Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-148/2022 19.04.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 15.06.2021-ci il tarixdə, saat 08:00-da 11:00-dək olan müddət ərzində X2 evdə yatmasından istifadə edərək sonuncuya məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi həyət evinin kilidlənməmiş darvazasından həyətinə, oradan isə kilidlənməmiş giriş qapısından evə qanunsuz daxil olaraq dəhlizdəki kreslonun üzərində olan əl çantasından içərisində 2080 manat məbləğində nağd pul, 20 manat dəyərində bir ədəd pul kisəsini gizli talayıb ümumilikdə Ayna Tağıyevaya 2100 manat məbləğində maddi zərər vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talama məqsədi ilə 20.08.2021-ci il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin evdə olmadıqlarından istifadə edərək sonuncuya məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi Şossesində yerləşən nömrəsiz fərdi həyət evinin daş hasarının üzərindən aşmaqla həyətinə, oradan isə elə evin həyətindən tapdığı çəkic aləti ilə üzərindəki qoruyucu dəmir barmaqlıqlarını qırdığı plastik pəncərənin qıfılını açmaqla evin içərisinə qanunsuz daxil olaraq yataq otağındakı sellofan torbanın içərisinə yığılmış, ümumi dəyəri 100 manat olan istifadə edilmiş geyim əşyalarını, həmin geyim əşyalarının arasında saxlanılan portmanenin içəsindən 1800 manat məbləğində nağd pulu, dəyəri 200 manat olan «Samsung NOTE 3» markalı mobil telefon cihazını, dəyəri 80 manat olan elektrik ütü cihazını, dəyəri 35 manat olan saç ütüsünü, qonşu otaqdan çantası və adaptoru ilə birlikdə ümumi dəyəri 1000 manat olan 01 ədəd «Samsung» markalı noutbuk tipli kompüteri, kompüter çantasının cibində saxlanılan dəyəri 12, 40 və 08 manat olan 03 ədəd müxtəlif həcmli elektron məlumat daşıyıcıları olan flaşkartları, evin dəhlizindən dəyəri 200 manat olan 01 ədəd laqonda alətini, həmçinin, vahid niyyətlə əhatə olunan qəsdlə həyətdəki yardımçı otağın kilidlənməmiş qapısını açaraq içəri qanunsuz daxil olmaqla orada divardan asılmış torbanın içərisindən ümumi dəyəri 100 manat olan açar və alət dəstini gizli talayıb, ümumilikdə əmlak sahibi Zərərçəkmiş şəxs2 3575 manat məbləğində maddi zərər vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talama məqsədi ilə 30.08.2021-ci il tarixdə, saat 12:00-da 13:30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs3 və ailə üzvlərinin evdə olmadıqlarından istifadə edərək sonuncuya məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi həyət evinin daş hasarının üzərindən aşmaqla həyətinə, oradan isə elə evin həyətindən tapdığı dəmir alətlə üzərindəki qoruyucu dəmir barmaqlıqlarını qırdığı plastik pəncərənin qıfılını açmaqla evin içərisinə qanunsuz daxil olaraq qonaq otağındakı qab-qacaq dolabın rəfindən 2700 manat məbləğində, yataq otağınındakı paltar dolabın rəfindən isə 1500 manat məbləğində nağd pulu gizli talayıb, ümumilikdə ev sahibi Zərərçəkmiş şəxs3 4200 manat məbləğində maddi zərər vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli talama məqsədi ilə 14.09.2021-ci il tarixdə, saat 17:00-da 22:30-dək olan müddət ərzində Zərərçəkmiş şəxs4 və ailə üzvlərinin evdə olmadıqlarından istifadə edərək sonuncuya məxsus, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli həyət evinin dəmir darvazasının üzərindən aşmaqla həyətinə, oradan isə elə evin həyətindən tapdığı dəmir alətlə üzərindəki qoruyucu dəmir barmaqlıqlarını qırdığı plastik pəncərənin qıfılını açmaqla evin içərisinə qanunsuz daxil olaraq yataq otağındakı dolabın rəfindən hər birinin dəyəri 50 manat olmaqla ümumi dəyəri 100 manat olan iki ədəd «Siemens» markalı saç fenini, ümumi dəyəri 30 manat olan qadın büjüteriyalarını, uşaq otağındakı dolabın içərisindən bir ədəd 50 manat dəyərində «Siemens» markalı saç fenini, mətbəxdən hər bir kiloqramı 11 manat olmaqla ümumi dəyəri 33 manat olan 03 kiloqram çəkidə şokolad konfetini gizli talayıb əmlak sahibi Zərərçəkmiş şəxs4 ümumilikdə 213 manat məbləğində maddi zərər vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını təkrarən talama məqsədi ilə 27.09.2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs5 və həyat yoldaşının evdə olmadıqlarından, evdə azyaşlı övladlarının tək olmasından istifadə edərək sonuncuya məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt Şossesi, döngə 1 ünvanında yerləşən iki mərtəbəli həyət evinin hasardan aşmaqla həyətinə, oradan isə qıfıllanmamış qapıdan evin içərisinə qanunsuz daxil olaraq evin ikinci mərtəbəsindəki yataq otağındakı əl çantasının içərisindən 60 manat məbləğində nağd pulu, dolabın rəflərindən ümumi dəyəri 15 manat olan, metalı dəmir əsaslı metaldan hazırlanmış, ümumi çəkisi 86,68 qram olan 03 ədəd qara rəngli metaldan, qara rəngli dəriyə bənzər materialdan kəməri olan qol saatlarını, dəyəri 06 manat olan, metal hissələri əlvan metal ərintisindən hazırlanmış, çəkisi 26,51 qram olan yaşıl rəngli plastik, yaşıl rəngli dəriyə bənzər materialdan kəməri olan 01 ədəd qol saatını, dəyəri 10 manat olan, metalı dəmir əsaslı metaldan və əlvan metal ərinisindən hazırlanmış, çəkisi 73,08 qram olan 01 ədəd qara rəngli metaldan kəməri olan qol saatını; dəyəri 586 manat olan, üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,86 qram olan, sarı rəngli metaldan, üzərində “Tamella” yazısı olan 01 ədəd boyunbağını; dəyəri 223 manat olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,63 qram olan 01 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri olan qolbağı; dəyəri 30 manat olan, metalı 585 əyarlı qızıla uyğun ümumi çəkisi 3,52 qram olan 01 ədəd sarı rəngli metal kürələr və düzbucaqlı formalı ağ rəngli muncuqlardan ibarət ipli qolbağı; dəyəri 16 manat olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,14 qram olan, qaşları qiymətli daşlara aid olmayan 01 ədəd gümüşü rəngli metaldan, sonsuzluq formalı elementi üzərində ağ və göy şəffaf qaşları olan qolbağı; dəyəri 04 manat olan, üzərində “925” əyar damğası həkk olunmuş, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 7,58 qram olan 01 ədəd gümüşü rəngli metaldan üzüyü; dəyəri 03 manat olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 4,14 qram olan, qaşı qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd qırmızı rəngli qaş olan 01 ədəd gümüşü rəngli metaldan üzüyü; dəyəri 06 manat olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,27 qram olan, üzərində ürək formalı elementləri olan 01 ədəd sarı rəngli metaldan boyunbağını; dəyəri 05 manat olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 15,65 qram olan 01 ədəd sarı rəngli metaldan qolbağı; dəyəri 04 manat olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,23 qram olan 01 ədəd gümüşü rəngli metaldan yaxa sançağını; dəyəri 06 manat olan, metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,65 qram olan 02 ədəd gümüşü rəngli metal hissələri olan, müxtəlif rəngli ipli qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,73 qram olan, gümüşü rəngli metal hissələri və bənövşəyi rəngli muncuqlardan ibarət 01 ədəd ipli qolbağı; dəyəri 04 manat olan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,63 qram olan, üzərində mirvariyə bənzər muncuqlar olan 01 ədəd gümüşü rəngli metaldan sırğa cütünü; dəyəri 02 manat olan, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,23 qram olan, qaşları qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd ağ şəffaf qaş olan 01 ədəd gümüşü rəngli metaldan (qaralmış) üzüyü; dəyəri 10 manat olan, istifadə olunmuş, arxa korpusu üzərində aşkar edilməyən, üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, çat, cızıqlar, zədə) olan, “Nokia” markalı, “5130c-2” modelli, 356253/04/203640/5 İMEİ kodlu, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon cihazını; dəyəri 15 manat olan, istifadədə olunmuş, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) olan, boz-qara rəngli, Çin istehsallı, “Nokia” markalı, “C2-01” modelli, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon cihazını; ümumilikdə Zərərçəkmiş şəxs5 məxsus 1009 manat dəyərində əmlakı açıq talayıb qaçmaq istəyərkən ev sahibləri tərəfindən aşkar olunduğundan və sonuncuların səs-küyünü eşidən qonşular tərəfindən qaçarkən küçədə tutularaq saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib təkrarən soyğunçuluğa cəhd etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi həyət evində baş vermiş oğurluq hadisəsinin ona heç bir aidiyyatı yoxdur. Həmin hissədə özünü təqsirli hesab etmir. İstintaq zamanı həmin oğurluq hadisəsini də üzərinə götürməyə məcbur qalmışdır. 2021-ci ilin avqust ayının təxminən 20-də, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisindəki fərdi həyət evləri yerləşən küçələr ilə gəzişərək oğurluğa girə biləcəyi üçün əlverişli şəraiti olan ev axtarmağa başlamış, həmin vaxt diqqətini işıqları sönülü olan birmərtəbəli yeni tikili ev cəlb etmiş, ətrafa nəzər salıb evin darvazasına yaxınlaşmış, darvaza bağlı olduğundan evdə sakinlərin olub-olmamasını yoxlamaq üçün qapını bir neçə dəfə döymüş, qapıya gələn olmadığından evdə heç kimin olmadığına tam əmin olduqdan sonra dərvazanın yanından keçən qaz borusunun üzərinə çıxmaqla daş hasara dırmaşmış və hasarın üzərindən aşmaqla evin həyətinə düşmüşdür. O, evin pəncərələri üzərindəki dəmir qoruyucu barmaqlıqlar möhkəm olmadığından, həmin dəmir barmaqlıqları qıraraq evə pəncərədən daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə həyəti dolanıb bərk dəmir parçası axtarmağa başlamış, özü ilə əvvəlcədən götürdüyü rezin əlcəkləri əlinə taxıb evin həyətindəki yardımçı tikilinin içərsində divardan asılmış, alətlərlə dolu kisənin içərisinidən bir ədəd çəkic tapıb pəncərənin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissədən ayıraraq özü ölçüdə dəlik yaratmış, daha sonra plastik pəncərəyə güc gələrək bir layını açmış və oradan evin mətbəxinə daxil olmuşdur. Mətbəxdən yataq otağına keçmiş, orada döşəmənin üstündə yerdə sellofan torbanın içərisində olan paltarları silkələyib yerə tökdükdə arasından bir ədəd portmane düşmüş, içinə baxdıqda yüzlük əskinaslarla 1800 manat məbləğində pul olduğunu görmüş, pulları çıxarıb cibinə qoymuş, portmaneni isə yerə tullamışdır, geyim əşyalarından da bir neçəsini torbaya yığıb götürmüşdür. Daha sonra həmin otaqdan «Samsung Note 3» markalı mobil telefon, bir ədəd elektrik ütüsü və saç ütüsü tapıb götürmüşdür. O, həmin otağın yanındakı balaca otağa keçərək oradan noutbuk tipli kompüteri adaptoru, çantası ilə birlikdə götürmüş, kompüter çantasının cibində üç ədəd flaşkart, bank kartı və bir neçə yazılı kağız olmuşdur. O, evi tərk etmək üçün dəhlizdən bayıra çıxanda dəhlizdə yerdə olan bir ədəd laqonda alətini də özü ilə götürərək həyətə çıxmış, həyətdəki yardımçı tikilinin içərisindən açar dəstini də götürərək evdən oğurladığı əşyalarla birlikdə hamısını kisəyə yığmış, sonra kisəni hasarın üstünə qoymuş, oğurluqda istifadə etdiyi çəkiclə əlcəkləri həyətə tullayıb gəldiyi yolla da hasarı aşaraq kisəni də özü ilə götürüb kirayədə yaşadığı evə getmişdir. Səhərisi gün oğurladığı əşyaların hamısını Sabunçu qəsəbəsindəki əşya bazarına apararaq tanımadığı müştərilərə özününki kimi təqdim edərək satmaqla, ümumilikdə təxminən 300 manata yaxın pul əldə etmiş, yalnız laqonda alətini Binəqədi qəsəbəsində dəmir yığan tanımadığı qaraçılara 20 manat satmış, mobil telefonu isə tutulacağından ehtiyat edərək tullamışdır. Bundan başqa, o, 2021-ci ilin avqust ayının təxminən sonlarında, günorta saatlarında yenidən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisindəki fərdi həyət evləri yerləşən küçələr ilə gəzişərək oğurluğa girə biləcəyi üçün əlverişli şəraiti olan ev axtarmağa başlamışdır. Həmin vaxt diqqətini birmərtəbəli yeni tikili ev cəlb etmiş, ətrafa nəzər salıb evin darvazasına yaxınlaşmış, darvaza bağlı olduğundan evdə sakinlərin olub-olmamasını yoxlamaq üçün qapını bir neçə dəfə döymüş, qapıya gələn olmadığından evdə heç kimin olmadığına tam əmin olduqdan sonra dərvazanın yanından keçən qaz borusunun üzərinə çıxmaqla daş hasara dırmaşmış və hasarın üzərindən aşmaqla evin həyətinə düşmüşdür. Evin pəncərələri üzərindəki dəmir qoruyucu barmaqlıqlar elə də möhkəm deyilmiş, ona görə də həmin dəmir barmaqlıqları qıraraq evə pəncərədən daxil olmaq qərarına gəlmişdir. Evin sonuncu pəncərəsi həyətdəki ağacların arxasında qaldığından və yol tərəfdən görünmədiyindən həmin pəncərəni qırmağı düşünmüşdür. Bu məqsədlə həyəti dolanıb bərk dəmir parçası axtarmağa başlamış, evin arxasından bir ədəd dəmir aləti tapmış, həmin alətlə pəncərənin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissədən ayıraraq özü ölçüdə dəlik yaratmış, daha sonra plastik pəncərəyə güc gələrək bir layını açmış və oradan evin içərisinə daxil olmuşdur. Elə birinci daxil olduğu böyük qonaq otağındakı servantın şüşə rəfinin üzərindən əksəriyyəti yüzlük əskinaslar olmaqla, təxminən 2100 manat məbləğində pul tapıb cibinə qoymuş, bundan sonra həmin otaqdakı digər servant və dolabları, daha sonra isə evin digər otaqlarını axtarmağa başlamış, yataq otağındakı dolabın rəfi üzərində olan balaca dəmir mücrünün içərisindən də əksəriyyəti yüzlük əskinaslar olmaqla, təxminən 1100 manat məbləğində pul tapıb cibinə qoymuş və evi gəldiyi kimi də tərk etmişdir. Oğurladığı pulu bir müddət ərzində öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 2021-ci ilin sentyabr ayının təxminən ortalarında, axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi Yolu üzərindəki birmərtəbəli yeni tikili ev diqqətini cəlb etmiş, ətrafa nəzər salıb evin darvazasına yaxınlaşmış, darvaza bağlı olduğundan evdə sakinlərin olub-olmamasını yoxlamaq üçün qapını bir neçə dəfə döymüş, qapıya gələn olmadığından evdə heç kimin olmadığına tam əmin olduqdan sonra darvazanın yanından keçən qaz borusunun üzərinə çıxmaqla daş hasara dırmaşmışdır. O, hasarın üzərindən aşmaqla evin həyətinə düşmüş, pəncərələri üzərindəki dəmir qoruyucu barmaqlıqlar möhkəm olmadığından, həmin dəmir barmaqlıqları qıraraq evə pəncərədən daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə həyəti dolanıb bərk dəmir parçası axtarmağa başlamış, evin arxasından bir ədəd dəmir parçası tapmış, həmin alətlə pəncərənin üzərindəki qoruyucu dəmir barmaqlığı divara bərkidildiyi hissədən ayıraraq özü ölçüdə dəlik yaratmış, daha sonra plastik pəncərəyə güc gələrək bir layını açmış və oradan evin içərisinə daxil olmuşdur. O, evin bütün otaqlarını axtarsa da evdə heç bir pul və ya üzərində hiss olunmadan çıxara biləcəyi qiymətli əşya tapa bilməyib evdən yalnız bir neçə ədəd sadə bəzək əşyaları - qadın bijuteriyaları, üç ədəd saç fenləri və bir balaca sellofan torbanın içində şokolad konfetləri götürüb gəldiyi kimi də oranı tərk etmişdir. Oğurladığı konfetləri özü yemiş, bijuteriyalara pul verən olmadığından zibilliyə tullamış, üç ədəd feni isə hərəsini beş manata olmaqla Sabunçu qəsəbəsi ərazisindəki əşya bazarında tanımadığı müştərilərə özününki kimi təqdim etməklə satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 27.09.2021-ci il tarixdə, axşam saatlarında yenidən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt Yolu üzərindəki iki mərtəbəli yeni tikili ev diqqətini cəlb etmiş, kənarda dayanıb evin müşahidəsini aparmağa başlamış, iki nəfər qadının evdən çıxıb darvazanın qapısının açarla bağlayaraq çıxıb getdiklərini görmüşdür. O, daş hasara dırmaşmış və hasarın üzərindən aşmaqla evin həyətinə düşmüş, qapının qıfıllanmadığını görmüş, qapını açıb sakitcə evə daxil olmuş və qapını içəridən qıfıllamışdır. O, pilləkənlə ikinci mərtəbəyə qalxıb otaqları axtarmağa başlamış, yataq otağındakı əl çantasından 60 manat məbləğində pul tapıb cibinə qoymuş, daha sonra dolabları axtarmağa başlamış, dolablardan bir neçə ədəd boyunbağı və qolbağı, üzüklər, döş sancağı, muncuqlu bijuteriyalar və bir neçə ədəd qol saatları tapıb cibinə yığmış, işini hələ başa vurmamış evin qapısının bayır tərəfdən döyüldüyünü eşitmişdir. O, ev sahiblərinin geri qayıtdıqlarını anlamış, tez aşağı enərək ikinci mərtəbəyə qalxan pilləkənin altındakı, evin giriş qapısı ilə üz-üzə yerləşən saxlanc yerinə girərək orada gizlənmişdir. O, ev sahiblərinin fikri yayınan kimi oradan qaçmağı planlaşdırmışdır. Qapını bayırdan bir qədər də döydükdən sonra birinci mərtəbədəki otaqlardan birindən balaca qız uşağı çıxaraq evin qapısını açıb valideynlərini içəri buraxmış, qapının nə üçün içəri tərəfdən bağlanması səbəbindən aralarında mübahisə başlamışdır. O, fikirlərinin yayındığı görüb gizləndiyi yerdən çıxaraq darvazaya tərəf qaçmışdır. O, küçəyə çıxaraq qaçmağa başlamış, bir qədər aralandıqdan sonra ev sahiblərini səsini eşitmiş, buna baxmayaraq qaçmağa davam etmiş, səslərini eşidən qonşular onun qarşısını kəsərək tutub saxlamışlar və zəng vurub onu polisə təhvilə vermişlər. Yəni həmin evdə olarkən onu heç kəs görməmişdir. Onun üzərinə baxış keçirdikdə həmin evdən oğurladığı əşyaları üzərindən aşkar edərək götürülmüş, o da həmin evə oğurluğa girməyini polislərə etraf etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxs X5 ilə barışmış və sonuncunun ondan heç bir şikayəti, tələbi yoxdur. Digər zərər çəkmiş şəxslərlə isə barışıq əldə olunmamışdır. Zərərçəkmiş şəxs5 vurulmuş ziyan qaytarılmışdır. Ona görə də, deyilənlərin, cinayəti səmimi etiraf etməsinin, himayəsində azyaşlı uşağının olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. 10.03.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 oğlu ifadəsində göstərmişdir ki, 15.06.2021-ci il tarixdə, saat 11 radələrində evdə olduğu zaman əl çantasının içərisində olan pul kisəsindən 2080 manat məbləğində pulun pul kisəsi ilə birlikdə oğurlandığını aşkar etmişdir. Belə ki, 15.06.2021-ci il tarixdə, səhər saat 07 radələrində yuxudan oyandıqdan sonra alış-veriş üçün yaxınlıqda yerləşən marketə getmiş, daha sonra evə qayıtmışdır. Alış-verişə gedərkən əl çantasının içərisində olan 20 manat dəyərindəki pul kisəsində 2080 manat məbləğində pul olmuşdur, bu müddət ərzində əl çantası sağ çiynindən asılmış vəziyyətdə olmuşdur, evə gəldikdən sonra isə əl çantasının içərisində olan pulunu yoxlayaraq yerində olmasını görmüşdür. Çantasını evin giriş hissəsində olan yumşaq oturacağın üzərinə qoyaraq yataq otağına keçib yatmışdır. O, oyandıqdan sonra bir daha çantasına baxdıqda pul kisəsinin içindəki 2080 manat məbləğində pul ilə birlikdə çantasında olmadığını aşkar etmişdir. Həmin vaxt həyətin darvazası da, evin giriş qapısı da qıfıllanmamış vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməsə də sonuncu barəsində yüngül cəza verilməsini xahiş etmişdir. 17.03.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 17 avqust 2021-ci il tarixdə, saat 23 radələrində anası ilə birlikdə yaşadığı evi tərk edərək Yardımlı rayonuna getmişlər. Gedərkən evin giriş qapısını və həyətin darvazasını açarla bağlayaraq işıqlarını da ümumi şəbəkədən söndürmüşlər. O, anasını rayonda qoyub 29 avqust 2021-ci il tarixdə, saat 21 radələrində bacısı ilə birlikdə evə qayıtmışlar. O, darvazanın qapısını açıb həyətə daxil olduqda mətbəxin pəncərəsinin üzərindəki qoruyucu dəmir barmaqlığın yerindən çıxarıldığını görmüş, evin qapısını açarla açanda evdən oğurluq baş verməsinə əmin olmuş və dərhal DİN-in «102» xidmətinə zəng vuraraq hadisə barədə bildirmişdir. İlk olaraq dəhlizdə saxladığı laqondanın yerində olmadığını görmüş, daha sonra mətbəxə keçmiş və pəncərə üzərində olan dəmir barmaqlığın əyildiyini görmüş, sonra isə yataq otağına daxil olmuş, yataq otağında döşəmənin üzərində sellofanın içindəki paltarların arasında saxladığı portmanenin içərisindən yüzlük əskinaslarla olan 1800 manat məbləğində pulun oğurlanaraq portmanenin döşəmənin üstünə atıldığını, sellofanda olan paltarlardan bir hissəsinin, həmin otaqda saxlanılan digər paltarların oğurlandığını aşkar etmişdir. Yataq otağının yanındakı yardımçı otaqdan noutbuk tipli kompüterinin çantası ilə birlikdə oğurlandığını, kompüter çantasının cibində 03 ədəd flaşkart, bir ədəd adaptor və VÖEN sənədləri olmuşdur. Bundan başqa çantanın içərisində kağızda yazdığı, sosial şəbəkə hesabları, imeyl ünvanı və bir ədəd məvacib kartının kodları olmuşdur. Məvacib kartından pul oğurlanmasa da 21 avqust 2021-ci il tarixdə hazırda işlətdiyi «Samsung A11» markalı ***-***-**- ** nömrəli telefonuna "xxxx" ASC-dən messaj gəlmişdir ki, kartdan pul çəkilməsi əməliyyatı ilə bağlı uğursuz əməliyyat aparılıb. Yataq otağından həmçinin «Samsung NOTE 3» markalı mobil telefonunun oğurlandığını aşkar etmişdir, qutusunu əvvəlcədən tulladığı həmin mobil telefonu digər «Samsung A11» markalı hazırda işlətdiyi telefonunun qutusunun içində olmuşdur. Bundan başqa yataq otağından bir ədəd qadın saç ütüsü və bir ədəd elektrik ütüsü də oğurlanmışdır. Həyətdəki saxlanc yerindən divarına asdığı açar dəsti də oğurlanmışdır. Ona 1800 manat nağd pulu, dəyəri 1000 manat olan «Samsung» markalı kompüteri, dəyəri 12 manat, 40 və 08 manat olan flaşkartları, dəyəri 200 manat olan «Samsung NOTE 3» markalı mobil telefon cihazını, ümumi dəyəri 100 manat olan istifadə edilmiş geyim əşyalarını, dəyəri 200 manat olan laqonda alətini, dəyəri 80 manat olan elektrik ütü cihazını, dəyəri 100 manat olan açar dəstini, dəyəri 35 manat olan saç ütüsünü hesabladıqda baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3575 manat məbləğində maddi zərər dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış, ziyan ödənilməmiş, sonuncudan şikayətçi olmaqla yuxarı həddə cəza verilməsini xahiş etmişdir. 10.03.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 30.08.2021-ci il tarixdə, saat 11:30-da o, həyat yoldaşı və iki övladını aparıb Xocasən sağlamlıq mərkəzinə düşürdükdən sonra qardaşı Səbuhi Əmrahovla birlikdə işə getmişdir. Həmin gün, saat 15:45-də işdən qayıdıb Xocasən qəsəbəsində yaşayan atasıgildən həyat yoldaşı və övladlarını götürdükdən sonra evə gəlmiş, evin giriş qapısının açıq, pəncərəsinin qoruyucu dəmir barmaqlığının sındırılmış, plastik pəncərənin özünün isə açıq vəziyyətdə olduğunu görmüşdür. O, dərhal polisə yaxınlaşıb məlumat vermiş və naməlum şəxs və ya şəxslər evə daxil olaraq evin qonaq otağında yerləşən dolabın içərisindən 2700 manat, uşaq otağında olan dolabın içərisində olan dəmir qabın içərisindən isə 1500 manat məbləğində pulların oğurlandığı məlum olmuşdur. Hadisə zamanı evdə heç kim olmamış, hadisə nəticəsində ona ümumilikdə 4200 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmamış, ziyan ödənilməmiş, sonuncudan şikayətçi olmaqla ağır həddə cəza verilməsini xahiş etmişdir. 31.03.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 14.09.2021-ci il tarixdə, axşam saat 17 radələrində arvadı ilə birlikdə evin qapı pəncərəsini bağlayaraq uşaqların arxasınca məktəbə getmişlər, təxminən iki saatdan sonra evə qayıtdıqda həyətin darvazasını açıq vəziyyətdə, evin uşaq otağının pəncərəsinin üzərində olan qoruyucu dəmir barmaqlıq divara bərkidildiyi hissədən sındırıldığını və plastik pəncərənin bir layının açıq vəziyyətdə olduğunu görmüşlər. Evin əşyaların hamısının dağınıq vəziyyətdə olduğundan evindən oğurluq olduğunu anlamış, ona görə də Daxili İşlər Nazirlyinin «102» Xidmətinə zəng vurub məlumat vermişdir. Məlumatı əsasında ünvanına ərazi aidiyyəti üzrə 6-cı Polis Bölməsinin əməkdaşları gəlmişlər, hadisə yerini müayinə edib, əl-barmaq izləri götürülmüşdür. İlkin olaraq evin əşyalarını tam nəzərdən keçirmədən həyəcanlı halda «102» Xidmətinə verdiyi məlumatda bildirmişdir ki, evindən qızıl-zinət əşyaları və 2000 manat məbləğində pul oğurlanıb, lakin polislər gələnə qədər yadına düşmüşdür ki, evdə qızıl olmayıb, ona görə də 6-cı PB-nin əməkdaşlarına yazdığı izahatında düzəliş edərək evdən yalnız 2000 manat məbləğində nağd pul və 30 manat dəyərində büjüteriyalar oğurlandığını bildirmişdir. Lakin sonradan polislər gedəndən sonra arvadı ilə söhbət edərkən evdən pulun da oğurlanmadığı ona məlum olmuşdur. Belə ki, arvadı hadisədən bir neçə gün əvvəl pulu saxlamaq üçün anasıgilin evinə aparıb qoyduğunu bildirmişdir. Sonradan oğurluq hadisəsi zamanı yataq otağındakı dolabın içərisindən hər birinin dəyəri 50 manat olan iki ədəd «Siemens» markalı saç feninin, ümumi dəyəri təxminən 30 manat olan qadın büjüteriyasının, uşaq otağındakı dolabın içərisindən bir ədəd 50 manat dəyərində «Siemens» markalı saç feninin, mətbəxdən hər bir kiloqramını 11 manata aldığı təxminən 3 kiloqram çəkidə şokolad konfetinin oğurlandığını müəyyənləşdirmişdir. Sadaladığı əşyaları hesablamaqla baş vermiş hadisə nəticəsində ona ümumilikdə 211 manat məbləğində maddi zərər dəymişdir. Təqsirləndirilən şəxs ilə barışmamış, ziyan ödənilməmiş, sonuncudan şikayətçi olmaqla ağır həddə cəza verilməsini xahiş etmişdir. 31.03.2022-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 27.09.2021-ci il tarixdə, axşam saatlarında azyaşlı övladını evdə tək qoyaraq evin giriş qapısını qıfıllamadan, yalnız həyət darvazasının qıfıllayaraq evdən çıxıb arvadı ilə birlikdə yaxınlıqdakı dərziyə getmişlər. Təxminən yarım saatdan sonra geri qayıtdıqda darvazanı açarla açıb həyətə girsələr də evin açıq saxladıqları giriş qapısı içəri tərəfdən qıfıllandığından evə daxil ola bilməmişlər. Qapını döyərək evdə qalan uşağın gəlib qapını açması üçün səsləmişlər. Uşaq qapını açıb onları içəri buraxsa da qapının içəridən onun tərəfindən kilidlənmədiyini bildirmişdir. Bu hal ona şübhəli gəldiyindən ətrafa nəzər yetirib pilləkənlə ikinci mərtəbəyə qalxdıqda otaqların əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bu zaman aşağıdan səs eşitmiş, pilləkənin yuxarısından aşağı boylandıqda bir nəfərin evin giriş qapısından bayıra tərəf qaçdığını görmüş, qışqıraraq bu barədə ailə üzvlərinə bildirərək həmin şəxsin arxasınca qaçmışlar, lakin həmin şəxs artıq çox uzaqlaşdığından ona çata bilməməmişlər. O yalnız uzaqdan həmin şəxsin qaçdığı istiqamətdə dayanan məhəllə sakinlərinə qışqıraraq qaçan şəxsin oğru olduğunu xəbər vermişdir. Qonşuları Şahid1 və Şahid2 həmin şəxsi tutub saxlaya bilmişlər və zəng vurub polisə məlumat vermişlər. Məlumat əsasında gələn 6-cı Polis Bölməsinin əməkdaşları da həmin şəxsi gəlib təhvil alaraq Polis Bölməsinə aparmışlar, o da ora getmiş, bölmədə üzərinə keçirilmiş baxış zamanı onun evindən taladığı qızıl-zinət əşyaları, pul və digər əşyalar həmin şəxsin cibindən aşkar olunaraq götürülmüşdür. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı sonuncunun onun evindən üç ədəd qızıl boyunbağlarını, üç ədəd qızıl qolbağlarını, iki ədəd gümüş qolbağlarını, iki ədəd gümüş üzükləri, bir ədəd qızıl sancağı, bir ədəd qızıl üzüyü, 60 manat məbləğində nağd pulu, beş ədəd sadə qol saatlarını, iki ədəd «Nokia» markalı sadə mobil telefon cihazlarını taladığı məlum olmuşdur. Həmin oğurluq nəticəsində ona ümumilikdə, təxminən, 1600 manat məbləğində maddi zərər vurmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan geri qaytarılmış, buna baxmayaraq sonuncu ilə barışmamış, ondan şikayətçi olmaqla ən ağır həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 27.09.2021-ci il tarixdə, axşam saatlarında, təxminən saat 17-18 radələrində qonşularla məhəllədə dayanıb söhbət edərkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs5 evi tərəfdən qadın qışqırıqlarının səsi gəlmişdir. O, bir nəfər əvvəllər tanımadıqları cavan oğlanın Zərərçəkmiş şəxs5 həyətindən çıxıb onlara tərəf qaçdığını görmüş, arxasınca çıxan ev sahiblərinin oğru deyə qışqırdıqlarını görmüşdür. Həmin şəxsin qarşısını kəsib tutmaq istədikdə o, yanlarından qaçıb dalana girmişdir. Onlar dalandan çıxış olmadığını bildikləri üçün həmin şəxsi bir qədər təqib etmişlər və orada tutub saxlamışlar, həmin şəxs əvvəl dartınaraq müqavimət göstərməyə, əllərindən çıxmağa çalışsa da, o, digər qonşuları Şahid2la birlikdə olduğundan, sayca və fiziki cəhətdən həmin şəxsdən üstün olduqlarından müqavimətini qıraraq tutub saxlaya bilmişlər. O, zəng vurub ərazi aidiyyəti üzrə 6-cı PB-nə baş vermiş hadisə barədə məlumat vermiş, bir qədər sonra Polis Bölməsinin əməkdaşları gəlib həmin şəxsi onlardan təhvil alaraq aparmışlar. Həmin şəxs qaçarkən arxasınca gələn ev sahiblərinin arasında məsafə az olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsindən məlum olur ki, o, Şahid1 göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28.09.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (İ cild i.v 1) 20.09.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (İ cild i.v 128) 15.07.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (İ cild i.v 197) 06.10.2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. (İİ cild i.v 21) 28.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 27.09.2021-ci il tarixdə, saat 17 radələrində olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt Şossesi, döngə 1 ünvanında yerləşən iki mərtəbəli həyət evində baş vermişdir. (İ cild i.v. 10-18) 14.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 14.09.2021-ci il tarixdə, saat 17:00-da 22:30-dək olan müddət ərzində olan oğurluq hadisəsi ünvan 1 ünvanında baş vermişdir. (İ cild i.v. 28-32) 30.08.2021-ci il tarixli protokoldan ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 30.08.2021-ci il tarixdə saat 12:00-da 13:30-dək olan müddət ərzində olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi həyət evində baş vermişdir. (İ cild i.v. 136-147) 17.06.2021-ci il tarixli protokoldan ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 15.06.2021-ci il tarixdə saat 08:00-da 11:00-dək olan müddət ərzində olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi həyət evində baş vermişdir. (İ cild i.v. 204-207) 29.08.2021-ci il tarixli protokoldan ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 20.08.2021-ci il tarixdə axşam saatlarında olan oğurluq hadisəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi Şossesində yerləşən nömrəsiz fərdi həyət evində baş vermişdir. (İİ cild i.v. 29-33) Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 25.09.2021-ci il tarixli, 011-9007-1221 saylı məktubunda qeyd olunmuşdur ki, 14.09.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK Yolu, döngə 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin AİDS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədi, AİDS-in məlumat bankına Kürdəmir RPŞ-si, Binəqədi RPİ-si və Sabunçu RPİ-dən daxil olmuş məlumatlara əsasən xx.xx.1989-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil edir. (i.v. 36-38) 28.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 22- 00-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild i.v 55) 29.09.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. (İ cild i.v. 72-73) 29.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Bakı-Sumqayıt Şossesi, döngə 1 ünvanında törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İ cild i.v. 89-104) Binəqədi rayon Məhkəməsinin 29.09.2021-ci il tarixli, 4/(001)-1033/2021 saylı qərarının çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 28.09.2021-ci il tarixdən hesablanmışdır. (İ cild i.v 111) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Abasov X6 rayon Məhkəməsinin 23.04.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tədbiq edilməklə qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.08.2020-ci il tarixdə cəza müddəti sona çatmışdır. (İ cild i.v 113-114) 01.10.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 25.09.2021-ci il tarixli, 011-9007-1221 saylı məktuba əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisində 01 ədəd əl izi iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (İ cild, i.v. 123) 03.10.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq bir icraatda ********* sayı altında davam etdirilmişdir. (İ cild, 125) 29.09.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, fərdi yaşayış evində törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İ cild i.v. 161-167) 15.08.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunana qədər dayandırlımışdır. (İ cild, i.v. 223) 03.12.2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq bir icraatda ********* sayı altında davam etdirilmişdir. (İ cild, i.v. 195) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.12.2021-ci il tarixli, 6/5101-9/8104 saylı rəyinə əsasən, təqdim olunmuş 16 adda məmulatların 2021-ci ilin sentyabr ayına olan pərakəndə satış qiməti 924 manat, 2 ədəd mobil telefon 25 manat müəyyən edilir. (İİ cild, i.v. 3-6) 07.12.2021-ci il tarixli qərardan görünür ki, metalı dəmir əsaslı metaldan hazırlanmış, ümumi çəkisi 86,68 qram olan 03 ədəd qara rəngli metaldan, qara rəngli dəriyə bənzər materialdan kəməri olan qol saatı; metal hissələri əlvan metal ərintisindən hazırlanmış, çəkisi 26,51 qram olan yaşıl rəngli plastik, yaşıl rəngli dəriyə bənzər materialdan kəməri olan 01 ədəd qol saatı; metalı dəmir əsaslı metaldan və əlvan metal ərinisindən hazırlanmış, çəkisi 73,08 qram olan 01 ədəd qara rəngli metaldan kəməri olan qol saatı; üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,86 qram olan, sarı rəngli metaldan, üzərində “Tamella” yazısı olan 01 ədəd boyunbağı; üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,63 qram olan 01 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri olan qolbaq; metalı 585 əyarlı qızıla uyğun ümumi çəkisi 3,52 qram olan 01 ədəd sarı rəngli metal kürələr və düzbucaqlı formalı ağ rəngli muncuqlardan ibarət ipli qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş , metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,14 qram olan, qaşları qiymətli daşlara aid olmayan 01 ədəd gümüşü rəngli metaldan, sonsuzluq formalı elementi üzərində ağ və göy şəffaf qaşları olan qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 7,58 qram olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 4,14 qram olan, qaşı qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd qırmızı rəngli qaş olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,27 qram olan, üzərində ürək formalı elementləri olan 01 ədəd sarı rəngli metaldan boyunbağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 15,65 qram olan 01 ədəd sarı rəngli metaldan qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,23 qram olan 01 ədəd gümüşü rəngli metaldan yaxa sançağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,65 qram olan 02 ədəd gümüşü rəngli metal hissələri olan, müxtəlif rəngli ipli qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,73 qram olan, gümüşü rəngli metal hissələri və bənövşəyi rəngli muncuqlardan ibarət 01 ədəd ipli qolbaq; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,63 qram olan, üzərində mirvariyə bənzər muncuqlar olan 01 ədəd gümüşü rəngli metaldan sırğa cütü; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,23 qram olan, qaşları qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd ağ şəffaf qaş olan 01 ədəd gümüşü rəngli metaldan (qaralmış) üzük; istifadədə olunmuş, arxa korpusu üzərində aşkar edilməyən, üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, çat, cızıqlar, zədə) olan, “Nokia” markalı, “5130c-2” modelli, 356253/04/203640/5 İMEİ kodlu, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon; istifadə olunmuş, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) olan, boz-qara rəngli, Çin istehsallı, “Nokia” markalı, “C2-01” modelli, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon cihazı, həmçinin bir ədəd əlli manatlıq və on ədəd bir manatlıq əskinaslarla ümumilikdə 60 manat məbləğində nağd pul cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması ücün Zərərçəkmiş şəxs5 təhvil verilmişdir. (İİ cild, i.v. 8) 07.12.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkildən görünür ki, metalı dəmir əsaslı metaldan hazırlanmış, ümumi çəkisi 86,68 qram olan 03 ədəd qara rəngli metaldan, qara rəngli dəriyə bənzər materialdan kəməri olan qol saatı; metal hissələri əlvan metal ərintisindən hazırlanmış, çəkisi 26,51 qram olan yaşıl rəngli plastik, yaşıl rəngli dəriyə bənzər materialdan kəməri olan 01 ədəd qol saatı; metalı dəmir əsaslı metaldan və əlvan metal ərinisindən hazırlanmış, çəkisi 73,08 qram olan 01 ədəd qara rəngli metaldan kəməri olan qol saatı; üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,86 qram olan, sarı rəngli metaldan, üzərində “Tamella” yazısı olan 01 ədəd boyunbağı; üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,63 qram olan 01 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri olan qolbaq; metalı 585 əyarlı qızıla uyğun ümumi çəkisi 3,52 qram olan 01 ədəd sarı rəngli metal kürələr və düzbucaqlı formalı ağ rəngli muncuqlardan ibarət ipli qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş , metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,14 qram olan, qaşları qiymətli daşlara aid olmayan 01 ədəd gümüşü rəngli metaldan, sonsuzluq formalı elementi üzərində ağ və göy şəffaf qaşları olan qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 7,58 qram olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 4,14 qram olan, qaşı qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd qırmızı rəngli qaş olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,27 qram olan, üzərində ürək formalı elementləri olan 01 ədəd sarı rəngli metaldan boyunbağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 15,65 qram olan 01 ədəd sarı rəngli metaldan qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,23 qram olan 01 ədəd gümüşü rəngli metaldan yaxa sançağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,65 qram olan 02 ədəd gümüşü rəngli metal hissələri olan, müxtəlif rəngli ipli qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,73 qram olan, gümüşü rəngli metal hissələri və bənövşəyi rəngli muncuqlardan ibarət 01 ədəd ipli qolbaq; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,63 qram olan, üzərində mirvariyə bənzər muncuqlar olan 01 ədəd gümüşü rəngli metaldan sırğa cütü; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,23 qram olan, qaşları qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd ağ şəffaf qaş olan 01 ədəd gümüşü rəngli metaldan (qaralmış) üzük; istifadədə olunmuş, arxa korpusu üzərində aşkar edilməyən, üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, çat, cızıqlar, zədə) olan, “Nokia” markalı, “5130c-2” modelli, 356253/04/203640/5 İMEİ kodlu, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon; istifadə olunmuş, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) olan, boz-qara rəngli, Çin istehsallı, “Nokia” markalı, “C2-01” modelli, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon cihazı, həmçinin bir ədəd əlli manatlıq və on ədəd bir manatlıq əskinaslarla ümumilikdə 60 manat məbləğində nağd pul tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs5 təqdim edilən əşyaların ona məxsus olmasını bildirmiş və həmin əşyalar sonucuya təhvil verilmişdir. (İİ cild, i.v. 10-11) 12.12.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 49-cu maddəsinin tələbləri rəhbər tutulmaqla ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq bir icraatda ********* sayı altında davam etdirilmişdir.(İİ cild, i.v. 18) 12.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi Şossesində yerləşən nömrəsiz fərdi həyət evində törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İİ cild i.v. 94-97) 12.12.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 16.09.2021-ci il tarixli 21/1198a nömrəli arayışa əlavə edilmiş, 01 ədəd möhürlənmiş zərfin içərisində 02 ədəd əlcək cinayətin aləti olduğu üçün iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (İİ cild, i.v. 98) 12.12.2021-ci il tarixli protokoldan və 30.08.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən, Zərərçəkmiş şəxs3 məxsus nömrəsiz fərdi evdən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində əldə olunmuş, hadisənin baş verdiyi ünvanın ətrafında quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınaraq 01 ədəd CD-yə köçürülmüş üç ədəd videogörüntüyə, iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, həmin videogörüntülərdə zahiri görünüşü ilə Təqsirləndirilən şəxs bənzəyən, əynində göy rəngli qısa qol köynək və mavi rəngli şalvar, gözlərində günəş eynəyi olan, çiynindən çanta asılmış bir nəfər cavan oğlanın fərdi həyət evlərinn arası ilə ətrafa boylanaraq hərəkət etməsi, küçədə dayanaraq cibindən iki ədəd ayrı-ayrı topada xeyli sayda pul əskinaları çıxarıb sayması və yenidən qaytarıb cibinə qoyması, daha sonra yol tərəfə çıxaraq yolun kənarı ilə bir qədər piyada hərəkət edib yoldan keçən gümüşü rəngli “Mersedes Benz” markalı, üzərində taksi işarəsi olan avtomobili əl işarəsi ilə saxladıb minib getməsi açıq və aydın əks olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs Fuad oğlu təsdiq etmişdir ki, görüntüdə əks olunan həmin şəxs onun özüdür, 2021-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisindəki fərdi evlərdən birində törətdiyi oğurluq hadisəsi günü qeydə alınmış videogörüntülərdir, görüntüdə əks olunan, sayaraq cibinə qoyduğu təxminən 3000-4000 manat məbləğində pulları məhz oğurluq törətdiyi həmin evdən gizli talamışdır, minib getdiyi taksi avtomobilinin sürücüsünü tanımır. (İİ cild, i.v. 100) 12.12.2021-ci il tarixli qərardan görünür ki, iş üzrə müşahidə kameraları vasitəsilə ilə qeydə alınmış 03 ədəd videogörüntünün olduğu 01 ədəd “DVD” formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (İİ cild, i.v.101) 12.12.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi həyət evində törədilmiş hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. (İİ cild i.v. 102- 108) 13.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. (İİ cild i.v. 124-126) Binəqədi rayon Məhkəməsinin 25.12.2021-ci il tarixli, 4/(001)-1349/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 20 gün uzadılmışdır. Zərərçəkmiş şəxs5 tərəfindən verilmiş 31.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan qaytarılmış, buna baxmayaraq sonuncu ilə barışmamış, ondan şikayətçi olmaqla ən ağır həddə cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 tərəfindən verilmiş 10.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməsə də sonuncu barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 31.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, ziyan ödənilməmiş, ondan şikayətçi olmaqla ağır həddə cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 10.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, ziyan ödənilməmiş, ondan şikayətçi olmaqla ağır həddə cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 17.03.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, ziyan ödənilməmiş, ondan şikayətçi olmaqla yuxarı həddə cəza verilməsini xahiş etmişdir. AA1475833 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.04.2016-ci il təvəllüdlü X9 adlı bir azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, X3 məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən evində baş vermiş oğurluq hadisəsinin ona heç bir aidiyyatının olmaması, həmin hissədə özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt yolu üzərindəki iki mərtəbəli yeni tikilidə oğurluq etdikdən sonra evin giriş qapısı ilə üz-üzə yerləşən saxlanc yerinə girərək orada gizlənməsi, ev sahiblərinin fikri yayınan kimi oradan qaçmağı planlaşdırması, fikirlərinin yayındığı görüb gizləndiyi yerdən çıxaraq darvazaya tərəf qaçması, küçəyə çıxaraq qaçmağa başlaması, bir qədər aralandıqdan sonra ev sahiblərini səsini eşitməsi, həmin evdə olarkən onu heç kəsin görməməsi ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CMin 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.4, 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olmasını, zərərçəkmiş şəxs X5 ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 63 və 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 63 və 65-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 63.1-ci maddəsinə əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. CM-in 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmədə tədqiq edilmiş və işdə olan 28 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 28 sentyabr 2021-ci il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 132.1-ci maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir: 132.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6. maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə, qanunun təsvir edilmiş tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01(bir) ədəd əl izi və müşahidə kameraları vasitəsilə ilə qeydə alınmış 03 ədəd videogörüntünün olduğu 01 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs5 məxsus metalı dəmir əsaslı metaldan hazırlanmış, ümumi çəkisi 86,68 qram olan 03 ədəd qara rəngli metaldan, qara rəngli dəriyə bənzər materialdan kəməri olan qol saatı; metal hissələri əlvan metal ərintisindən hazırlanmış, çəkisi 26,51 qram olan yaşıl rəngli plastik, yaşıl rəngli dəriyə bənzər materialdan kəməri olan 01 ədəd qol saatı; metalı dəmir əsaslı metaldan və əlvan metal ərinisindən hazırlanmış, çəkisi 73,08 qram olan 01 ədəd qara rəngli metaldan kəməri olan qol saatı; üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,86 qram olan, sarı rəngli metaldan, üzərində “Tamella” yazısı olan 01 ədəd boyunbağı; üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,63 qram olan 01 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri olan qolbaq; metalı 585 əyarlı qızıla uyğun ümumi çəkisi 3,52 qram olan 01 ədəd sarı rəngli metal kürələr və düzbucaqlı formalı ağ rəngli muncuqlardan ibarət ipli qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş , metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,14 qram olan, qaşları qiymətli daşlara aid olmayan 01 ədəd gümüşü rəngli metaldan, sonsuzluq formalı elementi üzərində ağ və göy şəffaf qaşları olan qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 7,58 qram olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 4,14 qram olan, qaşı qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd qırmızı rəngli qaş olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,27 qram olan, üzərində ürək formalı elementləri olan 01 ədəd sarı rəngli metaldan boyunbağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 15,65 qram olan 01 ədəd sarı rəngli metaldan qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,23 qram olan 01 ədəd gümüşü rəngli metaldan yaxa sançağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,65 qram olan 02 ədəd gümüşü rəngli metal hissələri olan, müxtəlif rəngli ipli qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,73 qram olan, gümüşü rəngli metal hissələri və bənövşəyi rəngli muncuqlardan ibarət 01 ədəd ipli qolbaq; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,63 qram olan, üzərində mirvariyə bənzər muncuqlar olan 01 ədəd gümüşü rəngli metaldan sırğa cütü; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,23 qram olan, qaşları qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd ağ şəffaf qaş olan 01 ədəd gümüşü rəngli metaldan (qaralmış) üzük; istifadədə olunmuş, arxa korpusu üzərində aşkar edilməyən, üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, çat, cızıqlar, zədə) olan, “Nokia” markalı, “5130c-2” modelli, 356253/04/203640/5 İMEİ kodlu, plastmasmetal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon; istifadə olunmuş, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) olan, boz-qara rəngli, Çin istehsallı, “Nokia” markalı, “C2-01” modelli, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon cihazı, həmçinin bir ədəd əlli manatlıq və on ədəd bir manatlıq əskinaslarla ümumilikdə 60 manat məbləğində nağd pulun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 02 ədəd əlcək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109.50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 33 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 33 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 196 manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 29,180.2.2, 29,180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.2.2, 29,180.2.3-cü maddəsi ilə 2 (iki) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 28.09.2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01(bir) ədəd əl izi və müşahidə kameraları vasitəsilə ilə qeydə alınmış 03 ədəd videogörüntünün olduğu 01 ədəd “DVD” formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs5 məxsus metalı dəmir əsaslı metaldan hazırlanmış, ümumi çəkisi 86,68 qram olan 03 ədəd qara rəngli metaldan, qara rəngli dəriyə bənzər materialdan kəməri olan qol saatı; metal hissələri əlvan metal ərintisindən hazırlanmış, çəkisi 26,51 qram olan yaşıl rəngli plastik, yaşıl rəngli dəriyə bənzər materialdan kəməri olan 01 ədəd qol saatı; metalı dəmir əsaslı metaldan və əlvan metal ərinisindən hazırlanmış, çəkisi 73,08 qram olan 01 ədəd qara rəngli metaldan kəməri olan qol saatı; üzərində “750” əyar damğası həkk olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 5,86 qram olan, sarı rəngli metaldan, üzərində “Tamella” yazısı olan 01 ədəd boyunbağı; üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun, çəkisi 2,63 qram olan 01 ədəd sarı rəngli metaldan, üzərində müxtəlif formalı elementləri olan qolbaq; metalı 585 əyarlı qızıla uyğun ümumi çəkisi 3,52 qram olan 01 ədəd sarı rəngli metal kürələr və düzbucaqlı formalı ağ rəngli muncuqlardan ibarət ipli qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş , metalı 925 əyarlı gümüşə uyğun, çəkisi 3,14 qram olan, qaşları qiymətli daşlara aid olmayan 01 ədəd gümüşü rəngli metaldan, sonsuzluq formalı elementi üzərində ağ və göy şəffaf qaşları olan qolbaq; üzərində “925” əyar damğası həkk olunmuş, metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 7,58 qram olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 4,14 qram olan, qaşı qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd qırmızı rəngli qaş olan 01 ədəd gümüşü rəngli metaldan üzük; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,27 qram olan, üzərində ürək formalı elementləri olan 01 ədəd sarı rəngli metaldan boyunbağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 15,65 qram olan 01 ədəd sarı rəngli metaldan qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 5,23 qram olan 01 ədəd gümüşü rəngli metaldan yaxa sançağı; metalı dəmir əsaslı ərintidən hazırlanmış, ümumi çəkisi 5,65 qram olan 02 ədəd gümüşü rəngli metal hissələri olan, müxtəlif rəngli ipli qolbaq; metalı dəmir əsaslı ərintidən hazırlanmış, çəkisi 6,73 qram olan, gümüşü rəngli metal hissələri və bənövşəyi rəngli muncuqlardan ibarət 01 ədəd ipli qolbaq; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,63 qram olan, üzərində mirvariyə bənzər muncuqlar olan 01 ədəd gümüşü rəngli metaldan sırğa cütü; metalı əlvan metal ərintisindən hazırlanmış, çəkisi 1,23 qram olan, qaşları qiymətli qaşlara aid olmayan, üzərində 01 ədəd ağ şəffaf qaş olan 01 ədəd gümüşü rəngli metaldan (qaralmış) üzük; istifadədə olunmuş, arxa korpusu üzərində aşkar edilməyən, üzərində istismar xarakterli qüsurlar (rəng qopuqları, çat, cızıqlar, zədə) olan, “Nokia” markalı, “5130c-2” modelli, 356253/04/203640/5 İMEİ kodlu, plastmasmetal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon; istifadə olunmuş, üzərində istismar xarakterli qüsurlar (cızıqlar, rəng qopuqları və sair) olan, boz-qara rəngli, Çin istehsallı, “Nokia” markalı, “C2-01” modelli, plastmas-metal gövdəli, daxili antenalı, foto kameralı, daxili yaddaşlı 01 ədəd mobil telefon cihazı, həmçinin bir ədəd əlli manatlıq və on ədəd bir manatlıq əskinaslarla ümumilikdə 60 manat məbləğində nağd pulun zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan 02 ədəd əlcək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 109, 50 (yüz doqquz manat əlli qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.W.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 33 (otuz üç) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 196 (yüz doxsan altı) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(001)-148/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-148/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver