Məhkəmə qərarları › İş №1(001)-150/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-150/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-150/2024 13.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Saat 11.30 Sədrlik edən hakim Rzayev Abbas Əhəd oğlunun, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri (müqavilə üzrə) Müdafiəçi2 və (təyinat üzrə) Müdafiəçi1, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi məhəllə 5027, ev 2, mənzil 4-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ev 8-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı özünü X2 təqdim edən şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib vahid niyyətlə əhatə olunan qəsdlə hər birini 5000 manat, yəni ümumilikdə 10000 manat müqabilində “Palmalı” şirkətinə məxsus gəmidə aşpaz köməkçisi vəzifəsinə işə düzəldəcəklərinə dair yalan vəd verib aldadaraq, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında hər birindən ayrıayrılıqda həmin günə münasibətdə milli məzənnə ilə 680 manat təşkil edən 400 ABŞ dolları, ümumilikdə 1360 manat təşkil edən 800 ABŞ dolları, 2022-ci ilin iyul ayının sonlarında özünə 5213********1960 Azərtürkbanka aid bank kartına eManat ödəmə terminalı vasitəsi ilə köçürməklə Zərərçəkmiş şəxs1 100 manat, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən Biləcəri parkında Zərərçəkmiş şəxs2 400 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hərəsinə 500 manat olmaqla ödəmə terminalından həmin karta cəmi 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən “Retro” restoranının yaxınlığında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birindən həmin günə münasibətdə milli məzənnə ilə 340 manat təşkil edən 200 ABŞ dolları, ümumilikdə 680 manat təşkil edən 400 ABŞ dolları, həmin günün axşam saatlarında həmin karta köçürmə yolu ilə Zərərçəkmiş şəxs1 200 manat, xx.xx.2022-ci il tarixdə həmin karta köçürmə yolu ilə Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən «Araz» marketdəki ödəmə terminalından Zərərçəkmiş şəxs1 313 manat, xx.xx.2022-ci il tarixdə saat 14.00 radələrində Bakı şəhəri, Biləcəri parkında Zərərçəkmiş şəxs1 30 manat, Zərərçəkmiş şəxs2 40 manat, ümumilikdə 70 manat, xx.xx.2022-ci il tarixində saat 15 radələrində Biləcəri parkında Zərərçəkmiş şəxs2 100 manat, xx.xx.2022-ci il tarixdə saat 16.00 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər birindən 300 manat, ümumilikdə 600 manat, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonunda yerləşən «Araz» marketdə olan ödəmə terminalından köçürməklə Zərərçəkmiş şəxs2 150 manat və Zərərçəkmiş şəxs1 50 manat olmaqla həmin karta cəmi 200, xx.xx.2022-ci il tarixdə günorta saatlarında 100 manat pulun əvəzinə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 4 ədəd toyuq və 2 ədəd xoruz alıb ələ keçirərək ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 5 123 manat alıb ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 2022-ci ilin iyun ayından tanıyır.Belə ki, o, onlarla 2022-ci ilin iyun ayında dəqiq tarixini xatırlamadığı vaxtda Novxanı çimərliyində tanış olmuş, söhbət əsnasında Lətafət və İlhamə hər ikisi də bildirmişdirlər ki, işsiz olduqları üçün işə düzəlmək istəyirlər.O, onlara Cavid adlı tanışının olduğunu, onun gəmidə işlədiyini bildirib onları da gəmidə işə düzəldə biləcəyini demişdir.Lətafət və İlhamə nə işə düzəldə biləcəyini soruşduqda o, bu barədə maraqlanıb onlara xəbər edəcəyini bildirmişdir.Bundan sonra o, Cavid adlı tanışına iki nəfər qadın tanışının olduğunu və onları işə düzəldə biləcəyini soruşduqda Cavid onları gəmidə aşpaz köməkçisi kimi işə düzəldə biləcəyini, qarşılığında hər birindən 5 000 manat pul alacağını bildirmişdir.O, bu barədə Lətafət və İlhaməyə dedikdə onlar razılaşmış və ilk dəfə olaraq xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında Lətafət və İlhamə ilə görüşərək hər biri ayrı-ayrılıqda 400 ABŞ dolları vermişdirlər.Növbəti dəfə 2022-ci ilin iyul ayında Lətafət ona məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına 100 manat pul göndərmişdir. Növbəti dəfə İlhama ödəmə terminalından xx.xx.2022-ci il tarixdə ona məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına 1000 manat pul göndərmiş, həmin pulun 500 manatı Lətafətə məxsus olmuşdur.Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat təxminən 16.00 radələrində o, Lətafət və İlhamə Biləcəri qəsəbəsində yerləşən “Retro” restoranının yaxınlığında görüşmüş və görüş zamanı Lətafət və İlhamə hər biri ayrı-ayrılıqda ona 200 ABŞ dolları vermişdir.Həmin günün axşamı yenə də Lətafət ona məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına ödəmə terminalından 200 manat pul, 2022-ci ilin avqust ayının 12-də Lətafət 5213********1960 Azərtürkbanka aid bank kartına 313 manat, xx.xx.2022-ci il tarixdə saat 14.00 radələrində Biləcəri parkında Lətafət 30 manat, İlhamə isə 40 manat, 07 sentyabr 2022-ci il tarixdə Biləcəri parkında İlhamə Lətafətin yanında 100 manat pul vermişdir.xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında saat 16.00 radələrində o, Lətafət və İlhamə görüşmüş və onların hər biri ayrı-ayrılıqda ona 300 manat pul vermişlər. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə İlhamə ona məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına 200 manat pul göndərmişdir.İlhamə və Lətafətin deməsinə görə həmin pulun 50 manatı Lətafətə məxsus idi.O, Lətafət və İlhamədən aldığı pulların hamısını Cavidə vermişdir.O, həmçinin Lətafət və İlhaməyə məxsus xarici pasportlarıda alıb Cavidə vermişdir. Sonradan iş alınmadığından Lətafət və İlhamə verdikləri pulları istədikdə o, həmin pulları Cavidə verdiyini bildirmişdir.O, Caviddən ona verdiyi pulları istədikdə sonuncu bəhanələr gətirib işin düzələcəyini bildirsə də sonradan eşitmişdir ki, Cavid Macarıstan Respublikasına getmişdir. O, İlhamə və Lətafətdən aldığı pulları qaytara bilmədiyi üçün onlar şikayət etmişdirlər.12 noyabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq Cavidin qohumu olduğunu deyib iki ədəd xarici pasport vermişdir. O, həmin pasportlara baxdıqda onun birinin Lətafətə, digərinin isə İlhaməyə məxsus olduğunu görmüşdür.13 noyabr 2023-cü il tarixdə o, İlhaməyə zəng edərək onu və Lətafəti yaşadığı evə dəvət etmiş və onlara xarici posportlarını qaytarıb və hər birinin kartına 1000 manat pul ödəmişdir.Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, habelə dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq, məhkəmədən bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyin ayında tanımışdır.Belə ki, o, 2022-ci ilin iyun ayında dəqiq tarixini xatırlamadığı vaxtda rəfiqəsi Zərərçəkmiş şəxs2 ilə Novxanı çimərliyində yemək yeyən zaman Gülüşlə tanış olmuşdur. Belə ki, o, Gülüşü üzdən tanımış və onun Arif Gülmalıyevin oğlu olmasını bilmişdir. Söhbət əsnasında Gülüş ona və İlhaməyə bildirmişdir ki, onları işə düzəldə bilər. Belə ki, Gülüş bildirmişdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “Palmali” şirkətinə məxsus gəmilərdə yüksək maaşla aşpaz köməkçisi kimi işə düzəldə bilər. Onlar Gülüşə inanmış və İlhamə ilə işə düzəlməyə razılıq vermişdir.Beləliklə Gülüş, o, və İlhamədən işə düzəlmək üçün hər birindən 5 000 manat pul istəmişdir.Onlar Gülüşlə razılaşmış və ilk dəfə olaraq o, xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında İlhamənin yanında Gülüşə 400 ABŞ dolları vermişdir.Növbəti dəfə o, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına 100 manat pul eManat ödəmə terminalı vasitəsi ilə göndər, növbəti dəfə rəfiqəsi İlhama ödəmə terminalından xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına 1000 manat pul göndərmişdir ki, həmin pulun 500 manatı ona məxsus olmuşdur. Növbəti dəfə o, 2022-ci ilin avqust ayının 12-də Təqsirləndirilən şəxs məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına Biləcəri qəsəbəsində yerləşən «Araz» marketdəki ödəmə terminalından 313 manat pul ödəmiş, xx.xx.2022-ci il tarixdə saat təxminən 16.00 radələrində o, və İlhamə Biləcəri qəsəbəsində yerləşən “Retro” restoranının yaxınlığında Gülüşlə görüşərək İlhamənin yanında Gülüşə 200 ABŞ dollarını vermişdir. Həmin günün axşamı yenədə o, Təqsirləndirilən şəxs məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına ödəmə terminalından 200 manat pul göndərmiş, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Biləcəri parkında İlhamənin yanında 30 manat, növbəti dəfə isə xx.xx.2022-ci il tarixdə isə Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında saat 16 radələrində İlhamənin yanında 300 manat pul vermişdir. Sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə Binəqədi rayonunda yerləşən Araz marketdən İlhamə Təqsirləndirilən şəxs məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına ödəmə terminalından 200 manat pul göndərmişdir ki, həmin pulun 50 manatı ona məxsus olmuşdur. O, Gülüşdən işlə bağlı maraqlandıqda sonuncu bir neçə dəfə yalan vəd verdikdə o, artıq başa düşmüşdür ki, Gülüş aldadır, bu səbəbdən də daha ona pul verməyərək ondan pulunu istəməyə başlamışdır. O, Gülüşdən pulunu istəyən zaman sonuncu pulu X3 verdiyini bildirmişdir. O, artıq Gülüş tərəfindən aldadıldığını başa düşdükdən sonra bu barədə ilk olaraq DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə Binəqədi RPİ-nin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyin ayında tanımışdır.Belə ki, o, 2022-ci ilin iyun ayında dəqiq tarixini xatırlamadığı vaxtda rəfiqəsi Zərərçəkmiş şəxs1 ilə Novxanı çimərliyində yemək yeyən zaman Gülüşlə tanış olmuşdur.Söhbət əsnasında Gülüş ona və İlhaməyə bildirmişdir ki, onları işə düzəldə bilər.Belə ki, Gülüş bildirmişdir ki, Türkiyə Respublikasında fəaliyyət göstərən “Palmali” şirkətinə məxsus gəmilərdə yüksək maaşla aşpaz köməkçisi kimi işə düzəldə bilər. Onlar Gülüşə inanmış və Lətafət ilə işə düzəlməyə razılıq vermişlər.Beləliklə Gülüş o, və Lətafətdən işə düzəlmək üçün hər birindən 5 000 manat pul istədikdə onlar razılaşmış və ilk dəfə olaraq xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Bakı şəhəri, Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında Lətafətin yanında Gülüşə 400 ABŞ dolları vermişdir.Növbəti dəfə o, 2022-ci ilin iyul ayının 30-da Biləcəri parkında Lətafətin yanında 400 manat pul vermiş, növbəti dəfə ödəmə terminalından xx.xx.2022-ci il tarixdə Binəqədi rayonunda ödəmə terminalından Təqsirləndirilən şəxs məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına 1 000 manat pul göndərmişdir ki, həmin pulun 500 manatı ona məxsus, 500 manatı isə Lətafətə məxsus olmuşdur. Növbəti dəfə 2022-ci ilin avqust ayının 09-da saat 16.00 radələrində o, və Lətafət Biləcəri qəsəbəsində yerləşən “Retro” restoranının yaxınlığında Gülüşlə görüşmüş və Lətafətin yanında o, Gülüşə 200 ABŞ dolları vermişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat 14.00 radələrində Biləcəri parkında Lətafətin yanında 40 manat, xx.xx.2022-ci il tarixdə saat 15.00 radələrində Biləcəri parkında Lətafətin yanında 100 manat, xx.xx.2023-cü il tarixdə saat 16.00 radələrində Binəqədi qəsəbəsində yerləşən “Qədim Ocaq” restoranında Lətafətin yanında 300 manat pul vermiş, xx.xx.2023-cü il tarixdə Binəqədi rayonunda yerləşən Araz marketdən Təqsirləndirilən şəxs məxsus 5213********1960 Azərtürkbanka aid bank kartına ödəmə terminalından 200 manat pul göndərmişdir ki, həmin pulun 50 manatı Lətafətə məxsus olmuşdur.Sonuncu dəfə isə xx.xx.2022-cü il tarixdə o, Gülüşə 100 manat pulun əvəzinə 4 ədəd toyuq və 2 ədəd xoruz yaşadığı evdə vermişdir. Hətta o, Gülüşə özünə məxsus xarici posportunuda vermişdir. O, Gülüşdən işlə bağlı maraqlandıqda sonuncu bir neçeə dəfə yalan vəd verdikdə artıq başa düşmüşdür ki, Gülüş onu aldadır, bu səbəbdən də daha ona pul verməyərək pulunu istəməyə başlamışdır. O, Gülüşdən pulunu istəyən zaman sonuncu pulu X3 verdiyini bildirmişdir. O, artıq Gülüş tərəfindən aldadıldığını başa düşdükdən sonra bu barədə ilk olaraq DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə Binəqədi RPİnin 6-cı PB-nə ərizə ilə müraciət etmişdir.Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, onun müdafiəçisinin çıxışını, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, dövlət ittihamçısının mövqeyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri ilə, habelə məhkəmə iclasında tədqiq olunmuş digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli ərizəyə əsasən məlum olur ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir.Təqsirləndirilən şəxs Sabir Tağıyevdən heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən məlum olur ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənilmişdir.Təqsirləndirilən şəxs Sabir Tağıyevdən heç bir şikayət və ya tələbi yoxdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1282 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli olaraq CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş dələduzluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş və təqsirləndirilən şəxsin özünün qismən etirafedici, zərərçəkmiş şəxslərin ifadələri, həmçinin iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Bununla belə məhkəmə hesab edir ki, o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən məlum olur ki, CM-nin 73-1.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir.Törədilyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanunun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzanı çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə görə onu cinayət məsuliyyətindən azad edən, onun vəziyyətini yaxşılaşdıran norma ona münasibətdə tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılığını, vurulmuş ziyanı ödəməsini, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı ödəməsini, vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunması təklif edilən əmlak və ekspertiza xərci yoxdur. Həmçinin, Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 saat hüquqi xidmətin dəyəri 210 manat Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-cü maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı ödədiyinə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faiz miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə) cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmə baxışı zamanı sərf etdiyi 35 (otuz beş) saat hüquqi xidmətin dəyəri 210 (iki yüz on) manat "xxxx"ASC-nin Binəqədi filialına (kod 200156, VÖEN **********, m/hAZ37NABZ********************. S.W.İ.F.T.B.İ.K:AİİBAZ2X,hesab№AZ48AİİB ********************, VÖEN-1000 597151) Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 (iyirmi) gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Hakim: Abbas Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar