamış, Səbuhi bildirmişdir ki, guya həmin şəxs gələcəkdir. Təxminən bir saat gözlədikdən sonra yenidən Təqsirləndirilən şəxs1la əlaqə saxlamaq istəsə də Səbuhi artıq mobil telefonunu söndürülmüşdür. Həmin vaxtdan halhazıradək o, Təqsirləndirilən şəxs1la heç bir əlaqə saxlaya bilməmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi zərər dəymişdir. Ona vurulumuş maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs1 ilə barışmış və ona qarşı heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 09.02.2021-ci il tarixdə uzaq qohumu hesab edilən Vüqar adlı şəxsdən 7800(yeddi min səkkiz yüz) manata «Mitsubişi Pajero İO» markalı gümüşü metallik rəngli ** LE *** dövlət qeydiyyat nişanlı avtomobili alaraq babası Fazil İrzayevin adına rəsmiləşdirmişdir. Həmin avtomobili icarəyə vermək üçün bir neçə internet saytlarında elan vermişdir. Həmin elan əsasında ona bir nəfər, özünü müharibə qazisi kimi təqdim edən Səbuhi adlı şəxs zəng vurmuşdur. Həmin şəxslə görüşüb avtomobili ona və onunla birlikdə gəlmiş, özünü onun arvadı kimi təqdim edən Aygün adlı şəxsə göstərmişdir, onlar avtomobili bəyənərək icarəyə götürməyə razılaşmışlar, lakin bəri başdan ödəniş etməyə imkanlarının olmadığını bildirmişlər. Razılaşmışlar ki, onlar ilkin ödəniş etmədən avtomobili ondan təhvil alsınlar, avtomobilin təmir işləri üçün tələb olunan 1000 manat məbləğində pulu öz hesablarına avtoservisə ödəsinlər, avtomobildən istifadə etməyə başlasınlar və təxminən iki aydan sonra aylıq 510 manat icarə haqqı ödəməklə 24 ay ərzində ödəniş etdikdən sonra avtomobil onların mülkiyyətinə keçsin. Bu minvalla o, avtomobilin idarə edilməsinə dair Təqsirləndirilən şəxs2 iki ay müddətinə etibarnamə vermişdir. Təxminən 20 gündən sonra isə ona bir nəfər Cahid adlı şəxs zəng vuraraq bildirmişdir ki, Səbuhi ondan icarəyə götürdüyü avtomobili ona özününki kimi təqdim edərək 3100 manata satıb, gecə ilə həmin pulu ondan alaraq avtomobili və qeydiyyat şəhadətnaməsini ona təhvil verib sonra isə aldadaraq aradan çıxıb. Bunu bildikdə o, Cahidə bildirmişdir ki, təcili polisə müraciət etsin, o da polisə müraciət edəcək, avtomobil ona məxsusdur, Səbuhiyə icarəyə vermişdir, satmaq səlahiyyəti verməmişdir, Səbuhi hər ikisini aldadıb. Belə də etmişlər, hər ikisi polisə müraciət etmişlər, lakin Cahid avtomobilini özümə qaytarmaqdan imtina etmişdir, tələb etmişdir ki, Səbuhinin onu aldadaraq aldığı 3100 manat məbləğində pulu ona o, ödəsin, yalnız bu şərtlə şəxsi mülkiyyətində olan öz avtomobilinmi özünə qaytaracaq. O, avtomobilini geri almaq üçün polisə müraciət etsəm də Cahid avtomobilini qaytarmamaq üçün özü özünə xəsarət yetirmişdir, polis də onun bu cür hərəkətlərindən çəkinərək onun şikayətini təmin etməmişdir və avtomobilini Cahiddən alaraq özünə qaytarmamışlar, hazırda da avtomobili Cahid tərəfindən gizlədilir, nə polisə, nə də ki, ona təqdim olunmur. Avtomobili alarkən ödədiyi pulu, ilkin təmirinə çəkdiyi xərclərini və bu müddət ərzində icarəsinə görə itirilmiş qazancını və avtomobilinin hazırki bazar qiymətini hesabladıqda baş vermiş hadisə nəticəsində ona ümumilikdə təxminən 15000(on beş min) manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş hadisədə Təqsirləndirilən şəxs2 da Səbuhi adlı şəxslə əlbir olaraq onu aldatmışdır ki, guya onlar ər-arvaddırlar, guya Aygün dini kurslarda dərs deyir, avtomobili də guya məhz onun üçün alırlar ki, həmin dini kurslara avtomobillə gedib-gəlsin. Sonradan isə Cahidlə söhbətdən ona məlum olmuşdur ki, Aygün onun da aldadılmasında çox aktiv rol oynamışdır, onu inandırmışdır ki, guya avtomobil həqiqətən də onlara məxsusdur, guya əri Səbuhinin qardaşı hansısa polis orqanı tərəfindən tutulduğuna görə məcbur olub gecə ilə avtomobili dəyər-dəyməzinə satırlar. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə avtomobilin 2021-ci ilin fevral-mart ayına olan dəyər qiyməti 7000(yeddi min) manat məbləğində müəyyən edilsə də o, avtomobilin dəyərini 24 (iyirmi dörd) ay müddətinə kreditlə satmaq baxımından qiymətləndirmişdir, ona görə də ekspert rəyində göstərilən məbləğlə, vurulmuş maddi zərərə dair onun göstərdiyi məbləğ arasında ziddiyyət yaranmışdır, aydın məsələdir ki, həmin avtomobilin nağd pulla alışı kreditlə alışından iki dəfə fərqlənməlidir. Ona vurulumuş maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin əvvəllərində məlum «Covid 19» Pandemiyası ilə bağlı özünə iş tapa bilmədiyindən qərara gəlmişdir ki, özünə münasib qiymətə bir avtomobil alaraq fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırsın. Bu məqsədlə müxtəlif internet saytlarında elanlara baxaraq özünə avtomobil axtarmağa başlamışdır. 08.03.2021-ci il tarixdə «Tap.az» internet saytında 1999-cu il buraxılışlı «Mitsubishi Pajero İO» markalı ** LE *** dövlət qeydiyyat nişanlı gümüşü rəngli avtomobilin 5000(beş min) manata satılması barədə elana rast gəlmiş, həmin elanda qeyd olunan ***-***-**-** nömrəli telefona zəng vurmaqla zənginə cavab verərək özünü Səbuhi kimi qələmə verən şəxslə danışmış, Səbuhi bildirmişdir ki, avtomobil özünə məxsusdur, yaxşı avtomobildir, guya çarəsiz qalmasaydı heç vaxt həmin avtomobili satmazdır, sadəcə olaraq qardaşının polisdə saxlanılması ilə bağlı təcili pula ehtiyacı olduğundan avtomobilini satmaq məcburiyyətindədir, hətta qiymətini də 4500(dörd min beş yüz) manatadək endirmişdir. Razılaşmışlar ki, görüşsünlər, Səbuhi təklif etmişdir ki, ünvanını ona desin, özü avtomobili sürərək ünvanına gətirəcək. Ona yaşadığı ünvanı izah etmiş və elə həmin gün axşam saat təxminən 20 radələrində Səbuhi adlı şəxs yanında bir nəfər, arvadı kimi təqdim etdiyi Aygün adlı qadınla məhəllərinə gələrək elanda fotolarını qoyduğu avtomili məhəlləyə gətirmişdir. Avtomobilin qeydiyyat şəhadətnaməsini və özlərinin şəxsiyyət vəsiqələrini təqdim etmişdir, sənədlərə əsasən müəyyən olmuşdur ki, onların adları həqiqətən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dır, avtomobil X6 adınadır. Onlar bildirmişlər ki, guya həmin avtomobil sənədlə Aygünün dayısının adınadır, lakin həmin avtomobili dayısı Aygünə hədiyyə edib, təklif etmişlər ki, avtomobili və sənədini ona girov qoysunlar, onlara qardaşını gecə ikən polisdən çıxarmaları üçün 3000(üç min) manat məbləğində pul versin, onlar problemlərini həll edib səhər artıq notariat kontorları işə başladıqda avtomobilin sahibi olan Aygünün dayısını gətirib onun adına alqı-satqı müqaviləsi bağladarlar. O, avtomobilin sənədlərinə və Aygünün adına avtomobilin sahibi tərəfindən etibarnamə verilməsindən, Aygünün özünün çarşabda olmasından, özünü mömün və dindar kimi qələmə verməsindən, hətta ailə üzvləri ilə danışaraq arvadını və anasını avtomobilin həqiqətən də onlara məxsus olmasına, Səbuhinin qardaşının polisə düşməsi ilə əlaqədar məcbur olub satmalarına inandırmasından arxayın olaraq onların təklifi ilə razılaşmış və özünün mobil telefonu vasitəsi ilə videoçəkiliş aparmaqla yaşadığı ünvanda Səbuhiyə 3100(üç min bir yüz) manat verməklə avtomobilin özünü, açarlarını və qeydiyyat şəhadətnaməsini onlardan təhvil almışdır. Onlar pulu götürüb avtomobili ona təhvil verdikdən sonra taksi çağırıb çıxıb getmişlər. Səhərisi gün o, Səbuhiyə zəng vurmağa başladıqda ona əvvəl zəng çatmamış, lakin sonradan Səbuhi özü ona zəng vuraraq bildirmişdir ki, guya günortadan sonra avtomobilin sahibi ilə gəlib onunla notariat kontoruna gedəcəklər, lakin onu aldatmış və bir daha zənglərinə cavab verməmişdir. Bundan sonra o, avtomobilin sahibləri ilə maraqlanaraq Zərərçəkmiş şəxs2 ilə əlaqə yaratmış, məlum olmuşdur ki, Musa həmin avtomobili Səbuhi ilə Aygünə icarəyə verib, onlar isə dələduzluq edərək icarəyə götürdükləri həmin avtomobili özlərininki kimi qələmə verərək ona satmaq adı ilə aldadaraq 3100(üç min bir yüz) manat məbləğində pulunu ələ keçirmişlər. Musa ondan avtomobili tələb etməyə başladıqda ona təklif etmişdir ki, ya gətirib ona ziyana düşdüyü pulun bir hissəsini ödəsin, ya da ki, onlara bir qədər də pul verib avtomobili öz adına alqı-satqı etsinlər, lakin Musa razı olmamışdır, o da avtomobili onlara verməkdən imtina etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona aldadaraq pulunu ələ keçirmiş Təqsirləndirilən şəxs1la yanında gətirərək arvadı kimi təqdim etdiyi Təqsirləndirilən şəxs2 da əlbir olmuşdur, ona görə ki, ondan pulu alarkən Səbuhinin danışdıqlarını Aygün də təsdiq edərək avtomobilin onlara məxsus olmasını, Səbuhinin qardaşının problemə düşməsini təsdiq edərək avtomobili sabahısı gün dayısının gətirərək ona satacaqlarını vəd vermişdir. Halbu ki, sonradan öyrənmişdir ki, Səbuhinin heç qardaşı da yoxdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3100(üç min bir yüz) manat məbləğində maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs2 da Səbuhi adlı şəxslə əlbir olaraq onu aldatmışdır ki, guya onlar ər-arvaddırlar, guya Aygün dini kurslarda dərs deyir, avtomobili də guya məhz onun üçün dayısı alıb ki, həmin dini kurslara avtomobillə gedibgəlsin, guya avtomobil həqiqətən də onlara məxsusdur, guya əri Səbuhinin qardaşı hansısa polis orqanı tərəfindən tutulduğuna görə məcbur olub gecə ilə avtomobili dəyərdəyməzinə satırlar. Ona vurulumuş maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ildən ünvan 9 ünvanında ofis icarəyə götürərək orada «Kuryer.net» şirkəti yaradaraq əhaliyə kuryer xidməti göstərir. Xidməti ilə əlaqədar bir neçə ədəd moped alıb işçilərinə təhvil vermişdir ki, xidməti zərurətlə əlaqədar istifadə etsinlər. 2021-ci ilin iyun ayının əvvəllərində iş elanı əsasında şirkətinə bir nəfər Təqsirləndirilən şəxs1 adlı şəxs müraciət edərək kuryer kimi işə düzəlmək istəmişdir. O da Səbuhini sınaq müddətinə işə qəbul etmişdir, lakin sınaq müddəti olduğu üçün heç bir rəsmiləşdirmə aparmamışdır. Görəcəyi işlər ilə əlaqədar özünə məxsus bir ədəd dəyəri 1200(bir min iki yüz) manat olan «Narma» markalı ağ rəngli mopedi Səbuhiyə təqdim etmişdir. Bir neçə gün işlədikdən sonra Səbuhi ona bildirmişdir ki, guya ona təhkim etdiyi moped köhnəlib, təklif etmişdir ki, istəyirsə həmin mopedi internet saytlarında elan verməklə onun üçün yaxşı qiymətə satsın, əvəzində daha yaxşısını alar. O da Səbuhiyə inanaraq razılaşmış, lakin bundan sonra Səbuhi yoxa çıxmışdır, bir neçə gün ardıcıl olaraq işə də çıxmamışdır, barəsində maraqlandıqda isə bir nəfər adı hazırda xatırında qalmayan qohumu bildirmişdir ki, Səbuhi dələduzdur, bir neçə nəfərə qarşı dələduzluq etdiyinə görə həbs olunub, mopedi internetdə elan verərək özününki kimi təqdim etməklə satıb pulunu ələ keçirib. Bundan sonra o da Səbuhi barəsində polisə şikayət etmək qərarına gəlmiş və belə də etmişdir. Baş vermiş hadisə nəticəsində ona 1200(bir min iki yüz) manat məbləğində maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs1 ona məxsus mopedi satdığı şəxs barədə heç bir məlumatı yoxdur. Ona vurulumuş maddi ziyan tamamilə ödənildiyindən Təqsirləndirilən şəxs1 ilə barışmış və ona qarşı heç bir şikayəti tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Nihat Səttarov onun doğma oğludur. Təqsirləndirilən şəxs1 2016-cı ilin əvvəllərindən tanıyır. Səbuhi özünü ona Bakı şəhər Baş Polis İdarəsində işlədiyini bildirmişdir. 2016-cı ilin noyabr ayında o, oğlu Nihat Səttarovla birlikdə işləmək üçün RF-na getmişlər. Orada olarkən o, hərdən Təqsirləndirilən şəxs1la zəngləşərək telefon əlaqəsi saxlayırmış. 2017ci ilin mart ayında oğlu Nihat Səttarov Azərbaycana qayıtmışdır ki, imtahan verib sürücülük vəsiqəsi almaqla sürücü işləməyə başlasın. Həmin vaxt zəng vuraraq Təqsirləndirilən şəxs1ladanışarkən bildirmişdir ki, Nihatın işə düzəlməsində və sürücülük vəsiqəsi almaqda köməklik göstərəcəkdir. Ona inanaraq mobil nömrəsini oğlu Nihat Səttarova vermişdir. Nihat Bakı şəhərinə qayıtdıqdan sonra zəng vuraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1la görüşərək tanış olmuş, sonuncu sürücülük vəsiqəsi alınması işini üç günə həll etmək üçün 700(yeddi yüz) manat məbəlğində pul istəmişdir. O, Təqsirləndirilən şəxs1 işi düzəldəcəyinə inanaraq oğlu Nihata razılıq vermişdir. Sonra Nihat zəng vuraraq bildirmişdir ki, 2017-ci ilin mart ayının əvvəllərində zəngləşərək Sabunçu rayonu Bakıxanov qəsəbəsində Sabunçu rayon İcra Hakimiyyətinin qarşısında Təqsirləndirilən şəxs1la görüşüb ona 700 manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs1 Novruz bayramı ərəfəsində işin ləngiməməsinə görə əlavə olaraq 100 manat da istəmiş, 2017-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs1la ünvan 10 ünvanının qarşısında görüşərək sonuncuya əlavə 100 manat da vermişdir. Təqsirləndirilən şəxs1 Nihatdan şəxsiyyət vəsiqəsini və hərbi biletini də almışdı ki, guya sürücülük vəsiqəsi düzəldəndə lazım olacaqdır. Sonrakı vaxtlar ərzində o və Nihat dəfələrlə Təqsirləndirilən şəxs1 istifadə etdiyi mobil nömrəyə zəng vursalar da onun mobil telefonu söndürülmüş vəziyyətdə olmuşdur. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 polis orqanlarında işləmir, sadəcə olaraq sürücülük vəsiqəsi düzəltmək adı ilə aldadaraq Nihat Səttarovdan ümumilikdə 800(səkkiz yüz) manat məbləğində pul almışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qonşuluğunda yaşayan Şahid1 və oğlu Nihat Səttarovu təxminən 3 ildir ki, tanıyır. Bu müddət ərzində aralarında dostluq münasibətləri olmuşdur. Özü taksi fəaliyyəti ilə məşqul olaraq ailəsini dolanıdırır. 2017-ci ilin aprel ayının əvvəllərində Nihat Səttarov ondan xahiş etmişdir ki, onu və dostunu Bakı şəhər X12 İdarəsinə aparsın. Nihatı və dostunu dediyi yerə aparmış, yolda söhbət əsnasında aydın olmuşdur, Nihatla birlikdə avtomobildə gedən şəxs Nihat Səttarova sürücülük vəsiqəsi alınmasında köməklik edir. Onları Bakı şəhəri X12 İdarəsinə aparmış, orada onlar avtomobildən enərək həmin idarəyə tərəf getmişlər, özü isə onları avtomobilində gözləmişdir. Bir qədər sonra onlar geri qayıdaraq avtomobilinə əyləşmişlər və o, onları Nizami rayon Şirin Mirzəyev küçəsinə geri qaytarmışdır. Bundan bir müddət sonra, yəni 2017-ci ilin aprel ayının ortalarında Nihat Səttarov ona bildirmişdir ki, sürücülük vəsiqəsi alınmasında ona köməklik etməli olan Səbuhi adlı şəxs ondan 800(səkkiz yüz) manat məbləğində pul almış və ona heç bir köməklik etməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2011-ci ildən Zərərçəkmiş şəxs3 həyat yoldaşıdır. 08.03.2021-ci il tarixdə “Tap.az” internet saytında satılması barədə elan verilmiş “Mitsubishi Pajero İO” markalı avtomobili bəyənərək əri Cahid elanda qeyd olunan telefon nömrəsinə zəng vurararq danışmışdır. Telefona cavab verən Səbuhi adlı şəxs həmin gün axşam saat 20 radələrində arvadı kimi təqdim etdiyi Aygün adlı qadınla birlikdə avtomobili onların ünvanına gətirmişdir. Həyətdə avtomobilə baxıb bəyəndikdən sonra Səbuhi onların evinə qalxmış və Cahid orada Səbuhiyə ilkin ödəniş kimi 3100(üç min bir yüz) manat məbləğində pul vermişdir ki, səhər notariat kontoru açılanda ora gedib avtomobilin alqı-satqısını rəsmiləşdirsinlər. O da, pulun verilməsi anının videoqeydiyyatını öz mobil telefon cihazı vasitəsi ilə aparmışdır. Uşaqları ilə birlikdə aşağı enib avtomobilə baxdıqda orada özünü Səbuhinin arvadı kimi təqdim edən Aygün adlı qadınla tanış olmuşlar. Aygün avtomobili tərifləməyə başlamış, artıq neçə illərdir ki, həmin avtomobili guya özü idarə etdiyini, problemsiz avtomobil olduğunu, özünün dindar olmasını, dini kurslarda dərs deməsini, uzun illərdir övladının olmadığını, müalicə almasını, qaynının, yəni Səbuhinin qardaşının polisə düşməsi ilə əlaqədar təcili pula ehtiyaclarının yaranması səbəbindən avtomobili dəyərindən aşağı qiymətə satdıqlarını bildirmişdir. Sağollaşıb gedərkən isə onların hər ikisi Cahidə tapşırmışdırlar ki, notarial qaydada rəsmiləşdirilmə işləri başa çatdırılmadan avtomobili idarə etməsin. Rəsmiləşdirməni isə 09.03.2021-ci il tarixdə saat 12:00-da baş tutacağının bildirsələr də həmin vaxt artıq Səbuhinin telefonu söndürülmüşüdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 21.09.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 23.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi barəsində CM-in 178.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək əməl CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilərək istintaqı sonuncu nömrə altında davam etdirilmişdir. 28.06.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. 09.03.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, dələduzluq hadisəsi ünvan 11 ünvanında baş vermişdir. 29.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 4(001)-654/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmışdır. 16.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi barəsində CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. 10.08.2021-ci il tarixli protokoldan və əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, əynində boz rəngli gödəkcə və qara rəngli şalvar, başında boz rəngli çeçenka tipli papaq olan üzü az saqqallı oğlan üzünü videokameraya tutaraq adının Səbuhi olmasını qeyd edərək sol əlində saxladığı pul əskinaslarını nümayiş etdirməklə, sağ əli ilə isə yanında dayanan Zərərçəkmiş şəxs3 əlini sıxmaqla bildirir ki, öz avtomobilini Cahidə sataraq ondan 3000 (üç min) manat məbləğində pul almış, pulun qalan 1500 (bir min beş yüz) manat məbləğində hissəsini də sabah avtomobilin sənədləşdirilməsi zamanı təhvil alacaq. Bundan sonra aralarında aydın olmayan bir məsələnin qalmadığını təsdiq edərək avtomobilə dair yanlarındakı masanın üzərinə qoyulmuş sənədlərə tərəf çönürlər, Zərərçəkmiş şəxs3 əlində olan mobil telefon cihazı vasitəsi ilə sənədlərin fotolarını çəkməyə hazırlaşır. 10.08.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 tərəfindən ibtidai istintaqa təqdim edilmiş Təqsirləndirilən şəxs1 ilə aralarında olmuş avtomobil alğısatıqısına dair görüntüləri özündə əks etdirən bir ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. 22.09.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunsa da, hazırda ödənilməmiş və ya götürülməmiş məhkumluğu yoxdur. 22.09.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. 23.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 23 sentyabr 2021-ci il tarixdə istintaq orqanına 1950 manat məbləğində pul təqdim edilmişdir. 24.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 24 sentyabr 2021-ci il tarixdə istintaq orqanına 350 manat məbləğində pul təqdim edilmişdir. 24.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 2300 manat məbləğində puldan 1500 manatı Zərərçəkmiş şəxs3 təqdim edilmiş və sonuncu həmin məbləği qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 ona 1600 manat borcu qalır. 24.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 2300 manat məbləğində puldan 800 manatı Zərərçəkmiş şəxs4 təqdim edilmiş və sonuncu həmin məbləği qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 ona 400 manat borcu qalır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.09.2021-ci il tarixli, 4(001)- 1014/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 29 noyabr 2021-ci il tarixədək uzadılmışdır. 29.09.2021-ci il tarixli qərar və protokoldan görünür ki, «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobil iş zrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. 06.10.2021-ci il tarixli, 9/5882 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində 1999-cu il buraxılışlı, gümüşü metallik rəngli, hərəkət hissələri yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı, «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 22 il istismar müddəti nəzərə alınaraq 2021-ci ilin fevral-mart aylarına respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 7000 (yeddi min) manat müəyyən edilmişdir. 09.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 09 oktyabr 2021-ci il tarixdə istintaq orqanına 150 manat məbləğində pul təqdim edilmişdir. 09.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 150 manat məbləğində puld Zərərçəkmiş şəxs3 təqdim edilmiş və sonuncu həmin məbləği qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 ona 1450 manat borcu qalır. Bakı Apellyasiya Məhkəməsinin 11.10.2021-ci il tarixli, 4(103)-617/2021 nömrəli qərarından görünür ki, verilmiş apellyasiya şikayət təmin edilərək, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiqi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılması müddəti 29 noyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. 14.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 14 oktyabr 2021-ci il tarixdə istintaq orqanına 300 manat məbləğində pul təqdim edilmiş və həmin pul səttarov Nihat Vüqar oğluna təqdim edildikdən sonra Təqsirləndirilən şəxs1 ona 550 manat borcu qalmışdır. 20.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 20 oktyabr 2021-ci il tarixdə istintaq orqanına 150 manat məbləğində pul təqdim edilmişdir. 21.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 150 manat məbləğində puld Zərərçəkmiş şəxs3 təqdim edilmiş və sonuncu həmin məbləği qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 ona 1300 manat borcu qalır. 22.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bacısı X3 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 22 noyabr 2021-ci il tarixdə istintaq orqanına 150 manat məbləğində pul təqdim edilmişdir. 22.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bacısı X3 tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 150 manat məbləğində puld Zərərçəkmiş şəxs3 təqdim edilmiş və sonuncu həmin məbləği qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 ona 1150 manat borcu qalır. 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bacısı X3 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 25 noyabr 2021-ci il tarixdə istintaq orqanına 150 manat məbləğində pul təqdim edilmişdir. 25.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 bacısı X3 tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 150 manat məbləğində puld Zərərçəkmiş şəxs3 təqdim edilmiş və sonuncu həmin məbləği qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 ona 1000 manat borcu qalır. 29.11.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddəti bitdiyindən sonuncu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 05.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət işi üzrə vurulmuş zərərdən 05 dekabr 2021-ci il tarixdə istintaq orqanına 200 manat məbləğində pul təqdim edilmişdir. 05.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim edilmiş ümumilikdə 200 manat məbləğində puld Zərərçəkmiş şəxs3 təqdim edilmiş və sonuncu həmin məbləği qəbul etdikdən sonra Təqsirləndirilən şəxs1 ona 800 manat borcu qalır. 05.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı istintaqa verdiyi ifadəsini təsdiq etməklə hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. 09.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və İTəqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. 10.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuşdur. 10.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 11.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəməyə iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 iş üzrə təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və onlardan heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və onlardan heç bir şikayəti, tələbi yoxdur. Məhkəməyə iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 iş üzrə Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş və heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 29 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.07.2021-ci il tarixli, 4(001)-654/2021 nömrəli qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilərək həbsdə saxlanma müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.09.2021-ci il tarixli, 4(001)-1014/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 2 ay müddətə, yəni 29 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Daha sonra isə Bakı Apellyasiya Məhkəməsinin 11.10.2021-ci il tarixli, 4(103)-617/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiqi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılması müddəti 29 noyabr 2021-ci il tarixədək müəyyən edilmişdir. 29 noyabr 2021ci il tarixli qərarla isə Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddəti bitdiyindən sonuncu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 29 iyun 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 29 iyun 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və yenə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Arablinka yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı və iş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutulmalıdır. Müdafiəçilərin təqdim etdiyi hesabata əsasən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə ümumilikdə 41 (qırx bir) saat, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X7 isə məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 50 (əlli) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və X7 təqsirləndirilən şəxslərin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə cəmi 30 (otuz) saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 29 iyun 2021-ci il tarixdən 29 noyabr 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu 5 (beş) ay müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Arablinka yaşayış massivində yerləşən fərdi yaşayış evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və «Mitsubishi Pajero İO» markalı **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın İş üzrə sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatı Təqsirləndirilən şəxs1 və qalan 25 (iyirmi beş) manatı isə Təqsirləndirilən şəxs2 tutularaq, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (bir yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Fərid Əmirəliyev