Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-148/2023 30.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X2, Təqsirləndirilən şəxs, xx xxxxxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 iyun 2022-ci il tarixdə saat 22:40 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı “E220 CDİ Minik” modelli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili “BC” kateqoriyalı AC 140355 nömrəli sürücülük vəsiqəsi əsasında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinin Cəfər Xəndan küçəsi ilə kəsişməsindəki işıqfordan sonra həmin prospekt ilə Rəsulzadə qəsəbəsi istiqamətdə saatda 50 km sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkətin instensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməsi, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərini pozub, yolun hərəkət hissəsini sağdan sola keçən piyada X5 avtomobilinin sol qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncuya baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərə geniş həcmli qansızmalar ilə müşayiət olunan sol alm-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, alm nahiyyəsinin sol yarısının və sol gicgah nahiyyəsinin əzilmiş yaraları, sol təpə nahiyyəsinin qançır-şişkinliyi, sol bazu nahiyyəsini, sol dirsək oynağı nahiyyəsinin, sol said nahiyyəsinin əzilmiş-cırılmış yaraları, alın nahiyəsinin, burun əsasının, döş qəfəsinin sol-yan səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, qarın nahiyəsinin sağ və sol-yan səthinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, sol əlin ovuc səthinin, sol əlin arxa səthinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayağın bayır topuğunun, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin sıyrıqları, sol üst göz qapağının və sağ diz oynağı nahiyəsinin qançırları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmiş, göstərilmiş xəsarətlərdən sol alın-gicgah sümüklərinin və kəllə əsasına keçən çoxqəlpəli sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar Elvar Abasovun ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə baxışı zamanı ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda yaşayır.İstifadəsində oğlu Rzanın adına rəsmiləşdirilmiş «Mercedes Benz» markalı “E220 CDİ Minik” modelli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil var, həmin avtomobili etibarnamə ilə idarə edir. Həmin avtomobil hadisə zamanı texniki cəhətdən saz vəziyyətdə olmuşdur. 19 iyun 2022-ci il tarixdə təxminən saat 22:40-dən 22:50-dək müddətdə etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı “E220 CDİ Minik” modelli **-TX- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektinin Cəfər Xəndan küçəsi ilə kəsişməsindəki işıqfordan sonra həmin prospekt ilə Resulzadə qəsəbəsi istiqamətdə saatda 50 km sürətlə hərəkətdə olarkən həmin prospektdə yolun hərəkət hissəsini sağdan sola keçən piyada X5 avtomobilinin sol qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuşdur və buna görə peşmandır.Hadisədən sonra zərərçəkmişin ailəsi ilə barışmışdır və onların ondan şikayətləri yoxdur.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etdiyini, səmimi peşmançılığını, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini və o cümlədən, zərərçəkmiş şəxsin ailəsi ilə barışmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı ifadə verən zərərçəkmişin hüquqi varisi X3 bildirmişdir ki, mərhum X7 onun böyük qardaşıdır, onlar Bakı şəhəri, Binəqədi rayonu ərazisində meyvə alveri ilə məşğul olurlar, Binəqədi rayonu ərazisində kirayədə yaşayırlar. 19 iyun 2022-ci ildə saat 22:40 radələrində onlar birlikdə kirayədə qaldıqları evə tərəf gedəndə yolu keçirmişlər, Elvar ondan bir neçə addım irəlidə imiş və yolu qaça-qaça keçməyə başlamışdır.Bu zaman o, yolun sol tərəfindən avtomobil gəldiyini görərək Elvara demişdir ki, dayansın.Lakin qardaşı yolun bir hissəsini, demək olar ki, keçmişdir və əks istiqamətdən bilmədiyi başqa avtomobil keçdiyindən qardaşı qoşa xəttə çatmamış bir anlıq dayanmışdır, həmin zaman isə sürücü Təqsirləndirilən şəxs «Mercedes Benz» markalı “E220 CDİ Minik” modelli **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tormoz atmadan və heç bir manevr etmədən qardaşını avtomobilinin qabaq sağ hissəsi ilə vurmuş və irəliyə atmışdır.O, həmin vaxt yolun sağ hissəsində olmuşdur və görmüşdür ki avtomobilin qabaq şüşəsinin sol yuxarı hissəsi qardaşının başına dəydiyi üçün sınmışdır.Həmin vaxt «Mercedes Benz» markalı avtomobil qardaşı Elvarı vurmuşdur.Onlar hadisədən sonra qardaşını yerdən qaldırıb 1 saylı X12 aparmaları müəyyən vaxt tələb etmiş və yolda qardaşı vəfat etmiş, saat 23:10-da ona bildirmişlər ki, tibbi bacısı hadisə barədə polisə məlumat vermişdir.Hadisə zamanı hava şəraiti yaxşı olmuş, yağış yağmamış və asfalt örtüyü quru olmuşdur.Hadisə baş verən zaman yolda avtomobillərin intensivliyi yaxşı olmuş və tıxac olmamışdır. Sonra o, sürücü, sonuncunun oğlu və hadisə yerinə toplaşan tanımadığı şəxslərlə köməkləşib qardaşını Raminin avtomobilinə mindirib tez xəstəxanaya aparmışlar və yolda qardaşı vəfat etmişdir.Hadisənin şahidləri o, sürücünün oğlu Rza, hadisə baş verdikdən sonra hadisə yerinin ətrafına toplaşmış tanımadığı şəxslər olmuşlar, lakin bu şəxslərin heç birini tanımır və anket məlumatları, telefonları və ya avtomobillərinin nömrələri ona məlum deyil. Ramini əvvəlcədən tanımamışlar, düşmənçilikləri olmamışdır.Sürücü Əliyev X10 yas mərasimində iştirak etmiş və vurulmuş maddi ziyanı ödəmişdir.Məhkəmə baxışı zamanı zərərçəkmişin hüquqi varisi X3 məhkəməyə yazılı ərizə təqdim edərək göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə baxışı zamanı Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində göstərilənləri təsdiq etməklə yanaşı həmçinin, hadisə baş verdikdən sonra o, uşaqlara tək baxdığı üçün qaynı Elsevərdən xahiş etmişdir ki, iş üzrə sonuncu zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirak etsin.Sürücü Təqsirləndirilən şəxs gəlib onlardan üzr istəmişdir və söz vermişdir ki, uşaqlarına maddi yardım göstərəcəkdir.Buna görə də, ailənin ondan şikayəti yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə verən Şahid2 oğlu atası Təqsirləndirilən şəxs ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-tibbi ekspertizasının 20 iyun 2022-ci il tarixli 119 saylı rəyindən görünür ki, mərhum X4 meyitində bu xəsarətlər aşkar edilmişdir: baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərə geniş həcmli qansızmalar ilə müşayiət olunan sol alın-gicgah sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli sınıqları, alm nahiyyəsinin sol yarısının və sol gicgah nahiyyəsinin əzilmiş yaraları, sol təpə nahiyyəsinin qançır-şişkinliyi, sol bazu nahiyyəsini, sol dirsək oynağı nahiyyəsinin, sol said nahiyyəsinin əzilmiş-cırılmış yaraları, alm nahiyəsinin, burun əsasının, döş qəfəsinin sol-yan səthinin, döş qəfəsinin sağ yarısının ön səthinin, qarın nahiyəsinin sağ və sol-yan səthinin, sol dirsək oynağı nahiyəsinin, sol said nahiyəsinin, sol əlin ovuc səthinin, sol əlin arxa səthinin, sol diz oynağı nahiyəsinin, sol baldır nahiyəsinin, sol ayağın bayır topuğunun, sağ said nahiyəsinin, sağ dirsək oynağı nahiyəsinin, sağ baldır nahiyəsinin sıyrıqları, sol üst göz qapağının və sağ diz oynağı nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər həyatidirlər, bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum E.A.Abasovun meyitində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə hərəkətdə olan minik avtomaşınının E.A.Abasovu vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum E.A.Abasovun ölümünə səbəb sol alın-gicgah sümüklərinin və kəllə əsasına keçən çoxqəlpəli sınıqları nəticəsində inkişaf edən baş beyinin yumşaq qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar olmuşdur. Beləliklə, E.A.Abasovun meyitində aşkar olunmuş xəsarətlərlə onun ölümü arasında səbəbli əlaqə vardır. Mərhum E.A.Abasovun meyitindən götürülmüş qanın məhkəmə- kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və güclü təsiredici maddələr aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 8/3038 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, «Mercedes Benz» markalı “E220 CDİ Minik” modelli **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan AC 140355 seriyalı sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəsi ilə nəzərdən tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının mövqeyni nəzərə alaraq, iş materiallarını və ekspertiza rəylərini tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təqsirli olaraq avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş əməli törətməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Buna görə də, təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, səmimi peşmançılığını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, himayəsində 2 (iki) azyaşlı övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxsin ailəsi ilə barışmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə, əlavə cəza olaraq isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə cəzaların təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Buna görə də, təqsirləndirilən şəxsə əsas cəza olaraq azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablanmalı, habelə əlavə cəza olaraq ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə cəzası təyin edilməli, əlavə cəza olan nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrumetmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Qeyd edilənlərlə yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilməsinə zərurət olmadığına görə hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təqsirləndirilən şəxsdən tutulmalı və dövlət nəfinə keçirilməldir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz» markalı, «E220 CDİ Minik» modelli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin edilmiş əsas cəza olan azadlıqdan məhrumetmə növündə cəzası ilə əlaqədar cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək qüvvəsini saxlasın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına – VÖEN **********, X6 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz» markalı, «E220 CDİ Minik» modelli, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və(və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №1(001)-148/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-148/2023
30.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver