Məhkəmə qərarları › İş №1(001)-151/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №1(001)-151/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(001)-151/2022 25.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim: Qurbanova Aygün Arzu qızının sədrliyi Məhkəmə iclasının katibi: X4 Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi: Müdafiəçi Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X3 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi: X9 iştirakları ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1,147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X10 xüsusi ittiham qaydasında məhkəməyə şikayətlə müraciət edərək X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, X1 Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin mayoru olaraq bölgə müxbiri vəzifəsində xidmət göstərmişdir. Məmmədov Mənsur xəstəliyə görə ehtiyata buraxılmış və bundan sonra özünə məxus “Facebook” sosial şəbəkəsində öz istifadəsizndəki “Mənsur Məmmədov” profilində Nəcəfov Hilal barəsində həqiqətə uyğu olmayan məlumatlar yaymış və onu dövlətə xəyanət etməkdə, qatil olması barədə böhtanlar yazmaqla ağır cinayət törətməklə bağlı böhtanlar atmış, bundan başqa şikayətçi barəsində “eşşək”, “telepuzik general” və s kimi ifadələrə işlətməklə təhqirlər etmişdir. Məhkəmənin iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin müdafiəçisi Müdafiəçi şikayəti müdafiə edərək onun icraata götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 şikayətə etiraz edərək bildirdi ki, onun yaşayış yeri Yasamal rayonu olduğundan hazırki şikayətə Binəqədi Rayon Məhkəməsində baxıla bilməz. Göstərilənləri nəzərə alaraq şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib, habelə proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə müəyyən olunur ki, Mənsur Məmmədov xüsusi ittiham qaydasında şikayət vermiş Hilal Nəcəfov barəsində təhqir və böhtan xarakertli məlumatlar öz “facebook” sosial şəbəkəsində olan hesabından istifadə etməklə yaymışdır. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən məhkəmə sorğusu əsasında 23.02.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X3 yaşayış yeri Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, Qirmizi Şərq, 1H/Ş ev 136, mənzil 173 ünvanıdır. Hazırki şikayətdən görünür ki, törədilməsi ehtimal olunan əməl “facebook” sosial şəbəkəsində yayımlanmış və bu şəbəkənin də qeydiyyat ünvanı internetdən əldə olunmuş məlumata görə X2. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21.01.2014-cü il tarixli Qərarına müvafiq olaraq xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Cinayət Prosessual Məcəlləsinin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Həmin Qərarda qeyd edilir ki, kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır (12-ci bənd). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Bu Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Qeyd olunan Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68, 75 və və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət verilə bilməz. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar