Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-148/2025 10.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Qazax şəhəri, S.Vurğun küçəsi, ev 59 qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İstintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 03 iyun 2024-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanında yerləşən yaşayış binasının həyətində, yəni ictimai yerdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, qeyd olunan yaşayış binası üzrə məsul şəxs "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyən Şahid1 vəzifəsini düzgün icra etmədiyinə görə vuraraq cəzalandıracağı barədə dediklərinə Zərərçəkmiş şəxs1 irad bildirməsini bəhanə edib onunla mübahisə edərək həmin vaxt həyətdə istirahət edən sakinlərin olmasına məhəl qoymayıb cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumi davranış qaydalarını, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqla müşayiət olunan, ətrafda toplanan insanların gözü qarşısında, özünün şəxsiyyətini digərlərin şəxsiyyətindən üstün tutaraq, üzərində gəzdirdiyi açılıb-qatlanan bıçağı əynində olan şalvarının sol cibindən çıxarıb silah qismində istifadə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 sağ qolundan iki dəfə qəsdən vuraraq, ona sağ bazu nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, habelə həmin vaxt orada olan və onu mübahisəni sakitləşdirməyə çalışmaqla əlində olan bıçağı almaq istəyən ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə, ona sol əlin səthi kəsilmiş yarası ilə nəticələnən sağlamlığa zərərvurmayan bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır. Yaşadığı binanın həyətində sakinlərin istirahəti üçün bir otaqlı tikili var. Məhəllədə bəzi qonşular həmin tikilinin sahibi kimi hərəkət edir, açarı özlərində saxlayırdılar. 03 iyun 2024-cü ildə, saat 1 radələrində dostları ilə birlikdə yaşadığı məhəlləyə gəlmişdir. Açarın tikiliyə məxsus qapının üzərində olmadığını gördükdə qonşusu Xəqanidən açarı istəmiş, o isə kilidi sındırıb içəri keçə biləcəyini izah etmişdir. Pəncərənin açıq olmasını görüb dostları ilə birlikdə otağa daxil olmuşdur. Orada əyləşən zaman binanın mühafizəçisi Balacan onlara yaxınlaşaraq polis əməkdaşlarının ona zəng etməsini, kiminsə tikiliyə məxsus qapının dəstəyini sındırmasını bildirdiyini demişdir. Hadisənin sabahı məhəllədə olarkən Xəqani ilə rastlaşmış və Balacanın dediklərini Xəqaniyə deyərək ondan bu məsələnin nə olduğu barədə soruşmuşdur. Xəqani isə Balacanın yalan danışdığını bildirmişdir. Xəqaniyə əgər Balacanın belə yalanı varsa, məhəllədə mühafizəçi kimi işləyə bilməcəyini, onu işdən çıxartdırmaqlarını, bacarmırlarsa onun çıxartdıra biləcəyini bildirmişdir. Bu zaman orada olan qonşulardan Zərərçəkmiş şəxs1 ona düzgün danışmadığını demişdir. O da onu tanıdığı üçün nəyin səhv, nəyin düz olmasından onun danışmamasını bildirmişdir. Belə ki, təxminən 1 il əvvəl Cavidan adlı dostunun atasının pulunu ələ keçirməsini və qaytarmamasını bildirmişdir. Bundan sonra aralarında sözlü mübahisə yaranmış və Qurban söyüşlə cavab verərək üstünə gəlmişdir. Aralarında yaranan dava-dalaş zamanı Qurban yerə yıxılmış və qolu ağac kötüyünə dəyərək cızılmışdır. Bundan sonra hadisə yerindən uzaqlaşmış, bir müddət sonra isə atası zəng edərək polis əməkdaşlarının onu axtarmasını bildirmişdir. Qurbanın qolu ağac kötüyünə dəyərək cızılmışdır, əlində olan bıçaq və ya digər alətlə Qurban və Xəqaniyə zərər verməsi həqiqəti əks etdirmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq hadisə baş verən vaxt onun əlində hər hansı bir bıçağın olmadığını, özünü xuliqanlıq cinayətinin törədilməsində təqsirli bilmədiyini, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2lə uzun müddətdir qonşu olduqlarını, hazırki vaxta qədər aralarında hər hansı bir mübahisə olmadığını, bu səbəbdən onun xuliqanlıq cinayətini törətmədiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Omega-U MMC-də direktor vəzifəsində işləyir. 03 iyun 2024-cü il tarixdə, saat 12 radələrində binanın qarşısında onunla qonşuluqda yaşayan Xəqani və Vüqarı binanın həyətində quraşdırılmış oturacaqlarda əyləşdiklərini görmüş, onlarla görüşüb biraz söhbət etmək üçün olduqları yerə yaxınlaşmış və söhbət etməyə başlamışdır. Təxminən 5-10 dəqiqə keçdikdən sonra onunla qonşuluqda yaşayan İlqarın oğlu Aydın yanında 1 nəfər tanımadığı şəxslə birlikdə ora gəlmişlər. Aydınla münasibətləri dost kimi olmasa da, baş vermiş hadisədən əvvəl aralarında qonşu kimi salam-sağol olmuş, həmçinin aralarında hər hansı bir ədavət yaşanmamışdır. Aydın onlarla salamlaşdıqdan sonra söhbətə qoşulmuşdur. Ümumi söhbət əsnasında o yaşadıqları binanın mühafizəçisi Balacandan danışmağa başlamış və Balacanı vuracağını bildirmişdir. Həmin vaxt o, Aydına Balacan haqqında dediklərinin “yersiz” olduğunu irad kimi bildirmişdir. Bu zaman Aydın ayağa qalxaraq onunla mübahisə etməyə başlamışdır və 2 dəfə üzərinə gəlib geri qayıtmışdır. Üçüncü dəfə ona tərəf yaxınlaşdıqda onu özündən uzaqlaşdırmaq məqsədilə bir qədər itələmişdir. Bundan sonra Aydın anidən əlini belinə aparmış, üzərində olan alətlə sağ qoluna vurmuş, zərbə nəticəsində qolu cızılmışdır, lakin qan gəlməmişdir. Daha sonra Xəqani onun əlindəki aləti ondan almağa çalışdıqda həmin vaxt Xəqani özü də əlindən xəsarət almışdır. Hadisədən sonra o, həmin gün bununla bağlı DİN-nin “102” zəng xidmətinə müraciət etmişdir. Cinayət işinin ibtidai istintaqında ifadəsi alınan zaman müstəntiqə Aydının ona xəsarət yetirərkən istifadə etdiyi alətin bıçaq olduğunu yalnızca ehtimal etdiyini, bıçaq olmasından əmin olmadığını bildirmiş, o da öz bunu ifadəsində qeyd edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 oğu hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olması səbəbindən, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, ifadələr arasında ziddiyyətlərin aydınlaşdırılması məqsədi ilə verilmiş olan suallara cavab olaraq zərərçəkmiş şəxs X7 həmin vaxt baş vermiş hadisənin təsiri altında olduğunu, Təqsirləndirilən şəxs əlində bıçaq olduğunu görmədiyini bildirmişdir. Hadisə məhkəmə istintaqı zamanı verdiyi ifadədə göstərdiyi kimi baş vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində kiçik sahibkarlıqla məşğul olur. 2000-ci ildən Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yaşayır. 03 iyun 2024-cü il tarixdə, saat 12 radələrində yaşadığı binanın həyətində quraşdırılmış oturacaqda qonşusu Vüqarla söhbət etmişlər. Bir müddət sonra olduğu yerə qonşuluqda yaşayan İlqarın oğlu Aydın yanında 1 nəfər şəxslə birlikdə gəlmişdir. Aydın onlarla salamlaşdıqdan sonra mühafizəçi barədə iradlarını bildirərək danışmağa başlamışdır. Bir qədər sonra Qurban yanlarına gəlmiş və Aydının danışdığı söhbətləri eşidib danışdığı söhbətin yersiz olduğunu irad kimi bildirmişdir. Qurbanın bu sözündən sonra mübahisə başlamış və mübahisə əsnasında şalvarının arxa cibindən qara rəngli bıçaq olduğunu ehtimal etdiyi alət çıxararaq Qurbanın sağ qoluna xəsarət yetirmişdir, zərbə nəticəsində onun qolu cızılmış, bundan sonra, onun əlindəki aləti ondan almağa çalışdıqda alət baş barmağını kəsmişdir və o da xəsarət almışdır. Zərərçəkmiş şəxs1 oğu hazırda cinayət işi üzrə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Aydının cibindən çıxardığı əşyanın açar olduğunu güman edir, zərbədən sonra Qurbanın köynəyinin cırılmış, qolunda cızıq olsa da, qan gəlməmişdir. İstintaq zamanı affekt vəziyyətində olduğu üçün Təqsirləndirilən şəxs narkotik maddə aludəçisi olduğunu demiş, həmin vaxt bəzi xüsusatları dəqiq bilməmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 03 iyun 2024cü ildə, saat 12 radələrində yaşadığı binanın həyətində yerləşən oturacaqda Qurbanla bir yerdə söhbət etmişlər. Daha sonra Aydın gəlmiş, bir müddət sonra Aydınla Qurbanın arasında aqressiv şəkildə mübahisə başlamışdır, o, mübahisənin mahiyyətindən məlumatsız olmuşdur. Aydın anidən əlində olan qara rəngli, bıçaq olduğunu ehtimal etdiyi alətlə Qurbanın sağ qoluna xəsarət yetirmiş, zərbə nəticəsində onun qolu cızılmışdır. Daha sonra Xəqani onun əlindəki aləti ondan almağa çalışdığı zaman həmin alət onun da əlini cızmışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Aydının çıxardığı əşyanın açar olduğunu güman edir. Cinayət işi üzrə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olması səbəbindən, onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmiş, ifadələr arasında ziddiyyətlərin aydınlaşdırılması məqsədi ilə verilmiş olan suallara cavab Şahid2 istintaq dövründə verdiyi ifadəsini oxumadığını və oxumadan imzası ilə təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təxminən 15 ildir ki, "xxxx" MMC-də mühafizəçi işləyir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 mühafizəçi kimi işlədiyi binanın sakinləri kimi tanıyır. Təqsirləndirilən şəxs ona qarşı heç bir pis hərəkəti olmamışdır. Hadisə yerində o olmamışdır, Şahid3 iş saatına düşdüyündən həmin vaxt məhəllədəki otaqda o, oturmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, "xxxx" MMCdə mühafizəçi işləyir. O, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 mühafizəçi kimi işlədiyi binanın sakinləri kimi tanıyır. 03 iyun 2024-cü ildə, saat 12 radələrində işdə olmuş və məhəllədəki otaqda oturmuşdur. Oturduğu otaq mübahisə olan yerdən təxminən 6-7 metr aralı olmuşdur. Bir müddət sonra səs-küy yaranmış, dava-dalaş olduğunu görmüşdür. Qaçaraq onları ayırmaq üçün getmiş və onları aralamışdır. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı Aydının əlində heçnə olmamış, Vüqar və Xəqaninin əlindən qan axmasını görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material əsasında fakta görə CM-in 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs1 03 iyun 2024-cü il tarixdə saat 12:52 radələrində 102 Xidmətinə zəng edərək ünvan 4 ünvanında yaşayan narkotik maddə aludəçisi qonşusu Aydın adlı şəxs ona və digər qonşusu Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, yaşadığı evin qarşısında Aydın adlı şəxs tərəfindən onun sağ qoluna bıçaqla xəsarət yetirdiyini bildirmişdir. X1 tərəfindən Binəqədi RPİ-nin 5-ci PB-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, yaşadığı evin qarşısında Aydın adlı şəxs tərəfindən onun sol əlinə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 5 ünvanında baş vermişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 20:50-də CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli, 1331 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər - sağ bazu nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən, sağ bazu nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaraları isə kəsici əşyanın (alətin) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ bazu nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaraları bıçağın tiyəsinin kəsici təsirindən, sağ bazu nahiyəsinin qançırı isə insan bədəninin hissəsi (yumruq və s.) ilə endirilmiş zərbə nəticəsində zərərçəkənin təsvir etdiyi şəraitdə əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər bədənin əl çatan nahiyələrində yerləşmələrinə baxmayaraq, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilmələri nəticəsində əmələ gələ bilmələri üçün xarakterik deyildir. xx.xx.2024-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 7C nömrəli binanın həyətində baş vermişdir. Görüntüdə binanın həyətində olan çardağın altında Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 üzərində hücum etməsi, orada olan insanların onları ayırmaq istəməsini, Təqsirləndirilən şəxs sol əlində alət olması, həmin vaxt Zərərçəkmiş şəxs1 yerə yıxılması, Zərərçəkmiş şəxs1 yerdə olarkən Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib ona sağ əli ilə zərbələr endirməsi, həmçinin Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əlində olan aləti alıb onu zərərsizləşdirmək istəməsi, həmin vaxt oraya çoxlu insanların toplanması müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 bədən xəsarəti yetirildiyinə görə o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-416/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-433/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti 06 sentyabr 2024-cü il tarixədək müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 4(103)-691/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-433/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi RPİ tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, həmin tarixdə CPmnin 40.3-ci maddəsi tətbiq olunmaqla CM 72.2-ci maddəyə əsasən cinayət işinə xitam verilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Binəqədi rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8İ-5555 nömrəli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2024-cü il tarixli, 8İ-5555 nömrəli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 bədən xəsarəti yetirildiyinə görə o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oölu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə hadisə yerində olan görüntüləri özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törətməməsi və özünü CM-in 221.3-cü maddəsi ilə ilə təqsirli bilməməsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 03 iyun 2024-cü il tarixlı raportdan görünür ki, Zərərçəkmiş şəxs1 03 iyun 2024-cü il tarixdə saat 12:52 radələrində 102 Xidmətinə zəng edərək ünvan 7 ünvanında yaşayan narkotik maddə aludəçisi qonşusu Aydın adlı şəxs ona və digər qonşusu Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Eyni zamanda 03 iyun 2024-cü il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ünvanlanmış ərizələrdən görünür ki, Ağayev X3 RPİ-nin 5-ci PB-yə ərizə ünvanlayaraq, o, yaşadığı evin qarşısında Aydın adlı şəxs tərəfindən onun sağ qoluna bıçaqla xəsarət yetirildiyini, Zərərçəkmiş şəxs2 Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ünvanlayaraq yaşadığı evin qarşısında Aydın adlı şəxs tərəfindən onun sol əlinə bıçaqla xəsarət yetirildiyini bildirmişdir. Bundan əlavə cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli, 1331 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin rəyində də vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin - sağ bazu nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən, sağ bazu nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaraları isə kəsici əşyanın (alətin) təsirindən qərarda göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi, dərəcəsinə görə ümumilikdə sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aid olması, vətəndaş Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ bazu nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaraları bıçağın tiyəsinin kəsici təsirindən, sağ bazu nahiyəsinin qançırı isə insan bədəninin hissəsi (yumruq və s.) ilə endirilmiş zərbə nəticəsində zərərçəkənin təsvir etdiyi şəraitdə əmələ gələ bilməsi göstərilmişdir. Cinayət işi üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxslər vermiş olduqları ifadələrində də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Aydın oğlunun sağ qoluna bıçaqla vuraraq xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs2 isə sol əlinə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Aydın oğlu və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrdən fərqli ifadələr verərək Təqsirləndirilən şəxs onlara bıçaqla xəsarət yetirmədiyini bildirmişlər. Zərərçəkmiş şəxs1 Aydın oğluna ifadələri arasındakı ziddiyyətlərlə bağlı məhkəmə tərəfindən sual verildikdə cinayət işinin ibtidai istintaqında ifadəsi alınan zaman müstəntiqə Aydının ona xəsarət yetirərkən istifadə etdiyi alətin bıçaq olduğunu yalnızca ehtimal etdiyini, bıçaq olmasından əmin olmadığını bildirdiyinə dair ifadə verdiyini, Zərərçəkmiş şəxs2 ifadələri arasındakı ziddiyyətlərlə bağlı məhkəmə tərəfindən sual verildikdə ibtidai istintaq zamanı ifadə verən zaman affekt vəziyyətində olduğunu, bu səbəbdən ifadə zaman Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdiyinə dair ifadə verdiyini bildirmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində əlində şalvarının sol yan cibində açılıb-qatlanan bıçaq olduğunu, həmin vaxt açılıb-qatlanan bıçağı çıxardaraq hücum etdiyini, lakin bıçaqla xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində özünü təqsirli bilməyərək əlində ümumiyyətlə bıçaq olmadığın bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin ifadələri arasındakı ziddiyyətlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı göstərilən ziddiyyətlərlə bağlı həm təqsirəndirilən şəxs, həm də zərərçəkmiş şəxslərə suallar verilmiş, cinayət işinin materiallarına əlavə edilmiş sübutlar tədqiq edilmiş, lakin təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələri sübut qismində qəbul etmir. CM-in 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında göstərilir ki, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zor tətbiq edilməsi hədəsi; habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Həmin Qərarda ictimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatının, müəssisə, idarə, təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, CM-in xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci tarixli qərarında qeyd edilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, cəzasını yüngülləşdirən hallar ilə yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmamasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 06 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-416/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 4(001)-433/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlama müddəti 06 sentyabr 2024-cü il tarixədək müəyyən edilmidir. xx.xx.2024-cü il tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 3 (üç) ay müddətə şübhəli və təqsirləndirilən şəxs qismində “həbs”də və “ev dustaqlığı”nda saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqığından saxlanıldığı 03 (üç) ay müddət azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməlidir. Belə ki, CM-in 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. CM-in 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. CM-in 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Beləliklə, məhkəmə qeyd olunan qanunvericiliyin tələblərini rəhbər tutub, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq, həmin cəzanın şərti olaraq tətbiq edilməsi qənaətinə gəlmişdir ki belə olan halda onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə cəmi 70 (yetmiş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 (yetmiş)saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 01 (bir) il 06(altı) ay sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 (dörd yüz iyirmi) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-148/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-148/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver