Məhkəmə qərarları › İş №1(001)-150/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Hökm — İş №1(001)-150/2025

11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(001)-150/2025 11.04.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi İbrahimova Aytəkin Nazim qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Rəhimova Aynurə Şirzad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhəri rayon məhkəmələrində X2 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Tərtər, Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş (məhkumluğu ödənilməmiş və ya götürülməmiş), Tərtər rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin faktiki halları:

1. Təqsirləndirilən şəxs, bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir.

2. Belə ki, o, qardaşı X3 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşərək 16 aprel 2024-cü il tarixdə saat 05 radələrində ictimai yer hesab olunan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlanan mağazanın qarşısında bir neçə dəqiqə əvvəl mağazanın iç hissəsində qardaşı Oqtay Xanlarzadənin müştəri Zərərçəkmiş şəxs1 və satıcı Zərərçəkmiş şəxs2 ona tərs şəkildə baxmasına görə aralarında mübahisə yaranmasını bəhanə gətirərək heç bir səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoyaraq, açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Zərərçəkmiş şəxs1 baş və bədən nahiyələrindən yumruq və ayaq zərbəsi ilə vurmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan üst dodağın selikli qişasının əzilmiş yarası xəsarətini, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan sağ qulaq seyvanının qançırı, alın nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları xəsarətlərini və Zərərçəkmiş şəxs2 boyun nahiyəsindən əli ilə vuraraq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olan boyun nahiyəsinin sıyrığı xəsarətini, qabaqcadan əlbir olduğu qardaşı X3 isə Zərərçəkmiş şəxs1 üz nahiyəsindən yumruq zərbəsi ilə vurub sağlamlığa zərərvurmayan xəsarətlərə aid olan alt dodağın selikli qişasına qansızma xəsarətini yetirməklə X3 ilə bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanliq etmişdir. Proses iştirakçılarının ifadələri:

3. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tarixi dəqiq xatırlamasa da, gecə saatlarında taksi ilə Bakıdan Saray qəsəbəsinə getmişdir. Yolda dava olduğunu və böyük qardaşı, yəni Oqtay Xanlarzadənin də orada olduğunu görmüşdür. İçkili olmuş və kim ilə dava etdiyini xatırlamamışdır. O, Zərərçəkmiş şəxs1 ilə dalaşmışdır. Qardaşı artıq avtomobilə əyləşib gedən zaman o, gəlib Hakimi yumruqla vurmuş və Eldənizə əl atmışdır. İçki içəndə özündə olmamışdır. O, haqsız yerə Hakimə və Eldənizə əl atmışdır. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərəçəkmiş şəxsləri əli ilə vurmuş, onlara ayaqla zərbə vurmamışdır. Hadisə ilə bağlı heç nə xatırlamır. Onun 2 nəfər yadındadır. Psixoloji cəhətdən problemi vardır və disponserdə yatmışdır. Qardaşı dava etməmişdir. 2-3 nəfərin yığıldığını görüb oraya getmişdir. Təqsirləndirilən şəxs səbəbsiz yerə dava etdiyini, davanı özü, yaratdığını, qardaşı isə onları ayırmağa çalışdığını bildirmişdir. Hadisə yeri hər zaman keçdiyi yol olmuşdur. Hadisə yerinə onu heç kim çağırmamışdır. Onun telefonu, nömrəsi yoxdur. Hər iki zərərçəkmiş şəxsi özü vurmuşdur. Zərərçəkmiş şəxslərdən üzr istəmiş və onlarla barışmışdır. Ona görə də, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir.

4. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır:

5. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti göstərmişdir. Səhərə yaxın işdən evə gəlirmiş. Gecə saat 4 radələrində meyvə almağa getmişdim. Ondan sonra içəri Təqsirləndirilən şəxs qardaşı yanında da bir xanımla içəri girib ona “nə baxırsan?” demişdir. O da baxmadığını demişdir. Sonra çölə çıxmış və dostu Muradla danışmışdır. Ona dava düşdüyünü bildirmişdir. Dostu Murad ona oradan tez çıxmasını demişdir. Təqsirləndirilən şəxs qaça-qaça gəlib onun dodağına yumruq vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs içkili olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Eldəniz meyvə satandır və orada olmuşdur. Lakin ona xəsarət yetirilməsini görməmişdir. Rüfəti kimin çağırdığını isə bilmir. Rüfət onu bir dəfə vurmuş, Oqtay isə onu vurmamışdır, sadəcə “nə baxırsan?” deyə soruşduqda mübahisə yaranmışdır . Dostu Murad öz avtomobili ilə hərəkət etmiş, o isə öz avtombili ilə hərəkət etmişdir. Mübahisə çöldə də davam etmişdir. Aralarında söz davası olmuşdur. Çöldə xanım olmamışdır. Rüfətin köməyə çağırıldığını eşitməmişdir. Hazırda aralarında barışıq olmuşdur.

6. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Hakim onun müştərisidir. O, saat 3 radələrində yanına meyvə almağa gəlmişdir. Çöldən avtomobil əyləci səsi gəlmişdir. Bir xanım içəri daxil olmuş və çiyələk istəmişdir. Daha sonra Oqtay adlı şəxs içəri daxil olduqda, xanıma tez olmasını demişdir. Daha sonra Oqtay Hakimdən nəyə baxdığını soruşduqda aralarında mübahisə yaranmışdır. Bir qədər sonra oraya Rüfət gəlmişdir. Bu zaman Rüfət ona yaxınlaşıb “ağıllı ol” demiş və boyun nahiyəsindən əli ilə tutmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Rüfət onu yumruqla deyil, şillə ilə vurmuşdur. İstintaqda verdiyi ifadəni oxumamışdır. X7 içkili olub və məsələnin nə olduğunu bilmədən Hakimi vurduğunu, Oqtayın isə onu vurmadığını bildirmişdir.

7. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə gecə olmuşdur. Dostu Hakim ona zəng edib Oqtayla davasının düşdüyünü demişdir. O, həmin yerə getdikdə Təqsirləndirilən şəxs kənardan çıxıb Hakimə yumruq vurduğunu görmüşdür. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə yerinə çatan kimi Rüfətin Hakimi yumruqla vurduğunu görmüşdür. O, Hakimə oradan uzaqlaşmasını demişdir. Hakim daha sonra hadisə yerinə gəlmiş və 102 zəng xidmətinə məlumat vermişdir.

8. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisənın baş verdiyi tarixi xatırlamır, lakin gecə vaxtı olmuşdur. Hadisə onun işlətdiyi obyektin yanındakı yerdə olmuşdur. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi müştəri kimi tanımışdır. Arabir çay evinə gəlib-getmişdir. Onunla yaxın münasibəti olmamışdır. O, “Dəli Dağ” adlı çay evi işlətmişdir. Həmin obyekt hazırda bağlanmış və işlətmir. Hadisə isə qonşu obyektdə olmuşdur. Qonşu obyekt meyvə tərəvəz dükanıdır. Onun obyektindən səs eşitmək mümkün deyildir. Özü meyvə tərəvəz dükanının qabağına adamların toplaşmasını görmüşdür. O, nə baş verdiyini öyrənmək üçün oraya yaxınlaşanda dava artıq bitmişdi və orada Murad adlı şəxsi görmüşdür. Dükanda işləyən tanış oğlandan nə baş verdiyini soruşanda ona yüngülvari dava olduğu, uşaqların biribirləri ilə mübahisə etdiyini bildirmişdir. Rüfətlə Oqtay isə çıxıb getmişlər. Dava günü obyektə gec gəlmiş, kamera görüntülərini də polisə təqdim etmişdir. Satıcının yanında təxminən bir iki nəfər adam olmuşdur. O, yaxınlaşıb nə olduğunu soruşduqda, uşaqların mübahisə etdiyini bilmişdir. Hadisə vaxtı Rüfətin qardaşı Oqtayla obyektin qabağında rastlaşıb, salamlaşmışlar.

9. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin verdiyi vəsatət əsasında dindirilmiş əlavə şahid X3 ifadəsində göstərmişdir ki, dava onunla bağlı olsa da qardaşı zərərçəkənləri vurmuş o isə əksinə davanı sakitləşdirməyə və onları aralamağa çalışmışdır. Belə ki, dükana daxil olanda Zərərçəkmiş şəxs1lə aralarında anlaşılmazlıq səbəbindən sözlü mübahisə yaranmışdır. Qardaşı isə ora təsadüfən gəlib çıxmışdır. Əlinin zərərçəkənlərə dəymədiyini deyən Oqtay belə niyyəti olardısa maşınında silahın olduğunu istəsə idi onları vura biləcəyini bildirmişdir. Hal-hazırda barəsində CM-nin 221.2.1 və 228.1-ci maddəsi ilə qanuni qüvvəyə minmiş hökmün olduğunu bildirərək, həmin hökmdən apellyasiya şikayəti vermədiyini və hökmlə razı olduğunu da ifadəsinə əlavə etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

10. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs və istintaqa məlum olmayan şəxslər barəsində CM-in 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilmişdir.

11. Götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd bıçağı könüllü olaraq təqdim etmiş və həmin bıçaqla X4 bədən xəsarətləri yetirdiyini bildirmişdir. Baxışla müəyyən edilmiş ki, bıçaq qatlanandır, tiyə və dəstək hissədən ibarətdir, açıq vəziyyətdə uzunluğu 17,5 sm-dir. Bıçağın tiyəsi bir tərəfi küt, digər tərəfi kəsicidir, ucu deşici xassəyə malikdir. Tiyənin üzərində “OKAPİ MADE İN SOUTH AFRİCA” yazısı həkk edilmişdir. Bıçağın dəstəyi qəhvəyi rəngli materialdan hazırlanmışdır.

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 731 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlər üst dodağın selikli qişasının əzilmiş yarası, alt dodağın selikli qişasına qansızma, sağ qulaq seyvanının qançırı, alın nahiyəsinin, sağ bazu nahiyəsinin, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən üst dodağın selikli qişasının əzilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (əl, əl barmaqlarının dırnaqları, yumruq və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Vət. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 737 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarət – boyun nahiyəsinin sıyrığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl barmağının dırnağı və s.) təsirindən əmələ gələ bilərdi. Vət. Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunmuş xəsarətin bədənin əlçatan nahiyəsində yerləşməsinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır.

14. İttiham elan etmək üçün şübhəli şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən barəsində axtarış elan edilmişdir.

15. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə saat 19:00-da tutulmuşdur.

16. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunmuşdur.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 514/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 oktyabr 2024cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlanılma müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmışdır.

18. Götürülmüş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan və lavə edilmiş diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində 25-30 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, uzun və qara rəngli saçı olan, əynində ağ qara xət keçən köynək, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasının kənarında 30-35 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qısa və qara rəngli saçı olan, əynində qara rəngli köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabı olan şəxsin üzündən bir dəfə sağ əli ilə yumruq vurur. 2 saylı videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində 25-30 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qara rəngli saçı və saqqalı olan, başında qara rəngli papaq, əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasının kənarında 30-35 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qısa və qara rəngli saçı olan, əynində qara rəngli köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabı olan şəxsin üz, baş və boyun nahiyəsində bir neçə dəfə ilə vurur. 3 saylı videogörüntüdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində 25- 30 yaşlarında, orta boylu, orta bədən quruluşlu, qara rəngli saçı və saqqalı olan, başında qara rəngli papaq, əynində qara rəngli gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı olan şəxs Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasının kənarında 20-25 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, qısa və qara rəngli saçı olan, əynində qara rəngli köynək, qara rəngli cins şalvar, qara rəngli ayaqqabı olan şəxsin üz nahiyəsindən bir dəfə şillə vurur.

19. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.

20. Üzləşdirmə haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəni təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.

21. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən və müvafiq hökmün surətin görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)- 560/2020 nömrəli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 3875 saylı “Əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir.

22. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində yerləşən “Meyvəli 120” adlı meyvə tərəvəz mağazasından götürülmüş və hadisənin videogörüntülərini əks etdirən 1 (bir) ədəd “DVD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.

23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)- 744/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

24. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir maddi tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır.

25. İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir maddi tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır.

26. “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-28-29/2-660/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2016-cı il tarixində səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 20 nömrəli göndərişinə əsasən “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsində stasionar müayinəyə qəbul olunmuş, xx.xx.2016-cı il tarixdə həkim psixiatr komissiyasına təqdim olunmuş və həmin tarixdə xəstəxanadan evə yazılmışdır. Diaqnoz olaraq, “Hal-hazırda psixi xəstəlik aşkar edilmir”.

27. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1 (001)- 77/2025 nömrəli hökmündən görünür ki, qrupun digər üzvü X3 CM-in 221.2.1 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 66.2–ci maddəsinə əsasən qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Tətbiq edilən hüquq, məhkəmənin əsaslandırması və mövqeyi:

28. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

29. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

30. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanunamüvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlarla bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur.

31. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs CMin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmaqla, sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir.

32. CM-in 25.3-cü maddəsinə müvafiq olaraq, hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etdikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilər.

33. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ona qarşı irəli sürülən ittihamda CM-in 221.2.1-ci maddəsinin tərkib əlamətləri mövcuddur.

34. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, təqsirləndirilən şəxsin ifadələrini, istintaq hərəkətlərinin aparılması haqqında protokolların və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs tərəfindən elan edilmiş ittiham üzrə cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə araşdırması zamanı heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə desək, ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməsi məhkəmə tərəfindən tədqiq edilmiş sübutlarla təsdiq edilərək tam sübuta yetirilmişdir.

35. Ali Məhkəmənin “Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” icmallarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr əməlin ictimai yerdə törədilməsi əsası ilə və ya 221.1-ci maddənin dispozisiyasında nəzərdə tutulan halları sadəcə sadalamaqla əməli xuliqanlıq kimi tövsif etməkdən qaçınmalı, ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğu və digər mühüm halları təsdiq edən, müvafiq sübutları qiymətləndirməklə əməli CM-in 221-ci maddəsi ilə tövsif etməlidirlər.

36. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

37. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

38. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında da eyni məsələlərə toxunularaq qeyd edilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

39. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir.

40. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir.

41. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının ittiham hökmünün xüsusiyyətlərindən irəli gələn məsələlərində göstərilir ki, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır.

42. Beləliklə, məhkəmə Ali və Konstitusiya Məhkəməsinin qərarlarını təhlil edərək, Ali Məhkəmənin tövsiyyə xarakterli ümumiləşdirilmələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs, qardaşı X6 ilə oğlu ilə birgə birgəyaşayış qaydalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla etdiyi xuliqanlıq hərəkəti, cüzi bəhanə ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərərvurması ilə nəticələndiyindən onun əməli düzgün olaraq CM-in 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir.

43. CM-in 221.2.1-ci maddəsinə görə 221.1-ci maddədə nəzərdə tutulmuş əməllər bir qrup şəxs tərəfindən törədildiyi halda əməl 221.2.1-ci maddəsi ilə tövsüf edilməlidir. CM-in 34.1-ci maddəsinə görə qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Məhkəmə iclas zalında verilən ifadələr və iş materiallarına əlavə edilmiş video yazıdan da görünür ki, Təqsirləndirilən şəxs və Xanlarzadə Oqtay qardaşları qabaqcadan razılaşmadan bir qrup şəxs halında birgəyaşayış qaydalarını pozmuş, özlərini cəmiyyətə qarşı qoyaraq xuliqanlıq hərəkətlərini törətmişlər. Belə ki, Xanlarzadə Oqtay xx.xx.2024cü il tarixində gecə saatlarında Binəqədi şosessində yerləşən “Meyvəli 120” adlanan mağazanın giriş hissəsində Zərərçəkmiş şəxs1 ona tərs şəkildə baxması bəhanəsi ilə öz şəxsiyyətini digərlərinin fövqündə qoyaraq ictimai qayda və birgəyaşayış qaydalarını pozmuş və nəticədə qardaşı Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 xəsarət yetirərək onun sağlamlığının qısa müddətə pozulması ilə nəticələnən sağlamlığına yüngül zərər vurmuş, Zərərçəkmiş şəxs2 isə boyun nahiyyəsindən əli ilə vuraraq dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir.

44. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir.

45. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur.

46. Hazırki, cinayət işinin istintaqı zamanı da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddədə nəzərdə tutulan hərəkətləri törətmişdir. Mövcud hal ekspert rəyi, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə tam olaraq öz təsdiqini tapmışdır.

47. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında ifadə edilmiş hüquqi mövqeyinə müraciət edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet).

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

49. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

50. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını CM-in 59.1.12-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.

51. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır.

52. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-560/2020 nömrəli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli, 3875 saylı “Əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə 16 aprel 2024-cü il tarixdə, yəni qeyd olunan cinayət işi üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir.

53. Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və sonuncu qanunvericilikdə nəzərdə tutulan altı il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir.

54. CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

55. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

56. CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

57. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.

58. “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 221.2.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur.

59. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi CM-in 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır.

60. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır.

61. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir.

62. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır.

63. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.

64. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər məhkum olunmasını və məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

65. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, hazırda həmin məhkumluğunun ödənilməmiş və ya götürülməmiş olmasını, belə olan halda təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza növünün təyin edilməsinin ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

66. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir.

67. CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

68. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

69. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, eləcə də CM-in 65.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 10.3-cü maddəsinin birinci cümləsində göstərilmişdir ki, həbsin cəza sistemində məhbuslar üçün əsas məqsədi islah etmək və sosial baxımdan yenidən tərbiyə etməkdir.

70. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002- ci il tarixli Qərarında göstərilir ki, CM-nin 56.1.3-cü maddəsinin tələbinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir.

71. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən, o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

72. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə tutulmuş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 4(001)-514/2024 nömrəli qərarı, barəsində 03 oktyabr 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş və onun həbsdə saxlanılma müddətinin əvvəli 10 iyul 2024cü il tarixdən hesablanmışdır. Bundan sonra, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(001)-744/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni xx.xx.2024-cü il tarixədək uzadılmış və sonuncu 10 iyul 2024-cü il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılmışdır.

73. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir.

74. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir.

75. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir.

76. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətə daxil edilməli və cəza müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmalıdır.

77. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

78. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur.

79. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanunamüvafiq yəni, qanuni yolla əldə olunmuş olsun.

80. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin 24 dekabr 2021-ci il tarixli Plenum qərarında göstərilir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz.

81. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisənin videogörüntülərini əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır.

82. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 70 (yetmiş) saat vaxt sərf etmişdir.

83. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.

84. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir.

85. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 50 (əlli) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir.

86. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur.

87. CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

88. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

89. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir.

90. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 10 iyul 2024-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 50 (əlli) saat hüquqi yardıma görə Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 300 (üç yüz) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Aytəkin İbrahimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar