Məhkəmə qərarları › İş №1(001)-15/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-15/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-15/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.45 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinn prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, X2, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, Zərərçəkmiş şəxs24 və Zərərçəkmiş şəxs25, Təqsirləndirilən şəxs1 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1979-cu ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-176/2024 saylı, 05 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci (təsviri-əsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair və xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, hal-hazırda subay, orta ixtisas təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs» qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü (təsviriəsaslandırıcı hissədə CM) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin oktyabr ayının sonlarında saat 01.00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış olmayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, pəncərəni güc tətbiq edib əli ilə vurub açaraq Təqsirləndirilən şəxs2la birlikdə binaya qanunsuz daxil olaraq evin içərisində yerə qoyulmuş 700 manat dəyərində bir ədəd monoblok unitaz və «Tülpan» formalı əl-üz yuyan krant dəsti, evin mətbəxin tavanından 200 manat dəyərində lambir və bir top 200 manat dəyərində elektrik naqillərini Təqsirləndirilən şəxs2la birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1 100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 16 noyabr 2022-ci il tarixdə saat 01.00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində yerləşən evin həyətinə qanunsuz daxil olaraq həyətdəki saxlanc yeri hesab olunan əl damının qapısının qıfılını yerdən götürdüyü dəmir alətlə sındırıb qanunsuz daxil olub oradan ümumi dəyəri 3 000 manat olan bir ədəd “Bosch” markalı lazer, bir ədəd “Xcorf” maraklı laqonda, bir ədəd “Marite” markalı laqonda, bir ədəd “Bosch” markalı preforator və bir ədəd 80 manat dəyərində “GST” markalı laqondanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3 080 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 noyabr 2022-ci il tarixdə saat 02.00 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış olamayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən hər ikisi giriş qapısının nəfəsliyindən qanunsuz olaraq binaya daxil olub içərisindən bir ədədinin dəyəri 100 manat olan 500 manat dəyərində beş ədəd otaq taxta qapılarını, 100 dəyərində dəmir profilləri və 200 manat məbləğində elektrik avadanlığını (elektrik naqilləri, sporlar və elektrik açarlarını) Təqsirləndirilən şəxs2la birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 07 yanvar 2023-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 2-Mədən, 46-cı korpus, 263 nömrəli evin həyətində yerləşən saxlanc yeri hesab olunan zirzəminin qapısının açıq olmasından istifadə edib içəriyə qanunsuz olaraq daxil olub oradan bir ədədinin dəyəri 80 manat olan iki ədəd 160 manat dəyərində “P.İ.T” markalı, “PVS230-C” modelli laqonda, ümumi dəyəri 340 manat olan iki ədəd drel, bir ədəd perfarator və bir ədəd baltanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 yanvar 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Zərərçəkmiş şəxs4 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış olmayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ilə birlikdə evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab olunan əl damının qapısını o, əli ilə vurub açıb içəriyə qanunsuz daxil olub oradan 80 manat dəyərində bir ədəd «Bosch» markalı laqonda, bir ədədinin dəyəri 75 manat olan iki ədəd 150 manat dəyərində «Bosch» markalı perfarator, bir ədədinin dəyəri 48 manat olan üç ədəd 144 manat dəyərində «SKOLD» markalı preforator, bir ədədinin dəyəri 55 manat, digərinin isə 35 manat olan iki ədəd drel, bir ədəd 50 manat dəyərində mişar, bir ədəd 180 manat dəyərində preforator, bir ədəd 150 manat dəyərində preforator, bir ədədinin dəyəri 30 manat olan iki ədəd 60 manat dəyərində laqonda və içərisində müxtəlif alətlərinin ehtiyat hissələri olan bir ədəd göy rəngli 25 manat dəyərində dəmir çamadanı Təqsirləndirilən şəxs2la birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 929 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 yanvar 2023-cü il tarixdə saat 03:50 dəqiqədə Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən yaşayış olamayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ilə birlikdə ilkin olaraq evin həyətinə, sonra isə binanın qapısının olmamasından istifadə edib binaya qanunsuz daxil olaraq içəridən Zərərçəkmiş şəxs5 məxsus 2 000 manat dəyərində elektrik naqilləri, ümumi dəyəri 2 000 manat olan iki ədəd aliminiumdan qapı, plasmas turbalar və 80 manat dəyərində “START” markalı “SP 1500” modelli preforator, Zərərçəkmiş şəxs25 məxsus isə 150 manat dəyərində bir neçə yataq dəsti, ümumi dəyəri 160 manat olan uşaq üçün iki ədəd gödəkçə, üç ədəd şalvar, üç ədəd poliver, 700 manat dəyərində «LG» markalı, 1000 manat dəyərində «Samsung» markalı kondisionerlər və 400 manat dəyərində soyuducu kameranın içərisinin detallarını söküb Təqsirləndirilən şəxs2 ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 ümumilikdə 4 080 manat, Zərərçəkmiş şəxs25 isə 2 410 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 yanvar 2023-cü il tarixdə saat saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 1-ci mədən, korpus 7-də yerləşən «FAB boya»nın yaxınlığındakı yaşayış olmayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 ilə birlikdə daş hasarından evin həyətinə qanunsuz olaraq daxil olub evin binasının divarına bərkidilmiş bir ədəd 1350 manat dəyərində «Senator» markalı kombi sisteminin detallarını söküb Təqsirləndirilən şəxs2la birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs F.K. Sərkərova 1350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 08 fevral 2023-cü il tarixdə saat 12.00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,355 qram narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, həmin gün Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 12:20 dəqiqədə Biləcəri qəsəbəsi, 202 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında saxlanılaraq, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi 65 ünvanda yerləşən 6-cı PB-nin inzibati binasına aparılıb orada üzərinə aparılan şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,355 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 24 fevral 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən yaşayış olamayan evinin qapısını çiyni ilə vurub sındırdıqdan sonra binaya qanunsuz olaraq daxil olub içəridən bir ədədinin dəyəri 45 manat olan 765 manat dəyərində 17 top qalınlığı 2,5 mm-lik, hər birinin dəyəri 65 manat olan 1170 manat dəyərində 18 top qalınlığı 4 mm-lik elektrik naqilini və bir ədədinin dəyəri 5 manat olan 250 manat dəyərində 50 ədəd elektrik yuvasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 2185 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 27 fevral 2023-cü il tarixdə saat 02:30 dəqiqədə Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 5 ünvanda yerləşən yaşayış olmayan evin pəncərəsini əli ilə vurub açaraq binaya qanunsuz olaraq daxil olub içəridən 500 manat dəyərində iki ədəd xalça, iki ədəd yataq dəsti və 300 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 01 mart 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs9 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən yaşayış olmayan evin pəncərəsini əli ilə vurub itələyib açaraq qanunsuz olaraq binaya daxil olub içəridən 1 000 manat dəyərində elektrik naqili və 680 manat dəyərində internet naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 1 680 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 06 mart 2023-cü il tarixdə saat 03.00 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 6 ünvanda yerləşən yaşayış olmayan evin pənəcərini əli ilə açaraq qanunsuz olaraq binaya daxil olub oradan sonuncuya məxsus bir metri 1 manat 50 qəpik olan 70 metr 2,5 mm-lik və bir metri 2 manat olan 350 metr 3,4 mm-lik elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 805 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 09 mart 2023-cü il tarixdə saat 01.00 radələrində Zərərçəkmiş şəxs11 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, şəhid Osman Mustafayev küçəsində yerləşən yaşayış olmayan evin saxlanc yeri hesab olunan zirzəmisinin qapısını əli itələyib zirzəmiyə qanunsuz daxil olub içəridən bir ədəd 130 manat dəyərində “Zimmer” markalı perfarator, bir ədəd 80 manat dəyərində “İnterskol” markalı laqonda, bir dəst 60 manat dəyərində elektrik avadanlığı dəsti, bir ədədinin dəyəri 45 manat olan iki ədəd 90 manat dəyərində “İnterskol” markalı drel, bir ədədinin dəyəri 12 manat olan iki ədəd 24 manat dəyərində dekor üçün şpatellər və bir topunun dəyəri 65 manat olan iki top 130 manat dəyərində 4x4 mm-lik 200 metr elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 514 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 10 mart 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Zərərçəkmiş şəxs12 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.S.Ordubadi küçəsində yerləşən yaşayış olmayan evin pəncərəsini əli ilə vurub açaraq qanunsuz olaraq binaya daxil olub içəridən bir ədədi 5 manat olan 60 ədəd 300 manat dəyərində elektrik yuvası, 112 manat dəyərində qalınlığı 6 mm-lik 45 metr uzunluğunda, 392 manat dəyərində qalınlığı 4 mm-lik 7 top və dəyəri 96 manat olan qalınlığı 2,5 mm-lik 3 top elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 10 mart 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.S.Ordubadi küçəsində yerləşən yaşayış olmayan evin pəncərəsini əli ilə vurub açaraq binaya qanunsuz olaraq daxil olub içəridən 70 manat dəyərində 70 metr uzunluğunda 2 və 4 mm qalınlığında elektrik naqili, 200 manat dəyərində 100 metr uzunluğunda 60-70 metr 2,5 mm-lik iki top elektrik naqil, 210 manat dəyərində 20-25 metr və 50 metr uzunluğunda iki ədəd 4 mm-lik elektrik uzadıcısı, 15 manat dəyərində 10 metr uzunluğunda 2,5 mm-lik elektrik naqil və bir ədəd 6 manat dəyərində kəlbətini gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 501 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 11 mart 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs14 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Zəngəzur yeni yaşayış massivində yerləşən yaşayış olmayan evin pəncərəsini əli ilə vurub açaraq binaya qanunsuz olaraq daxil olub içəridən 700 manat dəyərində elektrik naqili, bir ədədinin dəyəri 70 manat olan iki ədəd 140 manat dəyərində drel və bir ədəd 110 manat dəyərində laqonda, evin həyətindən isə bir ədəd 80 manat dəyərində somavarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumilikdə 1030 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 12 mart 2023-cü il tarixdə saat 03 radələrində ünvan 7 ünvanda yerləşən Zərərçəkmiş şəxs15 yaşayış olmayan evin pəncərəsini əli ilə vurub sındırdıqdan sonra binaya qanunsuz daxil olaraq içəridən 60 manat dəyərində qalınlığı 2,5 mm olan 30 metr, 425 manat dəyərində qalınlığı 4 mm olan 500 metr 05 top, 440 manat dəyərində qalınlığı 2,10 mm olan 40 metr və 112 manat dəyərində qalınlığı 2,5 mm olan 56 metr elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 1037 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını talama məqsədilə 13 mart 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs16 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 43-cü korpusda yerləşən yaşayış olmayan evin giriş qapısını güc tətbiq edərək açdıqdan sonra binaya qanunsuz olaraq daxil olub içəridən bir ədəd 800 manat dəyərində kiçik seyf qapı, bir ədəd 300 manat dəyərində unitaz, 600 manat dəyərində plintus və 200 manat dəyərində əhəngi gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 1900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 16 mart 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən Zərərçəkmiş şəxs17 icarədarı olduğu saxlanc yeri hesab olunan qeyri-yaşayış sahəsinin giriş qapısının qıfılını dəmir alətlə sındırıb sexin binasına qanunsuz olaraq daxil olub içəridən sonuncuya məxsus bir ədəd 250 manat dəyərində “Bosch” markalı böyük drel, bir ədəd 40 manat dəyərində kiçik drel, bir ədəd 250 manat dəyərində “Bosch” markalı laqonda, bir ədəd 80 manat dəyərində “Premium” markalı laqonda, bir ədəd 35 manat dəyərində kiçik laqonda, bir ədəd 220 manat dəyərində “Makite” markalı frez, bir ədəd 180 manat dəyərində göy rəngli frez, bir ədəd 80 manat dəyərində mişar və bir ədəd 60 manat dəyərində “DVT” markalı vibratoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 1195 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə 17 mart 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs18 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Məmmədoğulları” avtoservisin arxasında olan yeni yaşayış massivində yerləşən yaşayış olmayan evin pənəcərəsini əli ilə vurub açaraq binaya qanunsuz daxil olaraq içəridən 1000 manat dəyərində 800 metr elektrik naqili, bir ədəd 50 manat dəyərində “Bosch” markalı drel, bir ədəd “ATEC” markalı 50 manat dəyərində laqonda və bir ədəd 300 manat dəyərində preforatoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs18 ümumilikdə 1400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə 19 mart 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs19 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən yaşayış olmayan evin giriş qapısını təpiklə vurub sındıraraq binaya qanunsuz daxil olaraq içəridən 3000 manat dəyərində elektrik naqili və 30 manat dəyərində bir ədəd “Sieme” markalı taxta kəsən mişarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs19 ümumilikdə 3030 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə 21 mart 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs20 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu, Yeni yaşayış massivində yerləşən yaşayış olmayan evin pənəcərəsini əli ilə vurub açaraq binaya qanunsuz daxil olaraq içəridən bir metri 65 qəpik olan 4 mm-lik və 1 bir metri 55 qəpik olan 2,5 mm-lik 1700 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs20 ümumilikdə 1700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 24 mart 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs21 məxsus ünvan 8 ünvanda yerləşən yaşayış olmayan evin giriş qapısını dəmir alətlə açaraq binaya qanunsuz daxil olaraq içəridən bir topunun dəyəri 45 manat olan 180 manat dəyərində 4 top 1,5 mm-lik, bir topunun qiyməti 60 manat olan 780 manat dəyərində 13 top 2,5 mm-lik və bir topunun dəyəri 90 manat olan 1800 manat dəyərində 20 top 4 mm-lik elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs21 ümumilikdə 2760 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 26 mart 2023-cü il tarixdə saat 03:30 dəqiqədə Zərərçəkmiş şəxs22 məxsus ünvan 9 ünvanda yerləşən yaşayış olmayan evin arxasındakı pəncərəsinin alt hissəsində olan mişar daşlarını əli ilə dağıdaraq binaya qanunsuz daxil olaraq içəridən 2000 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs22 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 27 mart 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs23 məxsus ünvan 10 ünvanda yerləşən yaşayış olmayan evin pəncərəsini əli ilə vurub sındıraraq binaya qanunsuz daxil olaraq içəridən 400 manat dəyərində bir ədəd ədəd velosiped və bir metri 65 qəpik olan 1600 manat dəyərində 4 mm-lik elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs23 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə 28 mart 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs24 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən, 101-ci korus, 88 ünvanda yerləşən yaşayış olmayan evin pənəcərini əli ilə açaraq binaya qanunsuz daxil olaraq içəridən 1000 manat dəyərində elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs24 ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən binaya və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci ilin oktyabr ayının sonlarında saat 01 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış olamayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 pəncərəni güc tətbiq edib əli ilə vurub açaraq onunla birlikdə binaya qanunsuz daxil olaraq evin içərisində yerə qoyulmuş 700 manat dəyərində bir ədəd monoblok unitaz və «Tülpan» formalı əl-üz yuyan krant dəsti, evin mətbəxin tavanından 200 manat dəyərində lambir və bir top 200 manat dəyərində elektrik naqillərini Təqsirləndirilən şəxs1lə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1100 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 29 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış olamayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən hər ikisi giriş qapısının nəfəsliyindən qanunsuz olaraq binaya daxil olub içərisindən bir ədədinin dəyəri 100 manat olan 500 manat dəyərində beş ədəd otaq taxta qapılarını, 100 dəyərində dəmir profilləri və 200 manat məbləğində elektrik avadanlığını (elektrik naqilləri, sporlar və elektrik açarlarını) Təqsirləndirilən şəxs1lə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 yanvar 2023-cü il tarixdə saat 00:30 dəqiqədə Zərərçəkmiş şəxs4 məxsus ünvan 4 ünvanda yerləşən yaşayış olamayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ilə birlikdə evin həyətinə hasardan keçmə yolu ilə qanunsuz daxil olaraq həyətdə yerləşən saxlanc yeri hesab olunan əl damının qapısını Təqsirləndirilən şəxs1 əli ilə vurub açıb onunla birlikdə içəriyə qanunsuz daxil olub oradan 80 manat dəyərində bir ədəd «Bosch» markalı laqonda, bir ədədinin dəyəri 75 manat olan iki ədəd 150 manat dəyərində «Bosch» markalı perfarator, bir ədədinin dəyəri 48 manat olan üç ədəd 144 manat dəyərində «SKOLD» markalı preforator, bir ədədinin dəyəri 55 manat, digərinin isə 35 manat olan iki ədəd drel, bir ədəd 50 manat dəyərində mişar, bir ədəd 180 manat dəyərində preforator, bir ədəd 150 manat dəyərində preforator, bir ədədinin dəyəri 30 manat olan iki ədəd 60 manat dəyərində laqonda və içərisində müxtəlif alətlərinin ehtiyat hissələri olan bir ədəd göy rəngli 25 manat dəyərində dəmir çamadanı Təqsirləndirilən şəxs1lə birlikdə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 929 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 yanvar 2023-cü il tarixdə saat 03:50 dəqiqədə Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən yaşayış olamayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ilə birlikdə ilkin olaraq evin həyətinə, sonra isə binanın qapısının olmamasından istifadə edib binaya qanunsuz daxil olaraq içəridən Zərərçəkmiş şəxs5 məxsus 2000 manat dəyərində elektrik naqilləri, ümumi dəyəri 2000 manat olan iki ədəd aliminiumdan qapı, plasmas turbalar və 80 manat dəyərində “START” markalı “SP 1500” modelli preforator, Zərərçəkmiş şəxs25 məxsus isə 150 manat dəyərində bir neçə yataq dəsti, ümumi dəyəri 160 manat olan uşaq üçün iki ədəd gödəkçə, üç ədəd şalvar, üç ədəd poliver, 700 manat dəyərində «LG» markalı, 1000 manat dəyərində «Samsung» markalı kondisionerlər və 400 manat dəyərində soyuducu kameranın içərisinin detallarını söküb Təqsirləndirilən şəxs1lə ilə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 ümumilikdə 4080 manat, Zərərçəkmiş şəxs25 isə 2410 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 12 yanvar 2023-cü il tarixdə saat saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 1-ci mədən, korpus 7-də yerləşən «FAB boya»nın yaxınlığındakı yaşayış olmayan evin qarşısına gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 ilə birlikdə daş hasarından evin həyətinə qanunsuz olaraq daxil olub evin binasının divarına bərkidilmiş bir ədəd 1350 manat dəyərində «Senator» markalı kombi sisteminin detallarını söküb Təqsirləndirilən şəxs1lə birlikdə gizli olaraq talayıb zərərçəkmiş şəxs F.K. Sərkərova 1 350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 234.1 -ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Gəncə şəhərində qeydiyyatdadır və orada yaşamış, ata evi Gəncə şəhərindədir, Bakı şəhərində dostları və tanışları vardır, mütəmadi olaraq Bakı şəhərinə gəlib getmiş, lakin daimi orada yaşamışdlr.Xatırlamadığı tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının müəyyən hissəsini çəkib azadlığa buraxılmışdır. İşləmək üçün Bakı şəhərinə gələrək müxtəlif ünvanlarda günlük evlərdə yaşamağa başlamışdır. Sonuncu dəfə isə Biləcəri qəsəbəsində iki otaqlı kiçik həyəti olan evi kirayələmiş və orada yaşamışdır. Bakı şəhərində müxtəlif yerlərdə fəhləlik etmiş, eyni zamanda küçələrdən metal toplayıb satmışdır. 2023-cü ilin fevral ayının əvvəllərindən narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Bundan sonra narkotik vasitə aslılığı yaranmış və bədənində ağrılar olmuş, ağrıların qarşısını almaq üçün də tanımadığı şəxslərdən pulla narkotik vasitə alaraq istifadə etmişdir. Maddi cəhətdən çətinlikləri olmuş və oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayının sonlarında tarixini dəqiq xatırlamadığı gün tanışı Təqsirləndirilən şəxs2 ilə görüşüb küçədə işsizlik barədə danışan zaman sonuncuya bildirmişdir ki, Binəqədi rayonu ərazisində bir çox kimsəsiz evlər vardır və oradan asanlıqla oğurluq edə bilərlər. Mahir təklifini qəbul etmiş və həmin günü gecə saat 01 radələrində Mahir ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11 ünvana gəlmişlər. Orada içərisində işıqları yanmayan bir mərtəbəli evin qarşısında dayanıb ətrafa baxmışlar. Gecə olduğu üçün sakitlik olmuş və heç kim olmamışdır. Mahir ilə evə yaxınlaşıb evin pəncərəsini əli ilə itələyib açmışdır. İlkin olaraq içəri daxil olmuş, arxasınca isə Mahir içəri daxil olmuşdur. Ev təmirsiz olmmmuş və içərisində tikinti malları olmuşdur. Yerdə təzə vəziyyətdə olan elektrik naqilini götürüb torbaya qoymuşdur. Bundan sonra Mahir ilə evin mətbəxinə keçmişlər. Mətbəxin tavan hissəsində olan elektrik naqilini köməkləşib sökərək tobraya qoymuşlar. Bundan sonra hər ikisi evdən küçəyə çıxmış və torbanı əlində tutub Mahir ilə oradan uzaqlaşmışdır. Mahir ilə oğurladığı əşyaları kirayə yaşadığı Biləcəri qəsəbəsində olan evin həyətinə gətirmişlər. Gecə olduğu üçün evdə Mahir ilə yatmış və səhər saatlarında Mahir ilə yuxudan oyanmışdır. Mahir ilə razılaşmışlar ki, oğurladığı əşyaları sataraq əldə etdiyi pulu öz aralarında bölsünlər. Həmin günü yaşadığı evin həyətində şübhə çəkməmək üçün elektrik naqilini yandırmış və bir neçə hissəyə bölərək yararsız hala gətirmişlər ki, mis kimi satsınlar. Həmin günü Mahir ilə Biləcəri qəsəbəsi, DSK yolu kənarında olan “Murad” adlı mağazanın arxasında olan metal alqı-satqı məntəqəsinə gəlmişlər. Mahir ilə məntəqədə işləyən Rövşən adlı şəxsə yaxınlaşmışdır. Belə ki, Rövşəni tanımış və sonuncuya əvvəl küçələrdən topladığı naqil satmışdır. Mahir yanında dayanmış, özü isə Rövşənə naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Belə ki, Rövşənə özünü usta kimi, yəni evlərdə tikinti işləri ilə məşğul olan şəxs kimi tanıtmışdır. Rövşənə naqili işlədiyi evdən qalan qırıntı naqillər olmasını bildirmişdir. Rövşən də inanmışdır. Rövşən naqili torbadan çıxarıb baxmış və tərəzisi ilə çəkərək təxminən 130-140 manat civarında qiymətləndirmişdir. Rövşən şəxsiyyət vəsiqəsini istəmişdir. Rövşənə vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Ancaq vəsiqəsinin seriya nömrəsini telefonunda qeyd etmiş, buna görədə seriya nömrəsini Rövşənə bildirmişdir. Bundan sonra Rövşən kağız vermiş, kağızda Rövşənə elektrik naqili satmağını, naqilin özünə məxsus olmasını və qiymətini qeyd edərək imzalamışdır. Rövşən pulunu vermiş və Mahir ilə oradan çıxıb getmişlər. Həmin günü Mahir ilə pulu yarı-yarıya aralarında bölmüşlər və sonuncu getmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün hissə-hissə xərcləmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayının ortalarında pulu olmadığı üçün maddi cəhətdən dolanışığından çətinliklər olmuşdur. Buna görədə pulum olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. 16 noyabr 2022-ci il tarixdə saat 01 radələrini ötmüşdür ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndam küçəsi ilə piyada gedən zaman yarım tikili ev görmüşdür. Həmin ev diqqətini çəkmişdir. Belə ki, ev tam tikilməmiş və yarımçıq olmuşdur. Evin ətrafı açıq olmuşdur. Ətrafa baxıb heç kəsin olmadığını görüb evin həyətinə daxil olmuşdur. Həyətdə bir kənarda kiçik tikili olmuşdur. Həmin tikilinin qapısına yaxınlaşmış və qapının qıfılı olmasını görmüşdür. Ətrafda olan dəmir parçasını götürüb qıfılı dəmir ilə güc tətbiq edərək açmışdır. İçəri daxil olduqda içəridə təmir alətləri olmasını görmüşdür. Orada olan bir ədəd lazer, iki ədəd laqonda və bir ədəd preforatoru götürüb yerdən tapdığı torbaya qoymuşdur. Bundan sonra isə oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Evin həyətində oğurladığı əşyaları gizlətmişdir. Gecəni evdə yatmışdır. Günorta saatlarında yuxudan oyanmışdır. Oğurladığı əşyaları bir ədəd laqondadan başqa tanımadığı şəxslər 2-3 gün ərzində xatırlamadığı tarixlərdə unutduğu məbləğlərə satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Sata bilmədiyi bir ədəd laqondanı isə yaşadığı evin həyətində gizlətmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayının 29-da Mahir ilə görüşüb söhbət edən zaman ona həmin evdə tikinti materialları oğurlaya və naqil sökə biləcəyimizi bildirib oradan oğurluq etməyi təklif etmişdir. Mahir də razılaşmış və həmin günü onlar saat 02 radələrində ilk dəfə oğurluq etdiyi evin yan tərəfinə gəlmişlər. Ətrafa baxmışlar ki, evə daxil olan zaman onları görən olmasın. Heç kimi olmamasından əmin olduqdan sonra həyətə keçib dəmirdən olan giriş qapısına yaxınlaşmışlar. Qapının üzərində böyük nəfəsliyi və nəfəslik açıq olmuşdur. Əli ilə qapının üst yuxarı hissəsindən tutub oradan içəri evə daxil olmuşdur. Arxasınca da Mahir oradan içəri daxil olmuşdur. Mahir ilə evdə olan sayını dəqiq xatırlamadığı dəmir profilləri oradan tapdığım ip ilə bağalyıb pəncərəni açıb küçəyə çıxarmışlar. Mahir küçədə dayanmış, o isə evdə olan elektrik naqili, aportlar və elektrik açarlarını da götürüb özü ilə gətirdiyi torbaya qoyaraq pəncərədən çıxarmışdır. Bundan sonra o da küçəyə çıxmışdır. Oğurladıqları əşyaları köməkləşib kirayə yaşadığı evə gətirmişlər. Evdə həmin əşyaları evin həyətinə qoymuşlar. Evdə yatmışlar və bir neçə saatdan sonra yuxudan oyanıb oğurladıqları əşyaları kəsərək və əzərək yararsız hala salmışlar ki, detal kimi sata bilsinlər və şübhə çəkməsinlər. Mahir ilə əşyaları Rövşənin işlədiyi məntəqəyə gətirmişlər. Mahir ilə Rövşənə yaxınlaşıb dəmir profilləri, elektrik avadanlığını, elektrik naqilini və elektrik açarlarını göstərmişlər. Lakin Rövşən dəmir almadığını, gətirdiyi malların içərisindən yalnız elektrik açarlarını, elektrik naqilini və digər elektrik avadanlıqlarını ala biləcəyini bildirmişdir. Dəmir profilləri isə almamışdır. Rövşən gətirdiyi elektrik əşyalarını tərəzidə çəkmiş və ümumilikdə 145 manat qiymətləndirmişdir. Bundan sonra Rövşən vəsiqəsini istəmiş, vəsiqəsini itirdiyini bildirmiş və yenədə sonuncuya seriya nömrəsini bildirmişdir. Rövşən kağız vermiş, kağızda Rövşənə elektrik naqili satmağını, naqilin özünə məxsus olmasını və qiymətini qeyd edərək imzalamışdır. Rövşən pulunu vermiş və Mahir ilə dəmir profilləri götürüb oradan çıxıb getmişlər. Yolda dəmir profilləri sata bilməyəcəyini fikirləşib dəmirdən olan zibil qabına atmışdır. Həmin günü Mahir ilə pulu yarı-yarıya aralarında bölmüşlər və Mahir getmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün hissə-hissə xərcləmişdir. Bundan başqa 07 yanvar 2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdən çıxaraq 2-ci Mədən, 46-cı korpusa gəlmişdir. Orada bir neçə dəfə olmuş və oğurluq etmək üçün münasib evlər görmüşdür. Həmin ərazini gəzərək kimsəsiz ev axtarmışdır. Nömrəsini bilmədiyi bir mərtəbəli palıdı rəngli qapısı olan ev diqqətini çəkmişdir. Evin qapısı açıq olmuşdur. Evin qarşınıda dayanıb qapıdan içəri baxmışdır. Bir neçə dəqiqə evi seyr etmişdir. Lakin həyətdə heç kimi görməmişdir. Özündə qənaətə gəlmişdir ki, evdə heç kim yoxdur. Bundan sonra boylanıb ətrafa baxaraq sakit şəkildə qapıdan içəri daxil olmuşdur. Evin zirzəmisi olmuşdur. Pəncərədən evin içərisini seyr etmiş, lakin evdə heç kimin olmadığını dəqiqləşdirmişdir. Fikirləşmişdir ki, ev sahibləri evdə yoxdur, lakin tezliklə gələ bilər. Buna görədə evin zirzəmisinə daxil olmaq qərarına gəlmişdir. Zirzəmiyə yaxınlaşıb qapısını yoxladıqda açıq olmasını görmüşdür. Zirzəmiyə daxil olduqda oradan iki ədəd laqonda, bir ədəd drel, bir ədəd perfarator və bir ədəd balta tapmışdır. Həmin əşyaları zirzəmidən tapdığı torbaya qoymuşdur. Zirzəmidən çıxıb ev sahiblərinin gəlib-gəlmədiyini yoxladıqdan sonra torbanı götürüb küçəyə çıxıb cəld şəkildə qaçaraq oradan uzaqlaşmışdır. Həmin əşyaları yaşadığı evə gətirib çarpayının altına qoymuşdur. Səhəri günü həmin əşyaları satmağa başlamışdır. Belə ki, yaşadığı evin yaxınlığında bir ədəd perfaratoru, bir ədəd dreli və bir ədəd baltanı özünə məxsus olmasını bildirməklə tanımadığı şəxsə xatırlamadığı məbləğə satmışdır. İki ədəd laqondanı isə sata bilməmiş və evin həyətində gizlətmişdir. Əldə etdiyi pulu isə özü üçün xərcləmişdir. Bundan başqa 12 yanvar 2023-cü il tarixdə Mahir ilə yaşadığı evin yaxınlığında siqaret çəkən zaman ona təklif etmişdir ki, DSK yolu, 1-ci Mədəndə təmirsiz evlər vardır və onların birindən oğurluq etsinlər. Mahir də razılaşmış və onlar həmin günü saat 03 radələrində Binəqədi rayonu, DSK yolu, 1-ci Mədən, 7-ci korpusda olan “FAB boya”nın yaxınlığına gəlmişlər. Orada ev axtaran zaman iki mərtəbəli ev onların diqqətini çəkmişdir. Evin giriş qapısı hündür olmamış, belə ki, qapının hündürlüyü qısa və üzəri dəmir barmaqlıqlarla bəzədilmişdir. Evin həyətyanı sahəsi daş hasar olmuşdur. Mahir ətrafa baxıb heç kəsin olmadığını görüb daş hasardan ilkin olaraq o, sonra isə Mahir həyətə düşmüşlər. Evin qapısı dəmirdən olmuş və pəncələrinin üzərinə dəmir barmaqlıq çəkilmişdir. Buna görədə onlar evə daxil ola bilməmişlər. Həyətdə gəzişən zaman isə evə gedən və divara bərkidilmiş istilik sistemini tapmışlar. İstilik sisteminin içərisinin detallarını Mahir ilə sökərək torbaya qoyub evə daxil olduğu hasardan çıxıb yaşadığı evə gəlmişlər. Gecəni onlar evdə yatmışlar. Səhəri günü onlar detalları daşla əzərək yararsız hala salmamışlar ki, detal kimi satsınlar. Detalları torbaya qoyaraq Rövşənin işlədiyi məntəqəyə gətirmişlər. Mahir ilə yenədə Rövşənə yaxınlaşıb torbadan detalları yerə tökmüş və işdən verilmiş köhnə kombinin içərisindən sökdüyü aliminium detallar olmasını bildirmişdir. Rövşən detalları tərəziyə qoyub çəkmiş və 136 manat pul verəcəyini demişdir. Rövşən yenədə kağız parçasında qəbz yazmış, orada satdığı malı, qiymətini və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmişdir. Pulu alıb Mahir ilə getmişdir. Həmin günü Mahir ilə pulu yarı-yarıya aralarında bölmüşlər və Mahir getmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün hissə-hissə xərcləmişdir. Bir ədəd laqonda, iki ədəd perfarator, iki ədəd dreli, 3 ədəd perfarator, bir ədəd lobzik, iki ədəd perfarator və iki ədəd laqondanı satmış, bir ədəd preforatoru isə sata bilməmişdir. Belə ki, bir ədəd laqonda, iki ədəd perfarator, iki ədəd dreli, 3 ədəd perfarator, bir ədəd lobzik, iki ədəd perfarator və iki ədəd laqondanı 14 yanvar 2023-cü il tarixdən 17 yanvar 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla taksi avtomobili tutub Məştağa qəsəbəsində olan bazara aparıb orada tanımadığı şəxslərə xatırlamadığı məbləğlərə satmış və Mahir ilə görüşüb sonuncuyada pul vermişdir. Bundan başqa 2023-cü ilin yanvar ayının 10-da Mahir ilə yaşadığı evdə yemək yeyən zaman təklif etmişdir ki, pulu azdır və oğurluq etsinlər. Mahir də razılaşmışdır. Bundan sonra Mahir ilə oğurluq etmək üçün ünvan 13 ünvanda yerləşən evin qarşısına gəlmişlər. Saat 00:30 dəqiqədə ətrafa baxıb eç kəsin olmadığından əmin olduqdan sonra daş hasardan evin həyətinə düşmüşlər. Həyətdə kiçik əl damı olmuşdur. Mahir ilə əl damına yaxınlaşaraq damın qapısını itələyib açmışdır. Üzərində olan alışqanın arxasındakı işığı yandırmış və damda tikinti alətləri olmasını görmüşlər. Damda olan bir ədəd laqonda, iki ədəd perfarator və iki ədəd dreli götürüb özü ilə götürdüyü torbaya qoymuşdur. Mahir isə 3 ədəd perfarator, bir ədəd lobzik, iki ədəd perfarator və iki ədəd laqondanı götürüb torbaya qoymuşdur. Bundan sonra içərisində müxtəlif ehtiyat hissələri olan göy rəngli çamadanı da götürüb oradan çıxmışlar. Oğurladığı əşyaları köməkləşib kirayə yaşadığı evə gətirmişlər. Belə ki, bir ədəd torba və çamadan, Mahir isə digər torbanı götürmüşdür. Evdə həmin əşyaları evin həyətinə boşaltmışlar. Bundan sonra Mahirə bildirmişdir ki, mümkün qədər yenədə oğurluq edək və oğurladığı əşyaları sataraq yaxşı pul əldə etsinlər. Mahir də razılaşmış və onlar yaşadığı evin yaxınlığına yolun kənarına gəlmişlər. Orada olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı tanımadığı şəxsin taksi avtomobilinə əyləşib Binəqədi rayonu, DSK yolunun kənarına gəlmişlər. Orada Mahir ilə avtomobildən düşmüş və taksi avtomobilinin pulunu vermişdir. Yolun kənarı ilə bir neçə metr getmiş və bir mərtəbəli həyət evi görmüşdür. Saat 03:50 dəqiqədə həyət evinin qarşısına gəlmişlər. Evin həyət qapısı olmamış, belə ki, dəmir nazik hissələr qoyulmuşdur. Mahir ətrafa baxıb heç kəsin olmadığından əmin olub oradan içəri həyətə daxil olmuşlar. Evin pəncərələrinin üzərində dəmir barmaqlıq olmuş, qapısı isə olmamışdır. Onlar qapıdan Mahir ilə içəri daxil olub alışqanın arxasında olan işıqla evi axtarmışdır. Ev təmirli və yayış olmamışdır. Ancaq evdə yataq dəstləri, pal-paltar, kondisoner, televizor, soyuducu kamera, iki ədəd aliminiumdan qapı, plasmas turbalar və bir ədəd preforator olmuşdur. Mahirə demişdir ki, evin elektrik naqilini sökəcək, o, isə kondisonerlərin içərisinin detallarını söksün. Bundan sonra evin divarına çəkilmiş naqilin bir neçə metrini sökərək əzib torbaya qoymuş, Mahir isə iki ədəd kondisonerin içərisini sökərək detallarını torbaya yığmışdır. Bir ədəd preforatoru da götürüb torbaya qoymuşdur. Mahir soyuducu kameranın içərisini də sökərək aliminium detallarını torbaya qoymudur. Digər əşyaları isə götürməmişdir. Çünki onlara qiymətli və sata biləcəyi əşyalar lazım olmuşdur. Həmin əşyaları evdən çıxarıb yaşadığı evin həyətinə gətirdib qoymuşdur. Səhər saatlarında hava açılmamış evdə yatmış və bir neçə saatdan sonra yuxudan oyanıb Mahir ilə razılaşmışlar ki, oğurladığı əşyaları yararsız hala salsınlar. Buna görədə naqili və kondisonerin içərisindən çıxardıqları detalları daşla əzmiş və bir neçə hissələrə bölmüşlər. Bir ədəd laqonda, iki ədəd perfarator, iki ədəd dreli, 3 ədəd perfarator, bir ədəd lobzik, iki ədəd perfarator, iki ədəd laqonda və bir ədəd preforatoru torbaya qoyaraq saxlamışdır. İçərisində müxtəlif ehtiyat hissələri olan göy rəngli çamadanı və içərisində olan metalları balta bir neçə hissəyə bölüb yararsız hala salmışdır. Çamadan və içərisində olan alətlər aliminiumdan olmuşdur. Həmin günü günorta saatlarında yəni, 10 yanvar 2023-cü il tartixdə Mahir ilə oğurladığı əşyaları iki ədəd torbaya qoyaraq Rövşənin işlədiyi metal qəbulu yerinə aparmışlar. Orada Rövşənə yaxınlaşıb malları torbadan yerə tökmüş və özünə məxsus olmasını bildirmişdir. Rövşənə Mahirin də yanında evlərdə fəhlə işləməsini demişdir. Ancaq Mahir barədə ona heç bir məlumat verməmişdir. Rövşənə naqilin təmir etdiyi evdən qalan qırıntılar olmasını, digər əşyaların isə köhnə yararsız halda olan kondisonerin içi olmasını demişdir. Rövşən gətiriyi əşyalara baxaraq ümumilikdə tərəzi ilə çəkmiş və 125 manat qiymətləndirmişdir. Rövşən yenədə kağız parçasında qəbz yazmış, orada satdığı malı, qiymətini və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmişdir. Pulu alıb Mahir ilə getmişdir. Həmin günü Mahir ilə pulu yarı-yarıya arasında bölmüşlər və Mahir getmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün hissə-hissə xərcləmişdir. Evdə olan saxladığı tikinti alətlərini isə müştəri tapdıqda sataraq pulu Mahir ilə aralarında bölməyə qərar vermişdir. Lakin həmin alətləri satmaq üçün müştəri tapa bilməmiş, çünki qorxmuşdur ki, törətdiyi cinayətlər aşkara çıxa bilər, ona görədə alətləri gizlin və sakit şəkildə satmaq istəmişdir. Bunu Mahirə də demiş, sonuncu da düzgün fikirdə olmağını təsdiqləmişdir. Bundan başqa 2023-cü ilin fevral ayının ortalarında pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 24 fevral 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Zəngəzur kimi bildiyi küçəyə gəlmişdir. Həmin küçədə olan evlərə baxraq münasib ev axtarmışdır. Həmin küçədə iki mərtəbəli yaşayış evi görmüşdür. Həmin evin görünüşündən başa düşmüşdür ki, təmirsizdir. Evə daxil olmaq üçün yer axtarmışdır. Heç kimin olmadığından əmin olduqdan sonra evin daş hasarının üzərinə çıxıb həyətə düşmüşdür. Bundan sonra evin taxtadan olan qapısına yaxınlaşmışdır. Çiyin nahiyəsi ilə bir neçə dəfə qapını vurub açmışdır. Bundan sonra içəri daxil olmuşdur. Alışqanın arxasındakı işığı yandırıb evi axtarmışdır. Evdən yalnız elektrik naqili oğurlaya biləcəyini görmüşdür. Üzərində gəzdirdiyi cib bıçağını çıxarıb evin içərisinə çəkilmiş naqilləri kəsmişdir. Belə ki, evdə olan bütün elektrik yavalarını bıçaq ilə sökərək yerindən çıxarmış və sonra dartaraq evin bütün naqillərini çıxarmışdır. Naqili hissələrə bölərək özü ilə gətirdiyi torbaya qoymuşdur. Sonra isə qapıdan küçəyə çıxıb yaşadığı evə gəlmişdir. Yorqun olduğu üçün yatmışdır. Günorta saatlarına yaxın yuxudan oyanıb naqilləri torbadan çıxarıb yandırmışdır. Naqilə bitişik elektrik yuvarı lazım olmadığından atmııışdır. Naqilləri bıçaq ilə kəsərək hissələrə bölüb topalamışdır. Həmin günü naqili satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında kiçik yerdə metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən İlqar adlı şəxsə yaxınlaşmışdır. İlqarı tanımış və sonuncuya bir neçə dəfə naqil satmışdır. İlqara naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Belə ki, İlqar onu usta kimi, yəni evlərdə tikinti işləri ilə məşğul olan şəxs kimi tanımışdır. İlqara naqili işlədiyi evdən qalan qırıntı naqillər olmasını bildirmişdir. İlqar misi tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. İlqar sənəd istəmiş və sonuncuya sənədinin üzərində olmadığını bildirmişdir. Ancaq seriya nömrəsini telefonunda qeyd etməyini deyərək nömrəsini bildirmişdir. Bundan sonra İlqar kağız vermiş, kağızda misi satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. İlqar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin fevral ayının sonlarında pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 27 fevral 2023-cü il tarixdə saat 03 radələrində Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində olmuşdur. Həmin küçədə bir çox oğurluqlar etdiyi üçün oranı yaxşı tanımışdır. 3-cü döngədə yerləşən bir mərtəbəli yaşayış evinin qarşısından keçən zaman oraya daxil olmağa qərar vermişdir. Evin giriş qapısına yaxınlaşıb ətrafa baxmış və sakitlik olmasını görüb əli ilə qapının orta hissəsindən itələyərək açmışdır. Sonra isə həyətə daxil olub qapını arxadan bağlamışdır. Bundan sonra evə yaxınlaşmışdır. Evə daxil olmaq üçün yer axtarmış və yalnız içəri pəncərədən daxil olmağın mümkün olmasını görmüşdür. Pəncərəni ilə itələyib güc tətbiq edərək açmışdır. Pəncərədən içəri keçmiş, ev təmirsiz və içərisində müəyyən əşyalar olmuşdur. Sata biləcəyi əşya axtarmışdır. Evin divarına çəkilmiş elektrik naqilini sökərək dartıb yerindən qoparmışdır. Naqili topalayıb oradan tapdığı sellofana qoymuşdur. Bundan sonra isə evə daxil olduğu yerdən küçəyə çıxmış və yaşadığı evə gəlmişdir. Gec olduğu üçün yatmış və səhər saat 12-13 radələrində yuxudan oyanıb naqilləri çıxarıb həyətdə üzünü yandırmışdır. Həmin günü naqili satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında kiçik yerdə metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən İlqar adlı şəxsə yaxınlaşmışdır. İlqara naqili göstərib özünə məxsus olmasını bildirmişdir. İlqar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra İlqar kağız vermiş, kağızda misi satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. İlqar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədlərim üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin mart ayının əvvəllərində pulu qutardığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 01 mart 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsinə gəlmişdir. Həmin küçə ilə piyada gedərək evlərə baxmış və oğurluq etmək üçün kimsəsiz ev axtarmışdır. Nömrəsini bilmədiyi bir mərtəbəli həyət evi görmüş və oraya girmək qərarına gəlmişdir. Buna görədə ətrafa baxıb heç kimin görmədiyindən əmin olub evin pəncərəsinə yaxınlaşmışdır. Pəncərəni əli ilə itələyib, yəni 3-4 dəfə əli ilə güc tətbiq edib itələdikdə açılmışdır. Bundan sonra pəncərədən içəri daxil olmuşdur. Cibindən aslışqan çıxarıb evin içərisini axtarmışdır. Evin içərisində müxtəlif əşyalar olmuşdur. Ev tam təmirli olmamışdır. Evə çəkilmiş, yəni otaqlarda divara bərkidilmiş elektrik naqilləri görmüşdür. Naqilləri sata bildiyi üçün oğurlamaq qərarına gəlmişdir. Cibində olan bıçağı çıxarıb naqilləri kəsərək topalayıb cibindən sellofan çıxarıb içərisinə qoymuşdur. Evin bütün işıq xəttinin naqilini kəsərək torbaya qoymuş və pəncərədən küçəyə çıxmışdır. Naqili oradan uzaqlaşdırıb yaşadığı evə gətirmişdir. Evdə yatmış və yuxudan oyandıqda daima olduğu kimi naqili yandırıb misini çıxarmışdır. Misi torbaya qoyaraq satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında yerləşən metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən Bəxtiyar adlı şəxsə yaxınlaşmışdır. Naqili Bəxtiyara göstərib özünə məxsus olmasını bildirmişdir. Bəxtiyar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra Bəxtiyar kağız vermiş, kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. Bəxtiyar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin mart ayının əvvəllərində pulu qutardığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 06 mart 2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu, İncəçay küçəsi ilə piyada gedən zaman bir mərtəbəli həyət evi görmüşdür. Evin işıqları yanmış və dayanıb bir neçə dəqiqə evi seyr etmişdir. Hərəkətsizlik olmasını görüb evin yan tərəfində olan daş hasarın dibinə gəlmişdir. Heç kimin olmamasından əmin olub hasarın üzərinə çıxaraq həyətə düşmüşdür. Evin giriş qapısı dəmirdən olmuşdur. Buna görədə evin daxil olmaq üçün yer axtarmış və pəncərədən girməyi planlaşdırmışdır. Pəncərəyə yaxınlaşıb əli ilə 4- 5 dəfə itələdikdə pəncərə açılmış və oradan içəri girmişdir. Ev təmirsiz olmuşdur. Evdə olan əşyaları axtarmış və sata bilmək üçün naqil olmasını görmüşdür. Üzərində olan cib bıçağını çıxarıb evin bütün naqillərini bir neçə dəqiqə ərzində kəsərək döşəmənin üzərinə tökmüşdür. Sonra isə cibində olan böyük torbanı çıxarıb naqili oraya qoymuşdur. Bundan sonra pəncərədən həyətə çıxmışdır. Torbanı daş hasarın üzərindən küçəyə atmışdır. Özündə daş hasardan küçəyə çıxmışdır. Torbanı götürüb yaşadığı evə gəlmiş və naqili gizlədib yatmışdır. Bir neçə saat sonra yuxudan oyanıb naqilin üzərinə kağız parçaları qoyaraq yandırmış və təmizləyərək misi çıxarmışdır. Misi torbaya qoyaraq satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında yerləşən metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən Bəxtiyar adlı şəxsə yaxınlaşmışdır. Bəxtiyarı əvvəldən tanımış, belə ki, sonuncuya bir neçə dəfə naqil satmışdır. Bəxtiyara da özünü usta kimi tanıtmışdır. Naqili Bəxtiyara göstərib özünə məxsus olmasını bildirmişdir. Bəxtiyar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra Bəxtiyar kağız vermiş, kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. Bəxtiyar sənəd istədikdə üzərində olmadığını bildirib mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirmişdir. Bəxtiyar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin mart ayının əvvəllərində pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 09 mart 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, O.Məmmədov küçəsinə gəlmişdir. Orada olan evlərə baxıb münasib ev axtarmışdır. İki mərtəbəli mansard tipli ev diqqətini çəkmiş və oradan oğurluq etməyi qərarlaşdırmışdır. Buna görədə ətrafa baxıb heç kimin olmamasından əmin olub evin daş hasarının yaxınlığına gəlmişdir. Səs-küy etmədən hasarın üzərinə çıxaraq həyətə düşmüş və oradan evin giriş qapısına yaxınlaşmışdır. Evin üz görünüşündən aydın olmuşdur ki, evdə təmir işləri aparılır. Evin giriş qapısını yoxladıqda görmüşdür ki, qapı bağlıdır. Lakin qapı çərçivəyə bərkidilməmişdir. Qapını oynadaraq yerindən çıxarıb kənara qoymuşdur. Bundan sonra içəri daxil olmuşdur. Evdə müxtəlif əşyalar və elektrik alətləri olmuşdur. Cibində olan torbanı çıxarıb yerdə olan bir ədəd perfaratoru çantası ilə birgə, bir ədəd laqonda, iki ədəd drel, bir dəst elektrik avadanlığı və iki ədəd şpatelləri torbaya qoymuşdur. Bundan sonra evin içərisindən bir ədəd böyüqk qayçı tapmışdır. Həmin qayçı ilə evin içərisinə gələn elektrik naqilini kəsərək topalayıb torbaya qoymuşdur. Qayçını evin içərisinə atıb evdən çıxaraq oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Torbanı yatdığı otaqda çarpayının altına qoyub yatmışdır. Hava açıldıqda yuxudan oyanıb naqili yandırmışdır. Elektrik avadanlığının dəstini isə daşla vurub əzmişdir. Naqili satmaq üçün həmin günü DSK yolunun kənarında yerləşən metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Bəxtiyar yaxınlaşıb naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Bəxtiyar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra Bəxtiyar kağız vermiş, kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. Bəxtiyar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmin günü əzdiyi elektrik avadanlığı dəstini, bir ədəd perfaratoru çantası ilə birgə, iki ədəd drel və iki ədəd şpatelləri Biləcəri qəsəbəsində küçədə avtomobili metal alan şəxsə tanımadığı şəxsə 118 manata satmışdır. Bundan başqa 2023-cü ilin mart ayının əvvəllərində pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 10 mart 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.S.Ordubadi küçəsinə gəlmişdir. Küçə ilə piyada gedərək ev axtarmışdır ki, daxil olub oğurluq etsin. Ünvanını bilmədiyi bir mərtəbəli və iki mərtəbəli evlərin qarşısından keçən zaman evlərin təmirsiz olmasını görmüşdür. Evlərin ətrafını gəzərək baxmış və ilkin olaraq birmərtəbəli evə daxil olmaq üçün pəncərənin əlverişli olmasını görmüşdür. Evə daxil olan zaman görən olmasın deyə ilkin olaraq ətrafa nəzarət etmiş və heç kimin olmadığını görüb pəncərəyə yaxınlaşmışdır. Yavaş şəkildə pəncərəni əli ilə itələyib klidlənən hissəsini zədələyib açmışdır. Bundan sonra pəncərədən evə daxil olmuşdur. Üzərində olan alışqanı çıxarıb arxasındakı işıqla evdə axtarış aparmış, üzərində olan cib bıçağını çıxarıb evin otaqlarına, çəkilmiş elektrik naqilini kəsərək topalayıb bağlayaraq oradan tapdığı torbaya qoymuşdur. Belə ki, divara bərkidilmiş razetkaları bıçaq ilə yerindən çıxarıb dartaraq divardan naqillə birlikdə çıxarıb bıçaq ilə kəsmişdir. Bir neçə metr uzunluğunda naqili torbaya qoyub pəncərədən küçəyə çıxmışdır. Saat 03 radələrində digər, yəni iki mərtəbəli evin qarşısına gəlib torbanı yerə qoymuşdur. Evin iki qapısı olmuşdur. Belə ki, böyük qapı olan hissəsi dəmir list ilə bağlanmışdır. Listin sol tərəfində isə kiçik yardımçı qapı olmuşdur. Yardımçı qapısının üst hissəsi açıq olmuşdur. Ətrafa baxıb heç kimin olmamasını görüb qapının açıq olan hissəsindən həyətə düşmüşdür. Evə daxil olmaq üçün əlverişli yerin pəncərə olmasını görüb pəncərəyə yaxınlaşıb əli ilə itələyib açmışdır. Bundan sonra pəncərədən içəri daxil olmuşdur. Ev təmirsiz olmuşdur. Evdə axtarış aparmış və bir ədəd kəlbətin tapmışdır. Kəlbətinin lazım olmasını fikirləşib götürmüş və kəlbətin ilə evin otaqlarına, çəkilmiş elektrik naqilini kəsərək topalayıb ip ilə bağlayaraq oradan tapdığı torbaya qoymuşdur. Mətbəxdə yerdə olan topa naqilləri də götürüb torbaya qoymuşdur. Evin zirzəmisinə gedən naqilləri də kəsərək torbaya qoymuşdur. Evdən iki ədəd elektrik uzadıcısı, yəni (udlinitel)də götürüb torbaya qoyaraq pəncərədən həyətə çıxarmışdır. Bundan sonra isə həyətə daxil daxil olduğu qapının üzərindən küçəyə çıxmışdır. Digər torbanı götürüb yaşadığı evə gəlib naqili həyətə qoyub yatmışdır. Bir neçə saat sonra yuxudan oyanıb naqilin üzərini yandırmış və oğurladığı kəlbətin ilə hissələrə bölərək əzmişdir. Eyni zamanda razetkalar naqilin üzərindən çıxarıb atmışdır. Həmin günü naqili satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında kiçik yerdə metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən İlqar adlı şəxsə yaxınlaşmışdır. İlqara naqili göstərib özünə məxsus olmasını bildirmişdir. İlqar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. İlqar sənədini istəmiş və sonuncuya sənədinin üzərində olmadığını bildirmişdir. Bundan sonra İlqar kağız vermiş, kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. İlqar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 11 mart 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxaraq Zəngəzur yeni yaşayış massivinə gəlmişdir. Orada piyada hərəkət edən zaman bir mərtəbəli həyət evi görmüşdür. Evin ümumi görünüşündən bəlli olmuşdur ki, ev təmirli deyil. Evdə sata biləcəyi əşyalar olmasını fikirləşib oradan oğurluq etməyə qərar vermişdir. Evin qarşısı açıq olmuşdur. Ətrafında isə evlər olmuşdur. Buna görədə ətrafa baxıb heç kimin olmadığını görüb evin qarşına yaxınlaşmışdır. Evin zirzəmisi də olmuşdur. Evə daxil olmaq üçün yer axtarmış və yalnız pəncərədən sakit şəkildə daxil ola biləcəyini görmüşdür. Buna görədə pəncərəyə yaxınlaşıb əli ilə 3-4 dəfə pəncərəni vurub açmışdır. Pəncərədən içəri daxil olmuşdur. Evin içərisi təmirsiz olmuşdur. Evi axtarmış və iki ədəd laqonda, bir ədəd drel və bir ədəd somavar tapmışdır. Həmin əşyaları torbaya qoymuşdur. Belə ki, evdən çıxan zaman özü ilə torba götürmüşdür ki, oğurladığı əşyaları torbaya qoyar. Bundan sonra evə çəkilmiş elektrik naqilinin bir neçə metrini üzərində olan bıçaq ilə kəsmiş və torbaya qoymuşdur. Torbanı götürüb pəncərədən həyətə çıxmışdır. Torbanı çiyin nahiyəsinə qaldırıb yaşadığı evə gəlib yatmışdır. Bir neçə saat yatdıqdan sonra yuxudan oyanmış və həyətdə naqili yandırıb yumurlamışdır. Naqili torbaya qoyub satmaq üçün Bəxtiyarın işlədiyi metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə Bəxtiyara yaxınlaşmışdır. Naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Bəxtiyar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra Bəxtiyar kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd etdirib imzalatdırmışdır. Bəxtiyar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Həmin günü oğurladığı somavarı, bir ədəd dreli və iki ədəd laqondanı 1-ci Mədənə aparıb orada tanımadığı şəxsə özünə məxsus olmasını bildirməklə 171 manata satmışdır. Əldə etdiyi pulları isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 12 mart 2023-cü il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxaraq M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi 1ci dalana gəlmişdir. Saat 03 radələrində orada olan evlərə baxan zaman bir mərtəbəli ev mənim diqqətini çəkmişdir. Evin işıqları yandığı üçün bir qədər tərəddüt etmişdir. Fikirləşmişdir ki, evdə kimsə ola bilər. Buna görədə kənarda dayanıb evi seyr etmişdir. Bir neçə dəqiqə evi seyr etmişdir. Lakin hərəkətsizlik olmasını görüb evin daş hasarının dibinə yaxınlaşıb gözləmişdir. Ətrafa baxıb heç kimin olmadığını görüb diqqət çəkməyərək daş hasarın üzərinə çıxıb oradan həyətə düşmüşdür. Yavaş şəkildə evin giriş hissəsinə yaxınlaşmışdır. Evdə təmir getməsini görmüşdür. İçəri daxil olmaq üçün evin böyük pəncərəsini əli ilə bir neçə dəfə vuraraq sındırıb açmışdır. Pəncərədən içəri daxil olmuşdur. İlkin olaraq cibindən bıçağı çıxarıb evin elektrik xəttini kəsmiş və işıqlar sönmüşdür. Evdə axtarış aparmış, lakin evdə heç bir əşya tapa bilməmişdir. Buna görədə bıçaq ilə evin divarına bərkidilmiş bütün elektrik naqilini kəsəyərək yerə döşəmənin üzərinə tökmüşdür. Sonra isə elektrik naqilini topalayıb əzərək yumurlayıb torbaya qoymuşdur. Bundan sonra pəncərədən həyətə çıxmışdır. Daş hasarın üzərindən torbanı küçəyə atmış, özü də hasarın üzərinə çıxıb küçəyə düşmüşdür. Torbanı götürüb yaşadığı evə gəlib yatmışdır. Bir neçə saat yatdıqdan sonra yuxudan oyanmış və həyətdə naqili yandırıb yumurlamışdır. Misi torbaya qoyub satmaq üçün Bəxtiyarın işlədiyi metal alqısatqısı məntəqəsinə gəlmişdir. Məntəqədə Bəxtiyara yaxınlaşmışdır. Naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Bəxtiyar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra Bəxtiyar kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd etdirib imzalatdırmışdır. Bəxtiyar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 13 mart 2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 1-ci Mədənə gəlmişdir. Orada olan evlərə baxıb daxil olmaq üçün münasib ev axtarmışdır. Orada ünvanını bilmədiyi birmərtəbəli ev diqqətini çəkmişdir. Belə ki, evin giriş qapısının qarşısından və daş hasarın üzərindən dəmir boru xətt keçmişdir. Oradan evin həyətinə asanlıqla daxil ola biləcəyini görüb ətrafa baxmışdır. Gecə olduğu üçün heç kim olmamışdır. Dəmir borunun üzərindən daş hasara çıxmış və həyətə düşmüşdür. Bundan sonra evin giriş qapısına yaxınlaşıb çiyni ilə qapını basıb əli ilə güc tətbiq edərək qapısını açmışdır. Evin içərisinə daxil olub axtarış aparmışdır. Ev təmirsiz və yaşayış olmamışdır. Otaqda olan aliminium plintusları götürüb özü ilə gətridiyi torbaya qoymuşdur. Bundan başqa evdə başqa götürə biləcəyi əşya olmamışdır. Torbanı götürüb evdən küçəyə çıxmış və yaşadığı evə gəlmişdir. Evdə yatmış və bir neçə saat sonra yuxudan oyanıb oğurladığı plintusları həyətdə daşla vurub əzərək yararsız hala salmışdır. Səhəri günü, yəni 14 mart 2023-cü il tarixdə plintuisları torbaya qoyaraq satmaq üçün DSK yolu kənarında olan “Murad” adlı mağazanın arxasında olan metal alqı-satqı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən Rövşən adlı şəxsə yaxınlaşmışdır. Belə ki, Rövşəni tanımış və ona əvvəl küçələrdən topladığı naqil satmışdır. Rövşənə naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Rövşən naqili torbadan çıxarıb baxmış və tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə almışdır. Rövşən şəxsiyyət vəsiqəsini istəmiş, o isə vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Ancaq vəsiqəsinin seriya nömrəsini telefonunda qeyd etmiş, buna görədə seriya nömrəsini Rövşənə bildirmişdir. Bundan sonra Rövşən kağız vermiş, kağızda Rövşənə elektrik naqili satmağını, naqilin özünə məxsus olmasını və qiymətini qeyd edərək imzalamışdır. Rövşən pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 16 mart 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq Binəqədi şossesinə gəlmişdir. Orada oğurluq etmək üçün münasib yer axtarmışdır. Ünvanını dəqiq bilmədiyi kiçik bir sex diqqətini çəkmişdir. Sexin kiçik dəmir qapısı olmuşdur. Sexin sağ tərəfinə elan vurulmuşdur. Ətrafa baxıb heç kimin olmadığını görüb qapıya yaxınlaşıb qapını əli ilə açmaq istəmişdir. Lakin aça bilməmişdir. Çünki qapı qıfılla bağlanmışdır. Ətrafı axtarıb yerdən daş və yaxud dəmir praçası tapmışdır. Həmin alətlə qıfılı 4-5 dəfə vurub sındırmış və qıfılı çıxarıb kənara atmışdır. Bundan sonra qapını açıb sexə daxil olmuşdur. Sexdə təmir-tikinti alətləri olmuşdur. Sexdə olan iki ədəd fərqli-fərqli drel, üç ədəd fərqli-fərqli laqondanı özü ilə gətirdiyi torbaya qoymuşdur. Bundan sonra sexdə olan iki ədəd frez, bir ədəd mişar və bir ədəd vibratoru götürüb cibində olan digər torbanı çıxarıb oraya qoymuşdur. Sonra sexin qarşısına çıxıb ətrafa boylanıb heç kimin olmadığını görüb hər bir əlində bir torbanı götürüb sexdən çıxıb ətrafa baxaraq oradan uzaqlaşmışdır. Torbaları götürüb çiyninin üzərinə qaldırıb oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Gecəni evdə yatmış və səhəri günü oğurladığı əşyaları Biləcəri qəsəbəsində tanımadığı ayrı-ayrı şəxslərə tək-tək xatırlamadığı məbləğlərə satmışdır. Bir ədəd laqondanı isə sata bilməmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 17 mart 2023-cü il tarixdə saat 01 radələrində qeyd etdiyi avtoservisin yaxınlığından keçərək arxasındakı yeni yaşayış massivinə gəlmişdir. Oradan oğurluq etmək qərarına gəlib münasib ev axtarmışdır. Küçə ilə hərəkət edib qapısının üzərindən dəmir boru keçən bir mərtəbəli yaşayış evi diqqətini çəkmiş və oraya asanlıqla daxil ola biləcəyini görmüşdür. Ətrafa baxıb sakitlik olmasını görüb həyət qapısının sol tərəfinə gəlmişdir. Orada olan dəmir boru vasitəsilə daş hasarın üzərinə çıxıb həyətə düşmüşdür. Həyətdə gəzişib evə daxil olmaq üçün yer axtarmış və yalnız evə pəncərədən daxil ola biləcəyini görmüşdür. Evin pəncərəsini əli ilə güc tətbiq edərək açmışdır. Pəncərədən içəri daxil olmuş və üzərində olan alışqanın arxasındakı işıq ilə evi axtarmışdır. Ev təmirsiz olmuş, evdən bir ədəd drel, bir ədəd laqonda və bir ədəd preforator tapmışdır. Həmin alətləri özü ilə gətirdiyi torbaya qoymuşdur. Bundan sonra evə quraşdırılmış elektrik naqillərini sökərək topalayıb torbaya qoyub pəncərədən həyətə çıxmışdır. Həyətə daxil olduğu daş hasara yaxınlaşıb oradan torbanı küçəyə atmışdır. Özü də daş hasarın üzərinə çıxıb boru vasitəsilə küçəyə çıxmışdır. Torbanı götürüb yaşadığı evə gəlmişdir. Gecəni evdə yatmış və səhəri günü elektrik naqilini satmaq üçün evin həyətində yandırıb yararsız hala salmışdır. Eyni zamanda daşla naqili əzmişdir. Digər əşyaları isə həyətdə gizlətmişdir. Həmin günü naqili götürüb Biləcəri qəsəbəsi, DSK yolu kənarında olan “Murad” adlı mağazanın arxasında olan metal alqı-satqı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən Rövşən adlı şəxsə yaxınlaşmışdır. Rövşənə naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Rövşənə naqili işlədiyi evdən qalan qırıntı naqillər olmasını demişdir. Rövşən də inanmışdır. Rövşən Naqili torbadan çıxarıb baxmış və tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Rövşən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncuya vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Ancaq vəsiqəsinin seriya nömrəsini telefonumda qeyd etmiş, buna görədə seriya nömrəsini Rövşənə bildirmişdir. Bundan sonra Rövşən kağız vermiş, kağızda sonuncuya elektrik naqili satmağını, naqilin özünə məxsus olmasını və qiymətini qeyd edərək imzalamışdır. Rövşən pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Həmin günü oğurladığı bir ədəd drel və bir ədəd preforatoru tanımadığı şəxsə Biləcəri qəsəbəsində 30 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 19 mart 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsinə gəlmişdir. Həmin küçə ilə piyada gəzişən zaman həıyət qapısı olmayan, yəni həyət qapısı dəmir list ilə bağlanmış ev diqqətini çəkmişdir. Belə ki, evin həyətinə asanlıqla daxil ola biləcəyini görmüşdür. Çünki həyət qapısının yerinə çəkilmiş dəmir listin alt hissəsi açıq olmuşdur. Ətrafa baxıb heç kəsin olmadığını görüb oradan içəri daxil olmuşdur. Bundan sonra evin giriş qapısına yaxınlaşmışdır. Qapını bir neçə təpiklə vurub açmış və içəri daxil olmuşdur. Evdə olan bir ədəd taxta kəsən mişarı götürüb özü ilə gətirdiyi torbaya qoymuşdur. Bundan sonra isə evin içərisində olan topa şəklində naqilləri torbaya qoymuşdur. Sonra isə evə çəkilmiş elektrik naqillərini divardan sökərək topalayıb torbaya qoymuşdur. Evdə başqa əşya tapa bilmədiyi üçün qapıdan həyətə çıxmışdır. Sonra isə dəmir listin altından küçəyə çıxaraq yaşadığı evə gəlmişdir. Evdə gecəni yatmış və günorta saatlarında yuxudan oyanıb oğurladığı naqilləri kəsərək yandırıb yararsız hala salmışdır. Taxta kəsən mişarı isə gizlətmişdir ki, müştəri tapdıqda satar. 20 mart 2023-cü il tarixdə naqilləri torbaya qoyaraq satmaq üçün DSK yolu kənarında olan “Murad” adlı mağazanın arxasında olan metal alqısatqı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən Rövşən adlı şəxsə yaxınlaşmışdır. Belə ki, Rövşəni tanımış və sonuncuya əvvəl küçələrdən topladığım naqil satmışdır. Rövşənə naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Rövşən naqili torbadan çıxarıb baxmış və tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə almışdır. Rövşən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncuya vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Ancaq vəsiqəsinin seriya nömrəsini telefonunda qeyd etmiş, buna görədə seriya nömrəsini Rövşənə bildirmişdir. Bundan sonra Rövşən kağız vermiş, kağızda Rövşənə elektrik naqili satmağını, naqilin özünə məxsus olmasını və qiymətini qeyd edərək imzalamışdır. Rövşən pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin bayram günlərində tarixdə pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 21 mart 2023-cü il tarixdə saat 02 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu deyilən yerə gəlmişdir. Yolun kənarında yeni yaşayış massivində bir çox yaşayış olmayan ev görmüşdür. Evlərin birinin qapısı olmamışdır. Belə ki, qapısının yerində dəmir list qoyulmuşdur. Evin üzərindən görünmüşdür ki, ev təmirsizdir və yaşayış yoxdur. Evin yalnız pəncərələri qoyulmuş, qapıları isə olmamışdır. Ətrafda heç kəsin olmadığını dəqiqləşdirib giriş hissəyə yaxınlaşmışdır. Həmin listin daş hasara birləşən hissəsini çiyin nahiyəsi ilə basaraq aralamış və oradan həyətə daxil olmuşdur. Ev iki mərtəbəli olmuşdur. İlkin olaraq birinci mərtəbəyə daxil olmuş və axtarış aparmışdır. Evdə yalnız elektrik naqili oğurlaya biləcəyini görmüşdür. Üzərində olan bıçağı çıxarıb evin birinci mərtəbəsinə olan bütün otaqlara çəkilmiş elektrik naqilini kəsərək özü ilə götürdüyü torbaya qoymuşdur. Bundan sonra isə evin ikinci mərtəbəsinə qalxmışdır. Oradakı otaqların da naqilini kəsərək torbaya qoymuşdur. Bundan sonra isə daxil olduğu yerdən çıxaraq yaşadığı evə gəlib naqili həyətə qoyub yatmışdır. Bir neçə saat sonra yuxudan oyanıb naqilin üzərini yandırmış və misini çıxarıb torbaya qoymuşdur. Həmin günü misi satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında kiçik yerdə metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən İlqar adlı şəxsə yaxınlaşmışdır. İlqar tanımış və ona bir neçə dəfə naqil satmışdır. İlqara naqili göstərib özünə məxsus olmasını bildimişdir. Belə ki, İlqar onu usta kimi, yəni evlərdə tikinti işləri ilə məşğul olan şəxs kimi tanımışdır. İlqara naqili işlədiyi evdən qalan qırıntı naqillər olmasını bildirmişdir. İlqar misi tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. İlqar sənədini istəmiş, sonuncuya sənədinin üzərimdə olmadığını bildirmişdir. Ancaq seriya nömrəsini telefonunda qeyd etməyini deyərək, bildirmişdir. Bundan sonra İlqar kağız vermiş, kağızda misi satmağını, özümə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. İlqar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin bayram günlərində tarixdə pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 23 mart 2023-cü il tarixdə gecə saatlarında yaşadığı evdən çıxaraq yaşadığı qəsəbədə olan M.Aslanov küçəsi 6-cı döngəyə gəlmişdir. Orada nömrəsini bilmədiyi təmirsiz iki mərtəbəli ev görmüşdür. 24 mart 2023-cü il tarixdə saat 01 radələrində ətrafa baxıb heç kimin olmadığını görüb evin daş hsararına yaxınlaşıb oraya çıxaraq həyətə düşmüşdür. Bundan sonra evin giriş qapısına yaxınlaşmışdır. Ev böyük və iki mərtəbəli olmuşdur. Ev tam təmirsiz görünmüşdür. Yerdən bir ədəd dəmir ling tapmışdır. Həmin dəmir lingi qapının klidlənən hissəsinə daxil edib irəli və geriyə doğru edərək qapını açmışdır. Lingi yerə atmış və içəri daxil olmuşdur. Evdə axtarış aparmışdır. Lakin evdə heç bir əşya olmamışdır. Evdə yalnız yerdə topa halında çoxsayda elektrik naqilləri olmuşdur. Cibində olan iki ədəd torbanı çıxarıb naqilləri həmin torbalara qoymuş və hər birini bir əlində götürüb qapıdan həyətə çıxarıb daş hasarın üzərindən bir-bir küçəyə atmışdır. Özü də hasardan küçəyə çıxıb torbaları götürüb çiyninin üzərinə qaldırıb oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Naqilləri həyətdə qoymuş və yatmışdır. Səhər saatlarında yuxudan oyanıb naqilləri torbadan çıxarıb üzərinə kağız parçaları tökərək yandırmışdır. Sonra isə naqilləri kəsərək yararsız hala gətirib torbaya qoyub İlqarın işlədiyi metal alqı-satqısı məntəqəsinə gətirmişdir. Məntəqədə İlqara yaxınlaşmışdır. İlqara naqili verib özünə məxsus olmasını demişdir. İlqar misi tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra İlqar kağız vermiş, kağızda misi satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. İlqar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 2023-cü ilin mart ayının bayram günlərdində pulu olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 26 mart 2023-cü il tarixdə saat 03:30 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Çuxurlu küçəsinə gəlmişdir. Küçə ilə piyada gedərək ev axtarmışdır ki, daxil olub oğurluq etsin. Ünvanını bilmədiyi bir mərtəbəli evin qarşısından keçən zaman evin üzündən təmirsiz olmasını görmüşdür. Evin ətrafını gəzmişdir ki, içəri daxil olmaq üçün yer tapsın. Lakin evə daxil olmaq üçün yer tapa bilməmişdir. Belə ki, evin giriş qapısı dəmirdən olmuş, pəncərələrinin üzəri isə dəmir barmaqlıq olmuşdur. Buna görədə məcbur olaraq evin arxa tərəfində olan pəncərəsinin alt hissəsində olan mişar daşlarını əli ilə itələmişdir. Belə ki, yerdən 2-3 daş boşluq olmuşdur. Ayağını oraya qoyaraq əli ilə pəncərədən tutmuş və digər əli ilə pəncərənin altındakı daşları içəriyə doğru güclə itələmişdir. Bir neçə dəqiqə 3-4 daşı evin içərisinə salmış və boşluq yaratmışdır. Bundan sonra oradan içəri daxil olmuşdur. Evin içərisi təmirsiz olmuşdur. Yerdə bir neçə topa naqil olmasını görmüşdür. Həmin naqilləri evə daxil olduğu yerdən yerə atmış və özündə oradan çıxmışdır. Naqilləri evin tinində sellofana qoyaraq yaşadığı evə gətirmişdir. Gec olduğu üçün yatmışdır. Bir neçə saat sonra yuxudan oyanıb naqilin üzərini yandırmış və hissələrə bölərək əzmişdir. Həmin günü naqili satmaq üçün Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında kiçik yerdə olan metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən İlqar adlı şəxsə yaxınlaşmışdır. İlqara naqili göstərib özünə məxsus olmasını bildirmişdir. İlqar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra İlqar kağız vermiş, kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. İlqar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Bundan başqa 27 mart 2023-cü il tarixdə saat 01 radələrində yaşadığı evdən çıxaraq M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsi 2-ci döngəyə gəlmişdir. Orada olan evlərə baxmış və nömrəsini bilmədiyi iki mərtəbəli evin qarşısından keçən zaman oradan oğurluq etməyə qərar vermişdir. Buna görədə ətrafa baxıb heç kimin olmadığını görüb evin daş hasarının üzərinə çıxaraq həyətə düşmüşdür. Evin ətrafına baxıb içəri girmək üçün yer axtarmışdır. Yalnız pəncərənin münasib olmasını görüb pəncərəni əli ilə 5-6 dəfə vuraraq sındırıb açmışdır. Bundan sonra pəncərədən içəri daxil olmuş və evdə axtarış aparmışdır. Evin içərisində bir ədəd velosiped görmüşdür. Başqa heç bir əşya tapa bilməmişdir. Evin divarlarına bərkidilmiş naqillərdən üzərində olan bıçaqla kəsərək cibində olan torbanı çıxarıb içərisinə yığmışdır. Evdən başqa heç bir əşya tapa bilməmişdir. Sındırdığı pəncərəni açıb velosipedi oradan həyətə çıxarmışdır. Sonra naqil olan torbanı da yerə atmışdır. Özündə pəncərədən çıxmışdır. Bundan sonra velosipedi və torbanı küçəyə çıxarmışdır. Oradan uzaqlaşıb yaşadığı evə gəlmiş və yatmışdır. Bir neçə saat sonra yuxudan oyanıb naqili yandırıb sellofana qoymuşdur. Həmin günü naqili satmaq üçün Bəxtiyarın işlədiyi metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə Bəxtiyara yaxınlaşmışdır. Naqili göstərib özünə məxsus olmasını bildirmişdir. Bəxtiyar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra Bəxtiyar kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd etdirib imzalatdırmışdır. Bəxtiyar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. Həmin günü Biləcəri qəsəbəsində velosipedi tanımadığı şəxsə küçədə özünə məxsus olmasını bildirməklə 120 manata satmışdır. Səhiri günü yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görədə 28 mart 2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədənə gəlmişdir. Belə ki, orada kimsəsiz evlər olmuşdur. 3-cü Mədəndə 101-ci korpusda yerləşən evlərə baxan zaman birmərtəbəli ev mənim diqqətini çəkmişdir. Evin göy rənli qapısı olmuşdur. Oradan oğurluq etmək qərarına gəlmiş və ətrafa baxmışdır. Ətrafda heç kimin olmadığını görüb evin qapısının üzərinə çıxıb həyətə düşmüşdür. Bundan sonra isə evə yaxınlaşmışdır. Evin pəncərəsinə yaxınlaşıb əli ilə pəncərəni bir neçə dəfə itələyərək açmışdır. Pəncərədən içəri daxil olub evi axtarmışdır. Evdə heç bir qiymətli əşya tapa bilməmişdir. Evə çəkilmiş elektrik naqilini sökmək qərarına gəlmişdir. Üzərində olan cib bıçağını çıxarıb naqillərdən kəsərək sellofan torbaya qoyub pəncərədən həyətə çıxmışdır. Naqili qapının üzərindən küçəyə atmışdır. Bundan sonra özündə oradan küçəyə çıxmışdır. Yaşadığı evə gəlib naqilin üzərini yandırmış və hissələrə bölərək əzmişdir. Həmin günü naqili satmaq üçün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında yerləşən metal alqı-satqısı məntəqəsinə gəlmişdir. Məntəqədə işləyən Bəxtiyar adlı şəxsə yaxınlaşmışdır. Bəxtiyarı tanımış və ona bir neçə dəfə naqil satmışdır. Bəxtiyara da özünü usta kimi tanıtmışdır. Naqili Bəxtiyara göstərib özünə məxsus olmasını bildirmişdir. Bəxtiyar naqili tərəzisi ilə çəkərək xatırlamadığı məbləğə qiymətləndirmişdir. Bundan sonra Bəxtiyar kağız vermiş, kağızda naqili satmağını, özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalamışdır. Bəxtiyar sənəd istədikdə üzərində olmadığını bildirib mobil telefonunda olan şəxsiyyət vəsiqəsinin seriya nömrəsini bildirmişdir. Bəxtiyar pulunu vermiş və oradan yaşadığı evə gəlmişdir. Əldə etdiyi pulu isə öz şəxsi məqsədləri üçün xərcləmişdir. 29 mart 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evin yaxınlığında saxlanılmış və Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilmişdir. Orada törətdiyi bütün cinayət hadisələrini etiraf etmişdir. Eyni zamanda cinayət yolui lə ələ keçirdiyim əşyaları satdığı metal qəbulu məntəqələrinin ünvanlarını polis əməkdaşlarına bildirmişdir. Cinayət yolu ilə ələ keçirdiyi və sata bilmədiyi 8 ədəd laqondanı, bir ədəd perforatorun və bir ədəd mişarın yaşadığı evin həyətində gizlətdiyini demişdir. 30 mart 2023-cü il tarixdə polis əməkdaşları kirayə yaşadığı evə gətirmişlər. Gizlədiyi əşyaların yerini göstərmişdir. Evin həyətinə iki nəfər hal şahidi dəvət etmişlər. Bundan sonra cinayət yolu ilə ələ keçirdiyi əşyalar hal şahidinin və vəkilinin iştirakı ilə götürülüb protokol tərtib olunmuşdur. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, Şahid2, Şahid4, Şahid1 mis və aliminium məmulatları satan zaman özünə məxsus olmasını bildirdib satmışdır. Həmin şəxslərə oğurladığını bildirməmişdir. Zərərçəkmiş şəxs16 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 43 ünvanda yerləşən evindən 01 ədəd seyf qapı, bir ədəd unitaz və 25 ədəd əhəng oğurlamamış, həmin evdən yalnız plintusları oğurlamışdır. Zərərçəkmiş şəxs25 Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında yerləşən evindən iki ədəd aliminiumdan qapı, plasmas turbalar, yataq dəstləri, iki ədəd gödəkçə, üç ədəd şalvar, üç ədəd köynək oğurlamamışdır. Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən evindən bir ədəd monoblok unitazı, bir ədəd «Tülpan» formalı əl-üz yuyan krant dəsti, lambir və beş ədəd taxta qapıları oğurlamamışdır. Mahir ilə həmin evdən yalnız elektrik naqili, dəmir profillər və elektrik avadanıqlarını oğurlamışdır. Zərərçəkmiş şəxs21 ünvan 15 ünvandan dam örtüyü oğurlamamışdır. Zərərçəkmiş şəxs8 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 5 ünvanda yerləşən evindən iki ədəd xalça və iki ədəd yataq dəstini oğurlamamışdır. Evdən yalnız elektrik naqilini oğurlamışdır. Cinayət törədən zaman istifadə etdiyi bıçağı sonuncu hadisəni törətdikdən sonra hara qoymağını xatırlamır.Digər əşyaları satdığı şəxsləri isə tanımamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o narkotik vasitələrin istifadəçisi olsa da, tutulan vaxt onun üzərində narkotik vasitə olmamışdır və həmin hissədə özünü təqsirli bilmir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etdiyini, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin bir qisminin şikayətçi olmadığını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs2 ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, hərbi xidmətdə olan zaman 2010-cu ildə məhkum olunmuş və Bakı şəhərində müxtəlif yerlərdə fəhləlik edərək özünü dolandırmışdır. 2022-ci ilin oktyabr ayının sonlarında tarixini dəqiq xatırlamadığı vaxt tanışı Təqsirləndirilən şəxs1 ilə onun Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayə yaşadığı evin yaxınlığında görüşüb işsizlik barədə danışan zaman sonuncu Binəqədi rayonu ərazisində bir çox kimsəsiz evlər olmasını və oradan asanlıqla oğurluq edə biləcəklərini bildirmişdir. İşi və pulu olmadığı üçün Nizaminin təklifini qəbul etmişdir. Həmin günü gecə saat 01 radələrində Nizami ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi 11-ci döngəyə gəlmişlər. Orada içərisində işıqları yanmayan bir mərtəbəli evin qarşısında dayanıb ətrafa baxmışlar. Gecə olduğu üçün sakitlik olmuş və heç kim olmamışdır. Nizami ilə evə yaxınlaşmış və sonuncu evin pəncərəsini əli ilə itələyib açmışdır. İlkin olaraq içəri Nizami daxil olmuş, sonuncu arxasınca isə içəri daxil olmuşdur. Ev təmirsiz olmuş və içərisində tikinti malları olmuşdur. Nizami yerdə təzə vəziyyətdə olan elektrik naqilini götürüb torbaya qoymuşdur. Bundan sonra ikisidə evin mətbəxinə keçmişdir. Mətbəxin tavan hissəsində olan elektrik naqilini köməkləşib sökərək topalaşdırıb tobraya qoymuşlar. Bundan sonra hər ikisi evdən küçəyə çıxmışdır. Nizami torbanı götürmüş və onlar oradan uzaqlaşmışlar. Nizami ilə oğurladığı əşyaları sonuncunun kirayə yaşadığı Biləcəri qəsəbəsində olan evinin həyətinə gətirmişlər. Gecə olduğu üçün evdə yatmış və səhər saatlarında yuxudan oyanmışlar. Onlar razılaşmışlar ki, oğurladıqları əşyaları sataraq əldə etdiyi pulu öz aralarında bölsünlər. Həmin günü evin həyətində Nizami ilə şübhə çəkməmək üçün elektrik naqilini yandırmış və bir neçə hissəyə bölərək yararsız hala gətirmişlər ki, mis kimi satsınlar. Nizami tanıdığı Rövşən adlı şəxs olmasını bildirmiş və onlar Biləcəri qəsəbəsi, DSK yolu kənarında olan “Murad” adlı mağazanın arxasında olan metal alqı-satqı məntəqəsinə gəlmişlər. Nizami ilə məntəqədə həmin şəxsə yaxınlaşmışlar. Onların yanında dayanmış və söhbətlərinə qarışmamışdır. Nizami Rövşənə bildirmişdir ki, o Nizamiyə ev işlərində fəhləliklə etməklə kömək edir. Nizami Rövşənə naqili göstərib özünə məxsus olmasını bildirmişdir.Belə ki, naqili işlədiyi evdən qalan qırıntı naqillər olmasını bildirmişdir.Rövşən Naqili torbadan çıxarıb baxmış və tərəzisi ilə çəkərək qiymətini səhv etmirsə təxminən 130-140 manat civarında qiymətləndirmişdir. Rövşən Nizamidən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu isə vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Ancaq vəsiqəsinin seriya nömrəsini telefonunda qeyd etmiş, buna görədə seriya nömrəsini Rövşənə bildirmişdir. Bundan sonra Rövşən kağız vermiş, Nizami kağızda Rövşənə elektrik naqili satmağını, naqilin özünə məxsus olmasını və qiymətini qeyd edərək imzalamışdır. Rövşən pulu vermiş və Nizami ilə oradan çıxıb getmişlər.Həmin günü Nizami ilə pulu yarı-yarıya aralarında bölmüş və getmişdir.Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. 2022-ci ilin noyabr ayının 29-da Nizami ilə görüşüb söhbət edən zaman sonuncu həmin evdə tikinti materialları oğurlaya və naqil sökə biləcəyini bildirib oradan oğurluq etməyi bir daha təklif etmişdir. Razılaşmış və həmin günü onlar saat 02 radələrində ilk dəfə oğurluq etdiyi evin yan tərəfinə gəlmişlər. Ətrafa baxmışlar ki, evə daxil olan zaman onları görən olmasın. Heç kimi olmamasından əmin olduqdan sonra həyətə keçib dəmirdən olan giriş qapısına yaxınlaşmışlar. Qapının üzərində böyük nəfəsliyi və nəfəslik açıq olmuşdur. Nizami əli ilə qapının üst yuxarı hissəsindən tutub oradan içəri evə daxil olmuşdur. Nizaminin arxasınca da o da oradan içəri daxil olmuşdur. Evdə olan sayını dəqiq xatırlamadığı qədər dəmir profilləri oradan tapdığı ip ilə bağalyıb pəncərəni açıb Nizami küçəyə çıxarmışdır. Küçədə dayanıb gözləmiş, Nizami isə evdə olan elektrik naqili, aportlar və elektrik açarlarını da götürüb özü ilə gətirdiyi torbaya qoyaraq pəncərədən ona vermişdir. Bundan sonra Nizami özü də küçəyə çıxmışdır. Oğurladığı əşyaları köməkləşib Nizaminin kirayə yaşadığı evə gətirmişlər. Evdə həmin əşyaları evin həyətinə qoymuşlar. Evdə yatmış və bir neçə saatdan sonra yuxudan oyanıb oğurladığı əşyaları Rövşənə satmağa qərar vermişlər. Buna görədə oğurladığı əşyaları kəsib əzərək yararsız hala salmışlar ki, detal kimi sata bilsin və şübhə çəkməsin. Nizami ilə əşyaları Rövşənin işlədiyi məntəqəyə gətirmişdir. Onlar Rövşənə yaxınlaşıb dəmir profilləri, elektrik avadanlığını, elektrik naqilini və elektrik açarlarını ona göstərmişlər. Lakin Rövşən dəmir almadığını, gətirdiyimiz malların içərisindən yalnız elektrik açarlarını, elektrik naqilini və digər elektrik avadanlıqlarını ala biləcəyini bildirmişdir. Dəmir profilləri isə almamışdır. Rövşən gətirdikləri elektrik əşyalarını tərəzidə çəkmiş və ümumilikdə 145 manat qiymətləndirmişdir. Bundan sonra Rövşən Nizamidən vəsiqəsini istəmiş, sonuncu vəsiqəsini itirdiyini bildirmiş və yenədə ona seriya nömrəsini demişdir. Rövşən kağız vermiş, Nizami kağızda Rövşənə elektrik naqili satmağını, naqilin özünə məxsus olmasını və qiymətini qeyd edərək imzalamışdır. Rövşən pulu verdikdən sonra onlar dəmir profilləri götürüb oradan çıxıb getmişlər. Yolda dəmir profilləri sata bilməyəcəklərini və əllərində aparmaq istəmədikləri üçün dəmirdən olan zibil qabının yanına qoymuşlar. Həmin günü pulu Nizami ilə yarıyarıya bölmüş və getmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün hissə-hissə xərcləmişdir. 2023-cü ilin yanvar ayının 10-da Nizami ilə yaşadığı evdə yemək yeyən zaman təklif etmişdir ki, pulu azdır və oğurluq etsinlər. Razılaşmış və bundan sonra onlar oğurluq etmək üçün ünvan 13 ünvanda yerləşən evin qarşısına gəlmişlər. Saat 00:30 dəqiqədə ətrafa baxıb heç kəsin olmadığından əmin olduqdan sonra daş hasardan evin həyətinə düşmüşlər. Həyətdə kiçik əl damı olmuşdur. Əl damına yaxınlaşaraq damın qapısını itələyib açmışlar. Nizami üzərində olan alışqanın arxasındakı işığı yandırmışdır. Damda tikinti alətləri olmasını görmüşdür. Nizami damda olan bir ədəd laqonda, iki ədəd perfarator və iki ədəd dreli götürüb özü ilə götürdüyü torbaya qoymuşdur. 3 ədəd perfarator, bir ədəd lobzik, iki ədəd perfarator və iki ədəd laqondanı götürüb özündə olan torbaya qoymuşdur. Bundan sonra Nizami içərisində müxtəlif ehtiyat hissələri olan göy rəngli çamadanı da götürüb oradan çıxmışlar. Oğurladığı əşyaları köməkləşib Nizaminin kirayə yaşadığı evə gətirmişlər. Belə ki, Nizami bir ədəd torba və çamadan, o isə digər torbanı götürmüşdür. Həmin əşyaları evin həyətinə boşaltmışlar. Nizami mümkün qədər yenədə oğurluq etməyi və oğurladığı əşyaları sataraq yaxşı pul əldə etməyi bildirmişdir. Razılaşdıqdan sonra Nizami ilə yaşadığı evin yaxınlığına yolun kənarına gəlmişlər. Orada olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı tanımadığı şəxsin taksi avtomobilinə əyləşib Binəqədi rayonu, DSK yolunun kənarına gəlmişlər. Orada avtomobildən düşmüşlər və Nizami taksi avtomobilinə pulunu vermişdir. Yolun kənarı ilə bir neçə metr getmiş və bir mərtəbəli həyət evi görmüşlər. Saat 03:50 dəqiqədə həyət evinin qarşısına gəlmişdilər. Evin həyət qapısı olmamış, belə ki, nazik list dəmirlər qoyulmuşdur. Ətrafa baxıb heç kəsin olmadığından əmin olub Nizami ilə oradan içəri həyətə daxil olmuşlar. Evin pəncərələrinin üzərində dəmir barmaqlıq olmuş, qapısı isə olmamışdır. Onlar qapıdan içəri daxil olmuşdular. Nizami alışqanın arxasında olan işıqla evi axtarmışdır. Ev təmirli olmamışdır. Ancaq evdə yataq dəstləri, pal-paltar, kondisoner, televizor, soyuducu kamera, iki ədəd aliminiumdan qapı, plasmas turbalar və bir ədəd preforator olmuşdur. Nizami bildirmişdir ki, evin elektrik naqilini sökəcək, o da kondisonerlərin içərisinin detallarını sökəcək. Bundan sonra Nizami evin divarına çəkilmiş naqilin bir neçə metrini sökərək əzib torbaya qoymuş, o da iki ədəd kondisonerin içərisini sökərək detallarını torbaya yığmışdır. Nizami evdən bir ədəd preforatoru da götürüb torbaya qoymuşdur. Soyuducu kameranın içərisini də sökərək aliminium detallarını torbaya qoymuşdur. Digər əşyaları isə götürməmişlər. Çünki onlara qiymətli və sata biləcəyi əşyalar lazım olmuşdur. Həmin əşyaları evdən çıxarıb Nizaminin yaşadığı evin həyətinə gətirib qoymuşlar. Səhər saatlarında hava açılmamış evdə yatmışlar və bir neçə saatdan sonra yuxudan oyanıb naqili və kondisonerin içərisindən çıxardıqları detalları daşla əzib bir neçə hissələrə bölmüşlər. Bir ədəd laqonda, iki ədəd perfarator, iki ədəd dreli, 3 ədəd perfarator, bir ədəd lobzik, iki ədəd perfarator, iki ədəd laqonda və bir ədəd perforatoru Nizami torbaya qoyaraq saxlamışdır ki, müştəri tapdıqdan sonra satılsın, çünki həmin alətləri metal qəbulu yeri qəbul etməyəcəkdi. İçərisində müxtəlif ehtiyat hissələri olan göy rəngli çamadanı və içərisində olan metalları balta bir neçə hissəyə bölüb yararsız hala salmışlar. Çamadan və içərisində olan alətlər aliminiumdan olmuşdur. Həmin günü günorta saatlarında yəni, 10 yanvar 2023-cü il tartixdə Nizami ilə oğurladığı əşyaları iki ədəd torbaya qoyaraq Rövşənin işlədiyi metal qəbulu yerinə gəlmişlər. Orada Rövşənə yaxınlaşıb malları torbadan yerə tökmüş və Nizami özünə məxsus olmasını bildirmişdir. Nizami Rövşənə naqilin təmir etdiyi evdən qalan qırıntılar olmasını, digər əşyaların isə köhnə yararsız halda olan kondisonerin içi olmasını demişdir. Rövşən gətiriyi əşyalara baxaraq tərəzi ilə çəkmiş və 125 manat qiymətləndirmişdir. Rövşən yenədə kağız parçasında Nizamiyə qəbz yazdırmışdır. Nizami pulu almış və oradan getmişlər. Həmin günü pulu yarı-yarıya aralarında bölmüşlər və getmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün hissə-hissə xərcləmişdir. Evdə olan saxladığı tikinti alətlərini müştəri tapdıqda sataraq pulu Nizami ilə arasında bölməyə qərar vermişlər. Bundan iki gün sonra, yəni 12 yanvar 2023-cü il tarixdə Nizami ilə yaşadığı evin yaxınlığında siqaret çəkən zaman sonuncu təklif etmişdir ki, DSK yolu, 1-ci Mədəndə təmirsiz evlər vardır və onların birindən oğurluq etsinlər. Həmin günü saat 03 radələrində Binəqədi rayonu, DSK yolu, 1-ci Mədən, 7-ci korpusda olan “FAB boya”nın yaxınlığına gəlmişlər. Orada ev axtaran zaman iki mərtəbəli ev onların diqqətini çəkmişdir. Evin giriş qapısı hündür olmamışdır. Belə ki, qapının hündürlüyü qısa və üzəri dəmir barmaqlıqlarla bəzədilmişdir. Evin həyətyanı sahəsi daş hasar olmuşdur. Ətrafa baxıb heç kəsin olmadığını görüb daş hasardan ilkin olaraq Nizami, sonra isə o, həyətə düşmüşdür. Evin qapısı dəmirdən olmuş və pəncələrinin üzərinə dəmir barmaqlıq çəkilmişdir. Buna görədə evə daxil ola bilməmişlər. Həyətdə gəzişən zaman isə evə gedən və divara bərkidilmiş istilik sistemini tapmışlar. İstilik sisteminin içərisinin detallarını sökərək torbaya qoyub evə daxil olduqları hasardan çıxıb Nizaminin yaşadığı evə gəlmişlər. Evdə yatmışlar, hava açıldıqda Nizami ilə detalları daşla əzərək yararsız hala salmışlar ki, detal kimi satsınlar. Detalları torbaya qoyaraq Rövşənin işlədiyi məntəqəyə gətirmişlər. Nizami yenə də Rövşənə yaxınlaşıb torbadan detalları yerə tökmüş və işdən verilmiş köhnə kombinin içərisindən sökdüyü aliminium detallar olmasını bildirmişdir. O, kənarda dayanmış, Rövşən detalları tərəziyə qoyub çəkmiş və Nizamiyə 136 manat pul verəcəyini bildirmişdir. Rövşən yenədə kağız parçasında Nizamiyə qəbz yazdırmış, sonuncu pulu aldıqdan sonra oradan çıxmışdır. Yolda pulu yarı-yarıya aralarında bölmüşlər və o, getmişdir. Əldə etdiyi pulu öz şəxsi məqsədləri üçün hissə-hissə xərcləmişdir. Sonradan Nizami bir ədəd laqonda, iki ədəd perfarator, iki ədəd dreli, 3 ədəd perfarator, bir ədəd lobzik, iki ədəd perfarator və iki ədəd laqondanı hissə-hissə olmaqla satmış, ona da xatırlamadığı məbləğdə pul vermiş, bir ədəd bir ədəd perforatoru isə sata bilmədiyini və evin həyətində saxladığını bildirmişdir. Bundan başqa istər tək, istərsədə Nizami ilə heç bir cinayət hadisəsi törətməmişdir. Həmin hadisələrinin hamısını tanışım Təqsirləndirilən şəxs1 ilə birlikdə törətmiş, onlara başqa kömək edən şəxs olmamışdır. Rövşəni tanımamış, sonuncunu Nizami tanımış, o, yalnız onların yanında dayanmış və danışıqlarını seyr etmişdir. Rövşən ilə danışmamış, Rövşən ilə Nizami danışıb satdığı əşyaların özünə məxsus olmasını bildirib oğurladıqlarını gizlətmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin bir qisminin şikayətçi olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs16 bildirmişdir ki, ünvan 16 ünvanda yaşayır və evlidir.Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, 43-cü korpusda bir mərtəbəli yaşayış evi vardır. Həmin evim tam təmirli deyil, belə ki, evi yaşayışa hazır vəziyyətə gətirir. Evdə yaşayış olmasada mütəmadi olaraq oraya gəlib nəzarət etmişdir. Çünki evdə ona məxsus əşyaları vardır. Evin giriş qapısı dəmirdəndir və ətrafına daş hasar çəkilmişdir. Evin ətrafı yaşayış sahəsidir. 13 mart 2023-cü il tarixdə səhər saatlarında evinə getmişdir ki, nəzarət etsin. Evin qapısını açıb içəri həyətə daxil olmuşdur. Həyətə daxil olduqdan sonra evin içərisinə daxil olduqda içərinin dağınıq halda olmasını görmüşdür. Məlum olmuşdur ki, evdən oğurluq olmuşdur. Evdə hansı əşyalarının oğurlanmasını yoxladıqda evdən ona məxsus 800 manat dəyərində bir ədəd kiçik seyf qapı, bir ədəd 300 manat dəyərində unitaz, 600 manat dəyərində plintus və 200 manat dəyərində əhəngin oğurlanmasını aşkar etmişdir. Məlum olmuşdur ki, evə kimsə daxil olub həmin əşyalarını oğurlamışdır. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə qısa məlumat vermişdir. Zərərçəkmiş şəxs16 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ümumilikdə 1700 manat maddi ziyan dəymişdir. Evdən 800 manat dəyərində bir ədəd kiçik seyf qapı, bir ədəd 300 manat dəyərində unitaz, 600 manat dəyərində plintus və 200 manat dəyərində əhəng oğurlanmışdır. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş Zərərçəkmiş şəxs16 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Zəngilan rayonu, Zəngilan ərazi dairəsi, Qıraq Müşlan kəndində qeydiyyatdadır, Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 74, ev 2-də yaşayır, evlidir və iki yetkinlik yaşına çatmış uşağı vardır. Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay 74, ev 2-də yaşasada, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında bir mərtəbəli həyət evi vardır. Həmin evində yaşayış yoxdur, belə ki, ev tam təmirli deyil. Evdə yaşayış olmasada orada özünə məxsus əşyalar vardır. Belə ki, evi təmir etdirmiş və buna görədə lazimi əşyaları alaraq oraya qoymuşdur. Evin həyət qapısı yoxdur, lakin qapı üçün nəzərdə tutulmuş açıq sahəni dəmir listlər ilə bağlamışdır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi işlərlə məşğul olmuş, buna görədə boş vaxtlarında həmin evinə gedərək nəzarət etmişdir. Evi dörd otaqdan ibarətdir. Evdə təmir işlərinin müəyyən qədərini gördürsədə, son vaxtlar maddi vəziyyəti ilə əlaqədar təmir işlərini dayandırmış və buna görədə evin təmirini tam başa çatdıra bilməmişdir. Zərərçəkmiş şəxs25 xalası oğludur. Xalası oğlu Vüsal da DSK yolunun kənarında, yəni evindən bir qədər aralıda özünə özünə ev inşa etdirmiş, özüdə ailəsi ilə yaxınlıqda başqa bir evdə kirayə yaşamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Vüsal zəng edərək özünə məxsus bəzi əşyalarını saxlamağa yeri olmadığını bildirib müvəqqəti olaraq evinə qoymağa icazə verməyini xahiş etmişdir. Vüsala icazə vermiş və sonuncu iki ədəd kondisoner, yataq dəstləri və uşaqlarının palarlarını həmin evinə qoymuşdr. Vüsal da evinə gedərək nəzarət etmişdir. 10 yanvar 2023-cü il tarixdə axşam saatlarında xalası oğlu Vüsal zəng edərək bildirmişdir ki, evə nəzarət etmək üçün gəlmiş və evdən oğurluq olmasını aşkar etmişdir. Bundan sonra dərhal oraya getmiş və Vüsalla görüşmüşdür. Vüsal bildirmişdir ki, iki ədəd kondisoneri oğurlanmışdır. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Vüsal ərizə ilə müraciət etmişdir. Bundan sonra polis əməkdaşları getmişdir. Gecə olduğu üçün Vüsal ilə razılaşmışlar ki, nöbəti gün evə gəlib konkret olaraq hansı əşyaların oğurlanmasını aşkar etsinlər. Səhəri günü Vüsalla görüşüb evə getmiş və müəyyən etmişdir ki, evdən Vüsala məxsus yataq dəstləri, övladlarının iki ədəd gödəkçəsi, üç ədəd şalvarı, üç ədəd köynəyi, iki ədəd kondisoner və bir ədəd soyuducunun kameranın içərisinin detalları, ona məxsus isə 2000 manat dəyərində elektrik naqili, ümumilikdə dəyəri 2000 manat olan iki ədəd aliminiumdan qapı, plasmas turbalar və bir ədəd 100 manat dəyərində preforator oğurlanmışdır. Zərərçəkmiş şəxs5 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ümumilikdə 4100 manat maddi ziyan dəymişdir. Belə ki, evdən 2000 manat dəyərində elektrik naqili, ümumilikdə dəyəri 2000 manat olan iki ədəd aliminiumdan qapı, plasmas turbalar və bir ədəd 100 manat dəyərində “Start” markalı preforator oğurlanmışdır. Məhkəmə baxışı zamanı zərərxəkmiş şəxs Zərərçəkmiş şəxs5 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ünvan 18 ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Yaşadığı ev birmərtəbəlidir və həyət qapısının hündürlüyü kiçikdir. Yaşadığı evin ətrafı yaşayış sahəsidir və evin həyəti dörd bir tərəfdən daş hasarla örtülüdür. Evin zirzəmisidə vardır və orada özünə məxsus əşyaları saxlamışdır. 07 yanvar 2023-cü il tarixdə səhər saatlarında ailə üzvüləri ilə yaşadığı evdən çıxıb getmişlər. Evdən çıxan zaman qapı və pəncərələri bağlamışlar. Lakin həyətin qapısını bağlamamışlar. Evdə heç kəs olmamışdır. Həmin günü saat 19 radələrində evə qayıtmışdır. Evin qapısından içəri həyətə daxil olmuşdur. Zirzəmiyə düşdükdə orada olan əşyarının dağöıdılmasını görmüşdür. Məlum olmuşdur ki, evdə olmadığı müddətdə kənar şəxs və ya şəxslər zirzəmiyə daxil olmuşdur. Zirzəmidə olan əşyalarını yoxladıqda ona məxsus iki ədəd laqonda, iki ədəd drel, bir ədəd deşçici alət, yəni preforator və bir ədəd baltanın oğurlanmasını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə qısa məlumat vermişdir. Zərərçəkmiş şəxs3 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 500 manat maddi ziyan dəymişdir. Belə ki, evdən ümumi dəyəri 500 manat olan iki ədəd laqonda, iki ədəd drel, bir ədəd perfarator və bir ədəd balta oğurlanmışdır. Yaşadığım evin zirzəmisindən oğurlanmış bir ədəd laqonda, iki ədəd drel və bir ədəd perfaratorun markasını bilməmişdir. İki ədəd laqonda isə “P.İ.T” markalı olmuşdur. İki ədəd laqondanın dəyəri 150-200 manat civarında olmuşdur. Məhkəmə baxışı zamanı zərərxəkmiş şəxs Zərərçəkmiş şəxs3 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs22 bildirmişdir ki, ünvan 19 ünvanda yaşamış və evlidir.ünvan 19 ünvanda yaşasada, ünvan 20ardır. Evinin yaxınlığında “FAB Boya” yerləşir. Həmin evi yeni inşa etdirmiş, orada yaşayış olmamış və ev təmirsizdir. Evdə yaşayış olmasada orada özünə məxsus müəyyən əşyalarım vardır. Evin giriş qapısı dəmirdən və pəncərələrinin üzərində dəmir barmaqlıqlar vardır. Evin ətrafı yaşayış sahəsidir. Evdə yaşayış olmasada mütəmadi olaraq evə gedərək nəzarət edib gəlmişdir. Sonuncu dəfə həmin evində 25 mart 2023-cü il tarixdə olmuşdur. Belə ki, həmin tarixdə evə gedərək nəzarət edib saat 19 radələrində gəlmişdir. 26 mart 2023-cü il tarixdə səhər saatlarında evə getmiş və çatdıqda görmüşdür ki, evin yan tərəfində olan pəncərəsinin altından 3-4 ədəd mişar daşları yerindən çıxarılmış və yerə qoyulmuşdur. Məlum olmuşdur ki, gecə kimlərsə içəri daxil olmaq üçün pəncərənin altının daşlarını çıxarmışdır. Bundan sonra qapını açıb evin içərisinə daxil olmuş və məlum olmuşdur ki, evdən oğurluq olmuşdur. Evdən oğurlanmış əşyalarını yoxladıqda müəyyən etmişdir ki, evə çəkdirmək üçün aldığı elektrik naqilləri yoxdur. Küçəyə çıxıb ətrafa baxmış, lakin heç bir şübhəli hal aşkar etməmişdir. Bir qədər gözlədikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vemişdir. Zərərçəkmiş şəxs22 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Belə ki, evdən 2000 manat dəyərində elektrik naqili oğurlanmışdır. Elektrik naqili topa halında olmuşdur. Elektrik naqilini inşaat materialları mağazasından 2.000 manata almış və naqil evin işıqlandırma sistemini çəkmək üçün olmuşdur. Naqilin markasını və neçə metr olmasını bilməmişdir. Naqil mis məmulatdan olmuşdur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs22 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs8 bildirmişdir ki, ünvan 21 ünvanda ailə üzvüləri ilə birlikdə yaşamış, evlidir və iki yetkinlik yaşına çatmış uşağı vardır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 5 ünvanda da evi vardır. Həmin ev bir mərtəbəlidir və üç otaqdan ibarətdir. Həmin evində yay aylarında yayayış olmuş, qış aylarında isə orada yaşayış olmamışdır. 2023-cü ilin mart ayında orada yaşayış olmamışdır. Evdə yaşayış olmasada özünə məxsus orada əşyalar vardır. Mütəmadi olaraq evə getmiş və nəzarət etmişdir. Belə ki, işdə olduğu üçün həftənin 6-cı və bazar günləri oraya getmişdir. Evin qapı və pəncərələri daima bağlı olmuşdur. Sonuncu dəfə həmin evində 25 fevral 2023-cü il tarixdə olmuş və nəzarət edib getmişdir. 05 mart 2023-cü il tarixdə həmin evinə gəlmişdir. Evin həyət qapısını açmaq istədikdə içəridən bağlı olmasını görmüşdür. Həyət qapısını itələyib ümumi orta hissəsindən açmış və həyətə daxil olmuşdur. Həyətdən görmüşdür ki, mətbəxin pəncərəsi aralıdır. Pəncərədən görmüşdür ki, evin içərisi dağıdılmışdır. Məlum olmuşdur ki, evə kənar şəxslər daxil olmuşlar. Bundan sonra evə daxil olub əşyalarını yoxladıqda aşkar etmişdir ki, evdən ona məxsus iki ədəd xalça, iki ədəd yataq dəsti və elektrik naqilinin oğurlanmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə qısa məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Zərərçəkmiş şəxs8 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Belə ki, evdən ümumi dəyəri 500 manat olan iki ədəd xalça və iki ədəd yataq dəsti, 300 manat dəyərində isə elektrik naqili oğurlanmışdır. Xalçanın və yataq dəstinin markasını, o, cümlədən ayrı-ayrılıqda dəyərini bilməmişdir. Naqildən markasını bilməmiş, naqili evə işıq xətti çəkilməsi üçün 300 manata almışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs8 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs23 bildirmişdir ki, ünvan 22 ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır, evlidir və iki yetkinlik yaşına çatmış uşağı vardır. ünvan 10 ünvanda evi vardır, həmin ev iki mərtəbəlidir, ev tam təmirli deyil, belə ki, ev təmirsizdir. Həmin mənzili təmir etmiş və yaşayış uyğun vəziyyətə gətirmişdir. Buna görədə lazimi tikinti materiallarını alaraq oraya qoymuşdur. Ev təmirsiz olduğundan yaşayış olmamışdır. Evdə yaşayış olmasada o və ailə üzvüləri mütəmadi olaraq gedərək nəzarət etmişdir. Evin qapı və pəncərələri daima bağlı olmuşdur. Sonuncu dəfə həmin evində 2023-cü ilin mart ayının 24-də olmuş və evə nəzarət edib getmişdir. 27 mart 2023-cü il tarixdə günorta saatlarında oğlu Qoşqarbəy Əsgərov ilə evə nəzarət etmək üçün getmişdir. Evin həyətinə daxil olduqda pəncərənin sınıdırılmasını görmüşdür. Dərhal qapını açaraq içəri daxil olmuş və müəyyən etmişdir ki, evə kənar şəxs və ya şəxslər daxil olmuşlar. Evdən hansı əşyalarının oğurlanmasını dəqiqləşdirmiş və müəyyən etmişdir ki, içəridən bir ədəd Almaniya istehsalı olan 400 manat dəyərində velosiped və bir metri 65 qəpik olan 4 mm-lik mis naqil oğurlanmışdır. Oğlu Qoşqarbəy DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs23 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Belə ki, evdən 400 manat dəyərində bir ədəd ədəd velosiped və bir metrini 65 qəpiyə aldığı 1600 manat dəyərində 4 mm-lik mis naqil oğurlanmışdır. Velosiped təzə və Almaniya istehsalı olan idman velosipedi olmuşdur. Markasını isə bilməmişdir. Pəncərə plastikdən və şüşəsi sındırılmışdır. Şüşəyə görə 180 manat ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs23 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs10 bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, ünvan 23 ünvanında özünə fərdi yaşayış evi tikdirir. Ev bir mərtəbədən ibarətdir. 07 mart 2023-cü il tarixdə saat 10 radələrində evdə mühəndis olan Vüqar ona zəng edərək evə çəkilmiş içərisi mis olan naqillərin naməlum şəxslər tərəfindən oğurlandığını bildirdi. Bundan sonra özünə tikdirdiyi evə getmişdi.Evə baxdıqda evin bütün otaqlarına çəkilmiş 2,5-lik və 3,4-lük mis naqilləri dartıb divardan qoparmaqla oğurlamışlar. Bundan sonra oğurluq barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, verdiyi məlumat əsasındada Binəqədi rayon polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək onun iştirakı ilə sənədləşmə apardılar. Zərərçəkmiş şəxs10 daha sonra ifadəsində bildirmişdir ki, evdən bir metri 1,5 manat olan 70 metr 2,5-lik və 1 metri 2 manat olan 350 metr 3,4-lük mis naqillər oğurlanmışdır. Ümumilikdə isə ona 805 manat maddi ziyan dəymiş və o 06 mart 2023-cü il tarixdə saat 18 radələrinə kimi oğurluq hadisəsi baş vermiş evdə olmuş, ondan sonra isə təxminən bir saat sonra isə evdə işləyən ustalar çıxmışlar. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs10 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs12 bildirmişdir ki, 2022-ci ilin avqust ayında o öz ailəsinə yaşamaq üçün ev tikməyə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən 2,6 sot torpaq sahəsi almış və elə həmin vaxtdan da etibarən göstərdiyi torpaq sahəsində tikinti işlərinə başlanılmışdır. 2023-cü ilin mart ayının əvvəllərinə artıq həmin torpaq sahəsində birmərtəbəli 4 otaqdan ibarət kürsülü ev inşa edilmiş, lakin onun içində bəzi təmir işləri hələ qurtarmadığından orada yaşayış yox idi. Qeyd etdiyi ev hasarlanmış və oraya darvaza qoyulmuşdu. Həmçinin evin giriş qapısı və pəncərələri də yerinə qoyulmuşdu. Həmin evdə yaşayış olmasa da o ailəsi ilə birlikdə yaxın vaxtlarda orada təmir işlərini yekunlaşdırıb yaşamağa köçmək fikrində idilər. Ona görə də, artıq bəzi əşyaları hazırda yaşadıqları evdən yeni yarımtikiliyə gətirib qoymuş və o tez-tez orya baş çəkirmiş. 2023-cü ilin 8 mart tarixində də o həmin təzə evə gedib özü ilə apardığı bəzi əşyaları orada yerləşdirdikdən sonra təxminən 23:30 radələrində yarımtikili evi tərk edərək yaşadığı ünvana getmişdir.Təbii ki, o gedərkən təzə evin qapı, pəncərələrini bağlamışdır.Onu da qeyd ediyi kimi, həmin yarımtikilinin arxa tərəfində isə heç kəsin yaşamadığı köhnə tikililər də vardır. Səhərsi günü, yəni 09 mart 2023-cü il tarixində təxminən saat 17 radələrində təzə evin qonşuluğunda onu kimi özünə ev tikən həmyerlisi Taleh onun mobil telefonuna zəng edərək bildirmişdir ki, onun yarımtikilisinə girən şəxslər oradan oğurluq etmişlər və o, şübhələnir ki, həmin şəxslər yəqin onun evinə də giriblər. Belə ki, o, təzə evinin pəncərələrinin açıq olduğunu görmüşdür. Dərhal həmin yerə getmiş və təzə tikdirdiyi evə gəldikdə görmüşdür ki, həyətin və evin giriş qapıları bağlı olsa da evin iki pəncərəsi açıqdır. Həmçinin evin içində əşyalar dağınıq vəziyyətdədir və divarlara vurulmuş elektrik naqilləri sökülərək oğurlanmışdır. Görünürdü ki, evə girən şəxs və şəxslər hər yeri axtarıb ələk-vələk etmiş və sonra da oğurladıqları əşyaları götürüb pəncərədən çıxıb getmişlər. O oğurluq hadisəsini müəyyən edən kimi dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişdirlər. O isə sonra həmin polis şöbəsində olaraq baş vermiş hadisə barəsində əvvəlcə ərizə yazmış, sonra isə bununla bağlı izahat vermişdir. Onun və qonşuları Talehin yarımtikili evə oğrular məhz yuxarıda qeyd etdiyi kimsənin yaşamadığı tərəfdən daxil olmuşlar və məhz həmin yerdən də oğurladıqları əşyaları götürüb getmişlər. Aygül Əliyeva ifadəsində daha sonra bildirmişdir ki, 09 mart 2023-cü il tarixində ona məxsus yaşayış olmayan təzə evə girən şəxslər oradan hər birinin dəyəri 5 manat olan 60 ədəd elektrik yuvalarını (razetkaları), dəyəri 112 manat olan qalınlığı 6 mm-lik 45 metr uzunluğunda, dəyəri 392 manat olan qalınlığı 4 mm-lik 7 top və dəyəri 96 manat olan qalınlığı 2,5 mm-lik 3 top elektrik naqilləri oğurlanmışdır. Beləliklə, həmin oğurluq nəticəsində ona, ümumilikdə 900 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs12 bildirmişdir ki, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs7 bildirmişdir ki, 7-8 ay öncə Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində yerləşən 2,5 sot torpaq sahəsi özünə ev tikdirmək üçün almış və elə həmin vaxtdan da etibarən orada özünə səkkiz otaqdan ibarət ikimərtəbəli kürsülü ev tikdirmişdir. Bundan sonra həmin evin içində təmir işləri aparmış, tezliklə ailəsi ilə oraya köçüb yaşasın. 2023-cü ilin fevral ayında həmin təzə tikdirdiyi evdə ustalar tikinti-təmir işləri aparırdılar, o isə hərdənbir oraya baş çəkib işlərin gedişi ilə maraqlanırmış. Onda olan məlumata görə həmin evdə işləyən ustalar sonuncu dəfə 23 fevral 2023-cü il tarixində saat 17 radələrində olmuş və evin giriş qapısını bağlayıb getmişdir. 25 fevral 2023-cü il tarixində saat 20:30 radələrində o qeyd etdiyi təzə tikiliyə nəzarət etmək üçün getdikdə görmüşdür ki, evin taxtadan olan giriş qapısı sındırılmışdır. Həmçinin həmin qapının üstündə asılmış işıqdandırıcı fanar da yanmır. O evin içinə daxil olmadan tez burada usta kimi işləyən Teymura zəng edib bunları ona demiş və sonra evə daxil omadan çıxıb getmişdir. Belə ki, o həmin vaxt qapının evdə işləyən ustalar tərəfindən bu tərzdə açıldığını düşünmüş və ona görə də onlara mühəndis kimi rəhbərlik edən Teymura zəng edərək bu barədə məlumat vermişdir. 26 fevral 2023-cü il tarixində o işdə olarkən usta Teymur ona zəng edərək bildirdi ki, onun təzə yarım tikili evində artıq divarlara çəkilmiş elektrik naqillərini sökülərək oğurlanmışdır. Ona görə də o dərhal bütün işlərini atıb həmin evə gəlmiş və içəri daxil olduqda müəyyən etmişdir ki, bütün ev boyu artıq çəkilmiş elektrik xətti sökülərək oğurlanmışdır. Belə ki, müxtəlif qalınlıqda olan elektrik naqilləriin böyük bir hissəsi divara vurulmuş suvaqdan dartılıb çıxarılmaqla, digər bir qismi isə razetkalarla birlikdə oğurlanmışdır. Bundan sonra o baş vermiş oğurluq barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Binəqədi RPl-nin 4-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişdirlər. O isə baş vermiş hadisə barəsində sonra həmin polis şöbəsinə gedərək əvvəlcə ərizə vermiş, sonra isə baş vermiş hadisə barəsində ətraflı izahat yazmışdır. Zərərçəkmiş şəxs7 ifadəsində daha sonra bidlirmişdir ki, hər birinin qiyməti 45 manat olan ümumi dəyəri 765 manat olan 17 top qalınlığı 2,5 mm, hər birinin qiyməti 65 olan ümumi dəyəri 1170 manat olan 18 top qalınlığı 4 mm-lik qalınlığında elektrik naqilləri sökülərək oğurlanmışdır. Bundan başqa, hər birinin qiyməti 5 olan ümumi dəyəri 250 manat olan təxminən 50 ədəd elektrik yuvası, yən razetka da oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona, ümumilikdə 2185 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs7 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs11 bildirmişdir ki, 2023-cü ilin fevral ayının sonlarında o Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsində yerləşən iki mərtəbəli mansardlı fərdi yaşayış evini təmir işləri aparmaq üçün götürmüş və həmin ev o vaxtlar hasarla əhatə olunmamış, həmçinin giriş qapısı yox idi. O Kamranla hər gün saat 10 radələrində işləmək üçün bu evə gəlir və iş günü başa çatanda saat 20-21 radələrində gündəlik işlərini dayandırıb yaşadıqları evlərə gedirlər. Onu qeyd etmək istəyir ki, işlərini qurtarıb oradan çıxmazdan əvvəl özlərinə məxsus tikinti-təmir alətlərini hər dəfə özləri ilə daşımamaq üçün əl çantasına yığıb həmin işlədikləri evdə gizlədirdilər. 08 mart 2023-cü il tarixində də həmişəki kimi saat 10 radələrində onlar iş yerlərinə gedib saat 21-dək işləmiş və sonra işlərini yekunlaşdırıb tikinti-təmir alətlərini ona məxsus qara rəngli əl idman çantasına yığaraq evin zal otağında zibillərin yığıldığı kisələrin arasında gizlədərək çıxıb evə getdilər. Səhərsi günü, yəni 09 mart 2023-cü il tarixində o, səhər 10 radələrində qeyd etdiyi iş yerinə gəldikdə görmüşdür ki, evin giriş qapısının çərçivəsinə qapı olmadığından dirədiyi dikin yerində olmayıb qırağa çəkildiyini görmüş və sonra həmin yarımtikiliyə girdikdə evdə olan əşyaların dağınıq vəziyyətdə olduğunu gördü. Belə ki, evdəki əşyalar otaqlara səpələnmiş, divarlara vurulmuş elektrik naqilləri isə suvaqla birlikdə dartılıb yerindən çıxarılaraq oğurlanmışdı. O, dərhal tikinti-təmir alətləri ilə birlikdə gizlətdiyi əl çantasını axtarmağa başlamış, lakin onu yerində görməmişdir. Sonra o, Kamranla birlikdə həmin çantanı digər otaqlarda axtarsalar da tapa bilməmiş və onda düşünmüşdür ki, həmin çanta onun üçün çox dəyərli tikinti-təmir alətləri ilə birlikdə oğurlanmışdır. Bununla yanaşı onlar müəyyən etmişdirlər ki, otaqların birində döşəməyə qoyulmuş bir neçə təzə top elektrik naqillərinə dəyilməmişdir. Onlar işlədikləri bu yarımtikiliyə oğruların girdiyini müəyyən etdikdən sonra əvvəlcə həmin evin sahibinə xəbər vermişdir, sonra isə bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Binəqədi RPl-nin 4- cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etdilər. O isə sonra həmin polis şöbəsində olaraq baş vermiş hadisə barəsində əvvəlcə ərizə yazmiş, sonra isə bununla bağlı izahat vermişdir. Zərərçəkmiş şəxs11 ifadəsində daha sonra bildirmişdir ki, işlədiyi evin zalında qoyduqları ona məxsus əl idman çantası ilə birlikdə 130 manata aldığı bir ədəd «Zimmer» markalı perfarator, 65 manata aldığı bir ədəd «İnterskol» markalı laqonda, 60 manata aldığı bir ədəd elektrik avadanlığı dəsti, hər birinin qiyməti 45 manat olan iki ədəd «İnterskol» markalı drel hər birinin qiyməti 12 manat olan iki ədəd dekor üçün şpatellər və həmin evin divarlarından hər topunu 65 manata aldığı iki top 4 x 4 mm-lik cəmisi 200 metr elektrik naqillərini sökərək oğurlanmışdır. Həmin oğurluq nəticəsində ona ümumilikdə 439 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs11 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs13 bildirmişdir ki, əsas iş yeri Şuşa şəhər 3 saylı orta məktəbdə olsa da (orada fiziki tərbiyyə üzrə pedaqoqam) bundan əlavə boş vaxtlarımda taksi fəaliyyəti ilə məşğul olur, hərdən bir isə sifariş olduqda santexnika işləri də görür. İşin mahiyyəti üzrə onu göstərə bilər ki, o 2022-ci ili aprel ayında Bakı şəhəri, Binəqədi rayonu, M.S.Ordubadi küçəsində yerləşən yarımtikili fərdi evi almış və elə həmin vaxtdan da özü atasının köməkliyi ilə bu evdə tikintitəmir işləri aparırmış. Belə ki, həftənin 3-4 gününü məktəbdə olur və boş vaxtı olduqda isə imkan daxilində aldığı yarımtikilidə işləyir. Buna baxmayaraq indiyə kimi həmin evdə tikintitəmir işlərini yekunlaşdıra bilmir. 2022-ci ilin noyabr-dekabr aylarında yuxarıda qeyd etdiyi yarımtikiliyə girmiş şəxs və ya şəxslər zirzəmidən 30-40 metr uzunluğunda işlənmiş naqilləri, suvaq vurmaq üçün alətləri və telefon enerji yığanını oğurlamışdırlar. Lakin cinayət hadisəsi barədə polisə xəbər verməmişdir. 08 mart 2023-cü il tarixində iş günü olmadığından həmin yarımtikiliyə gedərək işlədikdən sonra təxminən saat 20 radələrində işlərini qurtarıb evin giriş qapısını bağlayaraq yaşadığı evə getmişdir. Qeyd etmək istəyir ki, ona məxsus bir mərtəbəli üstü manasardlı yarımtikili daş hasarla əhatə olunmuşdur və həyətə böyük dəmir darvazadan girmək olar.Həmin yarımtikilinin arxa tərəfində isə heç kəsin yaşamadığı köhnə tikililər vardır. Səhərsi günü, yəni 09 mart 2023-cü il tarixində təxminən saat 17 radələrində o yenə bəzi təmir işləri görmək üçün öz yeni tikilən evinə gəlmiş və evin giriş qapısından daxil olduqda tikilidə qoyduğu əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş və evə oğruların girdiyindən şübhələnmişdir.Sonra içəri keçib baxdıqda müəyyən etmişdir ki, evin divarlarına vurulmuş təxminən 60-70 metr uzunluğunda 2 və 4 mm qalınlığında elektrik naqilləri suvaqdan sökülərək oğurlanmışdır. Hər birinin uzunluğu 100 metr olan 2 top və 60-70 metr qalınlığı 2,5 mm-lik elektrik naqilləri isə evin mətbəxindən döşəmədən oğurlanmışdır. Bundan başqa, biri 20-25 metr, digəri isə 50 metr uzunluğunda iki ədəd 4 mm-lik kabeldən olan uzadıcılar («udlinitel») oğurlanmışdır. Evin zirzəmisindən isə su mühərrikinə gedən 10 metr uzunluğunda 2,5 mm-lik elektrik kabeli və laqondanın naqili kəsilərək oğurlanmışdır. Həmçinin evin dəhlizindən bir ədəd yaşıl rəngli kəlbətin də oğurlanmışdır. Onu qeyd etmək istəyir ki, həmin vaxt evdə özünə məxsus çoxlu sayda tikinti-təmir alətləri olsa da onlar oğurlanmamışdır. O bu oğurluq hadisəsini müəyyən edən kimi dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonar hadisə yerinə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişdirlər. O isə sonra həmin polis şöbəsində olaraq baş vermiş hadisə barəsində əvvəlcə ərizə yazmış, sonra isə bununla bağlı izahat vermişdir. Zərərçəkmiş şəxs13 ifadəsində daha sonra bildirmişdir ki, 60-70 metr uzunluğunda 2 və 4 mm qalınlığında elektrik naqilləri suvaqdan sökülərək oğurlanmışdır. Onların cəmi qiyməti təxminən 70 manat olmuşdur. Hər birinin uzunluğu 100 metr olan 2 top və 60-70 metr qalınlığı 2,5 mm-lik elektrik naqilləri isə evin mətbəxindən döşəmədən oğurlanmışdır. Onların cəmi qiyməti təxminən 200 manat olmuşdur. Bundan başqa, biri 20-25 metr, digəri isə 50 metr uzunluğunda iki ədəd 4 mm-lik kabeldən olan uzadıcılar («udlinitel») oğurlanmışdır. Onların qiyməti təxminən 210 manat olmuşdur. Evin zirzəmisindən isə su mühərrikinə gedən 10 metr uzunluğunda 2,5 mm-lik elektrik kabeli və laqondanın şnuru kəsilərək oğurlanmışdır. Həmin elektrik kabelinin qiyməti təxminən 15 manat, laqondanın naqilinində qiyməti elə təxminən 15 manat olmuşdur. Bir ədəd yaşıl rəngli kəlbətinin isə qiyməti 6 manat olmuşdur. Beləliklə, həmin oğurluq nəticəsində ona, ümumilikdə 516 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs13 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, yaşadığı evin həyətində əl damında özünə məxsus olan, tikinti və təmir işlərində istifadə etdiyi əşya, alət və avadanlıqları, həmçinin müxtəlif aparatlar saxlamışdır. 10 yanvar 2023-cü il tarixində saat 17 radələrində aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər tərəfindən evinin hasarından keçmə yolu ilə həyətə daxil olunmuş və əl damından oğurluq edilmişdir. Belə ki, müəyyən etmişdir ki, əl damının qapısı açıqdır və içərisindəki əşyalar dağınıq vəziyyətindədir. Sonra da müəyyən etmişdir ki, əl damından ona məxsus bir ədəd markasını xatırlamadığı böyük preforator, bir ədəd markasını xatırlamadığı orta ölçülü preforator, bir ədəd «Bosch» markalı laqonda, iki ədəd «Bosch» markalı kiçik preforatorlar, üç ədəd «SKOLD» markalı orta ölçülü preforatorlar, iki ədəd markasını xatırlamadığı kiçik laqonda, iki ədəd markasını xatırlamadığı drellər, bir ədəd lobzik və qeyd etdiyi alətlərin ehtiyat hissələri ilə olan bir ədəd göy rəngli dəmir çamadan oğurlanmışdır. Oğurluq hadisəsini müəyyən edən kimi dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs4 ifadəsində daha sonra göstərmişdir ki, bir ədəd «Bosch» markalı laqondanı 300 manata, iki ədəd «Bosch» markalı kiçik preforatorları hər birini ayrı-ayrılıqda 75 manata, üç ədəd «SKOLD» markalı orta ölçülü preforatorları hər birini ayrı-ayrılıqda 48 manata, iki ədəd markasını xatırlamadığı drellərdən birini 55 manata, digərini isə 35 manata, bir ədəd lobziki 50 manata, bir ədəd markasını xatırlamadığı böyük preforatoru 180 manata və bir ədəd markasını xatırlamadığı orta ölçülü preforatoru 150 manata, iki ədəd markasını xatırlamadığı kiçik laqondanın hər birini ayrı-ayrılıqda 30 manata almışdır. Bir ədəd göy rəngli dəmir çamadanın içində isə 25 manat məbləğində müxtəlif alətlərimin ehtiyat hissələri olmuşdur. Həmin oğurluq nəticxəsində ümumilikdə 1149 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs4 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu, 1-ci mədən, korpus 7-də «FAB boya»nın yaxınlığında yerləşən fərdi nömrəsiz ev ona məxsusdur. Həmin evin tikintisini 15 il bundan öncə başa çatdırsa da son tamamlama işləri aparılmadığından, həmçinin təmir işlərinin olmaması səbəbindən evdə heç bir yaşayış olmamışdır. 2022-ci ilin son aylarında isə həmin fərdi evdə yaşayışı təmin etmək üçün tamamlama və təmir işlərinə başlamışdır. Bunun üçün orada ilk öncə istilik sistemini quraşdırmışdır. Belə ki, həmin evin həyətində inşa edilmiş tikilidə 1.350 manata aldığı «Senator» markalı kombi sistemini quraşdırmışdır. Həmçinin sonuncu dəfə qeyd etdiyi evdə 10 yanvar 2023-cü il tarixində olmuşdur. Növbəti dəfə isə 12 yanvar 2023-cü il tarixində həmin evimə gəldikdə isə naməlum şəxs və ya şəxslər tərəfindən hasardan keçmə yolu ilə həyətə daxil olub ona məxsus «Senator» markalı kombi sistemini sökərək içərisində olan qiymətli detalların oğurlanmasını aşkar etmişdir. Oğurluq hadisəsini müəyyən edən kimi dərhal bu bardə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Sonra həmin polis şöbəsində olaraq baş vermiş hadisə barəsində əvvəlcə ərizə yazmış, sonra isə bununla bağlı izahat vermişdir. Oğurluq hadisəsi zamanı naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus «Senator» markalı kombi sistemi sökülərək içərisində olan qiymətli detallar oğurlanmışdır. Nəticədə həmin kombi faktiki olaraq tam yarasız vəziyyətə düşdüyü üçün ona ümumilikdə 1350 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs6 qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs15 bildirmişdir ki, 2022-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Zəngəzur küçəsi, mədən 1-də yerləşən 3,8 sot torpaq sahəsini ev tikmək üçün almış və elə həmin vaxtanda qeyd edilən torpaq sahəsində 4 otaqlı birmərtəbəli kürsülü fərdi yaşayış ev inşa etdirmişdir Buna baxmayraq 2023-cü ilin mart ayının əvvəllərinə kimi həmin yeni inşa etdiyi evdə tikinti-təmir işləri davam etdirmişdir. Belə ki, həmin yeni tikilidə əsas işlər artıq yekunlaşsa da bəzi təmir işləri hələ davam etmiş və orada özünün rəhbərlik etdiyi ustalar briqadası çalışmışdır. Ona görə də hər gün özünə məxsus yeni tikiliyə gəlib işlərin gedişinə nəzarət etmişdir. 12 mart 2023-cü il tarixində həmin evdə olub usta ilə birlikdə yaxın vaxtlarda görüləcək santexniki işləri ilə bağlı məsləhətləşmiş və saat 23:30 dəqiqədə oranı tərk edib hazırda yaşadığı ünvana getmişdir. Yeni tikilini tərk edərkən həyətin işıqlandırıcı projektorlarıqnı yandırıb çıxmışdır. Səhərsi günü, yəni 13 mart 2023-cü il tarixində saat 22:30 radələrində bəzi işləri müəyyən etmək üçün özünə məxsus qeyd etdiyi tikiliyə gəlməli olmuş və həyətin giriş qapısından daxil olduqda ilk nöbədə görmüşdür ki, həyətin yanılı qoyduğu işıqları sönmüşdür. Evin giriş qapısım açıb evə daxil olmuş və elektrik qutusuna nəzərdən keçirərkən həyətə gedən işıq naqillərinin kəsilb götürüldüyünü müəyyən etmişdir. Üzərində olan mobil telefonun işiğı ilə evi nəzərdən keçirən zaman uzunluğu 30 metr qalınlığı 2.5 kv dəyəri 60 manat dəyərində kabelin, 05 top 500 metr uzunluğunda 4 mm-lik kv 425 manat dəyərində kabelinin, damdan uzunluğu 40 metr qalınlığı 2,10 kv dəyəri 440 manat dəyərində kabelin, uzunluğu 56 metr qalınlığı 2,5 dəyəri 112 manat dəyərində elektrik kabelinin oğurlandığını aşkar etmişdir. Bütün otaqları nəzərdən keçirdikdən sonra məlum olmuşdur ki, evdən oğurluq olan zaman bir ədəd 15 manat dəyərində drel də oğurlanmışdır. Hadisə ilə bağlı DİN-in 102 xidməti zəng edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Binəqədi RPİ-nin 4-cü PB-nin əməkdaşları hadisə yerinə gəlib baş vermiş oğurluq hadisəsi ilə bağlı araşdırma aparmağa başlamışlar. Oğurluq nəticəsində ümumilikdə 1037 manat dəyərində madddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs15 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs17 bildirmişdir ki, 2007-ci ildən etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri şossesində yerləşən 40 kv metr qeyri-yaşayış sahəsi olan bir mərtəbəli taxta sexini icarəyə götürüb dülgər işləri ilə məşğul olub qazandığı pula ailəmi dolandırmışdır. İş günü adətən hər gün səhər saat 10 radələrində başlamış və saat 19 radələrində başa çatmışdır. Sexdə tək işlədyindən giriş qapısını qıfıla bağlayıb yaşadığı evə getmişdir. 15 mart 2023-cü il tarixində təcili sifarişə iş götürdüyündən və həmin işi 17 mart 2023-cü il tarixinədək görüb qurtarmalı olduğundan əvvəlkindən gec iş yerində qalmalı olmuşdur. Həmin gün saat 24 radələrində işlədiyi sexin giriş qapısını bağlayıb yaşadığı evə getmişdir. İşləri bayram qabağı çox olduğundan səhərsi günü, yəni 16 mart 2023-cü il tarixində iş yerinə əvvləkindən tez gəlməli olmuşdur. Belə ki, 16 mart 2023-cü il tarixində saat 08:40 dəqiqədə iş yerinə gəldikdə görmüşdür ki, sexin giriş qapısı açıqdır. Bu çox şübhəli gəlmiş, ona görə də sexə girib sifarişləri icra etmək üçün istifadə etdiyi alətləri qoyduğu şkafın polkasına baxdıqda görmüşdür ki, həmin alətlər yerində yoxdur. Baş düşmüşdür ki, sexdə olmadığı vaxtda oğurluq olmuşdur. Ona görə də, oğurluq hadisəsini müəyyən edən kimi dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Binəqədi RPİ-nin 4- cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Həmin polis şöbəsində olaraq baş vermiş hadisə barəsində ərizə yazmış, sonra isə bununla bağlı izahat vermişdir. Zərərçəkmiş şəxs17 ifadəsində daha sonra göstərmişdir ki, işlədiyi taxta sexindən 250 manata aldığı bir ədəd «BOSCH» markalı böyük drel, 40 manata aldığı bir ədəd markasını xatırlamadığı kiçik drel, 250 manata aldığı bir ədəd «Bosch» markalı böyük drel, 140 manata aldığı bir ədəd markasını xatırlamadığı böyük laqonda, 35 manata aldığı bir ədəd markasını xatırlamadığı kiçik laqonda, 220 manata aldığı bir ədəd «Makite» markalı frez, 180 manata aldığı bir ədəd göy rəngli markasını xatırlamadığı frez, 80 manata aldığı bir ədəd «Drujba» kimi tanıdığı markasını xatırlamadığı mişar, 60 manata aldığı bir ədəd «DVT» markalı vibrator oğurlanmışdır.Həmin oğurluq nəticəsində ona ümumilikdə 1255 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs17 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs14 bildirmişdir ki, 2005-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən yeni yaşayış massivində 3.5 sot yarım torpaq sahəsi almışdır. Maddi vəziyyəti pis olduğuna görə həmin torpaq sahəsində tikinti işləri apara bilməmişdir. 2022-ci ilin mart ayın sözü gedən torpaq sahəsində tikinti işlərinə başlamış və orada bir mərtəbəli 4 otaq, 1 mətbəx və 1 sonitar qovşağından ibarət ev tikmişdir. Həmin evdə təmir işləri yekunlaşmağına görə yaşayış olmamışdır. 12 mart 2023-cü il tarixdə 11 radələrində həmin evə gəlmişdir. Evin ümumi həyətinə daxil olan zaman evin sağ tərəfində olan plastik pəncərənin acıq olduğunu aşkar etmişdir. 11 mart 2023-cü il tarixdə sonuncu dəfə evdə olmuş və evdən çıxarkən evin pəncərələrini bağlamışdır. Bu səbəbdən evinə daxil olmuş, ora baxış keçirən zaman hər biri 70 manat dəyərində markasını xatırlamadığı 02 ədəd direl, 110 manat dəyərində olan laqonda, 150 metr uzunluğunda 700 manat dəyərində elektrik naqillərinin oğurlandığını aşkar etmişdir. Daha sonra evin ümumi həyətində olan 80 manat dəyərində olan 01 ədəd somavarın oğurlandığını aşkar etmişdir. Bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs14 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, evlidir və bir övladı vardır.Tikinti və təmir işləri ilə ustalıq edib qazandığı pula ailəmi dolandırmışdır. 2007-ci ildə ünvan 3 ünvanında yerləşən torpaq sahəsini almış və iki il öncə həmin sahədə birmərtəbəli dörd otaqlı fərdi ev tikmişdir. Buna baxmayaraq, həmin evdə olan tikinti-təmir işlərini tamamlaya bilmədiyindən orada yaşayış olmamışdır. 2022-ci ilin sonlarında həmin evdə çatışmayan bəzi avadanlıq və material almışdır ki, orada təmir işlərini yaxın vaxtlarda yekunlaşdırıb yaşamağa başlasın. Belə ki, 2022-ci ilin oktyabr ayının sonlarında həmin evin hamam otağı və sanitar qovşağı üçün aksesuarlar və həmçinin mətbəxin tavanı üçün lambir almışdır.Sonra da həmin material və avadanlığı saxlamışdır ki, usta gəlib qoşar.Lambir isə mətbəxdə tavana vurmuşdur. Bundan 2-3 gün sonra həmin evə gəldikdə görmüşdür ki, hamam və sanitar qovşağı üçün aksesuarlar oğurlanmışdır.Sonra mətbəxə keçdikdə görmüşdür ki, tavana təzəliklə vurulmuş lambir də sökülərək oğurlanmışdır. Bundan başqa evə çəkilmiş bütün elektrik xəttinin kısilərək naqilinin aparılmasını aşkar etmişdir. Oğurluq hadisəsi barədə dərhal polisə məlumat vermək istəsə də qardaşı buna etiraz etdiyindən razılaşıb oğurluq barədə polisə bildirməmişdir. Bundan təxminən bir ay sonra qardaşı ilə birlikdə beş ədəd daxili otaq taxta qapılarını alıb həmin evə qoymuşdur ki, divar kağızları vurulduqdan sonra yerinə qoymaq üçün usta çağırsın. Bu 27 noyabr 2022-ci il tarixinə təsadüf etmişdir. Bundan iki sonra, yəni 29 noyabr 2022-ci il tarixində həmin evə baş çəkməyə gəldikdə görmüşdür ki, həmin beş ədəd taxta qapılar oğurlanmışdır. Sonradan müəyyən etmişdir ki, oğrular evin giriş qapısının nəfəsliyindən mənzilə daxil olmuş və həmin beş ədəd qapıları pəncərədən çıxararaq oğurlamışlar. Başa düşmüşdür ki, kimsə bu evdən oğurluq etməyə artıq vərdiş etmiş və bunun qarşısını almaq üçün təcili tədbirlər görmək lazımdır. Oğurluq hadisəsini müəyyən edən kimi dərhal bu bardə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Həmin polis şöbəsində olaraq baş vermiş hadisə barəsində əvvəlcə ərizə yazmış, sonra isə bununla bağlı izahat vermişdir. Zərərçəkmiş şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, həmin evdən oğurlanmış hamam otağı və sanitar qovşağı üçün aksesuarlar, yəni bir ədəd monoblok unitaz, bir ədəd «Tülpan» formalı əl-üz yuyan dəsti və onlar üçün kranlar («Smesitel»lər) olmuşdur. Həmin əşya və avadanlığın hamısını bir yerdən Bakı şəhərində yerləşən 8-ci mikrorayon bazarında 700 manata almışdır. Lambirini isə 200 manata «Ekologiya postu» deyilən yerin yaxınlığında yerləşən «Evro Homm» bazarında almışdır. 200 manat dəyərində elektrik naqili bir topa olmuş, naqili Ekologiya postu» deyilən yerin yaxınlığında yerləşən «Evro Homm» bazarında almışdır. 5 ədəd taxta qapıları isə 500 manata almışdır. Evdən təxminən 100 manat məbləğində dəmir profillər və 200 manat məbləğində elektrik avadanlığı, o cümlədən elektrik naqilləri, sporlar, elektrik açarları oğurlanmışdır. Həmin oğurluq nəticəsində ümumilikdə 1.900 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs9 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Məmmədoğullar” avto servisin arxasında yerləşən həyət evində kirayədə yaşayır. Yaşdığı evin yaxınlığında özünə məxsus olan tikilidə 01 mart 2023-cü ildə saat 10:30 dəqiqədə gələndə evdə oğurluq olduğunu aşkar etmişdir. Evdə təmir işləri getdiyi üçün orda yaşaya bilməmişlər. Lakin evin içində çoxsayda sayda tikinti materialları olmuşdur. Evə sonuncu dəfə axşam saat 20 radələrində olmuşdur. Evin həyətində tonqal yarandırmış, çünki axşam çərşənbə olmuş, ocağın yerini təmizdədikdən sonra yaxınlıqda olan kirayədə yaşadığı evə getmişlərk. Səhəri günü, yəni 02 mart 2023-cü il tarixdə qızı X5 ilə həmin mənzilə gəlmişlər. Evə gələndə aşkar etmişlər ki, evin pəncərəsi açıqdır. Evin içərisinə daxil olduqda əşyalarının dağıdılmasını görmüşdür. Məlum olmuşdur ki, 01 mart 2023-cü il tarixdən 02 mart 2023-cü il tarixə keçən gecə evə kimsə girib oğurluq etmişdir. Əşyalarımı yoxladıqda 1.000 manatlıq işıq kabelləri və 680 manat dəyərində internət çəkmək üçün kabelin oğurlandığını aşkar etmişdir. Bundan sonra qızı Samirə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin günü mobil telefonuma zəng gəlmiş və onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Orada ərizəsi alınmışdır. Törədilmiş hadisə nəticəsində ümumilikdə 1.680 manat maddi ziyan dəymişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs9 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs20 bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu, Yeni yaşayış massivində iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Ev yaşayış üçün tam hazır olmamışdır. 14 mart 2023-cü il tarixdə evdə heç bir iş getməmişdir. Evdə iş getmədiyi üçün özü mütəmadi olaraq oraya gedib nəzarət edib gəlmişdir. Sonuncu dəfə 20 mart 2023-cü il tarixdə evə gedib baxmış və heç bir problem olmadığını görüb gəlmişdir. 24 mart 2023-cü il tarixdə evin qapı-pəncərələrini ustalar gətirib yerinə qoyacaqları üçün saat 11 radələrində tikdirdiyi evə getmişdir. Evə daxil olduqda evin birinci və ikinci mərtəbəsinə çəkilən elektirik naqillərinin divardan qoparılaraq oğurlandığını görmüşdür. Evdən oğurluq olduğunu bildikdən sonra bu barədə polisə məlumat vermiş və polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışla. Evdən bir metrəsi 65 qəpik olan 4-lük və metrəsi 55 qəpik olan 2,5-lik içərisi mis olan naqillər oğurlanmışdır. Oğurluq nəticəsində ümumilikdə 1.700 manat maddi ziyan dəymişdir. Sonuncu dəfə evdə 20 mart 2023-cü il tarixdə olmuş, həmin vaxtda evdə oğurluq olmamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs20 bildirmişdir ki, o, təqsirləndirilən şəxslərdən şikayətçidir, qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, ünvan 24 ünvanda qeydiyyatdadır, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmmədoğullar avtoservisin arxasında olan yeni massivdə yaşayır, evlidir, iki azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləmir, lakin meyvə-tərəvəz satmaqla məşğul olub ailəmi dolandırır.Yaşadığı mənzil bir mərtəbəli, dörd otaqdan ibarətdir və evin kiçik həyəti vardır.Yaşadığı ev “Məmmədoğullar” avtoservisin arxasında olan yeni massivdə yerləşir. 2023-cü ilin mart ayında yaşadığı mənzil tam təmirli olmamış, belə ki, mart ayında evi təmir etdirmiş və evdə ustalar işləmişdir. Buna görədə ora lazım olan tikinti materiallarını və avadanlıqları alıb qoymuşdur. Təmir gedən ərəfələrdə mənzildə heç kim yaşamamışdır. Belə ki, 20 mart 2023-cü il tarixdə təmiri başa çatdırıb evə köçmək qərarında olmuşdur. 16 mart 2023-cü il tarixdə axşam saatlarında evin qapı və pəncərələrini bağlayıb getmişlər. 17 mart 2023-cü il tarixdə səhər saatlarında qardaşı Elvin ilə evinə gəlmişdir. Evin həyətinə daxil olduqda pəncərənin sındırılmasını görmüşdür. Dərhal içəri keçib baxdıqda müəyyən etmişdir ki, gecə saatlarında evdən oğurluq olmuşdur. Əşyalarımı yoxladıqda məlum olmuşdur ki, evdən ona məxsus 1000 manat dəyərində 800 metr elektrik naqili, bir ədəd 50 manat dəyərində “Bosch” markalı drel, bir ədəd 50 manat dəyərində laqonda və bir ədəd 300 manat dəyərində preforatorun oğurlanmışdır. Bundan sonra qardaşı Elvin dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə qısa məlumat vermişdir. Zərərçəkmiş şəxs18 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1.400 manat maddi ziyan dəymişdir. Belə ki, evdən 1000 manat dəyərində 800 metr elektrik naqili, bir ədəd 50 manat dəyərində “Bosch” markalı drel, bir ədəd 50 manat dəyərində laqonda və bir ədəd 300 manat dəyərində preforatorun oğurlanmışdır. Yaşadığı evin zirzəmisindən oğurlanmış 1.000 manat dəyərində 800 metr elektrik naqili və bir ədəd 300 manat dəyərində preforatorun markasını bilməmişdir. Drelin markası “Bosch”, laqondan markası isə “ATEC” olmuşdur. Pəncərənin sındırılması nəticəsində 40 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs19 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Bakı şəhəri, Yasamal rayonu, X12 massivi, Xdairəvi yolu, ev 20, mənzil 124, giriş 2-də ailə üzvüləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi işlərlə məşğul olub ailəsini dolandırmışdır.Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində iki mərtəbəli yaşayış evi vardır.Həmin evim tam təmirli deyil, belə ki, evi yaşayışa hazır vəziyyətə gətirmişdir. Evdə yaşayış olmamış, lakin mütəmadi olaraq oraya gəlib nəzarət etmişdir. Çünki evdə ona məxsus əşyaları vardır. Evin giriş qapısı yoxdur, lakin qapının yerində dəmir list çəkmişdir. 20 mart 2023-cü il tarixdə səhər saatlarında evinə getmişdir ki, evə nəzarət etsin. Evin ilkin olaraq həyətinə daxil olmuş və ətrafa nəzarət etmişdir. Evin içərisinə daxil olub baxdıqda görmüşdür ki, bütün evin elektrik naqili sökülmüşdür. Belə ki, evə gələn elektrik xəttinin naqili divardan kəsilib sökülmüşdür. Məlum olmuşdur ki, evə kimsə daxil olub naqili kəsərək oğurlamışdır. Sonra evin otaqlarına baxdıqda orada olan təzə vəziyyətdə topa şəklində saxladığı elektrik naqillərinin və bir ədəd 30-35 manat dəyərinfə taxta kəsən mişarın oğurlanmasını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə qısa məlumat vermişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3030 manat maddi ziyan dəymişdir. Evdən dəyəri 3000 manat olan elektrik naqili və 30 manat dəyərində bir ədəd “Sieme” markalı taxta kəsən mişarı oğurlanmışdır. Belə ki, evin bütün elektrik xətti divardan sökülmüş və təzə vəziyyətdə 2-3 top naqil oğurlanmışdır. Naqilin ümumilikdə neçə metr olmasını və markasını bilməmişdir. Naqili bazardan almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs24 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, ünvan 26-də ailəsi ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi işlərlə məşğul olub ailəsinin dolanışığına köməkdarlıq etmişdir.ünvan 26 ünvanda qeydiyyatda olmaqla yaşasada, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi döngə 6 ünvanda bir mərtəbəli ev inşa etdirmişdir. Həmin evin ətrafı yaşayış sahəsidir. Evin həyətyanı sahəsinə daş hasar çəkdirmişdir. Evin qarşısında böyük həyəti vardır. Evdə yaşayış yoxdur, lakin mütəmadi olaraq oraya gedib nəzarət etmişdir. Çünki evdə özünə məxsus əşyaları vardır. Sonuncu dəfə 2023-cü ilin mart bayram ayı, yəni 21-də evə nəzarət edib qapı və pəncərələrini bağlayıb getmişdir. 03 aprel 2023-cü il tarixdə günorta saatlarında evə gəlmiş və qapını açıb həyətə daxil olmuşdur. Həyətə nəzarət edən zaman pəncərinin açıq olmasını görmüşdür. Məlum olmuşdur ki, evə kimsə daxil olmuşdur. Bundan sonra qapını açıb evə daxil olmuş və evdə əşyalarının axtarılmasını aşkar etmişdir. Evdə olan əşyalarının yoxladıqda evə çəkdirdiyi elektrik naqillərinin sökülərək oğurlanmasını aşkar etmişdir. Bir qədər gözlədikdən sonra DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və baxış keçirib fotoşəkillər çəkmişlər. Bundan sonra ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs24 ifadəsində daha sonra göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Belə ki, evdən 1000 manat dəyərində elektrik naqili oğurlanmışdır. Naqilin markasını və neçə metr olmasını bilməmişdir. Naqil mis məmulatdan olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs25 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2022-ci ilin yay aylarında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda özünə məxsus iki sot torpaq sahəsndə fərdi ev tikdirmişdir. Ona görə də həmin vaxtlar ailəsi ilə birlikdə yaxınlıqda kirayədə yaşamış və evdə darısqallıq olmasın deyə istifadə etmədiyi əşyaları xalası oğlu Zərərçəkmiş şəxs5 onun tikdiyi evin qonşuluğunda inşa etdirdiyi yarımtikiliyə qoyaraq saxlamışdır. Həmin ilin payız-qış aylarında evinin tikintisini tamamlayıb artıq ailəsi birlikdə orada yaşamağa başlamışdır. 10 yanvar 2023-cü il tarixində xalam oğlu Zərərçəkmiş şəxs5 qeyd etdiyi yarımtikilisinə getmişdir ki, özünə məxsus olan və həmin evdə saxladığı əşyaları götürüb öz evinə gətirsin. Həmin evin giriş qapısından içəriyə daxil olduqda görmüşdür ki, yarımtikiliyə naməlum şəxslər daxil olaraq evin elektrik naqillərini divardan söküb çıxarmış, hamam-tualet üçün aldığı taxta qapını, kanalizasiya və istilik sistemlərinin borularını, beton altı üçün setkaları oğurlamışdır. Evin digər otaqlarına baxdıqda məlum olmuşdur ki, orada sandığın içində saxladığı əşyalar da oğurlanmışdır. Belə ki, həmin sandıqda saxladığı bir neçə yataq dəsti və uşağına məxsus pal-paltar oğurlanmışdır. Bundan başqa, görmüşdür ki, ona məxsus (ki ədəd işlək vəziyyətdə olan kondisionerlərin və bir ədəd soyuducu kameranın detalları da sökülərək oğurlanmışdır. Oğurluq hadisəsini müəyyən edən kimi dərhal bu barədə xalası oğlu Zərərçəkmiş şəxs5 zəng edərək bildirmişdir. Sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs25 ifadəsində daha sonra göstərmişdir ki, xalası oğlu Zərərçəkmiş şəxs5 məxsus yarımtikilidən oğurlanmış ona məxsus bir neçə yataq dəstinin qiyməti 150 manat, övladının paltarının, yəni iki ədəd gödəkçə, üç ədəd şalvar, 3 ədəd polverin qiyməti 160 manat, bir ədəd «LG» markalı, 40 kvadratlı kondisionerin qiyməti 700 manat, bir ədəd «Samsung» markalı, 60 kvadratlı kondisionerin qiyməti 1.000 manat, bir ədəd markasını xatırlamadığı soyuducu kameranın qiyməti 400 manat olmuşdur. Həmin oğurluq nəticəsində ona, ümumilikdə 2410 manat məbləğində maddi ziyan dəymişdir. Kondisionerlər və soyuducu kamera baş vermiş oğurluqla tam yararsız hala salınmışdır. Hadisədən öncə onların hamısı tam işlək vəziyyətdə və istifadəyə yararlı olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs21 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, 2004-cü ildə Biləcəri bələdiyyəsindən əkinçiliklə məşğul olmaq üçün 6 sot torpaq sahəsi almış, lakin sonradan orada yaşamaq üçün ev tikmiş və elə həmin vaxtdan da ünvan 15 ünvanında yerləşən fərdi evdə yaşamışdır. 2017-ci ildə həmin fərdi ev su basdığından dağılıb məhv olmuş və yerində iki mərtəbəli kürsülü ev tikmişdirə Lakin maddi imkanım olmadığından oranı təmir etdirib yaşamaq üçün köçə bilməmişdir. 23 mart 2023-cü il tarixində mən həmin yarımtikili evdə ustalarla birlikdə olmuş və saat 15-16 radələrində həmin evdə tikinti-təmir işləri görən ustalarla birlikdə oradan çıxıb hazırda yaşadığı evə getmişdir. Səhərsi günü, yəni 24 mart 2023-cü il tarixində saat 10 radələrində təzə evində işləyən usta Sədi mobil telefonuna zəng edərək bildirmişdir ki, onların işlədiyi ona məxsus evə oğrular girib oğurluq etmişlər. Ona görə də, dərhal işlərini saxlayıb təzə tikdirdiyi evə gəlmiş və görmüşdür ki, artıq divarlara çəkilmiş elektrik naqilləri içində olduğu borulardan dartılıb çəkilməklə oğurlanmışdır. Bundan başqa, alçıpanların üstünə vurulmuş elektrik naqilləri isə kəsilərək oğurlanmışdır. Məlum olmuşdur ki, usta artıq baş vermiş oğurluq barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə Binəqədi RPl-nin 4-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Baş vermiş hadisə barəsində ərizə yazmışdır. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs21 ifadəsində göstərmişdir ki, hər birinin qiyməti 45 manat olan ümumi dəyəri 180 manat olan 4 top qalınlığı 1,5 mm-lik, hər birinin qiyməti 60 manat olan ümumi dəyəri 780 manat olan 13 top qalınlığı 2,5mm, hər birinin qiyməti 90 manat olan ümumi dəyəri 1800 manat olan 20 top qalınlığı 4 mm-lik qalınlığında elektrik naqilləri sökülərək oğurlanmışdır. Həmin oğurluq nəticəsində ümumilikdə 2760 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, o, fərdi qaydada tikiti-təmir işləri ilə məşğul olmuş, belə ki, beş-altı digər ustalardan ibarət briqada şəklində fəaliyyət göstərərək tikinti-təmir işləri ilə bağlı sifarişlər götürüb icra etmişlər. Ona görə də briqadasında olan ustaları tikinti-təmir alətləri ilə təmin etmişdir. 15 noyabr 2022-ci il tarixində saat 09 radələrində yenə briqadası ilə təxminən artıq 5-6 ay işlədiyi sifarişə götürdüyü Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, döngə 1-də yerləşən 92 saylı fərdi yaşayış evində tikinti-təmir işləri aparmış və həmin gün saat 18 radələrinədək qeyd etdiyi ünvanda işlədikdən sonra alətlərini orada yerləşən saxlanc yerində saxlayıb yaşadığı evlərə getmişlər. Səhərsi günü, yəni 16 noyabr 2022-ci il tarixində saat 09 radələrində onlar həmin qeyd etdiyi evdə yerləşən saxlanc yerinə yaxınlaşdıqda aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər tərəfindən həmin saxlanc yerinin taxta qapısının kilidi sındırılaraq orada saxladığı tikinti-təmir alətləri oğurlanmışdır. Oğurluq hadisəsini müəyyən edən kimi dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir.Bir müddət sonra hadisə yerinə Binəqədi RPl-nin 4-cü PŞ-nin əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Sonra həmin polis şöbəsində olaraq baş vermiş hadisə barəsində əvvəlcə ərizə yazmış, sonra isə bununla bağlı izahat vermişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, işlədiyi evin saxlanc yerindən 1.200 manata aldığı bir ədəd «Bosch» markalı lazer aparatı, 250 manata aldığı bir ədəd «Xcort» markalı laqonda, 800 manata aldığım bir ədəd «Bosch» markalı perfarator, 250 manata aldığı bir ədəd «makute» markalı laqonda, 500 manata aldığı bir ədəd «Makite» markalı makina və 100 manata aldığı bir ədəd «GST» markalı laqonda oğurlanmışdır.Həmin oğurluq nəticəsində ümumilikdə 3100 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 bildirmişdir ki, Binəqədi RPİ-nin 6cı PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilmiş və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülmüşdür. 08 fevral 2023-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxxxxxx 1979-cu il tarixdə Tərtər şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 28 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək şöbə rəhbəliyinə məruzə edilmiş və müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat tərəflərin keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 08 fevral 2023-cü saat 12:20 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 202 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında saxlanılmışdır. Bu zaman onlar özlərini Təqsirləndirilən şəxs1 təqdim etmiş və şübhəli olduğundan RPİ-nin 6-cı PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 razılığı ilə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, həmçinin ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümü, şalvarının sol yan cibindən “KGTEL” markalı mobil telefonu və sarı rəngli alışqanı çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual verilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümdə nə olması və haradan əldə etməsi soruşulmuş, sonuncu da bükümün içərisində olan maddənin “heroin” deyilən narkotik vasitə olduğunu, heroini həmin gün saat 12 radələrində saxlandığı yerin yaxınlığında yerdən tapdığını və narkotik vasitələrin istifadəçisi olaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik maddə hesab edilən büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni kimdən almasını, onun cinayət əlaqələrinin aşkara çıxarılması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni satması barədə məlumat daxil olmamışdır. Məhkəmə iclasında Şahid1 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin 5 ildir ki, metal alqı-satqısı ilə məşğul olaraq ailəsinin dolanışığına kömək etmişdir. Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunun kənarında orta həcimdə yeri icarəyə götürmüş və orada metal alqı-satqısı ilə məşğul olmuşdur. Məntəqədə özündən başqa heç kim işləməmişdir. İş fəaliyyəti ondan ibarətdir ki, məntəqəyə metal satmaq üçün gələn müştərilərdən metalı qəbul edərək çəkmiş və razılaşıb aralarında kağız parçasında qəbz tərtib edərək müştəri və o, imza etdikdən sonra pulunu verərək malı almışdır. Eyni zamanda müştəri şəxsiyyət vəsiqəsini təqdim etdikdə surətini çıxarıb üzərində qeydiyyat aparıb imzalatmışdır. Aliminium, mis və dəmir qırıntılarını metal kimi almışdır. Aldığı mallar toplandıqdan sonra onları zavoda təhvil vermişdir. Təqsirləndirilən şəxs1 tanımış, belə ki, sonuncunu əvvəl tanımamış, bir neçə ay olar ki, tanımış, sonuncu usta olmasını və evlərdə təmir-tikinti işləri məşğul olmasını bildirmişdir. Nizamidən bir neçə dəfə metal almışdır. 02 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili və tikinti alətlərinin içərisinin aliminium detallarını göstərmişdir.Həmin məmulatlar əzilərək yararsız hala salınmışdır. Həmin məmulatları yerə töküb özünə məxsus elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq 126 manat qiymətləndirmişdir. Belə ki, naqilin ümumilikdə çəkisi 11 kiloqram, aliminiumun çəkisi isə 6 kiloqram olmuşdur. Nizamiyə kağız vermiş, sonuncu öz xətti ilə satdığı malın özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalayıb qəbzi vermişdir. Nizminin 126 manatını vermiş və sonuncu getmişdir. 07 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili göstərmişdir. Naqil mis və topa halında olmuşdur. Yəni naqil yandırılıb yararsız hala salınmış və əzilərək topalanmışdır. Nizami naqili satdığını bildirmişdir. Naqili torbadan yerə töküb özünə məxsus elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq 119 manat qiymətləndirmişdir. Belə ki, naqilin ümumilikdə çəkisi 12 kiloqramdan bir qədər artıq olmuş, Naqili 9 manat 80 qəpikdən almışdır. Bundan sonra kağız çıxarıb Nizamiyə vermiş, sonuncu öz xətti ilə satdığı malın özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalayıb qəbzi vermişdir. Nizmainin 119 manatını vermiş və sonuncu çıxıb getmişdir. 09 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili göstərmişdir. Belə ki, torbanı yerə töküb baxmış, qırıntı kimi naqillər və müxtəlif tikinti alətlərinin içərisinin detalları olmasını görmüşdür. Elektron tərəzi ilə həmin detalları çəkmiş və çəkisinə uyğun olaraq 133 manat qiymətləndirmişdir. Belə ki, naqilin ümumilikdə çəkisi 9 kiloqram olmuş, aliminiumun çəkisi isə 15 kiloqramdan bir qədər az olmuşdur. Naqili 9 manat 80 qəpik, aliminiumu isə 3 manatdan almışdır. Bundan sonra kağız çıxarıb Nizamiyə vermiş, sonuncu öz xətti ilə satdığı malın özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalayıb qəbzi vermişdir. Nizminin 133 manatını vermiş və sonuncu getmişdir. 13 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və satmaq üçün naqil gətirməsini bildirmişdir. Nizami torbanı açaraq gətirdiyi malları yerə tökmüş və görmüşdür ki, sonuncu yanmış vəziyyətdə toplanmış mis naqil və aliminium gətirmişdir. Nizaminin gətirdiyi detalları elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq 156 manat qiymətləndirmişdir. Belə ki, naqilin ümumilikdə çəkisi 11 kiloqram, aliminiumun çəkisi isə 16 kiloqramdan bir neçə qram artıq olmuşdur. Naqili 9 manat 80 qəpik, aliminiumu isə 3 manatdan almışdır. Bundan sonra kağız çıxarıb Nizamiyə vermiş, sonuncu öz xətti ilə satdığı malın özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalayıb qəbzi vermişdir. Nizaminin 156 manatını vermiş və sonuncu çıxıb getmişdir. Səhəri günü, yəni 14 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və satmaq üçün naqil gətirməsini bildirmişdir. Nizami torbanı açaraq gətirdiyi malları yerə tökmüş və görmüşdür ki, yanmış vəziyyətdə toplanmış mis naqil və qırıq-qırıq aliminium gətirmişdir. Nizaminin gətirdiyi detalları elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq 134 manat qiymətləndirmişdir. Belə ki, naqilin ümumilikdə çəkisi 10 kiloqram olmuşdur, aliminiumun çəkisi isə 12 kiloqramdan bir neçə qram az olmuşdur. Naqili 9 manat 80 qəpik, aliminiumu isə 3 manatdan almışdır. Bundan sonra kağız çıxarıb Nizamiyə vermiş, sonuncu öz xətti ilə satdığı malın özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalayıb qəbzi vermişdir. Nizmainin 133 manatını vermiş və sonuncu getmişdir. 27 mart 2023-cü il tarixdə günorta saatlarından sonra, yəni saat təxminən 17-18 iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili və digər aliminiumdan qırıntı və əzik halında detallar göstərmişdir. Həmin malları elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq 202 manat qiymətləndirmişdir. Belə ki, naqilin ümumilikdə çəkisi 19 kiloqram, aliminiumun çəkisi isə 5 kiloqramdan bir neçə qram artıq olmuşdur. Naqili 9 manat 80 qəpik, aliminiumu isə 3 manatdan almışdır. Bundan sonra kağız çıxarıb Nizamiyə vermiş, sonuncu öz xətti ilə satdığı malın özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalayıb qəbzi vermişdir. Nizaminin 202 manatını vermiş və sonuncu çıxıb getmişdir. Sonuncu dəfə 28 mart 2023-cü il tarixdə səhər saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili göstərmişdir. Naqil mis olmuşdur. Naqili özünə məxsus elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq 121 manat qiymətləndirmişdir. Belə ki, naqilin ümulikdə çəkisi 12 kiloqramdan bir qədər artıq olmuşdur. Misin 1 kiloqramını 9 manat 80 qəpikdən almışdır. Nizmaidən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu vəsiqəsini itirdiyini, lakin mobil telefonunda seriya nömrəsini qeyd etdiyini bildirmişdir. Bundan sonra Nizamiyə kağız vermiş, sonuncu öz xətti ilə satdığı malın özünə məxsus olmasını, çəkisini və qiymətini qeyd edərək imzalayıb vermişdir. Nizmainin 121 manatını vermiş və sonuncu getmişdir. Bundan sonra bir daha Nizamini görməmiş və sonuncudan mal almamışdır. 2023-cü ilin mart ayının sonlarında işlədiyi məntəqəyə polis əməkdaşları gəlmiş və sorğu zamanı məlum olmuşdur ki, Nizamidən aldığı naqillər cinayət yolu ilə əldə edilmişdir. Nizaminin yazdığı qəbzləri mənqəyə qoyaraq saxlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 elektrik naqilini və digər yararsız detalları alan zaman sonuncunun həmin məmulatları cinayət yolu ilə ələ keçirməsindən xəbəri olmamışdır. Belə ki, Nizami bu barədə məlumat verməmişdir. Nizami demişdir ki, satdığı elektrik naqilini və aliminium detalları işlədiyi evlərdən artıq qaldığı və yararsız olduğu üçün sahibi tərəfindən verilmişdir. Eyni zamanda özünə məxsus istifadəyə yararsız tikinti alətlərinin içərisindən sökərək çıxarmışdır. Nizami özünü mənə usta kimi tanıtmışdır. Buna görədə Nizamiyə inanaraq almışdır. Nizami daima iş yerinə tək gəlmişdir. Nizami şəxsiyyət vəsiqəsini itirdiyini bildirdiyi üçün sonuncudan mal alan zaman qəbz yazdırmış, belə ki, qəbzdə Nizmiyə aldığı malın adını, qiymətini və çəkisini qeyd etdirmişdir. Nizami şəxsiyyət vəsiqəsinin nömrəsini qəbzdə yazmış və imzalamışdır. Nizamidən yalnız 6 dəfə elektrik naqili və aliminium detallar almışdır. Nizamidən aldığı məmularları digər mallarla birgə zavoda təhvil vermişdir. Təqsirləndirilən şəxs1 satdığı naqillər və aliminium yararsız və yandırılmış halda olmuşdur. Həmin məmulatlar yararsız olduğu üçün misi 1 kiloqramını 9 manat 80 qəpik, aliminiumu isə 3 manatdan almışdır. Bütün müştərilərdə həmin məbləğdə olmuşdur. Həmin məbləği ümumi olaraq metal qəbulu məntəqələrində təyin etmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Abşeron rayonu, Polad Həşimov küçəsi nömrəsiz evdə yaşayır, evlidir, iki azyaşlı uşağı vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin 2009-cu ildən metal alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu kənarında olan “Murad” adlı mağazanın arxasında olan kiçik yeri icarəyə götürmüş və orada metal alqı-satqısı ilə məşğul olmuşdur. Məntəqədə başqa heç kim işləməmişdir. İş fəaliyyəti ondan ibarətdir ki, məntəqəyə metal satmaq üçün gələn şəxslərdən metalı qəbul edərək çəkmiş və müştəri ilə razılaşıb aralarında kağız parçasında qəbz tərtib edərək müştəri və o, imza etdikdən sonra pulunu verərək malı almışdır. Aliminium, mis və digər qiymətli metalları almışdır. Ancaq dəmir məmualatları almamışdır. Aldığı mallar toplandıqdan sonra onları zavoda təhvil vermişdir. Təqsirləndirilən şəxs1 bir neçə il olar ki, tanımış, belə ki, sonuncunu usta kimi tanımışdır. Nizami tikinti işləri ilə məşğul olmasını bildirmişdir. Nizami dəfələrlə iş yerinə gəlmiş və sonuncudan elektrik naqili, o cümlədən digər əşyaları almışdır. 2022-ci ilin oktyabr ayının sonlarında günorta saatlarına Nizami tanımadığı bir nəfər cavan oğlan ilə məntəqəyə gəlmişdir. Həmin şəxsin adını bilməmişdir. Nizami həmin şəxs ilə məntəqəyə torbada içərisi dolu vəziyyətdə elektrik naqili gətirmişdir. Nizamidən naqili alaraq baxmış, naqil yandırılıb yararsız hala salınmış və sonuncuya naqili qırıntı kimi ala biləcəyini bildirmişdir. Naqili torbadan çıxarıb özünə məxsus tərəzidə çəkmişdir. Naqili ümumilikdə 133 manata qiymətləndirmiş, belə ki, naqil 14 kiloqram olmuşdur. Mis naqilin bir kiloqramını 9 manat 50 qəpikdən almışdır. Nizamidən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu isə vəsiqəsinin olmadığını, lakin seriya nömrəsini telefonunda olmasını bildirmişdir. Bundan sonra Nizami qəbz yazmış, qəbzdə Naqilin özünə məxsus olmasını, çəkisini və məbləği qeyd edib imzalamışdır. Nizamiyə 136 manat pul vermiş və sonuncu yanında gəldiyi şəxs ilə getmişdir. 2022-ci ilin noyabr ayının sonlarında günorta saatlarına Nizami tanımadığı həmin cavan oğlan ilə məntəqəyə gəlmişdir. Nizami həmin şəxs ilə məntəqəyə dəmir profillər, elektrik avadanlığı, elektrik naqili və elektrik açarları gətirmişdir. Mən dəmir almadığı üçün Nizamiyə bildirmişdir ki, dəmir profillər qəbul etməmişdir. Ancaq elektrik açarlarını, elektrik naqilini və digər elektrik avadanlıqlarını ala biləcəyini bildirmişdir. Həmin günü Nizaminin gətirdiyi elektrik əşyalarını tərəzidə çəkmiş və 145 manata razılaşmışlar. Belə ki, naqil 12 kiloqram olmuşdur. Mis naqilin bir kiloqramını 9 manat 50 qəpikdən almışdır. Elektrik açarları və digər elektrik avadanlıqları mis olmamış, aliminium olduğuna görə bir kiloqramını 2 manat 30 qəpikdən almışdır. Aliminium çəkisi isə təxminən 13 kiloqram olmuşdur. Bundan sonra Nizami qəbz yazmış və imzalamışdır. Nizamiyə 145 manat pul vermiş və sonuncu yanında gəldiyi şəxs ilə getmişdir. Nizamidən aldığı malları digər mallarla birlikdə zavoda təhvil vermişdir. 10 yanvar 2023-cü il tarixdə günorta saatlarında məntəqədə olan zaman Nizami yenədə həmin şəxs ilə məntəqəyə gəlmiş və bildirmişdir ki, metal gətirmişdir. Nizami tikinti alətlərinin içərisinin hissələri, elektrik naqili və müxtəlif detalları olmuşdur. Alətlərin içərisində mis və aliminium olmuşdur. Nizami demişdir ki, detallar kondisonerin içidir. Naqil isə işlədiyi yerdən vermişlər. Naqil mis olmuşdur. Həmin məmulatları çəkmiş və 125 manat qiymətləndirmişdir. Belə ki, naqil 11 kiloqram olmuşdur. Misin bir kiloqramını 9 manat 50 qəpikdən almışdır. Digər detallar aliminium olduğuna görə bir kiloqramını 2 manat 30 qəpikdən almışdır. Aliminium çəkisi isə 9 kiloqram olmuşdur. Yenə də Nizami qəbz yazaraq imzalayıb 125 manat pulu götürüb gəldiyi cavan oğlan ilə getmişdir. 12 yanvar 2023-cü il tarixdə səhər saatlarında Nizami yenidən həmin şəxs ilə məntəqəyə gəlmişdir. Nizmai torbada mis və elektrik naqili gətirmişdir. Nizami həmin naqilin kombi aparatının içərisində olan radiatorun misi olmasını demişdir. Misi tərəzi ilə çəkərək Nizamiyə 136 manat pul verəcəyini demişdir. Belə ki, mis təxminən 14 kiloqram olmuşdur. Mis naqilin bir kiloqramını 9 manat 50 qəpikdən almışdır. Nizamiyə 136 manat pul vermiş və sonuncu qəbz yazaraq imzalayıb gəldiyi oğlan ilə getmişdir. 2023-cü ilin mart ayının ortalarında Nizami tək işlədiyi məntəqəyə gəlmişdir. Nizami ağ rəngli üç ədəd torbada plintus gətirmişdir. Plintusu torbadan yerə çıxarıb tökmüş və əzik olmasını görmüşdür. Plintuslar aliminumdan olduğu üçü ala biləcəyini bildimişdirm. Bundan sonra plintusları çəkmiş və çəkisi 23 kiloqram olmuşdur. Aliminiumu 115 manat qiymətləndirmişdir. Belə ki, alminium yumşaq olduğu üçün 1 kiloqramını 5 manatdan almışdır. Bundan sonra Nizami qəbz yazmış və imzalamışdır. Bundan sonra Nizamiyə pulu vermiş və sonuncu getmişdir. 17 mart 2023-cü il tarixdə günorta saatlarında Nizami əlində bir ədəd torba ilə məntəqəyə gəlmişdir. Nizami torbada naqil olmasını bildirib çıxarıb göstərmişdir. Naqil mis məmulatdan olmuşdur. Tərəzi ilə çəkib 162 manat qiymətləndirmişdir. Belə ki, naqili çəkmiş və ümumilikdə çəkisi 17 kiloqram olmuşdur. Naqilin 1 kiloqramını 9 manat 50 qəpikdən almışdır. Nizami qəbz yazıb imzaladıqdan sonra getmişdir. 2023-cü ilin mart ayının bayram günlərində, yəni təxminən 21-22 tarixində Nizamidən mis naqil almışdır. Belə ki, Nizami əlində iki ədəd torba ilə məntəqəyə gəlmiş və torbalarda naqil olmasını bildirib çıxarıb göstərmişdir. Naqil mis və çox olmuşdur. Tərəzi ilə çəkib ümumilikdə Nizamiyə 211 manat vermişdir. Belə ki, naqili çəkmiş və ümumilikdə çəkisi 22 kiloqram olmuşdur. Naqilin 1 kiloqramını 9 manat 50 qəpikdən almışdır. Nizami qəbz yazıb imzaladıqdan sonra getmişdir. 26 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerimdə olan zaman Nizami tək oraya gəlmiş və bir ədəd torbada elektrik naqili göstərmişdir. Naqil mis olmuş və Nizami satdığını bildirmişdir. Naqili torbadan yerə töküb çəkmiş və çəkisinə uyğun olaraq Nizami ilə 161 manata razılaşmışlar. Belə ki, Naqili tərəzi ilə çəkmiş və ümumilikdə çəkisi 17 kiloqramdan bir neçə qram az olmuşdur. Naqilin 1 kiloqramını 9 manat 50 qəpikdən almışdır. Nizami qəbz yazaraq imzalayıb pulunu alıb getmişdir. 2023-cü ilin mart ayının sonlarında günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili göstərmişdir. Naqil yenədə mis olmuşdur. Nizami naqili satdığını bildirmişdir. Naqili özünə məxsus elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq naqili 212 manat qiymətləndirdmişdir. Naqilin 1 kiloqramını daima olduğu kimi 9 manat 50 qəpikdən almışdır. Naqili ümumilikdə çəkisi 22 kiloqram olmuşdur. Bundan sonra kağız çıxarıb Nizamiyə satdığı malın, çəkisini, qiymətini və özünə məxsus olmasını qeyd etdirib imzalatmışdır. Nizaminin pulunu vermiş və sonuncu çıxıb getmişdir. Qəbzlərin hamısını məntəqədə saxlamışdır. Bundan sora bir daha Nizamini görməmiş və sonuncudan mal almamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində daha sonra göstərmişdir ki Təqsirləndirilən şəxs1 mis, aliminum və digər detalları alan zaman sonuncunun həmin əşyaları cinayət yolu ilə ələ keçirməsindən xəbəri olmamışdır. Belə ki, Nizami bu barədə ona deməmişdir. Nizami yalnız bildirmişdir ki, satdığı məmulatları ona işlədiyi evlərdən sahibi tərəfindən verilmişdir. Nizami özünü usta kimi tanıtmışdır. Buna görədə Nizamiyə inanmışdır. Nizaminin yanında gələn cavan oğlanı tanımamış, həmin şəxs haqqında heç bir məlumata sahib olmamış, həmin şəxs 30-32 yaşlarında və arıq bədən qruluşlu olmuşdur. Nizami şəxsiyyət vəsiqəsinin olmadığını bildirdiyi üçün sonuncudan mal alan zaman qəbz yazırdırmışdır. Belə ki, aldığı malın adını və qiymətini yazdırıb Nizmaiyə imza etdiriv tarixini qeyd etdirmişdir. Nizamidən ümuilikdə 8 dəfə elektrik naqili, plintuslar, kondisonerin içinin detalları və kombi aparatının içərisinin detallarını almışdır. O, yalnız daima aliminium və mis almış, dəmir isə almamışdır. Nizamidən aldığım məmularları digər mallarla birgə zavoda təhvil vermişdir. Təqsirləndirilən şəxs1 gətirdiyi mis və aliminium məmualatlar yararsız, yəni əzik və yandırılmış halda olmuşdur. Buna görədə qırıntı kimi misi 9 manat 50 qəpik, aliminiumu isə 2 manat 30 qəpikdən almışdır. Plintuslar isə yumşaq aliminium olduğu üçün 5 manatdan almışdır. Hər bir şəxsdən həmin qiymətə metal almışdır. Məhkəmə iclasında Şahid3 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Binəqədi rayonu, Binəqədi şossesi, Ekologiya İdarəsinin yataqxanasında yaşayır, evlidir, üç yetkinlik yaşına çatmamış uşağım vardır, rəsmi olaraq heç bir yerdə işləmirəm, lakin təxminən 10 il olar ki, metal alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırmışdır. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında kiçik yeri icarəyə götürmüş və orada metal alqı-satqısı ilə məşğul olur. İş fəaliyyəti məntəqəyə metal satmaq üçün gələn müştərilərdən metalı qəbul edərək çəkib ümumi razılığıa gəldikdən sonra müştəri ilə arasında kağız parçasında qəbz tərtib edərək müştəri və özü imza etdikdən sonra pulunu verərək malı almaqdan ibarətdir. Eyni zamanda müştəri şəxsiyyət vəsiqəsini təqdim etdikdə surətini çıxarıb üzərində qeydiyyat aparıb imzalatdırmışdır. Aliminium, mis, dəmir, sellofan, kardon, plastmast və digər qiymətli metalları alır. Aldığı mallar toplandıqdan sonra onları zavoda təhvil vermişdir. Məntəqədə bir nəfər işçi vardır və həmin şəxs İlqardır. Təqsirləndirilən şəxs1 tanımış, belə ki, sonuncunu əvvəl tanımamış, Nizami işlədiyi məntəqəyə gəlmiş və orada görüb tanımışdır. Nizamidən məntəqədə işçisi İlqar bir neçə elektrik naqil almışdır. Nizami məntəqədə İlqara naqil satdıqdan sonra məntəqəyə polis əməkdaşları gəlmişlər və məlum olmuşdur ki, İlqarın Nizamidən aldığı naqil oğurluq yolu ilə əldə edilmişdir. Nizamidən alınmış naqili digər mallarla zavoda təhvil verilmişdir. Məhkəmə iclasında Şahid4 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz evdə yaşayır, evlidir, beş yetkinlik yaşına çatmış uşağım vardır, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin təxminən iki il olar ki, metal alqısatqısı ilə məşğul olaraq ailəsini dolandırmışdır. Belə ki, Şahid3 icarədarı olduğu Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yolun kənarında kiçik yerdə metal alqısatqısı ilə məşğul olmuşdur. Orada yalnız işçidir və bunun qarşılığında əmək haqqı almışdır. Məntəqədə ondan və Mürşüddən başqa heç kim işləməmişdir. İş fəaliyyəti məntəqəyə metal satmaq üçün gələn müştərilərdən metalı qəbul edərək çəkib razılaşdıqdan sonra müştəriyə qəbz yazdırıb imzalatdıqdan sonra pulunu verərək malı almaqdan ibarətdir. Eyni zamanda müştəri şəxsiyyət vəsiqəsini təqdim etdikdə surətini çıxarıb üzərində qeydiyyat aparıb imzatmışdır. Məntəqədə aliminium, mis, dəmir, sellofan, kardon, plastmast və digər qiymətli metalları qəbul edilmişdir. Aldığı mallar toplandıqdan sonra onları zavoda təhvil verilmişdir. Aldığı malların pulunu Mürşüd vermişdir. Təqsirləndirilən şəxs1 tanımış, belə ki, sonuncunu əvvəl tanımamış, bir neçə ay olar ki, tanımış, Nizami usta olmasını və evlərdə təmir-tikinti işləri məşğul olmasını bildirmişdir. Nizamidən bir neçə dəfə metal almışdır. 2023-cü ilin fevral ayının 26-da günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili göstərmişdir. Naqil mis olmuşdur. Nizami naqili satdığını demişdir. Naqili məntəqədə olan elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq naqili 160 manat qiymətləndirmişdir. Belə ki, mis naqilin ümumilikdə çəkisi 16 kiloqram olmuş və bir kiloqramını 10 manatdan almışdır. Nizamidən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu isə vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Lakin mobil telefonuna baxıb şəxsiyyət vəsiqəsinin nömrəsini demişdir. Bundan sonra kağız çıxarıb Nizamiyə vermiş, sonuncu satdığı malın çəıkisini, qiymətini və özünə məxsus olmasını qeyd edib imza etmişdir. Nizaminin pulunu vermiş və sonuncu çıxıb getmişdir. 09 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və yaxınlaşıb iki ədəd torbada elektrik naqili göstərmişdir. Naqil mis və əzilmiş halında olmuşdur. Nizami naqili satdığını bildirmişdir. Naqili torbadan yerə töküb elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq naqili 160 manat qiymətləndirmişdir. Belə ki, mis naqilin ümumilikdə çəkisi 16 kiloqram olmuşd və bir kiloqramını 10 manatdan almışdır. Bundan sonra Nizamiyə kağız vermiş vermiş, sonuncu satdığı malın çəkisini, qiymətini və özünə məxsus olmasını qeyd edib imza etmişdir. Mürşüddən pul alıb Nizamiyə vermiş və sonuncu getmişdir. 22 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd sellofanda elektrik naqili göstərmişdir. Naqil mis və yandırılmış halda olmuşdur. Nizami naqilin üz qabağını yandırdığını bildirmişdir. Nizami naqili satmaq üçün gətriməsini demişdir. Naqili özünə məxsus elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq naqili 117 manat qiymətləndirmişdir. Belə ki, mis naqilin ümumilikdə çəkisi 12 kiloqramdan bir qədər artıq olmuşdur. Misin bir kiloqramını 10 manatdan almışdır. Nizaminin vəsiqəsi olmadığı üçün kağız çıxarıb sonuncuya vermişdir. Nizami malı və qiymətini qeyd etmiş, özünə məxsus olmasını göstərib imzalamışdır. Nizaminin pulunu vermiş və sonuncu çıxıb getmişdir. 24 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək oraya gəlmiş və bid ədəd torbada elektrik naqili göstərmişdir. Naqil mis olmuş və Nizami satdığını bildirmişdir. Naqili torbadan yerə töküb çəkmiş və çəkisinə uyğun olaraq Nizami ilə 162 manata razılaşmışdır. Belə ki, mis naqilin ümumilikdə çəkisi 16 kiloqramdan bir qədər artıq olmuş və bir kiloqramını 10 manatdan almışdır. Nizami qəbz yazıb imzaladıqdan sonra pulunu vermiş və sonuncu getmişdir. 26 mart 2023-cü il tarixdə günorta saatlarında iş yerində olan zaman Nizami tək iş yerinə gəlmiş və bir ədəd torbada elektrik naqili göstərmişdir. Naqil mis idi və topa halında olmuşdur. Nizami naqili satdığını bildirmişdir. Naqili torbadan yerə töküb baxmışdır. Naqil yandırılmış və yararsız halda olmuşdur. Naqili özünə məxsus elektron tərəzi ilə çəkmiş və çəkisinə uyğun olaraq naqili 115 manat qiymətləndirmişdir. Belə ki, mis naqilin ümumilikdə çəkisi 12 kiloqramdan bir qədər az olmuş və bir kiloqramını 10 manatdan almışdır. Nizami qəbz yazıb imzaladıqdan sonra pulunu vermiş və sonuncu getmişdir. Bundan sonra bir daha Nizamini görməmiş və sonuncudan mal almamışdır. 2023-cü ilin mart ayının sonlarında işlədiyi məntəqəyə polis əməkdaşları gəlmiş və sorğu zamanı məlum olmuşdur ki, Nizamidən aldığı naqillər cinayət yolu ilə əldə edilmişdir. Nizamidən naqil almağımdan müdiri Mürşüdündə xəbəri olmuşdur. Nizaminin yazdığı qəbzləri məntəqəyə qoymuş və saxlamışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs1 elektrik naqilini alan zaman sonuncunun elektrik naqilini cinayət yolu ilə ələ keçirməsindən xəbəri olmamışdır. Belə ki, Nizami bu barədə məlumat verməmişdir. Nizami demişdir ki, satdığı elektrik naqilini ona işlədiyi evlərdən artıq qaldığı və yararsız olduğu üçün sahibi tərəfindən verilmişdir. Nizami özünü usta kimi tanıtmışdır. Buna görə də Nizamiyə inanaraq naqili almışdır. Nizami daima iş yerinə tək gəlmişdir. Nizami şəxsiyyət vəsiqəsinin olmadığını bildirdiyi üçün sonuncudan mal alan zaman qəbz yazdırmışdır. Belə ki, aldığı malın adını, qiymətini və çəkisini yazdırıb imza etdirmişdir. Eyni zamanda Nizami şəxsiyyət vəsiqəsinin nömrəsini bildirmiş, sonuncuya qəbzdə vəsiqəsinin nömrəsini də qeyd etdirmişdir. Nizamidən yalnız 5 dəfə elektrik naqili almışdır. Nizamidən aldığı məmularları digər mallarla birgə zavoda təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 satdığı naqillər yararsız və yandırılmış halda olmuşdur. Naqil yararsız olduğu üçün qırıntı kimi 1 kiloqramını 10 manatdan almışdır. Bütün müştərilərdən misin 1 kiloqramını 10 manatdan qəbul edilmişdir. Həmin məbləği Mürşüd təyin etmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Binəqədi RPİ-nin 6-cı PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsindədir. Xidməti fəaliyyətini Azərbaycan Respublikasının Qanunvericiliyi, DİN-nin əmr və təlimatlarına uyğun aparır. Xidmət etdiyi ərazidə baş vermiş cinayətlərin açılması istiqamətində qanunla müəyyən edilmiş qüvvə və vasitələrdən, həmçinin məxfi əməkdaşların (agentlərin) köməyindən istifadə edilmiş və baş verəcək cinayətlərin qarşısının alınması üçün profilaktik tədbirlər görülmüşdür. 08 fevral 2023-cü il tarixdə etimad doğuran qərəzsiz mənbədən xx xxxxxxxx 1979-cu il tarixdə Tərtər şəhərində anadan olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 28 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş həmin əməliyyat məlumatı raportla rəsmiləşdirilərək şöbə rəhbəliyinə məruzə edilmiş və müvafiq əmrlə əməliyyat qrupu yaradılmışdır. Həmçinin həmin tarixdə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar təsdiq olunmuşdur. Həmin məlumat tərəflərin keçirmiş əməliyyat tədbirləri nəticəsində yoxlanılarkən təsdiq olunaraq 08 fevral 2023-cü saat 12:20 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 202 saylı sərnişin avtobusunun sonuncu dayanacağının yaxınlığında saxlanılmışdır. Bu zaman onlar özlərini Təqsirləndirilən şəxs1 təqdim etmiş və şübhəli olduğundan RPİ-nin 6-cı PBnə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 bölməyə dəvət olunaraq onlarla könüllü oraya gəlmiş və bu barədə bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışın keçirilməsi və götürmənin aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürova həvalə olunmuşdur. Daha sonra müdafiəçi dəvət olunmaqla Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, bölmənin xidməti otaqlarının birində videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 razılığı ilə vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 axtarış keçirilməsi barədə qərarla tanış edilmiş, həmçinin ona və iştirakçılara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda olan bükümü, şalvarının sol yan cibindən “KGTEL” markalı mobil telefonu və sarı rəngli alışqanı çıxardaraq masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs1 üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual verilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmış, onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümdə nə olması və haradan əldə etməsi soruşulmuş, sonuncu da bükümün içərisində olan maddənin “heroin” deyilən narkotik vasitə olduğunu, heroini həmin gün saat 12 radələrində saxlandığı yerin yaxınlığında yerdən tapdığını və narkotik vasitələrin istifadəçisi olaraq öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş narkotik maddə hesab edilən büküm zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarışın nəticəsinə dair protokol tərtib edilərək iştirakçılar tərəfindən imza edilmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni kimdən almasını, onun cinayət əlaqələrinin aşkara çıxarılması istiqamətində əməliyyat tədbirlər aparılmış, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitəni satması barədə məlumat daxil olmamışdır. İş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 09 fevral 2023-cü il tarixli 6/776 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 175” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,355 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan cinayət işinə əlavə edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 X7 X8 Komissiyasının 11 fevral 2023-cü il tarixli 751 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İş materiallarında olan cinayət işinə əlavə edilmiş məhkəmə -əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinın 18 avqust 2023-cü il tarixli 9/6396 saylı rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iki ədəd “P.İ.T” markalı, “PVS230-C” modelli laqondanın dəyəri 160 manat, bir ədəd “Premium” markalı laqondanın dəyəri 80 manat, bir ədəd “GST” markalı laqondanın dəyəri 80 manat, bir ədəd “Bosch” markalı laqondanın dəyəri 80 manat, bir ədəd “ATEC” markalı laqondanın dəyəri 80 manat, bir ədəd “START” markalı “SP 1500” modelli preforatorun dəyəri 80 manat, bir ədəd “Sieme” markalı taxta kəsən mişarın dəyəri 30 manat və bir ədəd “İnterskol” markalı “M230/2300 M” modelli laqondanın dəyəri 80 manat olmaqla ekspertiza tədqiqatına təqdim edilmiş həmin alətlərin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 640,00 manat müəyyən edilir. İş materiallarında olan qəbzə əsasən məlum olur ki, “mən Təqsirləndirilən şəxs1 (Şəxsiyyət vəsiqəsinin nömrəsi 15000756 dır) işlədiyim yerdə verilmiş 11 kiloqram musu və 6 kilo aliminiumu Bəxtiyara 126 manata satdım. İmza Təqsirləndirilən şəxs1 2 mart 23”. İş materiallarında olan qəbzə əsasən məlum olur ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsusdur 12 kiloqram misi 119 manata metal yerində Şahid1 satdım. İmza Təqsirləndirilən şəxs1 07 mart 2023”. İş materiallarında olan qəbzə əsasən məlum olur ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus 9 kq mis və 15 kq aliminiumu 133 manata metal yerində Şahid1 Müseyib oğluna satdım. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2023”. İş materiallarında olan qəbzə əsasən məlum olur ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus olan 11 kq mis 16 kq aliminiumu 156 manata metal yerində Şahid1 satdım. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2023”. İş materiallarında olan qəbzə əsasən məlum olur ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus 12 kq aliminiumu 10 kq mis naqili 134 manata metal yerində Şahid1 satdım. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2023”. İş materiallarında olan qəbzə əsasən məlum olur ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus olan 19 kq mis və 5 kq aliminium 202 manata metal yerində Şahid1 satdım.. İmza Təqsirləndirilən şəxs1 27.03.23”. İş materiallarında olan qəbzə əsasən məlum olur ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsusdur 12 kiloqram misi 121 manata metal yerində Şahid1 satdım. İmza Təqsirləndirilən şəxs1 28 mart 2023”. İş materiallarında olan qəbzə əsasən “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) olan mənə məxsus olan 14 kq mus elektrik naqilini metal qəbulu məntəqəsində Şahid2 133 manata satdım. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il”. İş materiallarında olan qəbzə əsasən “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) özümə məxsus olan 12 kq mis və 13 kq aliminiumu metal qəbulu məntəqəsində Şahid2 145 manata satdım. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2022”. İş materiallarında olan qəbzə əsasən “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) özümə məxsus olan 3 torba 11 kq mis və 9 kq aliminiumu metal qəbulu məntəqəsində Şahid2 satdım 125 manata”. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2023”. İş materiallarında olan qəbzə əsasən “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus 14 kq mus naqili metal qəbulu yerində Rövşənə 136 manata satdım. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2023”. İş materiallarında olan qəbzə əsasən “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə aid 23 kq aliminiumdan olan plintusu Rövşənə 115 manata satdım. İmza Təqsirləndirilən şəxs1 fılan 13.03.23”. İş materiallarında olan qəbzdən görünür ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) özümə məxsus olan 22 kq mus naqili Şahid2 211 satdım. İmza Təqsirləndirilən şəxs1 fılan.22.03.23”. İş materiallarında olan qəbzdən görünür ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus olan 17 kq mis elektrik naqilini Rövşənə 161 manata satdım. İmza Təqsirləndirilən şəxs1 xx.xx.2023”. İş materiallarında olan qəbzdən görünür ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə aid olan 22 kq mis şunuru Rövşənə satdım 212 manata. İmza Təqsirləndirilən şəxs1” 27.03.23”. İş materiallarında olan “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus olan 16 kq musu metal yerində 160 manata Şahid4 satdım. İmza Təqsirləndirilən şəxs1. xx.xx.2023”. İş materiallarında olan qəbzdən görünür ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus olan 16 kq misi 160 manat İlqara işlədiyi yerdə satdım. İmza Təqsirləndirilən şəxs1. xx.xx.2023”. İş materiallarında olan qəbzdən görünür ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə aid olan 12 kq mis şunuru Şahid4 işlədiyi məntəqədə satdım 117 manat aldım. İmza Təqsirləndirilən şəxs1. xx.xx.2023”. İş materiallarında olan qəbzdən görünür ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə aid olan 16 kq mis şunuru Şahid4 işlədiyi məntəqədə satdım 162 manat aldım. İmza Təqsirləndirilən şəxs1 oğlu. xx.xx.2023”. İş materiallarında olan qəbzdən görünür ki, “mən Təqsirləndirilən şəxs1 (ŞV № ********) mənə məxsus olan 12 kq misi metal yerində 115 manata Şahid4 Sllshverən oğluna satdım. İmza Təqsirləndirilən şəxs1. xx.xx.2023”. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 06 iyun 2012-cü il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 181.3.2-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Gəncə Apellyasiya məhkəməsinin xx.xx.2012-cü il tarixli qərarı ilə xx.xx.2012-ci il tarixli hökm dəyişdirilib CMnin 181.3.2-ci maddəsi ilə olan əməlləri həmin məcəllənin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5-ci maddələrinə tövsif edilib CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 177.2.4-cü maddələrinə əsasən 09 il müddətinə azadlıqdan məhrum edilmişdir. Xəzər raqyon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nin 177.2.4, 181.2.4-cü maddələri hökmdən xaric edilmiş, cəza müddəti dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır.Bundan başqa, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-176/2024 saylı, 05 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs2 25 may 2010-cu il tarixdə Gəncə Hərbi məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.1 və 150.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, cinayət işi üzrə ona dəymiş ziyan ödənilmədiyindən o, təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs20 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, cinayət işi üzrə ona dəymiş ziyan ödənilmədiyindən o, təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs11 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs13 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, cinayət işi üzrə ona dəymiş ziyan ödənilmədiyindən o, təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs15 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs17 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, cinayət işi üzrə ona dəymiş ziyan ödənilmədiyindən o, təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs22 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, cinayət işi üzrə ona dəymiş ziyan ödənilmədiyindən o, təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarında olan Zərərçəkmiş şəxs8 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs23 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs10 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs16 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, o, təqsirləndirilən şəxslərdən şikayətçi deyildir. İş materiallarında olan Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəyə əsasən məlum olur ki, cinayət işi üzrə ona dəymiş ziyan ödənilmədiyindən o, təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin bir qisminin şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin bir qisminin şikayətçi olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Qeyd edilənlər onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində ilə təqsirləndirilmələri düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini elan olunmuş ittiham üzrə qismən təqsirli bilmələri, özünü müdafiə xarakteri daşıyır, onları gözləyən daha ağır məsuliyyətdən yayınmaq üçün seçdikləri müdafiə taktikası kimi qiymətləndirilir. Odur ki, təqsirləndirilən şəxslər həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5 və 349.5.1-ci maddələrinin tələblərinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, məhkəmənin hökmü əsaslı hesab edilir. Eyni zamanda, «Məhkəmə hökmü» haqqında Azərbaycan Respublikası Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ilə şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələ həll edilir.Bu səbəbdən də, hökm işdə olan bütün sübutlar qanunun tələbinə uyğun surətdə tədqiq edilib qiymətləndirilməklə çıxarıla bilər. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci, 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, əməlində cinayətin residivinin olmasını nəzərə alaraq, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin ediləcək cəza Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-176/2024 saylı, 05 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq azadıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 cəza təyin edərkən CM-nin 65-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Eyni zamanda, Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi olduğuna görə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 29 mart 2023-cü il tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiq Ramil Əliyev tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, 29 mart 2023-cü il tarixdə saat 22.30 radələrində sabiq müstəntiq Ramil Əliyev tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-323/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində əvvəli 29 mart 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 08 fevral 2023-cü il saat 13.15 tarixdən 10 fevral 2023-cü il saat 12.00 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmalı və ona qəti olaraq azadlıqdan məşrum etmə cəzası təyin edilməlidir. Belə ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis baş leytenantı Xəyal Şükürov tərəfindən qəbul olunmuş 08 fevral 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 08 fevral 2023-cü il tarixdə saat 13.15-də tutulmuşdur.Həmçinin, iş materiallarında olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov tərəfindən qəbul olunmuş 10 fevral 2023-cü il tarixli qərara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Vüsal Rzayevin xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş və o, Binəqədi RPİ-nin MSY-dən azad olunmuşdur.Həmçinin, Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Vüsal Rzayev tərəfindən 10 fevral 2023-cü il tarixdə qəbul olunmuş sənədə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qəbul olunmuşdur Eyni zamanda, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci, 177.2.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətini, təqsirləndirilən şəxsin tutulduğu vaxtdan, yəni 30 mart 2023-cü il saat 00.50 tarixdən hesablanmalıdır.Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiq Ramil Əliyev tərəfindən qəbul edilmiş qərara əsasən məlum olur ki, 30 mart 2023-cü il tarixdə saat 00:50 radələrində sabiq müstəntiq Ramil Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, CPM-nin 353.4.11-ci maddəsinə əsasən iş üzrə maddi sübutlar –özündə videogörüntüləri əks etdirən 2 ədəd DVD disk və 19 ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalı, iki ədəd «R.İ.T» markalı, «PVS230-C» modelli laqonda, bir ədəd «Premium» markalı laqonda, bir ədəd «GST» markalı laqonda, bir ədəd «Bosch» markalı laqonda, bir ədəd «ATEC» markalı laqonda, bir ədəd «START» markalı, «SP 1500» modelli preforator, bir ədəd «Sieme» markalı taxta kəsən mişar (lobzik), bir ədəd «interskol» markalı, «M230/2300 M» modelli laqondanın sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroin – 0, 305 qram olan qalığı məhv edilməlidir. Həmçinin, CPM-nin 353.4.10-cu maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 160 (yüz altmış) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilməlidir. Cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 99 saat hüquqi xidmətin dəyəri 594 (beş yüz doxsan dörd) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 99 saat hüquqi xidmətin dəyəri 594 (beş yüz doxsan dörd) manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə xüsusi müsadirə olunması təklif edilən əmlak yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 318.1, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzalar qismən toplanılmaqla o, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəza Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 1(003)-176/2024 saylı, 05 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 04 (dörd) il 6 (altı) ay müddətinə azadıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 08 fevral 2023-cü il saat 13.15 tarixdən 10 fevral 2023-cü il saat 12.00 tarixədək tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və ona qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 29 mart 2023-cü il saat 22.30 tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, qeydiyyatda olduğu yerin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Binəqədi RPİ-də saxlanılan narkotik vasitə olan heroinin – 0, 305 qram qalığı məhv edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli tutulduğu tarixdən, yəni 30 mart 2023-cü il saat 00.50 tarixdən hesablansın. İş üzrə maddi sübutlar – özündə videogörüntüləri əks etdirən 2 ədəd DVD disk və 19 ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübutlar – iki ədəd «R.İ.T» markalı, «PVS230-C» modelli laqonda, bir ədəd «Premium» markalı laqonda, bir ədəd «GST» markalı laqonda, bir ədəd «Bosch» markalı laqonda, bir ədəd «ATEC» markalı laqonda, bir ədəd «START» markalı, «SP 1500» modelli preforator, bir ədəd «Sieme» markalı taxta kəsən mişar (lobzik), bir ədəd «interskol» markalı, «M230/2300 M» modelli laqondanın sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 160 (yüz altmış) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına _VÖEN **********, X4 VÖEN ********** kod 210005 m/h AZ 41 NABZO**********0003944 SWİFT. Bik CTREAZ 22 hesabına ödənilsin. Cinayət işi üzrə Müdafiəçi1 Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 99 (doxsan doqquz) saat hüquqi xidmətin dəyəri 594 (beş yüz doxsan dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156, VÖEN**********, m/h AZ37 NABZ******************** S.W.İ.F.T. B.İ.K:AİİBAZ 2X,hesab№AZ48AİİB ********************,VÖEN -1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 99 (doxsan doqquz) saat hüquqi xidmətin dəyəri 594 (beş yüz doxsan dörd) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod200156,VÖEN**********, m/h AZ37 NABZ0 135010000**********S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB 38060019 44**********,VÖEN -1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir.

Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar