Məhkəmə qərarları › İş №1(001)-148/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-148/2021

03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-148/2021 03.03.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kazımov Araz Nurəddin oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Ağayev Taleh Valeh oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Tağıyev Fuad Nazim oğlunun, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1981-ci ildə Tovuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, əvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, 12 saylı evin 87-ci mənzilində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən,xx xxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 12, mənzil 87 ünvanında arvadı Zərərçəkmiş şəxs ona işləməməsini irad tutması səbəbindən aralarında ailə-məişət münasibətlərinin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə və sağ qoluna yumruqla vurub alın-təpə nahiyəsinin qançırı və sağ bazunun ön bayır səthinin hematoması kimi xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə ailə qurmuş, bu evlilikdən onların 2 qız övladları anadan olmuşdur. Son illər Aynurə ilə münasibətləri soyumuş, evdə tez-tez söz-söhbətlər, mübahisələr olmuşdur. Aynurə bir neçə dəfə boşanma ilə məhkəməyə müraciət etmiş, ancaq sonradan barışdıqlarından boşanmaqdan vaz keçmişdir. xx xxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadıqları Binəqədi rayonu, A.Kunanbayev küçəsi, ev 12, mənzil 87 ünvanında olarkən Aynurə səbəbsiz yerə deyinməyə başlamış, işləməməsinə görə ona irad tutmuş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Aynurə onun üzərinə hücum çəkmiş, o, əsəbiləşdiyindən Aynurənin saçından tutub kənara itələmişdir. Aynurə 102 xidmətinə zəng vurub məlumat vermiş və daha sonra mənzilə polis əməkdaşları gəlmişlər. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Qeyd olunan halların nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 128-ci madəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə qurmuşdur, 2 qız övladları anadan olmuşdur. Son illər Elnurla münasibətləri korlanmışdır, belə ki, Elnur ona qarşı bir neçə dəfə kobud rəftar edib əl qaldırmış, onu döydüyünə görə 2-3 dəfə boşanma ilə bağlı məhkəməyə müraciət etmiş, ancaq sonradan övladlarına görə müraciətlərini geri götürmüşdür. xx xxx 2020-ci il tarixdə saat 14 radələrində yaşadıqları Binəqədi rayonu, Kunanbayev küçəsi, ev 12, mənzil 87 ünvanında olarkən Elnurla aralarında mübuhisə yaranmış, mübahisənin səbəbi Elnurun işləməməsi, bütün gün evdə yatması və buna görə də, Elnura irad tutması olmuşdur. Mübahisə zamanı Elnur mətbəxdə onu döyüb, yumruqla baş və alın nahiyəsindən, qollarından, təpiklə bel nahiyəsindən vurub xəsarət yetirmişdir, azyaşlı uşaqları ayaqlarından tutub vurmaması üçün saxlamışdır, o, Elnurun əlindən çıxıb mobil telefonu ilə 102 xidmətinə zəng vurub Elnurun onu döyməsi barədə məlumat vermişdir. Bir azdan mənzilə polis əməkdaşları gəlmişlər, bir neçə gün sonra o, məhkəməyə boşanma ərizəsi ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, sonuncudan heç bir şikayəti yoxdur. Ona görə də, məhkəmədən Təqsirləndirilən şəxs məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İş materiallarının 19-21-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 702 saylı məhkəmə-tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın təpə nahiyəsinin qançır və sağ bazunun ön bayır səthinin hematoması bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül sərər vurmaya aiddirlər. Aşkar olunmuş xəsarətlər xx.xx.2020-ci il tarixdə yumruq və təpiklə vurulan zərbələr nəticəsində əmələ gələ bilərdilər. Xəsarətlərin əl çatan nahiyələrdə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəbi oğlu ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona xx.xx.2021-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səməndər oğlunun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nəbi oğlu əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayəti və tələbi yoxdur. xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM 144-146) Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidr. Belə ki, CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129,130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir ( o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir.) CPM-nin 43.1.2-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsiləndirilən şəxsə qərşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bü Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11, 40.3 və 40.4-cü maddələrində rnəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs ilə barışmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-nin 73.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilə cinayət məsuliyyətindən azad edilməli , CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. CPM-nin 175.5-ci maddəsinə əsasən, müvafiq qətimkan tədbiri onun ləgvindən, dəyişdirilməsindən, habelə şübhəli və təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bü sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun cəlir. Göstərilənlərə əsasən və CPM-nin 37, 39, 40, 43, 175, 321, 347, 356, 384 və 385-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təşqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv olunsun. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsini 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Araz Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar