Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-15/2024 15.04.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinə məhkəmədə baxılarkən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində onlara irəli sürülmüş ittihamla müqayisədə ittihamın həcmi vurulmuş ziyana münasibətdə genişləndiyindən təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməsi və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, həmin cinayət işi Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 07 avqust 2022-ci il tarixdə başlanmış, 08 avqust 2022-ci il tarixdə cinayət işi üzrə əməl CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Yusi oğlu şübhəli şəxs qismində tutulmuş, 10 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barələrində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmiş, 26 oktyabr 2022-ci il tarixdə hazırki cinayət işindən CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmış, xx.xx.2022-ci il tarixdə iş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Binəqədi rayon prokuroru tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. 22 dekabr 2023-ii il tarixdə - məhkəmənin hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışma təyin edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan görünür ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını talamaq məqsədi ilə əlbir olub cinayət əlaqəsinə girərək 08 iyul 2022-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən qapının açıq olmasından istifadə edib yaşayış sahəsinə qanunsuz daxil olaraq evin divarına quraşdırılmış 07 ədəd plastik pəncərənin 1 kv metrinin dəyəri 5 manat olmaqla ümumilikdə 350 manat dəyərində 70 kv.metr şüşələrini və 1 kv metrinin dəyəri 1 manat olmaqla ümumilikdə 74 manat dəyərində 74 metr ştapiklərini kisələrə yığaraq gizli olaraq taladıqdan sonra Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi 99-HT- 931 dövlət qeydiyyat nişanlı “Daewoo Nexia” markalı avtomobillə daşıyıb sataraq Zərərçəkmiş şəxs ümumilikdə 424 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/9639 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxsin fərdi yaşayış evindən oğurlanmış pəncərə şüşəsinin 1 kv metrinin dəyəri 5 manat, 1 metr ştapikin dəyəri isə 1 manat təşkil edir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı ona vurulmuş maddi ziyanla razı olmayaraq, təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə vəsatət vermiş, 24 fevral 2023-cü il tarixdə məhkəmə tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2587 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxsin fərdi yaşayış evindən oğurlanmış pəncərə şüşəsinin 1 kv metrinin dəyəri 35 manat, 1 metr ştapikin dəyəri isə 2,8 manat təşkil edir. Ekspert rəyləri arasında olan ziddiyyəti aradan qaldırmaq məqsədi ilə məhkəmə tərəfindən 22 sentyabr 2023-cü il tarixdə yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/7845 saylı rəyindən görünür ki, zərərçəkmiş şəxsin fərdi yaşayış evindən oğurlanmış pəncərə şüşəsinin 1 kv metrinin dəyəri 35 manat olmaqla 2450 manat, 1 metr ştapikin dəyəri isə 2,8 manat olmaqla 207,20 manat təşki edir. Bundan başqa ekspert rəyində göstərilmişdir ki, 20 oktyabr 2022-ci il tarixli, 9/6939 saylı rəy zamanı tədqiqat, ekspertiza tədqiqatına təqdim edilmiş nümunələr əsasında (istifadə olunmuş malların qiyməti nəzərə alınmaqla) və təqdim edilməyən mallar üzrə nəzəri qaydada aparıldığından, xx.xx.2023-cti il tarixli, 9/2587 saylı rəy zamanı isə tədqiqat, ekspert tərəfindən maddi sübutlara yerində baxış keçirilməklə, ölçülər və sair müəyyən edilməklə aparıldığından, qeyd edilən rəylərdə qiymət fərqi yaranmışdır. Hazırkı iş üzrə təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamda ümumilikdə 424 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmələri qeyd edilsə də, məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyindən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan 2657,2 manat təşkil edir. Habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü Haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirir ki, bu da “daha ağır ittiham” başa düşülür. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində onlara irəli sürülmüş ittihamla müqayisədə ittihamın həcmi vurulmuş ziyana münasibətdə genişləndiyindən təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və onlara başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qanunun həmin tələbindən göründüyü kimi, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti imperativ normadır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə (şəxslərə) başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilməli və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 159, 318 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərarın surəti 3 (üç) gün müddətində dövlət ittihamçısına, müdafiəçiyə təqsirləndirilən şəxsə və həbsdə saxlanma yerinin müdiriyyətinə göndərilsin. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №1(001)-15/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-15/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver